Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-49/2025 10.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixində Babək rayonu, Payız kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, elektrik ustası işləyən, əvvəllər məhkumluğu olmayan, Babək rayon, Payız kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 15 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2025-ci il tarixdə saat 19:50-də Naxçıvan-Sədərək avtomobil yolunun 1-ci kmdə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21063” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına daxil olması faktı, əsas isə həmin fakta görə toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:50-də AE seriyalı 881579 nömrəli sürücülük vəsiqəsi və ƏN- V 735265 nömrəli etibarnamə ilə idarə etdiyi "Vaz 21063" markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən "X27" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yəni nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində 60 km/saatdan çox olmayan sürətlə hərəkət etməməli olduğu halda buna əməl etməyib Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 1-ci km-də Sədərək rayonu istiqamətində birinci hərəkət zolağı ilə 72-km/saat sürətlə hərəkətdə olan zaman yolun sol kənarından sağ kənarına keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs yetirilmə anı həyat üçü təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid "politravma, açıq kəlləbeyin travması, sağ bud sümüyünün sınığı, sol gicgah-çənə oynağının qəlpəli sınığı" xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikasının CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini, 02 fevral 2025-ci il tarixdə havanın qaranlıq vaxtı saat təxminən 19:50 radələrində Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində hərəkətdə olduğu zaman Sədərək rayonu tərəfdən Naxçıvan şəhəri istiqamətində avtomobil hərəkəti olduğunu, həmin avtomobilin işıqlarından yolun sol kənarından əks istiqamətli zolaqların mərkəzindən bir nəfər piyadanın yolun sağ tərəfinə hərəkətini gördüyünü, həmin anda avtomobilin sürətini azaltdığını, piyada qoşa xəttin üzərində dayandığını, yenidən avtomobilin sürətini artırdığını, aralarında məsafə çox olduğuna görə piyadanın onun avtomobilinin hərəkətini gördüyünü, gözləyəcəyini düşündüyünü, hərəkətinə davam edərkən, piyadanın anidən yolun sağ tərəfinə keçmək üçün qaçmağa başladığını, həmin anda tormuzu basdığını, avtomobilin sağ tərəf sürütlənməyə başladığını, piyadanın qaçmağa davam etdiyini, idarə etdiyi avtomobilin sürütləndiyini, avtomobilin qabaq orta hissəsi ilə piyadanı vurduğunu, piyadanı vuran kimi piyadanın başının avtomobilin alın şüşəsinə dəydiyini, alın şüşənin sağ tərəfinin qırılaraq piyadanın avtomobilin üzərindən yerə düşdüyünü, piyadanı vuran anda avtomobilin dayandığını, 4-5 saniyə avtomobildə gözlədiyini, pis vəziyyətdə olduğunu, avtomobildən enərək səkidə hərəkətdə olan piyadalardan kömək etmələrini istədiyini, ətrafdakıların heç nə etməməsini dediklərini, vurulan piyadaya tərəf qaçdığını, çox həyəcanlı olduğundan piyadaya baxa bilmədiyini və çəkilib kənarda oturduğunu, hadisə yerinə ilk öncə polis əməkdaşlarının sonra isə təcili yardım avtomobilinin gəldiyini, piyadanı xəstəxanaya apardıqlarını, hadisənin baş verməməsi üçün əlindən gələni etməyə çalışdığını, 50-55 km sürətlə hərəkət etdiyini, 30-40 km sürətə düşdüyünü, 30 m məsafə qalanda Zərərçəkmiş şəxs önünə qaçdığını, arxadan da avtomobil gəldiyini, sadəcə edə biləcəyinin tormoz vermək olduğunu, yanında da uşaq olduğunu, uşağın usta yoldaşının oğlu olduğunu, ona da zərər gəlməsin deyə başqa da nəsə edə bilmədiyini, usta işlədiyini, Duzdağa istirahət üçün getdiyini, saatın 7-8 arası olduğunu, havanın qaralmaq üzrə olduğunu, şəhərin işıqlarının yandığını, ilk dəfə piyadanı gördüyünü, yavaşladığını, piyadanın qoşa xəttin üzərində durduğunu, aralarında 30-40 m məsafə olduğunu, sürətinin az olduğunu, yoluna davam etdiyini, piyadaya işarə verdiyini, səkidə də piyadalar olduğunu, 5 ildir avtomobil idarə etdiyini, əyləci vurub, sağa çəkə biləcəyini, həmin vaxt şokda olduğunu, Sədaya yaxınlaşdığını, avtomobilə qoyub xəstəxanaya aparmaq istədiyini, ətrafdakıların imkan vermədiyini, təcili yardıma zəng edildiyini, gəlib xəstəxanaya apardıqlarını, 15 gün özünün evdən çıxa bilmədiyini, hadisədən sonra zərərçəkmiş şəxslə atasının və qardaşının maraqlandığını, özünün də maraqlandığını, amma ona kənarda durmağını, xəstəxanadan çıxandan sonra görməyini dediklərini, Bakıya getməli olduğunu bildirdiklərini, oradakı xərcləri də ailə üzvlərinin çəkdiyini, evdə sadəcə özünün işlədiyini, özünün pulu ilə edilmiş olduğunu, 5000 manata yaxın xərc çəkildiyini, nəyə nə qədər xərc çəkildiyini dəqiq bilmədiyini, həkimə, biletə və s. şeylərə xərc çəkildiyini, 2000 manat İsmixan həkimə verildiyini, 650 manat bilet puluna, 600 manat həkimə, əlavə də dərman, iynəyə verildiyini, Bakıda olan xərcləri isə dəqiq bilmədiyini, eşidib bildiklərinin bunlar olduğunu, dəfələrlə əlaqə saxlanılmağa, danışılmağa çalışıldığını, razı olmadıqlarını, qardaşı ilə də əlaqə saxladıqlarını, dişlərini dediklərini, atasının “düzəldərik” dediyini, atasının başqa nəsə lazım olduğunu soruşduğunu, heç nə lazım olmadığını dediklərini, imkanları çatdığı qədəri ilə köməklik edə biləcəkləri dediklərini, razılıqdan 3 gün sonra şikayət etdiklərini, dəfələrlə köməklik üçün cəhd olunduğunu, 1 ay yarım özünün Bakıda olduğunu, atasının da burada olmadığını, qardaşı ilə də dəfələrlə əlaqə saxladıqlarını, razı olmadığını, məqsədinin barışıq olması olduğunu, əlindən gələn köməkliyi də etməyə hazır olduğunu, köməklik etmək istədiyini, ancaq uzaq durduqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ekspertiza rəyi ilə razı olmadığını, istintaq dövrü müstəntiqə də, müdafiəçisinə də bildirdiyini, müstəntiqin eyni qaydada rəy veriləcəyini bildirərək, məhkəmədə yenidən ekspertiza vəsatətini verməyini dediyini, ancaq sürətin o qədər olmadığını, az olduğunu, o sürətlə hərəkət edəndə vətəndaşın elə xəsarət alıb-almayacağını dəqiq bilmədiyini, hər bir halda ekspertin daha dəqiq bildiyini, ekspertiza rəyinin 2 ay sonra bilindiyini, əməlindən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2025-ci ildə səhər saatlarında işə getdiyini, həmin gün saat 19:00-da işdən çıxdıqdan sonra Naxçıvan şəhəri Əliabad qəsəbəsində olan kafedən 2 litr spirtli içki olan pivə alaraq, Naxçıvan-Sədərək avtomobil yolunun Əliabad qəsəbəsindən keçən hissəsində Naxçıvan şəhəri istiqamətində yolun sağ kənarında olan ağaclıqda oturub pivənin bir litrini içdiyini, qalan bir litr pivəni isə götürüb evə getmək üçün yolun kənarında gözlədiyini, Şərur rayonu tərəfdən gələn bir neçə yük və minik avtomobillərinin hərəkətini gözləyib hərəkətə başlayıb gəlib qoşa xəttin üzərində dayandığını, Naxçıvan şəhər tərəfdən gələn iki avtomobilin keçib getdiyini, üçüncü gələn avtomobil uzaqda olduğu üçün hərəkətə başladığını, yolun kənarına çatmağa az qalmış dönüb Naxçıvan şəhəri tərəfə baxdığında gələn avtomobilin ona çatdığını gördüyünü və həmin avtomobilin onu vurduğunu, xatırladığının maşının yanına gəlməsi olduğunu, necə dəydiyini xatırlamadığını, əməliyyat olunduğunu, dəfələrlə Bakıya da getdiyini, tikiş sökülməsi, müalicə üçün, xərclərinin çox çıxdığını, damarında tromplaşma olduğunu, qəbzlərin də mövcud olduğunu, sığorta ilə əməliyyat olunduğunu, 2500 manat olduğunu, 2000 manata etdiklərini, qardaşının 800 manat həkimə pul verdiyini, 1200 manat da veriləcəyini dediklərini, sonra o pulun verilmədiyini öyrəndiklərini, hələ də pulun verilmədiyini, gediş biletini təqsirləndirilən şəxsin təşkil etdiyini, 400 manat da həkimə pul verildiyini, 2 tırın Sədərək istiqamətindən gəldiyini, 2 başqa da avtomobil olduğunu, avtomobillərlə aralarında 60-70 m məsafə olduğunu, onların sol, Əzizin sağ tərəfdən gəldiyini, Əzizin sağdan sol tərəfə meyilləndiyini, qırıq xəttin ortasında olduğunu, aralarında təxminən nə qədər məsafə olduğunu deyə bilməyəcəyini, normal yeriyişlə getdiyini, heç bir səs eşitmədiyini, heç nə də görmədiyini, onun istiqamətini dəyişəcəyinə arxayın olduğunu, avtomobil dəyəndə huşunu itirdiyini, xəstəxanada gözünü açdığını, Bakıdan gələndən sonra Əzizin atasının bir dəfə atası ilə əlaqə saxladığını, onda da avtomobillə əlaqədar danışdığını, avtomobilin dayanacaqda qaldığını, 3 manat pul ödədiklərini, bir də hissəsinin qırıldığını dediklərini, özünü soruşmadıqlarını, maraqlanmadıqlarını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, içkinin təsiri altında olmadığını, səs eşitməməyinin içki ilə əlaqəli olmadığını, təcrübəli sürücü olsa hadisənin qarşısını ala biləcəyini, təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığını, ona dəymiş ziyan qarşılansa barışıq əldə oluna biləcəyini təqsirləndirilən şəxsin cəzasını almasını, ona dəymiş zərərin əvəzinin ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Sədayın xx.xx.2025ci il tarixdə qəzaya düşdüyünü, Naxçıvan Muxtar Respublikası xəstəxanasına getdiyini, ölü vəziyyətində gördüklərini, Səday xəsarət aldığı üçün müayinələrdən keçirdiklərini, Səday huşsuz halda olduğu üçün onunla danışa bilmədiyini, hadisə barədə soruşan zaman Sədayın yolu keçən vaxtı avtomobilin vurduğunu öyrəndiyini, sürücünün atası ilə xəstəxanada söhbət etdiyini, bütün xərcləri də özlərinin çəkdiklərini, Bakıya gedənə qədər bütün xərcləri özlərinin çəkdiklərini, Bakıda müəyyən qədər xərc çəkdiklərini, Bakıda əməliyyat olan gün atası, 2-3 gün sonra da oğlunun Naxçıvana gəldiklərini, ondan sonra da heç kimi görmədiklərini, Naxçıvana gələndə atasının onu şəhərə çağırıb, avtomobilin taleyi ilə bağlı soruşduğunu, Sədayla maraqlanmadıqlarını, xəstəxanada Sədayı pis vəziyyətdə gördüyünü, bütün analizlərin pullu olduğunu, qan verildiyini, müəyyən başqa xərcləri də özlərinin çəkdiklərini, Naxçıvanda təxminən 500-600 manat xərc çəkdiklərini, Bakıda xərclərinin çox çıxdığını, 6000 manatdan çox xərc çıxdığını, xəstəxana və orada qalmaq üçün xərclər çıxdığını, çəkilən xərclərin qeyd edildiyini, belə şifahi xatırlamadığını, 3830 manat Naxçıvan və Bakı bir yerdə xərcləri çıxdığını, təqsirləndirilən şəxs tərəfindən 6 bilet, 45 manatdan, həkimin gediş-gəliş pulu, əlavə bir nəfərin bilet pulu, 400 manat Bakıya aparmaq üçün veridiklərini, təxminən 1965 manat köməklik etdiklərini 1965 manatın 3830 manata daxil olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, qarşı tərəfin Bakıda həkimə 2000 manat pul vermədiyini, qeyd etdiklərindən başqa qarşı tərəfdən pul verilmədiyini, köməklik edilmədiyini, Sədayla maraqlanmadıqlarını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və təhsil aldığı məktəbin nümayəndəsinin iştirakları ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2025-ci il tarixdə axşam saatlarında atasının iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Duzdağ istirahət mərkəzinə getmək üçün Naxçıvan şəhərindən çıxdığını, sürətə hərdən baxdığını, 60 km sürət olduğunu, ön oturacaqda oturduğunu, Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman həmin yolun Əliabad qəsəbəsi hissəsində əks istiqamətli zolaqda bir nəfər piyadanın yolun sol kənarından qoşa xəttə tərəf gəlməsini gördüyünü, Əzizin piyadanın hərəkətini görən kimi avtomobilin sürətini azaltdığını, piyadanın gəlib qoşa xəttin üzərində dayandığını, Əzizin piyadanın dayandığını görüb avtomobilin sürətini artırdığını, piyadanın qoşa xəttin üzərində təxminən 1 saniyə dayandığını, sonra qaçaraq yolun sağ kənarına doğru keçməyə başlayarkən Əzizin avtomobilin tormuzunu basdığını, avtomobilin sürütlənməуə başladığını, avtomobil sürütlənərək dayanan vaxtı qabaq hissəsinin piyadaya dəydiyini, piyadanın yerə yıxıldığını, vurulan şəxsi əvvəlcədən tanımadığını, axşam 8 olduğunu, qaranlıq olduğunu, avtomobildən endiyini, piyadanın asfalt üzərinə düşüb qaldığını, ətrafda olan şəxslərin təcili yardıma zəng etdiyini və hadisə yerinə təcili yardım avtomobili gəldiyini, piyadanı xəstəxanaya apardıqlarını, təqsirləndirilən şəxsin narahat olduğunu, qorxduğunu, atasının gəlib onları apardığını, hadisə olandan 5-10 dəqiqə sonra təcili yardımın gəldiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hadisə zamanı əlinə şüşə girdiyini, başqa heç bir xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında ekspert X14 hadisə yerinə baxış keçirilən zaman orada iştirak etmədiyini, Cinayət Prosessual Məcəllənin tələbinin hər ekspertə aid olmadığını, hamının mütləq şəkildə iştirak etməli olmadığını, yol nəqliyyat hadisələri ekspertlərinin də iştirak etmək üçün dəvət edilməli olduqlarını, özünün dəvət edilmədiyini, bu səbəbdən də iştirak etmədiyini, yalan rəy vermə ilə bağlı xəbərdarlıq edildiyini, 1,8 olaraq qeyd edildiyini, kök altı ifadəsində 26 olduğunu, km saatın saniyəyə çevirmə ilə hesablandığını, təsdiq olunmuş bir şey olduğunu, xüsusi qeyd etməyə ehtiyac olmadığını, nəqliyyat vasitəsinin ABS-li və ABSsiz olmasının tormoz izi məsafəsinə təsiri olmadığını, tormoz izinin hər ikisində də qala biləcəyini, avtomobillərin yavaşlama dərəcəsinin istehsal ili ilə əlaqədar dəyişə biləcəyini, 1981-ci ilə kimi və 1981-ci ildən sonra istehsal olunanlar arasında fərqlilik olduğunu, nəqliyyat vasitəsinin çəkisinin, sərnişinlərin sayının fərqlilik yaratdığını, müstəntiqin hadisə yerində ölçünü düzgün aparacaq qədər istedada malik olduğunu, hər hansı şübhə yaranacaq bir şey olmadığını, hadisə yerinin sxeminin protokolunda əks olunduğunu, təsdiqini bir neçə yerdə tapdığını, verdiyi rəyi təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci ildə Naxçıvan-Sədərək avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Naxçıvan MR DİN-in DYPİ tərəfindən məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:50də Naxçıvan-Sədərək avtomobil yolunun 1-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobillə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına daxil olmuşdur. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2025-ci il tarixli raportdan görünür ki, 02 fevral 2025-ci il tarixdə saat 19:50 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 1-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 31063 markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə Sədərək rayon istiqamətdə istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçən, piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ilə Naxçıvan MR xəstəxanasına daxil olmuşdur. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək avtomobil yolunun 1-ci km-də baş vermiş, avtomobil yolu düz və quru olmuş, hava qaranlıq olmuş, yağıntı olmamış, baxış havanın iqaranlıq vaxtı təbii işıqlandırma şəraitində aparılmış, avtomobil yolu 2 gedişli və 2 gəlişli olmaqla 4 hərəkət zolağından ibarət olmuş, hər zolağın eni 4 metr, qoşa xəttin eni isə 0.50 metr olmaqla yolun ümumi eni 16.50 metr olmuş, yolun Sədərək rayonu istiqamətində sağ tərəfi 3 metr enində piyada səkisi, Naxçıvan şəhəri istiqamətində sağ kənarı isə 2 metr enində preslənmiş çınqıl qarışığı torpaqdan ibarət olmuş, Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında iki ədəd qara rəngli iz başlamış, həmin iz 26 metr uzunluğunda davam etmiş, izin qurtaracağında birinci hərəkət zolağında sarı rəngli “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobilin qabaq sağ təkəri yolun sağ kənarından 0.20 metr, arxa sağ təkəri isə 1 metr məsafədə, qabaq sol təkəri qoşa xətdə 6.70 metr, arxa sol təkəri isə 5.90 metr məsafədə olmuş, avtomobilin ön qeydiyyat nişanı əzilmiş, kaportun qabaq orta hissəsi çatlamış, alın şüşə qırılmış, rezini çıxaraq daxil doğru əyilmişdir. Avtomobilin önündə asvalt örtük üzərinə şüşə qırıqları səpələnmişdir. Avtomobilin qabaq tərəfindən 3 metr məsafədə asvalt yolun sağ kənarında su kanalında qan olmuş, qanın yanında boz rəngli papaq, bir ədəd boz rəngli əlcək, piyada səkisində isə bir ədəd boz rəngli əlcək olmuşdur. (cild İ, iş vərəq 6-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 tərəfindən verilmiş 02 fevral 2025-ci il tarixli, 7 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol şərxoşluğu vəziyyəti yoxdur. (cild İ, iş vərəq 16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş AD seriyalı, 233027 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ƏN-V seriyalı, 735265 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X11 tərəfindən Təqsirləndirilən şəxs “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. (cild İ, iş vərəq 24) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 60 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: "Politravma, açıq kəllə beyi travması, sağ bud sümüyünün sınığı, sol gicgah çənə oynağının qəlpəli sınığı" küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də törənmələri inkar olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər yetirilmə anı həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs götürülmüş qanda məhkəmə kimya tədqiqat nəticəsində 1,31 promil etil spirti aşkar olundu. Qanda bu miqdarda etil spirti yüngül dərəcəli sərxoşluq dərəcəsinə bərabərdir. (cild İ, iş vərəq 32) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2025-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 35-36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Tibb X2 X28 Naxçıvan Muxtar Respublika X20 Şəxsi tərəfindən verilmiş 15 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Politravma. Açıq kəllə-beyin travması, sol bud sümüyünün sınığı” diaqnozu ilə Naxçıvan Muxtar Respublika X20 şəxsin Travmatologiya şöbəsinə daxil olmuşlar. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli, 186 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, verilmiş məlumatlara əsasən Vaz 21063 markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X27"Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində 60 km/saatdan çox olmayan sürətlə hərəkət etməlidirlər. (cild İ, iş vərəq 39-42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2025-ci il tarixli ərizədən görünür ki, Şahid1 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlu Səday müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, hadisəni törədən “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 şikayətçi olduğunu, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 50-51) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X1 Əziz Fərrux oğlunun müdafiəçisi təyin edilmişdir. (cild İ, iş vərəq 67-68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 69-71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx.xx.1997-ci ildə Babək rayonu, Payız kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, elektrik cihazlarının təmiri ilə məşğul olan, ünvan 2 ünvanmda yaşayan Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 85-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən AE seriyalı 881579 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısına daxil deyil. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobil cinayət hadisəsinin izlərini özündə saxladığından, cinayət işi üzrə maddi sübut kimi tanınmış və avtomobilin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsində saxlanılması nəzərə alınmışdır. (cild İ, iş vərəq 98-102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. (cild İ, iş vərəq 95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 261 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs atası X4, anası X5, qardaşı X6 və bacısı X18 adlı ailə üzvləri vardır. (cild İ, iş vərəq 96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Fərux oğlu K.Talıblı küçəsi ev 47 ünvanında yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir mənfi rəy daxil olmayıb. Ərazidə yaşayan qonşuların xeyir şərində fəal iştirak etmiş, ehtiyac olduğu zamanlarda dərhal yardım əlini uzatmış əlinən gələni əsirgəməmişdir. (cild İ, iş vərəq 97) Zərərçəkmiş şəxs 28 iyul 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə 1(078)-49/2025 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona dəymiş ümumilikdə 33488 (otuz üç min dörd yüz səksən səkkiz) manat məbləğində maddi və mənəvi zərərin əvəzinin həmin şəxs tərəfindən pulla ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən vtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X27» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X27» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «X27» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq ehtiyyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 09 (doqquz) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədiyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 01 (bir) il 09 (doqquz) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddənin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin dayanacağında saxlanılan X9 məxus “Vaz 21063” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X9 qaytarılmalıdır. Həmçinin məhkəmə belə hesab edir ki, cinayət işinin materiallarında olan X9 məxsus AD seriyalı, 233027 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra X9 və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus ƏN-V seriyalı, 735265 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması haqqında qərarda əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində vurulmuş maddi və mənəvi ziyana görə ümumilikdə 33488 (otuz üç min dörd yüz səksən səkkiz) manat ödənilməsini xahiş etsə də, həmin məbləğdə maddi və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar aparılmasına zərurət vardır. Həmin araşdırmalar isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Bu səbəbdən də zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi üçün Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin dayanacağında saxlanılan X9 məxus “Vaz 21063” markalı, **-BF- *** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X9 qaytarılsın. Cinayət işinin materiallarında olan X9 məxsus AD seriyalı, 233027 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra X9 qaytarılsın. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus ƏN-V seriyalı, 735265 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-49/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-49/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver