Məhkəmə qərarları › İş №1(078)-5/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-5/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-5/2021 03.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X13 məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmünün çıxarılması xahiş etmişdir. X13 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 18 sentyabr 1994-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur, hal- hazırda Naxçıvan şəhər M.Məmmədov adına 1№-li uşaq musiqi məktəbində müəllimə işləyir, həmçinin Naxçıvan Dövlət Universitetində magistr təhsilini davam etdirir. Məqalə dərc etdirmək üçün elmi rəhbəri Çingiz Axundovun rəyini almaq məqsədi ilə 14 aprel 2021-ci il tarixdə saat 1900-da X8 getmiş, özü də X5 işləmişdir. Zaldan çıxarkən İlkin Abdullayev salam veribvermədiyini soruşmuş və o da salam vermədiyini bildirmişdir. İlkin Abdullayev arxasınca, keçmiş iş yoldaşlarının yanında “tərbiyəsiz" deyerək nalayiq formada onu təhqir etmiş, onun təhqirini ətrafdakı şəxslər eşitmiş, həmçinin iş yerində quraşdırılmış video qeydinə düşmüşdür. Bununla da İlkin Abdullayev ona qarşı AR CM-in 148-ci maddəsini törətmişdir. Bu zaman X11 onunla arasında hər hansı mübahisə olmamasına baxmayaraq İlkin Abdullayevi müdafiə edərək “Qumral bu nə tərbiyəsizlikdir edirsən” demiş, o isə "mən Filarmoniyanın işçisi deyiləm” deyib çıxmışdır. X3şqıraraq “tərbiyəsiz, ailə qurub qudurub, oğlu olub qudurub, ləçər, tərbiyəsizin qızı" və başqa nalayiq sözlər deyərək onu təhqir etmiş, həmçinin “3-cü mərtəbədə əxlaqsızlıq edərkən görüb, müdaxilə etmişəm" deyərək ona böhtan atmış, bu böhtan və təhqirləri ətrafdakı hər kəs eşitmiş və video qeydə düşmüşdür. Bununla da X11 ona qarşı bir hərəkətlə iki cinayət əməli- AR CM-in 147.1 və 148-ci maddələrini törətmişdir. Qeyd etdiklərini keçmiş iş yoldaşları təsdiq edə bilərlər. Daha sonra X6 müdiri Səməd müəllimlə telefonla danışaraq olanları ona bildirmiş və X6 işçiləri X12, X10 barələrində idarə daxili tədbir görülməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxslər X4 və X10 bütün keçmiş iş yoldaşlarının yanında ondan üzr istəmələri qarşılığında məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Səməd müəllim X4 və X10 barələrində araşdırma aparılacağını, onlar barəsində tədbir görüləcəyini bildirmiş, həmçinin onların üzrxahlıq etməli olması tələbini təqsirləndirilən şəxslərə bildirəcəyini, məhkəməyə müraciət edə biləcəyəni, əgər məhkəməyə müraciət etsə məhkəmənin tələbi ilə kamera görüntüsünü təqdim edəcəyəni bildirmişdir. X1 və X14 ondan keçmiş iş yoldaşlarının yanında üzr istəməmişdirlər. Buna görə də həmin şəxslərin barəsində müvafiq tədbirlərini görülməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Çünki şikayət vermiş şəxs X13 şikayətindən imtina ilə əlaqədar məhkəməyə ərizə göndərmişdir. Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə görə şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300.1.3 və 302.1.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar