Məhkəmə qərarları › İş №1(078)-5/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-5/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-5/2022 23.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Şərur rayonu, Qabıllı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, İİİ dərəcə əlil, N nömrəli hərbi hissənin Mənzil- İstismar xidmətinin qazanxana operatoru işləmiş, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş və götürülmüş, Kəngərli rayon, Qabıllı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 4(078)-25/2022 nömrəli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “21” noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Kəngərli rayonu Qabıllı kənd sakini Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına gedərək yoldan götürdüyü armatur parçası ilə həmin evin darvaza qapısının asma kilidini sındıraraq evin həyətinə, oradan isə armatur parçası ilə pəncərəni sıxıb açaraq evə daxil olub oradan bir ədəd 15N manat dəyərində olan qaynaq aparatını, iki ədəd hər biri 5N manat dəyərində olan dreli, bir ədəd 55 manat dəyərində olan lobziki, bir ədəd 35 manat dəyərində olan plastik boru yapışdıran ütünü, bir ədəd 65 manat dəyərində olan mismar tapançasını, bir ədəd 45 manat dəyərində olan laqondanı və bir ədəd 5N manat dəyərində olan qatlanan çarpayını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 50N manat məbləğində maddi ziyan vurması faktı olmuşdur. Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində oğurluq etmək məqsədilə Naxçıvan şəhəri 54-cü məhəlləyə gedib həmin məhəllədə heç kimin olmadığı və darvaza qapısı bağlı olan evləri müəyyən etmək qərarına gəlmiş, həmin məhəllənin 3-cü döngəsi ilə piyada hərəkət edən zaman döngə 3 ev 6 ünvanında yerləşən xarrat emalatxanasının qarşısından keçərkən orada armatur parçalarının olduğunu görüb bağlı qapı olarsa, qapını sındırmaqda istifadə etmək üçün armatur parçalarından birini götürərək yoluna davam etmiş, həmin məhəllənin döngə 5, ev 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs evinin darvaza qapısının asma kilidlə bağlı olduğunu görüb hasar divarından boylanaraq, səslənib evdə heç kimin olmadığından tam əmin olduqdan sonra qəsdən, tamah məqsədilə yoldan götürdüyü armatur parçası ilə həmin evin darvaza qapısının asma kilidini sındırıb açaraq qanunsuz olaraq həyətə daxil olmuş, sonra isə armatur parçası ilə evin taxta pəncərəsinin tağını sıxıb açaraq evə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 5N manat dəyərində olan açılıb-bağlanan çarpayını, bir ədəd 12N manat dəyərində olan КАРПАТ KAC-350 markalı qaynaq aparatını, bir ədəd 2N manat dəyərində olan УРАЛЗИД УД- 530ЭР markalı dreli, bir ədəd 15 manat dəyərində olan qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mmlik, SAN OU 1/2-20UNF kodu olan dreli, bir ədəd 5N manat dəyərində olan ИНТЕРСКОЛ МП- 100Э 705Bt markalı lobziki, yəni taxtakəsəni, bir ədəd 3N manat dəyərində olan ANGLE GRİNDER S1M-BQ-115C markalı laqondanı, bir ədəd 25 manat dəyərində POWER ACTİON X38 TW1500 markalı plastik boru yapışdıran ütünü və qayçısını (qutusu ilə birlikdə) və bir ədəd 3N manat dəyərində olan ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapançanı (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. İstintaq zamanı Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 17 oktyabr 2022-ci il tarixli 285 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurduğu müəyyən edildiyindən 25 oktyabr 2022-ci il tarixdə cinayət işinin mahiyyəti üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona yeni məzmunda ittiham elan olunmuş, hüquq və vəzifələri izah edilərək dindirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda işsiz olduğunu, 16 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Naxçıvan şəhərində texniki peşə məktəbinə sənəd qəbulu ilə maraqlanmaq üçün yaşadığı evdən çıxıb Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində maşrutla Naxçıvan şəhər Peşə Məktəbinə getdiyini, Peşə Məktəbində kursun başlanıldığını və 10 gündən sonra yenidən müraciət etməyini bildirdiklərini, oradan çıxıb yolda olan mağazaya girib özünə su alıb içdiyini, sonra oradan piyada hərəkət edərək Naxçıvan şəhəri 54-cü məhəlləyə doğru getdiyini, həmin məhəllədə evlərdən birinin hasar divarının alçaq olduğunu görüb həyətə boylandığını, həyətdə su nasoslarının olduğunu gördüyünü, həmin həyətin küçə qapısına yaxınlaşdığını, küçə qapısında asma qıfılın olduğunu gördüyünü, həmin həyətdə kiminsə olub-olmadığını yoxlamaq məqsədi ilə müxtəlif adlarla səslənməyə başladığını, ancaq heç kimin cavab vermədiyini, evdə heç kimin olmadığına tam əmin olduğunu, qapının qıfılla bağlı olduğunu görüb və evdə heç kimin olmadığından əmin olub qıfılı qırıb həyətə daxil olmaq barədə düşündüyünü, ona görə də, həmin məhəllədə arxa döngəyə qayıtdığını, döngələri gəzən zaman taxta emalatxanasını gördüyünü, oraya çatanda diqqətini yerdə olan armatur parçalarının çəkdiyini, həmin an “armatur parçalarından birini götürüm və bağlı küçə qapısının qıfılını qırım” deyə düşündüyünü, buna görə də, emalatxananın qabağından armatur parçalarından birini götürdüyünü, küçə qapısı qıfılla bağlı olan həyətə tərəf qayıtdığını, armatur parçasını qapıdakı qıfıla salıb güc edərək qıfılı qırıb qapını açdığını, sonra həmin qapıdan həyətə daxil olub ətrafı gəzib həyətdə olan iş alətlərinə baxdığını, evin pəncərəsinin yanından keçəndə evin içərisində drel, taxta kəsən lobzik aparatı və digər iş alətlərinin olduğunu gördüyünü, həmin alətləri evdən götürmək üçün pəncərəni bir neçə dəfə itələsə də, pəncərənin açılmadığını, bu zaman armatur parçası ilə həmin pəncərəni sıxaraq açdığını, pəncərədən evin içərisinə daxil olduğunu, daxil olduğu otaqda yerdə iş alətlərinin olduğunu gördüyünü, həmin alətlərdən qaynaq aparatının çuvalın içərisində olduğunu, həmin çuvalı götürdüyünü, sonra evdən iki ədəd drel, bir ədəd taxta kəsən lobzik, bir ədəd balaca laqunda, bir ədəd mismar tapançası və bir ədəd plastik boruları yapışdıran ütünü qaynaq aparatının olduğu çuvala yığdığını, həmin avadanlıqları çuvala dolduran zaman evin dəhlizində açılıb-bağlanan çarpayını gördüyünü, həmin çarpayının bağlı vəziyyətdə olduğunu, həmin vaxt çuvaldakı avadanlıqları çıxardandan sonra açılıb-bağlanan çarpayını da götürmək barədə düşündüyünü, həmin çuvalı götürüb pəncərədən çölə çıxartdığını, çöldə pəncərənin yanına qoyduğunu, sonra təkrar evin içərisinə pəncərədən daxil olub bir ədəd açılıb-bağlanan çarpayını götürərək pəncərədən çölə çıxartdığını, sonra evin içərisinə daxil olmadığını, açıq olduğu bilinməsin deyə pəncərəni yavaşca örtdüyünü, evdən götürdüyü iş alətlərini və çarpayını daşıyıb küçə qapısının yanına yığdığını, sonra küçəyə çıxıb ətrafa baxdığını,küçədə heç kim olmadığı üçün birinci çuvaldakı iş alətlərini çıxarıb yan tərəfdə olan yarımçıq tikiliyə qoyduğunu, sonra yenidən həmin həyətə qayıdıb həyətdə olan açılıbbağlanan çarpayını da götürüb küçə qapısından çıxdığını, küçə qapısının üstündə olan qırdığı qıfılı qapıya keçirtdiyini, sonra çarpayını çuvalı qoyduğu yerə aparıb həmin çuvalın yanına qoyduğunu, həmin vaxt çuvalın ağzı açıq vəziyyətdə olduğunu, bağlamadığını, götürdüyü iş alətlərini və çarpayını satmaq üçün şəhərə getdiyini, şəhərə gedəndə məhəllədən yola çıxıb 1 №-li maşrut avtobusuna minib Naxçıvan şəhər Avtovağzalına tərəf getdiyini, avtovağzalın yanında avtobusdan düşüb orada olan tanımadığı şəxslərdən həmin yerdə dəmir alan dükanın olub-olmadığını soruşduğunu, onlardan birinin ona Limon marketin yanındakı yolla qalxanda qarşıda dəmir satılan dükanın olduğunu dediyini, Limon marketin yanındakı yolla gedib dəmir satılan dükana çatdığını, həmin köhnə tikinti materialları satılan yerdə olan şəxslərə “mən Türkiyədə usta işləmişəm, əlim aparata düşdüyünə görə əlimdə olan iş alətlərini - laqundanı, dreli və digər iş alətlərini satıram” dediyini, həmin şəxslərin də ona “gətir baxaq, lazım olsa alarıq” dediyini, özü də alətləri ustalara göstərmək üçün 1 №-li avtobusa minib alətləri gizlətdiyi yarımtikili olan yerə gəldiyini, köhnə tikinti alətlərinin satıldığı yerdə olan şəxslərin özündən sadəcə iş alətlərini istədiyi üçün çuvaldakı iş alətlərini götürdüyünü, çarpayını yarımtikili yerdə saxladığını, çarpayını orada saxlamaqda məqsədinin “sonra vaxtım olan kimi çarpayını oradan götürüm və satım” olduğunu, ona görə də, iş alətləri olan çuvalı götürüb eyni qayda ilə 1 №-li avtobusa minib, həmin çuvalı avtobusa qoyub, yola düşdüyünü, Naxçıvan şəhəri Limon marketin yanında çuvalı götürərək avtobusdan düşdüyünü, Limon marketin yanı ilə dəmir dükanına gedəndə dükanın girişinə çatmamış orada olan şəxslərdən biri ilə rastlaşdığını, həmin şəxsin özündən “qaynaq aparatını gətirmisən” deyə soruşduğunu, həmin şəxsə “çuvalın içərisindədir” dediyini, həmin şəxsin çuvalın içərisinə baxdığını və qaynaq aparatı ilə drelin birini götürüb qarşılığında 7N manat pul verdiyini, ondan sonra dükana daxil olub çuvalın içərisindəki bir ədəd taxta kəsən lobziki, bir ədəd balaca laqundanı, bir ədəd mismar tapançasını, bir ədəd dreli və bir ədəd plastik boruları yapışdıran ütünü çıxartdığını, orada olan şəxslərin alətlərə baxdıqlarını, sonra Şahbuz rayon sakini bir nəfər tanımadığı şəxsin 15N manata həmin alətləri aldığını, sonradan alətləri satdığı şəxsin Şahbuz rayon Gömür kənd sakini X22 olduğunu, dükandan çıxıb Avtovağzala gəldiyini, avtovağzalda əvvəlcədən borcu olan tanışı Naxçıvan şəhər sakini Arifə həmin puldan 2N manat verdiyini, sonra borcu olan digər tanışı Kəngərli rayon Şahtaxtı kənd sakini Pərvinə zəng vurub Avtovağzalda olduğunu bildirdiyini, bir qədər sonra Pərvinin Avtovağzala gəldiyini, ona 16N manat pul verdiyini, həmin puldan qalanını isə xərclədiyini, sonra Avtovağzalda avtobusa minib yaşadığı Kəngərli rayon Qabıllı kəndinə getdiyini, 21 sentyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsinə dəvət edildiyini, bölməyə gələndən sonra polis əməkdaşının ona ünvan 2 ünvanında yerləşən evdən siz oğurluq etmisiniz sualını verdiyini, bununla bağlı kamera görüntülərinin olduğunu, həmin evdən oğurluq etdiyini polis əməkdaşına etiraf etdiyini, həmin evdən iş alətləri və bir ədəd çarpayı götürdüyünü, həmin iş alətlərini satdığını, bir ədəd çarpayını isə oğurluq etdiyi evin yanındakı yarımtikili evdə gizlətdiyini, sonra polis əməkdaşlarının özünün və hal şahidlərinin iştirakı ilə həmin yarımtikili evə baxış keçirib çarpayını götürdüyünü, oğurluq etdiyi evin sahibini tanımadığını, əvvəllər həmin məhəllədə fəhlə işlədiyindən həmin məhəlləni əvvəlcədən tanıdığını, fəhlə işlədiyi zaman həmin məhəllədə olan evlərdən oğurluq etmədiyini, sadəcə fəhlə işlədiyi üçün həmin məhəlləyə gəlib-getdiyini, ona görə də, o məhəlləni tanıdığını, ünvan 2 ünvanında yerləşən evə oğurluq etmək məqsədilə girdiyini, borcu olduğu üçün 54-cü məhəllədə piyada gəzən zaman həyətdə su nasosu və dəmir alətləri olduğunu görüb evin küçə qapısının götürdüyü armatur parçası ilə qıfılını sındıraraq həyətə daxil olduğunu, evin içərisində iş alətlərini görüb, evin içərisinə daxil olmaq üçün pəncərəni armaturla sıxıb açaraq içəri daxil olduğunu, sonra həmin iş alətlərini və çarpayını oğurladığını, həmin evə tək girdiyini, evdən oğurluq edərkən özünə heç kimin kömək etmədiyini və hadisəni törədən zaman tək olduğunu, oğurluq etməyi ilə bağlı heç kimə heç nə demədiyini, heç kimin bu barədə xəbərinin olmadığını, satdığı iş alətlərinin oğurluq olduğunu iş alətlərini satdığı şəxslərə demədiyini, ilk əvvəl, iş alətlərini və çarpayını oğurladığını, sonra onları satmaq üçün yer axtardığını, avtovağzal tərəfdə Limon marketdən yuxarı küçədə köhnə tikinti materiallarının satıldığı yeri öyrənib, ora getdiyini, sonra orada olan şəxslərə oğurladığı əşyaları satmaq üçün Türkiyədən gəlmişəm, usta işləyirdim, əlim aparata düşüb, barmaqlarımı itirmişəm, usta işləyə bilmədiyim üçün öz iş alətlərimi satıram” dediyini, əlini o vəziyyətdə orada olan şəxslərə göstərdiyini, orada olan şəxslərin özünə inandığını, sonra oğurladığı əşyaları satdığını, 2019-cu ildə Türkiyə Respublikasının İğdır şəhərində mebel sexində işləyən zaman sağ əlinin adsız və orta barmaqlarının dibdən, işarət barmağının isə yarıdan dəzgaha düşdüyünü, bununla bağlı özünün əlilliyinin olduğunu, 3-cü qrup əlil olduğunu, həmin evə ilk dəfə oğurluq etmək məqsədilə girdiyini, əvvəlcədən həmin evə oğurluq etmək üçün daxil olmadığını, ilk dəfə olaraq oğurluq etdiyini, əvvələr heç vaxt oğurluq etmədiyini, həmin alətlərdən başqa heç nə oğurlamadığını, oğurladığı açılıb- bağlanan çarpayını heç kimə satmadığını, həmin çarpayının elə həmin həyətdə də qaldığını, oğurladığı alətləri satdığı şəxslərdən heç birini tanımadığını, sonradan onlardan birinin Şahbuz rayon sakini Məmməd Xudayev olduğunu və qaynaq aparatı ilə dreli satdığı şəxsin isə Naxçıvan şəhər sakini Nofəl Əliyev olduğunu bildiyini, tələbnamədə göstərilən cinayətləri özünün törətdiyini, hadisənin baş verdiyi tarixi tam xatırlamadığını, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının arxasında, A.Bakıxanov qəsəbəsinə gedən yolun üstündə yerləşən “Qaya” adlı kafeyə tanışları Razi və Nəcəflə getdiklərini, sonra kafenin mühafizəçisi ilə mübahisələrinin düşdüyünü və savaşdıqlarını, ancaq oradan heç nə götürmədiyini, lakin istintaq zamanı mübahisə elədiyi mühafizəçinin ifadə verərkən “onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və xidməti vəsiqəsi pul qabı ilə birlikdə oğurlanıb” dediyini, ikinci dəfə də Sisqala ticarət mərkəzindən telefon oğurladığını, buna görə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2009-cu il tarixli hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmə cəzası aldığını, 12 saylı Cəza çəkmə müəssəsində təxminən 1 ilə yaxın cəzasını çəkəndən sonra 2010-cu ildə Naxçıvan MR cəzaçəkmə müəssisəsinə gətirildiyini, 2012-ci ilin dekabr ayına qədər Naxçıvan MR cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyini, həmin aydan Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə vaxtından əvvəl cəzanın çəkilməmiş hissəsindən azad edildiyini, Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin qazanxanasında operator işlədiyini, keçən il, 2021 -ci ilin noyabr ayında həmin qazanxanada işə başladığını, aprel ayına qədər işlədiyini, həmin iş mövsümü olduğuna görə, apreldən sonra işin dayandığını və 2022-ci ilin noyabrında işə başlamalı olduğunu, həmin hərbi hissədə qazanxana operatoru kimi qeydiyyatda olduğunu, ehtiyacı olduğundan bu oğurluq əməlini etdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində ünvan 3 ünvanda yaşadığını, halhazırda X26 Limanında sürücü işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında hər hansı bir qohumçuluq, ədavət və düşmənçilik münasibətinin olmadığını, Naxçıvan şəhəri 54-cü məhəllə döngə 5, ev 10 ünvanında ailəsi ilə birlikdə yaşadığını, həmin döngədə ev 9 ünvanında yerləşən evin də özünə məxsus olduğunu, həmin evi təxminən 4 il bundan əvvəl aldığını, həmin evdə tikinti işləri getdiyi üçün hal-hazırda orada yaşayışın olmadığını, Naxçıvan şəhəri 54-cü məhəllə döngə 5, ev 10 ünvanındakı ev yaşadığı evə yaxın olduğundan 3-4 gündən bir həmin həyətə gedib ağacları suladığını, həmin evdə tikinti işləri getdiyindən iş alətlərinin çoxunun da orada olduğunu, lazım olan vaxtı həmin evə gedib iş alətlərini gətirib yaşadığı evdə istifadə etdiyini, özündən başqa həmin evə həyat yoldaşı X17 da gedib həyətə baxdığını, həmin evdə işləri bitdikdən sonra hasar qapısını qıfılla, evin giriş qapısını isə açarla bağlayıb öz yaşadığı evə qaytdığını, həmin evin açarlarını da yedək açarlarla birlikdə yaşadığı evdə giriş qapısının yanına asdığını, 18 sentyabr 2022-ci il tarixdə bazar günü işdən çıxdığı üçün evdə olduğunu, bir qədər istirahət etdikdən sonra yaşadığı evdən çıxıb qonşuluqda olan həmin evə tərəf getdiyini, həmin evin həyət qapısının dəmir metaldan hazırlanıb iki tağlı olduğunu, qapıya yaxınlaşanda qapının üstündə olan qıfılın açıq vəziyyətdə olduğunu gördüyünü, lakin bu vəziyyətin özündə şübhə oyatmadığını, özünün “yəqin həyat yoldaşım Rahilə evə gəlib və gücü çatmadığı üçün qapının qıfılını sıxmayıb və açıq qalıb” deyə fikirləşdiyini, qapını açıb həyətə daxil olduğunu, həyətə keçəndə içəridə küçə qapısının sol tərəfində qapıya dayanmış vəziyyətdə bir ədəd dəmir armaturun olduğunu gördüyünü, sonra həyətə keçib addımlayaraq evə tərəf gəlib evin qapısına yaxınlaşdığını, evin qapısının taxta materialından hazırlandığını, qapını açarla açanda qapının üzərində heç bir zoraki hərəkətin olmadığını, evə qapıdan daxil olanda sol tərəfdəki otağın pəncərəsinin açıq vəziyyətdə olduğunu gördüyünü, özünün “yaddan çıxar, evdəkilər pəncərəni açıq qoyar” deyə düşündüyünü, həmin otağa keçib ətrafa baxanda pəncərəyə tərəf şkafın üstündəki qaynaq aparatının yerində olmadığını gördüyünü, həmin vaxtı evə oğru girib deyə şübhələndiyini, otaqda olan digər tikinti əşyalarını axtardığını, ancaq həmin əşyaların da yerində olmadığını gördüyünü, otaqda olan zaman 1 ədəd Karpat markalı qaynaq aparatı, 1 ədəd laqunda, 2 ədəd drel, 1 ədəd plastik boruları yapışdıran ütü, 1 ədəd mismar vuran tapança, 1 ədəd lobzik, yəni taxta kəsən aparat və 1 ədəd raskladuşka, yəni açılıb-bağlanan çarpayının oğurlandığını müəyyən etdiyini, sonra evdən çıxıb çöl tərəfdən pəncərəyə yaxınlaşanda pəncərənin orta tağının aralı qaldığını və tağın aşağı hissəsinin hər hansısa alətin təsirindən sıxılaraq təzyiq edilib açıldığını gördüyünü, pəncərinin üzərində sıxılma izləri saldığını, həmin gün Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsinə gələrək evindən oğurluq edilməsi barədə şikayət ərizəsi yazdığını, polis əməkdaşlarının gəlib həyətə və evin içərisinə baxış keçirtdiklərini, sadaladığı əşyalardan başqa həmin evdən heç nəyin oğurlanmadığını, evdən oğurlanan əşyaları - bir ədəd Karpat markalı qaynaq aparatı təxminən 7-8 il bundan əvvəl 15N manata aldığını və həmin aparatdan da istifadə etdiyini, bir ədəd laqundanı da 3-4 il bundan qabaq aldığını, həmin laqundanın markasını bilmədiyini, istifadə olunduğuna görə laqundanın üzərində olan yazıların silindiyini, həmin laqundanı da 45 manata aldığını, bir ədəd qırmızı rəngli dreli 10 il bundan qabaq aldığını, çox qəşəng drel olduğunu, uzun müddətdir istifadə etmədiyini, həmin drelin Almaniya istehsalı olduğunu, xatırladığına görə DVT firmasına məxsus olduğunu, digər dreli isə 2 il bundan əvvəl aldığını, ancaq onun markasını bilmədiyini, drellərin hər birinin qiymətinin 5N manat olduğunu, bir ədəd plastik boru yapışdıran ütünü isə 1 il yarım bundan əvvəl 35 manata aldığını, bir-iki dəfə istifadə etdiyini, 1 ədəd mismar vuran tapançanı da 2 il bundan əvvəl 65 manata aldığını, ancaq onun da markasını dəqiq bilmədiyini, bir ədəd lobziki isə 10 il bundan qabaq 55 manata aldığını, xatırladığına görə Rusiya istehsalı olduğunu, bir ədəd açılıb-bağlanan çarpayını 2 il bundan əvvəl 5N manata aldığını, həmin çarpayının istifadə olunmadığını, çarpayının salafanının üstündə olduğunu və heç açılmadığını, bu əşyalardan başqa evdən heç nə oğurlanmadığını, ünvan 2 ünvanında evdə heç kimin yaşamadığını, həmin həyətdə ağaclar olduğu üçün özünün 3-4 gündən bir həyətə gedib ağacları sulayıb çıxdığını, həmin evə özündən və həyat yoldaşı Rahilədən başqa heç kimin getmədiyini, oğurluq olmamışdan qabaq, yəni 2022-ci ilin sentyabr ayının 14- də səhər-səhər evdə olanda həmin həyətə getdiyini, həmin vaxtı orada olan ağacları sulayıb həyətdən çıxdığını, sentyabr ayının 13-dən oğurluğu aşkar edənə qədər olan müddətdə ailəsindən heç kimin ora getmədiyini, 2008-ci ildən o evdə yaşadığını, orada birinci dəfədir ki, oğurluq olduğunu, əvvəllər belə hadisənin olmadığını, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində Şahbuz rayon Gömür kəndində qeydiyyatda olmaqla yaşadığını, Kəngərli rayon Qabıllı kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 16 sentyabr 2022-ci il tarixdə söküntü dam örtüyü almaq üçün Naxçıvan şəhəri 9-cü küçədə yerləşən köhnə tikinti materialların satıldığı dükana getdiyini, həmin dükanda dam örtüyünü alıb onu daşımaq üçün yük avtomobilini gözlədiyini, evdə təmir işi apardığı üçün həmin köhnə tikinti materialları satılan dükanın sahibi İlqarı və onun oğlu Turalı bu ilin iyun ayından tanıdığını, əvvəllər oradan köhnə taxta, qapı və s. lazım olan tikinti materialları aldığı üçün onların telefon nömrələrinin öz mobil telefonunda olduğunu, dam örtüyü aldığı üçün Turala zəng vurub “gəl, dam örtüyünü kəndə aparaq” dediyini, Tural da özünə “sifariş qəbul eləmişəm, indi apara bilməyəcəm, işim günortaya qurtarar” dediyini, Turala “burada səni gözləyəcəm” dediyini, həmin gün saat 13:00-dək gözlədiyini, Turalın özünə “işimi bu gün qurtara bilmədim, səhər gedək” dediyini, Turala “səhəri gözləyə bilmərəm, bugün aparacam” dediyini, Turalın da tanışı Araza zəng vurub yük avtomobili çağırdığını, Arazın da gəlirəm dediyini, Arazın idarə etdiyi yük avtomobilini gözləyən zaman siqaret çəkdiyini, həmin vaxt dükana Bahaddinin gəlib İlqarın yanına getdiyini, Bahaddin ilə İlqar arasında olan söhbəti eşitdiyini, söhbət zamanı Bahəddinin İlqara “mən ustayam, Türkiyədə işləyən zaman əlim makinaya düşüb, ona görə də, öz inşaat avadanlıqlarımı satıram” dediyini, həmin vaxt orada İlqargildən başqa tanımadığı müştəri və fəhlələrin də olduğunu, İlqar deməsə də, orada olan şəxslərin Bahəddinə “get gətir baxaq” dediyini, sonra Bahaddinin getdiyini, təxminən 15-20 dəqiqə sonra Bahaddinin əlində çuvalla dükana gəldiyini, Bahaddinin çuvalın içərisindəki inşaat elektirik avadanlıqlarını bir-bir çıxarıb yerə düzdüyünü, həmin an orada olan maraqlı şəxslərin də avadanlıqlara baxdıqlarını, orada olan şəxslərdən birinin “bayaq sən qaynaq aparatı, 2 ədəd drel demişdin, bəs onlar haradadır” dediyini, Bahaddinin də həmin şəxsə “yolda gələn zaman həmin qaynaq aparatı ilə drelinin birini satdım” dediyini, həmin ərəfədə Qazel markalı yük avtomobilinin sürücüsü Arazın da ora gəldiyini, hər kəsin rast gələ aparatlardan birini götürdüyünü, belə olan halda özünə də maraqlı gəlib kənardan avadanlıqlar olan hissəyə yaxınlaşdığını, taxta kəsən lobziki götürüb Bahaddinə “razılaşsaq, bunu da mən almaq istəyirəm” dediyini, Bahaddinin də özünə “hər kəs avadanlıqları tək-tək almaq istəyir, ancaq mən avadanlıqların hamısını bir yerdə, cəm halda satıram, alırsınızsa, hamısını alın” dediyini, hər kəsin əlindəki avadanlıqları yerinə qoyduğunu, özünün də iş alətini yerinə qoyduğunu, Bahaddinin də “mən avadanlıqların hamısını 15N manata satıram” dediyini, heç kimin avadanlığı almadığını, orada olan şəxslərdən birinin özünə “almaq istəyirsənsə, sən götür” dediyini, həmin şəxsə “avadanlıqlar köhnədir, o qədər pulu verə bilmərəm, versəm 10N manat verərəm” dediyini, həmin an Bahaddinin əlindəki sarğını çıxarıb ağlayaraq “əlim düşüb makinaya, maddi vəziyyətim pisdir, dolana bilmirəm” dediyini, orada olan şəxslərdən birinin “yazıq adamdır, dediyi pulu ver, dəyərində olmasa da, Bahaddinə köməyin dəysin” dediyini, avadanlıqlara baxıb Bahaddinə yazığının gəldiyini, həmin vaxt İlqara “avadanlıqları alacam, ancaq üstümdə pul yoxdur, sən mənim əvəzimdən 15N manat Bahaddinə ver, mən sənin pulunu Qazel sürücüsü Arazla göndərəcəm” dediyini, İlqarın da özünün adından 15N manat pulu Bahaddinə verdiyini, həmin 5 ədəd avadanlığı, yəni bir ədəd üzərində markası yazılmayan qırmızı rəngli dreli, bir ədəd İNTERSKOL 705 BT MP- '003 markalı lobziki, bir ədəd POWER ACTİON markalı plastik boru ütüsünü, bir ədəd TEN-F30 markalı mismar tapançası və bir ədəd GRİNDER markalı laqundanı aldığını, sonra Arazın yük avtomobilinə həmin avadanlıqları və aldığı dam örtüyünü yükləyib Şahbuz rayon Gömür kəndinə getdiyini, 21 sentyabr 2022-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə zəng gəldiyini, telefonu açanda danışan şəxsin Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı olduğunu bildirdiyini, Polis əməkdaşının “aldığın avadanlıqlar oğurluqdur, həmin avadanlıqları Polis İdarəsinə təqdim etməlisiniz” dediyini, polis əməkdaşına “avadanlıqları Polis İdarəsinə gətirirəm” dediyini, həmin gün Naxçıvan Şəhər Polis İdarəsinə gəlib necə almışdısa, o cür də avadanlıqları çuvalın içərisində polis əməkdaşlarına hal şahidlərinin iştirakı ilə təqdim etdiyini, həmin vaxt polis əməkdaşına avadanlıqları Bahaddindən alanda oğurluq olduğunu bilmədiyini dediyini, Bahaddinin dükanda “ustayam, əlim makinaya düşüb, avadanlıqları istifadə edə bilmədiyim üçün satıram” dediyini, ona görə də, ona inanıb avadanlıqları ondan aldığını, Təqsirləndirilən şəxs avadanlıqları alarkən həmin avadanlıqları Bahaddinin oğurladığını bilmədiyini, bunun səbəbinin günün günorta çağı Bahaddinin çuvalda dükana avadanlıqları gətirib sərbəst şəkildə sərgiləyərək satmasının olduğunu, heç həmin vaxtv Bahaddində tərəddüd hissinin belə olunmadığını, Bahaddinin əlini göstərib makinaya düşdüyünü deyəndə onu o vəziyyətdə görüb halına acıyaraq ona inandığını, o yalan deyər deyə düşünmədiyini, Bahaddinin həmin dükana çuvalda 5 ədəd avadanlıq gətirdiyini və həmin avadanlıqları aldığını, orada başqa avadanlığın olmadığını, Bahaddinin satdığını dediyi bir ədəd qaynaq aparatını və dreli heç görmədiyini, həmin qaynaq aparatını və dreli satdığını Bahaddindən eşitdiyini, dükanda özündən başqa Bahaddinin heç kimə avadanlıq satmadığını, Təqsirləndirilən şəxs ağzı bağlı çuval çiynində dükana gəldiyini, dükanın sonunda, tut ağacının yanında həmin çuvalı çiynindən yendirib, ağzını açıb, sonra həmin çuvaldakı avadanlıqları bir-bir çıxardıb yerə düzərək sərgilədiyini, həmin vaxt çuvalın içərisindən 5 ədəd avadanlığın çıxdığını, çuvalın içərisində başqa avadanlıq və ya qiymətli əşyanın olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda Naxçıvan şəhəri 9-cü küçədə yerləşən könhə tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu, Kəngərli rayon Qabıllı kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, təxminən 16 sentyabr 2022-ci il tarixində Naxçıvan şəhəri 9-cu küçədə yerləşən köhnə tikinti materiallarının satıldığı yerdə əmisi İlqar Əliyevlə birlikdə oturub çay içdiklərini, həmin vaxt dükanda köhnə tikinti materialları alıb-satan Şahbuz rayon Gömür kənd sakini Məmməd Xudayevin də orada olduğunu, həmin vaxt saat təxminən 12-13 radələrində dükana Bahaddinin gəldiyini, Bahaddinin həmin vaxt onlara “Türkiyədən gəlmişəm, ustayam, əlim aparata düşdüyünə görə işləyə bilmirəm və əlimdə qaynaq aparatı, drel, lobzik, laqunda və digər iş alətləri var, satıram” dediyini, əmisi İlqarın da Bahaddinə “biz elə mallar almırıq” dediyini, həmin vaxt müştəri Məmməd Xudayevin də “mən iş alətlərini alaram” dediyini, Bahaddinin iş alətlərini gətirməyə gedirəm deyib dükandan çıxıb getdiyini, bir qədər keçəndən sonra küçəyə çıxdığını, Limon marketin arxasında Təqsirləndirilən şəxs çiyində bir çuvalla gəldiyini gördüyünü, Bahaddinə “qaynaq aparatını göstər” dediyini, Bahaddinin də çuvaldan qaynaq aparatını çıxarıb özünə göstərdiyini, Bahaddindən qaynaq aparatını neçəyə satdığını soruşduğunu, Bahaddinin 6N manata satıram dediyini, sonra Bahaddindən başqa nə satdığını soruşduğunu, Bahaddinin də çuvalın içərisini göstərdiyini, oradan bir ədəd də dreli götürdüyünü, Bahaddinin də ona “1N manat ver, dreli də götür” dediyini, ümumilikdə 7N manat verib qaynaq aparatı ilə dreli ondan aldığını, çuvalın içərisində əlavə iş alətləri olsa da, özünün heç onlarla maraqlanmadığını, sonra da çıxıb getdiyini, ondan sonra Bahaddinin dükanda kimə nə satdığını bilmədiyini, 21 sentyabr 2022-ci il tarixdə öz telefonuna zəng gəldiyini, telefonu açandan sonra telefonda danışan şəxsin “Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı” olduğunu bildirdiyini, polis əməkdaşının özünə telefonda “aldığın avadanlıqlar oğurluqdur, avadanlıqları aldığınız şəxsi tanıyırsınız” dediyini, polis əməkdaşına “həmin şəxsi tanımıram, ancaq aldığım avadanlıqları gətirib Polis idarəsində təhvil verəcəm” dediyini, həmin gün Naxçıvan Şəhər Polis İdarəsinə gəlib necə almışdısa, o cür də КАРПАТ KAC-350 markalı qaynaq aparatını və УРАЛЗИД УД-530ЭР markalı dreli polis əməkdaşlarına hal şahidlərinin iştirakı ilə təqdim etdiyini, həmin vaxt polis əməkdaşına avadanlıqları Bahaddindən alanda onların oğurluq olduğunu bilmədiyini dediyini, Bahaddinin dükanda orada olan şəxslərə “ustayam, əlim makinaya düşüb, avadanlıqları istifadə edə bilmədiyim üçün satıram” dediyini, Bahaddinin əlini o vəziyyətdə görüb onun dediklərinə inandığını, Təqsirləndirilən şəxs sadəcə 2 ədəd avadanlıq, КАРПАТ KAC-350 markalı qaynaq aparatını və УРАЛЗИД УД-530ЭР markalı drel aldığını, başqa heç bir avadanlıq almadığını, Şahbuz rayon Gömür kənd sakini Məmməd Xudayevin ondan avadanlıq aldığını bildiyini, ancaq həmin avadanlıqların sayını və markasını bilmədiyini, Bahaddinin başqa kimə nə satdığını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində hal-hazırda Naxçıvan Şəhər Polis İdarəsinin 1 No-li Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində xidmət etdiyini, polis leytenantı olduğunu, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, xidməti ilə əlaqədar Naxçıvan şəhəri 54-cü məhəllənin özünə təhkim olunduğunu, həmin məhəllədə xidməti vəzifələrini icra etdiyini, Zərərçəkmiş şəxs Naxçıvan şəhəri 54-cü məhəllə döngə 5, ev 10 ünvanında yaşadığını, ərazinin sakini olduğunu, onunla öz arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2022-ci ilin sentyabr ayının 18-də, bazar günü Naxçıvan Şəhər Polis İdarəsinin 1 No-li Polis Bölməsinin növbətçisinin Zərərçəkmiş şəxs ərizə ilə polis bölməsinə müraciət edərək evindən oğurluq olduğunu bildirdiyi barədə məlumat verdiyini, dərhal Naxçıvan şəhər 54-cü məhəlləyə getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ilə əlaqə saxladığını, Azərin özünə “qonşuluqda yerləşən özünə məxsus yaşayış olmayan ünvan 2 ünvanında yerləşən evin darvaza qapısının asma kilidi sındırılıb, evin pəncərəsi sıxılaraq açılıb və evdən istifadə etdiyi iş alətləri - bir ədəd qaynaq aparatı, iki ədəd drel, bir ədəd lobzik, bir ədəd plastik boru yapışdıran ütü, bir ədəd mismar tapançası, bir ədəd laqunda və bir ədəd açılıb-bağlanan çarpayı oğurlanıb” dediyini, oğurluq olan evə müstəntiq və digər polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə iki nəfər hal şahidinin dəvət edildiyini, hal şahidləri ilə ev sahibi Zərərçəkmiş şəxs arasında olan münasibətin yoxlanıldığını, hal şahidlərinə hüquq və vəzifələrinin izah edildiyini, sonra hadisə yerinə baxış keçirildiyini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, sonra kriminalist tərəfindən sıxılıb açılan pəncərədən iki ədəd əl-barmaq izinin aşkar edilib qablaşdırılaraq götürüldüyünü, hadisə yerində üzərində sındırma izlərinin olduğu müşahidə edilən asma qıfıl və armatur parçası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürüldüyünü, hadisə yerində tərtib edilmiş protokolun iştirakçılar və hal şahidləri tərəfindən imzalandığını, hadisə yerinə baxışın sona çatdığını, evdən oğurluq edən şəxsin müəyyən edilməsi və tutularaq gətirilməsi ilə bağlı bölmənin rəisinin tapşırıq verdiyini, sonra hadisə yerinə yaxın ərazidə olan müşahidə kameralarına baxış keçirildiyini, iki gün sonra ünvan 7 ünvanında yerləşən xarrat emalatxanasının video-müşahidə kamerasına baxış keçirilən zaman 16 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində bir nəfər şəxsin həmin emalatxananın qabağından armatur parçası götürdüyü, bir qədər keçəndən sonra həmin şəxsin çiynində içərisi dolu çuvalla getdiyi istiqamətdən qayıtdığının müşahidə edildiyi, həmin görüntü sübut əhəmiyyətli olduğundan və görüntüdə olan şəxsin oğurluq etməyinə şübhə yarandığından bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkiləri ilə həmin şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, 21 sentyabr 2022-ci il tarixdə evdən oğurluq etməkdə şübhəli olan Kəngərli rayon Qabıllı kənd sakini Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə gətirildiyini, Təqsirləndirilən şəxs ilkin izahatında etdiyi oğurluq əməlini etiraf edərək Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdən iş alətlərini və çarpayını oğurladığını bildirdiyini, həmçinin həmin iş alətlərini və açılıb- bağlanan çarpayını həmin qonşuluqda yerləşən yarım tikili evə yerləşdirdiyini, sonra həmin iş alətlərini çuvalın içərisində daşıyıb Limon marketin arxasında yerləşən köhnə tikinti materialları satılan yerdə satdığını, açılıb-bağlanan çarpayının həmin yarımtikili evdə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 2 ünvanında yerləşən evin qonşuluğunda yerləşən yarımtikili evə getdiklərini, iki nəfər hal şahidi dəvət edib Təqsirləndirilən şəxslə aralarındakı münasibətin yoxlanıldığını, hal şahidlərinə hüquq və vəzifələrinin izah edildiyini, müstəntiq Təqsirləndirilən şəxs, hal şahidlərinin və digər iştirakçılarla birlikdə həmin yarımtikili evə baxış keçirərkən, Təqsirləndirilən şəxs həmin yarımtikilinin içərisinə girərək çarpayını göstərib qonşuluqdan oğurladığı çarpayı budur dediyini, həmin açılıb-bağlanan çarpayının hal şahidlərinin iştirakı ilə götürüldüyünü, fotoşəkillərin çəkilib protokol tərtib edilərək həmin çarpayının götürüldüyünü, sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlinə görə istintaqa təhvil verildiyini, həmin əraziyə 2021-ci ildən nəzarət etdiyini, xidmət etdiyi müddətdə həmin evdən oğurluq hadisəsinin olmadığını, əvvəllər də oğurluq hadisəsinin olmadığını, Təqsirləndirilən şəxs Kəngərli rayon Qabıllı kənd sakini olduğunu, həmin şəxsi tanımadığını, onu ərazidə xidmət edən zaman görmədiyini, Təqsirləndirilən şəxs xidmət etdiyi ərazidən başqa ev və ya saxlanc yerlərindən oğurluq etməsi ilə bağlı heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs iş alətlərini satdığı şəxsləri tanımadığını, Təqsirləndirilən şəxs günorta vaxtı oğurluq etsə də, onu görən şəxslərin dairəsini müəyyənləşdirməyin mümkün olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində Naxçıvan Şəhər Polis İdarəsinin 1 No-li Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, polis mayoru olduğunu, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Zərərçəkmiş şəxs Naxçıvan şəhəri 54-cü məhəllə döngə 5, ev 10 ünvanında yaşadığını, ərazinin sakini olduğunu, onunla öz arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2022-ci ilin sentyabr ayının 18-də, bazar günü Naxçıvan Şəhər Polis İdarəsinin 1 No-li Polis Bölməsinin növbətçisinin Zərərçəkmiş şəxs ərizə ilə polis bölməsinə müraciət edərək evindən oğurluq olduğunu bildirdiyini, pzünün də dərhal Naxçıvan şəhər 54-cü məhəlləyə getdiyini, həmin ərazinin polis sahə inspektoru Nihad Məmmədli ilə telefon əlaqəsi saxladığını, Nihadın ona Zərərçəkmiş şəxs yanında olduğunu, onların yanına gəlməsini dediyini, özünün də oraya getdiyini, Zərərçəkmiş şəxs yaşadığı evin qonşuluğundakı evi göstərib “bu ev də mənə məxsusdur, həmin evdən oğurluq olub” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs nə oğurlandığını soruşduğunu, Azərin həmin vaxt “evdən istifadə etdiyi iş alətləri - bir ədəd qaynaq aparatı, iki ədəd drel, bir ədəd lobzik, bir ədəd plastik boru yapışdıran ütü, bir ədəd mismar tapançası, bir ədəd laqunda və bir ədəd açılıbbağlanan çarpayı oğurlanıb” dediyini, oğurluq olan evə müstəntiq və digər polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə iki nəfər hal şahidinin dəvət edildiyini, hal şahidləri ilə ev sahibi Zərərçəkmiş şəxs arasında olan münasibətin yoxlanıldığını, hal şahidlərinə hüquq və vəzifələrinin izah edildiyini, sonra hadisə yerinə baxış keçirildiyini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, sonra kriminalist tərəfindən sıxılıb açılan pəncərədən iki ədəd əlbarmaq izinin aşkar edilib qablaşdırılaraq götürüldüyünü, hadisə yerində üzərində sındırma izlərinin olduğu müşahidə edilən asma qıfıl və armatur parçası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürüldüyü, hadisə yerinin baxış protokolu, möhürlənmiş zərflərin iştirakçılar və hal şahidləri tərəfindən imzalandığını, hadisə yerinə baxışın sona çatdığını, evdən oğurluq edən şəxsin müəyyən edilməsi və tutularaq gətirilməsi ilə bağlı bölmənin rəisinin tapşırıq verdiyini, bölmənin əməkdaşları ilə həmin şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirməyə başladıqlarını, iki gün sonra ünvan 7 ünvanında yerləşən xarrat emalatxanasının video-müşahidə kamerasının qeydə aldığı video görüntüləri nəzərdən keçirdiklərini və bu istiqamət üzrə əməliyyat axtarış tədbirlərini davam etdirdiklərini, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Kəngərli rayonu, Qabıllı kənd sakini 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin hadisəni törətməkdə şübhəli bilindiyindən 21 sentyabr 2022-ci il tarixdə tərəflərindən saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli Polis bölməsinə gətirildiyini, onun izahatının alındığını, Təqsirləndirilən şəxs izahatında 16 sentyabr 2022-ci il tarixində günorta saatlarında ünvan 8 ünvanına gedərək yoldan götürdüyü armatur parçası ilə həmin evin darvaza qapısının asma kilidini qıraraq evin həyətinə, oradan isə armatur parçası ilə pəncərəni sıxıb açaraq evə daxil olub oradan 1 ədəd qaynaq aparatını, 2 ədəd dreli, 1 ədəd lobziki, 1 ədəd plastik boru yapışdıran ütünü, 1 ədəd mismar tapançasını, 1 ədəd laqundanı və 1 ədəd qatlanan çarpayını oğurladığını etiraf edərək əldə etdiyi əşyalardan çarpayını həmin ərazidə olan yarımçıq tikili evdə gizlədərək saxladığını, digər əşyaları isə Naxçıvan Avtovağzalının arxasında yerləşən ikinci əl tikinti materialları satışı yerinə aparıb tanımadığı şəxslərə satdığını bildirdiyini, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 2 ünvanında yerləşən evin qonşuluğunda yerləşən yarımtikili evə getdiklərini, iki nəfər hal şahidi dəvət edib Təqsirləndirilən şəxslə aralarındakı münasibətin yoxlanıldığını, hal şahidlərinə hüquq və vəzifələrinin izah edildiyini, müstəntiq Təqsirləndirilən şəxs, hal şahidlərinin və digər iştirakçılarla birlikdə həmin yarımtikili evə baxış keçirərkən, Təqsirləndirilən şəxs həmin yarımtikilinin içərisinə girərək çarpayını göstərib qonşuluqdan oğurladığı çarpayı budur dediyini, həmin açılıb-bağlanan çarpayının hal şahidlərinin iştirakı ilə götürüldüyünü, fotoşəkillərin çəkilib protokol tərtib edilərək həmin çarpayının götürüldüyünü, sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlinə görə istintaqa təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası - X1 olaraq verdiyi ifadəsində Kəngərli rayon Qabıllı kəndində qeydiyyatda olmaqla yaşadığını, halhazırda təqaüdçü olduğunu, Təqsirləndirilən şəxs onun oğlu olduğunu, Təqsirləndirilən şəxs evli olub 3 azyaşlı övladının olduğunu, Təqsirləndirilən şəxs 2 dəfə ailə qurduğunu, birinci ailəsindən Ayan adında 8 yaşlı bir qız övladının olduğunu, Bahaddinin birinci ailəsindən boşandığı üçün qızı Ayanın anası ilə Şərur rayon Xanlıqlar kəndində yaşadığını, hər ay 10N manat aliment verdiklərini, Təqsirləndirilən şəxs ikinci dəfə X33 ilə ailə qurduğunu, həmin evlilikdən Bahaddinin biri qız, biri oğlan olmaqla iki az yaşlı övladının olduğunu, qızının adının Ceyran olduğunu, Ceyranın 3 yaşının olduğu, oğlunun adının İsmayıl olduğunu, onun isə 2 yaşının olduğunu, Bahaddinin bir ara Türkiyə Respublikasının İğdır şəhərində mebel sexində işlədiyini, sexdə işləyən zaman elektirik kəsildiyi üçün dəzgahın cərəyanını ayırmamış dəzgahı təmizləyən zaman işıq yandığı üçün dəzgah işə düşdüyündən sağ əlinin şəhadət, orta və adsız barmaqlarının aparata düşdüyü və amputasiya olunduğu, buna görə də, Bahaddinin İİİ dərəcə əlilliyinin olduğunu, Bahaddinin oğurluq əməli olmaya, ürəyinin təmiz olduğunu, saf insan olduğunu, övladlarının gözü olduğunu, Bahaddinin ailəsinə qarşı qayğıkeş, mehriban və bağlı olduğunu, onun narkotik vasitələrə və spirtli içkilərə meyilli olmadığını, sonuncu oğurluğundan əvvəl Bahaddinin Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən Naxçıvan ƏÜQO-nun N nömrəli hərbi hissəsinin qazanxanasında operator işlədiyini, Bahaddin İİİ dərəcəli əlil olduğu üçün əliliyə görə 12N manat təqaüd aldığını, hərbi hissədən də N manat maaş aldığını, oğlu Bahaddin N saylı hərbi hissədə işləsə də, mülki işçi olduğunu, hərbi qulluqçu olmadığını, oğlu Bahəddinin bir ildir, orada işlədiyini, oğlu Təqsirləndirilən şəxs Naxçıvan şəhər ərazisində törətdiyi oğurluq hadisəsi ilə əlaqədar heç nə bilmədiyini, oğlu Bahəddinin də özünə heç nə demədiyini, 21 sentyabr 2022-ci il tarixdə polis əməkdaşının özünə “Təqsirləndirilən şəxs Naxçıvan şəhərində evə qanunsuz daxil olub və iş alətləri oğurlayıb” dediyini, oğurlanan əşyaları görmədiyini, həmin əşyalarla bağlı heç nə bilmədiyini, oğlu Təqsirləndirilən şəxs oğurladığı əşyaları evə belə gətirmədiyini, nə də ki, həmin əşyaları harada saxladığını belə özünə demədiyini, Bahaddinin evə girib oğurluq etdiyini əvvəlcədən bilmədiyini, polis əməkdaşları özünə deyəndə Bahaddinin oğurluq etdiyini öyrəndiyini, cinayət işi üzrə Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığını, onunla özü və ailəsi arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 78) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 100-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanındakı evindən oğurladığı iş alətlərini satdığını və açılıb-bağlanan çarpayını isə həmin döngədə yarımtikili evdə gizlətdiyini bildirdiyindən, həmin yarımtikili evə baxış keçirilərək oradan bir ədəd açılıb-bağlanan çarpayı prosessual qaydada götürülmüşdür. (cild İ, iş vərəq 29-31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, Naxçıvan şəhər sakini X2 Şəhər Polis idarəsinə gələrək bir ədəd КАРПАТ KAC-350 markalı qaynaq aparatı və bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı dreli hal şahidlərinin iştirakı ilə təqdim etmiş, Şahbuz rayon Gömür kənd sakini X22 da Naxçıvan Şəhər Polis İdarəsinə gələrək bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mm-lik, SAN OU 1/2- 20UNF kodu olan drel, bir ədəd MHTEPCKOJ1 Mİİ-İOOƏ 705Bt markalı lobzik, yəni taxtakəsən, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqonda, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapşdıran ütü və qayçısı (qutusu ilə birlikdə) və bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapançanı (220-230V, 1800W, 130/min, 50/60 Fiz qutusu ilə birlikdə) hal şahidlərinin iştirakı ilə təqdim etmiş, nəticədə həmin iş alətləri prosessual qaydada qəbul edilərək qablaşdırılmışdır. (cild İ, iş vərəq 32-37) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 sentyabr 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs doğma atası - X3 razılıq ərizəsi əsasında Təqsirləndirilən şəxs yaşadığı Kəngərli rayon Qabıllı kəndində yerləşən evində şəxsin dəvəti ilə axtarış aparılması barədə qərar qəbul edilmiş, qərar X5 elan olunmaqla onun yaşadığı evdə və həyətyanı sahədə hal-şahidlərinin və digər şəxslərin iştirakları ilə axtarış aparılmış, həmin evdə cinayət yolu ilə əldə edilmiş, oğurlanmış və dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Axtarış keçirilən zaman “Canon” markalı fotoaparatla 4 ədəd fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. (cild İ, iş vərəq 109-112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 oktyabr 2022-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı iş üçün əhəmiyyətli olduğundan ünvan 7 ünvanında yerləşən xarrat emalatxanasının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 04 oktyabr 2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı kameranın xx.xx.2022-ci il tarixi, saat 12:19:17 saniyəni göstərdiyi, video-kameranın küçəni çəkdiyi, saat 12:22:12 saniyədə bir nəfər şəxsin (əynində qısaqol köynək, cins şalvar və sağ əlində barmaqlarının üstündə qara rəngli parça olan) addımlayaraq küçə ilə hərəkət etdiyi, saat 12:22:18 saniyədə həmin şəxsin sağa dönüb tikinti materialları yığılan divarın dibinə yaxınlaşıb saat 12:22:22 saniyədə yerdən armatur parçası götürdüyü, əlində armatur parçası ilə saat 12:22:28 saniyədə sağa doğru hərəkət edərək küçə ilə addımladığı, saat 12:22:39 saniyədə kameradan itdiyi, xx.xx.2022-ci il, saat 12:37:42 saniyədə digər video-görüntüdə olan şəxsin getdiyi istiqamətdən geri qayıtdığı, həmin şəxsin çiynində ağ rəngli çuvalda nəsə daşıdığı, həmin şəxsin küçə ilə addımlayıb saat 12:37:56 saniyədə kameradan itdiyi müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin oğurluğu özünün törətdiyini, həmin küçə ilə hərəkət edib xarrat emalatxanasının qabağından evin küçə qapısını açmaq üçün armatur parçası götürdüyünü, sonra ünvan 9 ünvanına getdiyini, həmin evin küçə qapısını armatur parçası ilə sındırıb həyətə daxil olduğunu, sonra evin pəncərəsini də armaturla sıxıb açaraq evə daxil olduğunu, evdən oğurladığı bir ədəd qaynaq aparatını, iki ədəd dreli, bir ədəd taxta kəsən lobziki, bir ədəd laqondanı, bir ədəd mismar tapançasını və bir ədəd plastik boruları yapışdıran ütünü ağ rəngli çuvala yığdığını, sonra içərisində həmin əşyalar olan çuvalı evdən çıxardığını, sonra evin içərisindən bir ədəd açılıb-bağlanan çarpayını da oğurladığını, həmin çarpayını və çuvaldakı iş alətlərini qonşuluqdakı yarımtikili evə yığdığını, sonra çuvalı çiyininə alıb gəldiyi küçə ilə geri qayıtdığını, çiynində çuvalla armatur parçasını götürdüyü xarrat emalatxanasının qabağından, həmin küçə ilə piyada addımlayaraq keçdiyini bildirmişdir. (cild İ, iş vərəq 148- 149) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X12 tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, 666 nömrəli məktubdan görünür ki, Kəngərli rayonu, Qabıllı kəndində qeydiyyatda olan 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X4 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 129) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 27 sentyabr 2022-ci il tarixli 2/3354 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 87863 nömrəli cinayət işi açıldığı, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.1 və 326.2-ci maddələri təqsirləndirilərək Nizami Rayon Məhkəməsinin hökmü ilə barəsində şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasının verildiyi, həmçinin Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 10114 nömrəli cinayət işi açıldığı, xx.xx.2009-cu il həmin maddə ilə təqsirləndirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının verildiyi, 06 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 13-cü maddəsinə əsasən Naxçıvan MR X21 Müəssisəsinə köçürüldüyü, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 2626 saylı ƏFV sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 135-136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 11/3031 nömrəli məktubunda Təqsirləndirilən şəxs Kəngərli rayon Qabıllı kəndində qeydiyyatda olmaqla yaşadığı, Kəngərli rayon ərazisində olan N saylı hərbi hissədə ocaqçı vəzifəsində işlədiyi, ailəli, 3 uşaq atası olduğu, əvvəllər, yəni xx.xx.2009cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 7 il, 6 ay azadlıqdan məhrum edildiyi, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2626 saylı sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxıldığı, törətdiyi oğurluq əməlində Kəngərli rayon sakinləri tərəfindən ona köməklik göstərilməsinin və ya kimlərlə əlbir olmasının müəyyən edilmədiyi göstərilmişdir. (cild İ, iş vərəq 157) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 04 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmiş, o əvvəllər vermiş olduğu ifadələri təsdiq etmiş və həmin istintaq hərəkəti zamanı ünvan 2 ünvanına gəldiyini, həmin evin küçə qapısının asma qıfılla bağlı olduğunu, evdə kimsənin olub-olmamasını yoxlamaq üçün səsləndiyini, evdə heç kimin olmadığına əmin olduqdan sonra həmin məhəllənin döngə 3 ünvanında yerləşən xarrat emalatxanasının qabağından armatur parçasını götürdüyünü, sonra həmin armatur parçası ilə küçə qapısının asma qıfılını sındırdığını, sonra həyətə daxil olduğunu, evin içərisində iş alətlərinin olduğunu görüb armatur parçası ilə evin pəncərəsini sıxıb açaraq evə daxil olduğunu, evdən bir ədəd qaynaq aparatını, iki ədəd dreli, bir ədəd lobziki, bir ədəd plastik boru yapışdıran ütünü, bir ədəd mismar tapançasını, bir ədəd laqondanı və bir ədəd qatlanan çarpayını oğurladığını ifadə edə-edə göstərərək əvvəlki ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti “Sony” markalı video-kamera ilə lentə alınmış və bir ədəd DVD-yə köçürülərək protokola əlavə olunmuşdur. (cild İ, iş vərəq 230-232) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 285 saylı ekspert rəyində bir ədəd açılıb-bağlanan çarpayının qiymətinin 5N manat, bir ədəd КАРПАТ KAC-350 markalı qaynaq aparatının qiymətinin 12N manat, bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı drelin qiymətinin 2N manat, bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5- 13 mm-lik, SAN OU 1/2-20UNF kodu olan drelin qiymətinin 15 manat, bir ədəd ИНТЕРСКОЛ МП-100Э 705Bt markalı lobzik, yəni taxtakəsənin qiymətinin 5N manat, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqondanın qiymətinin 3N manat, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapışdıran ütü və qayçısının (qutusu ilə birlikdə) qiymətinin 25 manat və bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapançanın (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) qiymətinin 3N manat, təqdim edilən malların istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 340 (üç yüz qırx) manat olduğu göstərilmişdir. (cild İ, iş vərəq 167-168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 283-284 saylı ekspert rəyində asma qıfılın səthində kənar bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik rəyin tədqiqi hissəsində təsvir edilən zədələr olduğu, zədələrdə zədə yaradan alətin xüsusi əlamətləri müşahidə edilmədiyindən təqdim edilmiş asma qıfılın konkret hansı alətlə təsir etməklə açılmasını müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş asma qıfılının konstruksiyası onun bərk predmetlə (armatur, ling və .s) mexaniki təsir nəticəsində açılmasını mümkün etdiyi, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izinin X6 əl barmaqlarına uyğun gəlmədiyi göstərilmişdir. (cild İ, iş vərəq 170-173) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 26 oktyabr 2022-ci il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş asma qıfıl və armatur parçası, təqsirləndirilən şəxs qismində cəlb olunmuş X6 oğurladığı və istintaq zamanı Naxçıvan Şəhər Polis İdarəsinə təqdim edilən bir ədəd КАРПАТ KAC-350 markalı qaynaq aparatı, bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı drel, bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mm-lik, SAN OU 1/2-20UNF kodu olan drel, bir ədəd ИНТЕРСКОЛ МП-100Э 705Bt markalı lobzik, yəni taxtakəsən, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqonda, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapışdıran ütü və qayçısı (qutusu ilə birlikdə) və bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapança (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) və yarımtikili evə baxış zamanı götürülmüş bir ədəd açılıb-bağlanan çarpayı cinayət işi üzrə maddi sübut hesab edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaq izlərinə uyğun gəlmədiyindən məhv edilmiş, asma qıfıl və armatur parçası saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmiş, maddi sübut hesab edilən digər əşyaların isə Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. (cild İ, iş vərəq 193-195) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 26 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs evindən oğurladığı əşyaların - bir ədəd КАРПАТ KAC- 350 markalı qaynaq aparatı, bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı drel, bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mm-lik, SAN OU 1/2-20UNF kodu olan drel, bir ədəd ИНТЕРСКОЛ МП-100Э 705Вт markalı lobzik, yəni taxtakəsən, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqonda, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapşdıran ütü və qayçısı (qutusu ilə birlikdə), bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapança (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) və bir ədəd açılıb-bağlanan çarpayı Zərərçəkmiş şəxs qaytarılmışdır. (cild İ, iş vərəq 197) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 5737 saylı məktubunda X6 xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin Mənzil-istismar xidmətinin qazanxana operatoru mülki vəzifəsində işlədiyi, mülki işçi Təqsirləndirilən şəxs hərbi hissədə işlədiyi müddət ərzində bəzi nöqsanlara yol verdiyi, vaxtlı-vaxtında iş yerində olduğu, çalışdığı hərbi nissədə işçilər arasında nüfuza sahib olmadığı, xidmət rəisi tərəfindən verilən tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkdiyi göstərilmişdir. (cild İ, iş vərəq 233) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli rayon Qabıllı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X7 rayon Qabıllı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailə üzvləri həyat yoldaşı X34, övladları – xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X8r. (cild İ, iş vərəq 120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli rayon Qabıllı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü intizamlı apardığı, kənd tədbirlərində iştirak etdiyi, onun spirtli içkilərə və narkotik vasitələrə meyilli olmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 704 nömrəli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs həqiqətən də, Kəngərli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İİİ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda durur. (cild İ, iş vərəq 113) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 oktyabr 2022-ci il tarixli, 1440 nömrəli arayışından aydın olur ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. (cild İ, iş vərəq 198) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xasiyyətnamədə Zərərçəkmiş şəxs həmin ünvanda yaşadığı müddətdə qonşularla heç bir problemi olmadığı, qonşuluq münasibətinin normal şəkildə olduğu qeyd olunmuşdur. (cild İ, iş vərəq 200) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən X26 Limanı tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdən Hava Limanında xüsusi avtonəqliyyat xidmətində yanacaq daşıyan avtomobil sürücüsü işlədiyi, işlədiyi müddət ərzində Hava Limanının rəhbərliyi tərəfindən heç bir tənbeh almadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 201) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Qabıllı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2022-ci il tarixli, AZ-İ seriyalı 881681 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs ilə X24 arasında 07 avqust 2017-ci il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilməsi aydın olur. (cild İ, iş vərəq 121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 960923 nömrəli, 13 aprel 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 06 iyul 2014-cü il tarixdə X18 adlı uşaqları doğulmuşdur. (cild İ, iş vərəq 124) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 166373 nömrəli, 30 mart 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X19 17 fevral 2019-cu il tarixdə X14 adlı uşaqları doğulmuşdur. (cild İ, iş vərəq 125) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 463420 nömrəli, 24 iyul 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X19 23 iyun 2020-ci il tarixdə X15 adlı uşaqları doğulmuşdur. (cild İ, iş vərəq 126) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və cinayət nəticəsində dəymiş zərərin tamamilə ödənilməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 21 sentyabr 2022-ci il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 23 sentyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək həbsdə qaldığı 92 (doxsan iki) gün, cəmi 94 (doxsan dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 06 (altı) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kəngərli rayonu, Qabıllı kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd КАРПАТ KAC-350 markalı qaynaq aparatı, bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı drel, bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mm-lik, SAN OU 1/2-20UNF kodu olan drel, bir ədəd ИНТЕРСКОЛ МП-100Э 705Вт markalı lobzik, yəni taxtakəsən, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqonda, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapşdıran ütü və qayçısı (qutusu ilə birlikdə), bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapança (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) və bir ədəd açılıb-bağlanan çarpayının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus asma qıfıl hökm qanuni qüvvəsini alandan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut olan armatur parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 23 sentyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək həbsdə qaldığı 92 (doxsan iki) gün, cəmi 94 (doxsan dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 06 (altı) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kəngərli rayonu, Qabıllı kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus asma qıfıl hökm qanuni qüvvəsini alandan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan bir ədəd КАРПАТ KAC-350 markalı qaynaq aparatı, bir ədəd olan УРАЛЗИД УД-530ЭР markalı drel, bir ədəd qırmızı rəngli, başlıq hissəsində 1,5-13 mm-lik, SAN OU 1/2-20UNF kodu olan drel, bir ədəd ИНТЕРСКОЛ МП-100Э 705Вт markalı lobzik, yəni taxtakəsən, bir ədəd ANGLE GRİNDER S1M-BQ-115C markalı laqonda, bir ədəd POWER ACTİON X38 TW1500 markalı plastik boru yapşdıran ütü və qayçısı (qutusu ilə birlikdə), bir ədəd ELECTRİC NAİLER adlı ROYCE PROFESSİONAL REN-F30 markalı mismarvuran tapança (220-230V, 1800W, 130/min, 50/60 Hz qutusu ilə birlikdə) və bir ədəd açılıb-bağlanan çarpayının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan armatur parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar