Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-5/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ocaqçı işləyən, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “07” noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 05 avqust 2023-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3an Təqsirləndirilən şəxs ünvan 4 ünvanında kirayə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı həmin evdən 1 ədəd 7.62x39 mm kalibrli, “PS” tipli patron aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibra malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. Uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş “PS” tipli patron-döyüş sursatı olan, təyinatı üzrə istifadəyə yararlı patronu əldə edib kirayə yaşadığı evdə daşıyıb saxlayarkən yəni, 05 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanına kirayə yaşadığı evə baxış keçirilmiş, baxış zaman həmin evdən yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrum edildiyini, sonuncu dəfə isə xx.xx.2014-cü il tarixdə azadlıqdan məhrum edildiyini, xx.xx.2020ci il tarixdə cəzanın sonu ilə buraxıldığını, həmin tarixdən Naxçıvan şəhərində yaşadığını, təxminən 2 ay əvvəl Naxçıvan şəhər, 20 yanvar küçəsində özündən əlavə olaraq 3 nəfər hərbi qulluqçu ilə birlikdə kirayə yaşadığını, daha sonra həmin birlikdə kirayə yaşadığı hərbi qulluqçuların evdən çıxdığını, bir daha gəlmədiyini, 05 iyun 2023-cü ildə onun da həmin evdən çıxdığını, bütün əşyalarını da özü ilə birgə yığaraq hal-hazırda yaşadığı ünvan 5 ünvanına köçdüyünü, əşyalarını yığan zaman şkafda patron olduğunu gördüyünü, götürərək dəmir qabın içinə qoyduğunu, özü ilə hal-hazırda yaşadığı ünvana gətirdiyini, həmin patronun suvenir olduğunu düşündüyü üçün saxladığını, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı, maddələr və qurğular əldə etmə, satma, saxlama, daşıma və gəzdirmənin cinayət məsuliyyəti yaratdığını bilmədiyini, yaşadığı evdə aşkar edilən patronun məxsus olduğunu bildirdiyi hərbiçilərin kim olduğunu bilmədiyini, yalnız adlarının Əlibəy və Elşən olduğunu bildiyini, onların hansı hərbi hissədə işlədiklərini bilmədiyini, həmin patronu yaşadığı bir otaqlı evdə şkafda iynə-sap yığdığı dəmir qutunun içərisindən polis əməkdaşlarının özünün də iştirakı ilə videoçəkiliş ilə aşkar edib götürərək qablaşdırdıqlarını, müvafiq qaydada protokol tərtib edildiyini, onun və iştirakçıların imzaları ilə təsdiq edildiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində təxminən 1997-ci il tarixdən ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşadığını, övladları ailə qurduqdan sonra həmin ünvanda həyat yoldaşı X3 ilə birlikdə yaşadığını, həyat yoldaşı və özünün işləmədiyi üçün təxminən 3 ildir ki, yaşadığı həyətdə olan, öz yaşadığı evdən əlavə ikinci evi kirayə verdiyini, həmin evi otaqlara bölərək hər otaqda 3 nəfər olmaq şərti ilə 1 nəfər üçün 70 manat olmaqla kirayə verdiyini, Təqsirləndirilən şəxs onun həyətində olan evdə təxminən bir ilə yaxın kirayə yaşadığını, Nazimin təxminən 2022-ci ilin yaz aylarından 2023-cü ilin aprel ayına kimi onun evində kirayə yaşadığını, Təqsirləndirilən şəxs onun evində kirayə yaşayan zaman onun yaşadığı otaqda ondan əlavə keç kim olmadığını, Təqsirləndirilən şəxs yaşadığı vaxtda digər otaqlardan birində iki nəfər kişi, ikinci otaqda isə iki nəfər hərbiçi yaşadığını, Təqsirləndirilən şəxs yaşadığı dövrdə evdə birinci otaqda olan şəxslərdən birinin adının Ağa olduğunu, heç bir yerdə işləmədiyini, digərinin isə Arzu olduğunu onunda fəhləlik etdiyini, ikinci otaqda olan hərbiçilərdən birinin adının Elbəyi, digərinin adının Elşən olduğunu, həmin şəxslərin hərbiçi olduğunu bildiyini, lakin harada işlədiklərini, soyadlarını və ata adlarını bilmədiyini, həmin hərbiçilərin Naxçıvan sakini olmadığını, Azərbaycan Respublikasının digər rayonlarından olduqlarını, Elbəyi adlı hərbiçinin çantalarının evdə olan zaman evi təmir etdirdiyini, formalarını və çantalarını təmirlə əlaqədar tez-tez yerini dəyişdirdiyini, lakin onun çantalarında heç bir patron və yaxud patrona bənzər əşya görmədiyini, evdə kirayə yaşayan Elşən və Elbəyi adlı hərbiçilərdən Elbəyi adlı hərbiçinin mobil nömrəsinin kirayə yaşadığı vaxtlarda olduğunu, lakin telefonundan sildiyi üçün onun nömrəsini bilmədiyini, onların hal-hazırda harada yaşadıqlarından məlumatı olmadığını, Təqsirləndirilən şəxs onların evində kirayə yaşayan zaman hərbiçilərlə yox tək ayrı otaqda yaşadığını, Təqsirləndirilən şəxs patron tapması barədə ona heç bir məlumat vermədiyini, evdən çıxan zaman da əşyalarını götürüb getdiyini, özünün, evi təmir etdirdiyini, qadın tələbələrə vermək istədiyini və bu səbəbdən Təqsirləndirilən şəxs və digərlərinə evdən çıxmalarını bildirdiyini, həyat yoldaşı Səyyad Məmmədli xəstə olduğu üçün kirayəçilər ilə adətən özünün ünsiyyətdə olduğunu, həyat yoldaşı Səyyad Məmmədlinin onların kimlikləri barədə məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində 1998-ci ildən etibarən DİO-da işlədiyini, 2023-cü ildən etibarən də Naxçıvan MR DİN-in CAİ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, 05 avqust 2023-cü il tarixdə Naxçıvan şəhəri, Axundov küçəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olduğunu, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Naxçıvan MR DİN-in CAİ-də əməliyyat müvəkkili, polis kapitanı Ramin Abdullayevdən ibarət əməliyyat qrupu yaradıldığını, bundan sonra həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Naxçıvan MR DİN-ə dəvət etdiklərini, o, da razı olaraq onlarla birlikdə Naxçıvan MR DİN-ə gəldiyini, Naxçıvan MR DİN-in inzibati binasında xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edildiyini, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirildiyini, ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunduğunu, o, üzərində qanunsuz hər hansı bir əşyanın olmadığını bildirdiyini, bundan sonra onun üzərində şəxsi axtarış aparıldığını, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədiyini, həmin tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən kirayə yaşadığı evə videoçəkilişlə baxış həyata keçirildiyini, baxış zamanı giriş qapısından sağda olan otaqda dəmir qutunun içərisindən bir ədəd patron aşkar edilərək götürüldüyünü və müvafiq qayda da qablaşdırıldığını, bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair protokol tərtib edildiyini və protokolun iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində 2013-cü ildən etibarən DİO-da işlədiyini, 2023-cü ildən etibarən də Naxçıvan MR DİN-in CAİ-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, 05 avqust 2023-cü il tarixdə Naxçıvan şəhəri, Axundov küçəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olduğunu, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Naxçıvan MR DİN-in CAİ-də əməliyyat müvəkkili, polis kapitanı Ramin Abdullayevdən ibarət əməliyyat qrupu yaradıldığını, bundan sonra həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Naxçıvan MR DİN-ə dəvət etdiklərini, o, da razı olaraq onlarla birlikdə Naxçıvan MR DİN-ə gəldiyini, Naxçıvan MR DİN-in inzibati binasında xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edildiyini, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirildiyini, ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunduğunu, o, üzərində qanunsuz hər hansı bir əşyanın olmadığını bildirdiyini, bundan sonra onun üzərində şəxsi axtarış aparıldığını, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədiyini, həmin tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən kirayə yaşadığı evə videoçəkilişlə baxış həyata keçirildiyini, baxış zamanı giriş qapısından sağda olan otaqda dəmir qutunun içərisindən bir ədəd patron aşkar edilərək götürüldüyünü və müvafiq qayda da qablaşdırıldığını, bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair protokol tərtib edildiyini və protokolun iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, o, şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəq 27-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəq 61) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəq 75-76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli “müdafiəçi təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan vəkillərdən birinin müdafiəçi təyin edilməsi qərara alınmışdır. (iş vərəq 22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, həmin tarixdə qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə etməsi qanunsuz dövriyyəsi və satışını törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. ( iş vərəq 39) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd içində sənədlər və bank kartı olan portmane, şalvarın sol cibindən ümumvətəndaş pasportu, şalvarın arxa sağ cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu təhvil vermiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və yaxud predment olmadığını bildirmiş, lakin kirayə yaşadığı Naxçıvan şəhəri, M.F.Axundov küçəsi, ev 37 ünvanında özünə məxsus 1 (bir) ədəd güllə saxladığını bildirmişdir. ( iş vərəq 40-41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli “məhkəmə-ballistik ekspertizası təyin edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə material üzrə məhkəmə-ballistik ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. ( iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 avqust 2023-cü il tarixli, 769 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş “PS” tipli patrondur - döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır. ( iş vərəq 51-53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş İstintaq və Təhqiqat İdarəsinə ezam olunmuş polis baş leytenantı Vətən Qələndərov tərəfindən tərtib edilmiş 06 avqust 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 05 avqust 2023-cü ildə xx.xx.1968-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 8an Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək 1 ədəd güllə aşkar edilmiş və müvafiq qaydada akt tərtib olunaraq götürülmüşdür. Həmin güllə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2023-cü il tarixli 769 nömrəli ekspert rəyi ilə təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı olması müəyyən olunmuşdur. ( iş vərəq 55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2023-cü il tarixli “cinayət xarakterli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, material aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin istintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. ( iş vərəq 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2023-cü il tarixli “məhkəmə narkoloji ekspertizasının təyin edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X6nin həkim ekspertlərinə tapşırılmışdır. (iş vərəq 93-94) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş .Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 292 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. ( iş vərəq 107-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli “cinayət işinin materiallarından ayrıca icraata material ayrılması haqqında” qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 7,62x39 mm kalibrli, “PS” tipli patronu əldə etdiyi mənbəni müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası DİN-nin Cinayət Axtarışı İdarəsinə əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Buna görə də, həmin xüsusatla bağlı hazırda istintaqı aparılan ********* saylı cinayət işindən material ayrılmış və araşdırma aparılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. ( iş vərəq 122-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş i əməliyyat tapşırığından görünür ki, həmin tarixdə bir sıra xüsusatların əməliyyat yolu ilə müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə əməliyyat tapşırığı verilmiş, alınmış cavabda müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, prosessual əhəmiyyət kəsb edən məlumatın əldə edilməməsi göstərilmişdir. ( iş vərəq 102-104; 106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2023-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd 7,62x39 mm “PS” tipli patron cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması, bir ədəd “PS” tipli patron məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. (iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 07 avqust 2023-cü il tarixli 3-13-43/2-7359/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsinin 02 iyun 1986-cı il tarixli hökmü ilə Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 145-ci maddəsinin ikinci hissəsi ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzası, Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin birinci hissəsi və 39-cu maddələri ilə 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası, Naxçıvan Ali Məhkəməsinin 21 iyul 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin ikinci hissəsi ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzası, Naxçıvan Şəhər Məhkəməsinin 10 sentyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası, Naxçıvan Şəhər Məhkəməsinin 29 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzası, Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 66.3-cü maddələri ilə 06 il müddətində azadlıqdan məhrum etmə cəzası, təyin olunmuşdur. ( iş vərəq 11-18, 59- 60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 06 aprel 2011-ci il tarixli, 287971 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci qrup əlildir. ( iş vərəq 74) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 11/279 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri oğlu X12 və oğlu X9r. ( iş vərəq 112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 11/278 nömrəli arayışdan görünür ki, Məmmədov X5 şəhəri, Əliabad qəsəbəsi, döngə 18, ev 6 ünvanında qeydiyyatdadır. ( iş vərəq 113) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən protokoldan görünür ki, 05 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı M.F.Axundov küçəsi, ev 37 ünvanında yerləşən evdə videoçəkiliş aparılmaqla axtarış aparılmış və 01 ədəd güllə aşkar olunaraq götürülmüşdür ( iş vərəq 43-44) İş materiallarına əlavə olunmuş və və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, Məmmədov X5 şəhəri, M.F.Axundov küçəsi, ev 28 ünvanında yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür....Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir...Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, Döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və ikinci qrup əlil olmasının cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 il 6 ay müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc yerində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş “PS” tipli patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc otağında saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş “PS” tipli patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-5/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-5/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver