Məhkəmə qərarları › İş №1(078)-5/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-5/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-5/2025 22.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:00 Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə xeyli miqdarda özgə əmlakını talayaraq oğurluq etmiş, həmçinin etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs4 əvvəlcədən MİDA yaşayış kompleksindən götürdüyü evi adına saldırmaq adı ilə vəd verib özünə inandıraraq aldadıb vahid niyyətlə 5000 manat nağd pulunu nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yanvar ayında X7 adına Kapital Bankdan ipoteka krediti götürmək üçün yalandan vəd verib aldadaraq vahid niyyətlə 4626,46 manat pulunu nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, tamah məqsədilə 16 iyul 2024-cü il tarixdə Culfa şəhəri N nömrəli hərbi hissənin NBMdən kənarda tanışı Zərərçəkmiş şəxs2 ilə görüşüb Bakı şəhərində yerləşən MİDA yaşayış evlərindən birini ipoteka götürmək üçün kiber yollarla köməklik edib ilkin ödənişi verəcəyini vəd edərək onun mobil telefonu vasitəsilə onlayn qaydada Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs2 FACE İD-dən istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs2 adına götürdüyü 9500 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 9500 manat pulu, yəni xeyli miqdarda pulu oğurlamışdır. Bundan başqa, o, təkrar tamah məqsədilə 02 avqust 2024-cü il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsində X13 məntəqəsi ilə üzbəüz yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs1 ilə görüşüb kriptovalyutada rəqəmsal olaraq olan 19960 ABŞ dollar məbləğində pulu bərpa etmək üçün vəd verərək öz şəxsi istifadəsində olan mobil telefonu vasitəsilə onlayn qaydada Safari veb axtarışında Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs1 FACE İD-dən istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs1 adına götürdüyü 2000 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 2000 manat pulu oğurlamışdır. Bundan başqa, o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin avqust-sentyabr aylarında Naxçıvan şəhər ərazisində kriptovalyutada rəqəmsal olaraq görünən 19960 ABŞ dollar məbləğində pulu bərpa etmək üçün Zərərçəkmiş şəxs1 etibarını qazanmış, kriptovalyutanın saxta olduğunu bildikdən sonra, həmin etibardan sui istifadə edərək kriptovalyutada rəqəmsal olaraq görünən 19960 ABŞ dollar məbləğində pulu bərpa edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə 10962 manat pulu, xeyli miqdarda pulu müxtəlif vaxtlarda nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar 2024-cü ilin avqust-sentyabr aylarında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 yaşadığı evə gedərək su filtirlərini kompaniyaya salıb qiymətini azaldacağı adı ilə şəxsiyyət vəsiqəsinin və özünün fotoşəkilini çəkərək götürmüş, öz şəxsi istifadəsində olan mobil telefonu vasitəsilə onlayn qaydada Safari veb axtarışında Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan 060- ***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs5 fotoşəkilini istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs5 adına götürdüyü 26000 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 26000 manat pulunu oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ittihamın bəzi hissələrində özünü təqsirli bildiyini, bəzi hissələrində isə bilmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Samir oğluna münasibətdə özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs1 işində ilk olaraq Səlimə xanımın ona yazdığını, ona kripto valyutasının olduğunu, 19069 ABŞ dolları olduğunu, sosial mediada kömək etdiyinə görə onu tanıdıqlarını, sahəsinin kiber təhlükəsizlik olduğunu, kripto valyutanın rəqəmsal pul vahidi olduğunu, onun parolu istədiyini, parolu ona verdiyini, pulu öz hesabına atdığını, ona pulun gəlməsini bildirdiyini, pulun çıxarılmasını üçün ona kömək etdiyini, 5000 manat pulu ona göndərdiyini, Səliməyə zəng vurduğunu, ona ekran kaydı aldığını, sağollaşdığını, daha sonra ona Kamran Əsgərovdan zəng gəldiyini, ona Almaniyada yaşadığını, bu sahə ilə məşğul olduğunu dediyini, pul çıxarılan zaman komissiya çıxdığını, razılaşdıqlarını, axşam Salmandan zəng gəldiyini, Türk məscidinin yanında görüşdüklərini, Salmanın ona onun bu işlərdən başının çıxmadığını dediyni, ondan 5000 manat pul istədiyini, 4700 manat pul gətirdiyini, pulu öz hesabına qoyduğunu, pul çıxaranda apardığı hərəkətləri onlara atdıqlarını, Salmana pul atanda getmədiyini, pulun təkrar ona qayıtdığını, özlərinin 1-2 gün gözləməyi dediyini, Azərbaycan şirkətinə getdiyini, yeni tətbiq yüklədiyini, Salmanın adına hesab açdığını, səviyyəsinin 2-yə çıxarmaq üçün Kamranın 2550 manat atdığını, səviyyəsinin qaldırdığını, pulu Salmanın kartına köçürdüyünü, pulun gəlmədiyini, birbanka köçürməyə çalışdığını, bunu Kamrana dediyini, Əlilabadda görüşdüklərini, 2000 manat Salman adına kredit götürdüyünü, bu hissədə əməlini etiraf etdiyini, gizli pul götürdüyünü, onun xəbəri olmadığını, ən axırda şirkətlə danışdığını pulun bloklandığını, kripto valyutanın nömrəsini dəyişməyi təklif etdiyini, komissiya çıxdığını, pul yenədə çıxmadığını, hal-hazırda onda onlayn olaraq həmin pulun olduğunu, sonra da şəhər şöbəsinə çağırıldığını, 12962 manat pul ziyan vurulduğunu Salmanın bildirdiyini, ancaq pulu onun yemədiyini, hər şeyi qaydaqanunla etdiyini, onun kripto valyutası saxta olduğunu, pulun komissiyalara getdiyini, birinci 3000, sonra 2000, 2000 verdiyini, nəticə olaraq 1500 manat pul ödəyəcəyini və əlavə kripto verəcəyini, kripto valyutanın 30000 manat olduğunu, əvvəldə kripto valyuta çıxardığını, dediklərinə görə Səbinə xanımın Azərbaycanda yaşadığını, pulların Salmanın verdiyini, köçürmələrə 10000 getdiyini, normalda 100 dollar çıxdığını, faizsiz komissiya olduğunu, kripto valyutanın hal-hazırda onun telefonunda olduğunu, Salmanın itərəcəyi məbləği bildiyini, Ceyhun ona ipoteka ilə ev verdiyini dediyini, onun adına qeydiyyatdan keçdiyini, onunla görüşdüyünü, 500 manat atdığını, aprel 16-17 oyun varıydı, oyun oynayaraq ev götürmək məqsədi olduğunu, sayta daxil olaraq 8000 manat və 1000 manat götürdüyünü, ilkin olaraq 8000 verəcəyini, oyunların ləğv olduğunu, maaş günü Ceyhun ona zəng vurduğunu, Ceyhunun ona krediti olduğunu dediyini, ona krediti özü götürdüyünü dediyini, birbankı ödədiyini, sonra nazirliyə çağırıldığını, sonrada tutulduğunu, ona münasibətdə təqsirini etiraf etdiyini, 500 manatı qaytarıb vermədiyini, onun telefondan kredit götürdüyünü, əməli onun törətdiyini, 2023-cü ildə Sadiqi tanıdığını, ona təklif etdiyini, fin kodunu aldığını, ona pul verilməsini dediyini, ondan 5000 manat pul aldığını, ona dayandırmağı dediyini, Sadiqində gözləmədiyini, 5000 manatdan birazını qaytardığını, onlayn alqı-satqı yaratdığını, işi həll edib qaytara biləcəyini, onu tanımadığını, evinə getdiyini, Yaşarın adına 5000-6000 manat kredit götürdüyünü, Yaşarla iş görmək üçün ona getdiyini, Yaşar da özünü təqsirli bildiyini, Abutalıbı əvvəldən tanıdığını, Sadiqə münasibətdə mülki iddianı qəbul etmədiyini, ondan asılı olmayan hala görə başa çatmadığını, əməlindən peşman olduğunu, vurduğu zərəri qarşılayacağını, etdiyi xeyir işlərin məhkəmə hökm çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, instagramda insanı təhrik edəcək reklamlar olduğunu, buna inanaraq pul yatırdığını, sonra pul yatıraraq pulu çıxarda biləcəklərini dediklərini, sonra evdə ona gəlib dediyini, zəng vurub görüşdüyünü, Sadiqi sosial mediadan tanıdığını, ona pulu çıxara biləcəyini soruşduğunu, 4700 manat pul verəcəyini və nəticədə ona 500 manat pul mükafatı verəcəyini dediyini, Sadiqin ona 3 gün ərizndə ona pulu çıxaracağını dediyini, Türk məscidinin yanında 4600 verdiyini, ona biznes hesabı açmaq lazım olduğunu dediyini, həmin anda Sadiqin ondan xəbərsiz 2000 kredit götürdüyünü, xırda-xırda pul istədiyini, bugün sabah gəlir dediyini, ən sonda pulun bloklandığını dediyini, 3500 manat ver həmin anda çıxarıb verəcəyini dediyini, çıxarıb vermədiyini, ən sonda dələduz olduğunu anladığını, 1 milyon takipçisi olduğunu, 4600 manat verəndə qaytaracığını dediyini, ona inandığını, olmasa əgər pulu onun ödəyəciyini dediyini, 4600 komissiya gedəcəyini, 25000 qalacağını dediyini, ona qəbz göstərmədiyini, ümumilikdə 12962 manat ona ziyan vurulduğunu, ziyandan heç nə ödəmədiyini, tələbinin təmin edilməsini və cəzasını çəkməsini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində əvvəllər Sadiqi şəxsən tanımadığını, zabitinin əsgəri olduğunu, ev almağa çalışdığını, ona ev olduğunu, sadəcə adına keçirtməli olduğunu, işlər qurtarandan sonra ona 2000 verəcəyini dediyini, ona zəng vuraraq pul lazım olduğunu dediyini, ona istəmədiyini dediyini, avqust 7-si hər ehtimala kartı bağlatdığını, onun maaşında əksik olduğunu gördüyünü, bank işçisinin ona avans çəkdiyini, ayın 16-sı 500 avans çəkildiyini, 8000 kredit götürdüyünü və 1000 manat götürdüyünü, ilk görüşdə pulu götürdüyünü, pulunu istədiyini, ayın 16-sı kimi ödəməyi dediyini, pulu ödəmədiyini, 8500 borcu qaldığını, ona heç nə demədən, heç nə bildirmədən kartından gizli pul götürdüyünü, vurduğu zərəri ödəmədiyini, tələbinin təmin edilməsini və cəzalanmalı olmasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bazarda kişi geyimi satdığını, Sadiqlə münasibətin ordan yarandığını, Sadiqin ona ev udduğunu, ona güvənə biləcəyi adam lazım olduğunu dediyini, evin kiminsə adına keçirmək lazım olduğunu, ona anasının xəstə olduğunu, ona görə Bakıya gedə bilməyəcəyini dediyini, ondan 5000 manat pul aldığını, saxta elektron sənədləri ilə evin onun adında olması düzəldib ona atdığını, sonrada onun dələduz olduğunu eşitdiyini vurduğu zərəri ödəmədiyini, tələbinin təmin edilməsini və cəzalanmalı olmasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində fevral ayında su filtri qoydurduğunu, 3-4 ay keçəndən sonra onla müqavilə bağladıqlarını, iş yerindən ezamiyyə göndərdiklərini, ona zəng gəldiyini, kompaniyaya düşdüyünü dediklərini, kimliyin üzün atmalı olduğunu dediklərini, əlçəkmədiyini, axşam evə gəldiyini, əməkhaqqı kartını istədiyini, onlara inandığını, telefona baxdığını, həmin gün onlara 4 dəfə gəldiklərini, şübhələnmədiyini, 29000 manat ondan gizli pul çəkdiklərini, yoldaşının şəkər xəstəsi olduğunu, anasının şizofreniya xəstə olduğunu, hər ay kartından pul çıxdığını, kredit götürdüklərini, oktyabr 15-də ona zəng gəldiyini, kreditinin vaxtının keçdiyini, ondan sonra məsələni öyrəndiyini, bir gündə 4 dəfə gəldiyini, ayrı-ayrı vaxtlarda götürdüyünü, su filtiri qoyan şəxsin adının Abutalıb olduğunu, ona zəng edən də o olduğunu, yoldaşı tələbə olduğuna görə su filtiri aldığını, ona da xidmət haqqı çatacağını dediyini, sonra Abutalıbla Sadiqinin necə münasibəti olduğunu bilmədiyini, onun şəklini Sadiq çəkdiyini, sonradan hər dəfə şəkil çəkən zaman kredit götürdüyünü öyrəndiyini, bütün əmək haqqını kreditə ödədiyini, bir manat belə evinə pul apara bilmədiyini, ona dəymiş zərərin qaytarılmasını istədiyini, vurulmuş zərərin bir manatını belə ödəmədiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs İnstgram sosial şəbəkəsində cyber.tt səhifəsinin admini kimi tanımışdır. İnstagram sosial şəbəkəsini yeniləmək üçün ona 2024-cü ilin yanvar ayında onlayn qaydada müraciət etmiş, Sadiq də işini həll etmişdir, beləcə münasibətləri yaranmışdır. Sadiqlə söhbət zamanı ona “ipoteka ilə ev almaq istəyirəm, ipoteka məsələm alınmır, mən də bir yol axtarıram” demiş, Sadiq də “Kapital bankın müdirini tanıyıram, yaxınımdır, ona deyəcəm sizə köməklik göstərəcək” demiş, Özü də Naxçıvan şəhərinə gəlmiş, Naxçıvanda olanda onunla görüşmüş, Sadiq də “ipoteka üçün pul lazımdır” demiş, özü də "nə qədər verməliyəm” demiş, Sadiq də “2000 manat pul ver, həll edək” demiş, özü də ipotekanı həll etmək üçün Sadiqin ***-***-**-** mobil nömrəsində olan M10 hesabına 2000 manat pulu yükləmiş, lakin Sadiq özünə “mən ipotekanı həll edə bilmirəm, adına VEÖN var” demiş, özü də nə edim soruşmuş, Sadiq də “2000 manat əlavə ver, mən VEÖN bağlayım, sənin ipotekanı həll edim” demiş, özü də "2000 manat pulu yükləyim” soruşmuş, Sadiq də “***-***-**-** mobil nömrəsinin M 10 hesabına yükləyin” demiş, əlavə olaraq 2000 manat pulu yükləmiş, Təqsirləndirilən şəxs "VEÖN bağladı, lakin 2000 manat pulu da həmin VEÖN-lə getdi” yazmışdır. Özü də Sadiqə inanmış, həmin zaman Sadiqin özünü aldatdığını bilməmişdir. Bir müddətdə sonra Bakı şəhərində bankların birinə yaxınlaşmış, adına kredit olduğunu demiş, özü də “kredit nə qədərdir” soruşmuş, Bank da “adma 100 manat kredit var, 56 gün gecikməsi var” demiş, həmin vaxt adma haradan kredit götürüldüyünü bilməmişdir. Bank özünü Asan xidmətə yönləndirmiş, Asan xidmətə gedib kredit tarixçəsini çıxarmış, adma ASET Maliyyə texnologiyaları BOKT-dan 100 manat kredit götürüldüyünü və üstünə 80 manat faiz gəldiyini öyrənmiş, bu kredit məsələsini anlamamış, İzmir plazada ASET Maliyyə texnologiyaları BOKT yaxınlaş, həmin yerdən "sizin adınıza 100 manat pul götürüləndə ***-***-**-**,060- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmışdır” bildirilmişdir. Özü də həmin nömrənin Sadiqin istifadəsində olduğunu, ***-***-**-** mobil nömrəsini VÖE:N-lə bağlı problem həll edəndə mobil nömrəsini telefonda qeyd etmiş, telegram sosial şəbəkəsində ayrı bir şəkil çıxmış, özünü “Abbasov" deyə tanıtmış, profildə “rashidli" son görülmə tarixi xx.xx.2024-cü il olaraq görünmüşdür. Ancaq həmin nömrə ilə mesajlaşmışdır. Bakı şəhərində polis şöbəsinə yaxınlaşmış, müraciət eləmiş, polis əməkdaşları Sadiqlə danışmış, Sadiq polisə vəd etmiş ki, pulu qaytaracam, Lakin pulu verməmişdir. Özü də sonra sosial şəbəkədən polis.azerbaycan səhifəsinə müraciət eləmişdir. ASET Maliyyə texnologiyaları BOKT-da Bəhrəm müəllimlə ***-***-**-** nömrəsi ilə danışmışlar, sonra üzbəüz görüşmüşlər, özünə ümumilikdə 4100 manat maddi ziyan dəymişdir. Kafedə olan qızı tanıyırmış, Sadiqlə münasibətinin olduğunu, adının Ramilə olduğunu, İnstagram sosial şəbəkəsində privv.ramila adlı profilin admini olduğunu bildirmişdir. BOKT-da özünə Ramilənin adını da bildirmişdirlər. Sadiq özünə VÖEN ilə bağlı ***-***-**-** mobil nömrəni vermişdir, həmin şəxslə yazışmışdır, lakin onu tanımamışdır. Ona dəymiş ziyan 4100 manatdır, həmin ziyan ödənilməmişdir. Pulunu tələb edir. Əvvəlki nəhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Xaliqə görə tanımışdır. Xaliq rentakar işlədir, ona görə Sadiqlə münasibətləri yaranmışdır. Özü Karvan kafedə ofısant işləmişdir. Xaliq də Sadiqlə birlikdə gəlib Karvanda VİP otaqda oturub yeyib-içmişlər, özü də onlara qulluq etmişdir. Beləcə aralarında münasibət yaranmışdır. Həm də rentakardan avtomobil götürürmüş, həmin rentakar Kənan məxsus olmuşdur. Xaliq də Kənanın işçisidir. Xaliq həm də qrup yoldaşıdır, tələbə yoldaşıdırlar. Sadiq də həmin rentakardan avtomobil götürmüşdür. Ona görə onların hər birini tanımışdır. Sadiqlə beləcə yaranmışdır. Özü də kirayə yaşayırmış. Sadiq öz evlərində qalmamışdır. Sadiq ya Xaliqlə birlikdə qalmış, ya da tək qalmışdır. Özü də tanışları həmkəndlisi Əsəd, Ordubadlı Tural, Şərurlu Tural ilə birlikdə qalmışdırlar. Sadiq də evə gəlib ev axtardığını bildirmiş, özləri razı olmuşlar, birlikdə yaşamağa başlamışlar, Sadiq bir ay özləri ilə yaşamış, Sadiqin rentakara 1000 manatdan yuxarı borcu var olmuşdur. Sadiq özünə məxsus iphone 15 pro markalı mobil telefonunu satmış, özünün də istifadəsində iphone XS markalı mobil telefon olmuşdur. Sadiq də özünün mobil telefonu ilə İnstagram sosial şəbəkəsində danışdığı qızla, evlə danışmışdır. Özünün vatçapı olmuşdur. Sadiq də telefonunda özünə biznes vatçap açmışdır. Əvvəllər su filtlərinin satışı ilə məşğul olmuşdur, su filtrlərini Dinamik Okean şirkəti satmış, 2024-cü ilin aprel-may aylarında həmin şirkətdə işçi kimi işləmişdir. Hər satışa görə 100 manat pul almışdır. Naxçıvan MR ərazisində müxtəlif yerlərə satmışdırlar. Öz vatçapında fikirlərinin satışı ilə bağlı Okean qrupu qalmışdır. Sadiq Okean qrupda olan şəxsiyyət vəsiqələrini özünə göstərmiş, bu şəxsiyyət vəsiqələrindən kimi tanıyırsan soruşmuşdur. Özü də şəxsiyyət vəsiqələrinə baxmış, Sadiqə ‘‘biri Yaşar müəllimdir, NDU-da dərs deyir, akademikdir” demiş, Sadiq də “Yaşar müəllimin evini tanıyırsan” demiş, özü də “tanıyıram, nə olub” demiş, Sadiq də “belə tanıyırsansa, kəsirlərini bağlamaq üçün niyə 40 yola əl atırsan, mən Yaşarın fikirini kompaniyaya salım, işin sonunda Yaşar dekandan xahiş edib, imtahanlardan keçirsin” demiş, özü də Sadiqdən “Yaşarı necə kompaniyaya salacaqsan” soruşmuş, Sadiq də internetdə filtr şəkil tapıb göstərərək “bu filtrlərin qiymətləri sistemdə aşağıdır, gedək, məni Yaşar müəllimlə danışdır, mən onların 1890 manatlıq fikrini salım kompaniyaya, sənin də işini həll edək” demiş, Sadiq də “dur gedək, Yaşar müəllimgilə” demişdir. 2024-cü ilin avqust ayının əvvəllərində Sadiqlə birlikdə Yaşar müəllimin evinə getmişlər, Yaşar müəllimin evlərini tanıyırmış, Yaşar müəllim evdə olmamışdır. Həyat yoldaşı “ Yaşar xaricdədir” demişdir. Qapıdan çıxanda Sadiq Yaşarın həyat yoldaşından Yaşarın istifadəsində olan mobil nömrəsini almış, Sadiq də öz istifadəsində olan mobil nömrəsinin vatçap nömrəsindən Yaşarın müəllimə yazmış, Yaşar müəllim “10-15 günə gələcəm” yazmışdır. Bir-iki həftə keçəndən sonra Yaşar müəllim gəlmiş. Sadiq də “Yaşar gəlib danışıram, gedək görüşək” demiş, Sadiqlə birlikdə Yaşarın evinə getmişlər, Yaşarla görüşmüş, həyətdə oturmuşlar, Sadiq Yaşar müəllim ilə söhbət eləmiş, fikirin qiymətini aşağı salmaqla bağlı Yaşara vədlər vermiş, buna görə Yaşar müəllimdən şəxsiyyət vəsiqəsini istəmiş, Sadiq də həmin şəxsiyyət vəsiqəsinin arxa tərəfdən fotoşəkilini çəkmişdir. Stolda oturmuşlar, Yaşar başda oturmuş. Sadiq ona yaxın oturmuş, özü də Sadiqin yanında oturmuşdur. Sadiq telefonun qabaq tərəfini Yaşar müəllimin üzünə tutub fotoşəkilini çəkmiş və “sizi sorğuya salacağıq, 2-3 günə sizə cavab verəcəyik” demiş, Sadiqlə oradan çıxıb evə getmişlər. Sadiqdən “kompaniya nə vaxta bitəcək, sorğu necə olacaq” demiş, Sadiq də “səbr elə 2-3 günə deyəcəm” demiş, özü də həmin vaxt evdən anası ilə danışmış, anası da “kəsirləri danışmışam, Universiteti bitirəndən sonra bir ay yay məktəbi götürüəcəksən, hamısın bağlayacağıq” demiş, özü də səhərisi Sadiqə “sorğudan xəbər çıxmadı” demiş, Sadiq də “kompaniyaya düşməmişdir” demişdir. Özü də Sadiqə “Yaşar müəllimə söz vermişik, nə olacaq” demiş, Sadiq də “bir yol tapıb kompaniyaya salacam sənin işini də aşırım” demiş, 2-3 həftə keçmiş, Sadiqdən təkrar “Sadiq, xəbər çıxmadı, Universitet açılacaq” demiş, Sadiq də “Yaşarın şəkli bulanıq düşüb, təzədən şəkli çəkilməlidir, belə alınmır” demiş, Sadiqlə təkrar Yaşara zəng vurub “şəxsiyyət vəsiqənizin ön və arxa şəkilini birdə atın” demiş, Yaşar da “yox lazım deyil, aybaay ödəyirəm” demişdir. Özü də həmin vaxt Culfaya gedib-gəlirmiş, bir-iki gün keçəndən sonra Ordubadlı Tural “Sadiqin mənim işimi həll edir, bir müəllim var, adına sayt açırıq, onu reklam edəcəyik” demiş, Tural Univeristeti bitirib, əsgərliyə gedib gəlibdir, kəsirləri də qalmışdır. Sadiq də ona “kəsirlərini həll edəcəm, müəllim adma sayt açacam” demişdir. Bir-iki gün keçəndən sonra Sadiq polis tərəfindən tutuldu. Ondan sonra heç nədən xəbəri olmamışdır. Sadiqin istifadəsində işlədiyi 060-472-22- 72 mobil nömrəsi olmuşdur, əlavə öz nömrəsi olub, əzbərində olmamışdır. İndi özü ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Sadiq əlbir olmamışdır. Yaşar Əliyevin adma kredit götürüldüyünü bilməmişdir. Sadəcə Sadiqlə ora getmişdir, Yaşarın adına nə qədər kredit götürüldüyünü bilməmişdir. Sadiq ilə ən çox tanışçılığı olan özü olmuş, telefonunu satdığı üçün Sadiqlə birgə öz mobil telefonunu istifadə etmişdir. Yaşar Əliyevə 26000 manat maddi ziyan dəyməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özünə heç bir pul verməmişdir. Günü 30-40 manata işləmişdir. Təqsirləndirilən şəxs 100 manat xərcləyən də özü də ona xərcləmişdir. Artıq olanı xərcləsə də, cibində olan 20 manatı xərcləmişdir. Telefonunda telegram olmamışdır, profil şəkili kimdir, bilməmişdir. Həmin 060- 472- 22-72 nömrəsini 1-2 ildir, istifadə etmişdir. ***-***-**-** nömrəni istifadə etməmişdir. Telefon dükanı telefix “Sadiqin borcu var” yazmış, Sadiqin atalığında və anasında, sevgilisi Ramilədə ***-***-**-** nömrə varmış, özü də buna görə nömrəsini dəyişmişdir. Telegram işlətməmişdir, həmin nömrənin vatçapını işlətmişdir, vatçapa öz şəkilini qoymuşdur. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rentakardan tanıyır, ona birinci dəfə avtomobili özü vermişdir. Müştəri kimi münasibətləri olmuşdur. 2023-cü ilin fevral ayında birinci olaraq Kia K5 markalı avtomobili götürmüşdü. Həmin avtomobili Ordubad rayon Su səsi yolunda aşırmışdır. Sadiq bir müddət xəstəxanada yatmışdır. Kənanla avtomobili aşırdığına görə haqq hesab eləmişdir. Avtomobil pis vəziyyətdir, hələ də Araz kargonun həyətindədir. 3000 manat avtomobilin ehtiyat hissələrini almışdır. Başqa da heç nə etməmişdir. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin aprel-may aylarında birlikdə qalmışlar, bir ay birlikdə kirayə yaşadıqları evdə qalıb, 80 manat kirayə pulu vermişdirlər. Abş ləqəbli Abutalıbla birlikdə çuxurda yaşamışdırlar. Sadiq Kia K5 aşırdı, sonra yenə avtomobil götürdü, həmin avtomobili tutulana qədər sürmüşdür. Motosiklet sürən balaca boy bir oğlan var, Sadiqin dostudur, adını bilməmişdir. Sadiqin istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxsləri tanımamışdır. .İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs cinayət əməlini mobil telefon vasitəsi ilə törətdiyini etiraf edərək, özünə məxsus olan bir ədəd iphone X 128 GB yaddaşlı mobil telefonu, bir ədəd F197 markalı sadə mobil telefonu və 5239 1517 7937 8044 nömrəli plastik Kapital Bank kartını könüllü olaraq təqdim etmişdir. İstintaqla əlaqədar bir ədəd iphone X 128 GB yaddaşlı mobil telefon, bir ədəd F197 markalı sadə mobil telefon və 5239 1517 7937 8044 nömrəli plastik Kapital Bank kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər məhkumluq olmamışdır. Y.Budaqov adına X1 alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmamışdır. İstintaq zamanı ambulator məhkəmə psixiatrik ekspertizası keçirilmiş və Y.Budaqov adma X1 alınmış xx.xx.2024-cü il tarixli 409 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Sadi Məmmədli hadisəni törədən anda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. İstintaq zamanı Naxçıvan Şəhər Məkəməsindən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilməsinə dair material olmamışdır. İstintaq zamanı Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat olmamışdır. İstintaq zamanı Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda olmamışdır. İstintaq zamanı Naxtell MMC-dən daxil olmuş məlumatdan aydın olmuşdur ki, X8 adma ***-***-**-** və ***-***-**-** mobil nömrələr vardır. İstintaq zamanı Təqsirləndirilən şəxs əlaqələrini, həmçinin əldə etdiyi qeyri-leqal pulları hara köçürdüyü, kimlərə transfer etdiyini, hansı bank hesablarının olduğunu, hansı mobil nömrələrlə əlaqələr yaratdığını, çirkli pullar əldə edib-etməməsini, həmin çirkli pulların yuyumasını edib-etməməsini müəyyən etmək məqsədi ilə həmin şəxslərin istifadələrində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 099- 888-08-40, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 060-600-06- 61, ***-***-**-** mobil nömrələrinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cii il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, smslərin mətnlərinin, nömrə sahiblərinin anket məlumatlarının və həmin nömrələrin anten əhatə dairəsinin müəyyən edilib "xxxx" MMC-dən, "xxxx" MMCdən və "xxxx" MMC-dən götürülməsi, həmçinin ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 060- 555-61-55, ***- ***-**-**, ***-***-**-** mobil nömrələri ilə M10 tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərin anket və biometrik (Face control) məlumatlarının, həmin hesaba xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil və məxaric edilən vəsaitlərin detallı tranzaksiya məlumatlarının "xxxx" MMC-dən götürülməsi məsələsinə baxılması, habelə Təqsirləndirilən şəxs adma olan bütün banklarda və bank olmayan kredit təşkilatlarında hesablarının müəyyən edilməsi, istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına 01,09.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pul dövriyyəsinin və pul yükləmələrinin müəyyən edilməsi üçün 17 oktyabr 2024-cü il tarixdə Naxçıvan Şəhər Prokurorluğuna vəsatət verilmiş və vəsatət təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinə təqdimat göndərilmişdir. İstintaq zamanı Naxçıvan Şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(078)- 296/2024 nömrəli qərarı müvafiq aidiyyət banklara və mobil operatorlara göndərilmişdir. İstintaq zamanı Azərbaycan Mikro Kredit X9 alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Bank VTB-dən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı YELO bank ASC-dən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Kapital bankdan alınmış cavabdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs adına 3 hesab var, onun adına olan 5239 1517 7937 8044 hesabının dövr üzrə məxarici 109987,67 manat, mədaxil isə 95589,15 manat olmuşdur. Təqsirləndirilən şəxs adına olan sonu 6318 nömrəli Birbank Miles kartının məxarici 14563,15 manat, mədaxili isə 13916, 13 manatdır. Qalıq isə-647,02 manatdır. Təqsirləndirilən şəxs adına olan sonu 4362 nömrəli kart hesabında məxaric 5, mədaxil 5, son qalıq isə 0 manat olmuşdur. İstintaq zamanı Azərbaycan Sənaye Bank ASC-dən, Xalq bank ASC-dən, Accesbank QSC-dən, Rabitə bank ASC-dən və Raşa Bank ASC-dən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı BANK BTB ASC-dən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Bank M ELLİ İRAN-dan alınmış cavabdan görünür ki. Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Azər-Türk Bank ASC-dan alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına bankın Naxçıvan filialında xx.xx.2023-cü il tarixində açılmış AZ55AZRT******************** saylı AZN valyutasında debet kart hesabı üzrə xx.xx.2024-cü il tarixinə qalıq məbləğ 0,51 manat təşkil etmişdir. İstintaq zamanı PREMİUM BANK ASC-dan alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Bank of Baku ASC-dan alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Bank Avrasiya ASC-dan alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı Turan Bank ASC-dan alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına hesab müəyyən edilməmişdir. İstintaq zamanı PashaPay-dan daxil olmuş məlumatdan aydın olmuşdur ki, ***-***- **-** və ***-***-**-** nömrəli M10 hesabları Təqsirləndirilən şəxs, 066- ***-**-** nömrəli M10 hesabı Ramilə Zülfüqarlının, 06-472-22-72 nömrəli M10 hesabı isə Abutalib Rəşidlinin adına qeydiyyatdan keçmişdir. Digər nömrələr qeydiyyatdan keçməmişdir. Həmçinin məktuba qoşmaya bir ədəd CD və fotoşəkillər əlavə edilmişdir. Həmçinin maliyyə əməliyyatları barədə məlumatların olduğu CD-yə iş üçün əhəmiyyətli olduğundan baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin M10 hesabında mədaxil 59646,57 manat, məxaric 59646, 53 manat, toplam balans isə 483714,16 manat olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**- ** mobil nömrəsinin M 10 hesabında mədaxil 223 manat, məxaric 219 manat, toplam balans isə 223 manat olmuşdur. X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin M 10 hesabında mədaxil 33286,1 manat, məxaric 33260,28 manat, toplam balans isə 229234,39 manat olmuşdur. X3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin M10 hesabında mədaxil 2718,12 manat, məxaric 2711,63 manat, toplam balans isə 11520,5 manat olmuşdur. Ümumilikdə həmin nömrələr üzrə ümumi hesab aparılmış və məlum olmuşdur ki, M 10 hesabında mədaxil 95973,79 manat, məxaric 95837,44 manat, toplam balans isə 724692,05 manat olmuşdur. Həmçinin baxış zamanı aydın olmuşdur ki, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli M10 hesabları arasında xx-xx-2024-cii il tarixdən xx-xx-2024-cü il tarixədək pul köçürmələri olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə xeyli miqdarda özgə əmlakını talayaraq oğurluq etmiş, həmçinin etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs4 əvvəlcədən MİDA yaşayış kompleksindən götürdüyü evi adına saldırmaq adı ilə vəd verib özünə inandıraraq aldadıb vahid niyyətlə 5000 manat nağd pulunu nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yanvar ayında X7 adına Kapital Bankdan ipoteka krediti götürmək üçün yalandan vəd verib aldadaraq vahid niyyətlə 4626,46 manat pulunu nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, tamah məqsədilə 16 iyul 2024-cü il tarixdə Culfa şəhəri N nömrəli hərbi hissənin NBMdən kənarda tanışı Zərərçəkmiş şəxs2 ilə görüşüb Bakı şəhərində yerləşən MİDA yaşayış evlərindən birini ipoteka götürmək üçün kiber yollarla köməklik edib ilkin ödənişi verəcəyini vəd edərək onun mobil telefonu vasitəsilə onlayn qaydada Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs2 FACE İD-dən istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs2 adına götürdüyü 9500 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 9500 manat pulu, yəni xeyli miqdarda pulu oğurlamışdır. Bundan başqa, o, təkrar tamah məqsədilə 02 avqust 2024-cü il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsində X13 məntəqəsi ilə üzbəüz yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs1 ilə görüşüb kriptovalyutada rəqəmsal olaraq olan 19960 ABŞ dollar məbləğində pulu bərpa etmək üçün vəd verərək öz şəxsi istifadəsində olan mobil telefonu vasitəsilə onlayn qaydada Safari veb axtarışında Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs1 FACE İDdən istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs1 adına götürdüyü 2000 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 2000 manat pulu oğurlamışdır. Bundan başqa, o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin avqust-sentyabr aylarında Naxçıvan şəhər ərazisində kriptovalyutada rəqəmsal olaraq görünən 19960 ABŞ dollar məbləğində pulu bərpa etmək üçün Zərərçəkmiş şəxs1 etibarını qazanmış, kriptovalyutanın saxta olduğunu bildikdən sonra, həmin etibardan sui istifadə edərək kriptovalyutada rəqəmsal olaraq görünən 19960 ABŞ dollar məbləğində pulu bərpa edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə 10962 manat pulu, xeyli miqdarda pulu müxtəlif vaxtlarda nağd formada və köçürmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar 2024-cü ilin avqust-sentyabr aylarında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 yaşadığı evə gedərək su filtirlərini kompaniyaya salıb qiymətini azaldacağı adı ilə şəxsiyyət vəsiqəsinin və özünün fotoşəkilini çəkərək götürmüş, öz şəxsi istifadəsində olan mobil telefonu vasitəsilə onlayn qaydada Safari veb axtarışında Kapital bankın rəsmi internet saytına daxil olub Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodu ilə qeydiyyatdan keçib öz şəxsi istifadəsində olan 060- ***-**-** mobil nömrəsini yazaraq Zərərçəkmiş şəxs5 fotoşəkilini istifadə edərək Kapital bankdan Zərərçəkmiş şəxs5 adına götürdüyü 26000 manat nağd krediti kiber yolla öz şəxsi istifadəsində olan 5239 1517 7937 8044 Kapital bank hesabına yükləyərək gizli yolla 26000 manat pulunu oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin: 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; 177.2.3-1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; -dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın 1300 manatını, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın 1000 manatını ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə mülki iddia vermiş zərərçəkmiş şəxslərə münasibətdə mülki iddianın təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs mülki cavabdeh olaraq ziyanın ödənilməsi ilə bağlı müraciət etmişlər. Məhkəmə sözügedən iddia ərizələrini məhkəmə istintaqı zamanı verilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, eləcə də cinayət işinin materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə qeyd edir ki, mülki cavabdeh-Təqsirləndirilən şəxs mülki iddiaçı-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X10 və Zərərçəkmiş şəxs5 iddia tələbində qeyd edilən məbləğdə ziyan vurulduğunu qəbul edir və etiraf edir. Digər tərəfdən isə Zərərçəkmiş şəxs1 verdiyi mülki iddianı qismən qəbul edir, 2000 manat hissədə ziyan vurulduğunu etiraf edir, digər hissədə isə həmin pulun müqabilində real işlər gördüyünü bildirmişdir. Məhkəmə bu hissədə hesab edir ki, mülki cavabdehin ifadəsi özünü müdafiə xarakteri daşımaqla hər hansı sübutla təsdiq edilmir. Ona görə də mülki iddia həmin hissədə tam təmin edilməlidir. Mülki cavabdeh zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 münasibətdə isə real hərəkətlər etdiyini, onu aldatmadığını bildirsə də vurulmuş ziyanın məbləğinə münasibətdə hər hansı etirazı olmamış, həmin pulun həqiqətən ona verildiyini bildirmişdir. Bu hissədə də məhkəmə qeyd edir ki, mülki cavabdehin ifadəsi özünü müdafiə xarakteri daşımaqla hər hansı sübutla təsdiq edilmir. Ona görə də mülki iddia həmin hissədə tam təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mülki iddialarda qeyd edilən məbləğlərlə cinayətin törədilməsi və vurulmuş ziyanın məbləğindəki fərq ondan ibarət olmuşdur ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 vurulmuş zərərin 1300 manatı və Zərərçəkmiş şəxs2 vurulmuş zərərin 1000 manatı mülki cavabdeh təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs 4626 (dörd min altı yüz iyirmi altı) manat məbləğində pul və 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq X10 ödənilməli, Təqsirləndirilən şəxs 29000 (iyirmi doqquz min) manat məbləğində pul və 178 (yüz yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs5 qaytarılmalı, Təqsirləndirilən şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs4 qaytarılmalı, Təqsirləndirilən şəxs 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs2 qaytarılmalı, Təqsirləndirilən şəxs 12962 (on iki min doqquz yüz altmış iki) manat məbləğində pul və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Həmçinin maddi sübutlara münasibətdə məhkəmə qeyd edir ki, maddi sübut kimi tanınmış bir ədəd iphone X 128 GB yaddaşlı mobil telefon, bir ədəd F197 markalı sadə mobil telefon və 5239 1 5 1 7 7937 8044 nömrəli plastik Kapital Bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs 4626 (dörd min altı yüz iyirmi altı) manat məbləğində pul və 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq X10 ödənilsin. Təqsirləndirilən şəxs 29000 (iyirmi doqquz min) manat məbləğində pul və 178 (yüz yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs5 qaytarılsın. Təqsirləndirilən şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs4 qaytarılsın. Təqsirləndirilən şəxs 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs 12962 (on iki min doqquz yüz altmış iki) manat məbləğində pul və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs1 qaytarılsın. Maddi sübut kimi tanınmış bir ədəd iphone X 128 GB yaddaşlı mobil telefon, bir ədəd F197 markalı sadə mobil telefon və 5239 1 5 1 7 7937 8044 nömrəli plastik Kapital Bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə rəsmi təqdim edildiyi) andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar