Məhkəmə qərarları › İş №1(078)-50/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-50/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-50/2023 20.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 12 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına və bu barədə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin əmrinin xidmət etdiyi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında sıra düzülüşü zamanı hərbi hissə komandiri Zərərçəkmiş şəxs göstərişi ilə bütün şəxsi heyətin qarşısında oxunmasına görə qisas almaq məqsədilə N iyul 2023-cü il tarixdə instagram sosial şəbəkəsində “gula.y9826” adlı bütün internet istifadəçiləri üçün açıq olan saxta profil yaradaraq Zərərçəkmiş şəxs xidməti formada fotoşəkillərini həmin səhifədə paylaşmaqla, fotoşəkillərin şərh bölməsinə və həmçinin üzərinə qəsdən təhqir və böhtan xarakterli sözlər yazaraq, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin xx.xx.2019-cu il tarixli, 012/ş nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına MAHHXHQ-su kimi işə başlamışdır. İşə girdiyi vaxtdan ehtiyata buraxıldığı vaxtadək vəzifəsi maddi təminat bölüyünün avtomobil taqımının avtomobil manqasının baş sürücüsü olmuşdur. Xidmət etdiyi müddətdə son 1 il ərzində 4 dəfə töhmət almışdır. Həmin töhmətlərin 3-nü ona hərbi hissə komandiri, mayor Zərərçəkmiş şəxs, birini isə qərargah rəisi mayor Xəyyam Muradov vermişdir. 14 iyul 2023-cü il tarixdə naryad cədvəlində onun adının üstündən xətt çəkildiyini görüb, Zərərçəkmiş şəxs bunun səbəbini soruşmuş, o, isə cavab olaraq “düzülüş zamanı sənə məlumat verəcəm” demişdir. Saat 14 radələrində bütün şəxsi heyət düzülmüş və komandir Zərərçəkmiş şəxs köməkçisi gizir Orucov Raqifə nazirin əmrini oxumağına dair göstəriş vermiş, əmrdə onun hərbi uyğunsuzluq səbəbi ilə işdən azad olunmağını şəxsi heyətin qarşısında oxunmuş, həmin vaxt bunu eşitdikdə çox əsəbiləşmiş, və nalayiq ifadələr işlətmişdir. N iyul 2023-cü il tarixdə, gecə saat 01-02 radələrində öz “X34 9S” markalı mobil telefonunda, +994 55-574-04-84 saylı nömrəsi ilə instagram sosial şəbəkəsində “gula.y9826” adlı saxta profil hesabı açmışdır. Bu profili açmaqda məqsədi Zərərçəkmiş şəxs şəklini paylaşaraq, onun barəsində paylaşım edərək ondan acıq çıxmaq olmuşdur. Bunun üçün youtube-dən Zərərçəkmiş şəxs televiziyaya verdiyi müsahibəni taparaq, həmin müsahibədən onun şəklini çəkmiş və açdığı saxta profil hesabında şəklin üstünə “bu çox şərəfsiz və alçaq insandır, əsgərləri hədələyib pul alır, mənə təklif etdi ki, mənlə yatmasan oğluvu ən pis yerə verəcəm ...” tipli sözlər, rəy bölməsinə isə “bu şərəfsizi tanıyın, qeyrətsiz, namussuz insandır, sürdüyü maşının təkərlərini belə əsgərlərin valideyni alıbdır, pul verməyən əsgərlər əziyyət çəkir...” tipli onun nüfuzunu aşağı salacaq, əslində həqiqətə uyğun olmayan sözlər yazaraq paylaşmışdır. Etdiyi paylaşımı hamı görsün deyə açdığı saxta profili bütün internet istifadəçiləri üçün açıq etmiş və qarşısına çıxan bütün hesablara izləmə atmışdır. Bundan sonra həmin gün səhər saat 10-11 radələrində ardarda ilk əvvəl bir ədəd mənzərə şəkli, bir ədəd dini xarakterli video paylaşmış, ardınca isə Zərərçəkmiş şəxs həmin şəklini yenidən paylaşmış və şərh bölməsinə “peysər, arvadına əsgərin pulu ilə tursiq alan...” tipli sözlər yazmışdır. Etdiyi paylaşımlardakı yazdığı sözləri hansısa əsgərin anasının dilindən yazılmış kimi yazmış ki, kimliyi bilinməsin. Ümumilikdə həmin səhifədə 3 şəkil, 1 video paylaşmışdır. Son 5 ildir ki, +994 55-574-04-84, 3 ildir ki, həmçinin +994 60 ***-**-** saylı nömrələrdən istifadə etmiş, +994 60-294-62-60 saylı nömrəsi anası Samirə Mirzəyevanın, digəri isə öz adına olmuşdur. Öz adına qeydli “ilkinmirzəyev010” adlı şəxsi instagram sosial şəbəkə hesabı vardır. Kimliyi bilinməsin deyə Zərərçəkmiş şəxs barəsində etdiyi paylaşımları qəsdən öz şəxsi instagram hesabında deyil də saxta profildə paylaşmışdır. İnstagram sosial şəbəkəsində “gula.y9826” adlı hesabda Zərərçəkmiş şəxs barəsində olan paylaşımları təxminən 5 nəfər bəyənmiş, həmin vaxt səhifənin təxminən 40-50 nəfər izləyicisi olmuş, izləyicilərin və paylaşımları bəyənənlərin kim olduğunu dəqiq bilməmişdir. Hesabı açdıqdan sonra qarşısına çıxan bütün hesablara izləmə atmış, bunlardan sadəcə 5-6 nəfəri iş yoldaşları olmuşdur. Bütün bunları içkili vəziyyətdə olduğu üçün etmişdir. Mayor Şərifov onunla ədavət aparmışdır. Səbəb bu olmuşdur ki, iki il əvvəl o quyunu təmizləyən vaxt quyuya düşmüş, xəsarət almışdır. Mayor Şərifovun tapşırığına əsasən quyuda işləsə də Şərifov bildirmişdir ki, onun adı çəkilməsin. O da komandirinin adını çəkməmişdir. Sonradan bilmişdir ki, bununla bağlı ona töhmət verilibdir. O özbaşına bu hərəkəti etməmişdir. Bundan sonra hiss etmişdir ki, komandir onunla ədavət aparır. Sonuncu dəfə onun işdən azad edildiyini eşidəndə borcları, kreditləri yadına düşmüş, ona görə sərt reaksiya vermişdir. Açdığı hesabdan paylaşımları içkili vəziyyətdə paylaşmışdır. Əməlindən tez peşman olmuşdur. Onu polis şöbəsinə çağıranda paylaşımları özünün etdiyini bildirmişdir. Bundan sonra dəfələrlə komandirdən üzr istəmək üçün ailəsi, özü yanına getmək istəmiş, lakin onları qəbul etməmişdir. Məcbur qalıb 10 avqust tarixində üzr istəməsi ilə bağlı həmin hesabdan paylaşım etmişdir. Etdiyi əməldən peşmandır. Bu hərəkətin cinayət olmasını bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2018-ci ildən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandirinin birinci müavini, 2019-cu ilin dekabr ayında həmin hərbi hissəyə qərargah rəisi, 2021-ci ildən isə alayın komandiri vəzifəsinə təyin olunmuş, hazırda da həmin vəzifədə xidmət edir, mayor hərbi rütbəsindədir. Təqsirləndirilən şəxs N mart 2019cu ildə o, hərbi hissədə işə başlayan zaman görüb tanımışdır. Onunla hər hansı qohumluq, dostluq və ya düşmənçilik münasibəti yoxdur. Sadəcə tabeliyində olan hərbi qulluqçu olmuşdur. O, işə girdiyi vaxtdan ehtiyata buraxıldığı vaxtadək MAHHXHQ-su əsgər olmuş, vəzifəsi isə maddi təminat bölüyünün avtomobil taqımının avtomobil manqasının baş sürücüsü olmuşdur. Ümumiyyətlə İlkini ilk tanıdığı vaxtdan o, xidmətə uyğunsuzluq göstərmiş və o dəfələrlə intizam cəzası almışdır. 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti uyğunsuzluğa görə işdən azad olunması barədə əmr günorta düzülüşü zamanı, saat 14:00-da alayın bütün şəxsi heyətinin qarşısında oxunduqdan sonra İlkin sıranın qarşısına çıxmış, həmin vaxt onunla səmimi şəkildə vida söhbəti etmək istəmiş və sadəcə “İlkin sən özün bilirsən, biz əvvəldən səninlə söhbət etmişik...”demiş, Mirzəyev isə cavab olaraq ona “mən hər şeyi bilirəm, amma mənə cəza verənlərin, məni tərxis edənlərin anası, bacısı, var yoxu “belə-belə olsun” demişdir. “Belə-belə” sözünü açıq-aydın söyüş şəklində demiş, özü isə ona heç bir kəlimə belə deməmiş, sadəcə tabor komandirinə demiş ki, İlkinin onu şəxsi heyyətin önündə vura biləcəyini düşündüyündən “bunu saxlayın burda” deyərək xidməti otağına getmiş, İlkin isə onu söyməyə davam etmişdir. İlk əvvəl “mənə cəza verənlər” deyərək, sözə başlasa da sonra isə “bunların hamısını edən sənsən” demiş, bundan sonra hərbi hissənin əməkdaşları İlkini hərbi hissənin ərazisindən çölə çıxarmışlar. N iyul 2023-cü il tarixdə Ordubad rayon Üstüpü kəndində yerləşən evində olan zaman, təxminən saat 12 radələrində İsmayıl Hənifəyev ona zəng edərək “komandir sizin haqqınızda təhqiredici paylaşımlar edilib” demiş, İsmayıla “onları at mənə” demiş və İ.Hənifəyevin göndərdiyi ekran şəklinə baxarkən “gula.y9826” adlı instagram hesabında şəklinin paylaşıldığını və şəklin üzərinə və altındakı şərh bölməsində onun haqqında təhqir və rüsvayedici məlumatlar yazıldığını görmüşdür. Dərhal öz instagram hesabından həmin instagram hesabının adını yazaraq səhifəyə daxil olmuş və görmüşdür ki, həmin hesabda iki ədəd onun barəsində paylaşım edilib, “gula.y9826” instagram hesabında edilmiş paylaşımları bəyənən və şərh yazanları tanımır. Təqsirləndirilən şəxs onu sosial şəbəkədə saxta profildən istifadə edərək onu təhqir etməsi ilə bağlı şikayətlə müraciət etmişdir. Təqsirləndirilən şəxs iki il əvvəl özbaşına onun razılığı və məlumatı olmadan quyunun qazılması üçün quyuda olarkən qəza olmuş və həmin vaxt o ilkin tibbi yardım göstərilməsi üçün tapşırıq vermiş, heç bir xəsati olmadığını bildirdiyi üçün evə icazə vermişdir. Təqsirləndirilən şəxs özü heç bir xəsarət almadığını bildirdiyi üçün qospitala yazdırmamışdır. Evdə olarkən dəfələrlə zəng vurub vəziyyətini soruşmuşdur. İşə çıxdıqdan sonra xidməti araşdırma aparılmış və şiddətli töhmət verilmişdir. Təqsirləndirilən şəxs intizamsız əsgər olduğu üçün heç vaxt tam olaraq əmək haqqı lavəsi almamışdır. Hər il intizam tənbehləri olmuşdur. Sonuncu dəfə də intizam tənbehləri barədə araşdırma aprılmış və xidməti uyğunsuzluğa görə işdən azad edilmişdir. Həm şəxsi heyətin önündə, həm də sosial şəbəkədə onu və ailəqini təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Onu bağışlamır və ən ağır şəkildə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, 28 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının qəza xilasetmə taboruna pirotexnik taqımına manqa komandiri olaraq işə başlamış, hazırda isə mühəndis-texnik xidmətinin anbar rəisi vəzifəsində, baş çavuş rütbəsində xidmət edir. 14 iyul 2023-cü il tarixdə, təxminən saat 11:45 radələrində, hərbi hissədə naryad üçün təlimat düzülüşü olmuş,onlar təxmini 8-9 nəfər olmuş, onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. İlkin “2 nömrəli park” deyilən yerə naryad olmuş, həmin vaxt kimsə İlkinə “sən bugün naryad deyilsən, sabah çıxacaqsan” demiş, həmin vaxt İlkin cavab olaraq “mənim işim var, mən getməliyəm” demiş, lakin ona icazə verilməmiş, bundan sonra naryada qalacaqları üçün evə getmişlər. Onlar saat 12:00-da istirahətə buraxılaraq, 18:00-da naryada gəmişdir. Həmin gün İlkinin yerinə xatırladığı qədəri ilə Əsədov İbad naryada buraxılmış, bundan sonra təxmini saat 17:45 radələrində hərbi hissəyə qayıtmış, həmin vaxt əsgərlərdən İlkinin işdən çıxarılmağını və onun əmri şəxsi heyətə çatdırıldıqdan sonra, onun hər kəsin içərisində Şərif müəllimi nalayiq sözlərlə söymüş, bundan 2-3 gün sonra təxmini saat 13-14 radələrində özünə məxsus “samiq357” adlı instagram hesabında qarşısına Zərərçəkmiş şəxs xidməti formada şəkli çıxmış, həmin şəklin şərh bölməsinə xatırladığı qədəri ilə “anasını, bacısını pula çıxaran peysər...” və bu kimi digər təhqiramiz ifadələr yazıldığını görmüşdür. Növbəti gün isə hərbi hissədə hər kəs instagramda Şərif müəllimin barəsində edilən paylaşımdan danışmış, həmin paylaşımı demək olar ki, bütün hərbi hissə görmüşdür. İlkini axırıncı dəfə 14 iyulda naryad düzülüşü zamanı görmüş, bundan sonra onu görməmiş və ümumiyyətlə ondan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, xx.xx.2018-ci ildən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının feldşer-aptek rəisi olaraq işə başlamış, hazırda da həmin vəzifədə, çavuş rütbəsindədir. 14 iyul 2023-cü il tarixdə şəxsi heyət nahar fasiləsi üçün düzüldüyü vaxt orada təxmini 90-100 nəfər olmuş, təxminən saat 13:55 radələrində hərbi hissə komandiri mayor Zərərçəkmiş şəxs gələrək, məxfi hissə rəisi, gizir X21 MR fövqəladə hallar nazirinin əmrini oxumağı barədə göstəriş vermiş, Raqif Orucov əmri ucadan oxumuş, həmin əmrdə Təqsirləndirilən şəxs xidməti uyğunsuzluq səbəbindən xidmətdən ehtiyata buraxılması yazılmış, əmr oxunduqdan dərhal sonra Təqsirləndirilən şəxs sıra qarşısına çıxaraq, ilk əvvəl “çörəyimə baiskarlıq edəni...” deyə sözə başlayaraq söyüşlər etsə də, sonra Zərərçəkmiş şəxs üzünə qarşı birbaşa onun ünvanına təhqirlər yağdırmışdır. Zərərçəkmiş şəxs isə heç bir söz demədən öz xidməti otağına getmişdir. Bundan sonra nahar fasiləsinə buraxılmış və daha sonra İlkini bir daha görməmişdir. Təqsirləndirilən şəxs şəxsi instagram hesabının olub-olmamasını dəqiq bilməmişdir. 14 iyul 2023-cü il tarixdə saat 19:00-dək hərbi hissədə olmuş, lakin Təqsirləndirilən şəxs anası Samirə Mirzəyeva və bacısı Səkinə Əliyevanın hərbi hissənin nəzarət buraxılış məntəqəsinə gələrək, səs-küy salması barədə heç bir məlumatı olmamış, çünki bildiyi qədəri ilə həmin hadisə nahar fasiləsi zamanı baş vermiş, yəqin ki, buna görə eşitməmişdir. N iyul 2023-cü il tarixdə təxminən axşam saatlarında, evdə olan zaman özünə məxsus “nato.075” adlı instagram hesabına xatırladığı qədəri ilə “gulay...” deyə başlayan hesabdan izləmə istəyi gəlmiş, həmin hesabın kim olduğunu bilmək üçün, hesaba izləmə istəyi atmış və dərhal qəbul edilmiş, hesaba girdikdə Zərərçəkmiş şəxs şəklinin paylaşıldığını görmüş, həmin paylaşımda Zərərçəkmiş şəxs FHN formasında olmuş və şəklin alt hissəsindəki şərh bölməsində “peysər, arvadını pula çıxardan, arvadına alt paltarını əsgərin pulu ilə alan...” tipli sözlər yazılmış, bundan sonra həmin hesabı əngəlləmiş, işindən ehtiyat etdiyi üçün bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, 11 iyun 2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının xilasetmə taqımının kompressor manqasının baş kompressorçusu, MAHHXHQ-su əsgər olaraq işə başlamış, hazırda da eyni vəzifədədir. N iyul 2023-cü il tarixdə nahar fasiləsi zamanı evdə olan zaman özünə məxsus “xx.xx.2002” adlı instagram hesabına daxil olduqda instagramda “tanıyor ola biləcəklərin” hissəsinə “gula.y9826” adlı hesab düşmüş, həmin hesabın kim olduğuna baxmaq üçün, hesaba daxil olmuş, hesaba girdikdə Zərərçəkmiş şəxs xidməti formada şəklinin paylaşıldığını görmüş, şəklin alt hissəsindəki şərh bölməsində “peysər, anasını, bacısını pula çıxardan, arvadına alt paltarını əsgərin pulu ilə alan, mənim oğlumdan pul alıb...” tipli sözlər yazıldığını görmüşdür. Bundan sonra həmin hesabı əngəlləmiş, işindən ehtiyat etdiyi üçün bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 18 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına sürücü MAHHXHQ-su əsgər olaraq işə başlamış, hazırda xilasetmə bölüyünün xilasetmə taqımının kompressor manqasının komandiri vəzifəsində, çavuş rütbəsindədir. 17 iyul 2023-cü il tarixdə naryaddan çıxdığına görə evdə olduğu müddətdə təxminən saat 20:00-da özümənəxsus “toğrul_akbarli” adlı instagram hesabında gəzinərkən, instagramın “keşfet” bölməsində hərbi hissə komandiri Zərərçəkmiş şəxs şəklini görmüş, şəklin üzərindən vuraraq baxmış, şəklin alt hissəsindəki şərh bölməsində “peysər, əsgərin pulu ilə arvadına alt paltarı alan, arvadını pula çıxardan, mənim oğlumdan pul alıb...” tipli sözlər yazıldığını gördüyündən həmin səhifəyə daxil olmuş, səhifənin adı “gula.y9826” olmuş, Zərərçəkmiş şəxs barəsində olan paylaşımı 30-40 nəfər bəyənmişdir. “gula.y9826” adlı hesaba girib baxan zaman onların ortaq izləyiciləri olmamış, qeyd olunan hesab açıq olmuş, “keşfetə” düşmüş, Zərərçəkmiş şəxs barəsində olan paylaşımın ekran görüntüsünü almamışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi elan edilən şahid X4 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında əri və oğlu İlkinlə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının 30-u Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına MAHHXHQ-əsgər olaraq işə girmiş, vəzifəsi isə sürücü olmuşdur. 14 iyul 2023-cü il tarixdə, günorta saatarında qızı Səkinəgildə olan zaman, onun yanında İlkin kürəkəni Vüqar Mustafayevə zəng edərək “məni işdən çıxardılar” demişdir. Çox narahat olmuş, qızı Səkinə olanları aydınlaşdırmaq üçün dərhal İlkinin komandiri Zərərçəkmiş şəxs qəbuluna düşmək üçün hərbi hissəyə getmiş, bir neçə saat sonra geri gələrək, Zərərçəkmiş şəxs onu qəbul etmədiyini demiş, buna görə də, özü qızı Səkinə ilə birlikdə taksiyə minərək hərbi hissəyə getmişdir. Hərbi hissənin giriş qapısındakı əsgərlərə Zərərçəkmiş şəxsla görüşmək istədiklərini demişlər. Həmin əsgərlər kiməsə zəng edib danışdıqdan sonra onlara Şərif müəllimin işdə olmadığını demişlər. Lakin nə qədər gözləsələr də, Şərif müəllim gəlməmiş, həmçinin onları içəri buraxmamışlar. Orada Zərərçəkmiş şəxs ünvanına bəd dualar etmiş, sonda taksiyə minərək evə qayıtmışlar. Həmin gün axşam kürəkəni X11 Əsədovun mobil nömrəsini alaraq şəxsi istifadəsində olan +994 060 ***-**-** saylı nömrəsi ilə onun +994 ***-***-**-** saylı nömrəsinə dəfələrlə zəng etmiş, lakin onun telefonunu açmamış, buna görə də, ona mesaj yazmış, həmin mesajda yenə də ona bəd dua eləmiş, onu məhərrəmlik ayına tapşırdığını, həmçinin onu məhkəməyə verəcəyini yazmışdır. Bundan başqa ona qarşı bir neçə nalayiq ifadə də (şərəfsiz, namussuz) yazmışdır. İnstagram sosial şəbəkəsində “gula.y9826” adlı hesabda Zərərçəkmiş şəxs barəsində edilən paylaşımlar oğlu İlkin tərəfindən edilmişdir. Bu barədə İlkin özü ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, 2019-cu ilin fevral ayından Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında işə başlamış, hazırda kargüzar vəzifəsində işləyir, rütbəsi çavuşdur. 14 iyul 2023-cü il tarixdə nahar fasiləsi üçün bütün şəxsi heyət düzülmüş, təxmini saat 14:00da komandir Zərərçəkmiş şəxs sıra qarşısına gəlmiş və məxfi hissə rəisi, gizir Raqif Orucova nazirin əmrini oxumağına dair göstəriş vermişdir. Raqif Orucov sıra qarşısına çıxaraq Təqsirləndirilən şəxs hərbi uyğunsuzluq səbəbi ilə xidmətdən ehtiyata buraxılması barədə əmri oxumuş, əmr oxunduqdan sonra İlkin sıranın qarşısına çıxaraq “mənim çörəyimə bais olanın var-yoxunu sikim”, sonra o, qışqıra-qışqıra söyüşlərini davam etdirərək, şəxsən Zərərçəkmiş şəxs qarşı “sənin var-yoxunu sikim, mənim çörəyimə sən bais oldun” sözlərini demişdir. Zərərçəkmiş şəxs isə heç bir söz demədən öz otağına getmiş, bundan sonra İlkin Zərərçəkmiş şəxsla görüşmək üçün üstə çıxmaq istədiyini demiş, lakin buna icazə verilməmişdir və o, hərbi hissədən çıxıb getmişdir. “gula.y9826” adlı instagram hesabında Zərərçəkmiş şəxs barəsində edilən paylaşımları iş yoldaşı X7 telefonunda görmüş, həmin hesabda Zərərçəkmiş şəxs xidməti formasında paylaşılmış və rəy bölməsinə “peysər, mənim oğlumdan pul alıb, məhkəməyə verəcəm” və bundan başqa təhqir və böhtan xarakterli digər sözlər yazıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 2017-ci ildə Naxçıvan Universitetinin Tarix müəllimliyi ixtisasını bitirmiş, universiteti bitirdikdən sonra 1 il hərbi xidmətdə olmuş, 27 may 2019-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında xilasetmə tabor komandirinin psixoloji hazırlıq üzrə köməkçisi olaraq işə başlamış, hazırda da eyni vəzifədə, baş leytenant rütbəsindədir. 14 iyul 2023-cü il tarixdə hərbi hissə üzrə növbətçinin köməkçisi olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs hərbi xidmətə uyğunsuzluğu ilə xidmətdən ehtiyata buraxılması barədə Fövqəladə Hallar naziri tərəfindən imzalanmış əmr alaya daxil olmuş, elə həmin gün şəxsi heyətin nahar fasiləsinə buraxılması üçün sıra düzülüşü zamanı Zərərçəkmiş şəxs əsgərlərin də hərbi qulluqçular ilə yanaşı düzülməsi barədə göstəriş vermiş, saat 14:00-da bütün şəxsi heyət düzülmüş, sonra isə komandir Zərərçəkmiş şəxs sıra qarşısına gələrək, məxfi hissə rəisi, gizir X21 MR fövqəladə hallar nazirinin əmrini oxumağı barədə göstəriş vermişdir. Raqif Orucov əmri ucadan oxumuş, əmrdə İlkinin xidməti uyğunsuzluq səbəbindən ehtiyata buraxıldığı yazılmış, əmr oxuduğu zaman Təqsirləndirilən şəxs sıra qarşısına çıxaraq söyüşlər söyməyə başlamışdır. Həmin gün hərbi hissə üzrə növbətçinin köməkçisi olduğuna görə o, sırada düzülməmiş, qərargahda olmuş, lakin İlkinin əmrinin oxunacağını və bu vaxt nəsə ola biləcəyini ehtimal etdiyinə görə, qərargahın qarşısına çıxmışdır. Qərargahla şəxsi heyətin düzüldüyü yerin arasında təxmini 10-15 metr məsafə var. Lakin İlkin elə qışqıraraq, söyüşlər söymüşdür ki, o, tam olaraq bütün sözləri eşidə bilmişdir. Həmin vaxt İlkin Zərərçəkmiş şəxs üzünə qarşı onun arvadını, uşağını, ailəsini ən axırıncı söyüşlərlə söymüşdür. Zərərçəkmiş şəxs isə nəsə deməyini eşitməmişdir. Zərərçəkmiş şəxs dərhal qərargaha gələrək 3-cü mərtəbəyə, öz otağına qalxmış, onun arxasınca isə İlkin gələrək Şərif müəllimin yanına qalxmaq istəmiş, lakin o, İlkinə icazə verməmiş, onun qolundan tutub qərargahdan çölə çıxarmışdır. Bundan sonra İlkin yenə də eyni sözlərlə söyə-söyə hərbi hissəni tərk etmişdir. N iyul 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində şəxsi istifadəsində olan instagram sosial şəbəkəsinə “gula.y9826” adlı hesabdan izləmə istəyi gəlmiş, həmin hesabın kimə aid olduğuna baxmaq üçün həmin hesaba girmiş, həmin hesabda olan təxminən 4-5 paylaşımdan ikisində Zərərçəkmiş şəxs xidməti formada fotoşəkli olmuş, həmin fotoşəkillərdən birinin yalnız şərh bölməsinə, digərinin isə həm üzərinə, həm də şərh bölməsinə əxlaqsız sözlər yazıldığını görmüşdür. Dərhal Şərif müəllimə zəng etmiş, həmin paylaşımlar barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs “göndər mənə” deməsindən sonrs həmin şəkillərin ekran görüntüsünü alaraq Şərif müəllimə göndərmişdir. 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs anası Samirə Mirzəyeva və bacısı Səkinə Əliyeva hərbi hissənin nəzarət buraxılış məntəqəsində səs-küy salan zaman orada əsgərlər təlimata düzülmüşdü. Şəxsi heyət isə ərazidə işləyirdi. Səkinə Əliyeva tərəfindən Zərərçəkmiş şəxs ünvanına xatırladığı qədəri ilə təhqiramiz sözlər deyilməmiş, anası bəddular etmiş, bacısı isə şikayət edəcəyini bildirmişdir. Onlarla hər hansı söhbət etməmişdir. Zərərçəkmiş şəxs barəsində “gula.y9826” adlı instagram profilində edilən paylaşımın şərh bölməsinə “Zərərçəkmiş şəxs alçaq, namussuz, qeyrətsiz bir insandı, maşının təkərlərini əsgərin pulu ilə alıb, pul verənlər komandirlə viski içir”, bundan başqa “hərbi hissədə əsgərlər pul verib telefon işlədir, mənə təklif elədi ki, mənlə yatmasan sənin oğlunu ən pis yerə verəcəm” tipli sözlər yazılmış, “gula.y9826” adlı instagram hesabı hamıya açıq olmaqla təxminən 50-60 nəfər izləyicisi var idi. Zərərçəkmiş şəxsla bağlı edilmiş paylaşımların ekran görüntüsünü öz telefonundan silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, şahid X1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatların bir qismini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri ünvan 2 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 25 aprel 2008ci ildə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında məxfi hissə rəisi vəzifəsində işləyir. 14 iyul 2023-cü il tarixdə nahar fasiləsi üçün sıra düzülüşünə gedən zaman, Zərərçəkmiş şəxs onu yanına dəvət edərək “bu əmri götür, aşağıda şəxsi heyətə elan edək” demişdir. Naxçıvan MR Fövqəladə Hallar naziri tərəfindən imzalanmış həmin əmri xidməti çantasından çıxararaq ucadan oxumuşdur. Əmrdə Təqsirləndirilən şəxs hərbi xidmətə uyğunsuzluq səbəbi ilə xidmətdən ehtiyata buraxıldığı yazılmışdır. Bundan 1-2 gün sonra hərbi hissəyə gəldikdə hər kəsin instagramda Şərif haqqında əxlaqsız sözlər paylaşılmasını eşitmişdir. Bu barədə heç kimdən heç nə soruşmamış və ümumiyyətlə bu haqda maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14, şahid X18 ilə eyni məzmunda ifadə verərək instagramda Şərif haqqında əxlaqsız sözlər paylaşılmasını eşitdiyini, bu barədə heç kimdən heç nə soruşmadığını və ümumiyyətlə bu haqda maraqlanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2016-cı ildən “X23” MMC-də mühəndis olaraq işləyir. Təqsirləndirilən şəxs onun arvadı Səkinə Əliyevanın qardaşıdır. İlkini o, Səkinə ilə evləndiyi vaxtdan görüb tanımışdır. Həmin vaxt X25 Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında maddi təminat bölüyünün avtomobil manqasının baş sürücüsü, MAHHXHQ-su əsgər olmuşdur. Zərərçəkmiş şəxs isə o, 2 il olar ki, İlkinə görə tanımış, onunla aralarında hər hansı dostluq və ya düşmənçilik münasibəti yoxdur. 14 iyul səhər saatlarında İlkin ona zəng edərək “mən bugün naryadda olmalı idim, amma adımı cədvəldən çıxarıblar, nəyə görə çıxara bilərlər adımı?” demiş, onların hərbi hissələrinin qayda-qanununu bilmədiyi üçün “sən bunu komandirindən soruş” demişdir. Sonra İlkin gedib komandirdən bunun səbəbini soruşmuş, komandir Zərərçəkmiş şəxs isə “səbirli ol deyəcəm səbəbini” demişdir. Bundan bir az sonra təxmini saat 14:05 radələrində İlkin ona zəng edərək “mənim əmrimi oxuyub, məni işdən çıxardılar” demiş, həmin vaxt qayınanası Samirə Mirzəyeva və arvadı da İlkinin işdən çıxarıldığını eşitmişlər. Bundan sonra Şərif müəllimlə görüşüb, İlkinin nəyə görə işdən çıxarıldığını öyrənmək üçün arvadı Səkinə hərbi hissəyə getmişdir. Özünün şəhərdə bir neçə işi olmuş, işlərini həll etdikən sonra özü də hərbi hissəyə getmişdir. Səkinəni hərbi hissənin qarşısında ağacların altında durmuş vəziyyətdə görüb nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq Şərif müəllimi görmək istədiyini bildirmiş, lakin onlara komandirin orada olmadığını demişlər. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə getmişlər, lakin nazir orada olmadığı üçün görüşə bilməmiş, sonra isə Ali Məclisə gedib qəbulda olaraq, İlkinin işdən azad olunması ilə bağlı şikayətlərini bildirmiş, orada onlara aidiyyəti orqanlara müraciət etmək hüquqları izah edilmiş, bundan sonra isə evə getmişlər. Evdə olduqları vaxt qaynanası Şərif müəllimlə özü görüşərək İlkinin işdən nəyə görə azad edilməsinin səbəbini aydınlaşdırmaq üçün hərbi hissəyə getmək istəmiş, həmin vaxt arvadı Səkinə də onunla getmişdir. Lakin onlar da Şərif müəllimlə görüşə bilməmişlər. “gula.y9826” adlı instagram hesabının mövcudluğundan və orada Zərərçəkmiş şəxs barəsində edilən paylaşımlardan 17 iyul 2023-cü il tarixdə İlkin polis şöbəsində olan zaman xəbəri olmuşdur. “gula.y9826” adlı instagram hesabında sadəcə 1 ədəd paylaşım vardı. Həmin paylaşımda Zərərçəkmiş şəxs xidməti formada idi, şərh bölməsində isə “peysər, mənim oğlumdan pul alıb, məhkəmiyə verəcəm” tipli sözlər yazılmışdı. Həmin paylaşımı İlkin polis şöbəsində “gula.y9826” adlı instagram hesabına daxil olaraq silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, anası Samirə Mirzəyeva hərbi hissənin nəzarət buraxılış məntəqəsində Zərərçəkmiş şəxs ünvanına “namussuz, şərəfsiz” tipli sözlər deməmiş, sadəcə bəddualar etmişdir. Polis əməkdaşları İlkini şöbəyə dəvət etmiş, İlkin, Vüqar, atası və anası ilə birlikdə polis şöbəsinə getmişdir. Bundan bir az keçdikdən sonra Vüqara zəng edərək, nə olduğunu soruşmuş, o, isə “instagramda İlkin səhifə açıb, Şərifi təhqir edib, Şərif də gətirib polisə göstərib şikayət edib” demişdir. Vüqara “səhifənin adını de baxım” demiş, bu zaman səhifənin “gula.y9826” olduğunu bilmişdir. Dərhal öz telefonnda instagrama daxil olub həmin səhifədəki paylaşımlara baxarkən Zərərçəkmiş şəxs xidməti formada paylaşılmış şəklini görmüş və həmin şəklin altında “peysər, şərəfsiz, anası, bacısı pula çıxan” tipli sözlər yazıldığını oxumuşdur. İlkin polisdən gəldikdən sonra, həmin paylaşımı özü səhifə açaraq paylaşdığını demişdir. İlkinin “X34 9S” telefonu olmuşdur. Qardaşı bir neçə ildir ki, +994 ***-***-**-** və +994 060 ***-**-** saylı nömrələrdən istifadə edir. Hazırda hər ikisi də aktivdir. +994 060 ***-**-** saylı nömrə onun, digəri isə öz adınadır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi Zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə başlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş "X34 9S" markalı mobil telefona və SİM karta 11 avqust 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, “mobil telefon işlək vəziyyətdə deyildir, ekranı bir neçə yerindən çatlamışdır, kənarları göy rəngli, arxa tərəfin qoruyucu hissəsi isə ümumiyyətlə yoxdur. Telefonun daxili qurğularının yerindədir, mobil telefonun üzərində nömrə və ya digər yaddaş kartı yoxdur”. Təqdim edilmiş sim kartın bakcell mobil operatoruna məxsus +994 55-574-04-84 saylı nömrə olduğu, həmçinin nömrənin yaddaşında hər hansı məlumatın olmadığı da baxış zamanı müəyyən olunmuşdur. Məhkəmə kompüter-texniki ekspertinin 04 sentyabr 2023-cü il tarixli, 830 nömrəli rəyində ekspertizaya təqdim edilmiş sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9S” markalı, “M2003J6A1G” modelli, arxa markalanma göstəricisinə görə “**********85144” imei kodlu mobil smartfonun hal-hazırda işlək vəziyyətdə olmadığı və istifadəyə yararlı olmadığı, təqdim edilmiş mobil smartfonun işlək vəziyyətdə və istifadəyə yararlı olmaması səbəbindən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat işlərinin aparılmasının mümkün olmadığı, ekspertizaya təqdim edilmiş üzərində “Bakcell (******************** rəqəmləri)” yazısı olan “SİM” danışıq kartının yaddaşında məlumatların müəyyən olunduğu və həmin məlumatlar “Ekspertiza 830” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildiyi, ekspertizaya təqdim edilmiş “+994 55 574 04 84” “SİM” danışıq kartı ilə “il.kin5775” adlı “İnstagram” sosial şəbəkəsində istifadəçi profili açıldığı göstərilmişdir. Araşdırma gedişində təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının rəyə əlavə etdiyi 1 ədəd CD-yə 05 sentyabr 2023-cü il tarixdə tərəfimdan baxış keçirilmiş və baxış zamanı CD-nin içərisində “Backup 2023_08_30 (001)” sözləri yazılmış fayla klik edildikdə nömrənin taxılı olduğu telefonun markası, İMEİ: kodu və digər texniki göstəricilərinin qeyd olunduğu və nömrənin yaddaşında olan 37 nəfər şəxsin nömrəsinin olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı 11 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş, “gula.y9826” adlı instagram hesabında edilmiş paylaşımların və 2 ədəd mesajın ekran görüntülərinə baxış keçirilmiş və baxış zamanı “gula.y9826” adlı hesabda 4 ədəd paylaşımın edildiyi, səhifənin 70 nəfər izləyicisinin, 128 nəfər isə izlədiyinin olduğu, edilən 4 paylaşımdan 3-ün şəkil, 1-in isə video olduğu, həmin paylaşımlardan ikisində paltarının sol sinəsində “FHN” sözləri yazılmış bir nəfər şəxsin olduğu, birinin mənzərə şəkli olduğu, videonun isə dini xarakterli olduğu, paylaşımların tarixinin isə görünmədiyi müəyyən olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs paltarının sol sinəsində “FHN” sözləri yazılmış şəxsin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri Zərərçəkmiş şəxs olduğunu, səhifəni izləyən və səhifə tərəfindən izlənilən şəxslərin kimlər olduğunu xatırlamadığını, həmin paylaşımların N iyul 2023-cü il tarixdə özü tərəfindən edildiyini bildirdi. Sözügedən səhifədə edilən ilk paylaşımda Zərərçəkmiş şəxs şəklinin üst hissəsində yazının olduğu, ilk cümlənin tam oxunmadığı ikinci sətirdən başlayaraq “senin ogluvu hepise verecem me e pul vurun camatin balasini bedbext eden bi inasani taniyin o herbi hissede esgerler pul verib bu kamandire telefon iwledir men oz qadinigiminan mene teklif elediki mennen yatmasan ogluvu en pis yere verecem menim elimdedi der ama mennen yatsan eger oglun burda herbi hisse kamandiri yox agasi menem xaiw edirem adiyati wexsler bir care tapsin esgerin anasina bacisina göz tiken werefsizdi bu xaiw edirem paylawin” sözlərinin yazıldığı, həmin paylaşımın şərh bölməsində “9927 nömreli herbihissesinin kamandiri. Werif ededov cox alcaq namussuz qeyretsiz bir insandi esgerlerin belinenpul yeyen esger valideyinlerinim gozunu yawdi qoyan pul vermiyen valideyinlerin esgerleri eziyet cekir pul verennerinki kalandirin otaginda kamandirnen yeyib içir viski içir boyuvu senin kalandir yere soxumki otaginda esgerinen visqi içirsen altindaki surduyu mawinin tekerlerini bele esgerin valideyini alib namusuvu tupurum olmuyan namusuva xaiw elirem paylawin hami gorsun” sözlərinin yazıldığı, həmçinin həmin paylaşımı 2 nəfərin bəyəndiyi, lakin bəyənən profillər barədə məlumatları ekran görüntülərindən müəyyən etmək mümkün olmadı. Növbəti paylaşımın qeyd edildiyi kimi mənzərə şəklinin olduğu, həmçinin həmin şəklin profil şəkli ilə eyni olduğu, daha sonrakı paylaşımın dini xarakterli video olduğu, son paylaşımda isə yenə də Zərərçəkmiş şəxs şəklinin paylaşıldığı və rəy bölməsində “Anasini bacisini arvadini pula cixardan peyser gozuynen goren peyser esgerlin hesabina arvadina tursiq alan peyser menim oglumnnanda bele pul aldi qeybe kopey olsun seni verecem merkemiye ilham eliyev birde mehriban xanima mektub wekilinde yazacam” sözlərinin yazıldığı, həmin paylaşımın 14 nəfər tərəfindən bəyənildiyi, 3 nəfərin isə rəy yazdığı müəyyən oldundu. Lakin bəyənən, həmçinin rəy yazan profillər barədə məlumatları ekran görüntülərindən müəyyən etmək mümkün olmadı. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs fotoşəklinin üzərinə, həm də şərh bölməsinə yazılan sözlərin özü tərəfindən yazıldığını. Lakin kimliyi bilinməsin deyə həmin sözləri hər hansı əsgərin ansının dilindən yazılmış kimi yazdığını, şəkli bəyənən, həmçinin rəy yazan şəxslərin kimlər olduğunu xatırlamadığını bildirdi. Bundan başqa 2 ədəd - “Namussuz bı qeyrət ayşərəfsiz sənin görûm maşlnl başlva aşsln amin mənim balaml çörəksiz qoydun səni də cörəksiz qalasan səni alaha havalə etmişəm qabaxdan məhərəmlik ajl gəlir səni o məhərəmliyə tapşlrlram alah sənin balalarlvl ağlar günə qoydun inşalah ilkinin mamaslyam hər əzanda alaha” və “Səni alaha havalə edirəm mən nasaz adam onun da bir xeyləm banga borcu var sənin alah bəlavl versin balalarl cörəysiz qalsln görüm amin şərətsiz clndir mənim uşağlmln üstünə atmadlğln şər qalmadl hamlsl məhkəmədə deyəcəm quyu məsələsini uşaqlarl qizişdlrlb ilkinin üstünəsalmağlvl hər əzanda namazd” məzmunlu mesajların yazıldığı, həmin mesajların tarixini müəyyən etmək mümkün olamsa da, mesajın kənarındakı yazıdan onun saat 21:05-də yazıldığı müəyyən olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mesajların anası Samirə Mirzəyeva tərəfindən, onun işdən çıxarıldığı gün, yəni 14 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs mesaj olaraq yazıldığı, həmçinin həmin mesajların heç bir sosial şəbəkədə paylaşılmadığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən instagram sosial şəbəkəsində açılmış “gula.y9826” adlı hesaba 11 avqust 2023-cü il tarixdə “Google” platformasında axtarış edilməklə həmin hesab tapılaraq baxış keçirilmiş və baxış zamanı “gula.y9826” hesabının həqiqətən də, mövcud olduğu, hazırda açıq hesab olduğu, profilində məznərə şəklinin olduğu, heç bir paylaşımın mövcud olmadığı, 111 nəfər izləyicisinin, 160 nəfər isə izlədiyinin olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərilən hesabın özü tərəfindən N iyul 2023-cü il tarixdə şəxsi istəfadəsində olmuş "X34 9S" markalı mobil telefonda Bakcell mobil operatoruna məxsus +994 ***-***-**-** saylı nömrəsi ilə açdığını bildirmişdir. Həmin instagram hesabının ekran görüntüsü çəkilərək protokola əlavə edilmişdir. Araşdırma zamanı 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə onun tərəfindən instagram sosial şəbəkəsində açılmış “gula.y9826” adlı hesaba baxış keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş +994 55-574- 04-84 saylı SİM kart “iPone 14 Pro Max” markalı mobil telefona taxılaraq, instagram mobil tətbiqində “X33 Yap” əmrinə klik edildi və istifadəçi adının yazılması üçün nəzrədə tutulmuş xanaya “gula.y9826” sözləri yazılaraq,“Şifreni mi unuttun ?”əmrinə klik etdikdə səhifəyə daxil olmaq üçün nömrəyə Facebook-dan “İnstagram link: https://ig.me/bPXmjNUFwHZggd. Don't share it.” Məzmunlu mesaj gəldi. Mesajda qeyd olunan linkə klikləməklə “gula.y9826” hesaba daxil olundu. Hedaba daxil olduqda hazırda heç bir paylaşımın olmadığı, 113 izləyicisinin, 156 izlədiyinin olduğu, həmçinin səhifənin bütün internet istifadəçiləri üçün açıq olduğu müəyyən oldundu. Bundan sonra hesabın mesajlar bölməsinə daxil olundu və 22 şəxslə söhbət edildiyi, 5 hesabdan isə söhbət istəyinin gəldiyi müəyyən olundu. İlkinin yazdığı mesajlar “İ” şərti adı altında, qarşı tərəfin yazdıqları isə həmin hesabın baş hərfi ilə qeyd edilərək vasitəsiz nitqdə yazıldı. Baxış zaman xx.xx.2023-cü il tarix, saat 11:21-də “__haci__20” adlı hesabın ona “Salam xanım qoydugunuza görə yazmışdım” sözlərini yazmış, İ:“Buyurin”, H: “Hansı əsgərin valideyinisiz. Mən özüm orada xidmət eləmişəm ama bunları bilmirdim”, İ: “Necenci ilde olmusan. Taniyirsan bunun”, H: “Gəldiyim 5,6 aydı”, İ: “He bildim. Onun anasi bacisi qeybedi da. Senin ad familyan neydi”, H: “Sizin oğlunuz kimiydiki. Bəlkə taniyram. Onçu soruşuram”, İ: “Yox oglum ucun yoc bawqa wey ucun paylawmiwam”, H: “Oldu xanım”, İ: “Elə sende bunu sekrin ed bawiva donum at senin oz esger yoldawdariva onnarda gorsun”, H: “Atmisam. İndi qrupumuza. Hamı şokdadı”, İ: “Ay seni verene qurban” sözlərini yazmış və Zərərçəkmiş şəxs fotoşəklinin üzərində göy fonda “Salam paylawinda zehmet olmasa esedov werif ellame oğlu FOVQALADA NAZİRLİYİNİN hervi hisse kamandir naxcivan xalqi taniyin bilin cox alcaq ve werefsiz bir insandi herbi hissenin esgerlrinen pul alan herbi hissenin esgerlerinin valideyinlerini hedeleyib qorxudub senin ogluvu hepise verecem me e pul vurun camatin balasini bedbext eden bi inasani taniyin o herbi hissede esgerler pul verib bu kamandire telefon iwledir men oz qadinigiminan mene teklif elediki mennen yatmasan ogluvu en pis yere verecem menim elimdedi der ama mennen yatsan eger oglun burda herbi hisse kamandiri yox agasi menem xaiw edirem adiyati wexsler bir care tapsin esgerin anasina bacisina göz tiken werefsizdi bu xaiw edirem paylawin” sözləri yazılmış fotoşəkli qarşı tərəfə göndərərək, “Bunu at paylawdigimda duwmuyubda. Bursa aydin duwub”, H: “Oğlunuz budeyqe orda xidmetdedi?”, “Xeyir. Ordan deyesenn tezeliyde sef elemiremse bir maxe cixardib atib ewiye”, H: “Siz Naxçıvanda qalirsiz”, İ: “Beli”, H: “Oldu narahat etdiyim üçün üzürlü sayın”, İ: “Xowdu uzurlu duwmeniniz olsun. Men paylawdimki bu werefsizi hami tanisin alcağı namussuzu”, H: “Oldu xanım”. Saat 11:25-də “rahimallahverdiyev82” adlı hesabdan “Salllam xanimm bu boyunu yağunun allllahh baelasini versin”, İ: “Peyserdida qeybe ogludu”, R: “Öz anası və öz bacısını gözü ile gören şexsdi”, İ: “Xaiw elirem sizde paylawin gorsun erda menim takibcim azdi”, R: “Sizi verene qurbaNnn olummm”, İ: “Siz hardan taniyirsiz onu”, R: “Mende dövlet işinde işlemişemmm. Yaxşi yerde işlemişammm”, İ: “Hardan taniyirsiz bunu”, R: “hal hazırda işden ayrilmişammm. Men bunu tanimirammm. O yazini oxudumm cox pis oldummm. Siz yaxşi bir erizeli mekdub yazinnn”, İ: “Neteri?”, R: “Cenab prezdente ve onun xanimna”, İ: “Men ele weyleri bilmiremki”, R: “Ve bir fövqalada baş baziriyne. Qanun deyilen bir şey var. Bu adam naxçıvanda işdeyir”, İ: “Biremda fovqalada hallarda herbihisse kamandirid”, R: “Bu paltari fövqalada halr baziriynin paltari. Poxx yeyir mende naxcvaniyim. Adamı götne bel sapı soxalarrrt. Siz doğru düzgün yere müraciet edin”, İ: “Yox ee bagarnida iwdirda alayda herbihisse kamandiridi”, “Bu paltari fövqalada halatari. Men onu taparammm”, İ: “Size qurban olaram ele men. Heda herbi hisse kamandirid alayin weherdedi”, R: “Menim yaxinarim coxu vezifada işleyirr”, İ: “Alah cannarina salig versin”, R: “Bilrem yeni Naxcvan mahelesne yaxdi. Siz bakda olursuz. Oğlunuz naxcvanda”, İ: “Men naxcivanda oluram. Oglum bakıda”, R: “Bu adam bakıda işdeyirrr. Yoxsa naxcvanda”, İ: “Yox ee naxcivanda”, R: “Siz naxcvan qadni sözünü deyen xanimlardi. Siz gedib prakloluğa bu bayrede niye yazili süretde şikayet bildirmirsiz. Neden kimden cekinirsiz. Haq adalet yerini tapsinnn”, İ: “Edecem. İnwqlah 1 ci gun gedecem”, R: “Sonuna kadar şikayet et el cekma Naxcvan xanimnda bu yaraşar. Herbi Ali merkameye müracat et. O adamı işden cixarsinaRrr rşvet pul yemakdan boynu eşeyin boynuna benzeyir. Cezasını ceksinnn”. Saat 11:48-də “vahid.00123” adlı hesabdan “Kimdi?”, İ: “Salam bawa duwmedik”, V: “Folov atmisan derm kimsen”, İ: “Takibim azdi follov atdimki takibim coxalsinda burda ne varki isdirsiz cxardim”, V: “He cixard”. Saat 11:53-də “muradmustafayeff” adlı hesabın “gula.y9826” hesabında Zərərçəkmiş şəxs barəsində edilmiş paylaşımı göndərək “Bunu hardan taniyirsan?”, İ: “Bunun anasini bacisini siksinner arvadiini uwavini ”, M: “Neyleyib axı sene bu?”, “Oğlun fövqalede hallarda olub?”, “Bunun kimi peyser adam yoxdu meni aldadib deyib iwe duzeldecem pulumi yeyib sonra ordan burdan maraxlandimki esgerlerinin iwdiyir qeyben dalmayagiymiw”, M: “Ne qdr pul alib. Maxe kimi?”, İ: “He”, M: “Nem ta”. Saat 12:41-də “tunar_sutiyev”adlı hesab “Salam. Necesiz. Serif esedov haqqinda melumati hardan tapmisiz” sözlərini yazmış, lakin ona cavab verilməmişdir. Saat 11:24-də “_aliyeff50”adlı hesabla “Salam. Mende o herbi hissede xitmet kecmisem”, İ: “Salam. Olar”, A: “Siz kimsiniz ki ? Kimin valdeyinisiz. O hele adam deyil ve hele bir insan kimide tanimiram onu vallah. Soka duşdum açiği”. Saat “khayal.jafarov” adlı hesab yenə də Zərərçəkmiş şəxs barəsində edilmiş paylaşımı göndərək “Deqiqdi bu?”, İ: “Yuz faiz dewiq nedi”, K: “Ele adam deyil axı o. Oğlunuzun adı nədi. Sil paylaşdığlarıvı kim bilir nəyə görə abijni qalıb belə paylaşmısan am kim olduğn ortaya çxsa sənçün yaxşı olmaz”, İ: “Menim. Qoy cixsinda”. Saat 12:44-də“s.hasanovv”adlı hesab “Salam. Kimsense bizi taniansqn”, İ: “bawa duwmefim”, S: “Kimsen deirem, Follow atmusan”, İ: “Ewi atmiwamda bursa ne varki cixardiram indi atdigimida”, S: “Yaxsh. Cixart. Sherifi nie paylashmisiz ”, İ: “Werit kimdi”, S: “Paylasdigin adami tanimirsan”, İ: “He. Taniyiram. Sen hardan tanirirsan”, S: “Sen kimsenki. Men o herbi hissede xidmet elemiswm”, məzmunlu söhbətlər aparıldığı müəyyən olunmuşdur. Növbəti olaraq hesabda “Ayarlar →Kişisel detaylar”a daxil olduqda “İlitişim bilgileri” bölümündə “Elektron ünvan , +**********84”, “Doğum günü- 15 Ağustos 1993”, sonra “Şifre ve güvünlik→Hesap giriş haraketleri” bölməsinə daxil olduqda, “iPhone 14 Pro Max”, “Nakhchivan, Azerbaijan. Bu cihaz” və "X34 9S", “Nakhchivan, Azerbaijan. 16 Temmuz, 01:52, sözlərinin yazıldığı, “Ayarlar→Gizlilik→Engellenen Hesaplar” bölməsinə daxil olduqda “sab.o1990”, “sunay__aliyev”, “rusnem3000” və “bir_tek_seni_sevdim_075” adlı hesabların olduğu, növbəti olaraq “Hareketlerim→Hesap geçmişi”-nə daxil oldquda “Gizlilik-Hesabını her kese açık yaptın. 10h”, “Telefon. Telefon numaranı +**********84 olaraq değiştirdin 10h. E-posta. E-posta adresini Elektron ünvan olaraq değiştirdin 10h” sözlərinin yazıldığı müəyyən olundu. Baxış zamanı “gula.y9826” adlı instagram hesabından araşdırma üçün əhəmiyyət kəsb edə biləcək məlumatların ekran görüntüsü alınaraq 16 ədəd A4 formatında kağız daşıyıcıda protokola əlavə edilmişdir. Məhkəmə-linqvistik ekspertinin 03 oktyabr 2023-cü il tarixli, 4/1603 nömrəli rəyində ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə şəxsi heyət qarşısında işlətdiyi, eyni zamanda “instagram” sosial şəbəkəsində paylaşımın şərh bölməsinədə yazmış olduğu sözlərdə şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına yönələn söz və ifadələrin mövcud olduğu, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda X2 14 iyul 2023-cü il tarixdə hərbi hissənin nəzarət buraxılış məntəqəsində işlətdiyi sözlərdə şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına yönələn söz və ifadələrin mövcud olduğu, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda X5 14 iyul 2023-cü il tarixdə hərbi hissənin nəzarət buraxılış məntəqəsində işlətdiyi sözlərdə şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına yönələn söz və ifadələrin müəyyən olunmadığı, Təqsirləndirilən şəxs tərəfindən X10 ünvanlanmış, şifahi işlədilmiş, çoxsaylı təkrarlanması məqbul sayılmayan nalayiq məzmunlu sözlər, söyüşlər və “instagram” proqramında ifadə edilmiş, “namussuz”, “qeyrətsiz”, “şərəfsiz”, kimi söz və ifadələr şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına yönələn söz və ifadələrin hesab olunduğu, həmin söz və işlətmələrin əsasən ictimai yerdə işlənilməyən, nalayiq məzmunlu, söyüş xarakterli sözlər, deyimlər olduğu göstərilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş “X34 9S” markalı mobil telefon və +994 55-574-04-84 saylı SİM kartı, həmçinin xx.xx.2023-cü il tarixdə “gula.y9826” adlı hesaba baxış zamanı həmin hesabda ekran görüntüsü alınaraq protokola əlavə edilmiş 16 ədəd A4 formatında kağız cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 19 oktyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum edilib-edilməməsi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika şöbəsinə göndərilmiş tələbnamə əsasında yoxlanılmış və Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs nаrkоlоji və ya psixi хəstəliyinə görə dispаnsеr qеydiyyаtındа оlub-оlmаmаsı bаrədə Y.Budaqov adına Nахçıvаn MR Psiхi Хəstəliklər Dispаnsеrinə sorğu verilmiş, аlınmış cаvаbdа оnun nаrkоlоji və psixi xəstə kimi qеydiyyаtdа оlmаdığı müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində hər hansı təqsirləndirici materialın olub-olmaması barədə Naxçıvan şəhər Polis İdarəsinə və Naxçıvan Şəhər Məhkəməsinə sorğu verilmiş və alınmış cavablardan onların barəsində təqsirləndirici material olmadığı müəyyən olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamasını, məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması və zərərçəkmiş şəxsdən üzr istəməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “X34 9S” markalı mobil telefon və 1 (bir) ədəd Bakcell mobil operotoruna məxsus SİM kart (+99***-***-**-**) hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. xx.xx.2023-cü il tarixdə “gula.y9826” adlı hesaba baxış zamanı həmin hesabda ekran görüntüsü alınaraq protokola əlavə edilmiş 16 ədəd A4 formatında kağız iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 270.3-cü maddəsinə görə ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə-linqivistik ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi “X34 9S” markalı mobil telefon və 1 (bir) ədəd Bakcell mobil operotoruna məxsus SİM kart (+99***-***-**-**) hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. xx.xx.2023-cü il tarixdə “gula.y9826” adlı hesaba baxış zamanı həmin hesabda ekran görüntüsü alınaraq protokola əlavə edilmiş 16 ədəd A4 formatında kağız cinayət işində saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə-linqivistik ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar