Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-50/2024 13.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:50 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, 2 uşaq atası, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilətəqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə saat 20:20 dəqiqədə etibarnamə əsasında idarə etdiyi Vaz 21214 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə küçəsində Saat Meydanının qarşısından Grand Otel istiqamətində hərəkətdə olarkən «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada keçidi ilə hərəkət edən piyada X8 vurmuş və nəticədə ehtiyatsızlıqdan ona bədənin müxtəlif nahiyyələrində qançırlar, qapalı kəllə-beyin travması, baş beyin ödemi, beyin toxumasına qansızma, sol bud sümüyünün distal ucunun, sağ baldır, sol kürək və hər iki qasıq sümüklərinin sınığı, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya səbəb olan xəsarətlər yetirmiş və ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün ifadəsi ilə yanaşızərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, ekspert rəyləri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qohumu Şahid1 ilə birlikdə onun işlətdiyi Rehan restoranında imiş. Məmmədəli onun işlətdiyi Nuh Yurdu restoranına getmək istədiyini demiş və saat 20:15 radələrində birlikdə Reyhan restoranından çıxmışlar. Naxçıvan şəhər sakini X10 adına olan Məmmədəlinin kreditlə aldığı, etibarnamə əsasında idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı Vaz 21214 minik markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkət edərək svetoforun yaşıl işığında svetoforda gözləmədən Naxçıvan Bank istiqamətindən Grand Otel istiqamətində hərəkəti davam etdirən zaman Saat Meydanının qarşısında yerləşən piyada zolağı ilə hərəkətdə olan bir nəfər qadın piyadanı vurmuşdu. Həmin vaxt svetoforun yaşıl işığı yanırdı. Piyada zolağının üzərində qadın piyadanı gördükdən sonra piyada zolağına çatan zaman tormoz etmiş, lakin avtomobil dayanmamışdır. Piyadanı avtomobilin qabaq hissəsi ilə vurduqdan sonra həmin qadın piyada bir qədər irəlidə yerə düşmüşdür. Avtomobildən enib vurduğu piyada qadının yanına getmişlər. Həmin vaxt onun baş nahiyyəsindən qan gəldiyini görmüşdür. Ətrafda olan şəxslər X22 zəng etmişlər. X23 avtomobili gəlmiş və həmin qadını avtomobilə mindirib xəstəxanaya aparmışlar. Hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerini müayinə etdikdən sonra onlarda xəstəxanaya getmişlər. Hadisə baş verməmişdən əvvəl idarə etdiyi avtomobilin hərəkət sürəti 50 km/saat idi. Əvvəlcədən həmin qadın piyadanı piyada zolağında görməmişdi. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə idi. Avtomobildə hər hansı bir problem yox idi. Avtomobil idarə edən zaman içkili olmayıb. İdarə etdiyi avtomobilin salonunda ondan başqa qohumu Şahid1 olub. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsin varisi ilə barışdığını, yas mərasiminə çəkilən xərci ödədiyini, mərhumun baş daşının götürəcəyini ailəsinə bildirdiyini göstərib, uşaqlarının nəzərə alınmaqla şərti cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Almaniyada yaşayır. X3 onun doğma anasıdır. Anası X2 şəhər B.Abbasov ev 77 ünvanında tək yaşayırdı. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər C.Məmmədquluzadə küçəsində baş vermiş avtoqəza nəticəsində X4 ölmüşdür. Həmin vaxt o, Almaniyada idi. Hadisə ilə bağlı ona qonşuluqlarında yaşayan Sevda xanım zəng edərək məlumat vermişdir. Sevda xanım ona anasının avtoqəza keçirdiyini və Naxçıvan şəhərində xəstəxanada olduğunu demişdir. Həmin hadisə ilə bağlı məlumat aldıqdan sonra bacısı Şahid2 zəng edərək anasının avtoqəza keçirdiyini demiş, bir neçə saat sonra bacısının həyat yoldaşı onun həyat yoldaşına whatsapp ilə zəng edərək anasının öldüyünü demişdir. Həyat yoldaşı ona dedikdən sonra anasının rəhmətə getdiyini bilmişdir. Bacısına whatsappda yazaraq anasının rəhmətə getdiyini demiş, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxsi bağışladığını, ondan tələb və şikayətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş ifadəsi məhkəəmə istintaqında elan edilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 5ında yaşayır. Mərhum onun anasıdır. Anası X2 şəhər B.Abbasov ev 77 ünvanında tək yaşayırdı. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər C.Məmmədquluzadə küçəsində baş vermiş avtoqəza nəticəsində X4 ölmüşdür. O, həmin vaxt Bakı şəhərində idi. Həmin hadisə ilə bağlı ona Almaniyada yaşayan bacısı Türkanə zəng edərək demişdi. Bacısı anasının avtozəya keçirdiyini və Naxçıvan şəhərində xəstəxanada olduğunu demiş və o, hadisə ilə bağlı məlumat aldıqdan sonra bilet alaraq Naxçıvan şəhərinə gəlmişdir. Naxçıvan şəhərində X18 Mərkəzi xəstəxanasına gəlmiş və orda anasının öldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər sakini X9 kreditlə Vaz 21214 minik markalı avtomobil alıb. Turqay Hüseynov həmin avtomobili sürmək üçün ona və Nəsimiyə etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə birlikdə işlətdiyi Rehan kafesində idi. X24 restoranına getmək istədiyini demiş, saat 20:15 radələrində birlikdə Reyhan kafedən çıxmışlar. Nəsimi ilə Reyhan kafedən çıxaraq avtomobilə əyləşmişlər. Nəsimi **- BB-*** dövlət nömrə nişanlı Vaz 21214 markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkət edərək svetoforun yaşıl işığında svetoforda gözləmədən Naxçıvan Bank istiqamətindən Grand Otel istiqamətində hərəkəti davam etdirən zaman Saat Meydanının qarşısında yerləşən piyada zolağı ilə hərəkətdə olan bir nəfər qadın piyadanı vurmuşdu. Həmin vaxt svetoforun yaşıl işığı yanırdı. Piyada zolağının üzərində qadın piyadanı gördükdən sonra piyada zolağına çatan zaman Nəsimi tormoz etsə də, avtomobili saxlaya bilməmişdi. Avtomobilin qabaq hissəsi ilə vurduqdan sonra həmin qadın piyada bir qədər irəlidə yerə düşmüşdü. O və avtomobili idarə edən Nəsimi avtomobildən enib onun yanına getmişlər. Həmin vaxt qadının baş nahiyyəsindən qan gəldiyini görmüşlər. X22 zəng etmiş, X23 avtomobili gəlmiş və həmin qadını avtomobilə mindirib xəstəxanaya aparmışlar. Hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerini müayinə etdikdən sonra onlar da xəstəxanaya getmişlər. Hadisə baş verməmişdən əvvəl onun olduğu avtomobilin hərəkət sürəti 60 km/saat olmuşdur. Vaz 21214 minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil texniki cəhəhətdən saz vəziyyətdə idi. Sərxoşluq vəziyyətinin xx.xx.2024-ci il tarixli müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs sərxoş olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 Şöbəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs Naxçıvan MR X12 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavab məktubunda Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X7 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi – bədənin müxtəlif nahiyyələrində qançırlar, qapalı kəllə-beyin travması, baş beyinin ödemi, beyin toxumasına qansızma, sol bud sümüyünün distal ucunun, sağ baldır, sol kürək və hər iki qasıq sümüklərinin sınığı , X1 bədən səthi üzərindəki xəsarətlər, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. Müddəti meyidin müayinə gününə uyğun gəlir. X1 ölmünə səbəb almış olduğu xəsarətlər hesabına yaranmış qapalı kəllə-beyin travması, beyin toxumasının ödemi və beyin toxumasına qansızma olmuşdur. Göstərilən xəsarətlər həyati olub, qərarın təsviri hissəində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində yaranmağa xarakterikdir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 495 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21214 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan Naxçıvan şəhər İcra Hakimiyyətinin 4 nömrəli inzinbati ərazi dairəsi üzrə nümayəndləyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsində iştirak etdiyi, yuxarıda qeyd olunan ərazidə yaşadığı müddət ərzində özünün nizam intizamına görə məhəllə sakinləri və qonşular arasında hörmət qazandığı, onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında ittiham tərəfindən onun əleyhinə əldə edilmiş bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə saat 20:20 dəqiqədə etibarnamə əsasında idarə etdiyi Vaz 21214 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə küçəsində Saat Meydanının qarşısından Grand Otel istiqamətində hərəkətdə olarkən «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq piyada keçidi ilə hərəkət edən piyada X8 vurmuş və nəticədə ehtiyyatsızlıqdan ona bədənin müxtəlif nahiyyələrində qançırlar, qapalı kəllə-beyin travması, baş beyin ödemi, beyin toxumasına qansızma, sol bud sümüyünün distal ucunun, sağ baldır, sol kürək və hər iki qasıq sümüklərinin sınığı, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya səbəb olan xəsarətlər yetirmiş və ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. İttiham aktında cinayət hadisəsi törədilən zaman Təqsirləndirilən şəxs etibarnamə olmadan avtomobili idarə etməsi göstərilsə də cinayət işinin məhkəmə istintaqı zamanı sözügedən nəqliyyat vasitəsinin təqsirləndirilən şəxs tərəfindən idarə edilməsini təsdiq edən etibarnamə təqdim edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X21» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Təqsirləndirilən şəxs səmimi peşmançılığı, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, İ Qarabağ müharibəsi iştirakçısı olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 60-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 2 (iki) il müəyyən edilməlidir və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Maliyyə Nazirliyininin hesabına köçürülməlidir (Hesab: AZ21NABZ********************) Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsin cəzanı icra edən orqana təhvil verilməsi yaşadığı yer üzrə icra və probasoya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Maliyyə Nazirliyininin hesabına köçürülsün (Hesab: AZ21NABZ********************) İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-50/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-50/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver