Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-50/2025 06.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Yaycı kəndində qeyddiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 20 may 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 22 yanvar 2025-ci il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan X8 ərizə ilə müraciət edərək azyaşlı qızı Zərərçəkmiş şəxs X18 ilə cinsi əlaqədə olduğunu öyrəndiyini bildirməsi, eləcə də, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB dən alınmış canlı şəxslərin ekspretizası rəyində Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığının pozulması, eləcə də onun qeyri-təbii yolla cinsi əlaqədə olmasının göstərilməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, 2024-cü ilin əvvəllərində sevgi münasibətində olduğu 16 yaşına çatmayan 6 iyul 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında yerləşən evdə ayrı-ayrı günlərdə qeyritəbii yolla iki dəfə cinsi əlaqədə olmuşdur. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 2024-cü ilin əvvəllərində şəhərdə konsert olduğunu, özünün də şəhərdə olduğunu, həmin vaxt Nuranla, bacısı Aysunun da şəhərdə olduqlarını, Nuranla tanış olduğunu, Nuranın ona instagram hesabını verdiyini, Nuranın yaşını bilmədiyini, ümumiyyətlə yaş haqqında danışmadıqlarını, onun doğum gününü bildiyini, Nuranın böyük göründüyünü, Texniki kollecdə oxuduğunu bildiyini, 3-4 ay danışdıqlarını, sevgili münasibətində olduqlarını, özünün Naxçıvan şəhərində yaşadığını, kirayədə tələbə yoldaşları ilə yaşadıqlarını, 4 ildir burada yaşadığını, özünün maliyyə ixtisasında təhsil aldığını, bu il universiteti bitirdiyini, Nuranla danışdıqları vaxt görüşməyi planlaşdırdıqlarını, 15 nömrəli məktəbin yanında görüşdüklərini, Nuranın ona xalasının bu tərəflərdə qaldığını, görsə problem olacağını dediyini, bu səbəbdən özünün kirayə yaşadığı evə getdiklərini, həmin vaxt evdə heç kimin olmadığını, tələbə yoldaşlarının evdə olmadığını, həmin gün aralarında heç nə olmadığını, birlikdə kirayədə yaşadığı oğlanlardan birinin evə qayıdacağını dediyini, bu səbəbdən də özlərinin evdən çıxdığını, həmin gündən təxminən 1 həftə sonra təkrar görüşüb həmin evə gəldiklərini, həmin gün qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, Nuranla 2 dəfə özünün kirayə yaşadığı evə gəldiklərini, ilk dəfə cinsi əlaqədə olmadıqlarını, ikinci dəfə olduqlarını, özünün Nuranın yaşının az olduğunu bilmədiyini, Nuranın kollecdə oxuduğunu dediyini, özünün də kollecə 11-ci sinifi bitirib qəbul olduğunu düşündüyünü, özünün 21 yaşı olduğunu, hələ də Nuranın yaşını dəqiq bilmədiyini, hər kəsin başqa yaş dediyini, Nuranın Texniki kollecdə İ kursda oxuduğunu bildiyini, cinsi əlaqədə olmağı özünün təklif etdiyini, ancaq sadəcə özünün təklif etmədiyini, Nuranın da istədiyini, könüllü olaraq əlaqədə olduqlarını, özünün əvvəlcə Nuranla fikrinin ciddi olduğunu, başqa məqsədi olmadığını, sonra Nuran haqqında maraqlandığını, onun barəsində yalançı olduğunu dediklərini, özündən əvvəl Nuranın başqa biri ilə də danışdığını öyrəndiyini, yenə də ona qarşı fikrinin dəyişmədiyini, hər kəsin səhv edə biləcəyini düşündüyünü, sonra Nuranın yaşını öyrəndiyini, bunu Nuranın bacısının dediyini, yaşını bildikdən sonra Nurandan ayrıldığını, Nuranın bacısı Aysu ilə dosttanış münasibətləri olduğunu, Nuranla aralarında problem olanda, onun həvsələsi olmadıqda Aysu ilə danışdığını, səbəbini soruşduğunu, həftədə bir dəfə, 10 gündən bir danışdıqlarını, Nuranla aralarında olan münasibəti Aysunun, Xumarın və sonradan Rəmzinin bildiyini, başqa heç kimin bilmədiyini, ancaq cinsi əlaqədə olmalarını heç kimin bilmədiyini, heç kimə demədiyini, Xumarın Nuranın dostu olduğunu, bir dəfə özü kənddə olarkən Xumarın ona zəng edib polis əməkdaşı olduğunu polis şöbəsinə yaxınlaşmasını dediyini, səbəbini soruşduqda “yaxınlaşdıqda biləcəksiniz” dediyini, özünün də yanında bir nəfər olduğunu, ona həmin nömrəyə zəng edib həqiqətən polis əməkdaşı olub-olmamasını yoxlamasını dediyini, onun da zəng etdiyini, qız səsləri gəldiyini, gülüşdüklərini eşitdiyini, sonradan Xumarın onunla zarafat etdiyini öyrəndiyini, sonra özünün evdə olarkən Nurana zəng edib “sənin dostun kimdir ki, mənimlə polis adı ilə zarafat edir” dediyini, onun da Xumarın yanında olduğunu dediyini, özünün də “götür onu da gəl görüm” dediyini, onun evinə gəldiklərini, bundan başqa özünün “1 Bakal” adlı kafedə ofisiant işlədiyini, həmin vaxt instagramdan Rəmzi adlı şəxsin ona yazdığını, Nuranla əlaqədə olub-olmadığını soruşduğunu, özünün də Nurandan soruşmasını dediyini, sonra Rəmzinin ona açıq danışmaq istədiyini deyib instagram üzərindən zəng vurduğunu, Nuranla cinsi əlaqədə olduğunu dediyini, özünün də Nuranla cinsi əlaqədə olub-olmadığını soruşduğunu, özünün də Nurandan soruşmasını dediyini, cinsi əlaqədə olmaları barədə Rəmziyə heç nə demədiyini, Nuranın ona “kollecdən çıxmışam gəl görüşək” dediyini, Nuranın yaşı barədə onunla ümumiyyətlə söhbət etmədiklərini, yaşını bilmədiyini, özünün indiyə kimi belə bir məsuliyyət altına düşmədiyini, heç vaxt belə bir səhvlik etməyəcəyini, 3 ay istintaq ərzində kifayət qədər olacaqları ağlına gətirdiyini, heç vaxt belə bir halın yaşanmayacağına söz verdiyini, əməlindən çox peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Sahil ilə 2023-cü ilin iyul ayında tanış olduqlarını, X21 Akalının konserti olduğunu, özünün bacısı ilə konsertə getdiyini, həmin konsertdə Sahil ilə tanış olduqlarını, Sahilin ona yaxınlaşdığını, tanış olmaq istədiyini bildirdiyini, özünün də instagram hesabını Sahilə verdiyini, ondan xoşu gəldiyi üçün verdiyini, həmin vaxt 8-ci sinifdə oxuduğunu, özünün 2 ildir telefon işlətdiyini, bir müddət instagramdan danışdıqlarını, sonra Sahilin yaşadığı evə getdiklərini, cinsi əlaqədə olmaq təklifini ona Sahilin etdiyini, özünün də razılaşığını, 2 dəfə Sahilin yaşadığı evə getdiklərini, ikisində də cinsi əlaqədə olduqlarını, qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, özünün Sahilə təbii yolla cinsi əlaqədə olmağı təklif etmədiyini, Xumarın özünün dostu olduğunu, Sahil ilə danışmadıqları vaxt Xumarın Sahilə zəng vurub polis adı ilə zarafat etdiyini, Xumarın onun Sahil ilə sevgili olduqlarını bildiyini, ancaq cinsi əlaqədə olduqlarını bilmədiyini, sonra Sahilin ona zəng edərək “sənin padruqan kimdir mənimlə elə danışır” dediyini, evə çağırdığını, özlərinin də getdiyini, Xumarın özündən 1 yaş balaca olduğunu, Sahil ilə münasibətləri olan vaxt özünün 15 nömrəli məktəbdə oxuduğunu, Sahilin də bunu bildiyini, danışan vaxt özünün Sahilin yaşını soruşduğunu, Sahilin də onun yaşını soruşduğunu, həmin vaxt Sahilin 19 yaşı, özünün də 14 yaşı olduğunu, özünün 2024-cü ilin sentyabr ayından kollecdə oxuduğunu, Rəmzi ilə isə Sahil ilə ayrıldıqdan sonra tanış olduqlarını, Rəmziyə Sahil ilə münasibəti olduğunu dediyini, ancaq cinsi əlaqədə olmalarını demədiyini, Rəmzi Türkiyədə olarkən Sahil ilə danışıb əlaqədə olub-olmamalarını soruşduğunu, Sahilin də cinsi əlaqədə olduqlarını Rəmziyə dediyini, bunu Rəmzinin ona dediyini, özünün Rəmzi ilə də cinsi əlaqədə olduğunu, Rəmzinin 21 yaşı olduğunu, özünün anası, bacısı, qardaşı, xalası ilə birlikdə yaşadıqlarını, bacısının da münasibətləri olduğunu bildiyini, bacısı Aysu ilə Sahilin arada danışdıqlarını, Sahilin onun yaşını da, 15 nömrəli məktəbdə oxuduğunu da bildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 ifadəsində özünün qızı Nurana telefon alıb vermədiyini, Nuranın bacısı Aysunun telefonundan istifadə etdiyini, onun telefonunda özündə instagram hesabı açdığını, bundan xəbəri olmadığını, qızı Nuranın 2024-cü ilin sentyabr ayından kollecdə oxuduğunu, Sahil ilə kollecdə oxumadan əvvəl tanış olduqlarını, görüşdüklərini, həmin vaxt Nuranın məktəbdə oxuduğunu, Rəmzi ilə danışdıqları vaxt isə kollecdə oxuduğunu, həmin vaxt Sahilə “kollecdən çıxmışam gəl görüşək, Rəmziyə heç nə demə” dediyini, özünün həftə içi hər gün saat 18:00-dək işlədiyini, həmin vaxtan sonra da qızının hər zaman evdə olduğunu, şənbə və bazar günləri özü evdə olduğu üçün qızlarının da heç yerə çıxa bilmədiklərini, sadəcə olaraq Nuranın Sahil ilə məktəbdən çıxanda danışıb, görüşüb, əlaqədə olduğunu, bu səbəbdən xəbəri olmadığını, hətta həmin vaxtlar məktəb formasında olduğunu, Sahilin də bunu gördüyünü, özünün Nuranla Sahilin əlaqəsini bilmədiyini, Rəmzi barədə polis şöbəsinə şikayət etdikləri vaxt Rəmzinin bu barədə dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bacısı Nuran ilə Sahilin danışdıqlarını bildiyini, ancaq cinsi əlaqədə olduqlarını bilmədiyini, özünün də Sahil ilə arada danışdığını, onunla bacısı Nuran haqqında danışdıqlarını, yəni Sahil ilə Nuran arasında problem olanda, küsəndə danışdıqlarını, bacısı ilə Sahilin özünün telefonu vasitəsilə danışdıqlarını, Nuranla Sahilin münasibətləri bitən vaxta yaxın Nuranın yaşının az olduğunu Sahilə dediyini, əvvəl demədiyini, ümumiyyətlə yaş barədə danışmadıqlarını, Sahilin ondan Nuranın yaşını soruşmadığını, həmin vaxt da soruşmadığını sadəcə özünün dediyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 24 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslə barışıq əldə olunduğunu, hər hansı bir şikayət və tələbi olmadığını, gələcəkdə onlara qarşı cinayət törətmədikdə şikayət və tələbi olmayacağını, Təqsirləndirilən şəxs cəza hökmü edən zaman barışıq ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir. (cild İ, iş vərəq 16-17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2025-ci il tarixli məhkəmə psixoloji ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 35-36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi istifadəsində olmuş “Redmi Note 9S” markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən “Redmi Note 9S” markalı mobil telefonun (iki kartlı), İMEİ nömrələri: 1- **********60133, 2-**********60133 olan, qara rəngli, saz və işlək vəziyyətdə olmuş, mobil cihazın sağ tərəfində olan düymə vasitəsilə mobil telefon açılmış, telefonda 123456 rəqəmlərindən ibarət təhlükəsizlik şifrəsi olmuş, mobil cihazın proqramlar menyusunda yerləşən “telefon” adlı proqrama daxil olunmuş, həmin proqramın fəaliyyəti telefonda olan mobil operator nömrələri vasitəsilə digər mobil telefonlarda olan operotor nömrələri ilə qarşılıqlı yaranmış iki tərəfli zənglərdən ibarət olmuş, mobil telefonda telefon adlı proqramda, instagram adlı proqramda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dair məlumatlar, həmçinin instagram sosial şəbəkəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Rəmzi Cəlilov ilə arasında olan yazışmalar müəyyən olmuş, Təqsirləndirilən şəxs baxış zamanı baxış keçirilən mobil telefonun özünə məxsus olduğunu, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından tanıdığını, onunla sevgili olduğunu, mobil telefonda +**********64 mobil nömrəsinin sahibi olaraq qeyd etdiyi “Nuran” adlı şəxsin Zərərçəkmiş şəxs olduğunu, həmçinin mobil telefonda olan instagram sosial şəbəkəsini “cfrvh sahil” adı ilə işlətdiyini, “aa_nurs85” adlı istifadəçinin Zərərçəkmiş şəxs olduğunu, həmin şəxslə aralarında olan danışıqların özü və Zərərçəkmiş şəxs tərəfindən bir-birinə yazıldığını, Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında kirayə yaşadığı vaxtda təxminən 2024-cü ilin əvvəllərində bir dəfə Zərərçəkmiş şəxs arxa nahiyyəsindən cinsi əlaqədə olduğunu, hazırda telefonda olan mesajlar yazılan zaman Zərərçəkmiş şəxs ilə əlaqəsinin kəsildiyini, Nuranın ona yazaraq sözü olduğunu bildirib evlərinə çağırdığını, əvvəllər Nuranın evinə getmədiyini, evə getdikdə Nuranın evdə tək olduğunu, nə üçün çağırdığını soruşduqda isə Nuranın ona Rəmzi adlı şəxslə münasibəti olduğunu, Rəmzinin ona zəng vurub ondan Nuran haqqında nəsə soruşma ehtimalının olduğunu, elə olduğu halda isə Rəmziyə aralarında olanlar barəsində deməməyini dediyini, sonrasında isə evdən çıxaraq getdiyini bildirmiş, həmçinin mobil telefonun instagram sosial şəbəkəsində mesajlar bölməsində “jf.remzi” adlı istifadəçinin Rəmzi Cəlilov olduğunu, Rəmzi Cəlilovu əvvəlcədən tanımadığını, Zərərçəkmiş şəxs onun barəsində dedikdən bir müddət sonra Rəmzinin ona instagram sosial şəbəkəsində mesaj yazaraq Zərərçəkmiş şəxs barəsində ondan soruşduğunu, ona Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olub-olmadığını soruşduğunu, sonradan həmçinin Rəmzinin instagram hesabı ilə ona zəng etdiyini, açıq danışmaq istədiyini, Rəmzinin ona Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu dediyini bildirmişdir. (cild İ, iş vərəq 46-47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 64 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuş, eləcə də qeyritəbii yolla cinsi əlaqədə olmuşdur, müddətləri 2-3 həftə və daha əvvələ uyğun gəlir, yəni köhnədirlər. Zərərçəkmiş şəxs hamilə deyildir. Zərərçəkmiş şəxs düz bağırsağından və uşaqlıq yolundan götürülmüş nümunələrdə spermatozoid aşkar edilməmişdir. (cild İ, iş vərəq 61-62) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 105 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hal hazırda əqli və psixi inkişafına, yaş və fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında kifayət qədər məlumata malikdir. Hadisə müxtəlif vaxtlarda baş verdiyi üçün Zərərçəkmiş şəxs hansı psixi-emosional halda olmasını müəyyənləşdirmək mümkün olmamışdır. (cild İ, iş vərəq 65-68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 fevral 2025-ci il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 məhdud fəaliyyət qabliyyətli Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 70-71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X10 müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 129-130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X10 müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx xxxx 2004-cü ildə Culfa rayonu, Yaycı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam-ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 142-143) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 5 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ANTİ HİV neqativdir. (cild İ, iş vərəq 183) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Culfa rayon Yaycı kəndində qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X9nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 186- 187) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2025-ci il tarixli məhkəmə-kompüter texniki ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 206-207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2025-ci il tarixli məhkəmə-kompüter texniki ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 210-211) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli, 205 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 216-218) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X4 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 may 2025-ci il tarixli müdafiəçinin digər vəkillə əvəz edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X5 digər vəkillə əvəz edilməsi üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan vəkillərdən birinin müdafiəçi təyin edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 234-235) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 may 2025-ci il tarixli vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X5 cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilmişdir. (cild İ, iş vərəq 248-249) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 may 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, 50990005 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Əüblfəz oğlunun hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 240) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 10 may 2025-ci il tarixdə daxil olmuş təqsirləndirilən şəxs X12 istifadəsində olmuş +**********05 mobil nömrəsinə və zərərçəkmiş şəxs X2 istifadəsində olmuş +**********64 mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd CD-yə baxış keçirilmiş, qeyd olunan CD-yə baxış zamanı +**********05 mobil nömrəsinin sahibi X12 10 iyun 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək, həmçinin 10 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək əlaqə saxlamaları müəyyən olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs bacısı Aysunun istifadəsində olan +**********88 mobil nömrəsi ilə də Rəmzi Cəlilovla əlaqə saxladığını bildirdiyindən siyahı üzrə qeyd olunan nömrə yoxlanılmış və Rəmzi Cəlilovun 22 avqust 2024-cü ildən 16 yanvar 2025-ci il tarixədək +**********88 nömrəsi ilə mütəmadi əlaqə saxlaması məlum olmuşdur. Bundan başqa, +**********64 mobil nömrəsinin sahibi X2 21 mart 2025-ci il tarixdən 24 dekabr 2024-cü il tarixədək dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********75 mobil nömrəsi ilə əlaqə saxlaması məlum olmuşdur. (cild İİ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 10 may 2025-ci il tarixli, 515 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X24 9S” markalı, “M2003J6A1G” modelli, “**********60133, **********60133” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “X24 9S” markalı, “M2003J6A1G” modelli mobil smartfonun yaddaşında (kontaklar, “SMS” mesajlar, “Zəng tarixçəsi”, “internet tarixçəsi”, “Whatsapp”, “İnstagram”, “TikTok”, “Telegram" proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olunmuşdur. (cild İİ, iş vərəq 9-10) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 10 may 2025-ci il tarixli, 516 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS" modelli, “**********78238, **********78236” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, “SMS” mesajlar, “İnternet tarixçəsi”, “Whatsapp”, “İnstagram”, “TikTok” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olunmuşdur. (cild İİ, iş vərəq 13-14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə alınmış məhkəmə kompüter-texniki ekspertizasının 10 may 2025-ci il tarixli 515 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü xarici yaddaş qurğusuna baxış keçirilmiş, baxış keçirilən xarici yaddaş qurğusunda Təqsirləndirilən şəxs istifadəsində olmuş “X24 9S” markalı mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar vardır və baxış keçirilərkən həmin məlumatlarda Təqsirləndirilən şəxs özünə aid olan şəkil və videoların olduğu, bundan əlavə internet şəkillərinin, videolarının olduğu, mesajlaşmalar və səs yazılarının olduğu müəyyən edilmişdir. Xarici yaddaş qurğusundan aşkar olunmuş məlumatlarla Təqsirləndirilən şəxs mobil telefonuna əvvəlki tarixdə baxış keçirilən zaman əldə edilmiş məlumatlarla eynilik təşkil edir. Həmçinin xarici yaddaş qurğusuna baxış zamanı şəkillər olan bölmədə Zərərçəkmiş şəxs məxsus onun paltarsız halda çəkilmiş şəkili aşkar olunmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı aşkar olunmuş məlumatların onun mobil telefonunda olduğunu, Zərərçəkmiş şəxs şəkilini özünün çəkdiyini, həmin Nuranın onun kirayə yaşadığı ünvan 4 ünvanında olduğunu, birlikdə cinsi əlaqədə olduqlarını, bundan sonra şəkili çəkdiyini, mobil telefonunda saxladığını, sonradan sildiyini, mobil telefonunda olduğu dövrdə heç kimə göstərmədiyini və göndərmədiyini bildirmişdir. (cild İİ, iş vərəq 25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Rəmzi Cəlilova məxsus 1 ədəd “İphone 11 Pro” markalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 9S” markalı mobil telefonlar, 22 yanvar 2025-ci il tarixdə Şahid2 təqdim etdiyi 1 ədəd “DVD” və 8 may 2025-ci il tarixdə Şahid2 təqdim etdiyi 1 ədəd “DVD” cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (cild İİ, iş vərəq 51-52) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Culfa Rayon İcra Hakimiyyəti Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Culfa rayonu, Yaycı kəndində yaşayır. (cild İ, iş vərəq 224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Culfa Rayon İcra Hakimiyyəti Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 153 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X14, anası X1 və Təqsirləndirilən şəxs Əbülfəz qızıdır. (cild İ, iş vərəq 225) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Culfa Rayon İcra Hakimiyyəti Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Culfa rayon Yaycı kəndində anadan olmuşdur. Cəfərli X3 yaşadığı müddət ərzində özünü intizamlı aparmış və müsbət davranışlarına görə də öz həmyaşıdlarının və kənd camaatının dərin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs fiziki cəhətdən sağlamdır. O, məhəllədə və kənddə keçirilən tədbirlərdə, idman yarışlarında yaxından iştirak etmişdir. Cəfərli X3 yaşadığı müddət ərzində qonşular və kənd camaatı tərəfindən onun barəsində Yaycı kənd icra nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. (cild İ, iş vərəq 226) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi Note 9S" markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 90 (doxsan) manat və kompüter-texniki ekspertizalarının dəyəri olan 140 (bir yüz qırx) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işində olan 10 may 2025-ci il tarixli, 515 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü xarici yaddaş qurğusu və telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi Note 9S" markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 90 (doxsan) manat və kompüter-texniki ekspertizalarının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 275 (iki yüz yetmiş beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Cinayət işində olan 10 may 2025-ci il tarixli, 515 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü xarici yaddaş qurğusu və telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-50/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-50/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver