Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-51/2025 19.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X9, mülki iddiaçı X22, zərərçəkmiş şəxsin hüquqi varisi X9 vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2003-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya üzrə İV kurs tələbəsi, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Babək rayon Hacıvar kəndinə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 23:30 dəqiqədə etibarnamə əsasında idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhəri Atatürk küçəsindən sağa dönüb Nizami küçəsinə çıxaraq hərəkətdə olarkən «X37» Azərbaycan Respublikası Qanunun 50- ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda 90- 100 km/saat sürətlə hərəkətdə olmuş, üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran bütov üfiqi nişanlama xətti) kəsib keçmiş, «X37» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, «X37» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddələrin tələblərini pozaraq əks istiqamətli hərəkət yoluna çıxaraq həmin yolda sola dönmə əməliyyatını yerinə yetirən X10 idarə etdiyi NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 qulaqönü nahiyyəsində sıyrıq, sol budunda iki ədəd qançır, başın dərialtı yumuşaq toxuması altına, sol təpə, gicgah və ənsə nahiyyəsində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, beyin toxumasının əzilməsi və beyin toxumasına qansızma xəsarətlərindən ibarət həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, ekspert rəyləri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük hüququ vardır, BD858586 saylı B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsini xx.xx.2022-ci il tarixdə almışdır. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil X29 məxsusdur. Həmin avtomobili 2024-cü ilin noyabr ayının 10-da almışdır, həmin vaxtdan avtomobili özü idarə etmişdir. 10 mart 2025-ci il tarixdə idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili ilə Naxçıvan şəhərində Atatürk küçəsi ilə hərəkət edib Naxçıvan poçta tərəf sağa dönüb düzünə hərəkət etmişdir. Həmin vaxt sağında avtomobili görmüşdür. Avtomobili 80 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt avtomobildə qabaq sağ tərəfdə dostu Şahid2 Aftandil oğlu oturmuşdur. Naxçıvan poçt istiqamətində Təhsil Nazirliyi istiqamətində hərəkət edirmiş, yol ayrıcına çatanda özündən qabaqda eyni istiqamətdə hərəkət edən sarı rəngli Naz Lifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobil sol zolaqda sola dönmə işığını vurub sola dönmə əməliyyatını yerinə yetirərkən, yüksək sürətlə avtomobili idarə etdiyi üçün avtomobili saxlaya bilməmiş, qoşa xətdən əks istiqamətli yola çıxıb taksi avtomobili ötüb keçmək istəmiş, lakin taksi avtomobili sola dönmüş, özü də əks istiqamətli yolda həmin taksi avtomobilini sürücü tərəfdən vurmuş, nəticədə avtomobillər toqquşdur. Avtomobilin sürəti 80 km/saat olmuşdur, əks istiqamətli yola çıxan zaman ayağını qazdan çəkmiş, taksi dönən zaman toqquşma olacağını görmüş, ayağını tormoza qoymuş və tormoz vermişdir. Lakin həmin an idarə etdiyi avtomobil ilə taksi avtomobili toqquşdur. Toqquşmadan əvvəl özü də görmüşdür ki, sağda olan avtomobilə dəyəcək, rolu sola burmuş, əks istiqamətli yola çıxmış, avtomobillər toqquşmuşdur. Sonra avtomobilin hava şarları açılmış, artıq heç nə görə bilməmişdir. Toqquşmadan sonra avtomobil dayanmış, avtomobilin qapısını açıb yerə düşmüş, taksi tərəfə qaçmışdır. Taksinin içərisində sürücü olmuş, başqa heç kəs olmamışdır. İşıq salanda görmüşdür ki, sürücünün ağzı və burunu qanının içindədir. Özü də qışqırıb “təcili tibbi yardıma zəng vurun, avtomobili çağırın” demişdir. Sürücünü avtomobildən çıxarmaq istəmiş, lakin ətrafda olan şəxslər qoymamış və “tərpətmə təcili tibbi yardım avtomobili gəlsin" demişdirlər. Hadisə yerinə polis əməkdaşları gəlmiş, ətrafa çoxlu vətəndaş yığışmış, təxminən 10 dəqiqə keçəndən sonra təcili tibbi yardım avtomobili gəlmiş, taksi sürücüsünü ilk əvvəl aparmışlar. Şahid2 burnu qanamışdır, amma özündə olmuşdur, ikinci təcili tibbi yardım avtomobili ilə getmişdirlər. Hadisə yerinə polis əməkdaşları iki nəfər hal şahidi dəvət edib öz iştirakıları ilə baxış keçirmişlər. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, protokol və sxem tərəfindən imzalanmışdır. Hadisədən sonra idarə etdiyi avtomobili Naxçıvan MR DYPİ-nin mühafizə olunan dayanacağına təhvil vermiş, Naxçıvan ŞPİ-nin əməkdaşları özünü aparıb sərxoşluq müayinəsindən və narkotestdən keçirmişdirlər. Hadisədən əvvəl avtomobili 80 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı sükan arxasında özü olmuşdur, qabaq sağ tərəf dostu Şahid2 Aftandil oğlu oturmuşdur. Atatürk küçəsindən Nizami küçəsinə sol dönmüş, sol zolaqla hərəkət etmiş, bir anlıq taksi avtomobili görmüş, həmin an avtomobili sola çəkib əks istiqamətli yola çıxmış, taksi avtomobili də həmin an sola dönmüş, o anda toqquşma baş vermişdir. Hadisənin qarşısını almaq üçün avtomobili sola çəkmiş, ayağı qazdan götürmüş, taksi dönən zaman tormoz versə də toqquşma olmuşdur. Taksi sürücüsü X11 tanımır, onunla heç bir münasibəti olmuşdur. Onunla və onun ailə üzvləri ilə arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmamışdır. Yolda hərəkət intensivliyi az olmuş, yolda avtomobil az olmuş, yol boş olmuşdu. Hadisə olan zaman yolda idarə etdiyi avtomobil, Ford Fusion markalı avtomobil və taksi avtomobili olmuşdur. Hava normal, qaranlıq olmuş və şəhər küçə işıqları ilə işıqlandırılmışdır. Hadisəpeu əvvəl əhval-ruhiyyəsi normal olmuş, özünü yaxşı hiss etmişdir. Hadisə zamanı narahatçılıq keçirmişdir. Taksi sürücünün üzünün qan içərisində görüb narahat olmuşdur, lakin özünü itirməmişdir. Hadisədən sonra da əhvalı yaxşı olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı sərxoş olmamışdır. 3 ilə yaxındır, avtomobil idarə edirmiş, hadisəni törədiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili 2024-cü ilin noyabr ayında almışdır, etibarnamə əsasında həmin avtomobili idarə etmişdir. Gün ərzində avtomobillə səhər Universitetə gedib-gəlmiş, saat 22 radələrində evdən çıxmış, avtomobili mərkəzdə Araz marketin qabağında saxlamışdır. Gün ərzində sükan arxasında yarım saat olmuşdur. Əvvəllər ölümlə nəticələnən heç bir yol nəqliyyat hadisəsi törətməmişdir. İlk dəfədir, belə bir hadisə törətmişdir. Hadisə olandan sonra hadisə yerinə ətrafdan çox vətəndaş gəlmiş, vətəndaşların sayı hesabı olmamışdır. Tanıdıqları şəxslərdən Faiq, Əsgər orada olmuşdur. Digərlərini də üzdən tanımışdır. Avtomobilin sahibi X30 görməmişdir. Avtomobili Şahid4 almışdır. Şahid4 Babək rayon Şəkərabad kənd sakinidir. Şahid4 Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili mülkiyyət etibarnaməsi ilə atası X2, atası Azad Quliyev də həmin avtomobili özünı idarə etmək üçün etibarnamə vermişdir. Taksi avtomobilini görəndə idarə etdiyi avtomobilin sürəti çox olmuşdur, taksini arxandan vurmamaq üçün avtomobili sol çəkmiş və əks istiqamətli yola çıxmışdır. Hadisə zamanı idarə etdiyi avtomobili sağdan ötə bilməmişdir, səbəb o olmuşdur ki, həmin vaxt sağ tərəfdə Ford Fusion markalı avtomobil hərəkət etmişdir. Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobildən qabaqda sol zolaqla hərəkət etmişdir. Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil isə özündən arxada, sağ zolaqla hərəkət etmişdir. Hadisə olmamışdan qabaq Ford Fusion markalı **- BX-*** dövlət nömrə nişanlı avtomobili Naxçıvan poçtun qabağında görmüş, ondan əvvəl həmin avtomobili görməmişdir. Avtomobildə maqintofonu açmışdır, mahının təsirində avtomobili idarə etmişdir, get-gedə avtomobilin sürətini artırmışdır. Yol nişanlarını bilsə də, yol nişanlarına fikir verə bilməmişdir. İlk əvvəl yola baxmış, yolun sağında avtomobillər dayanmışdır, Ford Fusion markalı avtomobil sağdan ötüb keçmiş, özü də həmin vaxt baxmışdır ki, Ford Fusion markalı avtomobil sağ tərəfə avtomobillərin yanından necə keçib getmişdir, üzünü döndərib qabağına baxanda taksi avtomobilini görmüş, sağdan ötə bilməmişdir, çünki Ford Fusion markalı avtomobili hərəkət edirmiş, düzünə hərəkət etsə, arxadan taksi avtomobilini vuracaqmış, bu səbəbdən soldan ötüb əks istiqamətli yola çıxmış, həmin an taksi avtomobili sol dönəndə onunla toqquşdur. Azərbaycan mahnısına qulaq asırmış, konkret olaraq mahnı xatırlamır. Mahının təsirində avtomobili sürətli idarə etmişdir. Poçtun qarşısında Ford Fusion markalı avtomobildən qabaqda olmuş, o sürətlə gəlib sağından keçmiş, sağ tərəfdə olan avtomobillərin yanından dar hissədən sürətlə keçib getmiş, jəmin vaxt fikri ona yayınmışdır ki, o qədər dar hissədən Ford Fusion markalı avtomobil necə keçib getmişdir. Birdən dönüb qabağına baxanda taksi avtomobilini görmüşdür, avtomobillə toqquşmuşdur. H.Əliyev prospekti ilə gələ yolda həmin avtomobillə yarışmamışdır. 4 yola getməmişdir. Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 əvvəlcədən tanımır, onunla arasında heç bir münasibət olmamışdır. Ford Fusion markalı avtomobili idarə edərkən onun üzünü görməmişdir. Avtomobili necə idarə etməsini görmüşdür. Hadisə olan yolda iki zolaq vardır, özü sol zolaqla hərəkət etmiş, Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 isə sağ zolaqla hərəkət etmişdir. Yolayrıcında yolun sağında avtomobillər dayanmışdır, o hissə dar olmuşdur, Toğrul sağ tərəfdə park vəziyyətində olan avtomobillər ilə taksi avtomobilin arasında dar hissədən keçib getmiş, özü də düşünmüşdür ki, dar hissədən necə keçib getmiş, dönüb ona baxmş, fikrim yayınmış, birdən qabağıma baxanda taksini görmüş, taksi sola dönmə işığını yandırıb dönən zaman soldan əks istiqamətli yola çıxıb hərəkət edəndə, taksi avtomobili ilə toqquşmuşdur. Zərəçəkmiş şəxsin bütün ailəsindən, hüquqi varisində üzr istəyir, onu bağışlamalarını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, ol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxs X20 doğma qardaşıdır. Yol nəqliyyat hadisəsini törədən şəxs Təqsirləndirilən şəxs tanımır, onunla və onun ailəsi ilə heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. X20 qardaşıdır, özündən yaşça böyükdür. Ailədə 3 uşaq olmuşdurlar. X12 bacısıdır. X21 atasıdır. X5 vəfat etmişdir. X20 həyat yoldaşından boşanmışdır. Onun həmin evlilikdən 2 oğlan övladı vardır. Böyük oğlu Kamran xx.xx.2012-ci il təvəllüdlüdür, balaca oğlu Elcan isə xx.xx.2015-ci il təvəllüdlüdür. X20 təxminən 10 ildən çoxdur taksi sürücüsü işləmişdir. Hadisə zamanı Naz Lifan LF7162E-620 markalı **-TA-*** dövlət nömrə nişanı avtomobili X20 idarə etmişdir. Həmin avtomobil X22 adındadır, etibarnamə ilə avtomobili idarə etmişdir. Sərxanla Emin dost olmuşdurlar. 11 mart 2025-ci il tarixdə saat 00 radələrində telefonuna zəng gəlmiş, telefonu açmış, zəng vuran əmoğlusu Ömər Cəfərov olmuşdur. Ömər demişdir ki, Sərxan Cəfərov avtoqəza keçirib Naxçıvan MR Xəstəxanaya aparıblar. Özü də qohumlarla birlikdə tələsik Naxçıvan MR Xəstəxanasına getmişlər. Həmin vaxt həkimlər Sərxan Cəfərovu müayinə etmişlər, lakin sonra həkimlər bildirmişdirlər ki, artıq xəstəni itirmiş, səhərisi gün Naxçıvan şəhər Əliabad qəbirstanlığında da qardaşı Sərxanı dəfn etmişdirlər. Təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən heç bir maddi və mənəvi köməklik göstərilməmişdir. X20 əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir, təxminən 10 ilə yaxındır, taksi sürücüsü işləmişdir, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə bağlı heç bir problemi olmamışdır. İki uşaq atasıdır, evinə çörək pulu qazanmışdı, ailəsini saxlamışdır. Elə bir pis vərdişləri olmamışdır. Təqsirləndirilən şəxsi bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş mülki iddaçı X31 ifadəsində göstərmişdir ki, Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, heç bir münasibətləri olmamışdır. NAZ LİFAN LF7162C 620 minik markalı, 75-ТА- 336 dövlət nömrə nişanlı avtomobil öz xüsusi mülkiyyətindədir, həmin avtomobili etibarnamə ilə X11 idarə etməsi üçün vermişdir. X11 əvvəlcədən tanıyır, məhlə adamıdır, münasibəti olmuşdur. NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobili bir ilə yaxındır, idarə etmişdir. Aylıq icarə haqqı olaraq 400 manat pul vermişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini görməmişdir. Həmin vaxt işdə olmuşdur, eşitmişdir ki, Sərxan Cəfərov idarə etdiyi avtomobillə avtoqəza keçirmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə X10 idarə etdiyi NAZ LİFAN LF7162C 620 minik markalı, 75- TA-336 dövlət nömrə nişanlı avtomobili toqquşmuşdur. Sərxan da xəstəxanada vəfat etmişdir. Hadis nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Həmin hadisə zamanı avtomobilin sol yan tərəfi əzilmişdir, zədələnmişdir. Sol tərəfi qapıları və sol yan tərəfi əzilmişdir. Avtomobili boyasız, əvvəllər qəza keçirməmiş avtomobildir. Həmin avtomobili keçən il taksi nömrəsi ilə birlikdə 23000 manata almışdır. Sərxan da idarə etdiyi müddətdə heç bir avtoqəza keçirməmişdir. Qarşı tərəf maddi ziyan vurmuşdur, həmin avtomobili istəmir, təzə avtomobili alıb özünə verilməsini təmin etmişdir, işi dayanmışdır, 2 aydır icarə haqqı ala bilməmişdir, oradan da ziyan düşmüşdür. Avtomobilinin 15000 manat qiyməti vardır, hadisə nəticəsində özünə 15000 manat maddi ziyan dəymişdir. Avtomobili qəza nəticəsində sıradan çıxmışdır, özü də qəza keçirmiş avtomobili istəmir. Təzə avtomobilin alınıb verilməsini istəyir. Həm də həmin avtomobili təmir elətdirmək özü üçün əlverişli olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, aralarında avtomobilin alqı-satqısı olmuşdur. X3 tanımır, onunla heç bir münasibəti olmamışdır. Mercedes Benz S500 markalı 77- CD-523 dövlət nömrə nişanlı avtomobil X25 mülkiyyətindədir. 2024-cü ilin aprel ayında Hacı Qasımovun qohumu Əli ilə aralarında alqı-satqı olmuşdur, həmin vaxt avtomobili özü almışdır. Həmin avtomobilin mülkiyyət etibarnaməsini X24 adına almışdır, lakin avtomobili özü sürmüşdür. 2024-cü ilin noyabr ayının 14-də həmin Mercedes Benz S500 markalı **- CD-*** dövlət nömrə nişanlı avtomobili X2, mülkiyyət etibarnaməsi ilə avtomobili X2. 11 mart 2025-ci il tarixdə gecə saatlarında eşitmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə qəza keçirmişdir, hadisə zamanı taksi sürücüsü X20 ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Aftandil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, qonşusudur. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili hadisə zamanı Təqsirləndirilən şəxs idarə etmişdir. 10 mart 2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili ilə kənddən çıxmışlar. Naxçıvan şəhərinə gəlmişlər. Araz marketin qarşısında dayanıb su içmişlər. Oradan çıxıb evə qayıdırmışlar. Özü də Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin salonunda qabaq sağ tərəfdə oturmuşdur. Təqsirləndirilən şəxs də avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə H.Əliyev prospektindən sağa dönüb Atatürk küçəsi ilə getmiş, sonra Nizami küçəsində sağa dönüb Naxçıvan poçtun qabağına çatmışdırlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə dönən zaman Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili sağdan keçəndə, sol zolaqda olduğu avtomobilin qabağına keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə takisini vurmamaq üçün əks istiqamətli yola çıxmış, həmin vaxt taksi də sol dönürmüş, əks istiqamətli yolda Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə Naz Lifan markalı sarı rəngi taksi toqquşmuşdurlar. Özünün sifəti avtomobilin ön şüşəsinə dəymiş, daha sonra olanları xatırlamamışdır. Təcili tibbi yardım avtomobili ilə özünü Naxçıvan MR Xəstəxanasına aparmışdırlar, şüuru özündə olmuşdur. Xəstəxanada özünü müayinə etmişlər. Burnunda və sol gözündə sıyırıqlar olmuşdur. Sonra xəstəxanadan çıxıb evə getmişdir. Evdə olanda eşitmişdir ki, taksi sürücüsü X20 yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin sürətinin nə qədər olduğunu bilməmişdir. Hadisə zamanı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir, sükanın arxasına keçmişdir. Özü avtomobildə qabab sağ tərəfdə oturmuşdur. Orxan da avtomobildə arxa tərəfdə oturmuşdur. Orxanla sizin market tərəfdə rastlaşmışdırlar, həmkəndlisidir. Orxan Turalın oğludur. Orxan da tələbədir. Hadisə zamanı Orxan xəsarət almamışdır. Taksi sürücüsü X11 tanımır, onunla heç bir münasibəti olmamışdır. Ford Fusion markalı avtomobilin sürücüsü Şahid1 tanımır, heç bir münasibəti olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdirlər. Hadisə zamanı sərxoş olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD- *** dövlət nömrə nişanlı avtomobil ilə Şahid1 idarə etdiyi Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə hansı yolda yarışmağa başladıqlarını bilməmişdir. Birdən görmüşdür ki, Ford Fusion markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil qabaqlarındadır. Həmin an Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə əks istiqamətli yola çıxmış ve taksi ilə toqquşmuşdur. Digər Şahid1 məhkəməyə xx.xx.2025-ci il tarixli ********** nömrəli teleqram göndərərək Ağstafa rayonu DSX-nin Böyük Kəsik snş-də xidmət apardığı üçün məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, iştirakı olmada işə baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilən, məhkəmədə ifadəsi elən olunan Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. Sürücülük hüququ vardır, BD852283 saylı B1, В, С1, С kateqoriyalı sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə almışdır. Ford Fusion markalı 75-BX070 dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir, həmin avtomobili atası X18 məxsusdur. Məzuniyyəti ilə əlaqədar Naxçıvan şəhərinə gəlmişdir. Nənəsi insult keçirdiyi üçün o əmisigildə müalicə alırmış, özü də dərman almışdır, həmin dərmanı ora çatdırmalı imiş, Atasından avtomobili götürüb yola çıxmış, 10 mart 2025-ci il tarixdə saat 23 radələri olarmış, Naxçıvan şəhəri Babək məhəlləsindən çıxıb H.Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsinə gəlmiş, orada sola dönüb düzünə hərəkət edib Nizami küçəsinə çıxmış, həmin vaxt tələsdiyi üçün avtomobili sürətlə idarə etmişdir, avtomobilin sürəti 90-100 km/saat olmuşdur. Yola keçib Nizami küçəsi ilə hərəkətdə olan zaman sol tərəfdən sürətlə bir avtomobilin yanında hərəkət etdiyini görmüş, özü də sürətli sürdükcə o da sol tərəfindən sürətlə hərəkət edib özünü keçmək istəmişdir. Həmin sürücünü tanımamışdır. Qabaqda sol zolaqda sarı rəngli taksi avtomobili sola dönürmüş, sağ zolaqla öz hərəkətinə davam etmiş, qara rəngli Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil isə əks istiqamətli yola çıxmış, həmin vaxt avtomobilin güzgüsündən görmüşdür ki, Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi avtomobili toqquşdur. Özü də tələsdiyi üçün artıq orada gözləməmiş və çıxıb getmişdir. Gecə yarısı polis əməkdaşları zəng vurub özünü Naxçıvan ŞPİ-nə dəvət etmişlər. Avtomobili duracağa təhvil vermişdir. Ardıcıl olaraq Naxçıvan ŞPİ-nin əməkdaşları özünü aparıb sərxoşluq müayinəsindən və narkotestdən keçirmişdirlər. Tələsdiyi üçün avtomobili 90-100 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı sükan arxasında özü olmuşdur. Avtomobildə başqa heç kəs olmamışdır. Avtomobildə tək olmuşdur. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil sürücüsünü belə tanımır, Nizami küçəsinə dönən zaman həmin avtomobili görmüşdür, avtomobili sürətlə idarə etmişdir, solunda hərəkət etmişdir. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil sürücüsünün nə etdiyini anlamamışdır. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil sürücüsü özü ilə paralel hərəkət etdiyindən, bəzi vaxtlar ötüb keçmək istədiyindən, təxminən hərəkət sürəti 90-100 km/saat olmuşdur. Taksi sürücüsünü də tanımır, onunla heç bir münasibəti olmamışdır. Həmin avtomobil ilə yarış keçirməmişdir. Sadəcə tələsdiyi üçün avtomobili sürətlə sürmüşdür. Nizami küçəsinə dönən zaman Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili görmüş, həmin avtomobil solunda hərəkət etmişdir. Tələsdiyi üçün yol nişanlarına əməl etməmişdir. Nənəsi xəstə olmuşdur, ona dərman çatdırmışdır. İlk əvvəl avtomobillərin toqquşma səsini eşitmiş, "dang" səs gəlmiş, sol yan güzgüdəu arxaya baxanda görmüşdür ki, avtomobillər artıq toqquşmuşdur. Tələsdiyi üçün hadisə yerinə qayıtmamışdır, avtomobili sürüb getmişdir. Yolda hərəkət intensivliyi normal olmuş, hərəkətdə olan zaman yolda Mercedes markalı avtomobili, taksi avtomobili və idarə etdiyi avtomobil varmış, başqa da avtomobil olmamışdır. Hava normal olmuş, qaranlıq olmuşdur. Şəhər küçə işıqları işıqlandırılmışdır. Hadisəpeu əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı sərxoş olmamışdır. 3 ilə yaxındır, avtomobil idarə etmişdir. Gün ərzində təxminən 2 saat olardı sükan arxasında olmuşdur. İbtidai istintaq zamanı dindirilən, məhkəmədə ifadəsi elən olunan Şahid3 Tural oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs ən yaxın dostudur. Şahid2 Aftandil oğlu dostudur. Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili hadisə zamanı Təqsirləndirilən şəxs idarə etmişdir. 10 mart 2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili ilə kəndən çıxmışlar, Naxçıvan şəhərinə gəlmişlər. Avtomobildə axra tərəfdə sağda oturmuşdur. Şahid2 da avtomobildə qabaq sağ tərəfdə oturmuşdur. Araz marketin qarşısında dayanıb Asiman, Sübəhən və özü söhbət etmişdirlər. Saat 23 radələrində avtomobilə oturmuşlar, Asiman sükanın arxasına keçmiş, Sübəhən də Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin salonunda qabaq sağ tərəfdə oturmuşdur. Təqsirləndirilən şəxs də avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə H.Əliyev prospektindən sağa dönüb Atatürk küçəsi ilə getmiş, sonra Nizami küçəsinə sağa dönüb Naxçıvan poçtun qabağına çatmışdır. Özü arxada oturub telefonla oynamışdır. Avtomobildə maqintofon işləmiş və musiqi səslənmişdir. Birdən başını qaldırmış və taksini görmüşdür, həmin an Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi avtomobili ilə toqquşmuşdur, Təqsirləndirilən şəxs taksini yan tərəfindən sürücü tərəfdən vurmuşdur. Asiman hadisə olan zaman özünü itirmiş, nə etsin bilməmişdir. Toqquşan zaman tormoz vermiş, qısa məsafə olduğundan avtomobil taksi ilə toqquşmuşdur. Gurultu səsi gəlmiş, sonra sürüşmə səsi gəlmişdir. Həmin səs hələ də qulağındadır. Avtomobil dayanmamışdır. Özünə elə gəlmişdir ki, avtomobil 10 dəqiqə sürütlənmişdir, oturacağın altına girmiş, çox qorxmuşdur. Avtomobildə sürücü tərəfdən hava şarları açılmışdır. Avtomobil dayanmış, avtomobildən düşə bilməmişdir. Kimsə avtomobilin qapısını açmış və özü avtomobildən düşmüşdür. Asiman və Sübəhənin salamat olduğunu görmüşdür. Həmin vaxt Sübəhənin sifəti qanamışdır. Asimanın səsi gəlmiş, Asiman qışqırmışdır. İstintaq zamanı Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda iki nəfər sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. İstintaq zamanı sürücü Təqsirləndirilən şəxs hadisədən sonra sərxoşluq müayinəsindən keçmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Naxçıvan ŞPİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs Naxçıvan MR X8 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavab məktubunda X7 Y.Budaqov adına Naxçıvan MR X6 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi tərəfindən alınmış xx.xx.2025-ci il tarixli 10 nömrəli ekspert rəyindən görünür ki, X10 bədənində sol qulaqönü nahiyyəsində sıyrıq, sol budundan iki ədəd qançırlar, başın dərialtı yumuşaq toxuması altınasol təpə, gicgah və ənsə nahiyyəsində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, beyin toxumasını əzilməsi, beyin toxumasına qansızma, sağ bilək oynağının sınığı xəsarətləri var. Göstərilən xəsarətlər həyati olmuş, güclü küt alətin təsirindən, eləcə də avtoqəza nəticəsində törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olun, onun ölümü ilə nəticələnmişdir. X1 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına beyin toxumasını əzilməsi, beyin toxumasına qansızma,kəllə qapağı və kəllə əsası sümüklərinin qapalı sınıqları olmuşdur. X1 ölümü müayinə günümə uyğundur. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli 294 nömrəli ekspert rəyindən görünür ki, Mercedes Benz S500 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X37> Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-сü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq zamanı NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda heç kimin olmadığı və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 439 nömrəli ekspert rəyindən görünür ki, NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobilə 1980 manat maddi ziyan dəymişdir, həmin avtomobilin orta bazar qiyməti 13800 manatdır. Mercedes Benz S500 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2650 manat maddi ziyan dəymişdir, həmin avtomobilin orta bazar qiyməti 9300 manatdır. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən alınmış cavabdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2032-ci il tarixədək Naxçıvan MR DİN-nin DYPİ-nə bilavasitə tabe olan QİTBŞ tərəfindən BD seriyalı 858586 nömrəli B, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısına daxil deyildir. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən alınmış cavabdan aydın olmuşdur ki, Naxçıvan şəhəri Nizami küçəsində Tibb Kollecinin qarşısındakı yolda avtomobillərin hərəkət sürətinin yuxarı həddi 50 km/saat surətdir. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən alınmış cavabdan aydın olmuşdur ki, Mercedes Benz S500 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil X25 adına qeydiyyatdadır, həmin avtomobilə sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən alınmış cavabdan aydın olmuşdur ki, NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobil X22 adına qeydiyyatdadır, həmin avtomobilə sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək X13 etibarnamə verilmişdir. Cinayət işində olan Babək rayon Hacıvar kəndi nümayəndəliyindən alınmış arayışda Təqsirləndirilən şəxs yaşadığı müddətdə haqqında heç bir şikayət və narazılığın daxil olmadığı məlum olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında ittiham tərəfindən onun əleyhinə əldə edilmiş bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək X14 tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 23:30 dəqiqədə etibarnamə əsasında idarə etdiyi Mercedes Benz S500 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhəri Atatürk küçəsindən sağa dönüb Nizami küçəsinə çıxaraq hərəkətdə olarkən «X37» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda 90-100 km/saat sürətlə hərəkətdə olmuş, üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran bütov üfiqi nişanlama xətti) kəsib keçmiş, «X37» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, «X37» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddələrin tələblərini pozaraq əks istiqamətli hərəkət yoluna çıxaraq həmin yolda sola dönmə əməliyyatını yerinə yetirən X10 idarə etdiyi NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan NAZ LİFAN LF7162C 620 minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 qulaqönü nahiyyəsində sıyrıq, sol budunda iki ədəd qançır, başın dərialtı yumuşaq toxuması altına, sol təpə, gicgah və ənsə nahiyyəsində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, beyin toxumasının əzilməsi və beyin toxumasına qansızma xəsarətlərindən ibarət həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bununla da, X14 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X37» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X37» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs səmimi peşmançılığı, tələbə olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 60-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 01 (bir) ay müddətinə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 2 (iki) il 2 (iki) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi müddət nəzərə alınaraq 6 ay 7 gün müddət təyin edilmiş 2 (iki) il 1 (bir) müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə mülki iddiaçı X26 münasibətdə aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından aydın olur ki, X22 mülki iddiaçı qismində tanınması üçün əsas onun sadə yazılı qaydada ərizəsi olmuşdur. Halbuki şəxsin mülki iddiaçı qismində tanınması üçün əsas mülki prosessual qanunvericiliyə uyğun iddia ərizəsinin təqdim edilməsidir. Həmin iddia ərizəsi təqdim edildikdən, müvafiq qaydada dövlət rüsumu ödənildikdən sonra icraata qəbul edilməklə bu barədə müraciət edən şəxs mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilir. Lakin qeyd edilənlərin heç biri cinayət işinin materiallarına əlavə edilməmişdir. Buna görə də şəxsin mülki iddiaçı qismində tanınması üçün heç bir əsas olmamışdır və onun cinayət işinin materiallarında olan ərizəsində münasibətdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə maddi sübutların taleyinə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından aydın olur ki, Mercedes Benz S500 minik markalı **- CD-*** dövlət qeydiyyat nişanlı və NAZ LİFAN LF7162C620 minik markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X43 İdarəsinin mühafizə olunan dayanacağında saxlanılır. Məhkəmə qeyd edir ki, sözügedən avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra Mercedes Benz S500 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, NAZ LİFAN LF7162C620 minik markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobil X26 qaytarılmalıdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, PC AZEC02918362 nömrəli pasport, BD858586 seriyalısürücülük vəsiqəsi, ƏN-Vİİ№186794 nömrəli nəqliyyat vasitələrindən istifadə etmə haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X13 məxsus AE886940 seriyalı sürücülük vəsiqəsi, BD490912 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏN-İV№774061 nömrəli nəqliyyat vasitələrindən istifadə etmə haqqında etibarnamə və ƏN-İX№676114 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalıdır. Məhkəmə məsrəflərinin həllinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən, iş üzrə ekspertiza xərci olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 200 manat və məhkəmə əmtəəşünaslıq ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 40 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Maliyyə Nazirliyininin hesabına köçürülməlidir (Hesab: AZ21NABZ********************) Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 2 (iki) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi müddət nəzərə alınaraq 6 ay 7 gün təyin edilmiş 2 (iki) il 1 (bir) müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Əlavə cəzanın çəkilməsinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə avtomobilə vurulan zərərə görə mülki mühakimə qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış Mercedes Benz S500 minik markalı **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs, NAZ LİFAN LF7162C620 minik markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X26 qaytarılsın. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, PC AZEC02918362 nömrəli pasport, BD858586 seriyalısürücülük vəsiqəsi, ƏN-Vİİ№186794 nömrəli nəqliyyat vasitələrindən istifadə etmə haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X13 məxsus AE886940 seriyalı sürücülük vəsiqəsi, BD490912 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏN-İV№774061 nömrəli nəqliyyat vasitələrindən istifadə etmə haqqında etibarnamə və ƏN-İX№676114 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 240 (iki yüz qırx) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-51/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-51/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver