Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-52/2023 27.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Elyar oğlunun iştirakı ilə, xx xxx 2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərindəki “London” marketdə işçi kimi fəaliyyətə başlamış, çalışdığı dövrdə marketdən ümumilkidə 690 ədəd müxtəlif adlarda olan enerji içkilərini vahid niyyətlə oğurlayaraq özü ilə gətirdiyi idman çantasına yığmış, aparıb onu şəhərin müxtəlif mağaza, kafe, pivəxanalarına, həmçinin yolda tanımadığı şəxslərə satmış, əldə etdiyi 820 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. 11 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.1-ci maddəsi ilə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlini etiraf edərək, 2023-cü ilin sentyabr ayının 9-dan Naxçıvan şəhərindəki “London” marketə işçi kimin işə qəbul olunduğunu, işə başlayarkən anbara gedəndə heç kimin olmadığı vaxtlarda Red bulları və digər enerji içkilərini gətirdiyi idman çantasına yığdığıb üzərinə görünməsin deyə paltarlarını qoyduğunu, işlədiyi müddətdə içkiləri bu formada çantasına yığıb aparıb mağazalara, digər obyektlərə, tanımadığı şəxslərə satdığını, həmçinin məclislərdə dostu ilə içdiklərini, içkiləri 10 və ya 12 ədəd olmaqla apardığını, hər gün 18:10-da işdən çıxıb çantanı kürəyinə asıb müxtəlif maqazalara içkiləri 1- 2 manata sattığını bildirdi. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət işi üzrə icraata xitam verilməsinə razı olmasını bildirdi. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs Elyar oğlu, Təqsirləndirilən şəxs marketdə işləmək üçün müraciət etdiyini, Kənanı su bölməsində işə qəbul etdiklərini, bir müddət sonra suları sayanda kəsir olduğunu, təhlükəsizlik kamersaına baxanda Kənanın oğurluq etdiyini görüb polisə müraciət etdiyini, Kənanın ümumilikdə 168 ədəd 250 mm-lik Redbull, 212 ədəd 250 mm-lik Bizon, 112 ədəd 500 mm-lik Bizon, 84 ədəd 250 mm-lik Hell, 114 ədəd 500 mm-lik Hell, enerji içkilərini oğurladığını, ümumilikdə 690 ədəd olmaqla 1057 manat 40 qəpik dəyərində zərər vurduğunu bildirdi. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını bildirərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2023-cü ilin sentyabr ayında tanıdığı Təqsirləndirilən şəxs maqazasına gələrək sinif yoldaşları ilə çölə getdiklərini Redbullardan 10 ədədinin artıq qaldığını 2 manata almasını təklif etdiyini, 20 manat verib aldığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2023-cü ilin sentyabr ayında tanımadığı şəxsin işlətdiyi “Nənəmin təndiri” kafesinə gələrək Redbull içkisi olduğunu ucuz satdığını dediyini, ucuz olduğundan 5 ədədini aldığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2023-cü ilin sentyabr ayında tanımadığı şəxsin çalışdığı “Çəllək” pivə satış yerinə gələrək universitetdə oxuduğunu, dostları ilə tədbir etdiklərini, Redbull içkilərinin artıq qaldığını, Redbullardan 10 ədədini 1 manat 50 qəpiyə aldığını bildirdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərindəki “London” marketdə işçi kimi fəaliyyətə başlamış, çalışdığı dövrdə marketdən ümumilkidə 690 ədəd müxtəlif adlarda olan enerji içkilərini vahid niyyətlə oğurlayaraq özü ilə gətirdiyi idman çantasına yığmış, aparıb onu şəhərin müxtəlif mağaza, kafe, pivəxanalarına, həmçinin yolda tanımadığı şəxslərə satmış, əldə etdiyi 820 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Çünki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də, iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-cü maddəsində “barışdıqda” sözündən sonra “ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, cinayət məsuliyyətindən azad edilir” ifadəsi qeyd olunmuşdur. Hazırki işdə zərərçəkmiş şəxs barışmasını bildirməklə yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı tələbinin olmamasını da bildirmişdir. Ona görə də belə hesab olunur ki, ziyanın ödənilməsi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı hər hansı tələb yoxdur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi onun barəsində tətbiq edilə bilər. Beləliklə məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsinin göstərişini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə, yəni zərərçəkmiş şəxslə barışdığı üçün həmin Məcəllənin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Qərardan 20 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-52/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-52/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver