Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-52/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, 1 uşaq atası, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işsiz, evli, 3 uşaq atası, əvvəllər məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halıda 11 fevral 2025-ci il tarixdə saat 00:30 radələrində Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Gəlinqaya kafesində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyüb üst çənədə İ-İİ kəsici dişlərin natamam sınığı, üst dodağında şişkinlik və əzilmiş yara, sağ bazusunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri yetirmələri faktı, əsas isə Zərərçəkmiş şəxs səbəb Fəxrəddin oğlunun ərizəsi əsasında toplanmış materiallar olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah olunaraq dindirilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları yer müəyyən edilmədiyi üçün barələrində axtarış elan edilmişdir. Bu səbəbdən cinayət işinin istintaqı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsi ilə dayandırılmışdır. İstintaq ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları yer müəyyən edilərək tutulmuş və saxlanılması məqsədilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X1 təhvil verilmişdirlər. xx.xx.2025-ci il tarixdə istintaqla əlaqədar işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə 11 fevral 2025-ci il tarixdə saat 00:30 radələrində Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Gəlinqaya kafesinin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı üzərində saxladığı bıçağı çıxarıb qəsdən Zərərçəkmiş şəxs sağ qoluna bir bıçaq zərbəsi vuraraq sağ bazusunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri vurmuşdur. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə hərəkət edərək fevral 2025-ci il tarixdə saat 00:30 radələrində Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Gəlinqaya kafesinin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı qəsdən kəllə ataraq Zərərçəkmiş şəxs sifətindən vurub üst çənədə İ-İİ kəsici dişlərin natamam sınığı, üst dodağında şişkinlik və əzilmiş yaradan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri vurmuşdur. İstintaq zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş ziyanı ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş ziyanı ödədiyini bildirmişdir. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışmalarına, dəymiş ziyanın ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və onların Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə, həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 75 (yetmiş beş) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli uzunqol idman üst geyimi və bir ədəd boz rəngli uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdıqlarına və dəymiş ziyanı ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilsin və onların Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 75 (yetmiş beş) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli uzunqol idman üst geyimi və bir ədəd boz rəngli uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-52/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-52/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver