Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-53/2025 04.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “X4” MMCdə mühafizəçi işləyən, Şahbuz rayonu Kükü kəndində qeydiyyatda olmaqla Babək rayonu Vayxır kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə Naxçıvan şəhəri “Qızlar Bulağı” adlanan yerdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəşmiş konvalyutda 02 ədəd təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddəni əldə edərək üzərində saxlamış, Naxçıvan şəhərində Şahid1 idarə etdiyi Fav Bestune markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində qanunsuz olaraq əldə etdiyi 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd dərman həbləri təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddəni 50 manat pul və maddi xarakterli kredit öhdəliyindən azad edilməsinin qarşılığında Şahid1 qanunsuz olaraq satmışdır. 07 mart 2025-ci il tarixdə saat 21:10-da Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Naxçıvan-Şahbuz avtomobil yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında əməliyyat tədbirləri nəticəsində hər ikisinin üstü yoxlanılmış, Təqsirləndirilən şəxs üzərindən Şahid1 satdığı 2 ədəd tramadol güclü təsir maddəsinin qarşılığında aldığı 2 ədəd 20-lik əskinaz və 1 ədəd 10-luq əskinaz olmaqla 50 manat pul, Şahid1 üzərindən isə Təqsirləndirilən şəxs ona 50 manat pul qarşılığında satdığı 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddə aşkar edilərək prosessual qaydada götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilməyərək ifadəsində Şahid1 ona zəng etdiyini, onunla görüşdüyünü, ona “telefonun kreditini niyə ödəmirsən, Əli zəng vurmuşdu” dediyini, Mürsəlin ona “ödəyəcəm, ama ağrılarım var, adam var ondan dərman alarsan?, mənə dərman verməz” dediyini, Mürsəlin ona onunla problemi olduğunu özünün ala bilməyəcəyini dediyini, “sənə pul verim onunla görüş dərmanı al” dediyini, dərmanın pulu olaraq ona 40 manat pul verdiyini, şəxsdən dərmanı alıb gətirib ona verdiyini, Mürsəli 10 ay qabaq tanıdığını, İnstagramda tanış olduqlarını, Mürsəlin ev tikib satdığını, birlikdə işlədiklərini, Mürsəlin yanında fəhlə işlədiyini, Mürsəlin kreditə aldığı telefonuna zamin özünün olduğunu, aylıq 125 manat ödənişinin olduğunu, 7-8 ay normal ödəniş etdiyini, son 3 aydır ödəmədiyini, telefon satıcısının Mürsəl hər dəfə ödənişi gecikdirəndə ona zəng vurduğunu, çünki telefon dükanının satıcısının onu tanıdığına görə Mürsələ telefon verdiyini, Mürsələ 7 mart 2025-ci ildə zəng edib telefonun kreditini ödəməsini dediyini, ödəməsə satıcının atasına bu barədə deyəcəyini dediyini, sonra həmin gün onunla görüş təyin etdiklərini, Cahanın yanında görüşüb maşına oturduqlarını gedərkən Mürsəlin “bir nəfərdən dərman alacam” dediyini, “mənimlə problemi olduğu üçün mənə dərman verməyəcək” dediyini, ona görə “sən get al “dediyini, dərman içmə səbəbinin ağrıları olması olduğunu dediyini, sonra gedib dərman satan adamla görüşdüyünü, salfetkanın içində 2 ədəd dərman olduğunu, 40 manat pul verdiyini, 40 manat pulu maşında ona Mürsəlin verdiyini, ona dərman işini həll etməsinə köməklik etsə ona pul verəcəyini və krediti ödəyəcəyini dediyini, sonra dərmanı gətirib verdikdən sonra 50 manat ona pul verdiyini, telefona olan borcunun 130 manatını göndərdiyini, pulu mağaza sahibinin kartına göndərdiyini, ona sadəcə 50 manat pulu verdiyini, özünün heç bir satış etmədiyini, satışla məşğul olmadığını, satmaq məqsədinin olmadığını, onunla telefonun pulunu ödəməsi səbəbilə görüşdüyünü, telefonun ödənişini ödəmədiyi üçün məcbur qalıb onunla görüşdüyünü heç bir maddə və ya dərman satmadığını, dərmanları götürdüyü şəxsi tanımadığını, Qızlar Bulağında görüşdüyünü, hətta Mürsələ “adamı tapa bilmirəm” dediyini, yazışmalarda da Mürsələ “adam yoxdur tapa bilmirəm” dediyini, dərmanların qarşılığında Mürsəlin verdiyi pulu həmin şəxsə verdiyini, həmin şəxsdən dərmanları götürüb maşında qayıdıb Mürsələ verdiyini, əvvəllər də bir dəfə Mürsələ ağrıları olduğu üçün yüngül ağrıkəsici dərmanlar alıb verdiyini, Mürsəlin ona 400 manat pul verdiyini, o dərmanların adi ağrı kəsici dərmanlar olduğunu, dərmanlar üçün aldığı pulu da Mürsəlin ona borcuna çıxdığını, Mürsəl borcunu ödəmədiyindən məcbur qalıb ona ağırkəsicini güclü təsir edən dərman adı ilə verdiyini, bir dəfə də Mürsələ başqa dərman verdiyini, ancaq təsir etmədiyini, Mürsəl ona qadın məsələsi olduğunu, dərman lazım olduğunu bildirdiyini, 100 manat dərman üçün pul verdiyini, sonuncu dəfə Mürsələ dərmanları alıb verdiyi şəxsi tanımadığını, nömrəsini bilmədiyini, Mürsəlin o şəxslə danışdığını, Mürsəl o şəxsin dayısı oğlu Muradın dostu Abiddin olduğunu dediyini, özünün satış məqsədi olmadığını, heç bir satış etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində hazırda Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, Babək rayonu, Vayxır kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra « Təqsirləndirilən şəxs» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Naxçıvan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldığını, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4, Naxçıvan ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid3 və Naxçıvan ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərində narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Naxçıvan-Şahbuz yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman saxladıqlarını, üzərilərində baxış keçirilən zaman “Fav Bestune” markalı avtomobilin sürücüsü Şahid1 üzərindən 2 ədəd tramadol güclü təsiredən maddə və həmin avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs üzərindən Şahid1 satdığı tramadol dərman həblərinin qarşılığında aldığı 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas olmaqla ümumilikdə 50 manat pul aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldüyünü, Yoxalama zamanı video çəkiliş aparıldığını göstərmişdir Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində hazırda Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, ünvan 1 ünvanda yaşadığını, Babək rayonu, Vayxır kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra « Təqsirləndirilən şəxs» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Naxçıvan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldığını, Naxçıvan ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid2, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 və Naxçıvan ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərində narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Naxçıvan-Şahbuz avtomobil yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanıldığını, “Fav Bestune” markalı avtomobilin sürücüsü Şahid1 üzərindən 02 ədəd tramadol güclü təsiredən maddə və sərnişin Təqsirləndirilən şəxs Şahid1 satdığı tramadol dərman həblərinin qarşılığında aldığı 2 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinas tərəfimizdən aşkar edilərək götürüldüyünü, daha sonra həmin maddə onlar tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldüyünü, yoxlama zamanı video çəkiliş aparıldığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində hazırda Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, ünvan 3 ünvanda yaşadığını, Babək rayonu, Vayxır kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra « Təqsirləndirilən şəxs» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Naxçıvan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldığını, Naxçıvan ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid2, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 və Naxçıvan ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərində narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Naxçıvan-Şahbuz avtomobil yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman tərəfimizdən saxlanıldığını, “Fav Bestune” markalı avtomobilin sürücüsü Şahid1 üzərindən 02 ədəd tramadol güclü təsiredən maddə və sərnişin Təqsirləndirilən şəxs Şahid1 satdığı tramadol dərman həblərinin qarşılığında aldığı 2 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinas tərəfimizdən aşkar edilərək götürüldüyünü, daha sonra həmin maddə onlar tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldüyünü, yoxlama zamanı video çəkiliş aparıldığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində hazırda Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət etdiyini, ünvan 4 ünvanda yaşadığını, Babək rayonu, Vayxır kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra « Təqsirləndirilən şəxs» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Naxçıvan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldığını, Naxçıvan ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid2, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 və Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərində narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Naxçıvan-Şahbuz avtomobil yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanıldığını, “Fav Bestune” markalı avtomobilin sürücüsü Şahid1 üzərindən 02 ədəd tramadol güclü təsiredən maddə və sərnişin Təqsirləndirilən şəxs Şahid1 satdığı tramadol dərman həblərinin qarşılığında aldığı 2 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinas tərəfimizdən aşkar edilərək götürüldüyünü, daha sonra həmin maddə tərəfimizdən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldüyünü, yoxlama zamanı video çəkiliş aparıldığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində usta işlədiyini və ev təmir etdiyini, Təqsirləndirilən şəxs 10 aydır tanıdığını, həmin vaxtlarda Təqsirləndirilən şəxs onun yanında fəhlə işlədiyini və ona 210 manat borcu olduğunu, Təqsirləndirilən şəxs hər dəfə ondan pulunu istədiyini, bundan başqa təxminən 6-7 ay bundan əvvəl öz adına “Ali Telekom” telefon mağazasında “İphone 13 Pro Max” markalı mobil telefon kreditə götürdüyünü və Təqsirləndirilən şəxsda zamin durduğunu, son 2 ay kreditin pulunu gecikdirdiyi üçün Təqsirləndirilən şəxs ondan krediti vaxtında ödəməyini və ona olan borcunu qaytarmağını istədiyini, xx.xx.2025-ci il tarixdə Rəşidin ondan telefonun kreditini ödəməyini tələb etdiyini, Rəşidə ağrıları olduğunu və özünü pis hiss etdiyini, Rəşidə ağrılarının olduğunu, dərman almalı olduğunu lakin özünün ala bilməyəcəyini, satan adamla münasibətinin olmadığından, ona dərman verməyəcəyini, dərmanı onun almasını istədiyini, Rəşidə 150 manat pul verəcəyini və krediti ödəyəcəyini dediyini, Rəşidlə razılaşdıqdan sonra ona tramadol dərmanını xalaoğlusu Muraddan eşitdiyinə görə Çuxur məhəlləsində, Qızlar Bulağının yanında bir nəfər şəxsin satdığını, özünün Abiddinlə danışdığını, Abiddinin ona həmin şəxsin orada olduğunu dediyini, Abiddinlə birlikdə Türkiyədə işlədiyini, hazırda Abidinin orada işlədiyini, Abiddin ona həmin şəxslə Tükiyədə problemi olduğundan ona dərman verməyəcəyini dediyini, Rəşidə “pul verərəm gedib ondan alıb gətirib mənə verərsən” dediyini, Rəşidlə razılaşdıqdan sonra idarə etdiyi avtomobillə Qızlar Bulağı tərəfə getdiklərini, avtomobili saxladıqdan sonra Rəşidə “Qızlar Bulağının yanında papaqlı bir nəfər şəxs var və sən tramadolu gedib ondan alıb gətirib mənə verərsən” dediyini, 40 manat ya 30 manat tam xatırlamır çıxarıb dərmanı alması üçün Rəşidə verdiyini, Rəşidin avtomobildən enərək Qızlar Bulağı tərəfə getdiyini, bir qədər sonra Rəşidin gələrək 2 ədəd tramadolu aldığını dediyini, o dərmanı istəyəndə Rəşidin vermədiyini, “krediti ödə verim” dediyini, Rəşidə hal-hazırda pulunun olmadığını və 1 saat sonra pulu verib dərmanı götürərəm dediyini, Təqsirləndirilən şəxs apararaq Naxçıvan şəhəri 4 yolda düşürdüyünü, həmin gün saat 18 radələrində Rəşidə yenidən zəng edərək 4 yolda görüşüb krediti ödədiyini, Rəşidə qəbzləri göstərdiyini və sonra Rəşidə özünün 50 manatını nəğd şəkildə verdiyini və geri qalan 100 manatını kartına atacağını dediyini, yolda hərəkətdə olan zaman Naxçıvan- Şahbuz avtomobil yolunda “Naxçıvan” sözləri yazılan abidənin qarşısından keçən zaman polis əməkdaşlarının onları saxladıqlarını, avtomobildən yerə endiklərini, polis əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin satışında və saxlanmasında şübhəli olduğunu bildirərək hər ikisinin üzərinə baxış keçirdiklərini, baxış zamanı onun üzərindən Rəşidin ona verdiyi 2 ədəd tramadol dərmanının aşkar olunaraq götürüldüyünü, polislər ondan həmin tramadolu haradan və necə əldə etdiyini soruşduqlarını, o isə ağrıları olduğu üçün 50 manat qarşılığında Rəşiddin aldığını bildirdiyini, baxış zamanı Rəşidin üzərindən aldığı tramadolun qarşılığında ona verdiyim 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas olmaqla ümumilikdə 50 manat pul aşkar edilərək götürüldüyünü, Rəşidin dərmana görə ondan pul istəmədiyini, özünün Rəşidə 150 manat dərmandan əlavə pul verəcəyini dediyini, xərcləmək üçün pul verəcəyini, Rəşidin etiraz etmədiyini, 10-15 gün əvvəl Rəşidin Bakıda olanda ona dərman gətirməsini dediyini, 400 manat pul verdiyini, ancaq həmin dərmanları atanda ağrılarının keçmədiyini gördüyünü, bir dəfə də Rəşidə 100 manat pul verib “citotec” dərmanı almasını xahiş etdiyini, həmin dərmanın hamiləliyin sonlandırılması üçün istifadə edildiyini, qadın məsələsi olduğunu, Rəşidin həmin dərmanı tapıb gətirdiyini, aralarında inam olduğunu, 400 manat Rəşidə verdiyi puldan Rəşidin onun borcunu sildiyini, qalanı da dərmana görə verdiyini, ancaq dərmanın təsirediciliyi olmadığını, bunu Rəşidə də bildirdiyini, bu məsələ olduqdan sonra Abiddinin onun telefonlarını açmadığını, onunla əlaqə yaratmadığını, istintaqda verdiyi ifadəsində Rəşidin ona özünün dərmanı tapıb gətirdiyini bildirmədiyini, dərmanı özünün tapdığını, sadəcə Rəşidin gedib götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 mart 2025-ci il tarixli 280 nömrəli məhkəmə kimyəvi ekspertizası rəyindən görünür ki, üzərində 02 ədəd Tramadol güclü təsir edən maddəsinə bənzər həblər 1. İmza Şahid3 2. İmza Şahid2 3. İmza Şahid5 4. İmza Şahid4 5. İmza Müdafiəçi 6. İmza Təqsirləndirilən şəxs tərtib etdi imza Nicad Babayev” yazıları olan və 04 yerdən Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi Zərflər üçün” mətni olan dairəvi möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd dərman həbləri (təsiredici maddəsinin miqdarı -0,1 qram) tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Məhkəmə kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 01 ədəd (təsiredici maddəsinin miqdarı -0,1 qram) tramadol dərman preparatları və Təqsirləndirilən şəxs qazanc olaraq əldə etdiyi 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas maddi sübut olaraq tanınmış və saxlanılması məqsədilə Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İstintaq hərəkətləri keçirilən zaman qeydə alınmış video-görüntülərin köçürüldüyü bir ədəd DVD isə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 175 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni törədən anda və halhazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 176 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. Təqsirləndirilən şəxs barəsində tələbnamə tərtib olunmuş və daxil olmuş 3-13-436/2- 6627/25 nömrəli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir. Babək rayon İcra Hakimiyyəti Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 211.1-ci maddəsinə görə, cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 211.2. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır: 211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər, onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə; 211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda; 211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 29-cu bəndində qeyd olunmuşdur ki, istintaq orqanı CPM-in 211-ci maddəsinin tələblərinə zidd olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etmə mənbələri barədə cinayət işi əvəzinə, material ayırdıqda müvafiq işə baxan məhkəmə tərəfindən bu qanun pozuntusuna münasibət bildirilməlidir. Cinayət işinin materiallarında olan 15 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs üzərində “TRAMAL 50 mq” yazıları olan kəsilmiş konvalyutada 02 ədəd dərman həblərini aldığı mənbə ilə bağlı həqiqətin müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmışdır. Halbuki Azərbaycan Respublikası CPM-in 211-ci maddəsinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 29-cu bəndində əsasən, qeyd edilən güclü təsiredici maddənin əldə edilməsi barədə cinayət işi ayrılmalı idi. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 8-ci bəndinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə Naxçıvan şəhəri “Qızlar Bulağı” adlanan yerdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddəni əldə edərək üzərində saxlamış, 07 mart 2025-ci il tarixdə günorta vaxtı satış məqsədilə Şahid1 ona məxsus avtomobilin içərisində qanunsuz olaraq əldə etdiyi 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd dərman həbləri təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddəni 50 manat qarşılığında və telefon kreditinin ödənilməsi qarşılığında (maddi xarakterli öhdəlikdən azad edilməsi qarşılığında) Şahid1 qanunsuz olaraq satmış, 07 mart 2025-ci il tarixdə saat 21:10-da Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi “Fav Bestune” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Naxçıvan-Şahbuz avtomobil yolunda Hərbi Prokurorluğun inzibati binasının yanındakı “Naxçıvan” sözləri yazılan abidənin qarşısında saxlanılmışlar, əməliyyat tədbirlərinin davam olaraq hər ikisinin üstü yoxlanılmış, Təqsirləndirilən şəxs üzərindən Şahid1 satdığı 2 ədəd tramadol güclü təsir maddəsinin qarşılığında aldığı 2 ədəd 20-lik əskinaz və 1 ədəd 10-luq əskinaz olmaqla 50 manat pul, Şahid1 üzərindən isə Təqsirləndirilən şəxs ona 50 manat pul qarşılığında satdığı 2 ədəd üzərində “ТРАМАЛ 50 мг” yazıları olan kəsilmiş konvalyutda 02 ədəd təsiredici maddəsinin miqdarı 0,1 qram olan tramadol güclü təsir edən maddə aşkar edilərək prosessual qaydada götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə istintaqı zamanı işə baxılarkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 240.1-ci maddəsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə cəza təyin etməklə, ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətini 6 (altı) ay müddətinə müəyyən edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən cəzadan günə gün hesabı ilə çıxılmaqla qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 39-cu bəndinə görə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli, 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış Naxçıvan Şəhər Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd (təsiredici maddənin miqdarı 0.1 qram) tramadol dərman preparatı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 176 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmış 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə xüsusi müsadirə edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən cəzadan günə gün hesabı ilə çıxılmaqla qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Naxçıvan Şəhər Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd (təsiredici maddənin miqdarı 0.1 qram) tramadol dərman preparatı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-53/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-53/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver