Məhkəmə qərarları › İş №1(078)-54/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-54/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-54/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Babək rayon Yarımca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada ev təmiri ustası işləyən, evli, bir uşaq atası, əvvəllər məhkum olunmamış, Babək rayon Yarımca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 02 iyun 2025ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Cahan TM-in qarşısında Şahid3 vasitəsi ilə onun xalaoğlusu Zərərçəkmiş şəxs2 polisdə işə bərpa edəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs2 3665 manat pulunu ələ keçirməsi barədə daxil olmuş müraciət və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 pul qarşılığında polisə işə bərpa edəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısında Şahid3 vasitəsilə 3500 manat pulunu, xx.xx.2025-ci il tarixdə isə Naxçıvan Şəhər Əziz Əliyev küçəsində əlavə olaraq 165 manat pulunu ələ keçirərək vahid niyyətlə ümumilikdə 3665 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 4000 manat pul qarşılığında Naxçıvan MR DİN-in Mühafizə İdarəsinə polis nəfəri kimi işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhərində Xətai məhəlləsində yerləşən Naxçıvan MR DİN-in Mühafizə İdarəsinin inzibati binasının qarşısında 4000 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 2023-cü ilin avqust ayları həmkəndlisi və əmisinin qaynı Şahid3 gəlib ona xalaoğlusu Səlvərin əvvəllər Naxçıvan MR DİN-in özündə işləyib sonradan çıxdığını və onun yenidən polisdə işə bərpa olmaq istədiyini Səlvərin bərpa edilməsinə köməklik etmək istədiyini dediyini, ona “adam var Səlvəri onun yanına göndərərəm” dediyini, Naxçıvan MR DİN-də işləyən bir adamla danışdığını, Səlvərə “gözlə sizə xəbər edəcəklər” dediyini, bir müddət sonra Səlvərə işə bərpa olmağı üçün 3500 manat pul istədiklərini dediyini, Səlvərin də onunla razılaşdığını, Naxçıvan şəhərində Cahan TM-in qarşısında Sabirin gətirib ona əldən 3500 manat pul verdiyini, Sabirə “siz gözləyin mən sizə xəbər edəcəyəm” dediyini, bir müddət sonra Sabir ondan işin necə olduğunu maraqlandığını, ona işin alınmadığını dediyini, Sabirin ondan pulunu istədiyini, ümumilikdə 1500 manat pulu Sabirə qaytardığını, lakin 2165 manat pul qaldığını və qaytara bilmədiyini, Sabirin ondan pulu istədiyini, pulu olmadığı üçün 2165 manat pulu ödəyə bilmədiyini, həmin 2165 manat pulu şəxsi ehtiyacları olduğu üçün özünün xərclədiyini, 2023-cü ilin oktyabr ayları evdən Naxçıvan Şəhər Avtovağzalına getmək üçün taksi çağırdığını, gələn taksi sürücüsünün sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 olduğunu, Vüsətlə yolda gedən zaman söhbət vaxtı Vüsət ondan “sən nə işlə məşğulsan” deyə soruşduğunu, özünün də Vüsətə Türkiyədən ərzaq məhsulları alıb gətirib Naxçıvanda Cahan TM-in arxasında olan mağazalara satdığını dediyini, həmin vaxt söhbət edən zaman Vüsətə nə işlə məşğul olduğunu dediyini, Vüsətin ona “işim yoxdur, ona görə də taksi sürürəm” dediyini, Vüsətdən nə üçün polisə işə düzəlmədiyini soruşduğunu, Vüsətə polisə işə düzəlməkdə köməklik edə biləcəyini bildirdiyini, həmin vaxt öz nömrəsini Vüsətə verdiyini, bu söhbətdən sonra Türkiyəyə gedib gəldiyini və Naxçıvanda olanda Vüsətin ona zəng edib “polisə düzəlmək istəyirəm” dediyini, Vüsətə 9000 manat pul verməli olduğunu bildirdiyini, ilkin olaraq 4000 manatını verməsini, qalan 5000 manatı isə işə başladıqdan sonra verə biləcəyini bildirdiyini, Vüsətin onunla razılaşdığını, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində Mühafizə Polisinin inzibati binasının həyətində olan zaman Vüsətin ona əldən 4000 manat pul verdiyini, həmin vaxt orada inzibati binaya daxil olduğunu, Vüsətin isə həmin vaxt onu aşağıda gözlədiyini, sonradan Vüsətin yanına gələrək “mənə xəbər edəcəklər sənə deyəcəyəm” dediyini, həmin vaxt pulun özünün üzərində olduğunu, Vüsəti aldadaraq 4000 manat pulu özünə götürdüyünü, Vüsətdən aldığı 4000 manat pulu şəxsi ehtiyacları olduğu üçün xərclədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu, bir də belə əməllərə yol verməyəcəyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində 2023-cü ilin avqust ayları xalası nəvəsi Turabın polisdə işə qəbul olduğunu eşidib xalaoğlusu Şahid3 ilə əlaqə saxlayıb “məndə polisdə işə yenidən bərpa olmaq istəyirəm, mənə köməklik edə bilərsən” dediyini, əvvəllər Naxçıvan MR DİN-də Katiblikdə kiçik inspektor vəzifəsində xidmət etdiyini, sonradan xidmət yerini Kəngərli Rayon Polis Şöbəsinin PPX bölüyünün polis nəfəri vəzifəsinə dəyişdirildiyindən xx.xx.2018-ci il tarixdə öz istəyi ilə polisdə xidmətdən xaric edildiyini, sonradan xalaoğlusu Sabirin oğlu Turabın polisə işə qəbul edildiyini öyrəndikdən sonra yenidən polisə bərpa edilmək qərarına gəldiyini, ona görə Sabirlə əlaqə saxlayıb ondan iş barəsində maraqlandığını, Sabirin ona “adam var mən onunla danışıb sənə xəbər edəcəm” dediyini, bir müddət sonra Sabirin ona polisdə işə bərpa edilməyi üçün 4500 manat pul lazım olduğunu dediyini, Sabirlə razılaşıb xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Cahan TM-in qarşısında 4500 manat pulu gətirib əldən xalaoğlusu Sabirə verib oradan getdiyini, işin həll edilməsi üçün Sabirin kiminlə danışdığını və pulu kimə verəcəyini bilmədiyini, bu söhbətin üzərindən təxminən 6 ay keçəndən sonra Sabirdən işin nə yerdə qaldığını soruşduğunu, Sabirin ona pulun 3500 manatını qohumu Təqsirləndirilən şəxs verdiyini, lakin Hüseynin hər dəfə müxtəlif bəhanələr gətirib “sizin işiniz alınacaq” deyib onu aldatdığını dediyini, 1000 manat pulunun isə onda olduğunu bildirdiyini, Sabirdən “sən nə üçün 1000 manat pulu özündə saxlamısan” dediyini, Sabirin isə ona “Hüseynə 3500 verdim və işini həll edəndən sonra qalan 1000 manatı da verəcəyi barədə razılaşmışdım, ona görə də 1000 manatı saxlayırdım” dediyini, Sabirin 1000 manat pulu onun özünə qaytardığını, özü də Hüseynlə əlaqə saxlayıb ondan pulunu istədiyini, Hüseynin ona “narahat olma sənin işin alınır, polisdə qeydiyyatdan keçməyin üçün əlavə olaraq 165 manat da pul lazımdır” dediyini, Hüseynə inandığını, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Nur Home mağazasının qarşısında olan zaman Hüseynin ona zəng edib “taksi sürücüsü göndərirəm, sən 165 manat pulu ona verərsən” dediyini, gələn taksi sürücüsünə həmin 165 manat pulu verdiyini, sonradan Hüseynin telefonda ona “səni qeydiyyatdan keçirim, 10-15 günə səni çağıracaqlar” dediyini, lakin Hüseyndən heç bir cavab çıxmadığını, Hüseynin onu yenə aldatdığını başa düşüb Hüseynin anası ilə əlaqə saxlamağa başladığını, 2024-cü ilin yay aylarında hər ay 500 manat olmaqla ümumilikdə 1500 manat pulu Hüseynin anasının geri qaytardığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin 500 manatı isə Naxçıvan şəhər məhkəməsində barəsində cinayət işinin olduğu ərəfədə ona ödədiyini, qalan 1650 (bir min altı yüz əlli) manat pulunu ödəmədiyini, ödəməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində 2023-cü ilin oktyabr ayları idarə etdiyi Hyundai markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xan taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olduğunu, taksi fəaliyyəti məşğul olan zaman şirkətdən ona sifariş gəldiyini və müştərini götürmək üçün Xətai məhəlləsinə getdiyini, həmin müştərinin sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs olduğunu, Hüseyni Naxçıvan şəhər Avtovağzalına apardığını, yolda olanda söhbət zamanı Hüseynin ondan “sən cavan oğlansan nə yaxşı gedib bir yerdə işləmirsən, taksi sürücüsü işləyirsən” dediyini, Hüseynə iş olmadığından taksi fəaliyyəti ilə məşğul olub pul qazandığını dediyini, Hüseynin ona “mənim mobil nömrəmi götür istəsən səni polisə düzəldə bilərəm” dediyini, onun mobil nömrəsini götürdüyünü, Hüseyni gətirib Avtovağzalda düşürtdüyünü, bundan sonra polisdə işə girmək qərarına gəldiyini və xx.xx.2023-cü il tarixdə Hüseynlə əlaqə saxladığını, onunla Dövlət Vergi Xidmətinin arxa tərəfində olan binanın həyətində görüşüb iş barəsində söhbət elədiyini, söhbət zamanı Hüseynin ona “sənin işini danışmışam, 9000 manat pul lazımdır, 4000 manatını əvvəlcədən verməlisən, qalan 5000 manatını isə əmrin veriləcək işə çıxdıqdan sonra gətirib verərsən” dediyini, Hüseynlə razılaşdığını və xx.xx.2023cü il tarixdə Hüseynlə əlaqə saxlayıb 4000 manat pulun hazır olduğunu dediyini, Hüseyni gedib Diaqnostikanın qarşısından atası Şahid1 ilə birlikdə götürdüyünü və yolda olan zaman X15 gedəcəklərini dediyini, Mühafizə Şöbəsinə getdiklərini və Hüseynlə birlikdə şöbəyə daxil olub 2-ci mərtəbəyə qalxdığını, Hüseynin ona dəhlizdə gözləməyini dediyini, dəhlizdə gözləyən zaman Hüseynin bir otağa girib çıxdıqdan sonra şöbənin həyətinə düşdüyünü, şöbənin həyətində olanda Hüseynin şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini dediyini, şəxsiyyət vəsiqəsinin şəklini Hüseynə göndərdiyini, Hüseynin ona “gəl keçək ağacın dibinə, pulu say ver mənə” dediyini, şöbənin həyətində ağacın yanına keçib saydığını və xx.xx.2023cü il tarixdə 4000 manatı əldən Hüseynə verdiyini, Hüseynin də pulu ondan alıb “sən burada gözlə mən gəlirəm” dediyini, Hüseynin yenə şöbəyə daxil olduğunu və təxminən 15 dəqiqədən sonra Hüseynin onun yanına gəlib “işin həll olacaq, danışmışam, indi gedək, işə girəndən sonra qalan 5000 manat pulu da gətirib mənə verərsən” dediyini, Hüseynlə razılaşdığını və oradan çıxıb piyada şəkildə şəhərdə Ə.Əliyev küçəsində yerləşən Qonaq Evinin yanında ayrıldıqlarını, Hüseynlə danışmamışdan əvvəl rəsmi qaydada polisdə işə girmək üçün Naxçıvan MR DİN-ə müraciət etdiyini, bu söhbətdən təxminən 2 gün sonra elədiyi müraciətlə bağlı nazirlikdən ona zəng edib nazirliyə çağırdıqlarını, nazirliyə gedərək orada qəbulda olduğunu, sonra işə qəbulla bağlı ona arıqlamağı üçün vaxt verildiyini, özünün də bu ərəfədə Hüseynlə əlaqə saxlayıb “lazım olmadı, sən mənim pulumu qaytar, mən rəsmi müraciət eləmişəm, məni işə götürəcəklər” dediyini, Hüseynin də ona “problem yoxdur, 10 günə sənin pulunu danışıb qaytaracağam” dediyini, Hüseynlə razılaşıb və onu gözləməyə başladığını, həmin ərəfədə onu nazirliyə çağırıb işlə təmin etdiklərini və xx.xx.2024-cü il tarixdə onun Naxçıvan MR DİN-in Naxçıvan Şəhər Mühafizə Şöbəsinin Nizami hissəsinin polis nəfəri vəzifəsinə təyinatının verildiyini, bundan sonra keçən müddət ərzində Hüseyndən pulunu istədiyini, Hüseynin də hər dəfə ona müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmadığını, onu işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin 4000 manat puldan sadəcə 300 (üç yüz) manatı Naxçıvan şəhər məhkəməsində barəsində cinayət işinin olduğu ərəfədə ona ödədiyini, qalan 3700 (üç min yeddi yüz) manat pulu ödəmədiyini, ödəməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2023-cü ilin oktyabr ayında oğlu Zərərçəkmiş şəxs1 gəlib ona Təqsirləndirilən şəxs adında adam olduğunu və polisdə işə düzəldə bildiyini, onun əlaqələri olduğunu dediyini, özünün də oğlu ilə razılaşdığını, xx.xx.2023-cü il tarixdə Hüseynlə Naxçıvan şəhərində X1rşısında görüşdüklərini və iş barəsində söhbət etdiklərini, Hüseynin “mənim Naxçıvan MR DİN-də adamlarım var, işə düzəltmək məsələsini həll edəcəklər və 9000 manat pul lazımdır, 4000 manatını indi verin qalanını işin gedişatı zamanı sizə deyəndə verərsiniz, pul veriləndən sonra Vüsəti Mühafizə İdarəsində serjant kimi işə düzəltdirəcəm” dediyini, onunla razılaşdıqlarını, Hüseynin onlara “Mühafizə İdarəsinə adam var mən onunla iş barəsində görüşəcəm” dediyini, oradan çıxıb Mühafizə İdarəsinin yanına gəldiklərini, həmin vaxt oğlu Vüsətin üzərində Hüseynə verməsi üçün 4000 manat pul olduğunu, avtomobildən düşüb getdiklərini, sonradan Vüsətdən 4000 manatı Hüseynə verdiyini öyrəndiyini, Hüseynin idarəyə girib bir neçə dəqiqədən sonra çıxıb və Vüsətə “danışıb həll eləmişəm, mənə xəbər edəndə məndə sənə məlumat verəcəyəm” dediyini, həmin ərəfədə də Vüsətin polisə işə düzəltmək üçün Hüseynə pulu verməmişdən əvvəl sənədlərini Naxçıvan MR DİN-ə veridiyini, bu söhbətdən 2 gün sonra, yəni xx.xx.2023cü il tarixdə Vüsəti Naxçıvan MR DİN-dən çağırdıqlarını, Vüsətin gedib orada işə qəbulla bağlı imtahan verdiyini, Vüsət də Hüseyndən imtahan verməsi barədə soruşduqda Hüseynin ona “hələki heç nə deyilməyibdi, nəsə olsa sizə xəbər edəcəyəm” dediyini, bu söhbətdən sonra Hüseynin onları aldatdığını başa düşdüyünü, ona “bizim pulumuzu qaytar” dediyini, Hüseynin isə ona “pulu adam var ona vermişəm və 1 həftəyə sizin pulunuz çatacaq” dediyini, lakin Hüseynin onu aldadıb pulunu qaytarmadığını, hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatdığını, oğlu Vüsətin 2024-cü ilin yanvar ayından Naxçıvan MR DİN-in Mühafizə İdarəsində işə qəbul edildiyini və hal-hazırda orada işlədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2023-cü ilin noyabr ayları olduğunu, idarə etdiyi avtomobillə Xan taksiyə qoşulub taksi fəaliyyəti ilə məşğul olduğunu, taksi sürücüsü işləyən zaman bir nəfərin xan taksidən taksi sifariş verdiyini, həmin müştərinin sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs olduğunu, onu Naxçıvan şəhərində Vergi Xidmətinin yanından götürüb Sizin Marketə apardığını, yolda olanda söhbət zamanı Hüseynin ondan nə üçün taksi sürücüsü olduğumu soruşduğunu, ona iş olmadığından məcbur qalıb taksi sürücüsü işlədiyini dediyini, Hüseynin ondan təhsilini soruşduğunu, ona ali təhsilli olduğunu dediyini, sonra Hüseynin ona “sizi Naxçıvan MR DİN-ə işə düzəldərəm” dediyini, onunla razılaşdığını, gəlib evdə ailə üzvlərinə də bu barədə məlumat verdiyini, 2023cü ilin dekabr ayında Hüseynin onu götürüb Mühafizə Polisinin binasına apardığını, lakin Hüseynin onu içəri qoymadığını, binaya daxil olduğunu, bir neçə dəqiqədən sonra Hüseynin onun yanına gəlib “gedək Azərtürk banka” dediyini, Hüseynin ona kart nömrəsi verərək “buraya 260 manat yüklə” dediyini, ona pulunun olmadığını bildirdiyini, Hüseynin ona “eybi yoxdur, məndə pul var, mən özüm pulu göndərərəm, bu pul sənin normativdən keçməyin üçündür” dediyini, sonradan Hüseynin ondan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul istədiyini, özünün də ümumilikdə 260 manat pulu onun kart hesabına yüklədiyini, 2024-cü ilin fevral ayında Hüseynin ona “siqaret alveri ilə məşğul oluram, səndə mənə qoşul birlikdə alverlə məşğul olaq” dediyini, onunla razılaşdığını, Hüseynin ona “mənimlə bir dəfə İrana gedək səndə öyrən” dediyini, Hüseynlə alverlə məşğul olmaq üçün birlikdə İrana getmək üçün yola düşdüklərini, Sədərək gömrük postuna yaxınlaşanda yolda olan zaman Hüseynin ondan üzərində nə qədər pulunun olduğunu soruşduğunu və ona 2240 manat pulunun olduğunu dediyini, həmin pulu alver üçün götürdüyünü, Hüseyin ona həmin pulla alver edib əlavə qazanc əldə edəcəklərini bildirdiyini, özünün də ticarət məqsədilə həmin pulu Hüseynə verdiyini, Hüseyndə ona “sən pulu mənə ver, gömrükdə İran puluna çevirəcəyəm” dediyini, Hüseynlə razılaşdığını və Sədərək gömrüyündə olan zaman 2240 manat pulu əldən Hüseynə verdiyini, İranda təxminən 1 həftə qaldığını, Hüseynin də alverlə məşğul olduğunu, sonra onların Naxçıvana qayıtdığını, Hüseynin “alverin pulunu hesablayıb sənə ödəyəcəyəm” dediyini, lakin bundan sonra Hüseyn onun pulunu ödəmədiyini, ondan nə üçün pulunu ödəmədiyini soruşduğunu, Hüseynin ona “mən xaricdəyəm, 1 həftəyə pulu geri qaytaracağam” dediyini, işi ilə bağlı soruşan zaman “işi istəməsə də düzəltmərik” dediyini, lakin Hüseynin pulu qaytarmadığını, telefonlara cavab vermədiyini, sonradan Hüseynin başqa şəxsləri aldadıb pullarını ələ keçirdiyini öyrəndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2023-cü ilin avqust ayları olduğunu, xalaoğlusu Zərərçəkmiş şəxs2 gəlib ona “eşitdim ki, sənin oğlun Turab polisdə işə qəbul olub və orada işləyir, məndə polisdə işə yenidən bərpa olmaq istəyirəm, köməklik edə bilərsən” dediyini, Səlvərin əvvəllər Naxçıvan MR DİN-də Katiblikdə kiçik inspektor vəzifəsində xidmət etdiyini, sonradan işdən özünün çıxdığını, Səlvərə “adam var mən ona deyəcəm, nəsə olsa mən sənə xəbər edəcəm” dediyini, bundan sonra qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb xalaoğlusu Səlvərin polisdə yenidən işə bərpa olmaq istədiyini, ona köməklik etməsini dediyini, Hüseynin də danışıb xəbər edəcəyini bildirdiyini, bir müddət sonra Hüseynin ona “Səlvəri polisdə işə bərpa etmək üçün 4500 manat pul lazımdır” dediyini, özünün də Səlvərə işə bərpa edilməyi üçün 4500 manat pul istədiklərini dediyini, Səlvərin də onunla razılaşıb xx.xx.2023-cü il tarixdə Cahan TM-in qarşısında əldən ona 4500 manat pul verib getdiyini, özünün də həmin vaxtı Hüseyni oraya çağırıb 3500 manat pulu əldən ona verdiklərini, Hüseyn də ondan “sən nə üçün 3500 manat pul verirsən, mən sənə 4500 manat pul demişdim” dediyini, Hüseynə “3500 manatı sən al, Səlvər işə bərpa edildikdən sonra mən qalan 1000 manat pulu sənə verəcəyəm” dediyini, Hüseynin də onunla razılaşıb 3500 manat pulu ondan alıb “1 həftəyə sənə xəbər edəcəm” dediyini, lakin üzərindən təxminən 4 ay keçəndən sonra Hüseyndən bir xəbər çıxmadığını, özünün də Hüseynin onu aldatdığını başa düşdüyünü, həmin ərəfədə işin nə yerdə qaldığını Hüseyndən soruşanda Hüseynin hər dəfə müxtəlif bəhanələr gətirib “sizin işiniz alınacaq” dediyini, özünün də Hüseynin onu aldatdığını görüb Səlvərə “Hüseyn bizi aldadır və sənin 1000 manat pulun məndədir” dediyini, həmin 1000 manat pulu Səlvərin özünə qaytardığını, bundan sonra Səlvərin də Hüseynlə əlaqə saxlayıb pulunu istəməyə başladığını, Hüseynlə əlaqə saxlayıb pulu istədiyini, bu söhbətdən təxminən 1 il sonra Səlvərin ona Hüseynin anasının 1500 manat pulu ona geri qaytardığını, lakin 2000 manatının hələ də qaldığını dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə HKpi-301/25 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və hadisə nəticəsində maddi ziyan dəymiş Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq hüquq və vəzifələri ona izah edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli ərizədən görünür ki, Məmmədov X10 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs polisdə işə bərpa etdirmək adı ailə onu aldadıb ümumilikdə 3665 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 10) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi Məhərrən qızı dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli ərizədən görünür ki, Əliyev X14 şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək cinayət hadisəsi zamanı ona maddi ziyan dəydiyi üçün cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmasına göstəriş verilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 86-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli cinayət iş üzrə əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (cild İ, iş vərəq 98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 99- 100) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 117-118) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 26 mart 2025-ci il tarixli məktubdan görünür ki, Babək rayon Yarımca kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X23 İdarəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Babək rayon Yarımca kənd sakini Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X23 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. (cild İ, iş vərəq 136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Təqsirləndirilən şəxs adına ailə üzvləri ilə birlikdə (cəmi 7 nəfər) Babək rayonu, Yarımca kəndində 14729 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 142) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 07 aprel 2025-ci il tarixli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 134-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Babək rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Babək rayon, Yarımca kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 158) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Babək rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X2, anası X3, qardaşı X6, qardaşı X7, yoldaşı X12 və oğlu X13 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 159) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən APF Tikinti MMC-nin direktoru tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdən APF Tikinti MMC-nin qaynaq sexində qaynaqçı vəzifəsində işləyir. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib və bacarıqları daxilində mürəkkəb işlərin öhdəsindən layiqincə gəlib. Qaynaqçı kimi ona tapşırılan bütün işləri vaxtında, səliqəli və keyfiyyətli şəkildə yerinə yetirməyə çalışır. Təqsirləndirilən şəxs zəhmətkeşdir, yüksək əmək qabiliyyətinə malikdir. O, lazım gələndə işdən sonra çalışmaqla Cəmiyyətə öz işilə töhfə verməyə çalışır. (cild İ, iş vərəq 161) Zərərçəkmiş şəxs1 02 oktyabr 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək ona borclu olduğu 3700 (üç min yeddi yüz) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 02 oktyabr 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək ona borclu olduğu 1650 (bir min altı yüz əlli) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğu olmamasını, himayəsində azyaşlı uşağı olmasını və cinayət nəticəsində vurduğu zərəri qismən zərərçəkmiş şəxslərə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarından şəxsin 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayon, Yarımca kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməli və təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Həmçinin zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 440 (dörd yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayon, Yarımca kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 440 (dörd yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar