Məhkəmə qərarları › İş №1(078)-55/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-55/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-55/2023 26.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, mebel ustası işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, 08 avqust 2023-cü il tarixdə, saat 00:05 dəqiqədə Təqsirləndirilən şəxs dostları Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 və Şahid3 ilə birlikdə Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən Qızılay kafesində yeyib-içən zaman tanışı Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq onunla dalaşmış və ictimai qaydanı nümayişkarcasına pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əlinə götürdüyü pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində, Araz restoranının yanında yerləşən Mebel sexində boyaçı işlədiyini, Zərərçəkmiş şəxs və Şahid2 əvvəlcədən tanıdığını, onlarla arasında düşmənçilik və ədavət olmadığını, iyirmi ilə yaxındır ki, onlarla dostluq etdiyini, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində dostları Qasım, Natiq və Qasımın qardaşı Nicatla birlikdə Qızıl Ay restoranına pivə içmək üçün getdiklərini, təxminən yarım saat sonra Əlini uşaqlardan birinin zəng edib, pivə içmək üçün onların olduğu Qızıl Ay restoranına çağırdığını, Əlinin onların əyləşdiyi stola gəldiyini, həmin vaxt keçmişdə aralarında olmuş hadisələrdən söhbət açdıqlarını, Əlinin ona keçmişdə onu döyən zaman nə üçün kömək etmədiyini dediyini, həmin vaxt adama 3 bakal pivə içdiklərini, Əlinin elə deməsinin ona xoş gəlmədiyini və mübahisə etməyə başladıqlarını, bir-birləri ilə sözlü mübahisə etdiklərini, həmin vaxt onun stolun üzərində olan boş pivə bakalını götürüb Əlinin başından vurduğunu, pivə bakalını Əliyə vurduqdan sonra yerə düşüb, qırıldığını, Əlini yumuruqla vurmaq istəyərkən, Qasımın onları aralaşdırmaq üçün aralarına keçdiyini, onun atdığı yumuruq zərbəsinin Qasıma dəydiyini, Natiqlə Nicatın onları çətinliklə də olsa aralaşdırdıqlarını, restoran sahibinin onlar səs-küy saldıqlarına və mübahisə etdiklərinə görə polisə müraciət etdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, onlarla arasında düşmənçilik və ədavət olmadığını, onlarla on ilə yaxındır ki, dostluq münasibətinin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Qızıl Ay restoranında Toğrul, Qasım və Nicatla oturduqlarını, pivə içdiklərini, restoranda oturduqdan bir saat sonra Əlinin də olduqları restorana gəldiyini, onların stolunda əyləşdiyini və pivə sifariş verdiklərini, onların stolda deyib gülüb, söhbət etdiklərini, həmin vaxt Əlinin keçmişdə olan məsələlərdən söhbət etməyə başladığını, keçmişdə kimsə Əli ilə savaşan zaman Toğrulun Əliyə kömək etmədiyini dediyini, Toğrulun isə Əliyə siz təkbətəkə dalaşırdınız mən araya girə bilməzdim dediyini, onun həmin vaxt telefonda mesaj yazdığını, fikrinin tam onlarda olmadığını, Əli ilə Toğrulun mübahisə etdiklərini, bir anlıqda Toğrul stolun üzərində olan boş pivə bakalını götürərək Əlinin başından vurduğunu, Qasımla Nicatın həmin vaxtı ayağa qalxıb onların arasına keçdiklərini, Qasım onları aralaşdırmaq istəyən zaman pivə bakalının Qasıma da dəydiyini, Əli ilə Toğrulun yerdə bir-biri ilə süpürləşdiklərini, Qasımla Nicatın onların arasına keçib, çətinliklə onları aralaşdırdıqlarını, Əlinin qaşının üstü yarıldığı üçün qan gəlidiyini, salfetka ilə onun qanını təmizlədiyini, restoranda səs-küy salıb mübahisə etdikləri üçün restoran sahibinin polis əməkdaşlarını çağırdığını, polis əməkdaşlarının gəldiyini və onları polis idarəsinə dəvət etdiklərini, Əlinin qaşından qan gəldiyi üçün xəstəxanaya getdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, onlarla arasında düşmənçilik və ədavət olmadığını, onlarla on beş ilə yaxındır ki, dostluq etdiyini, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Qızıl Ay restoranında Toğrul, Qasım və Natiqlə oturduqlarını, pivə içdiklərini, onlar restoranda oturduqdan yarım saat sonra Əlinin də onların olduğu restorana gəldiyini, onların stolunda əyləşdiyini, pivə sifariş verdiyini, həmin vaxt keçmişdə olan məsələlərdən söhbət etməyə başladıqlarını, Toğrul özündən razılıq etməyə, dostcanı olduğunu deməyə başladığını, Əlinin Toğrula keçmişdə olan söhbəti açdığını, keçmişdə kimsə Əli ilə savaşan zaman Toğrulun Əliyə kömək etmədiyini, Toğrulun Əliyə onların təkbətəkə dalaşdıqlarını, ona görə araya girib kömək etmədiyini, Əli ilə Toğrulun mübahisə etdiklərini, bir anlıqda Toğrul stolun üzərində olan boş pivə bakalını götürərək Əlinin başından vurduğunu, Qasımın həmin vaxtı ayağa qalxıb onların arasına keçdiyini, Toğrulun Əlini təkrar bakalla vurmaq istəyən zaman pivə bakalının Qasımın burnuna dəydiyini, Əli ilə Toğrulun yerdə bir-biri ilə süpürləşdiklərini, onların arasına keçdiklərini, çətinliklə onları aralaşdırdıqlarını, həmin vaxtı içkili olduğunu, olanların tam da yaddaşında qalmadığını, restoranda səs-küy salıb mübahisə etdikləri üçün restoran sahibinin polis əməkdaşlarını çağırdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində, xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:30 radələrində Qızıl Ay restoranının həyətində açıq havada besetkada əyləşən müştərilər arasında mübahisə baş verdiyini, həmin vaxtı stolda beş nəfər olduğunu, onların içərisində olan şəxslərdən birinin sonradan gəldiyini, pivə içdiklərini, səs küyə görə onların əyləşdiyi stola gəldiyini, həmin şəxslərdən iki nəfərin dalaşdığını gördüyünü, onların arasına girib aralaşdırmaq istədiyini, mübahisə zamanı yerdə olan şəxsin qaş nahiyəsindən qan gəldiyini, yerdə olan oğlanı döyən şəxsi restorandan çıxardığını, həmin vaxtı qaşından qan gələn oğlanın nalaiq ifadələr işlətməkdə davam etdiyini, həmin şəxsi də restorandan çıxardığını, restoranın müdürünə hadisə barəsində polisə məlumat verməsini dediyini, polisə müraciət etdikdən sonra hadisə yerinə polis əməkdaşları gəldilər və mübahisə edən şəxsləri apardıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Şahid2 əvvəlcədən tanıdığını, onlarla arasında düşmənçilik və ədavət olmadığını, onlarla on beş ilə yaxındır ki, dostluq etdiyini, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində dostu Qasımın ona zəng etdiyini və onu Qızıl Ay restoranına dəvət etdiyini, təxminən iyirmi dəiqə sonra onların olduğu Qızıl Ay restoranına getdiyini, bir saata yaxın oturduqdan sonra adama üç bakal pivə içdiklərini, keçmiş vaxtda olanlardan söhbət etməyə başladıqlarını, həmin vaxtı onların stolunda Qasım, Toğrul, Natiq və Qasımın qardaşı Nicatın olduğunu, o söhbət zamanı vaxtilə onu döyən zaman Toğrulun araya girib ona kömək etmədiyindən söhbət edərkən, bir anlıqda Toğrul pivə bakalı ilə onu baş nahiyəsindən vurduğunu, onun zərbənin təsirindən yerə yıxıldığını və ayağa qalxmaq istəyən zaman Toğrulun təkrar yumuruqla ona zərbə vurduğunu və yerə yıxıldığını, Qasımın onları aralamaq üçün araya girdiyini, həmin vaxt pivə bakalının Qasımın burnuna dəydiyini, Natiqlə Nicatın çətinliklə də olsa onları aralaşdırdıqlarını, onların bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini, restoran sahibinin onların mübahisə etməsi barədə polisə məlumat verdiyini, polis əməkdaşlarının gəldiklərini və onları polis idarəsinə dəvət etdiklərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, onlarla arasında düşmənçilik və ədavət olmadığını, hər ikisi ilə on üç ilə yaxındır ki, dost olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Qızıl Ay restoranında Toğrul, Nicat və Natiqlə oturduqlarını, pivə içirdiklərini, həmin vaxt dostu Əlinin ona vatshapda yazdığını və harada olduğunu soruşduğunu, ona Qızıl Ay restoranında olduqlarını, Əlini da restorana dəvət etdiyini və ona sən də gəl maşını sürərsən məndə pivə içmək isdəyirəm dediyini, Əlinin də ona pivə içəcəyini dediyini, ona görə də restorandan çıxıb maşınını aparıb məhləyə qoyduqdan sonra restorana gəldiyini, onun gəldiyindən beş dəqiqə sonra Əlinin də restorana gəldiyini, onların stolunda əyləşdiyini, pivə içib, söhbət eləməyə başladıqlarını, həmin vaxt Toğrul özündən razılıq etməyə, dostcanlı olduğunu deməyə başladığını, Əlinin Toğrula keçmişdə olan söhbəti açaraq, onu döyən zaman Toğrulun ona kömək etmədiyini dediyini, Toğrul isə Əliyə siz təkbətəkə dalaşırdınız mən araya girə bilməzdim dediyini, Əli ilə Toğrul arasında sözlü mübahisə olduğunu, bir anlıqda Toğrul stolun üzərində olan boş pivə bakalını götürərək Əlinin başından vurduğunu, həmin vaxtı ayağa qalxıb onların arasına keçdiyini, Toğrul Əlini təkrar bakalla vurmaq istəyən zaman pivə bakalının, onun burnuna dəydiyini, Toğrulun bakalı əlindən buraxmadığını, Əlini yenidən vurmaq istəyəndə onun əlindən tutaraq bakalı əlindən aldığını, bakalı yerə atdığını, Əli ilə Toğrulun yerdə bir-biri ilə süpürləşdiklərini, onların arasına keçərək çətinliklə onları aralaşdırdıqlarını, restoranda səs-küy salıb mübahisə etdikləri üçün restoran sahibi polis əməkdaşlarını çağırdığını bildirdi. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 1533 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthində sağ almacıq nahiyyəsində qaçır olduğu, üzərindəki yaranın küt əşyanın təsirindən yarandığı və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 08 avqust 2023-cü il tarixdə, saat 00:05 dəqiqədə Təqsirləndirilən şəxs dostları Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 və Şahid3 ilə birlikdə Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən Qızılay kafesində yeyib-içən zaman tanışı Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq onunla dalaşmış və ictimai qaydanı nümayişkarcasına pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əlinə götürdüyü pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayəti törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması, himayəsində iki uşağının olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onun barəsində şikayətçi olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gələrkən, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edərkən gənc ailənin dağılmasının qarşısının alınmasını və qorunub saxlanılmasını əsas götürür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan bir ədəd sınmış pivə bakalı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan bir ədəd sınmış pivə bakalı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar