Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-55/2024 03.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi fəaliyyətlə məşğul olan, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunması haqqında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14 may 2024-cü il tarixli təqdimatı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Sultanov X4 Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(078)-608/2022 nömrəli icra vərəqəsinə əsasən 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmalı olduğu halda qaytarmamış, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs 3050 (üç min əlli) manat maddi ziyan vurmaqla Naxçıvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ittihamda özünü təqsirli bildiyini deyərək göstərmişdir ki, 2019-cu ildə Yaşar ona əlində biraz pulunun olduğunu demiş, birlikdə həmin pulu 8 faiz sələm almaqla borc vermələrini bildirmiş, o da Yaşarla razılaşaraq və hər dəfə müxtəlif məbləğlərdə ondan pul götürüb ayrı-ayrı şəxslərə 8 faiz sələmlə vermişdir. Vaxt çatanda faiz məbləğlərini gətirib Yaşara vermiş, Yaşar da ona qaytardığı hər yüz manata görə 10- 15 manat pul vermişdir. Yaşardan götürdüyü pulları sələmlə verdiyi şəxslərdən ala bilməmiş və nəticədə Yaşara 7450 (yeddi min dörd yüz əlli) manat borcu yaranmışdır. Yaşardan pulları özü götürdüyü üçün özü də qaytarmalı olmuş, ona görə də bankdan kredit götürüb Yaşara olan borcundan 4450 (dörd min dörd yüz əlli) manat qaytarmış və ona 3000 (üç min) manat borcu qalmışdır. Bununla bağlı notariusda Yaşarla borc müqaviləsi bağlamış, sonra o, pulu qaytara bilmədiyi üçün Yaşar onu məhkəməyə vermişdir. Naxçıvan Şəhər Məhkəməsi ondan 3050 manat pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar çıxarmışdır. Onun icra işi icra məmuru Şahid2 icraatında olmuş, barəsində olan məhkəmə qərarı ilə əlaqədar ona rəsmi sənədlər göndərilmiş, lakin onun maddi vəziyyəti pis olduğu üçün borcundan ödəməmiş, buna görə də barəsində məcburi icra tədbirləri görülmüş, 2023-cü ildə 10 gün və 15 gün olmaqla iki dəfə inzibati həbs edilmişdir. Borcunu ödəməsi ilə bağlı ona dəfələrlə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xəbərdarlıq edilmiş, işləmədiyi üçün borcunu ödəyə bilməmiş, əvvəllər özünün şəxsi avtomobili olmuş, taksi fəaliyyəti ilə məşğul olmuş, bir müddət avtomobili ilə çörək satmış, son iki-üç ildə maddi vəziyyəti yaxşı olmamış, iş olduqda fərdi evlərdə fəhlə işləmiş, anası aldığı pensiyadan ona köməklik etmiş, özünün qazancı az olmuş, daimi işləyə bilməmişdir. Əlinə gələn qazancını ərzaq mağazasına və başqa şəxslərə olan borcuna vermiş, öz ehtiyaclarına xərcləmişdir. 2023-cü ildə avtobus parkının yaxınlığında yerləşən avtomobil təmiri sexində iki aya yaxın usta işləmiş, orada iş yaxşı olmamış, işlədiyi iki ay ərzində təxminən 150 manat pul qazanmışdır. X1 Zərərçəkmiş şəxs ödəməsi üçün bir ilə yaxındır ki, ona hər ay 50 manat verdiyi pulu ehtiyacı olduğu üçün özünə xərcləmiş, anasına da pulu Yaşara ödədiyini demişdir. Maddi ziyanın 700 manat hissəsini istintaq dövrü Yaşara ödəmiş, qalan hissəsini də məhkəmə icraatında iş olarkən ödəmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sahil ilə əvvəldən tanışlıqları olmuş, bir məhəllədə yaşamışlar. Təxminən 2018-ci ildə Sahil ona avtomobil alveri ilə məşğul olduğunu və bunun üçün ona pul lazım olduğunu, pulu verərsə alverdən ikisinə də pul qalacağını, qazanc götürəcəklərini demiş, Sahil özündə də pul olduğunu, lakin avtomobil almaq üçün az olduğunu deyərək ondan pul istəmişdir. O, avtomobilini satdığı üçün əlində 8800 (səkkiz min səkkiz yüz) manat pulu olmuş, həmin pulu Sahilə vermiş, Sahil pulu ona qaytarmamış, Türkiyəyə getmişdir. Sahil 2019-cu ildə ona borcundan 4300 (dörd min üç yüz) manat qaytarmış və 4500 (dörd min beş yüz) manat borcu qalmışdır. Borcunu qaytarmadığı üçün notariusda Sahilin ona 4500 (dörd min beş yüz) manat borcunun olması barədə borc müqaviləsi bağlamışlar. Sahil həmin müqavilədə borcunu 2021 -ci ildə qaytaracağını göstərmiş, lakin o, borcunu həmin tarixdə qaytarmamış, 2022-ci ildə həmin puldan ona cəmi 1500 (bir min beş yüz) manat qaytarmış və 3000 (üç min) manat borcu qalmışdır. Sahil pulu vermədiyi üçün o, məhkəmədə Sahilə qarşı iddia qaldırmış, iddiaya məhkəmədə baxılmış və Naxçıvan Şəhər Məhkəməsi 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 3050 (üç min əlli) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarmışdır. 50 manat da onun iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumu olmuş, Sahil ona bugünə qədər heç bir ödəniş etməmişdir. Dəfələrlə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edib pulun ödətdirilməsini tələb etmiş, icra sənədini icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində bir çox icra tədbirləri görülərərk iki dəfə də inzibati qaydada həbs olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Sahilə borcunu ödəməsi üçün çox şans və vaxt vermiş, amma Sahil verdiyi sözə əməl etməmiş, Sahildən borcunu ödəməsini tələb etdikdə sonuncu məsuliyyətdən yayınmaq üçün yalan danışaraq guya borcunu ödəməyə çalışdığını, qısa müddətdə ödəyəcəyini demiş, beləliklə vaxtı uzatmağa çalışaraq borcunu ödəmək fikri olmamışdır. Məhkəmə qərarı çıxarıldıqdan sonra Sahil ilə bir neçə dəfə görüşmüş və telefonla əlaqə saxlamış, hər dəfə ondan möhlət istəyərək borcunu qısa müddətdə qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs borcunu ödəməməsinə, imkanının yaxşı olmadığını səbəb göstərmişdir. Sahil müxtəlif yerlərdə avtomobil təmiri ustası və sair işləri yerinə yetirməklə işləyib qazanc əldə etmiş, lakin məhkəmə qərarının çıxarılmasından iki il vaxt keçsə də, ona hər hansı bir ödəniş etməmişdir. Sahilin 3050 manat pulu ödəməyə imkanı olmuş, Sahilin borcunu ayda 150-200 manat olmaqla qaytarmasına da razılıq vermiş, Sahil borcunu hissəhissə qaytaracağına dair dəfələrlə yazılı şəkildə söz vermiş, lakin heç bir ödəniş etməmiş, hər dəfə yalan vədlər vermiş, hətta icra sənədi üzrə borcunu ödəməsi üçün anasının hər ay göndərdiyi 50 manat pulu Sahil ona verməyib xərcləmişdir. İş istintaqda olarkən Sahil ona 700 manat pul ödəmiş, qalan pulu iş məhkəmədə olarkən ödəmişdir. Ona vurulan ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial təsdiqli ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası CM- in (köhnə redaksiyada) 240 “A”, 241 “A” maddələr ilə məhkum edilmiş, 29 dekabr 1998-ci il tarixli Aministiya aktına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. O, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 242 “A” maddəsi ilə yenidən məhkum edilmişdir Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışlardan görünür ki, təqsirləndirilən şəxs Sultanov X4 şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır və yaşayır, 3 nəfər ailə üzvü vardır. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ziyanı tam ödəməsini, məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən, vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-55/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-55/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver