Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-55/2025 08.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayon Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, əvvəllər məhkumluğu olmayan, Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 13 noyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb, ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb, evin giriş qapısının yanına gələrək həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub, dəhlizdə olan güzgülü tirmonun üzərində olan aksesuar asılqanından Zərərçəkmiş şəxs məxsus bir ədəd 580 manat dəyərində 583 əyarlı, təmiz çəkisi 3 qram olan üzərində yonca şəkilli klonu olan qızıl boyunbağını oğurlamışdır.
2. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə 19 noyabr 2024-cü il tarixdə eyni üsulla ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb, ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub, dəhlizdə olan güzgülü tirmonun üzərində olan aksesuar asılqanından Zərərçəkmiş şəxs məxsus bir ədəd 400 manat dəyərində 585 əyarlı təmiz çəkisi 1,5 qram olan üzərində yonca şəkilli fiquru olan qızıl üzüyü və bir cüt 700 manat dəyərində 585 əyarlı təmiz çəkisi 3,8 qram olan daraqlı qızıl sırğanı oğurlamışdır.
3. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 23 noyabr 2024cü il tarixdə eyni üsulla ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb, ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub dəhlizdə olan güzgülü tirmonun üzərində olan aksesuar asılqanından Zərərçəkmiş şəxs məxsus bir ədəd 280 manat dəyərində 583 əyarlı təmiz çəkisi 1,55 qram olan üzərində A hərfi və ürək şəkilli klonu olan qızıl boyunbağını və bir ədəd 320 manat dəyərində 583 əyarlı təmiz çəkisi 1,35 qram olan nazik boyunbağını oğurlamışdır.
4. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2024-cü il dekabr ayının əvvəllərində eyni üsulla ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb, ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub yataq otağındakı tumbuçkanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 200 manat pulu oğurlamışdır.
5. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2024-cü il dekabr ayının ortalarında eyni üsulla ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb, ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub yataq otağındakı tumbuçkanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 150 manat pulu oğurlamışdır.
6. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2024-cü il dekabr ayının ortalarında, yuxarıda göstərilən hadisədən 2 gün sonra eyni üsulla ünvan 1 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub yataq otağındakı tumbuçkanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 150 manat pulu oğurlamışdır.
7. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2024-cü il dekabr ayının sonlarında eyni üsulla ünvan 2 ünvanında yerləşən binanın qarşısına gələrək, əvvəlcədən əldə edib idarə etdiyi avtomobilində saxladığı Zərərçəkmiş şəxs evinin açarını götürüb ona heç nə demədən gizli yolla 3-cü mərtəbəyə qalxıb evin giriş qapısının yanına gələrək, həmin açardan istifadə etməklə evə qanunsuz daxil olub yataq otağındakı tumbuçkanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 1220 manat pulu oğurlamışdır.
8. Bundan başqa o, təkrar özgə əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evə daxil olmuş, öz cinayətkar niyyətinə nail olmadan polis əməkdaşları tərəfindən saxlanılmışdır.
9. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dövlət ittihamçısının dediyi kimi həmin tarixlərdə oğurluq məqsədi ilə zərərçəkmişin evinə daxil olmuşdur. Əməlindən peşmandır. Həmin dövrdə işsizliyə görə maddi çətinliyi və psixoloji vəziyyəti buna şərait yaradıb. Əməlinə görə zərərçəkmişdən üzr istədiyini bildirərək onunla eyni restoranda özünün musiqiçi olduğunu söylədi. Həmin dövrdən az-çox münasibətləri olduğunu, zərərçəkmiş şəxsin həmin vaxt onun psixoloji vəziyyətinin yaxşı olmadığını bildiyini söylədi. Zərərin əvəzini də ödədiyini bildirirərək, himayəsində olan iki övladına layiqli yaşamağa çalışdığını söylədi. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs evinə daxil olduğunu neçə aydır bilir. Evinin kilidini dəyişdirmiş, həmin kilidin dörd açarı olmuş, biri Mirəlidə digər üçü özündə olmuşdur. Ona güvənib evinin açarını vermişdi. Bir gün işdən gəlib, səhər anasıgilə getmişdi. Həmin vaxt da özünə maşın alırdı. Güvən bankdan 10 000 manat pul götürmüş, maşını almış, evdə isə 2-3 min manat pulu qalmışdı. Həmin pulların 10 ədədinin 100 manat, qalanlarının isə 50 manat olduğunu, axşam pulları sayıb yatdığını səhər isə işə getdiyini, işə gedərkən pulları yenidən saymadığını söylədi. Gələndə görüb ki, pul qabının qapağı rahat bağlanır, pulları sayıb yerinə qoyanda çətin bağlanırdı. Anasına zəng vurmuş, onlara gəlib-gəlmədiyini soruşmuş, anası isə gəlmədiyini deyəndə demişdir ki, puldan 200-300 manat kəsir gəlir. Anası ona demişdir ki, o pulu Mirəli götürüb. O inanmamış, amma anası demişdir ki, neçə nəfər onu binadan çıxanda görüb. Anası onunla əlaqələrinin olub-olmadığını soruşmuş, o, da əlqələrinin olmadığını bildirmişdir. Bir az sonra Mirəli ona zəng etmiş və demişdir ki, üz-üzə danışmalıyıq. Ali Məhkəmənin qabağında onu gözlədiyini demiş, o, da gəlib maşını Nurşən gözəllik salonunun qarşısında saxlamışdır. Mirəlinin onun maşınına mindiyi və ya onun Mirəlinin maşınına mindiyi dəqiq yadında deyildir. Mirəli ona deyib ki, qapıda söhbəti eşitmiş və ona bildirib ki, pulu o götürməyib. O da deyib ki, kim götürübsə halal eləmir. Həmçinin bildirmişdir ki, Mirəli ondan indiyə qədər 100-200 manat pul istəyib sonra isə geri qaytarıb. Güzgünün qabağında qızıllarının olduğunu sonra zamanla yoxa çıxmağa başladığını bildirdi. Mirəlinin hər dəfə gəlib restoranın qabağında durduğunu, o isə qızlara yəqin onunla barışmaq istədiyini demişdir. Amma o işdə olub-olmadığını bilmək üçün gəlirmiş. Mirəli gəlib ondan kömək istəsəydi, kredit də götürüb Mirəliyə verərdi. Mağazaya girəndə siqaretə qədər aldığını bildirdi. Mirəli isə ona 6380 manat ziyan vurub. Ona ziyanın əvəzində 3000 manat pul verib. 3 uşağının olduğunu və anasının xəstə olduğunu söylədi. Güvən banka 80 000 manat borcu var. Mirəli də bunu bilir. O Mirəlidən soruşub ki, evin açarı səndə qalmıyıb, Mirəli isə deyib ki, onda açar yoxdur. Həmçinin Mirəlinin qumar borcları var idi. Əlaqələri olan vaxt ona gümüş boyunbağı almış, əlaqələri kəsiləndə isə onu özünə qaytarmışdır. Hazırda ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Ədalətli qərar qəbul edilməsini xahiş etdi.
11. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cahan ticarət mərkəzində uzun müddətdir ticarətlə məşğuldur. Müştərinin gəlib qızıl satmaq istədiyini deyəndə, qızılı tərəziyə qoyub həmin gün qızılın qiymətinə uyğun olaraq qiymət demiş, müştəri də razılaşarsa, satmışdır. Qızıl alanda satan şəxsin ad, soyadı, əlaqə nömrəsini də qeyd edirlər ki, sonra problem yaranarsa, həm çətinlik olmasın, həm də onlar təqsirli olmasınlar.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, çox müddət keçdiyindən işlə bağlı heç nə yadında qalmayıb. Polis çağırdı, onda bilib ki, qızıl onun tərəfindən alınıb. Nə aldıqları, neçə qram olduğu, neçəyə aldığı yadında deyil.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin tarix yadında deyil, hadisədən bir neçə ay keçmişdir. Məlumat daxil olmuşdur ki, evdə qapını açmırlar. Qapıya getmiş və döymüş, lakin evdən qapını açan olmamışdır. Sonra Şahin müəllimdir demiş, bu zaman təqsirləndirilən gəlmiş və qapını açmışdır. Ayşən xanım da demişdir ki, neçə müddətdir pulları yoxa çıxmış və oğurlanmışdır. Araşdırmışdır ki, 4-5 dəfə Mirəli evə daxil olmuşdur. Həm də Mirəlinin özü etiraf etmişdir ki, qızılları Cahan Ticarət Mərkəzinə aparmış və satmış, pullarını götürmüşdür.
15. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Naxçıvan şəhəri Cahan TM-nin Qızıl bölməsində 15-ci mağazanı işlədir. 15 ildir qızılı alveri ilə məşğuldur. Hər gün yüzlərlə müştəri gəlib qızıl alveri edir. Təqsirləndirilən şəxs ona qızıl satmasını xatırlamır. Qızıl bölməsinə satış edən hər bir vətəndaşın qeydiyyatı aparılır, şəxsiyyət vəsiqəsinin surəti çıxarılır və onun üzərində qeyd aparılır və qızılın satışı həyata keçirilir. Həmi sənədə baxanda bilmişdir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə 1.55 qram çəkidə dəyəri 117 manat olan bir ədəd A hərfi olan ürək klonlu boyunbağını gətirib satmışdır. O da həmin qızılı almış, qarşılığında 117 manat pul vermişdir.
Sübutların tədqiqi:
16. Cinayət işinin 35-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
17. Cinayət işinin 95-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
18. Cinayət işinin 129-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli Həbs qətimkan tədbirinin ləğv edilməsi haqqında görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad olunmuşdur.
19. Cinayət işinin 137-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır.
20. Cinayət işinin 177-ci vərəqəsində olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 438 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən qızıl-zinət əşyalarının 2024-cü ilin noyabr ayına (oğurluq baş verən tarixə) olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 949 (doqquz yüz qırx doqquz) manat müəyyən edilir.
21. Cinayət işinin 176-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 40 (qırx) manat müəyyən edilmişdir.
22. Cinayət işinin 152-ci vərəqəsində olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
23. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi
24. Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
25. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Maddə 6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
28. Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
29. Maddə 16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
30. Maddə 41. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir(41.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2).
31. Maddə 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
32. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
33. Maddə 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; - 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;
34. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
35. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
36. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
37. Maddə 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama: - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. 177-ci maddənin qeydinin 3-cü bəndi. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
39. Maddə 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.
40. Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.
41. Maddə 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.
42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
43. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. - 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - 124.2.2. ekspertin rəyi; - 124.2.3. maddi sübutlar; - 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; - 124.2.5. digər sənədlər.
44. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
45. Maddə 126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.
46. Maddə 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
47. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
48. Maddə 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
49. Maddə 351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
Məhkəmənin mövqeyi:
50. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.
51. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.
52. Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.)
53. Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
54. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir.
55. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmişdir.
56. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir.
58. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur.
59. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
60. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
61. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir.
62. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir.
63. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
66. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir.
67. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.
68. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
69. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.
71. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.
72. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir.
73. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz.
74. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.
75. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
76. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.
77. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir.
78. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
79. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, əməlini etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
80. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır.Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
81. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
82. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 17 mart 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək həbsdə olduğu 18 (on səkkiz) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 36 (otuz səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.
83. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
84. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhəri, Tumbul kəndində olan fərdi evi tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
85. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir.
86. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
87. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.
88. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
89. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (o bir) manat miqdarında müəyyən edilmişdir.
90. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Asan vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan vəkil Bürosunun hesabına köçürüməlidir.
91. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd evin açarı Zərərçəkmiş şəxs qaytarılmalıdır.
92. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur.
93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək həbsdə olduğu 18 (on səkkiz) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 36 (otuz səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsin üzərinə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhəri Tumbul kəndində olan fərdi evi tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Asan vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd evin açarı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Aslan Heydarov