Məhkəmə qərarları › İş №1(078)-56/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-56/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-56/2023 22.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:50 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Babək rayonu Qaraxanbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olub Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 5-də Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən arvadı Şahid1 məxsus əvvəllər birlikdə yaşadıqları evdən Zərərçəkmiş şəxs məxsus dəyəri 2024.70 manat olan 585 əyarlı, qaşsız, təmiz çəkisi 23.83 qram, Türkiyə istehsalı 01 ədəd üzərində ağ qaşları ola qalın qızıl biləriyi, 01 cüt dəyəri 1127.65 manat olan 750 əyarlı, çəkisi 11.87 qram, Türkiyə istehsalı, iri oval şəkilli qızıl sırğanı, 01 ədəd 1678.75 manat dəyərində 585 əyarlı çəkisi 19.75 qram Türkiyə istehsalı iri qızıl boyunbağını, 01 ədəd dəyəri 468.35 manat olan 750 əyarlı çəkisi 4.93 qram Türkiyə istehsalı üzüm şəkilli qızıl medalyonu, 01 ədəd 849.65 manat dəyərində kustar üsulla hazırlanmış 600 əyarlı 9.29 qram çəkidə brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 425 manat dəyərində 585 əyarlı çəkisi 5 qram Türkiyə istehsalı çiçək formasında üzüyü, 01 ədəd 246.50 manat dəyərində 585 əyarlı, 2.90 qram çəkidə tək qaşlı qızıl üzüyü, 01 cüt 132.60 manat dəyərində 585 əyarlı, çəkisi 1.56 qram Türkiyə istehsalı ola qızıl uşaq sırğasını, 01 cüt 314.50 nmanat dəyərində 585 əyarlı 3.70 qram çəkidə Türkiyə istehsalı buruq formalı qızıl sırğanı ümumilikdə 7267.79 manat dəyərində olan qızıl zinət əşyalarını, həmçinin 12500 manat pulu, 400 ABŞ dollarını, 20000 türk lirəsini gizli yolla talayaraq, nəticədə Zərərçəkmiş şəxs 21697.79 (iyirmi bir min altı yüz doxsan yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşə məhkəmə istintaqında baxılan zaman Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə qalan hissədə zərərçəkmiş şəxsə ziyan vurması sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayır. 2005-ci ildə X10 ilə ailə həyatı qurub. Həmin evlilikdən 3 qız övladı var. Böyük qızı Günay 17, ortancıl qızı Aygün 11, kiçik qızı Zəhra 7 yaşındadır. 2019-cu ilə qədər ailəsi ilə birlikdə yaşayıb, 2019-cu ildə ailədaxili problemlərlə bağlı ailəsindən ayrılmalı olub. Küsünlə ailə qurandan sonra ata evində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayıb. Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən torpaq sahəsi Şahid1 atası Vəlidən qızına miras qalıb. Qayınatası Vəli sağ olanda həmin torpağı Şahid1 adına keçirib. Küsünlə evli olduğu müddətdə Türkiyənin İstanbul şəhərində işləyib pul göndərib, orada özlərinə ev tikiblər. Həmin evi Küsünlə birlikdə tikib. Ev hal-hazırda yaşamağa yararlı vəziyyətdədir. 3-4 il orada yaşadıqdan sonra o Türkiyə Respublikasına gedib, çünki Küsün onunla mübahisə edib deyirdi ki, “torpağı atam verib, atamın evidir, sən burada qala bilməzsən”. Qayınanası Şüküfə və Küsün belə deyib onu evdən çıxarıb. Ondan sonra ailəvi münasibətləri korlanıb. Türkiyəyə gedib orada qalıb. Pandemiya vaxtı iş olmadığından evə pul göndərə bilməyib. Şahid1 da həmin vaxt məhkəməyə aliment tələb ilə bağlı müraciət edib. 6-7 ay sonra Küsün ondan boşanmaq istədiyini öyrənib. Türkiyədə yaşadığı üçün Küsün uşaqlarla birlikdə İstanbula onun yanına gəlib. Orada danışıb razılaşıblar. Küsün “evə gəl, tək yaşamaq olmur” demiş, Küsünlə birlikdə Naxçıvana qayıtmaq qərarına gəlmişdir. Naxçıvana qayıdandan sonra Küsün əlini belinə qoyub “mən istəyirdim, Naxçıvana gələsən, səni aldadıb Naxçıvana gətirdim, mənim pulumu verəssən” demiş və aliment borcu olduğundan pulu tələb etmişdir. 2023-cü ilin avqust ayının əvvələrində Küsün zəng vurub “evdən mətbəx hamam tikiləcək, gəl özün işlə” demiş o da “gəlim işləyim” deyib və hər gün gedib evdə işləmişdir. Həmin tikdikləri ev bir mərtəbəli fərdi yaşayış evi olub. Həmin ev 3 otaq, hamam-tualet və mətbəxdən ibarət olub. Evin 2 otağı hazır vəziyyətdə olub. Lakin bir otaq, mətbəx, hamam tualet təmirsiz olub. O həmin təmirsiz otağa əl gəzdirib düzəltmək istəyib. Otağın döşəməsi yoxdur. O otağın döşəməsini “yerə şap verdirim və yer düz olsun, təmir olunsun” deyə torpağını dırmıqlamışdır. Yeri dırmıqlayanda dımrığa bir əsgi ilişmiş, əsgini dartdıqda həmin əsgini çıxara bilməmiş, zorla dartıb çıxaranda bir qatıq vedrəsi görmüş, həmin vedrənin qapağını açanda “içərisində pul” olduğunu görüb. Həmin gün pulu götürməyib. “indi götürsəm, problem olar. sabahısı gün götürərəm” deyə planlaşdırıb. Həm də alimentlə bağlı məhkəməsinin olduğundan pul yerinə düşmüş, “götürüb istifadə edərəm” deyə fikirləşmişdir. “ailmentimi ödəyəm” deyə düşünüb. Həmin vaxt aliment borcu 11730 manat idi. Həmin pulu necə ödəyəcəyini tapıb. Səhərisi gün gedib evdə işləmiş, evdə işini bitirib, axşam tərəfi yeyib-içəndən sonra vedrənin içərisindən qırmızı rəngli kloku çıxartmış və həyətdən çıxıb, köhnə neft baza tərəfə gedib yeri qazaraq, kloku yerə basdıran zaman açıb “klokun içərisində həm sayısını bilmədiyi manat, türk lirəsi və ABŞ dolları həmçinin qızılların olduğunu görmüşdür. Həmin vaxt puldan əlli manat götürmüş kloku da ora basdırmışdır. Sabahısı gün qızılları və pulu basdırdığı yerdən çıxarıb evə gətirmiş, işlədiyi evdə pirketlərin altında gizlətmişdir. Puldan daha 150 manat götürmüşdür. Həmin puldan yavaş-yavaş götürüb özünə telefon almış, qızı Aygünün telefonu düzəltdirmiş, uşaqları şəhərdə yeməyə aparmış, özünə pal-paltar almış, 20000 türk lirəsini Cahan TM-də əldən dəyişib 900 manat almışdır. Eyni vaxtda 400 ABŞ dollarını isə orada dəyişib 680 manat pul almışdır. “aliment borcumu tam şəkildə ödəyim” deyə düşünüb həmin dəyişdiyi pulları aparıb pulun üstünə qoyub düzəltmiş, pulu Türkiyədən aldığı qara rəngli əl çantasına qoymuşdur. Tutulmamışdan bir gün əvvəl gecə vaxtı 11300 manat pulu qara çantanın içərsində əmisi X1 yaşadığı evin damına qalxıb gizlətmişdir. Bunu heç kəsin bilməmişdir. Bu barədə əmisigilə heç nə deməmişdir. Qızılları da aparıb bacısı Ləmana verib “qızılları tapmışam, səndə qalsın və mən götürürəm” demişdir. Aliment borcunu ödəməyi barədə hey düşünmüşdür. Alimentlə bağlı məhkəməsi 29 avqust 2023-cü il tarixdə olacağı üçün pulu saxlamışdır. 25 avqust 2023-cü il tarixdə Polis Bölməsinə dəvət olunmuş, araşdırma gedən zaman səmimi olaraq elədiyi oğurluğu etiraf etmişdir. Aliment borcu ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində barəsində cinayət işi başlanmış, orada istintaq getmişdir. Borcu çox olduğu, ödəyə bilmədiyi üçün oğruluq etmişdir. Tutulduğu günün gecəsi Küsün zəng vurub “Cəmilənin qızılları və pulları oğurlanıb, xəbərin yoxdur?” deyə soruşmuş o da “xəbərim yoxdur” cavabını vermişdir. Bu danışıqdan sonra qızıllar və pulların Zərərçəkmiş şəxs məxsus olduğunu öyrənmişdir. Şahid1 ilə rəsmi boşanmayıb. Sadəcə aliment tələbinə görə Küsünə aylıq 300 manat pul ödəyir. Pandemiya vaxtı aylıq 300 manatı ödəyə bilməyib və borcu artıb. Şahid3 və Ləman Məmmədovanın qızıllar və pullar barədə əvvəlcədən məlumatı olmayıb. Həmin qızılların və pulların oğurluq olmaları barədə heç bir məlumatları olmayıb. Sadəcə olaraq aliment borcunu ödəmək üçün pulu ayırandan sonra qızılları saxlaması üçün Ləmana verib. Ləmana da “tapmışam” deyib. Evdə tək işləyib. Yanında heç kəs olmayıb. Ailə münasibətlərinə görə qohumlarından heç kəs gəlib-getməyib, özü tək işləyib. Tək olanda qızılları və pulu götürüb. Bu barədə heç kəsə heç nə deməyib. İlk dəfə oğurluq edib. Oğurluq etməsinin səbəbi aliment borcunu ödəmək olub. Törətdiyi əməldən peşman olmuşdur. Baldızının dediyi kimi orada 25000 manat pul olmayıb. O pulu sayıb 20000 türk lirəsi olub, 400 dollar olub. Həmin pulları dəyişib götürdüyü manatların üstünə qiyub və cəmi 12500 manat pul edib. Pullardan 11300 manatı zərərçəkmiş şəxsə qaytarıb, qalan 1200 manatını isə xərcləyibdir. Həmin pulun 250 manatına özünə Redmi Note 8 markalı mobil telefon alıb, 150 manat pul verib qızına məxsus telefonun üzünü dəyişib, özünə paltar alıb, uşaqlarına aldığı patların borcunu ödəyib, bir dəfə uşaqlarını yeməkxanaya aparıb 90 manat pul ödəyib, qalan pula isə bir neçə dəfə pivə alıb içmişdir. Qızıllardan heç birini götürməyib və hamısını olduğu kimi zərərçəkmiş şəxsə qaytarıbdır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs bacısı Şahid1 həyat yoldaşıdır. Lakin faktiki olaraq ayrı yaşayırlar. Qızıllarının və pularının saxlanıldığı ev bacısı Şahid1 məxsusdur. Həmin evdə heç kəs yaşamır. Həyətdə kirayə yaşayan da yoxdur. Bacısı Küsün 5 ildir uşaqları ilə birlikdə həmin evdən çıxıb anası X3 yaşadığı evin qonşuluğunda yerləşən evdə yaşayır. O 2019-cu ildə oğlu Nicat Tağıyevlə birlikdə işləmək üçün Türkiyə Respublikasına getmiş, bir il Türkiyənin İstanbul şəhərində işləmiş, oradan qayıdanda üstündə 20000 türk lirəsi olmuş, bundan əlavə işləyib qızına 5000 manat pul göndərmişdir. Kirayə yaşadığı və kirayə yaşadığı evin bir açarı olduğundan, özünə məxsus pulları və qızılları götürüb bacısı Küsünün adına olan və Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evin uşaq otağı adalanan lakin hazır vəziyyətdə olmayan otağın küncündə Teksun yağ qabının içərisində bir ədəd italyan qızılı sayılan kolye, bir ədəd həmin qızılın bilərziyi, bir cüt uzunsov qızıl sırğa, bir ədəd brilyant üzük, bir ədəd qalın bilərzik, 2 ədəd nazik ərəb boyunbağısı, bir ədəd ondan nazik olan ortasında göz muncuğu klonu olan boyunbağı, bir cüt yaşıl qaşlı sırğa, bir cüt xırda noxud boyda uşaq sırğası, bir cüt italiya qızılı sırğa, bir cüt buruqlu sırğa, bir ədəd gül formasında üzük, bir ədəd tək qaşlı alyans üzük, bir ədəd üzüm formalı klonu, 25000 manatı, 600 ABŞ dollarını, 20000 türk lirəsini qoyub torpağa basdırmışdır. Teksun qabında qızılları 2 il bundan qabaq yay aylarında oraya basdırıb. 2 il ərzində istənilən vaxt gedib qızıllara pullara baxıb. Lazım olanda ehtiyacı üçün pul götürüb xərcləyib. Götürdüyü pulu da 2-3 aya düzəldib yerinə qoyub. Evin kirayəsini qardaşı Məhəmməd Hənifəyev verdiyindən, “Vətən mebel”də işlədiyi müddətdə pulları yığmışdır. Bir həftə əvvəl bacısı Küsün “gəl bizim evə, qızılları basdırdığın yerdən götür, Nağdəli evə şap verəcək” demiş, vaxtı olmadığına görə və işdən gec çıxdığı üçün gedib qızılları və pulu götürə bilməmişdir. 24 avqust 2023-cü il tarixdə bacısı Küsün yenə zəng vurub “sabah Nağdəli evə şap verəcək, gəl qızılları və pulu götür” demiş, o da anasıgilə gedib Küsünü çağırmış, açarı götürüb birlikdə həmin evə getmişlər. Evə gedib otağa keçmiş beli götürüb qızılları basdırdığı yeri qazmağa başlamış, lakin nə qədər qazsa da, qızılların yerində olmadığını görmüşdür. Bununla bağlı polisə müraciət etmişdir. 25000 manat, 600 ABŞ dolları, 20000 türk lirəsi və 10000 manat dəyərində qızılları oğurlanıb. Pulun bir hissəsi və qızılların bir hissəsi qaytarılsa da tam qaytarılmayıb. O 2017-ci ildə boşanıb. Boşanan zaman 5000 manat pulu olub. Uşaqların alimenti karta vurulub və həmin pulu çəkməyib. Əlavə olaraq puldan yaxından tanıdığı şəxslərə sələm veribdir. Pulu tam olaraq 25000 manat düzəldibdir və Küsünlə birlikdə yerə basdırıbdır. Arada pul lazım olanda açıb götürün yerinə qoyubdur. Qızına Türkiyəyə gedib cehiz alsın deyə lirəni dəyişməyibdir. Bunun nəticəsində ona təxminən 37332 manat maddi ziyan dəyib. Yerində olmayan qızıllara dair hər hansı sübutu yoxdur, çünki o qızıl taxan olmayıb. Hər hansı toyda şənlikdə üzərində qızıl əşyası olan şəkli yoxdur. Pulların 25000 manat olmasını isə o və bacısı bilib. Pulları 9 ədəd yüz manat və 10-cu yüz manatı üzərinə qatlamaqla 1000 manat şəklində qoyub. Torpağa güvənib, yerə basdırıb, oğrunun yeri qazıb nəyisə oğurladığını heç eşitməyib. Nağdəlinin tutulmasını istəmir, çünki onun pulu qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı Şahid1 könüllü olaraq verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. N nömrəli hərbi hissədə xadimə işləyir. Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə bacısıdır. 2004-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub. Həmin evililikdən 3 uşağı var. Ailə qurandan sonra böyük qızı 6 aylıq olanda qızını anası Şüküfəyə verib, Türkiyənin İstanbul şəhərinə getmiş, İstanbulda 9 il yaşamış, sonra qızları ilə kəndə qayıtmışdır. Nağdəli Türkiyədə qalıb orada işləmiş, bir il sonra gəlmişdir. Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən ev atasından ona miras qalmışdır. Həmin evi atası ona pay vermişdir. Ev 2 otaq bir salondan ibarətdir. 2 otağı hazır vəziyyətdədir. 5 aydır qızları ilə birlikdə həmin evdə yaşayır. Nağdəli uşaqları onun üstünə atıb Türkiyəyə getmişdir. Nağdəli 4-5 ay işləyib həmin işdən aldığı pulları yollamış o da borcunu ödəmişdir. Sonra Nağdəli pul göndərməmişdir. Üç uşağa baxa bilmir. Nağdəlinin Türkiyədə evləndiyini və uşaqlara baxmayacağını eşitmiş, bundan sonra alimentlə bağlı 2018-ci ildə məhkəyəmə müraciət etmişdir. Həmin vaxtı anası narahat olduğundan sadəcə ailmentlə bağlı müraciət edib. Nağdəli “səndən boşanmıram, məhkəmə boşasın aliment kəsin sənə pul yollayacam” demişdir. 2022-ci ilin sonlarında X5 gəlmişdir. Lakin o Nağdəlini qəbul etməmişdir. Nağdəliyə “burada qalma” demiş, buna görə də Nağdəli qardaşının evində, hərdən bir bacısının evində qalmışdır. Nağdəli ona “evi düzəltmək istəyirsənsə, başqasını çağırma gəlim mən işləyim, qızlarım böyükdür, böyük qızımın 17 yaşı var” demişdir. Nağdəli ona “sən siqaretimi al, mən evə kömək edəcəm, evi təmir edəcəyik” demişdir. Bir gün Nağdəli bacısının yoldaşı İsfəndiyar ilə gəlib işləmiş, ondan sonra tək gəlib işləmişdir. Nağdəli “ayrı adam gəlir, pul verirsən, pul vermə, mən özüm tək işləyəcəm” demiş, o da razılaşmışdır. İki gündən bir, gün aşırı gəlib getmişdir. Bacısı Cəmilə onun evində döşəməsi olmayan otağının torpaq qatını qazıb həmin yerə qızıllarını və pullarını yağ vedrəsinin içərisində basdırmışdır. Həmin pulların və qızılların basdırıldığı yeri o və Cəmilə bilib. Başqa da heç kəsin bu barədə məlumatı olmayıb. Bir dəfə evə gələndə Nağdəlinin qızıl və pullar olan otağı boşaldığını görüb. Bu barədə bacısı Cəmiləyə zəng vurub “gəl qızıllarını və pullarını götür apar, Nağdəli evə şap verəcək, sonra götürə bilməyəcəksən” demişdir. Cəmilənin orada nə qədər qızıl və pul saxladığını bilirdi. Cəmilə də axşam gəlib yeri qazmış, lakin qızılları və pulu tapa bilməmişdir. O və bacısı Cəmilə narahat olmuşdur. Həmin qızıllar və pullar 2 ildir orada yerdə basdırılmış vəziyyətdə idi. Heç kəs də dəyməmişdir. Nağdəli evdə işlədiyindən birdən onun işi olar deyə düşünmüşdür. Nağdəlidən başqa heç kəs evə girməmişdir. Nağdəliyə zəng vurub “evdəki vedrəni sən götürmüsən?” deyə soruşmuş, Nağdəli də “mən pul götürməmişəm, puldan xəbərim yoxdur” demişdir. Nağdəliyə “pul səndədirsə, gətir qaytar, polisə getməyək” dediyində Nağdəli telefonu söndürmüş, nə qədər zəng vursa da açmamışdır. Bununla bağlı polisə müraciət etmişlər. Nağdəlinin qızılları götürdüyünü bilməyib, sadəcə olaraq evə gedəndə evin otağına şap veriləcəyini görmüş, Cəmiləyə bu barədə məlumat vermişdir. Ancaq axtaranda qızılları və pulu tapa bilməmişlər. Alimetlə bağlı 2023-cü ilin avqust ayının 9-da, 18-də məhkəmələri olmuşdur. 9 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində Nağdəli “imkanım yoxdur, mənə kəsilən alimenti ödəyə bilmirəm, işləyirəm də, pulumu ala bilmirəm” demiş, lakin nə dəyişdisə, 18 avqust 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində olan alimentlə bağlı prosesdə Nağdəli cibindən pul çıxarmış, hakim “bu nə puldur, nə qədərdir” soruşduğunda Nağdəli də “uşaqlar yığıb pul qoyub ki, mən tutulmayım” demişdir. 2500 manat idi. Hakim də “2500 manat azdır, ən aşağı 5000 manat ödəməlisən ki, qalanını da aybaay ödəyəsən” demişdir. Buna görə də hakim Qabil Məmmədov pulu qəbul etməmişdir. Ümumiyyətlə Nağdəli heç kimlə yola getmir. Qardaşı Yuran ilə də münasibətləri pozulub. Nağdəli Qaraxanbəyli kəndində bacısıgildə yaşayır. Nağdəli özünə mobil telefon almış, dükanlara borcunu ödəmiş, uşaqları yedirdib-içdirib gəzdirmiş və belə-belə xərcləmişdir. Bacısı Cəmilənin torpağa basdırdığı -bir ədəd üzərində ağ daşları olan qalın qızıl bilərzik, bir cüt iri oval şəkilli sallanan qızıl sırğa, bir ədəd iri qızıl boyunbağı, bir ədəd üzüm şəkilli qızıl medalyon, bir ədəd üzərində qaşları olan qızıl üzük, bir ədəd çiçək formalı qızıl üzük, bir ədəd tək qaşlı qızıl üzük, bir cüt qızıl uşaq sırğası və bir cüt buruq formalı sallanan qızıl sırğa, 2 ədəd nazik ərəb boyunbağısı, bir ədəd ondan nazik olan ortasında göz muncuğu klonu olan boyunbağı, bir cüt yaşıl qaşlı sırğa, bir cüt xırda noxud boyda uşaq sırğası, 20000 türk lirəsi idi. Ancaq orada ABŞ dolları olduğunu bilməyib. Ümumilikdə orada 23000 manat dəyərində pul olduğunu bilirdi. İstintaq zamanı 23000 manat desə də pul 25000 manat idi. Həmin pulu 2018-ci ilin payız ayları yerə basdırmışdılar. Na görə dəqiqə yadındadır ki, atası 2019-cu ilin fevral ayında vəfat edib. Onun vəfatından 3-4 ay əvvəl idi. Pulu yerə basdıranda hansı şəkildə basdırdıqlarını tam xatırlamır. Pulları 1000-1000 ayırmamışdılar, hamısı üst-üstə qoyulmuşdur. 2000 türki lirəsini bacısı İstanbuldan işləyib gətirmişdir. Birinci dəfə pulu yerə basdıranda pul manat və qızıl idi, sonra lirəni qoydular. Cəmilə puldan götürüb sələmə verirdi, onunla dolanırdı. Əsas pul yerində qalırdı. Sonuncu dəfə yay aylarında bacısı qızını işə düzəltmək üçün 5000 manat pul götürmüşdü, sonra iş alınmadı yerinə qoydu. O Nağdəlidən boşanmaq fikri olmamışdır, bu gün də yoxdur. Nağdəli istəyir boşansın. Bacısının pulunu və qızıllarını qaytarsın yerinə qoysun. Məhkəmə istintaqı zamanı Şahid2 könüllü olaraq verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri Qarxanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Zərərçəkmiş şəxs qardaşı Nağdəlinin baldızıdır. Nağdəli Şahid1 ilə ailə qurub, onların 3 övladı var. X8 şəhərində yaşayırdı, 2022-ci ilin noyabr ayında Naxçıvana qayıdıb, Naxçıvanda fəhləlik edir. Nağdəli ailə qurandan sonra Küsünün ata həyətində özünə ev tikib. Ev tam hazır vəziyyətdə deyil. Bəzi işləri qalır. Ancaq Küsüngil orada yaşayır. Nağdəli də Türkiyədə işləyib pul göndərib, beləcə evi tikdirib. Nağdəli ilə Küsünün arasında ailə problemi olub, boşanmasalar da ailment kəsilib. Nağdəli ailmenti verə bilmədiyi üçün Naxçıvan Şəhər Məhkəməsində barəsində iş başlanılıb. Nağdəlinin alimentə görə 10000 manat borcu var. Nağdəli Türkiyədən gələndən sonra Küsün onu qəbul etməyib. Buna görə də Nağdəli qardaşı Yurangildə qalır. Nağdəlinin baldızı Cəmilənin qızıllarının və pulunun oğurladığını bilməyib. Nağdəli axşamçağı qızılları gətirib ona verəndə “bacı, bu qızılları saxla, mənə aiddir, mən səndən götürəcəm” dediyində Nağdəlidən “ay Nağdəli bu nə qızıldır, problem var? de bilək” soruşmuş, Nağdəli də heç nə demədən tələsik getmişdir. Narahat olmuş və qardaşı Yurana zəng vurub evə çağırmışdır. Yuran gəldiyidə ona “belə bir məsələ var, Nağdəli gətirib qızıl verib, mən də bilmirəm nə edim. Nağdəlinin də harada olduğunu bilmirəm” demiş, Yuran da “heç mən də bilmirəm, görən hara gedib?” demişdir. Ondan sonra qızıllara baxıb, onları qonşu həyətdə hinə qymuşdular. Bir qədər keçəndən sonra Yuran ona zəng vurub “Nağdəlinin verdiyi qızıllar oğurluqdur, polis gəlsə, onlara təqdim edək” demişdir. Səhərisi gün polis əməkdaşları gəlmiş, o da qızılların onda olduğunu polisə demiş və onları polislərə təqdim etmişdir. Həmin vaxt Nağdəlinin öz evində evini təmir edən zaman Cəmilənin əvvəlcədən ora basdırdığı və pullarla birlikdə oradan olan qızıllarını oğurladığını bilmişdir. Qızılların oğurluq olduğunu bilməyib. Nağdəli təkcə qızılları gətirib ona verib. Başqa da pul və ya əşya verməyib. Məhkəmə iclasında Şahid3 könüllü olaraq şahid qismində dindirilərkən Şahid2 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Şirməmməd oğlu ifadəsində göstərmişdir ki, Şahbuz rayon Keçili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs tanımır. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. O, axşamçağı evində olanda polis əməkdaşları ilə Nağdəli evə gəlmişdir. Həmin vaxt Nağdəli yaşadıqları evin damını göstərib orada pul olduğunu demişdir. O, polis əməkdaşlarına Nağdəlinin göstərdiyi yerə baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Nağdəlinin damın üstündə gizlətdiyi oğurluq pulları aşkar olunmuşdur. Bu barədə Nağdəli əvvəlcədən ona heç nə deməyib. Həmin vaxt o, Nağdəlinin pul və qızıl oğurladığını öyrənib. İstintaq zamanı Zərərçəkmiş şəxs oğurluq olması ilə bağlı müraciət etdiyindən Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin fotoşəkilləri çəkilmiş və nəticəsi protokollaşdırılmışdır. Həmçinin evə baxışın gündüz vaxtı keçirilməsinə zərurət yarandığından həmin evə gündüz vaxt baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İstintaq zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaqı keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd Redmi Note 8 markalı mobil telefon, bir ədəd 4169 7388 6277 0587 kart hesablı birbank Kapital bank kartı aşkar olunaraq fotoşəkilləri çəkilib götürülmüşdür. Həmçinin fotoşəkillər protokola əlavə edilmişdir. İstintaq zamanı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd Redmi Note 8 markalı mobil telefona baxış keçirilmiş və nəticəsi protokollaşdırılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs adına olan bir ədəd 4169 7388 6277 0587 kart hesablı birbank Kapital bank kartına iş üçün əhəmiyyətli olduğundan baxış keçirilməsi zərurət yarandığından, Təqsirləndirilən şəxs iştirakı ilə Kapital bankın Naxçıvan filialından alınmış ödəniş kartı üzrə çıxarışa tərəfimdən baxış keçirilmiş və məlum olmuşdur ki, bir ədəd 4169 7388 6277 0587 kart hesabında mövcud balans sıfırdır. Çıxarışın dövrü xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasını əhatə edir. Dövr üzrə mərxaric və mədaxil ümumi 460 manat olmuşdur. İş üçün əhəmiyyətli olduğundan 05 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək xx-xx-2023-də 20 manat, xxxx-2023-də manat mədaxil olmuş, xx-xx-2023-də 20 manat, xx-xx-2023-də 20 manat məxaric olmuş, xx-xx-2023-cü il tarixdə 220 manat mədaxil olmuş, xx-xx-2023-cü il tarixdə 220 manat məxaric olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı pulları Naxçıvan şəhəri Qaraxanbəyli kəndində Şahid4 Şirməmməd oğlunun yaşadığı evin damında gizlətdiyini bildirdiyindən, həmin evə Şahid4 razılığı əsasında baxış keçirilmiş, baxış zamanı evin arxası tərəfdən dam örtüyünün altındakı boşluq olan yerdən bir ədəd qara rəngli əl çantası aşkar olunaraq götürülmüş, video-çəkiliş ilə həmin əl çantası açıldıqda çantanın içərisindən 11250 manat aşkar olunaraq sayılmış və iş üçün əhəmiyyətli olduğundan prosessual qaydada götürülmüşdür. İstintaq hərəkəti aparılan zamanı çəkilmiş fotoşəkillər və qeydə alınmış video görünütü bir ədəd DVD-yə yüklənərək protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı qızılları bacısı Şahid2 verdiyini bildirdiyindən, Şahid2 olan qızılların yeri müəyyən edilmiş və Şahid2 qızılları saxladığı yerdən çıxararaq təqdim etmiş və aşkar olunan 9 ədəd müxtəlif ölçülü qızılllar - bir ədəd qalın qızıl bilərzik, bir cüt iri oval şəkilli sallanan qızıl sırğa, bir ədəd iri qızıl boyunbağı, bir ədəd üzüm şəkilli qızıl medalyon, bir ədəd üzərində qaşları olan qızıl üzük, bir ədəd çiçək formalı qızıl üzük, bir ədəd tək qaşlı qızıl üzük, bir cüt qızıl uşaq sırğası, bir cüt buruq formalı sallanan qızıl sırğa prosessual qaydada götürülmüşdür. İstintaq hərəkəti aparılan zamanı çəkilmiş fotoşəkillər və qeydə alınmış video görünütü bir ədəd DVD-yə yüklənərək protokola əlavə edilmişdir. İstintaq zamanı aşkar olunmuş qızıllar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxs qızılların hər birinin tanınma əlamətlərini qeyd edərək həmin qızılları tanımışdır. Tanınma istintaq hərəkəti keçirilərkən fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş Azərbaycan SSR-nin CM-nin 243-cü maddəsi (Maddə 243. Döyüş şəraitində hissəni və ya qulluq yerini müddətdən asılı olmayaraq özbaşına buraxıb getmə) ilə məhkum olunduğu, 03 il 06 ay barəsində azadlıqdan məhrum etmə cəzası seçildiyi, 06 may 2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin aminstiya qərarı ilə cəzadan azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində ********* nömrəli cinayət işi başlanıldığını, 06 sentyabr 2023-cü il tarixdə 01 il müddətinə barəsində azadlıqdan məhrum etmə cəzasının seçildiyi, həmin hökmün 28 sentyabr 2023-cü il tarixdə qüvvəyə mindiyi göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən çıxarılmış hökm və digər zəruri sənədlər iş üçün əhəmiyyətli olduğundan cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına X2 qeydiyyatda olubolmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X4 alınmış 01 noyabr 2023-cü il tarixli 337 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi sağlam olduğu, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olduğu, Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zamanı aşkar olunmuş zinət əşyaları mütəxəssis, zərgər X11 təqdim edilmiş, mütəxəssis zinət əşyalarını tədqiq etdikdən sonra verdiyi arayışda bir ədəd üzərində ağ daşları olan qalın qızıl bilərziyin Türkiyə istehsalı olub, 585 əyarlı, qaşsız təmiz çəkisinin 23,82± qram olduğu, bir cüt iri oval şəkilli sallanan qızıl sırğanın Türkiyə istehsalı olub, 750 əyarlı, təmiz çəkisinin 11,87 qram olduğu, bir ədəd iri qızıl boyunbağının Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 19,75 qram olduğu, bir ədəd üzüm şəkilli qızıl medalyonun Türkiyə istehsalı olub, 750 əyarlı, təmiz çəkisinin 4,93 qram olduğu, bir ədəd üzərində qaşları olan qızıl üzüyün kustar üsulla hazırlandığı, ümumi 600± əyarlı, çəkisinin 9,29 qram olduğu, üzərindəki qaşların brilyant olduğu, 22 ədəd brilyantın 0,24 sot olduğu, bir ədəd çiçək formalı qızıl üzüyün Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 5 qram olduğu, bir ədəd tək qaşlı qızıl üzüyün Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 2,90 qram olduğu, bir cüt qızıl uşaq sırğasının Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 1,56 qram olduğu, bir cüt buruq formalı sallanan qızıl sırğanın Türkiyə istehsalı olub, 585 əyarlı, təmiz çəkisinin 3,70 qram olduğu göstərilmişdir. İstintaq zamanı zərərçəkmiş şəxsin qeyd etdiyi və müstəntiq tərəfindən şifahi bildirilən bir ədəd həmin kolyenin qızıl bilərziyini, 2 ədəd qızıl ərəb boyunbağısını, bir ədəd üzərində göz muncuğu olan qızıl boyunbağını, bir cüt yaşıl qaşlı qızıl sırğanı və bir cüt qızıl uşaq sırğa təqdim edilmədiyindən onlarla bağlı istintaqa məlumat vermək mümkün olmamışdır. İstintaq zamanı mütəxəssis tərəfindən verilən arayış əsasında həmin qızıl-zinət əşyaları ilə bağlı həqiqətin müəyyən edilməsi və orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 03 noyabr 2023-cü il tarixli 1073 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 09 ədəd müxtəlif çeşidli qızıl zinət əşyalarının ümumilikdə orta bazar qiymətinin 7267,70 manat olduğu göstərilmişdir. Faktiki mövcud olmayan qərarın təsviri hissəsində göstərilən qızılların isə qiymələndirilməsinin aparılmasının mümkün olmadığı göstərilmişdir. İstintaqla əlaqədar prosessual qaydada götürülmüş bir ədəd üzərində Teksun söz yazılan plastmas vedrə, bir ədəd Redmi Note 8 markalı mobil telefon, bir ədəd 4169 7388 6277 0587 kart hesablı birbank Kapital bank kartı, bir ədəd qara rəngli əl çantası, bir ədəd üzərində ağ daşları olan qalın qızıl bilərzik, bir cüt iri oval şəkilli sallanan qızıl sırğa, bir ədəd iri qızıl boyunbağı, bir ədəd üzüm şəkilli qızıl medalyon, bir ədəd üzərində qaşları olan qızıl üzük, bir ədəd çiçək formalı qızıl üzük, bir ədəd tək qaşlı qızıl üzük, bir cüt qızıl uşaq sırğası və bir cüt buruq formalı sallanan qızıl sırğa cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut kimi tanınmış bir ədəd üzərində Teksun söz yazılan plastmas vedrə, bir ədəd Redmi Note 8 markalı mobil telefon, bir ədəd 4169 7388 6277 0587 kart hesablı birbank Kapital bank kartı və bir ədəd qara rəngli əl çantası, saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına saxlanılmaya verilmiş və Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınaraq qızılların ona qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs adına avtomobil və ya digər nəqliyyat vasitələrinin olubolmaması barədə Naxçıvan MR DİN-nin DYPİ-nə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs adına heç bir avtonəqliyyat vasitəsinin olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və torpaq sahəsinin olub-olmaması barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs adına Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 29 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ailə üzvləri (cəmi 7 nəfər) ilə birlikdə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində JN- 279 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 6953,75 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyi göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs vergi ödəyicisi olub-olmaması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə sorğu verilmiş və həmin Xidmətdən alınmış cavabda Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinə manatın digər məzənnələrə olan valyuta nisbətinin müəyyən edilməsi məqsədilə sorğu verilmiş və İdarədən alınmış 01/375 nömrəli 30 oktyabr 2023-cü il tarixli cavab cinayət işinə əlavə edilmişdir. Naxçıvan şəhəri Qaraxanbəyli kənd İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı müddətdə özünü təmkinli, bacarıqlı və işgüzar vətəndaş kimi apardığı, məhəllə arasında hörmət qazandığı, göstərilmişdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1- ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 5-də Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən nikah dövründə olsa da faktiki olaraq ayrıldığı həyat yoldaşı Şahid1 məxsus əvvəllər birlikdə yaşadıqları evdən baldızı Zərərçəkmiş şəxs məxsus 2024.70 manat olan 585 əyarlı, qaşsız, təmiz çəkisi 23.83 qram, Türkiyə istehsalı 01 ədəd üzərində ağ qaşları ola qalın qızıl bilərziyi, 01 cüt dəyəri 1127.65 manat olan 750 əyarlı, çəkisi 11.87 qram, Türkiyə istehsalı, iri oval şəkilli qızıl sırğanı, 01 ədəd 1678.75 manat dəyərində 585 əyarlı çəkisi 19.75 qram Türkiyə istehsalı iri qızıl boyunbağını, 01 ədəd dəyəri 468.35 manat olan 750 əyarlı çəkisi 4.93 qram Türkiyə istehsalı üzüm şəkilli qızıl medalyonu, 01 ədəd 849.65 manat dəyərində kustar üsulla hazırlanmış 600 əyarlı 9.29 qram çəkidə brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 425 manat dəyərində 585 əyarlı çəkisi 5 qram Türkiyə istehsalı çiçək formasında üzüyü, 01 ədəd 246.50 manat dəyərində 585 əyarlı, 2.90 qram çəkidə tək qaşlı qızıl üzüyü, 01 cüt 132.60 manat dəyərində 585 əyarlı, çəkisi 1.56 qram Türkiyə istehsalı ola qızıl uşaq sırğasını, 01 cüt 314.50 nmanat dəyərində 585 əyarlı 3.70 qram çəkidə Türkiyə istehsalı buruq formalı qızıl sırğanı ümumilikdə 7267.79 manat dəyərində olan qızıl zinət əşyalarını, həmçinin 12500 manat pulu, 400 ABŞ dollarını, 20000 türk lirəsini gizli yolla talayaraq, nəticədə Zərərçəkmiş şəxs 21697.79 (iyirmi bir min altı yüz doxsan yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün qismən kifayət etməsini nəzərə alır. Təqsirləndirilən şəxsə qarşı yeganə və ya həlledici sübut başqasının sözlərinə əsaslanan ifadədən ibarət olsa belə, onun sübut kimi qəbul olunması avtomatik olaraq 6-cı Maddənin 1-ci bəndinin pozulması ilə nəticələnmir. Lakin, ittihamın yeganə və həlledici dərəcədə şahidin ifadəsinə əsaslanması faktı ölçülüb-biçilməli olan və yetərli balanslaşdırma, o cümlədən güclü prosessual təminatlarin mövcudluğunu tələb edən çox mühüm amildir. Hər bir məhkəmə işində sual bundan ibarət olur ki, yetəriqədər balanslaşdırıcı amil, o cümlədən sübutun etibarlılığını düzgün və ədalətli qiymətləndirməyə imkan verən tədbirlər mövcud olubmu?. İttihamın belə sübuta əsaslanmasına, məhkəmə işi üçün əhəmiyyəti nəzərə alınan həmin sübut kifayət qədər etibarlı olduqda icazə verilir. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əl Kavaya və X7rşı iş). Hazırki işdə Təqsirləndirilən şəxs 25000 manat, 600 ABŞ dolları pulun və 15 adda müxtəlif qızıl-zinət əşyalarının oğurlanması barədə ittiham sadəcə Zərərçəkmiş şəxs və bacısı Şahid1 ifadələri əsasında verilmişdir. Zərərçəkmiş şəxs pulun oğurlandığı yerdə 25000 Azərbaycan manatı və 600 ABŞ dolları eləcə də 15 adda qızıl-zinət əşyalarının mövcudluğuna dəlalət edən ikinci bir sübut yoxdur. Nə mövcud olmayan qızıl əşyalarının zərərçəkmiş şəxsə məxsus olması, ona aid olmasını və mövcudluğunu təsdiqləyən hər hansı sübut cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxs tərəfindən bununla bağlı sübutlar təqdim edilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs tərəfindən etiraf edilən 12500 manatdan və 400 ABŞ dollarından, 9 adda qızıl əşyalarından əlavə qızıl əşyalarının və pulun mövcud olması təsdiqini tapmır. 20000 Türkiyə lirəsinin isə möcud olması təqsirləndirilən şəxsin etirafı ilə təsdiqini tapır. Təqsirləndirilən şəxsin hazırda barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hökmün çıxarılması, həmin hökmlə Şahid1 zərərçəkmiş şəxs qismində tanınması, Şahid1 zərərçəkmiş şəxsin bacısı olması, yaxın qohumluq münasibətlərində olması və təqsirləndirilən şəxsin arvadı olaraq yaxın qohumu olsa da faktiki olaraq ailə münasibətlərinə ifadələri əsasında 2019-cu ildən son qoyulmasını nəzərə aldıqda məhkəmə şahid qismində Şahid1 ifadəsini etibarlı sübut kimi qiymətləndirmir. Belə olan halda zərərçəkmiş şəxsin ittihamda qeyd edilən məbləğdə və miqdarda pul və qızıl əşyalarının təqsirləndirilən şəxs tərəfindən oğurlanması öz təsdiqini tapmadığından və təqsirləndirilən şəxsin təqsirini sübuta yetirməyə borclu olmadığından, bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsinin zəruriliyi barədə cinayət prosessual qanunvericiliyin norma və tələblərini nəzərdən keçirib məhkəmə hesab edir ki, ittihamdan təqsirləndirilən şəxsin etirafından əlavə qeyd edilən məbləğ və miqdarlar xaric edilməli, təqsirləndirilən şəxsin təqsirini etiraf etdiyi həcmdə və miqdarda pul və qızıl əşyalarına münasibətdə ittiham təsdiq edilməli və ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Ona ibtidai istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatan cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmin Məcəllənin 177.2.4-cü maddəsində qeyd olunur ki, oğurluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları nəzərə alır və bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş Azərbaycan SSR-nin CM-nin 243-cü maddəsi (Maddə 243. Döyüş şəraitində hissəni və ya qulluq yerini müddətdən asılı olmayaraq özbaşına buraxıb getmə) ilə məhkukm olunduğu, 03 il 06 ay barəsində azadlıqdan məhrum etmə cəzası seçildiyi, 06 may 2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin aminstiya qərarı ilə cəzadan azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində ********* nömrəli cinayət işi başlanıldığını, 06 sentyabr 2023-cü il tarixdə 01 il müddətinə barəsində azadlıqdan məhrum etmə cəzasının seçildiyi, həmin hökmün 28 sentyabr 2023-cü il tarixdə qüvvəyə mindiyi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cəzasının çəkilməsinin əvvəli barəsində 25 avqust 2023-cü il tarixdənşübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd Redmi Note 8 markalı mobil telefon cinayət yolu ilə əldə edildiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olaraq qiymət verilmiş bir ədəd üzərində “Teksun” sözü yazılan plasmas vedrə Zərərçəkmiş şəxs, bir ədəd **********770587 kart hesablı birbank Kapital bank kartı və bir ədəd qara rəngli əl çantası Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ziyanı ödənilməyən, lakin mülki iddia verməyən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 ( bir yüz səksən) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Teksun” sözü yazılan plasmas vedrə Zərərçəkmiş şəxs, bir ədəd **********770587 kart hesablı birbank Kapital bank kartı və bir ədəd qara rəngli əl çantası Təqsirləndirilən şəxs qaytarılsın, iş üzrə maddi sübut kimi tanınmış qızıl əşyalarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd Redmi Note 8 markalı mobil telefon cinayət yolu ilə əldə edildiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Zərərçəkmiş şəxs mülki mühakimə qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar