Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-56/2024 16.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X16 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhəri Bulqan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “12” avqust 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs “Naxçıvan Muxtar Respublikası X20” X50 QİÇS-lə mübarizə şöbəsinin həkim-laborantı işlədiyi dövrdə öz xidməti vəzifələrini lazımınca yerinə yetirməyərək 25 iyul 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsdə hamiləliyi ilə əlaqədar anemiya diaqnozu ilə müalicə alan Zərərçəkmiş şəxs insan immunçatışmazlığı virusuna yoluxmuş qan donoru olan atası X17 qanının seroloji müayinəsini aparmadan ekspress üsulla yoxlamaqla kifayətlənərək ona “antiHİV neqativ” sertifikatı verməsi nəticəsində sonuncunun qanı Zərərçəkmiş şəxs köçürüldüyündən onu insan immunçatışmazlığı virusu ilə yoluxdurması faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusuna yoluxdurmuşdur. Belə ki, o, Naxçıvan Muxtar Respublikası X20 X50 QİÇS-lə mübarizə şöbəsinin həkim-laborantı işlədiyi dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın (“Həkim-laborantın nümunəvi vəzifə təlimatları”nın) 28.1-ci bəndinin tələblərini (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməsi) pozmaqla öz xidməti vəzifələrini lazımınca yerinə yetirməyərək 25 iyul 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsdə hamiləliyi ilə əlaqədar anemiya diaqnozu ilə müalicə alan Zərərçəkmiş şəxs insan immunçatışmazlığı virusuna yoluxmuş qan donoru olan atası X17 qanının seroloji müayinəsini aparmadan ekspress üsulla yoxlamaqla kifayətlənərək ona “anti-HİV neqativ” sertifikatı verməsi nəticəsində sonuncunun qanı Zərərçəkmiş şəxs köçürüldüyündən onu insan immunçatışmazlığı virusu ilə yoluxdurmuşdur. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 140.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 140.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, 10 noyabr 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gigiena və Epidemologiya Mərkəzinin QiÇS-lə mübarizə və profilaktika şöbəsində labaratoriya müdiri olaraq işə başladığını, 10 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası X3 QİÇS-lə mübarizə şöbəsinin Labaratoriya Bölmə müdiri təyin olunduğunu, 22 sentyabr 2023-cü il tarixdə İİ qrup gözdən əlil olduğuna görə öz ərizəsi əsasında işdən azad edildiyini, əvvəllər qanının yoxlanılaraq sertifikat verilməsi üçün müraciət edən şəxslərdən qan nümunələri özü tərəfindən və ya özünün iştirakı ilə tibb bacıları tərəfindən götürüldüyünü, X3 rəhbərliyi dəyişildikdən sonra 01 iyun 2023-cü il tarixdən etibarən müraciət etmiş şəxslərin qan nümunələrinin tibb bacıları tərəfindən götürülərək ona göndərildiyini, Fikrət Behbudovu şəxsən görüb tanımasa da onun adını xatırladığını, Fikrət Behbudovun qan mümunəsinin tibb bacıları tərəfindən ona digər 5-6 nəfərin qan nümunələri ilə birlikdə verildiyini, qan mümunələrinə baxdıqda üzərlərində qeyd olunanlara əsasən Fikrət Behbudovn donor olaraq müraciət etdiyini, digər şəxslərin müraciətlərinin isə dövrü tibbi müayinə üçün olduğunu bildiyini, Fikrət Behbudovun qan nümunəsi də daxil olmaqla həmin qan nümunələrini “EKSPRES” labaratoriya üsulu ilə yoxladığını, yoxladığı qan nümunələrində Hepatit-B, Hepatit-C, Siflis və HİV viruslarının neqativ olduğunu müəyyən edərək, medisofda təsdiqləyərək Fikrət Behbudov da daxil olmaqla müraciət etmiş şəxslərə qan nümunələrində hər hansı bir virusun olmadığına dair sertifikat verdiyini, dövrü müayinə üçün müraciət etmiş şəxslərin qan nümunələrinin “EKSPRES” labaratoriya vasitəsi ilə yoxlanıldığını, əgər hər hansı bir şübhə olduğu halda “İFA” üsulu ilə yoxlanıldığını, lakin donor olaraq müraciət etmiş şəxslərin qan nümunələrinin həm “EKSPRES” labaratoriya üsulu həmdə “İFA” üsulu ilə yoxlanılmalı olduğunu, “İFA” üsulu ilə yoxlama zamanı aparatın 8 ədəd qan nümunəsi qəbul etdiyini, bir nəfərin qan nümunəsini yoxladıqda isə digər 7 testin yararsız vəziyyətə düşdüyünü, Fikrət Behbudovun qan nümunəsində “EKSPRES” yoxlama zamanı hər hansı bir şübhə görmədiyinə görə onun qan nümunəsini “İFA” üsulu ilə yoxlamalı olmasına baxmayaraq testə qənaət etmək üçün “İFA” üsulu ilə yoxlamadan Fikrət Behbudova qanında virusun olmadığına dair sertifikat verdiyini, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməyərək həmin şəxsin virusa yoluxmasına səbəb olduğuna görə törətdiyi əməldən çox peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğunu, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, ərizəni nəzərə alaraq məhkəmə iclaslarını iştirakı olmadan keçirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında ifadəsində 2023-cü ilin iyul ayının axırlarında hamiləliyi ilə əlaqədar narahatçılıq keçirdiyinə görə Culfa rayon Xəstəxanasına müraciət etdiyini, orada müayinə edildikdən sonra ona qan azlığı olduğu bildirilərək, Naxçıvan şəhərinə Doğum Mərkəzinə göndərildiyini, Naxçıvan şəhər Doğum Mərkəzinə gəldikdən sonra həkimin onu təkrar müayinə edib ona qan köçürülməli olduğunu dediyini, həyat yoldaşı Rafiq Qurbanlının onun atası Fikrət Behbudovla danışaraq ona qan lazım olduğunu bildirdiyini, atası işdə olduğu üçün gələ bilməyəcəyini dedikdə, həyat yoldaşı Rafiqin ona köçürülməsi üçün Doğum Mərkəzindən qan aldığını, həmin qanın ona köçürüldüyünü, səhəri günü həkimin ona qanı aşağı olduğundan yenə də qan köçürülməli olduğunu dediyini, bundan sonra özünün atası Fikrət Behbudovla danışdığını, atasının gəlib özünün ona qan verəcəyini dediyini, elə həmin gün atası Fikrət Behbudovun xəstəxanaya gəlib ona qan verəcəyini bildirdikdə, onu qanının yoxlanılması üçün QİÇS-lə Mübarizə Mərkəzinə göndərdiklərini, atası qanını yoxladıb sertifikat aldıqdan sonra atasından alınan qanı ona köçürdüklərini, qan köçürüldükdən sonra həkimlərin onu 1 gün də xəstəxanada saxlayıb vəziyyətinin yaxşı olduğunu deyib onu evə buraxdıqlarını, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində Doğum Mərkəzində uşağını dünyaya gətirərkən həkimlərin ona qanında virus şübhəsi olduğunu bildirdiyini, qanını yoxlatdıqda, qanında HİV virusunun aşkarlandığını, həmin virusa 2023-cü ilin iyul ayında ona qan köçürüldüyü zaman yoluxduğunun müəyyən olunduğunu, 2024-cü ilin yanvar ayında təkrar müayinə olunması üçün onu və virusa yoluxub yoluxmadıqlarını yoxlamaq üçün həyat yoldaşı Rafiqi və uşağını Bakı şəhərinə göndərdiklərini, orada müayinə zamanı özündə HİV virusu aşkar edilsə də, həyat yoldaşı Rafiq Qurbanlıda və uşaqda virus aşkar edilmədiyini, özündə virus aşkar edildiyinə görə həkim tərəfindən ona müvafiq dərmanlar yazıldığını, hazırda müalicəsinin davam etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində Zərərçəkmiş şəxs onun qızı olduğunu, o, ailə qurduqdan sonra hamiləliyi dövründə xəstəxanada müayinə olduğu zaman qanının faizi aşağı olduğuna görə ona qan köçürmək lazım olduğunun bildirildiyini, həmin vaxtı qan bankından qan alınaraq qızına köçürülsə də, həkimin qızının qanının çox aşağı olduğunu bildirərək ona əlavə qan lazım olduğunu dediyini, kürəkəni Rafiqin ona zəng vurub qızına qan lazım olduğunu dedikdə xəstəxanaya gəlib orada həkimlərə qan qrupları eyni olduğuna görə ondan qan alınaraq qızına vura biləcəklərini dediyini, həkimlərin onu qanının yoxlanılaraq sertifikat alması üçün QİÇS-lə mübarizə mərkəzinə göndərildiyini, QİÇSlə mübarizə mərkəzinə gedərək orada həkimlərə müraciət edib qızına qan verəcəyini və buna görədə qanının yoxlanlması üçün göndərildiyini dediyini, həkimlərin ondan qan nümunəsi götürüb yoxlayaraq qanının təmiz olduğu bildirib ona sertifikat verdiklərini, qanı təmiz olduğuna dair sertifikatı aldıqdan sonra Doğum Mərkəzinə gedərək aldığı sertifikatı həkimə verdiyini, orada ondan qan alınaraq qızı Ülviyyəyə köçürüldüyünü, qızının vəziyyəti yaxşılaşdığına görə xəstəxanadan evə buraxıldığını, 2023-cü ilin dekabr ayında qızı Naxçıvan şəhərində Doğum Mərkəzində uşağını dünyaya gətirərkən həkimlərin onun qanında HİV virusu şübhəsi olduğunu bildirdiklərini, qanını yoxlatdıqda, qızı Ülviyyənin qanında HİV virusu aşkarlandığını, qızının həmin virusa 2023-cü ilin iyul ayında ona qan köçürüldüyü zaman yoluxduğunun müəyyən edildiyini, bundan sonra 2024-cü ilin yanvar ayında özünün Doğum Mərkəzinə dəvət edilərək ona, qızı Ülviyənin qanında virus aşkarlandığı, onun həmin virusa 2023-cü ilin iyul ayında qan köçürüldüyü zaman yoluxduğunu, buna görə də qanının təkrar yoxlanılacağı bildirilərək, qanının yoxlanılması üçün QİÇS-lə mübarizə mərkəzinə göndərildiyini, QİÇS-lə mübarizə mərkəzində ondan götürülmüş qan nümunələri yoxlanıldıqda qanında HİV virusu aşkarlandığını, tam əmin olmaq üçün onu və qızı Ülviyyəni yoxlanılmaları üçün Bakı şəhərinə göndərdiklərini, orada da hər ikisinin qanında HİV virusu aşkarlandığını və hazırda hər ikisinin müalicə olunduğunu, qanında virusun olduğunu əvvəlcədən bilmədiyini, əgər HİV virusu daşıyıcısı olduğuna dair hər hansı bir şübhəsi olsaydı nəinki qızına, heç kimə qan verməyəcəyini, qanını QİÇS-lə mübarizə mərkəzində yoxladıb sertifikat aldıqdan sonra qızına qan verdiyini, Hiv virusuna haradan yoluxduğunu bilmədiyini, şübhələnə biləcəyi hər hansı bir vəziyyət olmadığını, həkimlərin onun da həmin virusa son dövrlərdə yoluxduğunu bildirdiklərini, dəqiq deyə bilməsə də həmin vaxtı təxminən 30 dəqiqə ərzində həkimin ona qanının təmiz olduğuna dair sertifikat verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində 1981-ci ildən Naxçıvan MR GEM-də həkim olaraq işə başladığını, 1990-cı ilin iyun ayından həmin mərkəzdə yeni yaradılmış QİÇS labaratoriyasına həkim labarant təyin olunduğunu, 1991-ci ildən labaratoriya müdiri, 1997-ci il tarixdə isə QİÇS-lə Mübarizə şöbəsinə müdir təyin olunduğunu, xx.xx.2005ci ildə Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzi yaradıldıqda həmin mərkəzə direktor təyin olunduğunu, 2015-ci ilin iyul ayında QİÇS-lə Mübarizə Mərkəzi ləğv edilərək, QİÇS-lə mübarizə şöbəsi kimi X3 tabeliyinə verildiyindən mərkəzin direktoru vəzifəsindən azad edilərək QİÇS-lə mübarizə şöbəsinə müdir təyin olunduğunu və xx.xx.2024-cü il tarixdə həmin vəzifədən azad edildiyini, Təqsirləndirilən şəxs işlədiyi dövrdə QİÇS-lə mübarizə şöbəsində həkim labarant işlədiyi üçün tanıdığını, Zərərçəkmiş şəxs isə əvvəlcədən tanımadığını, 13 dekabr 2023-cü il tarixdə Naxçıvan MR X34 rayonu Qızılca kənd sakini Qurbanlı (Behbudova) Ülviyyə Fikrət qızına aid qan nümunəsinin Yoluxucu mərkəzə daxil olduğunu, X14 götürülmüş qan nümunəsinin ekspres test üsulu ilə yoxlanılaraq onda HİV (insanın immun çatışmazlığı virusu) virusu aşkarlandığını, Ekspres test nümunəsi tam dəqiq analiz cavabı sayılmadığından və tez bir zamanda nəticə verdiyindən Ülviyyənin qan nümunəsi dəqiq yoxlanılması üçün onun rəhbərlik etdiyi şöbəyə göndərildiyini, Zərərçəkmiş şəxs qan nümunəsinin həkim laborant Münəvvər Ələsgərli tərəfindən İFA metodu ilə yoxlanıldığını və test nəticəsində Zərərçəkmiş şəxs HİV virusunun pozitiv çıxdığını, Münəvvər həkimin ona bu barədə məlumat verdikdən sonra Ülviyyəni, onun yeni doğulmuş uşağını və ərini xəstəxanaya dəvət etdiklərini, Ülviyyəyə HİV virusu daşıyıcısı olduğunu bildirib, tam dəqiqləşdirmək üçün Ülviyyədən, onun uşağından və ərindən qan nümunəsi götürüldüyünü, Münəvvər həkimin laboratoriyada hər üç qan nümunəsini yoxladıqda Ülviyyənin ərində və uşaqdan HİV virusu neqativ çıxsa da, Ülviyyənin özündə HİV virusunun yenə pozitiv çıxdığını, bundan sonra Ülviyyə ilə söhbət edib onun HİV virusuna necə yoluxduğunu araşdırdıqda, 2023-cü ilin iyul ayında Perinatal Mərkəzdə olarkən Zərərçəkmiş şəxs atası Fikrət Behbudov və X22 donor kimi alınmış qan nümunələri vurulduğunun müəyyən edildiyini, Münəvvər həkimin sistemdən Fikrət Behbudovun və Rauf Mirzəyevin 2023-cü ilin iyul ayındakı HİV analiz nəticələrini çıxarıb Pəri həkimə təqdim etdiyini, həmin dövrdə həkim labarant işləmiş Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş analiz nəticələrinə görə Fikrət Behbudov və Rauf Mirzəyevdə HİV virusu aşkar olunmadığının məlum olduğunu, Fikrət Behbudov və Rauf Mirzəyevə zəng vurularaq hər ikisininin xəstəxanaya dəvət edildiyini, həmin şəxslərdən təkrar qan nümunəsi götürüldüyünü, 24 yanvar 2024-cü il tarixdə Fikrət Behbudovun analiz nəticəsinə görə onda HİV virusunun Pozitiv olduğunun müəyyən edildiyini, tam əmin olmaq üçün Fikrətlə qızı Ülviyyəni Bakı şəhərinə Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinə göndərdiklərini, orada da Fikrət və Ülviyyənin qan nümunələrində HİV virusu olduğu təsdiqləndiyini, HİV virusu aşkarlandığına görə Fikrət Behbudovu və Zərərçəkmiş şəxs QİÇS-lə Mübarizə şöbəsində qeydiyyata aldıqlarını, şöbə müdiri olaraq verilmiş sertifikatlara yalnız ştamp vurub, nömrə və tarix qoyduğunu, analizin hansı üsulla aparılmasından məlumatı olmadığını, analizin nəticəsinə görə yalnız analizi aparan həkim labarantın cavabdehlik daşıdığını, Fikrət Behbudovun qan nümunəsinin həkim labarant Təqsirləndirilən şəxs tərəfindən hansı üsulla yoxladığını bilmədiyini və bunu bilmək və ya görmək imkanı olmadığını bildirdi. X13 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X13 ifadəsində xx.xx.2023-cü il tarixdən Naxçıvan MR X20 PHŞ-in baş həkimi vəzifəsinə təyin olunduğunu, Təqsirləndirilən şəxs əvvəllər həkim labarant işlədiyi üçün tanıdığını, Zərərçəkmiş şəxs isə əvvəlcədən tanımadığını, göstərilən şəxslərlə heç bir münasibəti olmadığını, 2023-cü ilin sentyabr ayı X37 MR X20 PHŞ-in direktoru vəzifəsinə təyin edildiyini, Naxçıvan MR X20 PHŞ-in tərkibində QİÇS-lə mübarizə şöbəsinin fəaliyyət göstərdiyini, həmin şöbənin 2020-ci ilədək müstəqil mərkəz kimi fəaliyyət göstərdiyini, 2020-ci ildə QİÇS-lə mübarizə mərkəzinin ləğv edilərək X3 tərkibində şöbə kimi qaldığını, 01 yanvar 2024-cü il tarixdə QİÇS-lə mübarizə şöbəsinin Yoluxucu xəstəxananın tərkibindən ayrıldığını, hazırda Mərkəz kimi fəaliyyət göstərdiyini, mərkəzin direktoru vəzifələrini Leyla Əsgərovanın icra etdiyini, Yoluxucu Mərkəzin tərkibində şöbə olaraq fəaliyyət göstərdiyi dövrdə QİÇS-lə mübarizə şöbəsinin müdiri Hüseyn Mikayılovun, laboratoriya müdirinin isə Təqsirləndirilən şəxs olduğunu, 13 dekabr 2023-cü il tarixdə Naxçıvan MR X34 rayonu Qızılca kənd sakini Qurbanlı (Behbudova) Ülviyyə Fikrət qızına aid qan nümunəsinin Yoluxucu mərkəzə daxil olduğunu, X14 götürülmüş qan nümunəsinin ekspres test üsulu ilə yoxlanılaraq onda HİV (insanın immun çatışmazlığı virusu) virusunun aşkarlandığını, ekspres test üsulu tam dəqiq analiz cavabı sayılmadığından və tez bir zamanda nəticə verdiyindən Ülviyyənin qan nümunəsinin dəqiq yoxlanılması üçün onun işlədiyi xəstəxanaya göndərildiyini, Zərərçəkmiş şəxs qan nümunəsinin 13 dekabr 2023-cü il tarixdə saat 09:56 dəqiqədə Mərkəzin QİÇS-lə şöbəsinin laboratoriyasına daxil olduğunu, həmin nümunənin laboratoriya müdiri Münəvvər Ələsgərli tərəfindən İFA metodu ilə yoxlanılaraq saat 13:56 dəqiqədə testin nəticəsinə əsasən Zərərçəkmiş şəxs HİV virusunun pozitiv olduğunu, Zərərçəkmiş şəxs HİV virusu daşıyıcısı olduğunun müəyyən edildiyini, Münəvvər həkimin ona bu barədə dedikdən sonra Zərərçəkmiş şəxs və ərini xəstəxanaya dəvət etdiklərini, Ülviyyəyə Qurbanlıya HİV virusu daşıyıcısı olduğunu bildirdiklərini, tam dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs yenidən qan nümunəsi götürüldüyünü, həmçinin onun ərindən də qan nümunəsi götürüldüyünü, hər ikisinin qan nümunələrinin Münəvvər həkim tərəfindən laboratoriyada yoxlanıldıqda, Ülviyyənin ərində HİV virusu neqativ çıxsa da, Ülviyyənin özündə HİV virusunun yenə pozitiv olduğunun müəyyən edildiyini, sonra Ülviyyə ilə söhbət edib onun HİV virusuna necə yoluxduğunun araşdırıldığını, 2023-cü ilin iyul ayında Perinatal Mərkəzdə olarkən Zərərçəkmiş şəxs atası Fikrət Behbudov və X22 donor kimi alınmış qan nümunələri vurulduğunun müəyyən edildiyini, Perinatal Mərkəzdən bu 2 şəxsin donor sertifikatlarını almaq üçün müraciət etdiklərini, hər iki şəxsin donor sertifikatının şəklini aldıqda Fikrət Behbudova və Rauf Mirzəyevə 25 iyul 2023-cü il tarixdə Yoluxucu Mərkəzin QİÇS-lə mübarizə şöbəsinin həmin dövrdəki həkim labarantı Təqsirləndirilən şəxs tərəfindən sertifikatın verildiyi və həmin sertifikatların şöbə müdiri Hüseyn Mikayılov tərəfindən möhürlə təsdiqləndiyinin müəyyən edildiyini, Münəvvər həkimin sistemdən Fikrət Behbudov və Rauf Mirzəyevin 2023-cü ilin iyul ayındakı HİV analiz nəticələrini çıxardıb təqdim etdikdə, xx.xx.2023-cü il tarixdə verilmiş analiz nəticələrinə görə Fikrət Behbudov və Rauf Mirzəyevdə HİV virusu aşkar olunmadığının müəyyən edildiyini, Fikrət Behbudov və Rauf Mirzəyevə zəng vurularaq hər ikisinin xəstəxanaya dəvət edildiyini, həmin şəxslərdən qan nümunəsi götürülərək yoxlanıldıqda 24 yanvar 2024-cü il tarixdə Fikrət Behbudovun analiz nəticəsinə görə onda HİV virusu aşkar olunduğunu, Zərərçəkmiş şəxs nikahdan əvvəl test nəticələrini də tapıb baxdıqda, Ülviyyədə həmin vaxtda HİV virusunun neqativ olduğunun məlum olduğunu, tam əmin olmaq üçün Fikrətlə Ülviyyə analiz vermələrindən ötrü Bakı şəhərinə Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinə göndərildiyini, orada da Fikrət və Ülviyyənin qan nümunələrində HİV virusu aşkarlandığını, sonra Fikrət Behbudovun bu virusa haradan yoluxduğunu müəyyənləşdirmək üçün onunla xəstəxanada söhbət etdiklərini, lakin Fikrətin hacı olduğunu deyib, onlara yaşadığı münasibətlər barədə heç nə deyə bilməyəcəyini bildirdiyini, həmin ərəfədə Münəvvər həkimin ona Fikrət Behbudovun 2023-cü ilin iyul ayı Təqsirləndirilən şəxs ondan qan nümunəsi götürdükdən 15-20 dəqiqə sonra ona cavabın neqativ olduğunu bildirərək sertifikat verdiyini dediyini, HİV virusunun cavabının çıxması üçün ən az 2 saat vaxt tələb olunduğunu, HİV virusu aşkarlandığına görə Fikrət Behbudovu və Zərərçəkmiş şəxs QİÇS-lə Mübarizə şöbəsində qeydiyyata aldıqlarını, Yoluxucu Mərkəzin QİÇS-lə X4sında müraciət edən şəxsdən qan nümunəsi götürülərək, laboratoriya müdiri həmin nümunəni xüsusi reaktivlərlə yoxladığını, nəticənin təxminən 2 saat ərzində bilindiyini, laboratoriya müdirinin xəstədən qan analizini saat neçədə götürdüyünü və neçədə nəticənin bilindiyini kompüterdəki sistemə işlədiyini və analiz nəticəsinin sistemdə qeyd edildikdən sonra rəsmiləşdirildiyini bildirmişdir. X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X2 ifadəsində xx.xx.2017-ci il tarixdən etibarən QİÇS-lə Mübarizə Mərkəzində işlədiyini, 01 yanvar 2024-cü il tarixədək QİÇS-lə X21 MR X20 PHŞ-in tərkibində şöbə olaraq fəaliyyət göstərdiyini, 01 yanvar 2024-cü il tarixdən isə QİÇS-lə Mübarizə Mərkəzi kimi fəaliyyət göstərdiyini, QİÇS-lə mübarizə şöbəsinin X15 tərkibində şöbə olaraq fəaliyyət göstərdiyi dövrdə şöbə müdiri Hüseyn Mikayılovun, laboratoriya müdirinin isə Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs yanında həkim lobarant olaraq işlədiyini, 2023-cü ilin sentyabr ayının 22-də Təqsirləndirilən şəxs öz ərizəsi əsasında işdən azad olunduqdan sonra QİÇS-lə X4sında özünün həkim labarant işlədiyini, QİÇS-lə Mübarizə şöbəsində işdə olduğu zaman 13 dekabr 2023-cü il tarixdə Naxçıvan MR X34 rayonu Qızılca kənd sakini Qurbanlı (Behbudova) Ülviyyə Fikrət qızına aid qan nümunəsinin Yoluxucu mərkəzin qəbul şöbəsinə göndərildiyini və qan nümunəsini yoxlamağı üçün özünə təqdim etdiklərini, X14 götürülmüş qan nümunəsində HİV (insanın immun çatışmazlığı virusu) virusu aşkarlandığı üçün, analizi tam dəqiqləşdirmək üçün nümunəni onlara göndəriklərini, Zərərçəkmiş şəxs qan nümunəsini sentrafuqa adlı aparata yerləşdirib aparatı işə saldığını, bundan sonra isə İFA metodu ilə Ülviyyənin qan nümunəsini yoxladığını, yoxlamanın nəticəsində Ülviyənin qan nümunəsində “anti HİV positiv” aşkarladığını, bunun Ülviyyənin HİV virusuna yoluxması demək olduğunu, Ülviyyənin qan nümunəsini yoxlamağın təxminən 2 saat çəkdiyini, HİV analizin nəticəsi müsbət çıxdığından Ülviyyənin qan nümunəsini təkrar yoxladığını, buna görə də onun analiz nəticəsini kompüterə işləmək 4 saat vaxtını aldığını, ertəsi gün Ülviyyədən və ərindən götürülmüş qan nümunələrinin ona təqdim olunduğunu və onların qan nümunələrinin laboratoriyada İFA metodu ilə tərəfindən yoxlanıldığını, Ülviyyənin ərində HİV virusu neqativ çıxsa da, lakin Ülviyyədə HİV virusunun yenə pozitiv olduğunun müəyyən edildiyini, bundan sonra ona 2023-cü ilin iyul ayında Perinatal Mərkəzdə olarkən Zərərçəkmiş şəxs atası Fikrət Behbudovdan və X22 donor kimi alınıb qan nümunələri vurulduğunu bildirdiyini, laboratoriyanın kompüter sistemindən Fikrət və Raufa aid qan analizi nəticələrini çıxartdığını, 25 iyul 2023-cü il tarixdə onlara əvvəlki həkim-laborant Təqsirləndirilən şəxs tərəfindən donor sertifikatı verildiyini, 25 iyul 2023-cü il tarixdə verilmiş analiz nəticələrinə görə Fikrət Behbudov və Rauf Mirzəyevdə HİV virusu aşkar olunmadığını, Fikrət Behbudov və Rauf Mirzəyevin rəhbərlik tərəfindən xəstəxanaya dəvət edilərək onların hər ikisindən götürülmüş qan nümunəsinin yoxlanılması üçün özünə təhvil verildiyini, 24 yanvar 2024-cü il tarixli analiz nəticəsinə görə Fikrət Behbudovun qanında HİV virusu aşkar etdiyini, bu barədə şöbə müdiri Hüseyn Mikayılova bildirdiyini, HİV virusu aşkarlandığına görə Fikrət Behbudov və Zərərçəkmiş şəxs QİÇS-lə Mübarizə şöbəsində qeydiyyata alındığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayevə göndərilmiş 30 yanvar 2024cü il tarixli, 2/130 nömrəli məktubda qeyd olunmuşdur ki, Culfa rayonu, Qızılca kənd sakini X11 məxsus “HİV" şübhəli qan nümunəsi 13 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası X20” X50 QİÇS-lə mübarizə şöbəsinə daxil olmuşdur. “Naxçıvan Muxtar Respublikası X20” X50 həkim-laborantı Münəvvər Ələsgərli tərəfindən İFA metodu ilə aparılmış müayinə nəticəsinə əsasən X6 “Anti-HİV pozitiv” diaqnozu müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticəsinə əsasən X11 hamiləliyi ilə əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” X50də 2 vahid Eritrositar kütlə infuziya olunduğu müəyyən edilmişdir. Eritrositar kütlələrin donorları araşdırılmışdır. Araşdırmanın nəticəsinə əsasən X23 və X32 25 iyul 2023-cü il tarixdə donor ola bilməsi üçün QİÇS-lə mübarizə şöbəsinin keçmiş həkim-laborantı Təqsirləndirilən şəxs tərəfindən donor sertifikatının verildiyi, həmin sertifikatın QİÇS-lə mübarizə şöbəsinin keçmiş müdiri Hüseyn Mikayılov tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Donorlar təkrar müayinəyə cəlb edilmiş və X17 müayinəsinin nəticəsinin “anti- HİV pozitiv” olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşaraq kobud qanun pozuntusuna yol verən şəxslərin hərəkətlərinin araşdırılıb hüquqi qiymət verilməsinə köməklik edilməsi xahiş olunmuşdur. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri N.H.Novruzov tərəfindən verilmiş 10 avqust 2015-ci il tarixli, 277 nömrəli əmrdən görünür ki, Naxçıvan MR X3 QİÇS-lə X4 Bölmə müdiri həkim laborant Təqsirləndirilən şəxs, əvəzçiliklə 0.5 oklad əlavə olaraq həmin bölmədə həkim laborant vəzifəsinə təyin edilmişdir. (cild İ, iş vərəq 12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası X20 X43 direktoru vəzifələrini müvəqqəti icra edən E.Z.Rəfiyev tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 229 nömrəli əmrdən görünür ki, Naxçıvan Muxtar Respublikası X20” X50 QİÇS-lə Mübarizə şöbəsinin həkim - laborantı Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu Maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmiş, əsas olaraq Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixli ərizəsi göstərilmişdir. (cild İ, iş vərəq 13) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Həkim-laborantın nümunəvi vəzifə təlimatı”nın 28 və 28.1-ci bəndilərində qeyd olunmuşdur ki, həkim-laborant ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır. (cild İ, iş vərəq 14-17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli, 32179 nömrəli sertifikatdan görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X20 X43 QİÇS-lə X4 bölməsi Donor qanı HİV-Hbs-Ag-Luis Hepatit C-ə müayinəsi barədə X1 veilmişdir. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası X20 X43 baş həkimi Pəri Əliyeva tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Perinatal Mərkəzdən normal doğmuş zahı qadın 2001-ci il təvəllüdlü Culfa rayon Qızılca kənd sakini X7 məxsus “HİV?” şübhəli qan nümunəsi Naxçıvan MR “X20 X50” QİÇS-lə X4sına daxil olmuşdur. Müayinə nəticəsində QİÇS-lə mübarizə şöbəsinin həkim laborantı Ələsgərli Münəvvər tərəfindən xəstədə İFA metodu vasitəsilə “Anti-HİV pozitiv” aşkar olunmuşdur Vətəndaşın özü və həyat yoldaşı “X20 X50” QİÇS-lə mübarizə şöbəsinə çağırılmış, söhbət aparılmış və iyul ayında X7 Perinatal Mərkəzdə hamiləliyə bağlı “Anemiya” diaqnozu ilə 2 vahid Eritrositar kütlə infuziya olunduğu aşkar olunmuşdur. Eritrositar kütlələrin donorları araşdırılmış, X31 və X32 xx.xx.2023 tarixdə donor ola bilməsi üçün QİÇS-lə mübarizə şöbəsinin həkim laborantı Təqsirləndirilən şəxs tərəfindən donor sertifikatı verilmiş, sertifikat şöbə müdiri Mikayılov Hüseyn tərəfindən ştampla təsdiq olunmuşdur. Donorlar təkrar müayinəyə cəlb olunmuş və Ələsgərli Münəvvər tərəfindən X17 qan analizinin xx.xx.2024 İFA metodu ilə “anti - HİV POZİTİV” olduğu aşkar olunmuşdur. X7 xx.xx.2023-cü il tarixində nikaha daxil olmaq üçün aparılmış qan analizində “Anti-HİV neqativ” olan arayış verilmişdir. (cild İ, iş vərəq 20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər X20 Tibbi Laboratoriya analiz nəticəsində Təqsirləndirilən şəxs tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs götürülmüş analizin nəticəsində “HİV 1- neqativ” və “Anti-HİV (Hepatit C) neqativ” aşkar olunmuşdur. (cild İ, iş vərəq 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər X20 Tibbi Laboratoriya analiz nəticəsində Təqsirləndirilən şəxs tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə X12 götürülmüş analizin nəticəsində “HİV 1neqativ” və “Anti-HİV (Hepatit C) neqativ” aşkar olunmuşdur. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər X20 Tibbi Laboratoriya analiz nəticəsində X5 tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs götürülmüş analizin nəticəsində “HİV 1- 9.8 pozitiv” və “Anti-HİV (Hepatit C) neqativ” aşkar olunmuşdur. (cild İ, iş vərəq 22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər X20 Tibbi Laboratoriya analiz nəticəsində X5 tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə X12 götürülmüş analizin nəticəsində “HİV 1- 14.2 pozitiv” aşkar olunmuşdur. (cild İ, iş vərəq 24) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2024-cü il tarixli cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, həmin tarixdə X8 insan immunçatışmazlığı virusu ilə yoluxdurulması ilə bağlı materiallar araşdırılıb hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Naxçıvan MR Daxili işlər Nazirliyinə göndərilmişdir. (cild İ, iş vərəq 25-26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli məhkəmə tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı komisyon ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə material üzrə məhkəmə-tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı komisyon ekspertizasının təyin edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinə tapşırılması qərara alınmışdır. (cild İ, iş vərəq 35-36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X53 X29” X43 25 aprel 2024-cü il tarixli, 309 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Fikrət Behbudova xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası “X20” X50 Tibbi laboratoriyasında aparılmış seroloji analiz cavabında “HİV-1” virusunun nəticəsinin “Neqativ”, xx.xx.2024-cü il tarixdə təkrar aparılmış seroloji analiz cavabında isə “HİV-1” virusunun nəticəsinin “Pozitiv” olduğu qeyd edilmişdir. “HİV” virusunun etio-patogenezinə (yaranma və inkişaf müxanizmi) əsasən, yoluxma qan vasitəsi ilə, eləcə də müxtəlif tibbi manipulyasiyalar (qanköçürmə zamanı, damardaxili və ya selikli qişalarla kontaktla təkrar istifadə edilmiş tibbi alətlərdən, cərrahi əməliyyatlardan, stomatoloji müdaxilələrdən və s.) zamanı mümkün ola bilər. Zərərçəkmiş şəxs “HİV-1” virusunun nəticəsinin “Pozitiv” olması, həmin virusa yoluxmuş şəxsin qanından ona qan köçürülməsi zamanı yoluxması mümkündür. Fikrət Behbudovda qeyd edilən “HİV-1” virusunun nəticəsinin “Pozitiv” olmasını nəzərə alaraq, onun donor qanının Zərərçəkmiş şəxs köçürülməsindən sonra yoluxma faktı (səbəbli əlaqə) baş vermişdir. Fikrət Behbudova xx.xx.2023-cü il tarixdə Naxçıvan MR “X20” PHŞ-in Tibbi laboratoriyasında aparılmış qanın seroloji müayinəsi zamanı onda “HİV-1” virusu inkar edilmişdir (“Neqativ”). Bu qanın Zərərçəkmiş şəxs köçürülməsi nəticəsində onun HİV-infeksiyaya yoluxmasını və eləcə də Fikrət Behbudovda xx.xx.2024-cü il tarixdə təkrar müayinənin aparılması zamanı onda “HİV-1” virusunun aşkar edilməsi faktlarını nəzərə alaraq demək mümkündür ki, Fikrət Behbudovda HİV-infeksiya xx.xx.2023cü il tarixdə aparılan birinci müayinə zamanı da olmuşdur. Lakin həkim-laborant Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində Zərərçəkmiş şəxs “HİV” virusuna yoluxmuşdur (səbəbli əlaqə). Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nm (“Həkim-laborantın nümunəvi vəzifə təlimatlari”nın) müvafiq bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməsi”) pozulması kimi qiymətləndirilir. (cild İ, iş vərəq 39-43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X53 X29” X43 25 aprel 2024-cü il tarixli, 309.1 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə qanın seroloji analizinin müayinəsi zamanı “HİV-1” virusunun nəticənin “Pozitiv” olduğu müəyyən edilmişdir. “HİV-1” virusunun etio-patogenezinə (yaranma və inkişaf müxanizmi) əsasən, yoluxma qan vasitəsi ilə, eləcə də müxtəlif tibbi manipulyasiyalar (qanköçünnə, damardaxili inyeksiyalar və ya selikli qişalarla kontaktla təkrar istifadə edilmiş tibbi alətlərdən, cərrahi əməliyyatlardan, stomatoloji müdaxilələrdən və s.) zamanı mümkün ola bilər. Zərərçəkmiş şəxs “HİV-1” virusunun nəticəsinin “Pozitiv” olması, həmin virusa yoluxmuş şəxsin qanından ona qan köçürülməsi zamanı yoluxması mümkündür. Fikrət Behbudovda qeyd edilən “HİV-1” virusunun nəticəsinin “Pozitiv” olması, onun donor qanının Zərərçəkmiş şəxs köçürülməsindən sonra yoluxma faktı (səbəbli əlaqə) istisna edilmir. Həkim-laborant Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində Zərərçəkmiş şəxs “HİV” virusuna yoluxmuşdur (səbəbli əlaqə). Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın (“Həkim-laborantın nümunəvi vəzifə təlimatlari”nm) müvafiq bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməsi”) pozulması kimi qiymətləndirilir. (cild İ, iş vərəq 44-48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Culfa rayonu Qızılca kəndində qeydiyyatda olmaqla həmin rayonun Əbrəqunus kəndində yaşayan Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 50) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X33 dövlət hesabına müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 80) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 140.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. (cild İ, iş vərəq 81-82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti X48 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2024cü il tarixli, 799 nömrəli arayışdan görünür ki, Vəliyev X19 şəhəri, Bulqan kəndində kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 100) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti X48 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2024cü il tarixli, 798 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X9, qızı X26, oğlu X18r. (cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər İHB-nın X48 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Vəliyev X19 şəhərinin Bulqan kəndində qeydiyyatdadır və burada yaşadığı müddətdə özünü sakit sakin kimi aparmış yaxın qonşuları tərəfindən heç bir mənfi xüsusiyyəti, hərəkəti bildirilməmiş və deyilməmişdir. (cild İ, iş vərəq 102) Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə əmək pensiyası alır. Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublika X35 Şəxsi tərəfindən 30 iyul 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X50 Endokrinoloji xəstəliklər şöbəsində dispanser qeydiyyatındadır. (Diaqnoz: Şəkərli diabet İİ tip, orta forma. HbAlC - 8,4%). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X25 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsinə əsasən Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 140.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əlilliyinin olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 140.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 140.4-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 6 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasına əsasən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yanaşı həmçinin şəxs müəyyən müddətə həkim fəaliyyəti ilə məşğul olma hüququndan da məhrum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə həkim fəaliyyəti ilə məşğul olma hüququndan da məhrum edilməli, əlavə cəzanın müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə həkim fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş həkim fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzasının müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X16 Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X24 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-56/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-56/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver