Məhkəmə qərarları › İş №1(078)-56/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-56/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-56/2025 06.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, İİİ qrup əlil, Hilal Qida MMC-də satıcı işləmiş, evli, 3 uşaq atası, Naxçıvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(078)-8/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq olaraq talamaq məqsədilə 03 aprel 2025-ci il tarixdə saat 13:50 radələrində Naxçıvan şəhəri Əcəmi seyrangahındakı istirahət parkında pilləkənlərin yanında olan zaman İ qrup əlil Zərərçəkmiş şəxs Tamileyxа oğlunun əlindən qəsdən 50 manat pulu açıq şəkildə talayaraq hadisə yerindən qaçıb gedərək soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Üzərində azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı elektron nəzarət vasitəsi vardır. Zərərçəkmiş şəxs tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. 03 aprel 2025-ci il tarixdə saat 13 radələrində Naxçıvan şəhəri Əcəmi seyrangahındakı qızlar bulağı tərəf pilləkənin yanında durmuşdur, Mətin ora gəlmiş, pilləkənin yanında durmuş, özünə "20 manat pulun var" demiş, özü də "nə edirsən” demiş, Mətin də üstündə olan qara rəngli pul qabının zəncirbəndini açmış, 50 manat pulu çıxarmış, özü də "20 manatı nə edirsən" demiş, Mətin də nəsə demiş, kəkələmiş, özü də başa düşməmişdir. Soruşmuşdur ki, xırda pul istəyirsən. Mətin də başını yelləmişdir. Özü də 50 manat pulu əlindən almış və oradan çıxıb getmişdir. Əcəmi seyrangahından cığırla Naxçıvan şəhəri "taksi park" adlanan əraziyə getmiş, sevgilisi Şəmsiyyəgilə getmiş, bir xeyli orada oturmuş, ondan sonra dayıoğlusu Coşqun zəng vurub "polisdən səni axtarırlar, nə etmisən" demiş, özü də "gələcəm" demiş, Şəmsiyyəgildən çıxıb piyada avtobus parkının yanına gəlmiş, marketə girmiş, marketdə Milliön elektron ödəmə terminalından aldığı 217 manat maaşından 210 manatı və taladığı 50 manat pulu Kapital bank kart hesabına köçürmüş, oradan evə getmiş, evdə olan zaman anası Rahilə zəng vurub haradasan demiş, özü de "evdəyəm" demiş, sonra evdən çıxmış, "Baba" marketə getmiş, karta yüklədiyim puldan 48 manat çəkmiş, 20 manatı Baba marketdə xırdalamış, sonra Təvəkkülün avtomobilinə minib getmişdir. Zərərçəkmiş şəxs fiziki qüsurludur, Mətin nə demişdir, başa düşməmişdir, pul qabından pulu çıxarmış, özü də 50 manatı görmüş, danışmış, başa düşməmiş, əli ilə işarə eləmiş, nəsə demək istəmiş, özü də 50 manat pulu Mətinin əlindən alıb çıxıb getmişdir. 50 manat pulu alan zaman Zərərçəkmiş şəxs söyməmiş, ona xəsarət yetirməmişdir. Mətin pulu göstərmiş, nəsə demiş, başa düşməmişdir, özü də 50 manat pulu alıb getmiş, pulu alan zaman ona fiziki güc tətbiq etməmişdir. Zərərçəkmiş şəxs ilə pilləkəndə duran zaman orada bir balacaboy oğlan görmüş, onu da tanımamışdır, başqa ətrafda da heç kəs olmamışdır. Pul qabından bir 50-lik əskinaz çıxarmış, bir ədəd də 20-lik əskinaz çıxarmış, nəsə demiş başa düşməmişdir, əli ilə işarə edib "iki" göstərmiş, "xırdalamaq istəyirsən”" soruşmuş, Mətin də başı ilə işarə edib təsdiq cavabı vermiş, özü də ona heç nə demədən, 50 manat pulu götürüb getmişdir. Zərərçəkmiş şəxs əlindən 50 manat pulu alıb qaçmışdır. İdarə etdiyi Vaz 21074 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili lombarda qoyub 3000 manat pul götürmüşdür, hər ay 200 manat pul ödəmişdir. Ora borcu varmış və ödəyə bilməmişdir. Həmin 50 manat pulu alıb qaçandan sonra aldığı 217 manat maaşın üstünə qoymuş, avtobus parkı ilə üzbəüz olan marketə getmiş, həmin marketdə Milliön aparatından Hilal Qida MMC-dən aldığı 217 manat puldan 210 manatı və taladığı 50 manat pulu kart hesabına köçürmüşdür. Hilal Qida MMC-də satıcı işlədiyi üçün aylıq 490 manat maaş almışdır. 2025-ci ilin mart ayının 15-de avans almışdır, ona görə 2025-ci ilin aprel ayının 1-də maaş alandan avans çıxılmış, özünə 217 manat maaş vermişdirlər. 2023-cü ilin oktyabr ayında oğurluq etdiyi üçün məhkum olunmuşdur. Üzərində azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar elektron nəzarət vasitəsi vardır. Əvvəllər iki dəfə oğurluq etmişdir. Sonuncu oğurluq hadisəsini Naxçıvan şəhəri ərazisində törətmişdir, Naxçıvan şəhər məhkəməsi tərəfindən barəsində 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Naxçıvan şəhər İcra və probasiya şöbəsində özünə nəzarət edilir, üzərində elektron nəzarət vasitəsi vardır. Soyğunçuluq etməkdə məqsədi o olmuşdur ki, avtomobili lombarda qoymuş, aylıq ödənişini verə bilməmişdir. Ona görə pula ehtiyacı olmuşdur, lombardan aldığı maaşı ödəyəndə xərcləyəmə pulu qalmamışdır. Təkrar-təkrar oğurluq və soyğunçuluq etməkdə məqsədiniz o olmuşdur ki, borcu vardır, ödəyə bilməmişdir, ona görə oğurluq və soyğunçuluq etmişdir. Zərərçəkmiş şəxs tanımamışdır, əlil olduğunu da bilməmişdir. Pula ehtiyacı vardır, borcа düşmüşdür. Buna görə də 50 manat pulu şəxsin əlindən alıb qaçmışdır. Barəsində olan ********* nömrəli cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilərək 14 avqust 2013-cü ildə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bağlı törətdiyi hadisə yadında tam qalmamışdır. İş yoldaşı Vüsala birlikdə Qaradağ rayonun Sədərək bazarında olan zaman tanımadığı şəxsin rus rublunu götürüb qaçmışdır, ona görə Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılmış, buna görə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Əvvəllər soyğunçuluq etdiyinə görə 1 il 06 ay müddətinə cəza çəkmiş, sonra cəzadan azad olunmuşdur. Əvvəllər 3 dəfə oğurluq etmişdir. Əsgərlikdə olan zaman bir oğurluq hadisəsini törətmişdir, sonra Şəfa xəstəxanasından oğurluq etmişdir. Bundan başqa da iranlı tələbə qızın ABŞ dollarını oğurlamışdır. Buna görə Naxçıvan şəhər məhkəməsi tərəfindən 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Üzərində elektron nəzarət vasitəsi olmuşdur. Cəzası xx.xx.2025-ci il tarixdə bitəcəkmiş, lakin bu soyğunçuluq hadisəsini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nurəddin oğlu öz övladıdır, oğlu Mətin İ qrup əlildir. Oğlu Zərərçəkmiş şəxs anadan gəlmə İ qrup əlildir. Fiziki qüsurlu olsa da, əqli qüsuru yoxdur. Baş vermiş hadisələri düzgün olaraq dərk edir, danış zaman fikrini ifadə edə bilir. Oğlu Mətin Bakı şəhəri 268 saylı xüsusi təyinatlı əlillər üçün məktəbdə təhsil almışdır, 10 il həmin məktəbdə oxumuşdur. 03 aprel 2025-ci il tarixdə saat 13 radələrində oğlu Mətinin ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, telefonu açmış, telefonda danışan oğlu və polis əməkdaşı olmuşdur. Polis əməkdaşı telefonda özünü təqdim edib "oğlunuz Zərərçəkmiş şəxs Naxçıvan şəhəri Əcəmi seyrangahında bizim yanımızdadır, bir nəfər şəxs əlindən 50 maant pulu alıb, qaçıbdır, bura gəlin" demişdir. Özü də narahat olmuş, düşünmüşdür ki, kim İ qrup əlil oğluna qarşı bu hərəkəti edə bilər. Özü də Əcəmi seyrangahına getmiş, oğlum Mətin iki nəfər polis əməkdaşının yanında durmuşdur. Özü də onlara yaxınlaşmış və nə olub soruşmuşdur. Oğlu Mətin də demişdir, bir nəfər 20 manat pulu xırdalamaq üçün özünə yaxınlaşmış, özü də ona 2 10-luq əskinaz verəndə, 50 manat pulu götürüb qaçaraq getmişdir. Özü də polis əməkdaşlarında "həmin şəxsi gördünüz" deyə soruşmuş, polis əməkdaşları da "biz görməmişik, lakin oğlunuz bizə məlumat veribdir, soyğunçuluq əpen şexs qaçıb getmişdir, 1-ci Polis Bölməsinə məlumat vermişik, axtarırlar" demişdir. Polis əməkdaşlarından biri “siz də hadisə ilə bağlı 1-ci Polis Bölməsinə yaxınlaşın, orada ərizə yazın" demişdir. Özü də oğlu Mətin birlikdə 1-ci Polis Bölməsinə getmişlər. Orada qanuni nümayəndə kimi oğlu Mətinin əvəzinə ərizə yazıb soyğunçuluq edən şəxsi şikayət etmişdir. Təqsirləndirilən şəxs İ qrup əlil oğlu Zərərçəkmiş şəxs əlindən 50 manat pulu alıb qaçmışdır. Təqsirləndirilən şəxs vurduğu ziyanı ödəmişdir, onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs Nurəddin oğlunu tanımır, onunla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs tanıyır onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşayır. İdarə etdiyi Chevrolet Aveo markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə Naxçıvan şəhəri Baba marketin qabağında durub taksiçilik etmişdir. 03 aprel 2025-ci il tarixdə saat 19 radələrində avtomobilin içərisində oturmuşdur. Təqsirləndirilən şəxs gəlib avtomobilə oturmuş və “Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən Megastorenin qabağına apar" demişdir. Şahin tək olmuşdur, yanında heç kəs yox olmamışdır, avtomobilə oturmuş, özü də onu Megastorenin qabağına aparmışdır. Avtomobilde danışmamışdır. 3 manat xidmət haqqı vermiş, Megastorenin qabağında düşüb getmişdir, ondan sonra Şahini görməmişdir. Sonra polis əməkdaşları gəlib Baba marketə baxış keçirmişlər, özü də həmin vaxt bilmişdir ki, Mirzəyev X1 bir nəfər şəxsin əlindən pulu alıb qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nurəddin oğlunu tanıyır, hadisə olan günü tanımışdır, əvvəlcədən onu tanımamışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. 03 aprel 2025-ci il tarixdə saat 13 radələrində Naxçıvan şəhəri Əcəmi seyrangahındakı parkda iş yoldaşı polis kiçik serjantı Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Həmin vaxt bir nəfər fiziki qüsurlu vətəndaş narahat halda yaxınlaşıb "tanımadığım bir nəfər şəxs mənim əlimdən 50 manat pulu alıb qaçmışdır” demişdir. Özü də təkrar soruşmuşdur ki, hadisə necə olmuşdur, kim pulu alıb qaçmışdır, həmin şəxsi tanıyırsınız. Zərərçəkmiş şəxs də "həmin şəxsi tanımıram, 35-40 yaşları olardı, mənə yaxınlaşıb 20 manat pulu xırdalamaq istəyəndə, mən də pul qabından 20 manata xırda pul çıxardan 50 manat pulumu alıb qaçdı” demişdir. Həmin qaçan şəxsin getdiyi tərəfi göstərmiş, özü də iş yoldaşı ilə ətrafa baxmış, qaçan şəxsi tapa bilməmişdir. Vətəndaşdan soruşmuşdur ki, hadisə harada olmuşdur. Mətin də "qabaq tərəfdə pilləkənin yanında hadisə olubdur" demişdir. Özü də İ qrup əlil Zərərçəkmiş şəxs atasına zəng vurmuş, özü də onun telefonu ilə atası ilə danışmış, ona məlumat vermişdir. İş yoldaşım Şahid2 hadisə ilə bağlı 1-ci Polis Bölməsinə məlumat vermiş, sonra Mətinin atası hadisə yerinə gəlmiş, onları 1-ci Polis Bölməsinə yönləndirmişdirlər. Hadisəni törədən şəxsi görməmişdir, vətəndaş yaxınlaşmışdır, ondan sonra hadisə olan yerə getmişdirlər, lakin həmin şəxsi tapa bilməmişdirlər. Bu barədə polisə məlumat vermişdirlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən 50 manat pulu alıb qaçmışdır. Parkda vətəndaşlar olsa da, uzaq məsafədе durmuşdurlar, hadisə yerində heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, İ qrup əlil olsa da, fiziki qüsuru var, əqli qüsuru yoxdur. Baş vermiş hadisələri düzgün olaraq dərk etmişdir. Bakı şəhəri 268 saylı xüsusi təyinatlı əlillər üçün məktəbdə təhsil almışdır. 10 il həmin məktəbdə oxumuşdur. Babası Nurəddingilin yaşadığı evdə olan zaman babası Nurəddin xərcləmək üçün özünə 100 manat pul vermiş, özü də 100 manat pulu qara rəngli pul qabına qoymuşdur. 02 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində olan zaman Kasab dönərdən özünə yemək üçün dönər almış və 100 manat pulu verib, dönərin pulunu çıxmışlar, 100 manatı xırdalamış, qalan pulunu da qaytarmışdırlar. Pul qabında 91 manat pul olmuşdur, həmin pulu bir 50-lik, bir 20-lik, 2-si 10-luq və biri 1 manatlıq əskinazlardan ibarət olmuşdur. Piyada gəzə-gəzə Naxçıvan şəhəri Əcəmi seyrangahına gəlmişdir. Hazırda Naxçıvan şəhəri 58-ci məhəllədə yaşayır, Əcəmi seyrangahından evə tez getmək üçün cığır yola getməyə qərar vermiş, piyada Əcəmi seyrangahına çatmış, orada pilləkənə çatmamış, yuxarı tərəfdən 35-40 yaşlarında tanımadığı bir nəfər şəxs gəlib özünə yaxınlaşmış, Təqsirləndirilən şəxs özündən 20 manata xırda pul istəmiş, özü də qara rəngli pul qabını açıb "manata xırdam var, 2 ədəd 10-luq əskinazdır" demişdir. Şahin də “"pul qabını göstər görüm içərisində nə qədər pulun var" demişdir. Özü də “sən məni tanımırsan, pul qabına niyə baxırsan" demişdir. Təqsirləndirilən şəxs də “pul xırdalayıram" demişdir. Bu zaman Şahin də pul qabının içərisində 50 manat pulu götürüb qaçmışdır. Həmin vaxt polis əməkdaşları Əcəmi seyrangahında posta olmuşlar, özü də postda olan polis əməkdaşlarına yaxınlaşmış və "mənim 50 manat pulu əlimdən alıb apardılar" demişdir. Polis əməkdaşlarına pulu qaçıran şəxsin getdiyi yeri göstərmiş, sonra polis əməkdaşları mobil nömrəsi ilə atası Tamileyxaya zəng vurub məlumat vermişdirlər. Atası gələnə qədər polis əməkdaşlarının yanında gözləmiş, atası gəlmiş, polis əməkdaşlarından biri atası Tamileyxaya "1-ci Polis Bölməsinə məlumat vermişik, gedib ora ərizə yazın" demişdir. Atası Tamileyxa ilə birlikdə 1-ci Polis Bölməsinə getmişlər. Özü İ qrup əlil olduğu üçün atası şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsində 50 manat maddi ziyan dəymişdir. Soyğunçuluq edən Şahinin gözündə günəş eynəyi olmuşdur, qara eynək qoymuşdur, arıq özü boylarında olmuşdur, qara rəngli paltar geyinmişdir. Hadisə zaman tək olmuşdur, yanında heç kəs olmamışdır. Ətrafda bir nəfər oğlan və qız varmış, həmin şəxsləri tanımamışdır. Digər tərəfdən özündən aralıdan 2 nəfər polis əməkdaşı durmuşdur. Hadisə 03 aprel 2025-ci il tarixdə saat 13:50 dəqiqədə olmuşdur. Hadisə olan zaman atasına zəng vurmuşdur. Hadisə olan zaman ilk Təqsirləndirilən şəxs özünə yaxınlaşmışdır, Şahin “20-yə xırdan var ya, yox" soruşmuş, özü də insanlıq edib ona kömək etmək istəmişdir, 2 onluq əskinazı varmış, 2 ədəd onluq əskinazı ona vermək istəmiş, Təqsirləndirilən şəxs də qara rəngli pul qabında olan bir ədəd 50-lik əskinazı götürüb qaçmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarında olan protokola əlavə edilmiş bir ədəd diskdən aydın olur ki, istintaq zamanı iş üçün əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs pul xırdaladığı Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşən Baba marketə baxış keçirilmiş və baxış zamanı qeyd alınmış video görüntülər zəruri olduğundan diskə əlavə edilmiş, həmçinin hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillər rəngli çap qurğusunda çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarında olan protokola əlavə edilmiş bir ədəd diskdən aydın olur ki ərzaq mağazalarında diskə köçürülərək götürülmüş videо görüntülərin olduğu diskə Təqsirləndirilən şəxs kartına pulu yüklədiyi ünvan 3 ünvanında yerləşən ərzaq mağazasına baxış keçirilmiş və baxış zamanı qeyd alınmış video görüntülər zəruri olduğundan bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir, həmçinin hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillər rəngli çap qurğusunda çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarında olan protokola əlavə edilmiş bir ədəd diskdən aydın olur ki Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə video görüntüləri izləyib bildirmişdir ki, həmin idman geyimində olan şəxs özüdür, soyğunçuluq hadisəsini özü törətmişdir. Naxçıvan şəhəri Əcəmi seyrangahında olan zaman Zərərçəkmiş şəxs əlindən 50 manat pulu alıb qaçandan sonra aldığı 217 manat maaşın üstünə qoymuş, avtobus parkı ilə üzbəüz olan marketə getmiş, həmin marketdə Milliön aparatından 5239 1517 0669 9835 kart hesabına Hilal Qida MMC-dən aldığı 217 manat puldan 210 manat pulu və taladığı 50 manat pulu kart hesabına köçürmüş, oradan çıxıb "Baba" marketə getmiş, Baba marketin qarşısındakı Kapital bank ATB-dən karta yüklədiyi puldan 48 manat pulu çəkmiş, 20 manatı Baba marketdə xırdalamış, sonra Təvəkkülün avtomobilinə minib getmişdir. İş üçün əhəmiyyətli olduğundan hər iki disk prosessual qaydada protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN- nin Naxçıvan ŞPİ-dən daxil olmuş tələbnamədən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilərək 14 avqust 2013-cü ildə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə həmin cəzadan vaxtından əvvəl azad olunmuşdur. Bundan başqa, o, 29 yanvar 2010-cu il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011ci il tarixli 1934 saylı Əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa o, ********* nömrəli cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirləndirilərək 04 sentyabr 2014-cü ildə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 10 mart 2019-cu il tarixdə Kəngərli tayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək qəti olaraq 05 il 03 ay müddətinə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 25 sentyabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 26 yanvar 2024-cü il tarixdə 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hal-hazırda cəzası davam etməkdədir. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmiş, lakin sonuncu məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Dispanserdən alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə qeydiyyatda olduğu göstərilmişdir. İstintaq zamanı ambulator məhkəmə psixiatrik ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2025-ci il tarixli 227 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra "Nevrotik reaksiya" psixi xəstəliyi olmuşdur. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. İstintaq zamanı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 538 saylı məhkəmə psixoloji ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri həmçinin təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini açıq şəkildə talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını açıq olaraq talamaq məqsədilə 03 aprel 2025-ci il tarixdə saat 13:50 radələrində Naxçıvan şəhəri Əcəmi seyrangahındakı istirahət parkında pilləkənlərin yanında olan zaman İ qrup əlil Zərərçəkmiş şəxs Tamileyxа oğlunun əlindən qəsdən 50 manat pulu açıq şəkildə talayaraq hadisə yerindən qaçıb gedərək soyğunçuluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və dəymiş ziyanın tamamilə ödəməsi, talanan əmlakın məbləğin az olması, törətdiyi əməldə özünün təqsirli bilməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Naxçıvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 11 (on bir) gün müddət təyin ediləcək 2 (iki ) il azadlığın məhdudlaşdırılması cəzasına Cinayət məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 aprel 2025-ci il tarixdən hesablanmaqla (6 ay 1 gün) gün müddət bir günə iki gün hesablanmaqla qəti olaraq 12 (on iki) ay 2 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında dərhal həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş **********699835 nömrəli bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə məsrəflərinin həllinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən, iş üzrə ekspertiza xərci olan 160 (bir yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 11 (on bir) gün müddət təyin ediləcək 2 (iki ) il azadlığın məhdudlaşdırılması cəzasına Cinayət məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 aprel 2025-ci il tarixdən hesablanmaqla (6 ay 1 gün) gün müddət bir günə iki gün hesablanmaqla qəti olaraq 12 (on iki) ay 2 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsininn 52-1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş **********699835 nömrəli bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 160 (bir yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar