Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-58/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Babək rayon Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, Babək rayon, Şəkərabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 20 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ay bundan əvvəl istintaqa məlum olmayan mənbədən əldə etdiyi metamfetamin psixotrop maddəsini gətirib Babək rayon Şəkərabad kəndində yaşadığı evin zirzəmisində saxlamış, 20 may 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evin zirzəmisində saxladığı bir ədəd bükümdə olan metamfetamin psixotrop maddəsini götürüb köynəyinin yan cibində gizlətmiş, bacanağı X16 ilə birlikdə Naxçıvan şəhəri dairəvi yolun 4-cü km-də yerləşən Pub kafesinə gedib, həmin kafenin ayaqyolusunda üzərində daşıdığı metamfetamin psixotrop maddəsinin bir dəfəlik istifadə üçün bir hissəsini falqada yandıraraq tüstüsünü qəbul etmişlər, Təqsirləndirilən şəxs da istifadə etdikdən sonra bir ədəd bükümdə qalan metamfetamin psixotrop maddəsini köynəyin yan cibinə təkrar qoyub saxlamış, kafenin içərisinə keçib oturarkən Təqsirləndirilən şəxs polis əməkdaşlarını kafeyə daxil olduğunu görüb üzərində saxladığı bir bükümdə olan içərisində ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət metamfetamin psixotrop maddəsini yerə atmış, həmin obyektin sahibi Şahid1 yerdə götürdüyünü bir ədəd göy rəngli kağız parçası bükümündə olan, kustar üsulla hazırlanmış təmiz çəkisi 1,536 qram metamfetamin psixotrop maddəsini polis əməkdaşlarına videogörüntü ilə təqdim etmiş, prosessual qaydada götürülmüş və möhürlənmiş zərfdə qablaşdırılmış metamfetamin psixotrop maddəsinə Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə video-görüntülü 21 may 2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd göy rəngli kağız parçası bükümündə olan, kustar üsulla hazırlanmış təmiz çəkisi 1,536 qram olan metamfetamin psixotrop maddəsinin özünə məxsus olduğunu, həmin bükümdə olan metamfetamindən istifadə etdiyini və polis əməkdaşları gələn zaman qorxub yerə atdığını bildirdiyindən, onların iştirakları ilə bir ədəd göy rəngli kağız parçası bükümündə olan, kustar üsulla hazırlanmış təmiz çəkisi 1,536 qram metamfetamin psixotrop maddəsi prosessual qaydada götürülmüşdür. Cinayət işinin başlamasına səbəb Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə vətəndaş Şahid1 müraciəti ilə bağlı onun təqdim etdiyi bir ədəd möhürlənmiş zərfə Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 1 ünvanında yerləşən ünvan 2rəli xidməti otaq müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin zərfdə olan bükümün özünə məxsus olduğunu, polis əməkdaşları kafeyə gələn zaman yerə atdığını bildirdiyindən, bir ədəd göy rəngli kağız parçası bükümünün içərisində ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 1,536 qram olan psixotrop maddə metamfetamin prosessual qaydada qablaşdırılaraq götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış təhqiqat materialı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində əvvəllər marixuana narkotik vasitəsindən istifadə etdiyini, son 2 ildə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, əvvəllər marixuana narkotik vasitəsindən istifadə etdiyinə görə Bakı şəhəri Nəsimi rayonunda polis əməkdaşları tərəfindən tutulduğunu, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində 2001-ci ildə cinayət işi başlanıldığını, işin məhkəməyə getdiyini, məhkəmə prosesi gedən zaman aminstiyaya düşdüyünü, bundan başqa məhkumluğu olmadığını, X28 MMC-də sürücü işlədiyini, yük avtomobili ilə İran yolu ilə Naxçıvandan Bakıya su daşıdığını, ayda iki dəfə səfəri olduğunu, sonra da Naxçıvana qayıtdığını, təxminən 5 ay bundan qabaq Bakı şəhərində olanda uzaqdan tanışı İlham adlı şəxsin özünə bir bükümdə metamfetamin psixotrop maddəsi verdiyini, İlhamın həmin bükümü özünə pay verdiyini, bir büküm metamfetamin psixotrop maddəsini götürüb Bakıdan Naxçıvana hava limanı vasitəsilə gətirdiyini, hava limanında bir büküm metamfetamin psixtrop maddəsini cibinə qoyduğunu, aparatdan keçəndə də üzərində elə ciddi yoxlama aparmadıqlarını, özünün də hava limanı vasitəsilə Naxçıvan gətirdiyi bir bükümdə olan metamfetamin psixotrop maddəsini yaşadığı Babək rayon Şəkərabad kəndində yerləşən evin zirzəmisində mismar qabının içərisində gizlətdiyini, 5 aydır, həmin metamfetamin psixotrop maddəsindən istifadə etmədiyini, 20 may 2024-cü il tarixdə saat 18 radələrində kənddə olarkən bacanağı X16 ilə görüşdüyünü, İlkinin də “gedək pivə içək” dediyini, İlkinə “evə dəyim, hazırlaşım, yarım saata gəlirəm” dediyini, İlkinin də “Babək rayonunda yerləşən Elsevər restoranındayam, ora gəl, görüşək” dediyini, evə gedib evin zirzəmisinə enib, mismar qabında gizlədib saxladığı bir bükümdə olan metamfetamin psixotrop maddəsini götürdüyünü, götürəndə metamfetaminin olduğu bükünün kağızının xarab olduğunu gördüyünü, özünün də istifadə etdiyi parlament siqaretinin bir tərəfi ağ, digər tərəfi göy olan iç kağızı cırıb götürdüyünü, metamfetamini həmin siqaret kağızının göy rəng olan hissəsinə boşaltdığını, büküm hazırlayıb, əyninə geyindiyi qırmızı-qara rəngli köynəyin sol yan cibinə qoyduğunu, özünün də evdən çıxıb birbaşa Elsevər restoranına getdiyini, bacanağı İlkinin də orada kəndliləri Zeynalla birlikdə oturub pivə içdiklərini, həmin kafedə musiqi olmadığı üçün yerlərini dəyişib gecə yarısı SV restoranına getdiklərini, oturub pivə içdiklərini, lakin kafe bağlandığı üçün oradan durduqlarını, İlkinin “Naxçıvan şəhərində PUB kafe var, musiqi də var, ora gedək” dediyini, Zeynalın da “mən getmirəm” dediyini, İlkinlə birlikdə PUB kafeyə getdiklərini, 21 may 2024-cü il tarixdə gecə saat 03 radələrində kafeyə çatdıqlarını, kafedə musiqi səsləndiyini, abu-havanın yaxşı olduğunu, İlkinlə oturub təkrar pivə içdiklərini, bu zaman yadına metamfetamin düşdüyünü, İlkinə əvvəlcədən üzərində metamfetamin olduğunu demədiyini, İlkinə “ayaqyoluna gedirəm, gəlirəm” dediyini, durub ayaq yoluna getdiyini, ayaqyolunda heç kəsin olmadığını, özünün də metamfetamini çəkmək üçün üstündə bir ədəd falqa kəsiyi, bir ədəd qələm turubkası götürdüyünü, sol yan cibində olan bükümü açdığını, falqaya metamfetaminin kristal hissələrindən qoyduğunu, alışqanla falqanı altdan yandırdığını, həmin vaxt metamfetaminin tüstüləməyə başladığını, tüstünü qəbul edəndə İlkinin ayaq yoluna girdiyini, İlkinin “Emin, burada nə edirsən” deyə soruşduğunu, İlkinə “patıdır, çəkirəm” dediyini, İlkinin də “ver məndə çəkim” dediyini, İlkinə “yox çəkmə, neynəyirsən” dediyini, İlkinin də “sən ver bir-iki tüstü qəbul edim” dediyini, özünün də falqanı İlkinə verdiyini, İlkinin də metamfetaminin tüstüsünü qəbul etdiyini, metamfetamini çəkəndən sonra ayaqyolundan çıxdığını, kafedə oturduqları yerə gəldiyini, həmin vaxt havanın işıqlandığını, durub getmək istədiklərini, kafeni işlədən Sənanın “oturun sizə yumurta pomidor verək” dediyini, özünün də İlkinə “gecdir, gedək” dediyini, İlkinin də “yumurta pomidorun yanında araq da deyəcəm, oturaq, yeyək və içək” dediyini, özünün də İlkinlə razılaşıb stolda oturduğunu, həmin vaxt metamfetamin üstündə köynəyinin sol yan cibində olduğunu, yumurta-pomidor və araq gəldiyini, birlikdə yeyib araq da içdiklərini, səhər açılanda durub getmək istəyəndə kafeyə 3 polis əməkdaşının gəldiyini gördüklərini, özünün də polisləri görən kimi üzərində olan metamfetamin psixotrop maddəsi görə narahat oluğunu, polislərin mətbəxə keçdiyini görüb, sol yan cibində içərisində metamfetamin psixotrop maddəsi olan büküm götürüb oturduqları stoldan bir metr kənara atdığını, bu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, özünə və İlkinə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduqlarını bildirib Naxçıvan ŞPİ-nə dəvət etdiklərini, dövlət hesabına müdafiəçi dəvət edib, video çəkilişlə üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı üzərində saxladığı bir siqaret kağızında olan metamfetamini kafeyə atdığını bildirdiyini, şəxsi axtarış zamanı üzərindən bir ədəd parlament siqaretinin qutusu, bir ədəd alışqan, bir ədəd qələm turubkası, 2 ədəd siqaret, bir ədəd özünə məxsus Samsung A40 markalı mobil telefon və 16 manat pul aşkar olunduğunu, pulun özünə qaytarıldığını, telefonunun kodunun 8791 olduğunu, telefonunun üstündə ***-***-**-** mobil nömrəsi olduğunu, həmin əşyaları təqdim etdiyini, üzərindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, Şahid1 tanımadığını, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmadığını, Pub kafeni işlədən Şahid1 təqdim etdiyi bir ədəd kağız zərfə videoçəkişlə müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, kağız zərfin video-çəkiliş zamanı təhqiqatçı tərəfindən açıldığını, kağız zərfin içərisindən kafedə yerə atdığı bükümdəki metamfetamin psixotrop maddəsi olduğunu gördüyünü, həmin bükümü tanıdığını, həmin bükümün öz parlament siqaretindən çıxardığı ağ göy rəngli bükümdə olduğunu, bükümün açıldığını, büküm içərisində ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət metamfetaminə bənzər kütlə aşkar olunduğunu, müdafiəçinin iştirakı ilə həmin kütlənin elektron tərəzidə çəkildiyini, onun çəkisinin 1.74 qram gəldiyini, özünün də həmin 1.74 qram olan metamfetamin psixotrop maddəsinin özünə məxsus olduğunu bildirdiyini, həmin bükümün ağ kağız zərfdə qablaşdırıldığını, möhürlənmiş və imzalandığını, narkotik vasitələrdən istifadə etdiyini, üzərində metamfetamin psixotrop maddəsi saxladığını İlkin Nəbiyevin bilmədiyini, ayaqyolunda metamfetamin psixotrop maddəsinin tüstüsünü qəbul edən zaman bildiyini, metamfetamin psixotrop maddəsi istifadə etmək üçün üzərində saxladığını, metamfetamin psixotrop maddəsinin satışı ilə məşğul olmadığını, sadəcə istifadəçisi olduğunu, ikinci dəfədir istifadə etdiyini, metamfetamin psixotrop maddəsini istifadə edən zaman özü və bacanağı İlkinin olduğunu, ayaqyolunda bir yerdə tüstüsünü qəbul etdiklərini, yanlarında başqa heç kim olmadığını, yaşadığı evdə başqa narkotik vasitə və psixotrop maddə olmadığını, evində mismar qabında saxladığı metamfetamin psixotrop maddəsinin hamısını götürdüyünü, ayaq yolunda birazını yandırıb İlkinlə qəbul etdiyini, baxış zamanı bükümdə qalan metamfetaminin aşkar olunduğunu, Naxçıvanda kimsəyə narkotik vasitə və ya psixotrop maddə satmadığını, istifadə etdiyi metamfetamin psixotrop maddəsinin ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət olduğunu, üzərində saxladığını metamfetamin psixotrop maddəsini polis əməkdaşları kafeyə daxil olub mətbəx tərəfə keçən kimi tutulmamaq üçün sol döş cibindən çıxarıb yerə atdığını, Şahid1 təqdim etdiyi psixotrop maddənin özünün yerə atdığı psixotrop maddə olmadığını, özündə olan və polis əməkdaşlarını görərkən yerə atdığı psixotrop maddənin kristal şəkilli olmadığını, yarı toz yarı kristal şəkilli olduğunu, miqdarının çox az olduğunu, ittihamda göstərildiyi qədər ola bilməyəcəyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində X2 yoldaşı olduğunu, onunla dost olduğunu, həmçinin həmkəndlisi olduğunu, onu yaxşı tanıdığını, İlkinin narkotiklə bağlı heç bir hərəkəti olmadığını, ümumiyyətlə İlkinin narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmadığını, Təqsirləndirilən şəxs İlkinin bacanağı olduğunu, Eminlə heç bir münasibəti olmadığını, 20 may 2024-cü il tarixdə saat 19 radələrində İlkinlə Şəkərabad kəndində görüşüb, Elsevər restoranına getdiklərini, Eminin də İlkinə zəng vurub harada olduğunu soruşduğunu, İlkinin də Emini Babək rayonunda yerləşən Elsevər restoranına çağırdığını, özünün də “İlkin çağırma, oturmuşuq” dediyini, İlkinin də “bacanaqdı, gəlsin, oturaq, narahat olma” dediyini, birlikdə oturub pivə içdiklərini, pivə içən zaman stolda narkotik vasitələrdən söhbət belə olmadığını, Eminin üstündə narkotik vasitə olduğunu belə bilmədiyini, İlkinin də “gedək SV-yə oturaq” dediyini, Emin, özü və İlkinin birlikdə SV kafeyə getdiklərini, orada oturub, pivə içdiklərini, Emin ilə İlkinin birlikdə durub ayaq yoluna getdiklərini, özünün heç nədən xəbəri olmadığını, özünün də 01:30-da İlkin və Eminlə sağollaşıb evə getdiyini, ondan sonra İlkin və Emindən xəbəri olmadığını, səhərisi gün X29 kafeyə gedib, orada yeyib içdiklərini, sonra Eminin üstündə olan metamfetamin psixotrop maddəsindən birlikdə istifadə etdiklərini və polislər tərəfindən tutulduqlarını eşitdiyini, Eminlə münasibəti olmadığını, sadəcə oturub pivə içdiklərini, özünə narkotik vasitə ilə bağlı heç nə demədiyini, İlkinin də əvvəlcədən Emində metamfetamin olduğunu bilmədiyini, sonra necə olduğu barədə məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 21 may 2024-cü il tarixdə işə gələn zaman Bölmə rəisinin zəng vurub “Naxçıvan şəhəri PUB kafedə iki nəfər şəxs olduğunu, metamfetamin psixotrop maddəsindən istifadə etməkdə və daşımaqda şübhəli olduqlarını, Nihat və Fərmanla əlaqə saxla, birlikdə ora gedin” dediyini, özünün də iş yoldaşı Nihata zəng vurduğunu, harada olduqlarını soruşduğunu, Nihatın da “Fərmanla birlikdə PUB kafeyə gedirik” dediyini, özünün də PUB kafeyə getdiyini, orada Nihad və Fərmanla görüşdüyünü, Nihadın “məlumat daxil olub, içəridə iki nəfər şəxs narkotik vasitədən istifadə edirlər, üzərilərində də narkotik vasitə ola bilər, diqqətli olaq” dediyini, birlikdə Pub kafeyə daxil olduqlarını, kafeyə daxil olan kimi girişdən sağ tərəfdə üç nəfər şəxsin oturduğunu, oranı işlədən Sənanın özlərini qarşıladığını, onlarla birlikdə mətbəxə tərəf keçdiklərini, Sənanın işarə verib “o stolda oturan iki nəfər şəxs narkotik vasitədən istifadə edirlər” dediyini, onlara yaxınlaşıb özlərini tədqim etdiklərini, onlara narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqlarını bildirdiklərini, stolda sol tərəfdə oturan şəxsin Babək rayon Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, həmin şəxslə stolda üzbəüz oturan kök dolu şəxsin Eminin bacanağı X16 olduğunu bildirdiyini, danışdıqca həmin şəxslərin sərxoş olduqlarını və çox spirtli içki qəbul etdiklərini hiss etdiklərini, həmin şəxsləri kafedən çölə çıxarıb 1-ci Polis Bölməsinə məlumat verdiklərini, həmin vaxt Sənanın içəridən çıxıb “onların oturduğu stolun altında bir büküm tapdım və içərisində maddə var” dediyini, dərhal bu barədə bölmə rəisinə məlumat verdiklərini, həmin şübhəli şəxsləri Naxçıvan ŞPİ-nə dəvət etdiklərini, Sənanın da Emin və İlkin oturduğu stolun altından tapdığı bükümü video çəkilişlə iş yoldaşı Şahid3 iştirakı ilə təhqiqatçı İsmayıl Məhərrəmova təqdim etdiyini, Şahid1 əşyanı təqdim edən zaman “kafedə şübhəli şəxslərin oturduğu stolun altından tapmışam, içərisində maddə var” dediyini, Şahid1 təqdim etdiyi əşyaya iştirakları ilə baxış keçirildiyini, baxış zamanı bükümün salfetkaya bükmüş vəziyyətdə olduğunu, bükümün açıldığını, bükümün bir tərəfinin göy, digər tərəfinin ağ rəngli olduğunu, bükümün göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğunu, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı Şahid1 iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını, bundan başqa, narkotik vasitələrdən istifadə etməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini, həmçinin digər şübhəli X11 üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini, ardıcıl olaraq istintaq hərəkətləri keçirildiyini, təhqiqatçı Şahid1 təqdim etdiyi möhürlənmiş kağız zərfdə olan metamfetamin psixotrop maddəsinə bənzər kütləni video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyini, Təqsirləndirilən şəxs zərf açılmamışdan qabaq evindən götürdüyü bir ədəd büküm olan metamfetamin psixotrop maddəsini üstündə daşıyaraq Pub kafeyə gətirdiyini, Pub kafenin ayaqyolusunda bacanağı İlkinlə birlikdə metamfetamin psixotrop maddəsinin bir hissəsini yandırıb tüstüsünü qəbul edərək istifadə etdiklərini, daha sonra üzərində olan siqaret parlament siqaretinin bir tərəfinin göy, digər tərəfi ağ rəngli kağızı ilə büküm cibinə qoyduğunu, polis əməkdaşları gələndə götürüb yerə atdığını bildirdiyini, təhqiqatçı tərəfindən həmin kağız zərfin açıldığını, kağız zərfin içərisindən bir ədəd büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə həmin bükümə baxıb özünə məxsus olduğunu, həmin bükümdə metamfetamin psixotrop maddəsi olduğunu və polis əməkdaşları gələrkən cibindən çıxarıb stolun altına atdığını bildirdiyini, bükümün açıldığını, bükümün bir tərəfinin göy, digər tərəfinin ağ rəngli olduğunu, bükümün göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğunu, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı iştirak edən şəxslərin, müdafiəçinin iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını, həmçinin X11 və onun müdafiəçisinin iştirakı ilə həmin əşyaya baxış keçirildiyini, İlkin Nəbiyevin həmin bükümü tanımadığını, Təqsirləndirilən şəxs üzərində görmədiyini bildirdiyini, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı iştirak edən şəxslərin, müdafiəçinin iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 21 may 2024-cü il tarixdə Naxçıvan ŞPİ-də olduğunu, iki nəfər şəxs narkotik vasitələri və psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduğundan, onların üzərində şəxsi axtarış keçiriləcəyini, həmin vaxt Şahid1 gəldiyini, Sənanın da Emin və İlkin oturduğu stolun altında tapdığı bükümü video çəkilişlə özünün və iş yoldaşı Şahid2 iştirakları ilə təhqiqatçı İsmayıl Məhərrəmova təqdim etdiyini, Şahid1 əşyanı təqdim edən zaman kafedə şübhəli şəxslərin oturduğu stolun altından tapdığını, içərisində maddə olduğunu bildirdiyini, Şahid1 təqdim etdiyi əşyaya baxış keçirildiyini, baxış zamanı bükümün salfetkaya bükmüş vəziyyətdə olduğunu, bükümün açıldığını, bükümün bir tərəfi göy, digər tərəfinin ağ rəngli olduğunu, bükümün göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğunu, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı Şahid1 iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını, bundan başqa, narkotik vasitələrdən istifadə etməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini, həmçinin digər şübhəli X11 üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini, ardıcıl olaraq istintaq hərəkətləri keçirildiyini, təhqiqatçı Şahid1 təqdim etdiyi möhürlənmiş kağız zərfdə olan metamfetamin psixotrop maddəsinə bənzər kütləni video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyini, Təqsirləndirilən şəxs zərf açılmamışdan qabaq evindən götürdüyü bir ədəd büküm olan metamfetamin psixotrop maddəsini üstündə daşıyaraq Pub kafeyə gətirdiyini, Pub kafenin ayaqyolusunda bacanağı İlkinlə birlikdə metamfetamin psixotrop maddəsinin bir hissəsini yandırıb tüstüsünü qəbul edərək istifadə etdiklərini, daha sonra üzərində olan siqaret parlament siqaretinin bir tərəfinin göy, digər tərəfinin ağ rəngli kağızı ilə büküm cibinə qoyduğunu, polis əməkdaşları gələndə götürüb yerə atdığını bildirdiyini, təhqiqatçı tərəfindən həmin kağız zərfin açıldığını, kağız zərfin içərisindən bir ədəd büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə həmin bükümə baxıb özünə məxsus olduğunu, həmin bükümdə metamfetamin psixotrop maddəsi olduğunu və polis əməkdaşları gələrkən cibindən çıxarıb stolun altına atdığını bildirdiyini, bükümün açıldığını, bükümün bir tərəfinin göy, digər tərəfinin ağ rəngli olduğunu, bükümün göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə olduğunu, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı iştirak edən şəxslərin, müdafiəçinin iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2024-cü il may ayının 20-dən 21-nə keçən gecə Naxçıvan ŞPİ-nin 1-ci PB-də iş yoldaşı Fərmanla birlikdə xidmətdə olduğunu, 21 may 2024-cü il tarixdə saat 07 radələrində rəis tərəfindən əməliyyat məlumatı verildiyini, məlumatla əlaqədar olaraq Naxçıvan şəhəri ərazisində yerləşən Pub kafeyə getdiklərini, yolda gedən zaman Səyyadın zəng vurduğunu, Səyyada “kafeyə gəl” dediyini, kafeyə çatıb Fərman və Səyyad birlikdə kafeyə daxil olduqlarını, kafeyə daxil olan kimi girişdən sağ tərəfdə üç nəfər şəxsin oturduğunu gördüklərini, oranı işlədən Sənanın özlərini qarşıladığını, onlarla birlikdə mətbəxə tərəf keçdiklərini, Sənanın işarə verib “o stolda oturan iki nəfər şəxs narkotik vasitədən istifadə edirlər” dediyini, onlara yaxınlaşıb özlərini tədqim etdiklərini, onlara narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqlarını bildirib İdarəyə dəvət etdiklərini, stolda sol tərəfdə oturan şəxs Babək rayon Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs olduğunu, həmin şəxslə stolda üzbəüz oturan kök dolu şəxsin Eminin bacanağı, X16 olduğunu bildirdiyini, həmin şəxsləri kafedən çölə çıxarıb 1-ci Polis Bölməsinə məlumat verdiklərini, ardınca Naxçıvan ŞPİ-yə apardıqlarını, idarədə Təqsirləndirilən şəxs polis əməkdaşları ora gedəndə üstündə daşıdığı bir ədəd bükümdə olan metamfetamin psixotrop maddəsini yerə atdığının, oranı işlədən Şahid1 da yerdən bükümü tapıb polis əməkdaşlarına təhvil verdiyinin məlum olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2024-cü il may ayının 20-dən 21-nə keçən gecə Naxçıvan ŞPİ-nin 1-ci PB-də iş yoldaşı Nihadla birlikdə xidmətdə olduğunu, 21 may 2024-cü il tarixdə saat 07 radələrində rəis tərəfindən əməliyyat məlumatı verildiyini, məlumatla əlaqədar olaraq Naxçıvan şəhəri ərazisində yerləşən Pub kafeyə getdiklərini, yolda gedən zaman Səyyadın zəng vurduğunu, Səyyada “kafeyə gəl” dediyini, kafeyə çatıb Nihad və Səyyad birlikdə kafeyə daxil olduqlarını, kafeyə daxil olan kimi girişdən sağ tərəfdə üç nəfər şəxsin oturduğunu gördüklərini, oranı işlədən Sənanın özlərini qarşıladığını, onlarla birlikdə mətbəxə tərəf keçdiklərini, Sənanın işarə verib “o stolda oturan iki nəfər şəxs narkotik vasitədən istifadə edirlər” dediyini, onlara yaxınlaşıb özülərini tədqim etdiklərini, onlara narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqlarını bildirib İdarəyə dəvət etdiklərini, stolda sol tərəfdə oturan şəxs Babək rayon Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs olduğunu, həmin şəxslə stolda üzbəüz oturan kök dolu şəxsin Eminin bacanağı, X16 olduğunu bildirdiyini, həmin şəxsləri kafedən çölə çıxarıb 1-ci Polis Bölməsinə məlumat verdiklərini, ardınca Naxçıvan ŞPİ-yə apardıqlarını, idarədə Təqsirləndirilən şəxs polis əməkdaşları ora gedəndə üstündə daşıdığı bir ədəd bükümdə olan metamfetamin psixotrop maddəsini yerə atdığının, oranı işlədən Şahid1 da yerdən bükümü tapıb polis əməkdaşlarına təhvil verdiyinin məlum olduğunu bildirdi. Şahid1 05 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə prosesində səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs və X14 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, qardaşı Turalla birlikdə Naxçıvan şəhərində yerləşən Pub kafeni işlətdiklərini, həmin kafenin sahibkarı olduğunu, hər gün həmin kafedə işin başında olduqlarını, yüzlərlə vətəndaş, əcnəbilərin gəlib kafedə yeyib içib, əyləndiklərini, həmin Pub kafedə musiqi olduğunu, ofisantların da qızlar olduqlarını, həmçinin orada gecə taksilərin də durduqlarını, 21 may 2024-cü il tarixdə saat 02 radələrində kafeyə iki nəfər şəxsin gəldiklərini, həmin şəxslərin sərxoş olduğunu hiss etdiyini, onları tanımadığını bildirdiyini, onların keçib kənarda stulda əyləşdiklərini, oturub pivə sifariş verib yeyib içdiklərini, 2-3 saat orada oturduqlarını, gələn şəxslərin iki nəfər olduqlarını, yanlarında da heç kəsin oturmadığını, həmin şəxslərdən birinin, yəni Təqsirləndirilən şəxs durub ayaqyoluna getdiyini, ardınca da İlkin Nəbiyevin durub getdiyini, 15-20 dəqiqə keçdiyini, onların ayaqyolundan gec qayıtdıqlarını, onların bu hərəkətinin özünü şübhələndirdiyini, ayaqyolundan qayıdanda onların vəziyyətinin başqa olduğunu, stolda oturub susduqlarını, elə çox deyib gülmədiklərini, özünün də onlara yaxınlaşdığını, başqa nəsə istəyibistəmədiklərini soruşduğunu, Eminin nə olduğunu soruşduğunu, özünün də “yumurta pomidor eləyim yeyin” dediyini, Eminin yanında oturan İlkinin də araq sifarişi verdiyini, ondan sonra oturub yeyib-içdiklərini, əlavə də araq sifarişi verdiklərini, həmin arağında yarısını içdiklərini, səhər üzü, hava işıqlananda özünün polis əməkdaşlarına “kafedə iki nəfər şəxs var, özlərini şübhəli aparırlar, deyəsən narkotik vasitələrdən istifadə ediblər, üzərilərindən narkotik vasitə var” deyə məlumat verdiyini, biraz keçəndən sonra kafeyə 3 nəfər polis əməkdaşları gəldiyini, özünün də onları qarşıladığını, onların özü ilə kənarda söhbət elədiklərini, özünün də polislərə həmin şəxsləri göstərərkən Eminin sol yan cibindən bir büküm götürüb yerə atdığını gördüyünü, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, onları Polis İdarəsinə dəvət etdiklərini, Emin və İlkinin çox spirtli içki qəbul etdiklərindən ayaq üstdə dura bilmədiklərini, özünün də Emin və İlkinin oturduğu stola tərəf gəldiyini, yeri axtardığını, orada olan bir tərəfi göy, bir tərəfi ağ olan bir ədəd bükümü götürdüyünü, polis əməkdaşlarına göstərdiyini, Naxçıvan ŞPİ-nə gəldiklərini, təhqiqatçının otağında video-çəkilişlə həmin bükümü təqdim edib “Emin və İlkin kafedə oturub özləri şübhəli apardıları üçün polis çağırmış, polis əməkdaşları gələn zaman Emin həmin təqdim etdiyi büküm yerə atmış, özüm də bükümdə narkotik vasitə olmasına şübhə edib götürdüm” dediyini, özünün və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılan zaman təqdim etdiyi bükümə baxış keçirildiyini, bükümü özünün əlavə salfetkaya bükdüyünü, bükümün açıldığını, bükümün bir tərəfinin göy, digər tərəfinin ağ rəngli olduğunu, bükümün göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə olduğunu, həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin elektron tərəzidə çəkildiyini, bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlənin 1.78 qram gəldiyini, həmin bükümün orada video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs və X24 kafeyə gecə saat 02 radələrində gəldiklərini, kafedə olanların demək olar getdiklərini, lakin sübhçağı olmasına baxmayaraq onların hələ də oturduqlarını, həm də hər ikisinin birdən ayaq yoluna getdiklərini, ayaqoluna getməmişdən qabaq deyibgüldüklərini, oradan qayıdanda məst olmuş kimi davrandıqlarını, hallandıqlarının hiss olunduğunu, həmin kafeyə nə qədər şəxslər gəlib-getdiyindən və gündə yüz sifət gördüyündən şübhələnməməyini mümkün olmadığını, həm də onların üzərində metamfetamin olduğunu əvvəlcədən bilmədiyini, Eminin gələn polisləri görən kimi hərəkətlərinin gərginləşdiyini, özünün də polislərlə danışan zaman kənardan Eminə baxdığını, həmin vaxt Eminin cibindən bükümü çıxarıb yerə atdığını, özünün də bükümü götürüb polislərə təqdim etdiyini, onların stolda metamfetamin psixotrop maddəsindən istifadə etdiyini görmədiyini, sadəcə olaraq, birlikdə ard-arda ayaqoluna getdiklərini və 15-20 dəqiqə sonra gəldiklərini, kafenin video müşahidə kamerası olduğunu, kameraya baxanda həmin video-görüntülərin qeydə alındığını, Təqsirləndirilən şəxs bükümü yerə atdığı və həmin bükümü tapmağının kamerada əks olunduğunu, Polis əməkdaşlarının həmin videogörüntüləri götürdüklərini, Təqsirləndirilən şəxs İlkin Nəbiyevlə birlikdə kafeyə gəldiklərini, həmin stolda oturduqlarını, ikisinin yeyib-içdiklərini, başqa da kimsə onların stolunda əyləşmədiyini, Təqsirləndirilən şəxs İlkin Nəbiyevlə kafeyə gələndə demək olar kafedə az müştəri olduğunu, özünün stola baxdığını, kafedə də işləyənlərin də orada olduqlarını, əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs üzərində olan metamfetamin psixotrop maddəsindən özünə təklif etmədiyini, özünün şübhələnib polisə məlumat verdiyini bildirmişdir. Şahid X16 05 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda Bakı şəhərində olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X16 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, bacanağı olduğunu, 20 may 2024-cü il tarixdə saat 15 radələrində kənddə bacanağı Eminlə görüşdüyünü, Eminin “nə edirsən” deyə soruşduğunu, özünün də bekarçılıqdır dediyini, Eminin də “gedək pivə içək” dediyini, özünün də “Elsevər restoranına gedək, orada içək” dediyini, Eminin də “sən get, evə gedirəm, gələm” dediyini, özünün də həmkəndlisi Zeynalla birlikdə Elsevər restoranına getdiyini, bir saat keçəndən sonra Eminin təkcə Elsevər restoranına gəldiyinin, birlikdə oturub pivə içdiklərini, musiqi olmadığı üçün yer dəyişikliyi etmək üçün Elsevər restoranında durduqlarını, birlikdə SV kafesinə getdiklərini, zalda oturub birlikdə pivə içdiklərini, Zeynalın da “mənim işim var” deyib durub getdiyini, özünün də Eminlə oturub əlavə bir-iki bakal pivə içdiyini, sərxoş olanda biraz çox yer gəzdiyi üçün Eminə “Naxçıvan şəhərində PUB kafe var, ora da gedək” dediyini, gecə yarısını keçən zaman birlikdə Pub kafeyə getdiklərini, 21 may 2024-cü il gecə saat 02 radələri olanda kafeyə çatdıqlarını, həmin vaxt kafedə işçilər və taksi sürücüləri olduğunu, zalda oturub təkrar pivə sifariş etdiklərini, 2-3 saat yeyib-içəndən sonra Eminin “məndə metamfetamin psixotrop maddəsi var, çəkmək istəyirsən” dediyini, özünün də Eminə cavab vermədiyini, Eminində durub ayaqyoluna getdiyini, özünün də bir dəqiqə keçəndən Eminin arxasıca durub getdiyini, ayaq yoluna girəndə Eminin əlində falqa olduğunu, falqanın altını alışqanla yandırdığını, falqanın içərisində olan metamfetaminin tüstülədiyini gördüyünü, lakin metamfetaminin tüstüsünün siqaret kimi gur çıxmadığını gördüyünü, falqaya baxanda metamfetamin əriyib maye kimi o yana bu yana axdığını gördüyünü, Eminin falqanın içərisində olan metamfetaminə qələmin turubkasını tutub ağzına çəkdiyini, özünün də Eminə “ver iki tüstü də mən çəkim” dediyini, özünün də qələmin turubkasını alıb ağzına tutduğunu, Eminin də falqanı yandırdığını, özünün də bu formada metamfetaminin tüstüsünü qəbul etdiyini, metamfetamini tam çəkəndən sonra ayaqolundan çıxdıqlarını, Eminlə birlikdə metamfetamin qəbul edəndə ayaq yolunda özlərindən başqa heç bir şəxs olmadığını, istifadə edən zaman da ayaqyoluna heç kəsin gəlmədiyini, ayaqyolundan Emindən qabaq çıxdığını, ardınca da Eminin gəldiyini, təkrar stola oturub pomidor yumurta, araq dediklərini, təkrar araq içdiklərini, ikinci araq da sifariş verdiklərini, onun da yarısını içdiklərini, həmin vaxt səhər tezdən olduğu üçün havanın işıqlandığını, polis əməkdaşlarının gəlib özlərinə yaxınlaşdığını, özlərini Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, özlərini narkotestdən keçirdiklərini, ondan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunduqlarını, üzərinə video-çəkilişlə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, Eminin üzərində metamfetamin daşıdığını bilmədiyini, Pub kafeni işlədən Şahid1 kafedə oturduqları yerdən bir ədəd bir tərəfinin ağ və bir tərəfinin göy rəngli bükümdə olan metamfetamini gətirib polis əməkdaşlarına təqdim etdiyini, Təqsirləndirilən şəxs da həmin bükümünün öz üzərində köynəyinin sol yan cibində daşıdığını və polis əməkdaşları ora gələn zaman yerə atdığını bildirdiyini, Təqsirləndirilən şəxs əvvəlcədən özündə metamfetamin psixotrop maddəsi olduğunu demədiyini, Pub kafedə oturan zaman Eminin “üstümdə metamfetamin var, istəyirsən, gəl çəkək” dediyini, özünün də heç nə demədən Emin ardınca durub getdiyini, birlikdə metamfetamin maddəsinin tüstüsünü qəbul etdiklərini, özünün əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, Eminlə zalda tumba yanında stolda oturduqlarını, stolda Emin və özünün oturduqlarını, içəri girəndə özünün stolda sağ tərəfdə, Emin isə sol tərəfdə oturduğunu, yanlarında da heç kəsin oturmadığını, Eminin üzərində daşıdığı metamfetamin psixotrop maddəsi olan bükümü yerə atdığını görmədiyini, Polis İdarəsində olanda Təqsirləndirilən şəxsla birlikdə istifadə etdiyi metamfetamindən əlavə, Təqsirləndirilən şəxs üzərində bükümdə metamfetamin olduğunu, onu yerə atdığını bildiyini, həmin an Pub kafenin kamerasına düşdüklərini, Təqsirləndirilən şəxs əvvəllər özünə narkotik vasitə və ya psixtrop maddə satmadığını, Təqsirləndirilən şəxsla birlikdə əvvəllər narkotik vasitə və ya psixtrop maddədən istifadə etmədiklərini, Şahid6 sinif yoldaşı olduğunu, Babək rayon Şəkərabad kəndində yaşadığını, Eminin üzərində metamfetamin psixotrop maddəsi olduğundan Zeynalın xəbəri olmadığını, Zeynalın yanında metamfetamin psixotrop maddəsindən istifadə etmədiyini, Zeynalın da metamfetamin psixotrop maddəsi istifadəçisi olmadığını bildirmişdir. Şahid8 05 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 ifadəsində Şahid7 ilə birlikdə PUB kafedə işlədiyini, Şahid1 tanıdığını, qardaşı Turalla birlikdə Pub kafeni işlətdiklərini, özünün də onların yanında işlədiyini, Təqsirləndirilən şəxs və X14 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, 21 may 2024-cü il tarixdə saat 02 radələrində kafedə olduqlarını, həmin vaxt kafeyə iki nəfər şəxs gəldiyini, onların keçib kənarda stulda əyləşdiklərini, oturub pivə sifariş verdiklərini, özünün də həmin stola baxdığını, pivələri məzələri gətirdiyini, onların yeyib içdiklərini, həmin şəxslərin kafeyə gələndə sərxoş olduqlarını, yeyib-içib gələrək burada davam etdiklərini, Emin və İlkinin 2-3 saat orada oturduqlarını, durub getmək istəmədiklərini, özü də yorulduğundan Sənana “bütün müştərilər gedib, bir bunlar qalıb, mən artıq gedirəm, siz baxın” dediyini, özünün də durub getdiyini, başqa da heç nə bilmədiyini, daha sonra İlkin və Eminin kafenin ayaq yolunda narkotikdən istifadə etdiklərini və polislər tərəfindən tutulduqlarını eşitdiklərini, Təqsirləndirilən şəxs və İlkin Nəbiyevin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini görmədiyini, sadəcə onların stoluna baxdığını, onların pivə-araq içdiklərini, başqa heç nə görmədiyini, əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, onlara pomidor yumurta vermədiyini, özünün çıxıb getdiyini, stola baxanda Emin və İlkinin ayaq yoluna getmədiklərini, o qədər içib sərxoş olduqlarını, stoldan dura bilmədiklərini, onların stoldan durduqlarını görmədiyini bildirmişdir. Şahid7 05 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə prosesində səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ifadəsində Şahid1 tandığını, qardaşı Turalla birlikdə Pub kafeni işlətdiyini, özünün də onların yanında işlədiyini, Təqsirləndirilən şəxs və X14 əvvəlcədən tanımadığını, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olduğunu, 21 may 2024-cü il tarixdə saat 02 radələrində kafedə olan zaman iki nəfər şəxs gəldiyini, onlar keçib kənarda stulda əyləşdiklərini, oturub pivə sifariş verdiklərini, həmin masaya Sevanın baxdığını, Sevanın pivələri gətirdiyini, yeyib-içdiklərini, Emin və İlkin 2-3 saat orada oturduqlarını, bir qədər sonra Təqsirləndirilən şəxs durub ayaqyoluna getdiyini, ardınca da İlkin Nəbiyevin durub getdiyini, 10-15 dəqiqə keçdiyini, onların qayıtmadığını, Sənanın da özünə ora baxması üçün işarə verdiyini, özünün də gedib baxanda Emin və İlkinin əllərində falqa tutduğunu, qələm turubkası ilə tüstü çəkdiklərini gördüyünü, bu barədə Sənana dediyini, Sənanın da “şübhələnmişəm” dediyini, həmin vaxt Emin və İlkinin narkotik vasitələrdən istifadə etdiklərinə əmin olduğunu, bir qədər sonra onların ayaqyolundan qayıtdıqlarını, ayaqyolundan qayıdanda onların vəziyyətinin başqa olduğunu, stolda oturub susduqlarını, elə çox deyib-gülmədiklərini, Sənanın da onlara yaxınlaşıb başqa nəsə istəyib-istəmədiklərini soruşduğunu, Eminin nə olduğunu soruşduğunu, Sənanın da “yumurta-pomidor var, deyim gəlsin” dediyini, Eminin yanında oturan İlkinin də araq sifariş verdiyini, ortaya yumurta pomidor gəldiyini, oturub yeyib-içdiklərini, arağın qurtardığını, əlavə bir ədəd də araq sifariş verdiklərini, həmin arağında yarısını içdiklərini, demək olar səhər üzü olsa da, getmədiklərini, havanın işıqlandığını, Sənanın da polisə məlumat verdiyini, biraz keçəndən sonra kafeyə 3 nəfər polis əməkdaşlarının gəldiyini, Sənanın da onları qarşıladığını, özünün də Eminlə İlkinin yanında oturduğunu, polis əməkdaşları ilə görüşdüyünü, Sənanın polislərlə danışdığını, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və onları Polis İdarəsinə dəvət etdiklərini, Eminin üstündə olan bükümdəki metamfetamin psixotrop maddəni stolun altına atdığını, Sənanın da onu tapıb polislərə təqdim etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən tərtib edilmiş 21 may 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində dairəvi yolun 4-cü kilometrliyində yerləşən Pub Kafeni işlədən Naxçıvan şəhər Qaraxənbəyli kənd sakini 1994-cü il təvəllüdlü Həsənov X8 şəhər Polis idarəsinin 1-ci Polis Bölməsinə gələrək kafedə tapdığı 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli toz hissəciklərdən ibarət metanfetamin psixotrop maddəni təqdim edib bildirdi ki, həmin bükümü kafeyə müştəri kimi gələn Babək rayon Şəkərabad kənd sakinləri xx.xx.1978-ci il təvəllüdlü, evli 2 uşaq atası, Badamlı MMC-də Tır sürücüsü işləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs oglu və xx.xx.1980-ci il təvəllüdlü, evli, 2 uşaq atası, Araz karqoda mühafizəçi işləyən X4 qovşaqda istifadə edən zaman kafeyə daxil olan polis əməkdaşlarını görüb yerə atdığını bildirmişdir. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 may 2024-cü il tarixdə Şahid1 Pub kafedə stolun altından tapıb polisə təqdim etdiyi əşyaya, yəni içərisində kütlə olan bükümə baxış keçirilmiş, baxış zamanı Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Şahid1 kafedən tapdığı bir ədəd bükümü təqdim edib kafeyə gələn müştərilər Təqsirləndirilən şəxs və X11 yerə atdığını, həmin bükümdə olan narkotikdən ayaqyolunda istifadə etdiklərini bildirdiyini bildirmiş, iş üçün əhəmiyyətli olduğundan video çəkilişlə Şahid1 təqdim etdiyi bir ədəd əşya, yəni büküm tərəfimdən qəbul edilmiş, video-çəkiliş ilə həmin büküm açılmış, həmin büküm salfetkaya bükülmüş, Şahid1 bildirmişdir ki, kafeyə gələn müştərilə həmin bükümdə olan narkotik vasitədən istifadə edib və sonra polis gələrkən yerə atmışlar, o da stolun altından həmin bükümü tapmış, bükümü salfetkaya büküb təqdim etmək üçün gətirmişdir. Həmin büküm açılmış, bükümün bir tərəfi göy, digər tərəfi ağ rəngli olmuş, büküm göy olmuşdur. Həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə 1.78 qram gəlmişdir. Həmin büküm orada video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə bir ədəd kağız zərfə qoyulub, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, iş vərəq 8-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, HKpb-134/24 nömrəli material üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6 müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 30-31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü şəkildə bir ədəd Samsung galaxy A40 markalı telefonu, içərisində 2 ədəd siqaret olan ağ rəngli parlament qutusu, bir ədəd alışqanı, bir ədəd qələm üstlüyünü və bir ədəd falqanı təqdim etmiş, onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya əşya aşkar edilməmiş, iş üçün əhəmiyyətli olduğundan yuxarıda qeyd edilən əşyalar şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. (cild İ, iş vərəq 32-33) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş X16 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, HKpb-134/24 nömrəli material üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X17 müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim olunan metamfetamin psixotrop maddəsinə bənzər kütlənin olduğu möhürlənmiş bir ədəd kağız zərfə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd möhürlənmiş kağız zərf müdafiəçinin və şübhəli şəxsin iştirakları ilə video çəkiliş aparılan zaman açılmış, həmin kağız zərfin möhürləri sökülmüş, kağız zərfin ağzı açılmış, kağız zərfin içərisindən bir ədəd büküm aşkar edilmiş, həmin bükümü Şahid1 polisə təqdim etmiş və kafedə oturan müştərilər Təqsirləndirilən şəxs və X11 oturduğu stolun altından tapmışdır, həmin bükümə baxış keçiriləndə içərisində ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə olmuşdur. Həmin büküm baxışa təqdim edilmiş, baxış zamanı büküm açılmış, bükümün bir tərəfi göy, digər tərəfi ağ rəngli olmuş, bükümdə göy rəngli üzündə ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə olmuşdur. Həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə 1.78 qram gəlmişdir. Təqsirləndirilən şəxs əşya ilə tanış olub bildirmişdir ki, “həmin bükümü tanıyıram, həmin bükümün içərisində olan metamfetamin psixotrop maddəsidir, həmin büküm mənə məxsusdur, mən PUB kafedə olan zaman həmin bükümdə olan metamfetamin psixotrop maddəsindən götürüb alışqanla falqada yandırıb ayaqyolunda İlkin Nəbiyevlə birlikdə istifadə etmişik, qalan metamfetamini də üzərimdə olan köynəyin qabaq sol döş cibinə qoymuşam. Səhər üzü polis əməkdaşları Pub kafeyə gələn zaman bükümü götürüb yerə atmışam. Həmin büküm mənimdir, mən bükümü 5 ay bundan əvvəl Bakı şəhərində Zabratda tanışım İlhamdan almışdım, o vaxt Naxçıvana gətirmişdi və evdə saxlayırdım. Bu dəfə İlkinlə bir hissəsini istifadə etmişdim, qalanı da üzərimdə bükümün içərisində qalmışdı. Həmin bükümün üzərində olan bir tərəfi göy bir tərəfi ağ rəngli kağızı mən istifadə etdiyim parlament siqaretinin içərisindən çıxarıb bükmüşəm. Metamfetamini saxladığım kağız mismar qabının içərisində xarab olmuşdu, mən də tökülməsin deyə o kağıza bükümüşdüm”. Həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə təkrar bir ədəd kağız zərfə qoyulmuş, möhürlənmiş, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, iş vərəq 64-65) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə həvalə edilmişdir. (cild İ, iş vərəq 67- 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 531 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində "əşyaya baxış keçirilməsi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aid olduğu məlum olan 1.74 qram metamfetamin psixotrop maddəsinə bənzər kütlə..." yazıları, ad, soyad və imzalar imza) olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi - 1,536 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. (cild İ, iş vərəq 76-78) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli video görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, PUB kafenin müşahidə kameraları tərəfindən qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD yaddaş daşıyıcısına baxış keçirilmiş, video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, PUB kafenin giriş hissəsini kameranın müşahidə etdiyi, müşahidə zamanı içəriyə 3 nəfər polis əməkdaşının gəldiyi, həmin vaxt kameranın çəkdiyi stolda 3 nəfər şəxsin oturduğu, stolda sol tərəfdə oturan şəxsin hərəkətli olduğu və həmin vaxt stolun altına nəsə atdığı müşahidə edilir. Daha sonra polis əməkdaşları ilə stolda oturan digər şəxsin görüşdüyü, digər 2 nəfər şəxsin stolda oturduğu, polis əməkdaşlarının digər tərəf keçdiyi, həmin vaxt iki nəfər stolda bir-birilərinə baxdığı, daha sonra polis əməkdaşlarının gəldiyi, həmin yerdən çıxdıqları müşahidə edilir. Videonun sonlarına doğru isə bir nəfər şəxsin gəlib əyilərək oradan bir ədəd nəsə götürdüyü müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə video görüntüləri izlədikdən sonra bildirdi ki, həmin videoda görsənən stolda sol tərəfdə oturan şəxs özüdür, İlkin Nəbiyevlə üzbəüz oturmuşdur, polis əməkdaşları gələn zaman içərisində metamfetamin olan bükümü sol yan cibindən çıxarıb yerə stolun altına atmışdır. Həmin bükümdə olan metamfetamin psixotrop maddəsi özünə məxsusdur, polislər gələn zaman qorxub yerə atmışdır. Baxış zamanı X16 müdafiəçinin iştirakı ilə video görüntüləri izlədikdən sonra bildirdi ki, videoda görsənən stolda oturan şəxslər Emin ilə özüdür, Eminlə birlikdə həmin kafedə metamfetamin psixotrop maddəsindən istifadə etmiş, polis əməkdaşları gələndə Eminin yerə büküm atdığını görməmişdir. Baxış zamanı Şahid1 video görüntüləri izlədikdən sonra bildirmişdir ki, həmin kafedə oturan şəxslər Təqsirləndirilən şəxs və İlkin Nəbiyevdir, polis əməkdaşlarını çağırmamışdan qabaq Təqsirləndirilən şəxs və İlkin Nəbiyev birlikdə ayaqyolundan metamfetamin psixotrop maddəsindən istifadə etmişlər, polis əməkdaşları gələndə Təqsirləndirilən şəxs bükümü yerə atmış, özü də stolun altından bükümü tapıb polis əməkdaşlar təqdim etmişdir. (cild İ, iş vərəq 81-82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2024-cü il tarixli şübhəli şəxs qismində tutulmuş şəxsin şübhəli şəxs qismində statusuna xitam verilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, X11 şübhəli şəxs qismində statusuna xitam verilmiş və sonuncu saxlandığı Naxçıvan MR Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyində olan MSY-dən azad edilmişdir. (cild İ, iş vərəq 84-85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 102-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 128-130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X5 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 133-134) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2024-cü il tarixli məhkəmə narkoloji ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X5 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 135- 136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 934 nömrəli məktubdan görünür ki, Babək rayon Şəkərabad kəndində anadan olmuş, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən dispanserdə narkomaniyaya görə profilaktik qeydiyyatda dayanır. (cild İ, iş vərəq 162) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2024-cü il tarixli şəxsin dəvəti (icazəsi) ilə axtarış aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Babək rayon Şəkərabad kəndində yerləşən evində iş üzrə axtarış aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 164-166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2024-cü il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Babək rayon, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış, həmin evin həyətində, zirzəmisində və evin içərisində axtarış keçirilmiş, axtarış nəticəsində heç bir qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixtrop maddə və digər cinayət yolu ilə əldə edilmiş əşyalar aşkar edilməmişdir. (cild İ, iş vərəq 167-169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 01 iyun 2024-cü il tarixli 3-13-43/2-8074/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə barəsində 02 il müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi, AR Milli Məclisinin amnistiya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edildiyi qeyd olunmuşdur. (cild İ, iş vərəq 173-174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 206 saylı ambulator məcburi narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs epizodik qəbul metamfetamin narkomaniyası aşkar olunur. Hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Dispanser qeydiyyata alınması məsləhətdir. (cild İ, iş vərəq 205-207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 207 saylı ambulator məcburi psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur.Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 208-210) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, 1400 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Babək rayon Şəkərəbad kəndində anadan olmuş 30.1 1.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET ( metanfeamin), AМР (anfetamin) müsbət aşkar olundu. BAR (-), BZO (-), BUP (-), COC (-), MTD (-), MOP (-), OPİ (-), PCP (-), MDMA (-) aşkar olunmadı. (cild İ, iş vərəq 224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,516 qram metamfetamin psixotrop maddəsi, içərisində 2 ədəd siqaret olan ağ rəngli parlament qutusu, bir ədəd alışqan, bir ədəd qələm üstlüyü və bir ədəd falqa cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübutlar saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutları saxlanc otağına təhvil verilmişdir. (cild İ, iş vərəq 228-229) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 351 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Şəkərabad kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 225) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 352 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X12, qızı X18 və oğlu X19 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Babək rayonu, Şəkərabad kəndində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir ərizə və ya şikayət daxil olmadığı qeyd edilmişdir. (cild İ, iş vərəq 227) İş üçün əhəmiyyətli olduğundan 21 may 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 9 dəqiqə 22 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra Şahid1 tərəfindən təqdim olunan metamfetamin psixotrop maddəsinə bənzər kütlənin olduğu möhürlənmiş bir ədəd kağız zərf açılır. Baxış zamanı büküm açılır, bükümün bir tərəfi göy, digər tərəfi ağ rənglidir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olmadığını bildirir. Özündə olan narkotik vasitənin daha az olduğunu və kristal şəklində olmadığını, un formasında olduğunu bildirir. Həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə elektron tərəzidə çəkilir və bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə 1.78 qram gəlir. Həmin bükümdə olan ağ rəngli kristal şəkilli metamfetamin psixtrop maddəsinə bənzər kütlə təkrar bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. İş üçün əhəmiyyətli olduğundan 21 may 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 13 dəqiqə 37 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, şəxsi axtarış video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı İsmayıl Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs üzərində elə əşya olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır. Şəxsin üzəri yoxlanılan zaman bir ədəd Samsung galaxy A40 markalı telefonu, içərisində 2 ədəd siqaret olan ağ rəngli parlament qutusu, bir ədəd alışqanı, bir ədəd qələm üstlüyünü və bir ədəd falqa aşkar edilir. Həmin əşyalar qablaşdırılaraq, möhürlənməklə və imzalanmaqla götürülür. İş üçün əhəmiyyətli olduğundan 22 may 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 3 dəqiqə 10 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video 3 nəfər polis əməkdaşının kafeyə daxil olması ilə başlayır. Həmin vaxt kameranın çəkdiyi stolda 3 nəfər şəxsin oturduğu, stolda sol tərəfdə oturan şəxsin hərəkətli olduğu və həmin vaxt stolun altına nəsə atdığı müşahidə edilir. Daha sonra polis əməkdaşları ilə stolda oturan digər şəxsin görüşdüyü, digər 2 nəfər şəxsin stolda oturduğu, polis əməkdaşlarının digər tərəf keçdiyi, həmin vaxt iki nəfər stolda bir-birilərinə baxdığı, daha sonra polis əməkdaşlarının gəldiyi, həmin yerdən çıxdıqları müşahidə edilir. Videonun sonlarına doğru isə bir nəfər şəxsin gəlib əyilərək oradan bir ədəd nəsə götürdüyü müşahidə edilir. İş üçün əhəmiyyətli olduğundan 23 may 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 5 dəqiqə 47 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra Təqsirləndirilən şəxs Şahid1 təqdim etdiyi bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan metamfetamin psixotrop maddəsi olduğunu, həmin maddənin duzdan bir az iri formada yəni kristal formasında olduğunu, həmin bükümü özünün üzərində paltarının sol ön cibində saxladığını, PUB kafedə olan zaman həmin bükümdə olan metamfetamin psixotrop maddəsindən götürüb alışqanla falqada yandırıb ayaqyolunda İlkin Nəbiyevlə birlikdə istifadə etdiyini, qalan metamfetamin psixotrop maddəsini də üzərində olan köynəyin qabaq sol döş cibinə qoyduğunu, səhər üzü polis əməkdaşları Pub kafeyə gələn zaman bükümü götürüb yerə atdığını, həmin bükümün özünün olduğunu, bükümü 5 ay bundan əvvəl Bakı şəhərində Zabratda tanışı İlhamdan aldığını, o vaxt Naxçıvana gətirdiyini, yaşadığı evində saxladığını, bu dəfə İlkinlə bir hissəsini istifadə etdiyini, qalanını da üzərində bükümün içərisində qaldığını, həmin bükümün üzərində olan bir tərəfi göy bir tərəfi ağ rəngli kağızı öz istifadə etdiyi parlament siqaretinin içərisindən çıxarıb ağ rəngli kristal şəkilli metamfetamini bükdüyünü, metamfetamini saxladığı kağızın mismar qabının içərisində xarab olduğunu, xarab bükümün içərisində olan ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsi tökülməsin deyə bir tərəfi göy bir tərəfi ağ rəngli kağıza bükdüyünü bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid1 təqdim etdiyi psixotrop maddənin özünün yerə atdığı psixotrop maddə olmadığını, özündə olan və polis əməkdaşlarını görərkən yerə atdığı psixotrop maddənin kristal şəkilli olmadığını, yarı toz yarı kristal şəkilli olduğunu bildirsə də məhkəmə istintaqı zamanı baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu qəbul etmiş, hətta təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi zamanı həmin psixotrop maddənin “duzdan bir az iri formada, yəni kristal şəkilli” olduğunu qeyd edərək psixotrop maddənin özünə məxsus olmasını təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid1 təqdim etdiyi psixotrop maddənin özünün yerə atdığı psixotrop maddə olmadığını, özündə olan və polis əməkdaşlarını görərkən yerə atdığı psixotrop maddənin kristal şəkilli olmadığını bildirməsini və ziddiyyətli ifadə verməsini şəxsin özünümüdafiəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 09 (doqquz) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd kağız bükümdə təmiz çəkisi 1.516 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət metamfetamin psixotrop maddəsi, içərisində 2 ədəd siqaret olan ağ rəngli parlament qutusu, bir ədəd alışqan, bir ədəd qələm üstlüyü və bir ədəd falqa məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayon, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd kağız bükümdə təmiz çəkisi 1.516 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət metamfetamin psixotrop maddəsi, içərisində 2 ədəd siqaret olan ağ rəngli parlament qutusu, bir ədəd alışqan, bir ədəd qələm üstlüyü və bir ədəd falqa məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri X1 Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X3 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-58/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-58/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver