Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-58/2025 24.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, X7 Respublikası Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, mütəxəssis X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, 2 uşaq atası, işləməyən, məhkumluğu olmayan, Naxçıvan şəhəri, X9 küçəsi, döngə 4, ev 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il tarixdə Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədi ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədən "İran quşları" cinsinə mənsub olan, ümumilikdə 200 (iki yüz) manat dəyərində olan 7 ədəd göyərçini gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 o, xx.xx.2025-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli talama məqsədi ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədən " İran quşları" cinsinə mənsub olan, ümumilikdə 200 (iki yüz) manat dəyərində olan 7 ədəd göyərçini gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri ilk olaraq öz ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkətlərinin aparılmasına dair protokollarla sübuta yetirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində zərərçəkmiş şəxsi əvvəlcədən tanıdığını, özünün 36 yaşı olduğunu, oğurluq zamanı kameraya düşdüklərini, 6 dənə göyərçin oğurladıqlarını, həyətə birinci özünün daxil olduğunu, ev sahibinin evdə olubolmamasını bilmədiyini, həyətə tək daxil olduğunu, Əlinin qapının ağzında gözlədiyini, tövləyə girdiyini, Əlinin darvazadan içəri girmədiyini, tövləyə özünün tək girdiyini, özünün götürdüyünü, həyətdən salafan götürdüyünü, göyərçinləri o salafana qoyduğunu, göyərçinləri həyətə apardığını, 3 dənəsin Əliyə verdiyini, həyətə ilk dəfədir girdiyini, tövlədə 20-30 dənə göyərçin olduğunu, Əlini tövləyə aparmadığını, tək getdiyini, göyərçinləri salafanıa apardığını, 3 ədəd göyərçini qapının ağzında Təqsirləndirilən şəxs2 verdiyini, polisin onu saxladığınıda 6 ədəd göyərçinin Əlidə olduğunu, özündə göyərçinin olmadığını, göyərçinləri Əliyə verdiyini, Əlinin istədiyini, oğurluq zamanı həyətdə ev sahiblərindən kimsənin olmadığını, Əlinin qapının ağzında gözlədiyini, onu yanınca aparmadığını, Əhmədgillə Əlinin babasıgilin qapıları arasında 3-4 metr məsafə olduğunu, Əlinin ona 3 manat verdiyini, özünün o pulu götürmədiyini, Əlinin özünə qaytardığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində özünün həyətə tək daxil olduğunu, həyətə Əli ilə birlikdə girmədiyini, Əlinin də orada göyərçin olduğunu bildiyini, içəri girərməkdə məqsədi göyərçinləri götürmək olduğunu, özünün ev sahibini çağırmadığını, Əlinin çağırdığını, qapının açıq olduğunu, özünün də çağırdığını, kimsənin çıxmadığını, Əlinin Əhmədi çağırdığını, özünün səsləmədiyini, səsin gəlmədiyini gördüyünü, özünün dönüb Əli ilə danışdığını, Əliyə gözlə qapıda götürürəm gəlim dediyini, Əlinin də gözlədiyini, tövləyə girib göyərçinləri götürdüyünü, çıxanda da göyərçinlərin 3-nü Əliyə verdiyini, bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində həmin vaxt içkili olduğunu, evə gedərkən Əli ilə birlikdə ikisi birgə həyətə girdiyini, göyərçinləri götürüb çıxdığını, 3 dənə göyərçini Əlinin götürdüyünü, 3 dənəsində dama atdığını, istintaqda verdiyi ifadəsini məhkəmə istintaqında dəyişdirmə səbəbinin Əlinin atasının və anasının gəlib onu hədələdiklərini, Əlinin atasının onu ölümlə hədələdiyini, səni öldürərik dediyini bu səbəbdən 3 ay qabaq ifadəsini dəyişdiyini, özünün 15-20 gün qabaq gedib polisə ərizə verdiyini, şikayət etdiyini, Əlinin valideynlərinin onu ölümlə hədələdiyini, Sərxan müəllimə ərizə yazarkən Əlinin atası və anasının onun qapısına gəlib ölümlə hədələdiyini bildirdiyini, bu barədə qorxub gedib polisə müraciət etdiyini, olan hadisənin reallığında içəri ikisinin də girdiyini, Əlinin də onun yanında olduğunu, həyətdə birlikdə olduqlarını, içəri girməkdə məqsədlərinin göyərçinləri götürmək olduğunu, sonuncu dəfə bildirmək istədiyini, quşları götürəndə həyətdə Əli ilə birlikdə olduğunu, Əli ilə birgə girdiklərini, salafan torbanın Əlinin babasıgilin həyətindən gətirdiyini, göyərçinləri qoymaq üçün gətirdiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında son sözündə Təqsirləndirilən şəxs1 həyətə tək girdiyini, bunu nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 göyərçinləri oğurladığını bildiyini, 3 dənə göyərçini özünün götürdüyünü, göyərçinləri cibinə qoyduğunu, əlində apara bilmədiyini, Orxan həyətə girəndə özünün babası gilin qapısında olduğunu, göyərçinlərə həvəsi olduğunu, həmin gün digər 3 göyərçini də həyətə gətirdiyini, özünün həyətə girmədiyini, polisin elə deməyini söylədiyini, vəkilin yanında da o ifadəni verdiyini, ilkin ifadəsində də iştirak etdiyini, Sərxan müəllimin ona qol çəkməyi söylədiyini, özünün qorxduğunu, digər 3 göyərçinin qarşılığında Orxana 5 manat verəcəyini, Orxanın pulu istəmədiyini lazım deyil dediyini, Orxanın həyətə girəndə ev yiyəsini çağırdığını, ev sahibini səslədiyini, Orxanın tövləyə girib göyərçinləri götürdüyünü, Orxanın həyətə girməsinin 1-2 dəqiqə çəkdiyini, sonra özünün göyərçinlərin 3 dənəsin götürdüyünü, yarım saat sonra 3 göyərçini də götürdüyünü, bazardan göyərçinin birinə 5 manat vermək istəmədiyini, Orxandan 3-nə beş manat verəcəyini, 3 göyərçini 5 manat Orxandan alacağını, Lakin Orxanın ona göyərçinləri pulsuz verdiyini, ondan pul istəmədiyini, pulu özünün təklif etdiyini, Orxanın da pul lazım deyil dediyini, 3 manat pulu verdiyini lakin Orxanın pulu qaytarıb özünə verdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində, zərərçəkmiş şəxsi çağırdığını, kimsənin səs vermədiyini, Orxanın tövləyə daxil olduğunu, özünün babasıgilin qapısının ağzında gözlədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində özünün Orxana quş saxlamaq istəyirəm dediyini, Orxanın ona Əhməd mənə quş verəcək dediyini, bundan sonra gedib Əhmədgilin həyətinə Əhmədi çağırdıqlarını, sonra Əhmədin həyətindən Orxanın quşları götürdüyünü, özünün həmin vaxt babasıgilin həyətində olduğunu, istintaqda ifadəsini verərkən vəkilini bilmədiyini o səbəbdən gedib ifadəsini dəyişməyi həmin vaxt deyə bilmədiyini, Orxanın Sərxan müəllimin onu qısnadığını dediyini, get ifadəni dəyiş dediyini, həyətə girdiklərini, Əhmədi çağırdıqlarını, sonra həyətdən çıxdığını, babasıgilin həyətinə getdiyini, istintaqdakı ifadəsini nənəsinin təsiri ilə verdiyini, istintaq orqanının heç bir təsir etmədiyini, həyətə daxil olarkən ev yiyəsini çağırdığını, çıxan kimsənin evdə olmadığını, özünün mən gedirəm dediyini, özünün çıxıb getdiyini, özünün babası gilin həyətində olduğunu, Orxanın ağ salafan torbada göyərçinləri gətirdiyini, sonra göyərçinləri götürdüyünü bildirmişdir. İstintaqdan sonra gedib ifadəsini dəyişmək istədiyini vəkilə demədiyini, özünün Orxanın tövləyə daxil olarkən görmədiyini, həyətə birgə girsələr də Orxanın tövləyə girdiyini görmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında son sözündə onun həyətə girmədiyini, Orxanla birlikdə göyərçinləri götürmədiyini bildirdi. Məhkəmə iclası zamanı ifadə verən Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində istintaq zamanı polisin oğluna şillə vurduğunu, Sərxan müəllimə ifadənin yanlış olduğunu dediklərində Sərxan müəllimin onun da məsuliyyəti var, ifadə dəyişdirilə bilməz dediyini, özünün uşağın nənəsi zorla boynuna al evdəkilər bilməsin məsələ bağlansın dediyini, uşağın bu səbəbdən boynuna aldığını, sonradan müraciət etdiyini, lakin Sərxan müəllimin ona ifadəni dəyişdirə bilməz ifadəni dəyişdirməyə görə cinayət məsuliyyəti olduğunu, kamera görüntüsü olduğunu bilmədiyini, mağazanın qabağında kamera olduğunu bildiyini, polisin özünün öz işini görməli olduğunu, uşağını Sərxan müəllimin yox başqa iki serjantın zor tətbiq etdiyini, şillə vurduqlarını, özünün bu barədə 102-yə müraciət etdiyini, bu barədə polis idarəsində ərizəsinində olduğunu, başqa bir sübutunun olmadığını, oğlunun 9cu sinifi bitirdikdən sonra məktədən çıxdığını, hazırda təhsil almadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evə gəldikdə həyətə daxil olduğunu, tövlədə 7 dənə quşunun olmadığını, sonra şikayət etdiyini, polislərin gəlib baxdığını, saatı soruşduqlarını, sonra məhlənin tükanının kamerasında görüntülərdən baxdıqlarını, Orxanı çağırdıqlarını, quşların birinin itdiyini, digərlərinin qaytarıldığını, 5 ay sonra onu şöbəyə çağırıb qol çəkdirdiklərini, işin məhkəməyə göndərildiyini dediklərini, Orxana quş söz verdiyini, bala olduqları üçün böyüdükdən sonra verəcəyini dediyini, hansını istəsə verə biləcəyini, pulsuz verəcəyini dediyini, kameranın görüntülərinə baxdığını, kamerada Orxanın pilləkandan yendiyini gördüyünü, Əlini kamerada görmədiyini, mağazanın sahibinin adının İsmayıl olduğunu, kameranın pilləkanın altını çəkdiyini, polisin kameraya baxıb gedin Orxanı gətirin dediyini, təqsirləndirilənlərdən heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadə vermək istəməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iş icraatına tədqiqatçı Babayev Nicad tərəfindən göndərilmiş, iş ona gəldiyi zamandan könüllü olaraq hər iki təqsirləndirilənin ifadə verdiyini, heç bir zor tətbiq edilmədiyini, heç bir kamera görüntüləri olmadığını, kamera görüntüsünün olmadığını, polis əməkdaşlarının hadisəni törədə biləcək şəxslər ola biləcəyini düşündüklərini, isti izlərlə müəyyən edildiyini, hadisənin baş verdiyi gün şəxslərin müəyyən edildiyini, ifadələrdə özünün dindirdiyini, zərərçəkmiş şəxsin həyətində kamerasının olmadığını söylədiyini, zərərçəkmişin ona bu cür ifadə verdiyini demədiyini, zidiyyət olmadığını, əksinə ifadələrin bir birinə təkzib etməsində ziddiyyət olduğunu, hər ikisinin ifadəsində həyətə daxil olduğunu bildirdiyini, Əlinin həyətə daxil olduğunu etiraf etdiyini, birlikdə həyətə daxil olduqlarını, Orxanın göyərçinləri götürdüyünü, sonra birlikdə həyətdən çıxaraq Əlinin babasıgilin həyətinə getdiklərini etiraf etdiyini, Əlinin valideyninin nəzarətində ifadə verdiyini, özünün etiraf etdiyini, bundan başqa Orxanın müraciət etdiyini, Əlinin atası və anasının onu ölümlə hədələdiyini bildirdiyini, bu barədə polis idarəsində ərizə yazıldığını, müraciətin qeydə alındığını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona ifadələrlə bağlı heç bir müraciət etmədiyini, bu barədə heç bir söhbətin olmadığını, təqsirləndirilən şəxs Əliyə heç bir zorakılıq olmadığını, elə bir ərizə barədə məlumatının olmadığının, hətta Təqsirləndirilən şəxs1 anasının polisə müraciət etdiyini, onların gəlib onun evində oğlunu ölümlə təhdid etdiyini, dediyini, özünün Orxana get həqiqəti de dediyini, nə olubsa olanları de dediyini, ifadəni dəyiş demədiyini, Əlinin yalan danışdığını, istintaqdakı ifadəsindən sonra məhkəmədə ifadəsinin dəyişib dəyişməyəcəyini bilməyəcəyini, şəxsin ifadəsini məhkəmədə dəyişə biləcəyini, buna heç nə edə bilmədiyini, lakin Təqsirləndirilən şəxs2 yalan dediyini, heç bir qısnama və şəxsi müraciət olmadığını, Orxanın özünün şəxsən gəlib polisə müraciət etdiyini, ölümlə hədələndiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: İstintaq materiallarında olan protokoldan aydın olur ki, xx.xx.2025-ci il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. İstintaq materiallarında olan protokoldan aydın olur ki, xx.xx.2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs1 cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, həmçinin müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək dindirilmiş və həmin tarixdə barəsində "polisin nəzarəti alına vermə" qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 148 nömrəli ekspert rəyində anoloji quşlara müvafiq olaraq ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş göyərçinlərin 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 200 (iki yüz) maüəyyən edildiyi göstərilmişdir. O cümlədən: "İran quşları” cinsinə məxsus 01 ədəd erkək cinsli, 2 yaşlı göyərçin – 30 azn. "İran quşları” cinsinə məxsus 02 ədəd erkək cinsli, hər biri 1 yaşlı göyərçin60 azn. "İran quşları” cinsinə məxsus 01 ədəd dişi cinsli, 1 yaşlı göyərçin -30 azn. "İran quşları” cinsinə məxsus 01 ədəd dişi cinsli, 2 yaşlı göyərçin -30 azn. "İran quşları” cinsinə məxsus 02 ədəd, bala olduğu üçün cinsi bilinməyən, 2 aylıq göyərçin- 50 azn olduğu qeyd olunmuşdur. İstintaq materiallarında olan aktdan aydın olur ki, İstintaq zamanı 7 ədəd "İran quşları" cinsinə məxsus olan göyərçinlər cinayət təqibi üzrə mühim əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. İş materiallarında olan istintaq zamanı Naxçıvan MR X1 ünvanlanmış məktuba cavab olaraq təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 dispanser qeydiyyatında olmadığı qeyd olunmuşdur. İş materiallarında olan istintaq zamanı Naxçıvan MR X1 ünvanlanmış məktuba cavab olaraq Təqsirləndirilən şəxs1 dispanser qeydiyyatında olmadığı qeyd olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində tələbnamə tərtib olunmuş və daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs2 məhkumluğunun olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində tələbnamə tərtib olunmuş və daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs1 məhkumluğunun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarından aydın olur ki, əməlin bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilməsi cinayət işi üzrə toplanmış materiallarla sübuta yetirilir. Belə ki, bununla bağlı sübut növü digər təqsirləndirilən şəxsin ifadəsidir. Həmin Təqsirləndirilən şəxs1 Şakir oğlu bir neçə dəfə məhkəmə istintaqı zamanı ifadəsini dəyişmiş, sonuncu dəfə 16 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ifadəsinin dəyişməsi səbəbinin digər təqdirləndirilən şəxsin valideyni tərəfindən hədələnməsini əsas göstərmişdir. Məhkəmə bu halda belə hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadənin uyğunsuzluğunu Təqsirləndirilən şəxs1 Şakir oğlu hədələnməsi ilə əsaslandırdığı halda, digər Təqsirləndirilən şəxs2 əsasları müəyyən edilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə dindirilmiş, nə özü ifadəsində məhkəmə istintaqında bidlirdiyi halları qeyd etmiş, nə qanuni nümayəndəsi bu halları bildirmiş, nə də müdafiəçi tərəfindən hər hansı vəsatət, etiraz təqdim edilməmişdir. Cinayət işinin materialları ilə sonda Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi2 tanış olmuş, 16 iyun 2025-ci il tarixli protokoldan aydın olur ki, onların cinayət işi üzrə şikayəti, əlavəsi, vəsatəti yoxdur. Bu halda ibtidai istintaq aparılan müddəti Təqsirləndirilən şəxs2 əməlini etiraf etdiyi halda məhkəmə istintaqında əməlini təkzib etməsi digər Təqsirləndirilən şəxs1 Nadir oğlunun isə ibtidai istintaq zamanı əməlin bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq törədilməsini etiraf etdiyi halda məhkəmə istintaqı zamanı bir dəfə eyni halı etiraf etməsi, iki dəfə isə təkzib etməsi, yalnız özünün yaşayış sahəsinə daxil olduğunu bildirməsini məhkəmə Təqsirləndirilən şəxs1 Nadir oğlunun təzyiq altında ifadəsinin dəyişməsi kimi qiymətləndirir və bu halda hesab edir ki, verilən ittiham düzgündür və düzgün olaraq sözügedən maddələrlə tövsif aparılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən həyətə qanunsuz daxil olaraq həyətdəki tövlədən Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində "İran quşları" cinsinə mənsub olan ümumilikdə 07 ədəd göyərçini tamah məqsədi ilə gizli yolla talayaraq oğurluq etmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı ödəmələri cəzalarını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmaması, Təqsirləndirilən şəxs1 əməlindən peşman olması, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal hesab edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 88.2.1. xəbərdarlıq; 88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; 88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlini etiraf etmədiyindən, səmimi peşmançılığı olmadığından, eləcə də hazırda şagird olaraq məktəbdə təhsil almaması nəzərə alınaraq onunla bağlı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təqsirləndirilən şəxslərin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onlar barəsində şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsləri azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görədə onların təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer Naxçıvan şəhəri, X9 küçəsi, döngə 4, ev 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 1(bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer Naxçıvan şəhəri, Səttərxan küçəsi, ev 32 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 198.4-cü maddəsinə görə yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Odur ki, iş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət Məcəlləsininn 52-1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer üzrə- Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət Məcəlləsininn 52-1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer üzrə- Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X3 müştərək qaydada tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Gülnar Səfərəliyeva.