Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-59/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq anası, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “22” avqust 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs qadınları gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməsi barədə Naxçıvan MR DİN-nin CAİ-nin və X16 Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Duzdağ oteldə cinayət törədərkən saxlanılması faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, gəlir əldə etmək məqsədi ilə zərərçəkmişi fahişəliyə cəlb etmişdir. Belə ki, o, gəlir əldə etmək məqsədi ilə 26 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 150 manat müqabilində cinsi əlaqədə olmağa təhrik edərək onu fahişəliyə cəlb etmiş, həmin tarixdə saat 15:00 radələrində onu Naxçıvan şəhər ərazisində yerləşən Duzdağ Otelə aparıb onun müştəri ilə cinsi əlaqədə olması üçün görüşünü təşkil etdiyinə görə 50 manat pulu da özü üçün alaraq Zərərçəkmiş şəxsı fahişəliyə cəlb etdiyi zaman Naxçıvan Muxtar Respublikası DİN-nin CAİ-nin və X16 Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Duzdağ Oteldə cinayət başında yaxalanmışdır. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, ona Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini, həyat yoldaşı iki azyaşlı uşağı ilə birlikdə onu atıb başqa qadınla ailə qurduqdan sonra yaşadıqları Kəngərli rayonu Yurdçu kəndində dolana bilmədiklərinə görə 2020-ci ilin may ayında Cahan AVM-də satıcı olaraq işə başladığını, Naxçıvan şəhərinə köçərək kirayə ev tutub yaşadığını, sonradan ev kiraları bahalaşdığına və uşaqlarının dolanışığını təmin edə bilmədiyinə görə məcburiyyət qarşısında qalıb təxminən 1 ildən artıq olar ki, pul qarşılığında müxtəlif şəxslərlə cinsi əlaqədə olmağa başladığını, cinayət başında yaxalanmamışdan əvvəl təxminən 6 ay olar ki, Naxçıvan şəhərində yerləşən İzzət gözəllik salonunda lazer epilyasiya işinə girdiyini, sahibkar kirayə pulunu artırdığına görə oradan da çıxdığını, özü fahişəliklə məşğul olmaqla yanaşı bəzi müştəriləri onunla əlaqə saxlayıb dostları ilə birlikdə gələcəklərini dediyini, görüşmək üçün əlavə qız istədikləri zaman rəfiqəsi həm Aygün Ərdoğan pul qazanması üçün, həmdə onu müştəri üçün görüşdürdüyünə görə özü pul qazansın deyə onu da cinsi əlaqədə olması üçün özü ilə apardığını, 26 may 2024-cü il tarixdə səhər saatlarında Həsənin ona zəng edərək onunla bir qədər danışdıqdan sonra ona cinsi əlaqədə olmaq üçün görüşmək istədiyini və Həsənin bibisi oğlu ilə birlikdə gələcəkləri üçün ona da əlavə bir qız tapmasını dediyini, Həsənə rəfiqəsini gətirəcəyini, onlarla cinsi əlaqədə olduqlarına görə hərəsinə 150 manat, rəfiqəsini gətirdiyinə görə isə əlavə 50 manat verməsini dediyini, Həsən isə ilk öncə 150 manat ona, 50 manat qızı gətirdiyinə görə, 100 manat da digər qıza verəcəyini dediyini, sonradan onun dediyi qiymətlərlə razılaşaraq görüşəcəkləri yeri və saatı müəyyən edib onunla əlaqə saxlayacağını bildirdiyini, özünün isə rəfiqəsi Aygünə zəng vurduğunu, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştəri olacağını və həmin müştəridən 150 manat onun üçün, 50 manat da əlavə özü üçün alacağını dediyini, Aygünün də onunla razılaşdığını, Həsənə zəng vurub digər qızla danışaraq hazır olduqlarını dediyini, ondan görüşəcəkləri yeri və saatı deməsini istədiyini, həmin günü saat təxminən 15 radələrində Həsənin ona zəng vurduğunu, Duzdağ Otelində onları gözlədiklərini, otaq götürmək üçün şəxsiyyət vəsiqələrinin sürətini ona atmalarını istədiyini, qeydiyyat üçün özünün və Aygünün şəxsiyyət vəsiqələrinin şəkillərini Duzdağ Otelin administratoruna atdığını, Aygünlə birlikdə taksi ilə Duzdağ Otelinə getdiklərini, Həsənlə telefon əlaqəsi saxladıqda Həsənin ona 1 nömrəli kottecdə olduqlarını dediyini, kottecə girdikləri zaman otaqda 2 nəfər, yəni bir Həsən bir də yanında dostu adını sonradan bildiyi Hüseynin olduğunu, Həsənlə təxminən 7-8 ay əvvəl bir dəfə də pul qarşılığında cinsi əlaqədə olduğuna görə onu tanısa da Hüseyn adlı şəxsi ilk dəfə gördüyünü, orada əvvəlcədən Həsəndən ümumilikdə 350 manat, 150 manatı özünün Həsənlə cinsi əlaqədə olmağı üçün, 150 manat Aygünün Hüseynlə cinsi əlaqədə olması üçün, 50 manat isə Aygünün Həsənin dostu Hüseynlə cinsi əlaqədə olmağını təşkil etdiyi üçün aldığını, Aygünlə Hüseyn cinsi əlaqədə olmaq üçün öz otaqlarına, özü isə Həsənlə öz otaqlarına keçdiklərini, cinsi əlaqədə olduqları zaman qapı açılaraq mülki geyimdə olan bir neçə şəxsin içəri daxil olduqlarını, özlərini polis əməkdaşı kimi təqdim etdiklərini, şifahi sual-cavab etdikdən sonra X26 Şöbəsinə dəvət etdildiklərini, Aygünü 6 ay müddətində təxminən 3-4 dəfə pul qarşılığında müştərilərlə cinsi əlaqədə olmasını təşkil edərək əlavə gəlir əldə etdiyini, lakin hazırda həmin şəxslərin kim olmasını, Aygün ilə həmin şəxslərin cinsi əlaqəsini nə vaxt və harada təşkil etməsini, buna görə əlavə nə qədər gəlir əldə etməsini xatırlamadığını, bu müddət ərzində bir neçə dəfə müştərilərin onunla əlaqə saxlayaraq 2-3 və ya 4 nəfər olacaqlarını bildirərək özündən əlavə qızlar da aparmağını istədiklərini, həmin vaxtı Aygündən əlavə tanışları olan Sona, Türkan, Lamiyyə adlı qızları da özü ilə birlikdə apardığını, lakin onları cinsi əlaqədə olmaları üçün müştəriyə apardığına görə əlavə gəlir əldə etmədiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X4 qarşı heç bir şikayət və tələbi olmadığını, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində təxminən 1 ilə yaxındır Təqsirləndirilən şəxs tanıdığını, onunla Duzdağ Oteldə müştəri ilə cinsi əlaqədə olmaq üçün getdiyi zaman tanış olduğunu, həmin vaxtı görüşmək üçün getdiyi oğlanın dostunun da Təqsirləndirilən şəxs ilə gəldiyini, orada Qiymətlə aralarında münasibət yarandığını, hadisədən təxminən bir neçə ay əvvəl Qiymətin Naxçıvan şəhərində yerləşən İzzət gözəllik salonunda vizajist olaraq işləməyə başladığını, özünün də onun yanına getdiyinə görə aralarında daha da yaxın münasibət yarandığını, ilk dəfə bu ilin əvvəlində Təqsirləndirilən şəxs ona zəng vuraraq ona “cinsi əlaqədə olmaq üçün görüşəcəyi oğlanın öz dostu ilə gələcəyini, ondan əlavə bir nəfər qız da aparmağını istədiyini, hər birinə 100 manat verəcəyini, istəyirsənsə birlikdə gedək” dediyini, onunla razılaşdığını, elə həmin vaxtdan sonra müştəri olduqca Təqsirləndirilən şəxs ilə birlikdə pul qarşılığında cinsi əlaqədə olmaq üçün getdiyini, 26 may 2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Təqsirləndirilən şəxs ona zəng etdiyini, cinsi əlaqədə olmaq üçün görüşəcəyi oğlanın öz dostu ilə gələcəyinə görə ondan əlavə bir nəfər də qız aparmağını istədiyini, hər birinə 150 manat verəcəklərini, əlavə 50 manat da görüşü təşkil etdiyinə görə alacağını dediyini, özünün də razılıq verib görüşə gedəcəyini bildirdiyini, həmin gün saat təxminən 15:00 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub Duzdağ Otelə gedəcəklərini dediyini, ondan şəxsiyyət vəsiqəsinin şəklini ona atmasını istədiyini və taksi ilə gəlib onu götürəcəyini dediyini, şəxsiyyət vəsiqəsinin şəklini telefonla çəkib Qiymətə atdığını, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs taksi ilə gəlib onu yaşadığı evindən götürdüyünü, birlikdə Duzdağ Otelə getdiklərini, Duzdağ Otelə çatdıqları zaman Qiymətin Həsən adlı şəxslə telefon əlaqəsi saxlayaraq 1 nömrəli kottecə getdiklərini, kottecdə 2 nəfər oğlan olduğunu, Qiymət və Həsən adlı şəxsdən ümumilikdə 350 manat olmaqla 3 ədəd 100 manat, 1 ədəd 50 manat pul alduğunu, həmin 350 manat puldan 150 manatı onun sonradan adını bildiyi Hüseyn adlı şəxslə cinsi əlaqədə olmağı üçün verildiyini, 50 manatı onun Hüseynlə cinsi əlaqədə olmağını təşkil etdiyi üçün Qiymətin özünə aldığını, 150 manat da Qiymətin özünün Həsənlə görüşəcəyi üçün aldığını, Qiymət pulu aldıqdan sonra ona Hüseyn adlı şəxslə görüşəcəyini dediyini, Hüseyinlə öz otaqlarına keçdiklərini, Qiymətin də Həsənlə digər otağa keçdiklərini, cinsi əlaqədə olduqları zaman qapı açılaraq bir neçə nəfər mülki geyimli şəxsin içəri girdiyini, həmin şəxslərin özlərinin polis əməkdaşı olduqlarını dediyini, onları şifahi sual-cavab etdikdən sonra polis şöbəsinə dəvət etdiklərini, Qiymətin həmin məbləğin 150 manatını özünün Həsənlə cinsi əlaqədə olması üçün, 150 manatını onun Hüseyinlə cinsi əlaqədə olması üçün, 50 manatını isə onun Hüseyn ilə cinsi əlaqədə olmağını təşkil etdiyinə görə aldığını, bu müddət ərzində Təqsirləndirilən şəxs dəfələrlə onun müxtəlif şəxslərlə cinsi əlaqədə olmağını təşkil etdiyini, onun bildiyinə görə təxminən 3-4 dəfə onun cinsi əlaqədə olmağını təşkil etdiyinə görə ona çatacaq puldan əlavə Qiymətin də gəlir əldə etdiyini, həmin şəxslərin kim olmasını hazırda xatırlamadığını, Qiymətin özünün şəxsən onu cinsi əlaqədə olması müqabilində özünə əlavə gəlir əldə etməsini demədiyini, cinsi əlaqədə olduğu şəxslərin bir neçəsinin danışığından Qiymətin özünə əlavə gəlir əldə etdiyini bildiyini, lakin digər vaxtlarda əlavə gəlir əldə edibetmədiyini bilmədiyini, bu müddət ərzində bir dəfə cinsi əlaqədə olmaq üçün getdikləri yerlərdə Sona adlı qızı da onlarla birlikdə olduğunu, Sonanın Təqsirləndirilən şəxs tərəfindən gətirilib-gətirilmədiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində X16 Polis Şöbəsinin Cinayət Axtarış qurupunun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, əsaslı mənbədən Leyla adı ilə tanınan Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə müştərilərlə cinsi əlaqədə olmaları üçün qadınların görüşünü təşkil etdiyinə dair daxil olmuş əməliyyat məlumatına əsasən şöbənin təhqiqatçısı Vətən Qələndərov və digər əməkdaşlarla birlikdə 26 may 2024-cü il tarixdə saat 16 radələrində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində onların Duzdağ oteldə olduqlarının müəyyən edildiyini, əməkdaşlarla birlikdə Duzdağ otelə gedərək otel rəhbərliyindən onların 1 nömrəli kottecdə olduqlarını öyrəndiklərini, həmin kottecə daxil olduqda Təqsirləndirilən şəxs özü ilə birlikdə X18 müştəri ilə cinsi əlaqədə olmasını təşkil edərək 150 manat özünün cinsi əlaqədə olması, 150 manat Ərdoğan Aygünün cinsi əlaqədə olması, 50 manat isə Ərdoğan Aygünün müştəri ilə cinsi əlaqədə olmasını təşkil etdiyi üçün aldığının müəyyən edildiyini, təhqiqatçı Vətən Qələndərov tərəfindən hadisə yerinə baxış keçirildiyini, həmin 350 manat pulun protokol tərtib edilərək Təqsirləndirilən şəxs götürüldüyünü, həmin şəxslərin tərəflərindən X26 Şöbəsinə dəvət olunub izahatlarının alınaraq buraxıldığını, X6 əvvəlcədən tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl tanıdığını, onunla dəqiq yadında qalmasada hansısa tanışları olan qızın ad günündə tanış olduqlarını, bundan əlavə də oteldə müştəri ilə cinsi əlaqədə olmaq üçün getdiyini, Qiymətin də həmin vaxtı onun görüşmək üçün getdiyi oğlanın dostu ilə cinsi əlaqədə olmaq üçün gəldiyini, elə bu səbəblərdən Qiymətlə aralarında münasibət yarandığını, sonradan tanış müştərilər olanda Təqsirləndirilən şəxs ilə birlikdə onlarla pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdüklərini, Təqsirləndirilən şəxs ona, bəzi hallarda cinsi əlaqədə olmaq üçün zəng edən müştərilərin yanında dostları olduğu üçün əlavə qız aparmağını istədiklərini dediyini, onun da Təqsirləndirilən şəxs “elə müştərilər olduqda mənə də zəng vur, işim olmadığı zaman gedib görüşərəm” dediyini, elə həmin vaxtdan da təxminən 4-5 dəfə Qiymətin ona zəng vurub müştərinin əlavə qız istədiyini dediyini, onunla razılaşaraq birlikdə həmin şəxslərlə cinsi əlaqədə olmaq üçün getdiyini, bu müddət ərzində Təqsirləndirilən şəxs 4-5 dəfə onu müxtəlif şəxslərlə cinsi əlaqədə olmağını təşkil etdiyini, bildiyinə görə onun cinsi əlaqədə olmağını təşkil etdiyinə görə müştəridən əlavə pul almadığını, ondan da heç bir maddi tələbi olmadığını, bu müddət ərzində bir dəfə cinsi əlaqədə olmaq üçün getdiklərində orada Sona, Lamiyə və Aygün adlı qızların da onlarla birlikdə olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində X5 təxminən 3 ildir tanıdığını, Naxçıvan şəhərində Birbakal adlanan kafedə hansısa rəfiqəsinin ad günündə tanış olduqlarını, bir müddət Qiymətlə münasibətləri davam etdikdən sonra Qiymətin onun bakirə olmadığını və pul qarşılığında cinsi əlaqədə olaraq fahişəliklə məşğul olduğunu bildiyini, söhbət zamanı Qiymətə “sənin tanışların çox olar əgər müştəri olsa məni də özünlə apar” dediyini, bundan sonra müştəri olduqca Təqsirləndirilən şəxs ona zəng vurub müştərinin verdiyi pulu, görüşəcəkləri yeri və saatı dediyini, özünün də bəzən Qiymətlə birlikdə bəzən də özünün tək olaraq onun dediyi yerə gedib müştəri ilə görüşüb pul qarşılığında cinsi əlaqədə olduqlarını, bu müddət ərzində Təqsirləndirilən şəxs onun müxtəlif şəxslərlə cinsi əlaqədə olmağını təşkil etsə də, özündən heç vaxt pul istəmədiyini və onun cinsi əlaqədə olmağını təşkil etdiyinə görə müştəridən əlavə pul aldığını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində X5 təxminən 2 ildir tanıdığını, onunla hansısa oteldə müştəri ilə cinsi əlaqədə olmaq üçün getdiyində tanış olduğunu, Qiymətin də, həmin vaxtı özünün görüşmək üçün getdiyi oğlanın dostu ilə cinsi əlaqədə olmaq üçün gəldiyini, elə bu səbəblərdən Qiymətlə aralarında münasibət yarandığını, bundan sonra tanış müştərilər olanda Təqsirləndirilən şəxs ilə birlikdə onlarla pul qarşılığında cinsi əlaqədə olmaq üçün gedib görüşdüklərini, sonra isə Təqsirləndirilən şəxs özünə və rəfiqəsi Sonaya “bəzi hallarda ona cinsi əlaqədə olmaq üçün zəng edən müştərilərin yanında dostları olduğu üçün əlavə qızlar aparmağımı istəyirlər” dediyini, özünün və Sonanın da ona “elə müştərilər olduqda bizə də de” dediklərini, elə həmin vaxtdan da təxminən 2-3 dəfə Qiymətin müştəri olanda ona zəng vurduğunu, özünün də onunla razılaşaraq onunla birlikdə həmin şəxslərlə cinsi əlaqədə olmaq üçün getdiyini, bu müddət ərzində Təqsirləndirilən şəxs onun müxtəlif şəxslərlə cinsi əlaqədə olmağını təşkil etsə də, bildiyinə görə onun cinsi əlaqədə olmağını təşkil etdiyinə görə müştəridən əlavə pul almadığını və özündən də heç vaxt pul istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Adının Leyla olduğunu bildiyi Təqsirləndirilən şəxs təxminən 2 ildir tanıdığını, onun fahişəliklə məşğul olduğunu əvvəlcədən bildiyini, bu müddət ərzində Təqsirləndirilən şəxs ilə 1 dəfə, təxminən 2 il bundan əvvəl görüşdüklərini, Qiymətin pul qarşılığında özü ilə cinsi əlaqədə olduğunu, bundan sonra bu ilin əvvəllərində onunla 1-2 dəfə danışıb dostu ilə birlikdə gələcəklərini və dostu üçün də qız gətirməyini dediyini, Qiymətin onunla razılaşaraq rəfiqəsi ilə birlikdə gələ biləcəklərini desə də hansısa səbəbdən görüşlərinin alınmadığını, özünün Qiymətlə və ya təşkil etdiyi qadınla görüşdükdə yalnız görüşdüyü qadının pulunu verəcəyini, ona cinsi əlaqədə olmağı üçün qadın təşkil etdiyinə görə Təqsirləndirilən şəxs əlavə pul istəmədiyini, onun qız təşkil etdiyini bilmədiyini, Qiymətə zəng vuraraq ondan özü ilə görüşmək istədiyini və iki nəfər olduqlarını bildirdikdə özü ilə bərabər rəfiqəsini də gətirə biləcəyini dediyini, lakin gətirdiyi digər qadınlara görə Təqsirləndirilən şəxs ondan əlavə pul istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində adının Leyla olduğunu bildiyi Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin əvvəllərindən tanıdığını, onun fahişəliklə məşğul olduğunu əvvəlcədən bildiyini, ilk dəfə onunla yeni il günü Nəqşicahan Restoranında tanış olduğunu, həmin vaxtı Nəqşicahan Restoranına dostları ilə birlikdə getdiyini, Təqsirləndirilən şəxsda öz rəfiqələri ilə birlikdə restoranda olduğunu, həmin günün səhəri xalası oğlu Mirağa ilə bir yerdə olduqları zaman Qiymət Abdulayevaya zəng vurduğunu, onunla görüşmək istədiyini bildirdiyini, onun da görüşə gəldiyini, həmin vaxtı xalası oğlu Mirağanın da öz tanış qız ilə gəldiyini, Qiymətlə Grand oteldə görüşərkən Qiymətin ondan xalası oğlunun kiminlə gəldiyini soruşduğunu, ona həmin qızı tanımadığını bildirdiyini, Qiymətin ona “əgər dostlarınla birlikdə cinsi əlaqədə olmaq üçün gəldikdə, əlavə qız lazım olarsa de mən gətirərəm” dediyini, bu müddət ərzində Təqsirləndirilən şəxs ilə təxminən 2 dəfə Grand oteldə pul qarşılığında cinsi əlaqədə olduğunu, son vaxtlarda da təxminən 3-4 ay bundan əvvəl xalası oğlu Mirağa Naxçıvana gəldiyi zaman ona qızla görüşmək istədiyini bildirdiyini, özünün də Qiymətlə danışıb ondan xalası oğlu Mirağa ilə pul qarşılığında cinsi əlaqədə olması üçün bir qadın təşkil etməsini istədiyini, Qiymətin də qadın təşkil edə biləcəyini dediyini, ona bir qız şəkili atdığını, həmin qızın şəkilini xalası oğluna göstərdiyini, xalası oğlunun qızla görüşmək istədiyini bildirdiyini, Qiymətə qızı Avtovağzal otelə gətirməsini dediyini, xalası oğlunu da Avtovağzal otelə apararaq Qiymətin nömrəsini ona verdiyini, sonrada xalası oğlu Mirağanın sərxoş olduğuna görə qızları gözləmədiyini, oteldən çıxıb getdiyini öyrəndiyini, özünün iki dəfə Qiymətlə pul qarşılığında cinsi əlaqədə olduğunu, bir dəfə də ondan xalası oğlu Mirağanın cinsi əlaqədə olması üçün qız təşkil etməsini istədiyini, həmin vaxtı Qiymət qız təşkil etdiyinə görə ondan əlavə heç nə tələb etmədiyini, Təqsirləndirilən şəxs özünün ona dostları ilə gəldiyi zaman əlavə qızlar gətirə biləcəyini desə də, əlavə qız gətirdiyinə görə ondan pul alacağını demədiyini bildirmişdir. Şahid9 05 noyabr 2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, işi ilə əlaqədər olaraq dağlıq ərazidə və başqa rayonda olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, ərizəsini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 ifadəsində təxminən 2 ildən artıq ki, Duzdağ oteldə qeydiyyatçı olaraq işə başladığını, 7 ay olar ki, baş qeydiyyatçı vəzifəsinə keçirildiyini, əvvəllər Duzdağ otelin Nəqşicahan Holdinqə məxsus olsa da, 2023-cü ilin yay aylarında otelin APF şirkətinə verildiyini, 01 noyabr 2023-cü il tarixdən isə Duzdağ otel X11 ilə birlikdə rəsmi olaraq Həmkarlar İttifaqına verildiyini, Duzdağ ESTATE MMC olaraq fəaliyyətə başladığını, Vüsal Şükürov otelə direktor təyin olunduqdan sonra Duzdağ otelə gələn müştərilərin kimliyindən asılı olmayaraq otelə daxil olan müştərilərin hər birindən kimlik tələb edilməsinə dair tapşırıq verdiyini, elə həmin vaxtdan etibarən otelə müraciət edən müştərilərdən kimlikləri alınaraq onlara otaqlar və kotteclərin icarəyə verilməyə başlanıldığını, 26 may 2024-cü il tarixdə saat 17 radələrində o işdə olarkən polis əməkdaşlarının otelə gələrək otel rəhbərliyinə müraciət etdiyini, 1 nömrəli kottecdə olan müştərilərin cinsi əlaqədə olmaq üçün gəldiklərini aşkar edilərək həmin şəxsləri apardıqlarını, otel olaraq fəaliyyətlərinin müştərilərə otaq icarəyə verməkdən ibarət olduğunu, müraciət edən bütün müştərilərə otaq verildiyi üçün müştərilərin otelə hansı məqsədlə gəldiklərini onun əvvəlcədən soruşmaq səlahiyyətinin olmadığı üçün həmin müştərilərin otelə hansı məqsədlə gəldiyini bilmədiyini, Qiymət Abdulayevanı otelə gələn müştəri olaraq tanıdığını, onunla aralarında başqa heç bir münasibət olmadığını bildirmişdir. Şahid5 20 noyabr 2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə ərizə göndərərək Naxçıvan şəhəri ərazisində olmadığından məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ərizəsini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxın müddətdir ki, tanıdığını, onun fahişəliklə məşğul olduğunu əvvəlcədən bildiyini, həmin hadisədən təxminən 7-8 ay əvvəl də pul müqabilində onunla cinsi əlaqədə olduğunu, 26 may 2024-cü il tarixdə səhər saatlarında Qiymət adlı xanıma zəng vuraraq onunla bir qədər danışdıqdan sonra onunla cinsi əlaqədə olmaq üçün görüşmək istədiyini bildirdiyini, bibisi oğlu ilə birlikdə gələcəklərini deyərək ona da əlavə bir qız gətirməsini istədiyini, Qiymətin də ona rəfiqəsini gətirəcəyini, cinsi əlaqədə olmaq üçün görüşdüklərinə görə hər birinə 150 manat, rəfiqəsini də bibisi oğluna gətirdiyinə görə isə ondan əlavə 50 manat da özünə alacağını dediyini, Qiymətə gətirdiyi qıza 100 manat verəcəyini desə də, Qiymət razı olmadığına görə onun dediyi məbləğə yəni ümumilikdə 350 manata razılaşdığını, bir qədər sonra Qiymətin ona zəng vuraraq digər qızla razılaşdığını bildirdiyini, ondan görüşəcəkləri yeri və saatı ona deməsini istədiyini, həmin gün saat təxminən 15-00 radələrində bibisi oğlu Hüseynlə birlikdə Duzdağ Otelə getdiyini, orada 4 nəfərlik otaq götürəcəklərini bildirdiyini, onlardan şəxsiyyət vəsiqələrini istədiyini, Qiymətə zəng vurub ona Duzdağ Oteldə olduqlarını və otaq götürmək üçün onlarında şəxsiyyət vəsiqələrinin lazım olduğunu dediyini, Qiymətin də ona, digər qızı da götürüb gələcəyini, şəxsiyyət vəsiqələrinin şəkilini də özünün resepsiyona atacağını bildirdiyini, otaq götürdüyünü, bibisi oğlu Hüseyn ilə birlikdə Duzdağ Otelin 1-ci kottecinə getdiklərini, orada bir qədər gözlədikdən sonra Qiymətin adının Aygün olduğunu sonradan bildiyi qızla birlikdə otelə gəldiyini, içəri girdikdən sonra Qiymətin Aygünü bibisi oğlu Hüseynə təqdim etdiyini, onunla cinsi əlaqədə olması üçün gəldiyini dediyini, cinsi əlaqədə olmaq üçün otaqlara keçməmişdən əvvəl Qiymətin ondan pulu istədiyini, danışdıqları kimi ona ümumilikdə 350 manat olmaqla 3 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq pulu verdiyini, Qiymətin isə pul məsələsini Aygünlə daha sonra öz aralarında həll edəcəklərini dediyini, Hüseynin Aygünlə cinsi əlaqədə olmaq üçün öz otaqlarına, özünün də Qiymətlə digər otağa keçdiklərini, cinsi əlaqədə olduqları zaman qapının açıldığını və içəri bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşlarının daxil olduqlarını, orada şifahi sorğu sual etdikdən sonra onları polis şöbəsinə apardıqlarını bildirmişdir. Şahid6 27 noyabr 2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə ərizə göndərərək Naxçıvan şəhəri ərazisində olmadığından məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ərizəsini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ifadəsində 26 may 2024-cü ildə səhər saatlarında dayısı oğlu Şahid5lə Naxçıvan şəhərində görüşüb Böyük Bağ adlanan yerdə çayçıda çay içdiklərini, çay içdikləri vaxt Həsənin ona Qiymət adında bir qızla danışdığını və bu gün onunla görüşüb cinsi əlaqədə olacaqlarını, əgər istəyirsə bir qızda onun üçün gətirməsini dediyini, o razı olduqdan sonra Həsənin həmin Qiymət adlı xanıma zəng vurub danışaraq ona əgər gətirə bilərsə bir qızda özü üçün gətirməsini dediyini, Qiymətin isə bir rəfiqəsi olduğunu, onun da 150 manat qarşılığında cinsi əlaqədə olduğunu və həmin qızı gətirərsə 50 manat da əlavə özünə alacağını dediyini, pul məsələsində razılaşdıqdan sonra Qiymətin Həsənə “görüşəcəyimiz yeri və saatı dəqiqləşdirib mənə bildir” dediyini, onlar Duzdağ Otelə gedəcəklərinə qərar verdikdən sonra Həsənin Qiymətə zəng vurub görüşəcəkləri yeri ona dediyini, təxminən saat 15:00 radələrində Duzdağ Otelə gedib 1-ci kotteci tutduqlarını, təxminən yarım saat gözlədikdən sonra Qiymət və Aygünün də oraya gəldiklərini, içəri girən zaman Qiymətin yanında gətirdiyi Aygün adlı qızı ona göstərdiyini, həmin qızı özü üçün gətirdiyini dediyini, daha sonra ümumilikdə 350 manat 3 ədəd 100 manat və 1 ədəd 50 manat olmaqla pulu Həsənin Qiymətə verdiyini, onun isə pul məsələsini Aygünlə öz aralarında həll edəcəklərini bildirdiyini, özünün Aygünü cinsi əlaqədə olmaq üçün götürüb otaqlardan birinə keçdiyini, cinsi əlaqədə olduqları zaman qapı açıldığını və mülki geyimdə olan bir neçə polis əməkdaşının içəri girdilklərini, orada şifahi sual-cavab edib hadisə yerinə baxış keçirdikdən sonra onları X26 Şöbəsinə apardıqlarını və izahatlarını aldıqdan sonra buraxdıqlarını, Həsənin Qiymətə 3 ədəd 100 manat və 1 ədəd 50 manat olmaqla ümumilikdə 350 manat pul verdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə X3 barəsində Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 26 may 2024-cü il tarixdə Naxçıvan MR DİN-nin CAİ-nin və X26 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində X8 gəlir əldə etmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs fahişəliyə cəlb etdiyi zaman saxlanılaraq X16 Polis Şöbəsinə gətirilmişlər. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Ordubad rayonu Tivi kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 34) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X24 dövlət hesabına müdafiəçi təyin edimişdir. (cild İ, iş vərəq 58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 59- 60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs təqdim etdiyi, istifadəsində olan “SAMSUNG GALAXY A 03” markalı mobil telefona özünün və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, qeyd edilmişdir ki, “baxış keçirilən “SAMSUNG GALAXY A 03” markalı mobil telefon duos (iki kartlı) İMEİ nömrələri: 1-**********64408, 2-**********64407 olan, qara rəngli, saz və işlək vəziyyətdədir. Telefonun önü həssas ekrandan ibarətdir. Telefonun arxa hissəsinin qapaqla örtülü olduğu görsənir, Mobil cihazın sağ tərfində olan düymə vasitəsilə açıldı, telefonda təhlükəsizlik parolu “L” hərfi formasındadır, mobil cihazın proqramlar menyusunda yerləşən “telefon” adlı proqrama daxil olundu, həmin proqramın fəaliyyəti telefonda olan mobil operator nömrələri vastəsilə digər mobil telefonlarda olan operotor nömrələri ilə qarşılıqlı yaranmış iki tərəfli zənglərdən ibarətdir. Mobil telefona baxış zamanı həmin mobil telefonda olan “WhatsApp” proqramında “Nesir Cahangirli” adı ilə qeyd olunmuş +994 60 *** ** ** mobil nömrənin sahibi ilə yazışma və səslərin mövcud olduğu müəyyən edildi. Yazışmalarda və səslərdən aydın olur ki, əvvəllər həmin şəxs Təqsirləndirilən şəxs ilə yalnız özünün görüşmək istədiyi üçün əlaqə saxlasada 08 aprel 2024-cü il tarixdə olan səs və yazışmalarında ona əlavə 1 nəfərdə qız lazım olduğunu yazır, Qiymət ona səs ataraq gətirə biləcəyini dedikdə, həmin şəxs qiymətə səs ataraq bir nəfərdə lazım olduğunu Qiymətlə şəkili olan mikrarayonda qalan sarısaç Türkan adında xanımı gətirməsini istəyir, Qiymət isə ona səs ataraq problem olmadığını amma bir nəfər 19 yaşında qız olduğunu, təzə çıxdığını istəyirsə onu gətirə biləcəyini deyir, həmin şəxs Qiymətdən qızın şəklini ona atmasını istəyir, Qiymətdə ona qızın şəklini atır və yazışmaları davam edir. “WhatsApp” proqramında əlavə olaraq iş üçün əhəmiyətli olan səs və yazışmalar aşkar edilmir. Bundan əlavə “WhatsApp Business” proqramında “Ruhin Serur” adı ilə qeyd olunmuş +994 60 *** ** ** mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs arasında zənglərin yazışmaların və səsli mesajların olduğu müəyyən edilir, həmin şəxs Qiymətə ona şəkil atmasını yazır, Qiymət isə səs ataraq ona heç kimin şəklini ata bilməyəcəyini əgər istəyirsə şəkli statusda paylaşa biləcəyini deyir, Həmin şəxsdə Qiymətə paylaş şəkilə baxım, olmasa o birisi qızı deyərsən deyə səsli mesaj atır və sonra isə səs və yazışmaları davam edir. Göstərilən yazışmalar və “SAMSUNG GALAXY A 03” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür”. (cild İ, iş vərəq 71-72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 88-89) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Əbülfəz qızı və Zərərçəkmiş şəxs “Naxçıvan Muxtar Respublika QİÇS-lə Mübarizə Mərkəzi”ndə müayinə zamanı HİV, Siflis, Hepatit B,C virusu aşkarlanmamışdır. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X12 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və Ordubad rayon Tivi kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası X13 Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Əbülfəz qızı və Zərərçəkmiş şəxs “Naxçıvan Muxtar Respublika X13” X33 Dəri-Zöhrəvi xəstəliklər şöbəsində müayinələrdən keçmiş, hər hansı xəstəlik aşkar edilməmişdir. (cild İ, iş vərəq 97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs faişəliyə cəlb etdiyinə və müştərilərlə cinsi əlaqədə olduqlarına görə əldə etdiyi 1 ədəd kağız zərfdə olan 350 manat pul və 1 ədəd “SAMSUNG GALAXY A 03” markalı duos (iki kartlı) İMEİ nömrələri: 1-**********64408, 2-**********64407 olan, qara rəngli mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və 1 ədəd kağız zərfdə olan 350 manat pul və 1 ədəd “SAMSUNG GALAXY A 03” markalı duos (iki kartlı) İMEİ nömrələri: 1-**********64408, 2-**********64407 olan, qara rəngli mobil telefon cinayət işində saxlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işiüzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X12nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 104-105) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X12 tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli, 232/A saylı rəydən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabliyyətində olmuşdur. (cild İ, iş vərəq 119-121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2024-cü il tarixli məhkəmə-psixoloji ekspertiza təyin etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 129) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 818 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. (cild İ, iş vərəq 147-149) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 119 nömrəli arayışdan görünür ki, Abdullayeva X10 rayon, Yurdçu kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 113) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 120 nömrəli arayışdan görünür ki, Abdullayeva X10 rayon, Yurdçu kəndində qeydiyyatdadır və onun əri X14, oğlu X25 və qızı X15 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Əbülfəz qızı kənddə yaşadığı müddətdə ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Kənd tədbirlərində fəal iştirak etmişdir. (cild İ, iş vərəq 114) İş materiallarına əlavə edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 215 nömrəli arayışdan görünür ki, X1 rayon, Yurdçu kəndində təsərrüfat kitabında qeydiyyatdadır. Lakin uzun müddətdir ərazidə yaşamır. X2 (2012) və X15 (2015) anaları Təqsirləndirilən şəxs Əbülfəz qızı ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 243.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 3000 (üç min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “SAMSUNG GALAXY A 03” markalı duos (iki kartlı) İMEİ nömrələri: 1-**********64408, 2-**********64407 olan, qara rəngli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan 1 ədəd kağız zərfdə olan 03 (üç) ədəd 100 (yüz) Azərbaycan manatı və 01 (bir) ədəd 50 (əlli) Azərbaycan manatı müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “SAMSUNG GALAXY A 03” markalı duos (iki kartlı) İMEİ nömrələri: 1- **********64408, 2-**********64407 olan, qara rəngli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 1 ədəd kağız zərfdə olan 03 (üç) ədəd 100 (yüz) Azərbaycan manatı və 01 (bir) ədəd 50 (əlli) Azərbaycan manatı müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-59/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-59/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver