Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-6/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, zərərçəkmiş şəxslər X47, X62, X14, X29, X53, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Naxçıvan şəhərində anadan olmuş, subay, bir uşaq anası, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla ünvan 2 21 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “05” aprel 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs asan gəlir əldə etmək məqsədi ilə 2022ci ilin aprel ayında X47 yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gedərək işə düzəltmək adı ilə aldadıb X34 və onun vasitəsilə X10, X20 və X11 vahid niyyətlə hər biri üçün 400 manat olmaqla, ümumilikdə Əfiyə Rəcəbovadan qanunsuz olaraq 1600 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi faktı olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci lin iyun ayında müəlliməsi olmuş X14 yaşadığı ünvan 4 ünvanında yerləşən evinə gedərək onu Gəmiqaya MMC-yə bazarlama işinə düzəltmək adı ilə aldadıb 2000 manat pulunu ələ keçirmiş, bundan başqa bir müddət sonra Təqsirləndirilən şəxs təkrarən Gültəkin Bağırova ilə evində görüşüb borc alıb qaytarmaq adı ilə aldadıb 4400 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında təkrarən Naxçıvan şəhəri Cahan AVM-dən bazarlıq edərkən orada işləyən X87 ilə tanış olub söhbət zamanı yeni tikilən .yaşayış binalarından güzəştli kreditlə mənzil verəcəyini deyib özünə inandırmış, həmin ilin dekabr ayının sonuna kimi sənədləşmənin bitəcəyini deyərək X63 valideyni X88 ilə əlaqə saxlayaraq ilkin ödəniş adı ilə aldadaraq 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, təkrarən 2022-ci ilin aprel ayında X47 yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gedərək işə düzəltmək adı ilə gəldiyini bildirib evdə və tanışları arasında başqa kimin işsiz olduğunu soruşaraq öyrəndikdən sonra hər birindən 400 manat olmaqla Əfiyə Rəcəbovam təzə açılacaq bağçaya dayə kimi, özünün vasitəsilə onun atası X21 təzə açılacaq bağçaya anbardar kimi, xalası X35 təzə açılacaq bağçaya aşbaz köməkçisi kimi, qohumu X22 Babək rayon Nəhəcir kənd icra nümayəndəliyinə bağban kimi işə düzəldəcəyinə yalan vədlər verərək dələduzluq yolu ilə vahid niyyətlə Əfiyə Rəcəbovam aldadıb 1600 manat pulu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, 2022-ci ilin sentyabr ayında Şahbuz rayon Keçili kəndinə gedərək X15 vasitəsilə X83 ilə tanış olmuş, söhbət zamanı onun ailəsi ilə maraqlanıb oğlu Pərvin İlqarlının hərbidə işlədiyini biləndən sonra Sadıq Qəribova əvvəllər Nazirlər Kabinetdə işlədiyini deyib ondan əlaqə nömrəsi istəmiş, bir gün keçdikdən sonra telefon vasitəsilə ona zəng vurub oğlu Pərvini gömrük orqanlarına işə düzəldəcəyi və ona leytenant rütbəsi verdirəcəyi barədə aldadaraq Naxçıvan şəhər ərazisində görüşərək 2022-ci ilin sentyabr ayının sonuna kimi Pərvinin gömrük orqanlarında işləyəcəyini vəd edərək aldadıb 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında təkrarən baldızı olmuş, X30 yaşadığı ünvan 5 ünvanında yerləşən evinə gedərək xəstəliyi ilə əlaqədar təqaüdə çıxarmaq adı ilə aldadıb 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kirayə ev axtararkən 2020-ci ilin iyun ayının 17-də tanış olduğu X36 yaşadığı evin qarşısında sökülmüş ərzaq mağazasının bərpa edilməsi adı ilə aldadıb ümumilikdə 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçimiş və törətdiyi cinayət əməlləri nəticəsində X54 vahid niyyətlə 1600 manat məbləğində, X64 1200 manat məbləğində, X72 3500 manat məbləğində, X37 1000 manat məbləğində, X23 6400 manat məbləğində və X38 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, 2000-ci ildə həyat yoldaşı X24 Ordubad rayonunda Soyuq adlanan hərbi postda xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğunu, özünün bir qızının olduğunu, həyat yoldaşı vəfat edəndə onun 4 yaşının olduğunu, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X55 bir ildən artıqdır məhəllədən tanıdığını, 2022-ci ilin aprel ayında Əfiyədən 1600 manat pul aldığını, ehtiyacı olduğundan Əfiyədən 400 manat, onun vasitəsilə qohumu Anardan 400 manat, Əfiyənin atası Həsəndən 400 manat, onun xalası İlhamədən 400 manat, ümumilikdə 1600 manatı Əfiyənin ona verdiyini, pula ehtiyacının olduğunu, onları işə düzəldəcəyinə dair Əfiyəyə söz verdiyini, əslində isə işə düzəltmək məqsədilə almadığını, pula ehtiyacı olduğu üçün həmin pulu aldığını, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Şahbuz rayon Keçili kənd sakini X65 2022-ci ilin yay aylarında tanıdığını, İlqarı qaynı Səlvərə görə tanıdığını, vaxtını tam xatırlamadığını, Səlvər ilə birlikdə Sadiq Qəribovun yaşadığı Şahbuz rayon Keçili kəndində yerləşən evlərinə getdiklərini, Səlvərin Sadiqlə birlikdə quzunu kəsib özünə verdiklərini, ondan sonra Sadiq Qəribovla və onun həyat yoldaşı ilə tanış olduğunu, telefon nömrəsini götürdüyünü, sonra Sadiqlə danışdıqlarını, yaxın dost kimi söhbət elədiklərini, Sadiq Qəribovdan 1200 manat alaraq onun oğlu Pərvini gömrük orqanlarına işə düzəldəcəyini dediyini, Sadiqin bu barədə dediklərinin düzgün olduğunu, ondan həqiqətən də işə düzəltmək adı ilə pul aldığını, onun da könüllü surətdə özünə 1200 manat pulu verdiyini, Sadiqin özünə zəng vurub “pul hazırdır, görüşək” dediyini, Sadiqə “Naxçıvana gəl, görüşək” dediyini, ondan sonra Sadiqin gəlib özünə zəng vurub danışdıqlarını, ilk əvvəl Naxçıvan şəhərində X31rşısında onunla görüşdüyünü, Sadiqin ilk əvvəl 1000 manat pul verdiyini, sonra böyük bağda Sadiqlə görüşdüklərini, Sadiqin özünə 200 manat pul verdiyini, ümumilikdə Sadıqdan 1200 manat pul aldığını, hal-hazıradək Sadiq Qəribova 1200 manatı qaytarmadığını, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Naxçıvan şəhəri sakini X73 2021-ci ilin noyabr ayından tanıdığını, X62 övladı Namiqin Cahan AVM-də işlədiyini, onunla oradan bazarlıq eləyəndə tanış olduqlarını, sonra onun atası Nəimi ilə tanış olduğunu, X85 yanında Nəiminin mebel ustası işlədiyini, Nəimigildən güzəştli şərtlərlə onlara ev alınmasında ilkin ödəniş adı ilə 3500 manat aldığını, bu barədə Nəiminin dediklərinin düz olduğunu, məqsədinin əslində güzəştli şərtlərlə onlara ev alınmasında köməklik etmək olmadığını, pula ehtiyacı olduğu üçün belə bir addım atdığını, Nəimiyə hələ də 3500 manatı qaytarmadığını, Əfiyə Rəcəbovanın da ondan pul alınması ilə bağlı düz dediyini, ondan pul aldığını danmadığını, Əfiyəyə 1600 manat borclu olduğunu, 250 manat Əfiyəyə qaytardığını, qalan 1350 manatı isə qaytarmadığını, Əfiyədən 1600 manatı eyni vaxtda, aprel ayında eyni gündə aldığını, Əfiyənin 1600 manatı düzəltdiyini, özünün də pulu ondan aldığını, Əfiyədən adlığı pulu da onun özünü və qohumlarını işə düzəltmək adı ilə aldığını, ancaq yenə də əsl məqsədinin işə düzəltmək yox pula ehtiyacı olduğu üçün pul əldə etmək olduğunu, Namiqi əvvəl tanıdığını, sonra onun vasitəsilə atası X73 tanıdığını, Nəimi ilə telefonda danışdığını, Namiqdən 3500 manat pulu almadığını, ondan pulu istəyəndə atasına dediyini, atası ilə danışdığını, sonra pulu istədiyini, Namiqin gətirib özünə 3500 manat pulu verdiyini, hələ də 3500 manat pulu qaytarmadığını, Mahirənin İbrahimin həyat yoldaşı olduğunu, İbrahimin məhlədə işlədiyini, Mİİ-nin işçisi olduğunu, ona görə Mahirəni tanımadığını, Mahirə ilə bir bacı kimi münasibətinin olduğunu, onun bu işdə heç bir əlinin olmadığını, zərərçəkmiş şəxslərin hamısının nə deyirlərsə düz dediklərini, onların dediklərini qəbul etdiyini, bu cür hərəkət etməyinə səbəbin pula ehtiyacı olması olduğunu, özünün şəkər xəstəsi olduğunu, aldığı pulları səhhəti ilə bağlı xərclədiyini, həm öz həm yaxınlarının sağlamlığı üçün alıdığı pulların bir qismini xərclədiyini, həm də borcu çox olduğundan zərərçəkmişlərdən əldə etdiyi pulların bir qismini borclarına verdiyini, “beləbelə Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoya-qoya bu günə qalmışam” dediyini, hər kəsin pulunu qaytarmaq istədiyini, ancaq hal-hazırda imkanının olmadığını, ərinin qohumlarının ona verilməli olan miras əmlakdan paya görə ona pul göndərəcəklərini, ancaq hələ neçə aydır həmin pulun ona çatdırılmadığını, pullar ona çatan kimi zərərçəkmişlərin zərərini ödəyəcəyini, Nəimi Əzimlinin ona 3500 manatı verəndən sonra ondan pulunu qaytarması üçün vaxt istədikdə, onun özünə zəng vurub “sənə inanmıram, vaxt versəm, məni inandırmaq üçün bir şey elə” dediyini, buna görə özünə məxsus pasportunu Nəimi Əzimliyə verdiyini, X39 əvvəlcədən tanıdığını, onun qardaşı Canpoladın həyat yoldaşı olduğunu, Sevdanın istintaq zamanı ifadəsində göstərdiklərinin düz olduğunu, ondan ona pensiya düzəltmək adı ilə 1000 manat aldığını, hazırda Sevdanın ondan şikayət və tələbinin olmadığını, X14 onun müəllimi olduğunu, orta məktəbdə təhsil alanda onun fiziki tərbiyə və idman müəlliməsi işlədiyini, onun indi təqaüdçü olduğunu, ondan 2000 manat işə düzəltmək adı ilə, 4400 manat isə ona ev veriləcəyini bildirməklə borc adı ilə aldığını, pula ehtiyacı olduğundan belə bir addım atdığını, Gültəkin müəllimənin dediklərinin düz olduğunu, onun dediklərini qəbul etdiyini, onun pulunu hələ də qaytarmadığını, zərərçəkmiş Səriyənin də dediklərinin düz olduğunu, onun da dediklərini qəbul etdiyini, onu aldadıb 1200 manat pulu aldığını, həmin pulun 266 manatını qaytardığını, qalanı isə qaytarmadığını, zərərçəkmişlərdən aldığı pulları danmadığını, etdiyi əməli qəbul etdiyini, əməlindən çox peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X74 ifadəsində Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından tanıdığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2022-ci ilin aprel ayında əmcanısı Mahirəgilə getdiyini, söhbət zamanı “Mahirənin gəlinini bağçaya işə düzəldirlər” deyə eşitdiyini, maraqlanıb “kim düzəldir, kimdir, onu tanıyırammı” soruşduğunu, Mahirənin də “adı Humaydır, Maliyyə Nazirliyindən buğaltr işləyir, dövlət onu seçib işsizləri işlə təmin edir” dediyini, Mahirə əmcanısının dediyinə inanıb “məni də işə düzəltsin” dediyini, Mahirənin də “400 manat pul, bir əmək kitabçası, 2 ədəd 3x4 fotoşəkil və şəxsiyyət vəsiqəsinin üzünü gətir, Humaya deyəcəm, bağçaya səni dayə kimi işə düzəldəcək” dediyini, Mahirədən “özüm danışım” deyə Humayın nömrəsini istədiyini, ancaq Mahirənin özündən küsdüyünü, “özüm əlaqə saxlayıram” deyib vermək istəmədiyini, ondan sonra 400 manatı düzəldib Mahirəyə “pul hazırdı” dediyini, sonra evdə olanda əmcanısının zəng vurub “Humay qapıya gəlib, qapıya çıx pulu ver” dediyini, qapıya çıxanda bir qadının qapıda durduğunu görüb, onunla salamlaşdığını, həmin qadının ona “mənim adım Humaydı, səni işə düzəldəcəm” dediyini, 400 manatı çıxarıb vermək istəyəndə Humaydan “bağçaya işə düzəltmək üçün 2000 manatdan çox pul istəyirlər, siz nə üçün 400 manat alırsınız” deyib soruşduğunu, Humayın da “onlar rüşvət alır, mənsə şirinlik alıram” dediyini, sonra Humayın “başqa işsiz adam var” soruşduğunu, Humaya “atam X40, xalam X56 və həyat yoldaşımın əmisi X41 işsizdir” dediyini, Humayın da “onlarında hərəsindən əlavə 400 manat şirinlik al, öz 400 manatını da onun üstünə qoy, mən səndən 1600 manat götürüəcəm, sizin işləri həll edəcəm, Mahirəni bu işə qatma, mən onu tanımıram” dediyini, sonra qohumlarına bu barədə məlumat verdiyini, sonra Humayla danışdığını, Humayın ona “atan Həsəni bağçada anbardar, xalan İlhaməni aşbaz köməkçisi, Anarı isə Babək rayon Nəhəcir kənd icra nümayəndəliyinə bağban kimi işə düzəldəcəm” dediyini, qohumlarından pulu alıb 1600 manatı düzəltdiyini, Humaya zəng vurub “pul hazırdır” dediyini, Humayın da öz yaşadıqları ünvan 6 ünvanına gəldiyini, qapıya çıxanda 1600 manat pulu Humaya verdiyini, Humayın da “sən mənə güvən, işiniz hazırdır, bağça açılan kimi işə başlayacaqsınız, xəbər edəcəm” dediyini, sonra ona zəng vurmadığını, bir ay Humaydan xəbər çıxmadığını, qohumların “neylədin, Humay işi həll etmədi” deyə soruşduğunu, qohumlara “pulu alıb yoxa çıxıb, indi də zəng vururam, pulu istəyirəm, ancaq Humay pulu verməkdən boyun qaçırır, bizi aldadıb” dediyini, sonra neçə dəfələr zəng vursa da, Humayın telefonu açıb “narahat olma, işin bugün, sabah hazırdı” dediyini, ancaq Humayın işə düzəldəcəm söhbətinin sözdə qaldığını, sonra tanışlardan soraqlaşanda “Humay dələduzluqla məşğuldur, bizi aldadıb, 1600 manat pulu məndən alıb” öyrəndiyini, sonra Humaya zəng vurub “işləmək istəmirəm, pulumu qaytar” dediyini, Humayın da bu ay, gələn ay pulu qaytaracam deyib, heç nə eləmədiyini, hələ də pulunu qaytarmadığını, sonra həyat yoldaşının əmisi Anar Qulisoyun ərizə ilə Naxçıvan MR DİN-nə müraciət elədiyini, sonra Polis İdarəsindən onları çağırdıqlarını, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb zəngləşdiklərini, X16 əmcanısı olduğunu, onun vasitəsilə Humayla tanış olduğunu, Mahirənın özündən pul alıb Humaya vermədiyini, özünün Humaya 1600 manat verdiyini, sonra Humayın “Mahirəni bu işə qatma, məni tanıyırsan, mənlə iş görürsən” dediyini, ondan sonra Mahirə ilə bu barədə heç nə danışmadığını, Humayın “səni və qohumlarını işlə təmin edəcəm, mənə 400 manatdan ümumilikdə 1600 manat pulu ver, qohumlarının və sizin işiniz hazırdır” deyib aldatdığını, Humaya inanıb 1600 manatı ona verdiyini, Humayın da pulu alandan sonra heç nə eləmədiyini, Humayın həmin puldan 250 manatı qaytardığını, qalan pulu isə hələ də qaytarmadığını, Humayın özünü aldatdığını, Təqsirləndirilən şəxs ilə bağlı Anar Qulusoyun müraciət etdiyini, özünün müraciət etmədiyini, Təqsirləndirilən şəxs “sizi və qohumlarınızı 8 nömrəli bağçaya işə düzəldəcəm, orada tanış adam var, pulu ona verəcəm, o da sizi işə düzəldəcək” dediyini, tanış adamının kim olduğunu soruşduqda, Humayın “güvənilir adamdı, mən tanıyıram, sən narahat olma, işiniz mən həll edəcəm” dediyini, X70 Nazirliyində işlədiyini dediyindən Humayın özündən heç nə soruşmadığını, elə işlə bağlı zəng vurub, telefonda da çox danışmadığını, zəng vuranda qısa cavablar verib “narahat olma” dediyini, hələ özündən “məni təqaüdə çıxarsın” 200 manat istədiyini, ancaq vermədiyini, Humayın onu, atası və İlhaməni bağçaya düzəltmək üçün, Anarı işə Nəhəcir kənd İƏD nümayəndəliyə bağban düzəltmək üçün əmək kitabçasını, şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ədəd ölçüdə fotoşəkilini istədiyini, ümumilikdə 1600 manat pulla birlikdə sənədləri də verdiyini, sonra əmək kitabçalarını ondan bir təhər aldığını, Humayın ondan aldığı pulu qaytarmasını istədiyini, ondan şikayətinin və tələbinin olduğunu bildirərək Humayın törətdiyi əmələ görə barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X83 ifadəsində Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının 11-dən tanıdığını, Humayı qaynı Səlvərə görə tanıdığını, 2022-ci ilin sentyabr ayının 11-də qaynı Səlvərlə Humayın birlikdə Şahbuz rayon Keçili kəndində yerləşən evlərinə gəldiklərini, həmin vaxt evdə olduğunu, həmin vaxt qaynının gəlib “icazə ver, burada bir quzu var, onu kəsək, Humay quzunu alacaq” dediyini, razılıq verəndən sonra qaynı Səlvərin quzunu kəsib torbaya yığdığını, həmin vaxt Humayın “neçə uşağın var” soruşduğunu, Humaya “2 oğlum var, bir qızım” dediyini, Humayın “oğlanların harada işləyir” soruşduğunu, Humaya “böyük oğlum Pərvin hərbiçidir, balaca oğlum da əsgərdir” dediyini, sonra Humayın mobil nömrəsini istəyib “səninlə dost olacam” dediyini, ***-***-**-** mobil nömrəsini Humaya verdiyini, sonra Humayın əti götürüb getdiyini, qaynı Səlvərdən Humayın kim olduğunu soruşduğunu, onun da “yolda tanıdım, məndə quzu istədi, quzunu alıb kəsdim və ona satdım” dediyini, sabahısı gün, sentyabr ayının 12-si Humayın zəng vurub “istəyirsən hərbidə işləyən oğlun Pərvini gömrüyə işə düzəldim” dediyini, Humaya “heç bir şey, düzəldə bilirsənsə, düzəlt” dediyini, sonra Humayın “oğulunun işə düzəlməsi üçün 1200 manat pul lazımdır, 1200 manatı ver” dediyini, Humaya “pulum yoxdur, hazırlayım sənə xəbər edəcəm” dediyini, dostdantanışdan borc pul alıb 1000 manat düzəltdiyini, sonra Humaya zəng vurub 1000 manat hazırladığını dediyini, Humayın “yox, 1200 manat elə, mənə ver, oğlunun işini gömrüyə düzəldim” dediyini, sonra Humayın “Naxçıvan şəhərinə gəl, pulu mənə ver” dediyini, 1000 manatı götürüb Naxçıvan şəhərinə gəlib X50 yanında Humayla görüşdüyünü, Humaya 1000 manat pulu verdiyini, həmin vaxt Humayın yanında yaşca balaca bir uşağın olduğunu, Humayın pulu alandan sonra “aparıb 1000 manatı verəcəm, ancaq azdır” dediyini, and-aman edib “pulum yoxdur, dostdan tanışdan borc-xərc eləmişəm” dediyini, Humayın da “200 manatı verməlisən” dediyini, sonra bu məsələdən 2 gün keçəndən sonra Humayın ***-***-**-** mobil nömrəsi ilə zəng vurub “200 manatı hazır elə, şəhərə gətir götürəcəm” dediyini, 200 manat pulu şəhərə gətirib həmin yerdə Humaya verdiyini, ümumilikdə Humaya oğlu Pərvini gömrük orqanlarına işə düzəltsin deyə 1200 manat pul verdiyini, Humayın da “oğlun gömrüyə düzələndən sonra leytenant rütbəsi də verəcəm” deyib vəd verdiyini, pulu verəndən sonra Humayın “sentyabr ayının sonuna kimi sənin oğlunun işi hazırdır” dediyini, sevinib ürəkləndiyini, Humayın oğlunun işini düzəldəcəyinə inanıb sevindiyini, sentyabr ayının sonu gəlsə də, Humaydan səs çıxmadığını, telefonda ona zəng vurub “1200 manatı verdim, oğlumun işi nə yerdə qaldı” deyə soruşduğunu, Humayın da “bir dəqiqəlik iş deyil, düzəldəcəm, narahat olma” dediyini, 2022-ci ilin oktyabr ayında nə olduğunu Humaydan soruşduğunu, Humayın da “oktyabr ayının axırını gözlə” dediyini, gözləsə də, yenə Humayın onu aldatdığını, yalan vədlər verib noyabr ayını gözlə dediyini, belə-belə Humayın özünə məxsus 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, sonra oradan-buradan maraqlananda “Humay tək məni yox, mənlə bərabər bir neçə şəxsi də aldadıb pulu alıb və Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır” eşitdiyini, 11 yanvar 2023-cü il tarixdə Naxçıvan ŞPİ-nə gəlib Təqsirləndirilən şəxs barəsində ərizə yazdığını, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb zəngləşdiklərini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, qayını X25 görə tanıdığını, qaynı Səlvərin də onu yaxşı tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Humaydan harada işlədiyini soruşduqda Humayın “əvvəllər Nazirlər Kabinetində işləmişəm, sonra hərbidə işləmişəm” dediyini, amma hansı vəzifələrdə işlədiyini demədiyini, özünün də soruşmadığını, Təqsirləndirilən şəxs oğlu Pərvini işə düzəldəndə heç bir sənəd tələb etmədiyini, Təqsirləndirilən şəxs oğlu Pərvini gömrük orqanlarına işə düzəltmək adı ilə aldadıb 1200 manat pulunu ələ keçirdiyini, Humayın aldadıb oğluna leytenat rütbəsi də veriləcəyini yalan vədini verdiyini, halbuki, oğlu Pərvin İlqarlının sərhəd qoşunlarında baş çavuş olduğunu, Ordubad rayonunda xidmət etdiyini və MAHHXQ olduğunu, Təqsirləndirilən şəxs ilə bağlı heç bir orqana rəsimi müraciət etmədiyini, Təqsirləndirilən şəxs “sənin oğlunu işə düzəldəcəm” dediyini, kimin vasitəsilə düzəldəcəyini, kimə pul verəcəyini demədiyini, elə Humayın “1200 manatı mənə ver, özüm həll edəcəm” dediyini, Humayın ondan aldığı pulu qaytarmasını istədiyini, ondan şikayəti olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X88 ifadəsində 2021-ci ilin noyabr ayının 27-də oğlu Namiqin zəng vurub “güzəştli şəkildə evlər satılır, ilkin ödəniş kimi 3500 manat pul verməliyik, Humay xanım da vasitəçilik edir” dediyini, həmin vaxt Namiqin Cahan AVM-də mühasib köməkçisi işlədiyini, Təqsirləndirilən şəxs da ora alış veriş etmək üçün gəlib-gedəndə oğlu Namiqlə elə tanış olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs tanımadığını, “Humay kimdir, nə məsələdir” deyə soruşduğunu, oğlu Namiqin də “Humay alver üçün Cahan Avm-ə gəlib gedir, özü bizə yaxınlaşdı və bildirdi, cavan oğlansan fürsət var, gəl ilkin ödəniş kimi 3500 manat ver, aybaay da 250 manat ödəniləcək” dediyini, neçə illiyinə olacağını soruşduğunu, oğlu Namiqin “vasitəçilik edən Humaydır, sənədləşmə vaxt hər şeyi deyəcək” dediyini, həmin vaxt əlində pulunun olmadığını, qohum-qardaşdan borc pul alıb əldə 3500 manat düzəltdiyini, həmin vaxt 3500 manatı oğlu Namiqə aparıb Humaya versin və güzəştli mənzil götürsünlər deyə verdiyini, həmin vaxt Humayla danışmadığını, hər şeyi oğlunun elədiyini, oğlu Namiqin 3500 manatı aldığını, sonra zəng vurub 3500 manatı Humaya verdiyini dediyini, oğlundan Humay nə dediyini soruşduğunu, oğlunun da Humay xanım 10-15 günə evin sənədləşməsinin olacağını bildirdiyini, artıq güzəştli mənzil götürə biləcəyik deyə arxeynlədiyini, 10-15 gün keçəndən sonra oğlundan ev məsələsinin nə olduğunu soruşduğunu, oğlu Namiqin də “Humay deyir ilin axırdır, hesablanma gedir, bir ay gözləyin” dediyini, oğluna “Humayın nömrəsini ver, danışım” dediyini, sonra oğlunun Humayın ***-***-**-** mobil nömrəsini verdiyini, ondan sonra Humaya özünün ***-***-**-** mobil nömrə ilə zəng vurduğunu, Humayın da telefonunu söndürüb özünün təkrar zəng vurduğunu, Humaya oğlunun əvvəlcədən “***-***-**-** mobil nömrə ilə atam zəng vuracaq” dediyini, ona görə Humayın özünü dərhal tanıdığını, Humaya dekabr ayında zəng vurduğunu, Humaydan Namiqin ev məsələsi nə yerdə qaldığını soruşduğunu, Humayın da “il sonu olduğu üçün yeni ildən sonra, yanvar ayında sənədləşmə olacaq, evi alacaqsınız” dediyini, Humayın elə vəd versə də, günlərin keçdiyini, Humayın heç nə eləmədiyini, yeni ilin gəldiyini, Humayın yanvar ayında da yalan vəd verib 10 günə həll olacaq dediyini, amma 10 gün keçsə də, Humayın heç nə eləmədiyini, ona zəng vuranda Humayın özü ilə çox səmimi danışdığını, elə sözlər dediyindən istər-istəməz razı düşdüyünü, bu işi həll etsin deyə Humayı gözlədiyini, amma Humayın heç nə eləmədiyini, bir ildən çoxdur, Humayın bu formada özünü aldatdığını, 3500 manat pulunu hələ də qaytarmadığını, Humaydan evin sənədlərinin nə vaxt hazır olacağını soruşduğunu, Humay bu gün sabah deyəndən sonra münasibətlərinin pozulduğunu, ona qarşı inamının itdiyini, Humaya “sənəd ver, sənə inanım, neçə aydır, məni dolayırsan” dediyini, Humaya “şəxsiyyət vəsiqəsinin üzünü ver, arxasına yaz, 3500 manat almışam” dediyini, Humayın da “şəkər xəstəsiyəm, ona görə mənə tez-tez şəxsiyyət vəsiqəsi lazım olur, istəyirsən pasportumu verim” dediyini, özünün də buna razı olduğunu, Humayın gətirib öz şəxsi pasportunu verdiyini və şəxsiyyət vəsiqəsinin üzünü təqdim etdiyini, Humayın “mənə inan, mən sənə atmamışam, pulu qaytaracam” dediyini, Humaya “evi boş verdim, pulumu qaytar” dediyini, həmin məsələdən bir ildən artıq vaxt keçsə də, Humayın yalan vədlər verdiyini, gündə bir bəhanə gətirib 3500 manat pulu qaytarmadığını, ondan sonra polisə müraciət etmək qərarına gəldiyini, 25 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə gəlib Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığını, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxladığını, çox vaxt ***-***-**-** mobil nömrəsi ilə zəngləşdiklərini, ona zəng vuranda Humayın söndürüb zəng vurduğunu, güzəştli ev düzəltmək adı ilə aldadıb 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, Humayın “təcili tibbi yardım mərkəzinin yanında yeni binalar tikilir, sizə 3-cü mərtəbədən 3 otaqlı ev verəcəm, ilkin ödəniş üçün 3500 manat alacam” dediyini, ayda 250 manat ödəmək şərti ilə evi özlərinə satacağını, Humayın “həmin evin ümumi dəyəri 55000 manatdır, ipoteka ilə olduğundan və aylıq ödəniş olduğundan sənədləşmə aparılan zaman neçə illik evi ipoteka etdirəcəyiniz öyrənəcəksiniz” dediyini, heç Humayın sənəd tələb etmədiyini, sənəd təklif elədiklərini, Humayın “nə vaxt sənədləşmə olacaq o zaman sənəd verərsiniz” dediyini, Təqsirləndirilən şəxs ilə bağlı əvvəllər heç bir orqana rəsmi müraciət etmədiyini, Təqsirləndirilən şəxs pulu kimə verdiyini dəfələrlə soruşsa da “bəlkə gedim həmin adamdan pulumu alım” fikirləşdiyini, ancaq Humayın heç bir ad demədiyini, Humayın “sən narahat olma sənin pulun məndədir, sənin ev məsələni mən həll edəcəm, narahat olma” dediyini, Humayın pulu alarkən heç bir ad vermədiyini, Humayın teztez “həll eləmişəm, görüşmüşəm, narahat olma, Bakı şəhərinə iclasa gediblər, ilin axırıdır” dediyini, belə-belə yalan vəd verib danışdığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onun dələduzluq elədiyini heç bilmədiyini, polisə müraciət edəndən sonra Təqsirləndirilən şəxs barəsində elədiyi hərəkətlərə görə cinayət işi başlanıldığını öyrəndiyini, güzəştli ev düzəltmək adı ilə Təqsirləndirilən şəxs 3500 manatı oğlu Namiq verdiyini, Humayın oğlu Namiqi tapdığını, hal-hazırda Namiq hərbi xidmətdə olduğunu, Təqsirləndirilən şəxs ilə üz-üzə iki dəfə görüşdüyünü, bir dəfə Banu şadlıq sarayının aşağısında götürdüyü mebel yerinə Humayın gəldiyini və görüşdüyünü, Humaya pul vermədiyini, ancaq Humayın özündən əlavə 1500 manat pul istədiyini, Humayın da “ilkin ödəniş 3500 manat istəsə də, əlavə 1500 manat da lazımdır” dediyini, əlində pul olmadığı üçün verə bilmədiyini, sonra Humayın zəng vurub “o biri ödənişlərlə düzüb-qoşmuşam, 1500 manat ehtiyac qalmadı” dediyini, Təqsirləndirilən şəxs ilə səsli mesajlaşmalarının da olduğunu, Humayın ondan aldığı pulu qaytarmasını istədiyini, ondan şikayəti olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X42 ifadəsində Təqsirləndirilən şəxs onun şagirdi olduğunu, orta məktəbdə Humaya dərs dediyini, fiziki hazırlıq müəlliməsi olduğunu, Humayla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2020-ci ilin iyun ayında Humayın öz məhəllələrinə gəldiyini və kirayə axtardığını, elə həmin vaxt Humayı gördüyünü, Humayı tanıdığı üçün söhbətləşdiklərini, Humayın uşaq vaxtlarından danışdıqlarını, söhbət zamanı Humayın “mən də iş düzəldirəm, əlim hər yana çatır, Ali məclisin əli ilə bu işi edirəm” dediyini, Humaya “ Ali məclisdən olan şəxs kimdir, de görüm, bəlkə tanıyıram” dediyini, Humayın da “iş qurtarsın deyəcəm, həmin şəxs sizi tanıyır” dediyini, Humay şagirdi olsa da, həmin vaxt elə mədəni danışır deyə ona inandığını, həm də şagirdi olduğundan “Humay məni aldadar” deyə heç ehtimal belə etmədiyini, ancaq elə olmadığını, Humaya aldandığını, Humayın “Gəmiqayada bazarlama işi var, çox yaxşı işdir, təcrübəniz da var, bu işin öhdəsindən gələrsiniz” dediyini, Humayın elə canlı danışdığını, elə sözlər dediyini, Humayın yalan danışdığına heç inanmadığını, Humaya inanıb “işləyərəm” dediyini, Humayın da “işə düzəltmək üçün 2000 manat verməlisiniz” dediyini, “verəcəm” deyib, sonra 2000 manat düzəldib əlavə Humayın dediyi sənədləri də düzəldib delo hazırladığını, sonra Humay evə gələndə sənədləri 2000 manatla birlikdə Humaya verdiyini, Humayın getdiyini, bir neçə gündən sonra Humayın evə gəlib “işin alınır, ancaq əlavə 4400 manat pul lazımdır” dediyini, nə pul dedikdə, Humayın da “borc istəyirəm, mənə şəhid ailəsi kimi ev verirlər, ora verməliyəm, bir həftə sonra 4400 manat pulu qaytaracam” dediyini, Humaya inanıb dosttanışdan borc-xərc eləyib, Humay işini həll edib bir həftəyə pulunu qaytarsın deyə 4400 manat pul verdiyini, ancaq Humayın pulunu qaytarmadığını, indiyədək də pulu qaytarmadığını, işini də düzəltmədiyini, 6400 manatının da eləcə getdiyini, Humayın onu aldatdığını, Humayın dələduzluqla məşğul olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə zəng vurub özü ilə əlaqə saxladığını, özünün ***-***-**-** mobil nömrəsinə zəng vurduğunu, ilk əvvəl Humayın özünə zəng vurduğunu, sonra Humay pulu alıb aradan çıxandan sonra özünün Humaya zəng vurduğunu, Təqsirləndirilən şəxs ilə bağlı heç yerə şikayət etmədiyini, aldadsa da, ona inandığını, Humayın “ayağının altında ölüm, ayın sonu gətirəcəm, ayın sonunda deyirdi ayın əvvəli gətirəcəm” dediyini, beləcə Humayın özünü aldatdığını, Təqsirləndirilən şəxs kimin vasitəsilə iş düzəldəcəyini soruşduğunu, ancaq Humayın demədiyini, “işin düzəlsin, sonra deyəcəm” dediyini, Təqsirləndirilən şəxs aldatdığı Səriyyə Abbasovanı da tanıdığını, başqa heç kimi tanımadığını, Humayın ondan aldığı pulu qaytarmasını istədiyini, ondan şikayəti olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X57 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından tanıdığını, onunla tanış olmağına səbəb həmin vaxtlarda həyətlərinin aşağısında olan evi kirayə vermək üçün adam axtardığını, həmin vaxtı Təqsirləndirilən şəxs gəlib kirayə ev axtardığını dediyini, ona evi göstərəndən sonra Humayın da evə baxıb “ev yaxşıdır xalam qızı gəlib baxıb qalar” dediyini, sonra Humayın xalası qızı gəlməsə də onun gəlib-getməyə başladığını, Humayın özündən həmin evi satıb-satmadığını soruşduğunu, Humaya “evi oğlum üçün tikmişdik, o da Bakı şəhərinə gedib evi alan olsa satıb Bakı şəhərindən ev alacağıq, lakin evin sənədləri yoxdur” dediyini, Humayın ona “mənim adamlarım var sənə kömək edib evin sənədlərini düzəldərəm” dediyini, sonra aralarında olan söhbət zamanı Humaya “evimizin arxasında olan mağazanın sərəncamı olsa da mağazamı bağlayıblar” dediyini, Humayın da ona “sən narahat olma mən sənin evinin də, mağazanın da sənədlərini düzəldəcəyəm” dediyini, sonra Təqsirləndirilən şəxs “sən yaşlısan çox gəzə bilməyəcəksən, mənə 1200 manat ver, mən sənə bankdan 30000 manat kredit götürüm, evin və mağazanın sənədlərini düzəldək sonra evi satanda krediti qaytararsan” dediyini, Humaya “mən təqaüdçüyəm mənə heç kim kredit verməz” dediyini, Humayın da “narahat olma sən 1200 manatı ver mən pulu götürüb sənin sənədlərini düzəldəcəyəm” dediyini, Humaya inanıb ona 1200 manat pul verdiyini, Humay gedib səhəri gün gələrək ona “bank ilə danışıb yazdırmışam sənə 40000 manat kredit verəcəklər evin sənədlərini düzəldəcəyik, mağazanı da açıb işlədərsən bankın pulunu ödəyərsən” dediyini, sonra bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə müəyyən bəhanələr onu deyil bir neçə nəfəri aldadaraq pulunu aldığını bildiyini, Humayı evə çağırıb ona aldatdığını deyərək ondan pulunu istəyib “verməsən polisə şikayət edəcəyəm” dediyini, Humayın da yenə də aldadıb 1200 manat borcunun olduğuna dair imzalı kağız yazıb verdiyini, sonra Humayın 3 il ərzində 200 manat bir dəfə, 66 manat da bir dəfə pul qaytarsa da qalan pulunu qaytarmadığını, Humayın ondan aldığı pulu qaytarmasını istədiyini, ondan şikayəti olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X58 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytardığını, heç bir şikayəti və tələbi olmadığını, onun məhkəməyə gələ bilməyəcəyini qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs X58 22 may 2023-cü il tarixdə və 30 may 2023-cü il tarixdə məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini qeyd edərək səhhətini nəzərə alıb məhkəmə iclasını onsuz keçirməyi xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X58 ifadəsində ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşadığını, halhazırda işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, onun qardaşı X12 həyat yoldaşı olduğunu, 10 il onunla evli olduğunu, Canpolad rəhmətə gedəndən sonra onun evdən çıxdığını, Humayı da qardaşına görə tanıdığını, öz baldızı olduğunu, özünün sinir xəstəsi olduğunu, diaqnozunun dağınıq skreloz olduğunu, buna görə əliliyinin olduğunu, İİ qrup əlil olduğunu, əliliyi ilə bağlı müraciət etməmişdən qabaq Humayın yaşadığı evə gəlib “sən xəstəsən, sənə əlillik düşür, buna görə sən təqaüd ala bilərsən, ancaq işinin dalına düşmürsən” dediyini, Humaya “mən necə edim, xəstəyəm yatıram, heç yerə gedə bilmirəm, necə müraciət edim” dediyini, Humayın da “sənin getməyinə gərək yoxdur, sən mənə 1000 manat pul ver, mən özüm danışıb sənin əliliyini alacam” dediyini, Humaya “axı mən onların gəlini olmuşdum, buna görə mən heç vaxt inanmazdım ki, Humay məni aldada və mənə qarşı dələduzluq edə” düşünüb inandığını, bu söhbətin 2022-ci ilin sentyabr ayında baş verdiyini, ona görə pul hazırladığını, ancaq 700 manat düzəldə bildiyini, “əliliyim olacaq, təqaüd alacam” sevincərək olduğunu, sonra Humayın ***-***-**-** mobil nömrəsinə zəng vurub “700 manat hazırlamışam, gəl götür” dediyini, Humayın “sabezdən Anar müəllimlə danışmışam, onlar deyib ki, 700 manat azdır, 1000 manat pulu versin, mən həll edim” dediyini, Humaya “pulum yoxdur, necə edim” dediyini, Humayın da “mən bilmirəm, sən 300 manatı hazırla üstünə qoy gəlib götürəcəm” dediyini, dostdan tanışdan 300 manat borc tapıb 1000 manatı düzəltdiyini, bu barədə Humaya zəng vurub pulun hazır olduğunu dediyini, Humayın da “gəlirəm” dediyini, Humayın da qaçaqaça gəlib yaşadığı evdə özündən 1000 manatı alıb getdiyini, gediş o gediş olduğunu və Humayın gəlmədiyini, Humaya zəng vursa da, Humayın telefonu açmadığını, buna görə aralarında mübahisələrinin olduğunu, Humaya “niyə işimi düzəltmədin, düzəldə bilmirsən, pulumu qaytar” dediyini, Humayın da “qaytaracam, qaytaracam, sən narahat olma” dediyini, lakin bugünkü günədək Humayın 1000 manatı qaytarmadığını, ondan sonra bununla əlaqədar polisə, prokurorluğa müraciət etdiyini, Təqsirləndirilən şəxs bir gündə 1000 manat pul alıb qaytarmadığını, yaladan vəd verib əliliyə görə təqaüdə çıxaracağını dediyini, özünün dövlət hesabına təqaüdə çıxsa da, hələ də Humayın pulunu qaytarmadığını, başqa kimi və ya kimləri aldatması haqqında dəqiq məlumatının olmadığını, heç nə bilmədiyini, Təqsirləndirilən şəxs ümumi danışdığını, heç vaxt ad çəkmədiyini, pulu da kimə verəcəyini demədiyini, Humaydan “kimə pulu verib kimlə işimi düzəldəcəksən” soruşduqda Humayın “onun adı məxfidir, adını çəkilməsini istəmir, sən pulu mənə ver, mən həll edəcəm” dediyini, beləcə aldadıb 1000 manatı özündən könüllü surətdə aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2022-ci ilin aprel ayında evdə oturduğunu, həyat yoldaşı X7 tanımadığı bir qadınla evə gəldiyini, göstərərək “bu xanım deyir səni işə düzəldəcəm” dediyini. Həyat yoldaşına “mən o xanımı tanımıram, kim olduğunu bilmirəm” dediyini, İbrahimin də “Mİİdən işləyən zaman xanımla tanış olmuşam və onu tanıyıram, həmin xanım deyir, 100 manat ver səni işə düzəldim” dediyini, Humayın da “İbrahim qardaş məni tanıyır” dediyini, Humayın “mənim ərim şəhid olub, əlim hər yerə çatır, 80 manat sən ver, mən də üstünə 20 manat qoyum, ərini Maliyyə nazirliyinə bağban kimi işə düzəldim” dediyini, Humaya “maaşı almışam, 100 manatı götür bir də əlaqə nömrəsi ver” dediyini, Humayın da ***-***-**-** mobil nömrəsini verib “may ayının 1-nə işi hazır olacaq” dediyini, əlavə olaraq ərinin 2 ədəd 3x4 fotoşəkilini, əmək kitabçasının özünü və şəxsiyyət vəsiqəsinin surəti istədiyini, ondan sonra qayınanası X26 “eşidirəm, Humay bayaq danışır, deyir əli hər yerə çatır, bəlkə kürəkənim Sadiqi də işə düzəltsin” dediyini, “yaxşı, zəng vurum” dediyini, sonra Humaya zəng vurub “baldızımın yoldaşı Sadiq işsizdir, ona da bəlkə iş düzəldəsiniz” Humayın da “lap yaxşı, sənədləri hazırlasın və 400 manat pul gətirsin, gedim hazırlayım” dediyini, sonra sənədləri və 400 manatı pulu Sadiqin hazırladığını, Sadiqin işini düzəldəndə oruc bayramı olduğunu, qaynının qızı Əfiyənin də bayram münasibətilə əmisini təbrikə evə gəldiyini, həmin vaxt Humaya Sadiqin pulunu verdiklərini, Əfiyə və anası Məleykənin gəlib buna şahid olduqlarını, Humayla söhbət elədiklərini, Humayın da eyni qaydada ondan sənədləri və 400 manat pulu istədiyini, Əfiyənin də anası ilə birlikdə Humayla razılaşıb getdiklərini, axşamçağı Məleykənin gəlib “yoldaşıma da de iş düzəltsin, məndə Humayın nörməsini verdim, ondan sonrasını bilmirəm” dediyini, Humaya pul vermədiklərini, ayın 1-i olsa da, Humaydan səsin çıxmadığını, Humaya “bəs nə oldu” dediyini, Humayın da “müdir burada yoxdur, Bakı şəhərinə gedib, gələn kimi xəbərim dəyəcək” dediyini, Humaya “200 manat borc ver, maaşı alanda verəcəm, 100 manatı borca çıxacam” dediyini, Humayın da gətirib 200 manat pul verdiyini, 100 manatı borca çıxdığını, 100 manatını Humay özündən almadığını və “oğlunun elə bil qonaqlığında iştirak etmişəm, onun cibinə qoymuşam” dediyini, ondan sonra Humaya zəng vurduğunu, Humayın da fırlayıb və pulu qaytarmadığını, həmin şəxsləri Humayla tanış eləsə də, pul haqq hesabına qarışmadığını, Humayın özünün onlardan pul aldığını, Humayın hələ də həmin aldığı pulları qaytarmadığı, heç Humayı tanımadığını, Humayın dələduzluq elədiyini bilmədiyini, ərinin vasitəsilə tanıdığını, sonra qohumların özündən bunu eşidib, Humayla özlərinin danışaraq pulu Humaya verdiklərini, Humay özünə pul təklif eləmədiyini, Humayı tanımadığını, ona görə onunla heç bir əlbirliyinin olmadığını, qohumlarının işə ehtiyacı olduğundan yaxşılıq olsun deyə onları Humayla tanış elədiyini, Humayın da onlardan pulu aldığını, Humayın eyni qaydada 2 ədəd 3x4 fotoşəkil, əmək kitabçasını və şəxsiyyət vəsiqəsinin surətini istədiyini, hələ qohumlara “Humay İboşu işə düzəldir, əri şəhiddir, əli hər yerə çatır” dediyini, ona görə qohumlarının özü ilə əlaqə saxladıqlarını, ancaq Əfiyəgilin işə düzəlmək məsələsinə qarışmadığını, Təqsirləndirilən şəxs əvəlcədən tanımadığını, onun dələduzluq etdiyini bilmədiyini, heç yerə müraciət etmədiyini, Humayla heç bir əlaqəsinin olmadığını, qohumlara yaxşılıq olsun deyə Humayla işləsinlər deyə tanış elədiyini, Humayın dələduz olduğunu bilsəydi, onu evə gəlməyə qoymayacağını, heç bir məqsədinin olmadığını, əlavə 100 manatı ondan borc aldığını, 100 manatı ərinin puluna çıxdığını, qalan 100 manatı qaytarmaq istəyəndə Humayın istəmədiyini, Humayın “oğlunun cibinə qoydum elə bil” dediyini, özünkülərə işə düzəltsinlər deyə kömək elədiyini, başqa məqsədinin olmadığını, Humayın da özünü aldatdığını, ancaq sonra 100 manat pulu almadığını, bu barədə başqa məlumatının olmadığını, yuxarıda qeyd etdiklərinin tanış və qohumları olduğunu, Humayın öz vasitəsi ilə onlarla tanış olduğunu, onlardan pul və sənəd istədiyini, qohumların da gətirib Humaya pul verdiklərini, başqa da heç nə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Rəcəbova Əfiyənin onun doğma qızı olduğunu, X32 onun baldızı olduğunu, X1 əmisi olduğunu, əvvəllər Dizayn Holdingdə qaynaqçı işlədiyini, sonra Dizayn Holdingin bağlandığını və onun 6-7 ay işsiz qaldığını, həmin ərəfədə də qızı Əfiyənin gedib ona “bir qadın var, adı Humaydır, tanıyıram, məni bağçaya işə düzəldəcək, onunla söhbətləşəndə sənin də işsiz olduğunu dedim, Humay da dedi ki, atanı da bağçaya anbardar düzəldəcəm” dediyini, onun da cavabında “onsuz işim yoxdur, düzəldə bilsə işləyərəm” dediyini, Əfiyənin də “400 manat pul istəyir” dediyini, heç Humayı görmədiyini, Əfiyəyə 400 manat verdiyini, sonra maraqlandığını, Əfiyənin də “Humaya pulu vermişəm” dediyini, ancaq üstündən bir ay keçəndən sonra Əfiyədən yenə soruşduğunu, Əfiyənin də “Humayla danışaram, deyir bugünə sabaha işiniz hazırdır” dediyini, ay yarım keçəndən sonra özünün Humayın kim olması ilə maraqlanmağa başladığını, soraqlaşandan sonra Humayın onları aldatdığını öyərdiyini, sonra Əfiyə ilə danışdığını, Əfiyənin də “Humay bizi aladadıb” dediyini, onun da başqa kimi aldatdığını soruşduğunu, Əfiyənin də “xalam İlhamədən də 400 manat almışdım, Anardan 400 manat almışdım, onları da işə düzəldəcəkdi, ancaq 1600 manatı verdim, Humay pulu alandan sonra məni yola verdi, pulu istəsəm də qaytarmadı” dediyini, sonra da X17 bununla bağlı polisə müraciət etdiyini, Əfiyənin Humayı tanıdığını, özünün 400 manatı Əfiyəyə verdiyini, bildiyinə görə Anar Qulusoy və İlhamə Rəcəbovanın da hər birinin ayrılıqda 400 manat Əfiyəyə verdiklərini, Əfiyənin özünün də 400 manat qoyduğunu, sonra Əfiyənin özünün 1600 manatı onların hamısını işə düzəltməsi üçün Humaya verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 ifadəsində Babək rayon Nəhəcir kəndində qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda “Adaşlar” studiosunda kameraman işlədiyini, Təqsirləndirilən şəxs tanımadığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, X47 qardaşı oğlu Zahidin həyat yoldaşı olduğunu, X18 Əfiyənin atası olduğunu, X32 qonşusu olduğunu, həm də uzaqdan qohumu olduğunu, onun işi ilə əlaqədar Naxçıvan şəhərinə gəldiyini, şəhərdə Həsən Fətəliyevi gördüyünü, Həsənin sənəd çıxartdığını, onun da sənədi niyə çıxartdığını soruşduğunu, Həsənin də “qızım Əfiyə Humayla danışıb, bizi bağçaya işə düzəldəcək” dediyini, onun da Həsən Fətəliyevə “elə məni də işə düzəldin” dediyini, Həsən Fətəliyevin də ona xəbər edəcəyini dediyini, həmin vaxt 2022-ci ilin aprel ayı olduğunu, təxminən 10 gündən sonra Həsən Fətəliyevin ona zəng vurub “danışmışıq, Humay deyir işə düzəldəcəm” dediyini, onun da Həsən Fətəliyevin yaşadığı evinə getdiyini, orada “Humay kimdir, nə işə düzəldəcək” deyə soruşduğunu, Həsənin də “qızım Əfiyə Humayla danışıb, 400 manat pul lazımdır” dediyini, əvvəlcədən telefonda danışanda Həsənə Nəhəcir kənd İƏD nümayəndəliyə bağban kimi işlə düzəlmək istədiyini dediyini, onun da hazırlıqlı gəldiyini, 400 manatı Əfiyə xanıma verdiyini, sonra getdiyini, sonra o maraqlanmaq üçün Həsənə zəng vurduğunu və “iş nə yerdə qaldı” deyə soruşduğunu, Həsənin də “qızım Əfiyə Humaya pulu veribdi” dediyini, onun da işini Humayın düzəldəcəyindən tam əmin olduğunu, ancaq Humaydan sonra səs çıxmadığını, sonra Həsən Fətəliyevə zəng vurduğunu, onun da “Humay bizi aldadıb, 1600 manat pulu qızım Əfiyədən alıb və heç bir işə düzəltməklə bağlı bir iş görməyib” dediyini, 2022-ci ilin aprel ayından bu yana hər gün Humayın “gələn ayın 10, gələn ayın 5, gələn ayın axırı sizin iş hazır olacaq” dediyini, pullarını Humaydan tələb etsələr də, Humayın onların pulunu da qaytarmadığını, onun da Humayın onlara qarşı etdiyi dələduzluqla bağlı Naxçıvan MR DİN-nə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X56 ifadəsində Babək rayon Nəhəcir kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşadığını, hal-hazırda işləmədiyini, evdar qadın olduğunu, Təqsirləndirilən şəxs tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, X47 bacısının qızı olduğunu, X18 Əfiyənin atası olduğunu, X17 həmkəndlisi olduğunu, həyat yoldaşı X59 ona “Əfiyənin həyat yoldaşı Zahidlə söhbət etdim, Əfiyəni işə düzəldirlər” dediyini, onun da sonra Əfiyəyə zəng vurduğunu, Əfiyənin də ona “tanışım Humay 400 manat şirinlik ilə məni bağçaya dayə düzəldir” dediyini, onun da “işim yoxdur, Humayla danış, mənə də iş olsa, mən də işləyim” dediyini, təxminən 2022-ci ilin aprel ayı olduğunu, sonra Əfiyənin ona zəng vurub “Humayla danışdım, səni bağçaya aşbaz köməkçisi düzəldəcək” dediyini, həmin vaxt Əfiyənin “Humay əmək kitabçasını, 2 ədəd 3x4 fotoşəkili və şəxsiyyət vəsiqəsinin surətini istəyir” dediyini, onun da sevindiyini, bu barədə həyat yoldaşı Səyyada dediyini, sonra 400 manatı hazırladıqlarını və sənədlərlə birlikdə Əfiyəyə verdiklərini, Humay ilə birbaşa əlaqə saxlamadıqlarını, sonra Əfiyədən “bizim iş nə oldu” deyə soruşduğunu, Əfiyənin də “Humay 1600 manat pulu alıb, işdən xəbər yoxdur” dediyini, onun da “niyə 1600 manat Humaya veribsən” deyə soruşduğunu, Əfiyənin də “atam Həsəni bağçaya anbardar düzəltmək adı ilə 400 manat, X94 kəndi İƏD nümayəndəliyə bağban adı ilə düzətlmək adı ilə 400 manat, məni və səni bağçaya düzəltmək üçün hər birimizdən 400 manat, ümumulikdə Humaya 1600 manat pul vermişəm” dediyini, sonra bir neçə ay keçsə də, Humayın onların işlərini düzəltmədiyini və pullarını qaytarmadığını, sonra Humayın dələduzluq edib onları aldatdığını öyrəndiyini, sonra Anar Qulisoyun bununla bağlı Naxçıvan MR DİN-nə müracitə etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 134-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 147-148) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 24 fevral 2023-cü il tarixli 2/2155 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 160-161) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 26 yanvar 2023-cü il tarixli, 6/963 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. (cild İ, iş vərəq 109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 146/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması haqqında hər hansı bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 115) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin **********557900 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nin QİTBŞ 1/190 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsinin qeydiyyatda durmadığı göstərilmişdir. (cild İ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində onun barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatdadır. Onun ailə üzvü qızı 1995-ci il təvəllüdlü X45r. (cild İ, iş vərəq 223) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X6 şəhəri 12-ci məhəllə döngə 3 ev 35 ünvanında yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə ərazidə yaşadığı müddətdə nümunəvi davranışı, gözəl əxlaqı və fəallığı ilə seçildiyi, təmkinli, mədəniyyəti və qabiliyyəti ilə daimə fərqləndiyi, qonşularla səmimi olduğu, xeyir-şər işlərində daima yaxında iştirak etdiyi və köməklik göstərdiyi, barəsində heç bir şikayətin olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 226, 227) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X3 şəhəri Şahtaxtinski küçəsi döngə 3 ev 1 ünvanında yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə ərazidə yaşadığı müddətdə nümunəvi davranışı, gözəl əxlaqı və fəallığı ilə seçildiyi, təmkinli, mədəniyyəti və qabiliyyəti ilə daimə fərqləndiyi, qonşularla səmimi olduğu, xeyir-şər işlərində daima yaxında iştirak etdiyi və köməklik göstərdiyi, barəsində heç bir şikayətin olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 229- 230) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 may 2023-cü il tarixli arayışdan məlum olur ki, X3 şəhəri, Şaxtaxtinski küçəsi, döngə 3,ev 1 ünvanında qeydiyyatdadır. X5, oğlu X46, X19 onun ailə üzvləri kimi qeyd edilmişdir. (cild İ, iş vərəq 228) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X28 rayon Cəhri qəsəbəsində yaşayır. Keçili kənd tam orta məktəbdən alınmış xasiyyətnamədə işlədiyi müddətdə mədəni davranışı, səmimiliyi ilə yoldaşlarından fərqləndiyi, məktəb rəhbərliyi tərəfindən ona verilən tapşırıqlara vaxtlı-vaxtında və layiqincə əməl etdiyi, daimi öz üzərində çalışdığı, məktəb direktorunun və ictimai təşkilatlar tərəfindən heç bir cəza almadığı göstərilmişdir. (cild İ, iş vərəq 231-232) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X4 şəhəri Şəhriyar küçəsi ev 15 ünvanında yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə qonşuların hörmətini qazandığı, qonşularla mehriban münasibət saxladığı, daima məhlədə yaşayan sakinlərə köməklik göstərdiyi, məhlə sakinlərinin ondan razılıq etdiyini, barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 234-235) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X2 şəhəri N.Naxçıvani küçəsi döngə 9 ev 2 ünvanında yaşayır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə qonşuların hörmətini qazandığı, qonşularla mehriban münasibət saxladığı, daima məhlədə yaşayan sakinlərə köməklik göstərdiyi, məhlə sakinlərinin ondan razılıq etdiyini, barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 236-238) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Mənzil İstimar İdarəsində alınmış arayışdan aydın olur ki, zərərçəkmiş şəxs X13 şəhəri Çənlibel məhəlləsi ev 15A mənzil 24 ünvanında yaşayır. Həmin İdarədən alınmış xasiyyətnamədə yaşadığı müddətdə özünü nizam intizamlı və bacarıqlı bir vətəndaş kimi göstərdiyi, məhəllədə keçirilən xeyir və şər işlərində yaxında iştirak etdiyini, məhəllə sakinləri arasında rəğbətlə qarşılandığı, bütün gənclərə nümunə olduğu, cəmiyyət içində özünə mövqe tutan bir şəxs olduğu, əsl Azərbaycan övladı olduğu, fiziki və mənəvi cəhətdən sağlam olduğu göstərilmişdir. (cild İ, iş vərəq 117-119) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X52 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müsəqil qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslər X54 və X38 vurulmuş zərəri qismən ödəməsini, zərərçəkmiş şəxs X37 vurulmuş zərəri ödəməsini və onun heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 178.2.2-ci maddələri üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X62 audio yazılarının olduğu 01 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələbləri nəzərə alınaraq zərər çəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X62 audio yazılarının olduğu 01 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-6/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-6/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver