Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-6/2024 23.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X17, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və mütəxəssis X10 iştirakları ilə, xx.xx.1983-cü ildə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Kəngəli rayon Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 4(078)-81/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.2003-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “13” noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb 21 avqust 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə tamah məqsədilə qabaqcadan cinayət əlaqəsinə girərək X5 məxsus ünvan 2 ünvanında yerləşən həyətdən 2 ədəd arabanı, bir ədəd seyf qapını, 3 ədəd boçkanı və bir ədəd profili gizli yolla talaması olmuşdur. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah məqsədilə qabaqcadan cinayət əlaqəsinə girərək özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bеlə ki, o, 21 avqust 2023-cü il tarixdə saat 16 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə tamah məqsədilə qabaqcadan cinayət əlaqəsinə girərək X5 məxsus ünvan 2 ünvanında yerləşən həyətdən 2 ədəd arabanı, bir ədəd seyf qapını, 3 ədəd boçkanı və bir ədəd profili gizli yolla talayaraq, zərərçəkmiş şəxsə 117 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası CМ-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah məqsədilə qabaqcadan cinayət əlaqəsinə girərək özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 21 avqust 2023-cü il tarixdə saat 16 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə tamah məqsədilə qabaqcadan cinayət əlaqəsinə girərək X5 məxsus ünvan 2 ünvanında yerləşən həyətdən 2 ədəd arabanı, bir ədəd seyf qapını, 3 ədəd boçkanı və bir ədəd profili gizli yolla talayaraq, zərərçəkmiş şəxsə 117 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası CМ-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini ona elan edilən ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, işsiz olduğunu, işlə bağlı müraciət etməyinə baxmayaraq işlə təmin olunmağına köməklik olunmadığını, 21 avqust 2023-cü il tarixdə Kəngərli rayon məhkəməsinə müraciət edərək onu işlə təmin etmələrini bildirdiyini, lakin ona köməklik olunmadığını, Kəngərli rayonundan həmin gün saat 15:00 radələrində çıxaraq Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhər avtovağzalında bir qədər oturduqdan sonra şəhərcik adlanan yerə getdiyini, həmin vaxt təxminən üç aya yaxın olar ki, tanıdığı Samir adlı şəxsi gördüyünü, Samirlə bir qədər söhbət etdikdən sonra ona iş gücünün olmadığını dediyini, Samirə “usta kimi iş ola işləyəm səni də yanıma fəhlə kimi götürəm” dediyini, Samirin də ona iş olmadığını dediyini, həmin vaxt əvvəlcədən fəhlə kimi işlədiyi şəhərciyin arxasında yerləşən həyətdə dəmir olduğunu Samirə bildirdiyini, Samirə “işçilər çıxıb gedibsə həmin həyətdə biraz dəmir var onları götürüm sataq” dediyini, Samirin də onunla razılaşdığını, birlikdə həmin həyətə gəldiklərini, Samirlə birlikdə həyətə daxil olub orada olan iki ədəd əl arabasını, 3 ədəd boçqanı, bir ədəd dəmir seyf qapını və bir ədəd profili götürdüklərini, həmin boçqaları və seyf qapı ilə profili arabalara yığaraq Samirlə birlikdə əşyaları Qonaq evinin arxasında dəmir alqı-satqısı ilə məşğul olan Vilayət adlı şəxsin yerinə apardıqlarını, həmin dəmirləri orada Vilayətin yerində işləyən fəhləyə verdiklərini, dəmir əşyaları tərəziyə qoyaraq çəkdiyini və 120 kiloqram çəkisi gəldiyini, onlara 36 manat məbləğində pul verildiyini, Samirlə birlikdə oradan çıxaraq şəhərciyə gəldiyini, həmin pulun 15 manatını Samirə verdiyini, Samirdən ayrılaraq avtovağzala getdiyini, həmin vaxt avtovağzalda qalmaq istəsə də sonra fikrini dəyişib evinə getdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadə verdiyini, orada lazım olanları qeyd etdiyini, indi ifadə vermək istəmədiyini, deyəcək sözü olmadığını, əmılindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, ünvan 3 ünvanında yaşadığını, ünvan 4ığını, xx.xx.2023-cü il tarixdə Unutmazla birgə şəhərcikdə oturub söhbət etdiyini, həmin vaxt Unutmazın ona “əvvəlcədən işlədiyim yerdə bir iki ləvazimat var gedək onları götürək sataq” dediyini, onunla razılaşdığını, birlikdə Şəhərciyin arxasında yerləşən həmin ünvana getdiklərini, həmin həyətdə təmir işləri getdiyini, həyətə daxil olduqlarını, həmin yerdən bir ədəd seyf qapı, 3 ədəd boçqa, 2 ədəd əl arabasını və bir ədəd profil götürdüklərini, seyf qapı, profil və dəmir boçqaları arabalara yükləyib qonaq evinin arxasında yerləşən Vilayətə məxsus olan dəmir alqı-satqısı aparılan yerə getdiklərini, dəmir qapını, boçqaları və əl arabalarını dəmir kimi onlara satdıqlarını, onlara dəmirlərin qarşılığında 36 manat pul verildiyini, Unutmazla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanına gəldiyini, orada yerləşən ərzaq mağazasına daxil olduğunu, bir ədəd çörək, iki ədəd qo enerji içəcəyi və iki ədəd keno platinum siqareti aldığını, həmin 36 manatdan 11 manatı ilə aldıqlarının pulunu ödədiyini, mağazadan çıxdıqdan sonra Unutmazın ona kəndə getməli olduğunu deydiyini, Unutmazla ayrılıb, Unutmaz gedən vaxtı ona “sabah gələrsən Şəhərciyə orada görüşərik” dediyini, Unutmazla ayrıldıqdan sonra Şəhərciyə getdiyini, bir qədər fırlandıqdan sonra evinə getdiyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X11 ifadəsində fərdi qaydada ev tikintisi ilə məşğul olduğunu, ünvan 5 ünvanda ona məxsus olan 2 ədəd araba, 1 ədəd seyf qapısı, 3 ədəd boçqa və bir ədəd profil olduğunu, ancaq həmin əşyaların köhnə olduğunu, atılmaq üçün hətta kənara qoyduqlarını, bəzən ustaların onlardan ayaqlarının altına qoymaq üçün istifadə etdiklərini, xx.xx.2023-cü il tarixdə həmin əşyaların oğurlandığını bildiyini, bu barədə polisə məlumatın dəmir alqı-satqısı ilə məşğul olan Vilayət adlı şəxsin verdiyini, özünün həmin əşyalar oğurlanan vaxt həyətdə olmadığını, tikintidə işləyən işçilərin ünvan 6 ünvanında tikinti işləri apardığı evdən həmin əşyaların oğurlandığını bildirdiyini, sonradan polisdən ona həmin əşyaları oğurlayan şəxslər Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs2 və Kəngərli rayon Qarabağlar kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu bildirdiklərini, əslində özünün həmin vaxt şikayət ərizəsi vermək istəmədiyini, ancaq polis əməkdaşlarının ərizə yazmalı olduğunu bildirdiyindən məcbur qalaraq ərizə yazdığını, həmin əşyaların elə də bir maddi dəyəri olmadığını, təqsirləndirilən şəxslər həmin vaxt gəlib istədiyi halda həmin əşyaları elə onlara oğurlamağa ehtiyac qalmadan verə biləcəyini, Təqsirləndirilən şəxs1 əvvəllər həmin evdə tikinti aparılan zaman işlədiyini, həmin şəxslərin oğurladıqları əşyaları Naxçıvan şəhərində dəmir alqı-satqısı ilə məşğul olan Vilayət adlı şəxsə satdıqlarını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi olmadığını, onları bağışladığını, onlara yüngül cəza verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində hal-hazırda ev təmiri işlərində fəhlə kimi işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən evdə təmir işləri apardıqlarını, evin çöl divarlarına suvaq vurduğunu, onlara həmin işi Zeynalov Şahların təşkil etdiyini, xx.xx.2023-cü il tarixdə işə gəldikdə, təmir işlərində istifadə etdikləri ləvazimatlardan iki ədəd əl arabası, üç ədəd boçqa, bir ədəd dəmir seyf qapı və təxminən iki metr yarıma qədər olan profilin yerində olmadığını gördüyünü, bu barədə Şahlara məlumat verdiyini, təmir işlərində istifadə etdikləri avadanlıqların oğurlandığını bildirdiyini, yaxınlıqda yerləşən dəmir alqı-satqısı ilə məşğul olan Vilayətin yerinə getdiyini, onların işlətdiyi avadanlıqların orada qapının yanında olduğunu gördüyünü, həmin avadanlıqların onların olduğunu bildirdiyini, Vilayət isə ona dəmir kimi həmin avadanlıqları satıldığını və onlara görə 36 manat məbləğində pul verdiklərini bildirdiyini, sonradan Polisə bu barədə məlumat verildiyini, o həmin iki ədəd arabanı, 3 ədəd boçqanı, dəmir seyf qapını və profili işlədikləri yerə gətirdiyini, sonradan polis əməkdaşlarının onlara həmin avadanlıqları Təqsirləndirilən şəxs1 və Razyev Samir adlı şəxslər tərəfindən oğurlandığını bildirdiyini, özünün həmin əşyaların təqsirləndirilən şəxslər tərəfindən oğurlanmasını görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 özünün dəmir alqı-satqısı ilə məşğul olduğunu, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımadığını, dəmir alqı-satqısı işinə baxdığını, xx.xx.2023-cü il tarixdə tanımadığı iki nəfər şəxsin onun yerinə iki ədəd əl arabası, üç ədəd boçqa, bir ədəd dəmir seyf qapı və iki metr uzunluğunda profil dəmir gətirdiklərini, həmin dəmirlərin çəkisinə görə onlara otuz altı manat məbləğində pul verildiyini, həmin pulu şəxsən özünün vermədiyini, işçisinin verdiyini, alqı-satqını da işçisinin apardığını, özünün həmin şəxsləri görmədiyini, işçisinin onlardan alınan əşyaları qapının ağzına qoyduğunu, xx.xx.2023-cü il tarixdə Elsevər adlı tikintidə işləyən bir nəfər şəxsin gəldiyini, qapının ağzında yerləşən arabaları, boçqaları və dəmir qapını göstərərək onların işlədiyi yerin olduğunu dediyini, həmin şəxsə onları tanımadığı iki nəfər şəxsin otuz altı manat qarşılığında dəmir kimi satdıqlarını dediyini, Elsevərin ona işlədikləri yerdən kimlərinsə bu əşyaları oğurladığını bildirdiyini, həmin əşyaları geri qaytardığını, polisə bu barədə məlumat verdiklərini, polis əməkdaşları tərəfindən həmin oğurluq edən şəxslərin müəyyən edildiyini, həmin vaxt həmin şəxslərin Untumaz və Samir olduğunu öyrəndiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 13) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 72-73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 94-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 4(078)-81/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 88-93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 104-105) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2023-cü il tarixli ərizədən görünür ki, X1 Şəhər Polis İdarəsinə müraciət edərək Naxçıvan şəhəri, 3-cü küçə, ev 52 ünvanında tikinti işləri apardığı obyektdə 2 ədəd araba, 1 ədəd seyf qapısı, 3 ədəd boçqa və bir ədəd profilin oğurlandığını, onun tapılması və ona geri qaytarılması barədə ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 ərizəsinə əsasən Naxçıvan şəhəri, 3cü küçə, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, əşyalar satıldığı Vilayət adlı şəxsin dəmir qəbulu müəssisəsindən qaytarılaraq yenidən Naxçıvan şəhəri, 3-cü küçə, ev 52 ünvanına gətirilib. (cild İ, iş vərəq 7-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Ramin Hüseynov tərəfindən verilmiş 26 avqust 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs1 və Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs2 baş vermiş oğurluq hadisəsini törətmələri keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edildiyindən, şəxslər xx.xx.2023cü il tarixdə saat 12:00 dəqiqədə saxlanılaraq Naxçıvan Şəhər Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild İ, iş vərəq 12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi1 dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi2 dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli mütəxəssis təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan-dili və ədəbiyyat müəllimi işləyən, X18 mütəxəssis qismində təyin edilmişdir. (cild İ, iş vərəq 36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2023-cü il tarixli 842 saylı ekspert arayışında 02 ədəd üzərində heç bir markaianma yazıları olmayan, işlənmiş yük əl arabasının 30,00 manat (02 ədəd x 15,00 manat) dəyərində, 01 ədəd işlənmiş, hündürlüyü 02 metr, eni 95 sm olan dəmir materialdan hazırlanmış seyf qapının (çərçivə ilə birlikdə) 80,00 manat dəyərində, 03 ədəd 200 litrlik təyinatı üzrə yararsız dəmir boçkaların qiymətsiz olduğu, 2,5 metr uzunluğunda, işlənmiş, 5x2-sm ölçülü, alüminium materialdan hazırlanmış profilin isə 7,00 manat dəyərində olduğu göstərilmişdir. (cild İ, iş vərəq 71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 sentyabr 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, həmin tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan X5 məxsus 02 ədəd əl arabası, 03 ədəd boçqa, 01 ədəd dəmir seyf qapı (çərçivəsi ilə birlikdə), 01 ədəd profil X5 təhvil verilmişdir. (cild İ, iş vərəq 109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 23 sentyabr 2023-cü il tarixli 3-13-43/2-10205/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 117) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 07 avqust 2023-cü il tarixli 3-13-43/2-7359/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin 06 mart 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1, 70-ci maddələri ilə şərti 09 ay sınaq müddəti təyin olunmaqla 09 ay müddətində azadlıqdan məhrum etmə cəzası və Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 1(078)-14/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. (cild İ, iş vərəq 156) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1480 nömrəli məktubda qeyd olunmuşdur ki, Kəngərli rayon Qarabağlar kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2014-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozğunluğu. Asılılıq sindromu” diaqnozu ilə Y.Budaqov adma Naxçıvan MR X6 dispanser qeydiyyatda dayanır. (cild İ, iş vərəq 120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1479 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 9 ünvanda yaşayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə Y.Budaqov adma Naxçıvan MR X6 dispanser qeydiyyatda dayanır. (cild İ, iş vərəq 121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2023-cü il tarixli məhkəmə ambulator-psixiatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində məhkəmə ambulator-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X4 ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 123-124) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2023-cü il tarixli, 336 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 138-140) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2023-cü il tarixli məhkəmə ambulator-psixiatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində məhkəmə ambulator-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X4 ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 125-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2023-cü il tarixli, 343 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrasteniya. Özünə xəsarət yetirmələrlə” psixi vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 hərəkətləri hadisəni törədən anda və hal hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 142-144) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə 02 ədəd əl arabası, 03 ədəd boçqa, 01 ədəd dəmir seyf qapı (çərçivəsi üə birlikdə) və 01 ədəd profil maddi sübut hesab edilmişdir. (cild İ, iş vərəq 132-133) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, həmin tarixdə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2023-cü il tarixli 1086 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 adda tədqiqat obyektlərinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 117.00 (bir yüz on yeddi yüz) manat müəyyən edilir. (cild İ, iş vərəq 147-148) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanında yaşadığı müddətdə məhəllə sakinləri tərəfindən heç bir şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 152) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 811 nömrəli arayışdan görünür ki, Rzayev X20 şəhər, 4-cü küçə, döngə 3 ev 10 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 154) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri atası-1976-cı il təvəllüdlü Rzayev Nadir, anası – 1983-cü il təvəllüdlü Rzayeva İlahə, bacısı- 2005-ci il təvəllüdlü X22 və qardaşı-2010-cu il təvəllüdlü X23r.(cild İ, iş vərəq 153) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2142/23 nömrəli arayışdan görünür ki, Nəsirov X14 rayon, Qarabağlar kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 158) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 1(078)-14/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı 9 gün müddət 1 günə 2 gün hesablanmaqla 22 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 5 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan MR Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya Bölməsinin 20 fevral 2023-cü il tarixli məktubunda Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-14/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi, məhkum Təqsirləndirilən şəxs1 11 avqust 2023-cü il tarixində bölmədə qeydiyyata alındığı və 26 avqust 2023-cü il tarixinədək 15 (on beş) gün cəza çəkdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməli törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təyin olunan cəzanın Təqsirləndirilən şəxs1 ailəsinin həyat şəraitinə təsirini, məhkəmə hökmü ilə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkdiyi müddətdə yenidən cinayət törtəməsini onun şəxsiyyətini xarakterizə edən mühüm amil kimi nəzərə alaraq, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 2 (iki) ay müddətinə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Nəsirov X15 Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 1(078)-14/2023 nömrəli hökmü ilə 1 (bir) il 5 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan MR Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya Bölməsinin 20 fevral 2023-cü il tarixli məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs1 11 avqust 2023-cü il tarixində bölmədə qeydiyyata alınmış və 26 avqust 2023-cü il tarixinədək 15 (on beş) gün cəza çəkmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 onun barəsində çıxarılmış hökm qanuni qüvvəsini aldıqdan sonra cəza çəkdiyi dövrdə yenidən cinayət törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 1(078)- 14/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yəni 1 (bir) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 -ci maddəsinin tələblərinə uyğun olaraq 8 (səkkiz) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 26 avqust 2023-cü il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 26 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs2 şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs2 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 12 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 2 (iki) ədəd əl arabasının, 1 (bir) ədəd seyf qapının, 3 (üç) ədəd boçkanın və 1 (bir) ədəd profilin zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X17 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 1(078)-14/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 -ci maddəsinin tələblərinə uyğun olaraq 8 (səkkiz) ay 11 (on bir) gün azaqdlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 13 ünvanında, yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X17 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X19 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 (iki) ədəd əl arabasının, 1 (bir) ədəd seyf qapının, 3 (üç) ədəd boçkanın və 1 (bir) ədəd profilin zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-6/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-6/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver