Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-6/2025 17.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işsiz, Babək rayonu Hacıvar kəndində müvəqqəti qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, bərəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etmiş və istifadə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 6,167 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə gizlədərək saxlamış, 18 sentyabr 2024-cü il tarixdə saat 19 : 55 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq həmin mənzilə baxış keçirilən zaman mətbəxdə masanın üzərindən 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 6,167 qram, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilk olaraq öz ifadəsi ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək günahkar olduğunu, həmin vaxt işin yaxşı olmadığını, onun Rusiyadan gəldiyini, pozitiv enerjili insan olduğunu, bura gələndən çox passiv olduğunu, tək özü üçün istifadə etdiyini, əsəbiləşməmək üçün istifadə etdiyini, insanlarla dil tapmaq üçün istiifadə etdiyini, anası burada tək olduğu üçün Rusiyadan gəldiyini, səhvlik etdiyini, arada Bakıya gedib-gəldiyini, Rus konsulluğuna müraciət etdiyini, Bakıda 5 il əvvəl yaşadığını, orda tanışçılıq vasitəsilə həmin narkotik vasitəni əldə etdiyini, təxminən 3 ay əvvəl əldə etdini, qramı 10-15 manat olduğunu, özü gətirdiyini, salafanda dilin altında gətirdiyini, satmaqla əlaqəli bir hərəkət etmədiyini, bəlkə kiminsə yanında danışa biləcəyini, çəkməyə başlayan zaman polislərin gəldiyini, həmin maddə stolunun üstündə olduğunu, təxminən çəkisinin 6 qram olduğunu, zor tətbiq edilmədiyini, törətdiyi əməlinin yaxşı olmadığını, anasının xəstə olması və özünün tək olması ilə əlaqədar problemlərdən qaçış yolu kimi istifadə etdiyini, bu maddədən istifadə etməyin müvəqqəti rahatlıq verməsini başa düşdüyünü, əməlindən peşman olduğunu, 3 4 ildən artıqdır Naxçıvanda yaşadığını, Azərbaycanlı olduğunu, atası və anası boşandıqdan sonra qardaşının və onun anası ilə Naxçıvanda yaşadığını, sonra təxminən 10 yaşı olanda Rusiyaya atasının yanına getdiyini, atasının orada ailəsi və bir qızı olduğunu, atası ilə birlikdə yaşadığını, sənədləşmə işlərində tez-tez narahatçılıq olduğu üçün Rusiya vətəndaşlığını qəbul etdiyini, hazırda anası ilə birlikdə yaşadığını, 3 ildən artıqdır Naxçıvanda Melissa restoranında dəniz məhulları üzrə aşpaz işlədiyini, suşi hazırladığını, ən az aylıq qazancının 400 manat olduğunu, törətdiyi əməldən peşman olduğunu, bir daha istifadə etməyəcəyini bildirmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Miryusif oğlu ifadəsində 1983-cü ildə Naxçıvan şəhərində anadan olduğunu, polis əməkdaşı olduğunu, əməliyyat məlumat daxil olduğunu, təqsirləndirilən şəxsin evlərinə getdiyini, sağ tərəfdə mətbəxdə stolun üstündə narkotik vasitəyə bənzər kütlələr olduğunu, kəsilmiş qab olduğunu, şəxsin özünün təklif əsasında təqdim etdiyini, heç bir müdaxilə olmadığını, əməliyyat məlumatının istifadəçi kimi daxil olduğunu, 5-10 dənə çətənə toxumunun olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1998-ci ildə Naxçıvan şəhərində anadan olduğunu, polis əməkdaşı olduğunu, 2024-cü il sentyabrın 18də Sabir küçəsində yerləşən mənzilə narkotik maddədən istifadəsi ilə bağlı əməliyyat məlumatı əsasında baxış keçirildiyini, qərarla tanış edildikdən sonra şəxsin özündən soruşulduğunu, özü mətbəxdə olduğunu göstərdiyini, yataq otağında olan toxumu özü təhvil verdi, çəkiliş aparıldığını, təzyiq olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində 1995-ci ildə Babək rayon, Zeynəddin kəndində anadan olduğunu, polis əməkdaşı olduğunu, 18 sentyabr tarixində Rusiya vətəndaşı olan şəxsin narkotik maddə istifadəsi ilə əlaqədar məlumat daxil olduğunu, əməliyyat qrupunun yaradıldığını, Sabir küçəsində yerləşən mənzilə baxış keçirildiyini, qrupun rəhbəri olduğunu, qapını döydüklərini, Musanın qapını açdığını, qərarla tanış etdiklərini, mətbəxdə çəkmək üçün hazırladığı marixuana olduğunu göstərdiyini, narkotik maddənin istifadəsi üçün hazırladığı sirab butulkasının mətbəxdə olduğunu, əlavə ona varsa, verməsini təklif etdiklərini, yataq otağında çətənə toxumlarını təhvil verdiyini, daha sonra baxış keçirildiyini, əlavə götürdükləri şübhəli maddələrin narkotik maddə olmadığını, ekspertizanın nəticəsində təkcə marixuana və toxumların narkotik maddə olduğunu, daha sonra X8 Nazirliyinə təhvil verdiklərini, baxış keçirilən zaman heç bir təzyiq olmadığını, məlumatın narkotik maddə istifadəçi kimi daxil olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində 1997-ci ildə Babək rayon, Zeynəddin kəndində anadan olduğunu, polis əməkdaşı olduğunu, xx.xx.2024-cü il tarixdə evində narkotik maddə olduğuna dair məlumat daxil olduğunu, evlərinə getdiklərini, qapını döydüklərini, qərarla tanış etdiklərini, Musanın özünün mətbəxdə olan maddəni göstərdiyini, maddənin qablaşdırıldığını, daha sonra yataq otağında olan çətənə toxumlarını Musanın təhvil verdiyini, əlavə şübhəli olan maddələri də götürdüklərini, ekspertiza nəticəsində şübhəli olan maddələrin narkotik maddə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Həmçinin aşağıdakı istintaq hərəkətləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin təqsirini müəyyən edən sübut kimi qiymətlərindirilmişdir. İstintaq zamanı xx.xx.2024-cü il tarixdə saat 19 radələrində keçirilmiş əməliyyat axtarış tədbirl zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxşı keçirilən zaman qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə baxış zamanı müəyyən edilmişdir ki, DVD-də olan görüntü 22 dəqiqə 54 saniyydir, çəkiliş Naxçıvan Muxtar Respublikası DİN-in Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 özünü təqdim etməsi ilə başlayır. Şahid1 Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi ev 1, 2-ci blok, 4-cü mərtəbə sol tərəf mənzildə yaşayan Musa adlı şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğunu, onun barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, tədbirin keçirilməsində Cinayət axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid2 və çəkilişi aparan kiçik inspektor Şahid4 iştirak etdiklərini bildirir. Sonra polis əməkdaşları birlikdə evin 4-cü mərtəbəsinə qalxaraq Şahid1 tərəfindən mənzilin qapısı döyülür. Qapı açıldıqda Şahid1 özünü həmin şəxsə təqdim edərək ondan kim olduğunu soruşur, həmin şəxs Musa olduğunu bildirir. Şahid1 tərəfindən Musa adlı şəxsə narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli olduğundan yaşadığı evə baxış keçirilməli olduğu bildirilib, onu əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edir. Musa adlı şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirib polis əməkdaşlarını evə dəvət edir. Mənzilin dəhlizində Zeynalabdin Babyyev tərəfindən Təqsirləndirilən şəxs təklif edilir ki, yaşadığı mənzildə qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da onda narkotik vasitə olduğunu bildirib polis əməkdaşlarını evin mətbəxinə dəvət edərək, mətbəxdə masanın üzərində olan su ilə dolu içərisində alt hissəsi kəsilmiş plastik butulka olan vedrəni və masanın üzərindəki kağız bükümdə olan ot kütləsini göstərib həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu və marixuana narkotik vasitəsini qəbul etməkdə həmin su ilə dolu vedrədən və putulkadan istifadə etdiyini bildirir. Şahid1 Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsini harada əldə etdiyi soruşulduqda, o şəxsi istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində marizuana narkotik vasitəsinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilərək bükümlə birlikdə ümumi çəkisinin 6.90 qram olduğu görünür. Sonra həmin büküm Təqsirləndirilən şəxs da içərisinin boş olduğunu gördüyü kağız zərfə qablaşdırılıb, üzəri yazılaraq iştirakçılar tərəfindən imzalanıb möhürlənərək polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olduğunu Rusiyada yaşadığı vaxtlardan marixuana narkotik vasitəsindən istifadə etdiyini deyir. Şahid1 Təqsirləndirilən şəxs təklif edir ki, əgər yaşadığı evdə əlavə qanunla qadağan olunmuş hər hansı bir əşya varsa onlarıda təqdim etsin. Musa Çakhmudov da evdə əlavə marixuana toxumu olduğunu, həmin toxumları gələcəkdə əkmək üçün saxladığını bildirib, həmin toxumları təqdim etmək üçün polis əməkdaşlarını digər otağa dəvət edir. Otağa keçdikdən sonra Təqsirləndirilən şəxs həmin otaqdakı paltar dolabından bənövşəyi rəngli plastik qabı götürüb açaraq, içərisindəki çətənə bitkisi toxumlarını təqdim edir. Sonra həmin dolaba baxış zamanı əməliyyat müvəkkili Şahid3 əlavə olaraq həmin dolabdan ağ rəngli balaca plastik qabın içərisində olan çətənə bitkisi toxumlarını aşkar edir və həmin çətənə bitkisi toxumları da qabları ilə birlikdə kağız zərfə qablaşdırılır. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə polis əməkdaşları tərəfindən evə baxış keçirib narkotik vasitə və psixotrop maddə olduğundan şübhə edilən bir neçə maddələr də götürülür və kağız zərfə qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Nəticədə, Təqsirləndirilən şəxs yaşadığı evə baxışın onun öz razılığı və iştirakı ilə keçirildiyini bildirdi, həmçinin iştirakçılar tərəfindən protokola heç bir qeyd əlavə edilməmişdir. Aparılan ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin baş təhqiqatçısı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə tərəfimdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 6,167 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə gizlədərək saxlamış, 18 sentyabr 2024-cü il tarixdə saat 19 : 55 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq həmin mənzilə baxış keçirilən zaman mətbəxdə masanın üzərindən 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 6,167 qram, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 1129-1130 nömrəli ekspert rəylərində göstərilir ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 01 ədəd kağız zərfin içərisindəki 1 ədəd dəftər kağızı bükümündə təmiz çəkisi 6.167 qram olan yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar olunaraq götürülmüş marixuana narkotik vasitəsinin təmiz çəkisi 6,167 qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 6,117 qramdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfdə olan 1 bükümdə təmiz çəkisi 6.167 qram, xeyli miqdarda qurudulmuş marixuama narkotik vasitəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən 25 noyabr 2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək, 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 6.117 qram qurudulmuş marixuana narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlancı otağında saxlanılır. Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 379 saylı ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs epizodik “konnobinoid” narkomaniyası aşkar olunur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Y.Budaqov adına Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 497 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, Təqsirləndirilən şəxs hərəkələri hadisənin törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X1 verilmiş təlabnamədə X5 əvvəllər məhkum olunmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən 6,167 qramdan artıq çəkidə, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, bir qədərini istifadə etməklə qalan hissəsini yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə gizlədərək saxlamış, 18 sentyabr 2024-cü il tarixdə saat 19 : 55 dəqiqədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq həmin mənzilə baxış keçirilən zaman mətbəxdə masanın üzərindən 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 6,167 qram, xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, əməlini etiraf etməsi və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxsin məhkumluğunun olmaması onun bir şəxs kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meyilli olmadığından xəbər verir. Təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığından cinayət qanunvericiliyi onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini istina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə görə azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olmasına baxmayaraq Azərbaycanlı olmasını, uzun müddət Azərbaycanda yaşamasını, davamlı olaraq 3 il Naxçıvan şəhərində aşpaz işləməsini, anasının xəstə olmaqla onun yanında qalmasını, eləcə də ondan aşkar olunan narkotik vasitənin kütləsini, əməlindən peşman olmaqla səmimi etiraf etməsini nəzərə alır və onun hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni islah işləri cəzasını təyin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxsin ifadəsindən aydın olur ki, onun aşpaz işləyir, bununla bağlı arayış təqdim edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s.bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmayan islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən islah işləri cəzasının müddəti və qazancın məbləğinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə islah işləri cəzası 1 (bir) il 6(altı) ay müddətinə qazancın 15% dövlət nəfinə tutulmaqla təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən islah işləri cəzasından bir günə dörd gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bİr) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə qazancından dövlət nəfinə 15% tutulmaqla islah işləri cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 39-cu bədində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalan 01 ədəd zərfdəki 6,117 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət işi materiallarında verilmiş ekspert rəyindən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmaması qeyd edilmişdir. Həmçinin Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, işlərə baxılarkən CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması araşdırılmalı və bu araşdırmanın nəticələrindən irəli gələn məsələlər həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 6 (altı) ay müddətinə qazancından dövlət nəfinə 15% tutulmaqla islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən islah işləri cəzasından bir günə dörd gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə qazancından dövlət nəfinə 15% tutulmaqla islah işləri cəzasına məhkum edilsin. Təyin edilən cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalan 01 ədəd zərfdəki 6,117 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-6/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-6/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver