Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-60/2024 24.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ordubad rayon Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Naxçıvan Yaşıllaşdırma Xidmətində süpürgəçi işləyən, evli, üç uşaq atası, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, Ordubad rayon Tivi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 27 avqust 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 05 iyun 2024-cü il tarixdə saat 20:15 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21063 minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Cahan TM istiqamətindən Koroğlu dairəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı olduğu halda bu tələbi yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddənin tələblərini pozaraq svetoforun qırmızı işığında Naxçıvan şəhəri, Çənlibel məhəlləsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yol ayrıcını keçib yolu sağdan sola skuterlə keçən xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyatsızlıqdan skuter sürən Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol körpücük sümüyünün sınığı, sol ənsə nahiyəsində dərialtı hematoma, ənsə nahiyyəsində yaradan ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 20 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğunu, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını, ərizəni nəzərə alaraq məhkəmə iclaslarını iştiraklarını olmadan keçirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qismində tanınmış hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan 05 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin xarakterinin, yetirilmə müddətinin və xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 24) İş materiallarında olan 07 iyun 2024-cü il qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində atası Şahid1 təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 29) İş materiallarında olan 14 iyun 2024-cü il tarixli video görüntülərin köçürüldüyü DVDyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan MR DİN-nin Təhlükəsiz Şəhər videomüşahidə kameraları tərəfindən qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD yaddaş daşıyıcısına Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, video görüntüdə bir nəfər skuter sürən uşağın piyada keçidindən dayandığı, piyadalar üçün svetoforun işığı yanan kimi uşağı skuteri sürə-sürə yolu keçdiyi, bir qədər yolu keçən zaman yol ayrıcından gələn avtomobilin həmin skuter sürən uşağı vurduğu müşahidə edilir. İİ video video-görüntüyə baxış zamanı müəyyən edildi ki, həmin tarixdə svetoforun yaşıl işığı sönür və qırmızı işığı yanır, sürücü də avtomobili saxlamadan qırmızı işıqda yol ayrıcına daxil olur. İİİ video video-görüntüyə baxış zamanı müəyyən edildi ki, İ video görünütünü təkarı əks olunub, burada video yaxınlaşdırılmışdır. Həmin videoda da skuteri sürən uşaq svetoforun piyadalar üçün yaşıl işığı yananda hərəkətə başlayır, lakin yal ayrıcından gələn avtomobili həmin uşağı vurur. İV video-görüntüyə baxış zamanı müəyyən edildi ki, Elit 57 binasının qarşısından gələn avtomobillərin hərəkəti qeydə alır. Müşahidə zamanı müəyyən edildi ki, Vaz 21063 markalı avtomobili yalayrıcına yaxınlaşır, digər avtomobillər qırmızı işıqda dayanır, Vaz 21063 markalı dayanmadan hərəkətinə davam edir. Vaz 21063 markalı avtomobil skuturu sürən uşağı vurandan sonra avtomobili tam sola burub saxlayır, skuter yerə düşür, uşaqda skuterdən bir balaca arxaya düşür. Baxış zamanı Təqsirləndirilən şəxs izlədikdən sonra görüntülərdə əks olunan yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs dövlət nömrə nişanlı avtomobili özünün idarə etdiyini, yol nəqliyyat hadisəsini özünün törətdiyini, avtomobili özünü idarə etdiyini, avtomobillə hərəkət olanda orta zolaqla hərəkət etdiyini, avtomobilin içərisində tək olduğunu bildirmişdir. (cild İ, iş vərəq 36- 37) İş materiallarında olan 13 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətin xarakterinin, yetirilmə müddətinin və xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 42) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 10 iyun 2024-cü il tarixli, 1085 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlərıqapalı kəllə-beyin travması,baş beynin silkələnməsi,sol körpücük sümüyünün sınığı,sol ənsə nahiyyəsində dərialtı hematoma,ənsə nahiyyəsinin yarası.Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və eləcədə avto-qəza nəticəsində yarana bilərdir.Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan“Az ağır”dərəcəli bədən xəsarətlərin aiddir. (cild İ, iş vərəq 46-48) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 21 iyun 2024-cü il tarixli, 1154 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: Dodağında qançır bərk küt əşyanın təsirindən törənmişdir müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild İ, iş vərəq 51-53) İş materiallarında olan 26 iyul 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 72-74) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Ordubad rayon Tivi kənd sakini xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 26.01,2034-cü il tarixədək Naxçıvan ASAN xidməti tərəfindən BC seriyalı 953429 nömrəli “ B1, B, C1, C ” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. (cild İ, iş vərəq 80) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “Vaz 21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanında qeydiyyatda olan X2 adında qeydiyyatda durur, xx.xx.2024-cü il tarixdən 12 10.2030-cu il tarixədək isə Ordubad rayon Tivi kənd sakini Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. (cild İ, iş vərəq 81) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, 845 nömrəli rəydə qeyd olunmuşdur ki, verilmiş məlumatlara əsasən, VAZ 21063 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətti (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalıdırlar. İstintaq tərəfindən təqdim olunmuş video görüntülərə ekspert baxışı keçirildi. Təqdim olunmuş video görüntülərə əsasən, VAZ 21063 markalı avtomobil svetoforun qırmızı işığında yolayrıcına daxil olmuşdur. VAZ 21063 markalı avtomobilin piyada keçidinə çatmamış tormoz işıqları yanması və avtomobilin düzxətli, bərabərsürətli hərəkətinin pozulması müşahidə olunmuşdur. Yəni avtomobilin hərəkətində yavaşıma olduğundan və düzxətli, bərabərsürətli hərəkət olmadığından video görüntülərdə əks olunan saniyələrə əsasən avtomobilin real hərəkət sürətini müəyyən etmək mümkün deyildir. (cild İ, iş vərəq 97-98) İş materiallarında olan 10 avqust 2024-cü il tarixli müdafiəçi təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosesində hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi ilə Naxçıvan şəhəri vəkil bürosundan müdafiəçi təyin edilərək, cinayət prosesində iştirakı təmin edilmişdir. (cild İ, iş vərəq 102-103) İş materiallarında olan 10 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. (cild İ, iş vərəq 108-109) İş materiallarında olan 10 avqust 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 125-126) Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verməklə yanaşı onun əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinə göndərilsin. Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ******************** ) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X3 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-60/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-60/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver