Məhkəmə qərarları › İş №1(078)-61/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-61/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-61/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X9 iştirakları ilə, xx.xx.1973-cü ildə Babək rayon Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, evli, üç uşaq atası, əvvəllər məhkum olunmamış, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 02 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 31 may 2024-cü il tarixdə saat 21:25 dəqiqədə sürücü Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Nəqşicahan körpüsünü keçib Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi ilə hərəkət edib Koroğlu dairəsi istiqamətində hərəkət edərkən yolu soldan sağa keçən piyada xx.xx.1955-ci il təvəllüdlü X10 avtomobilin qabaq hissəsi ilə vurması, sonuncunun aldığı xəsarətlərlə Naxçıvan mərkəzi xəstəxanasına daxil olması və nəticədə piyada Hüseyn Səfərovun xəstəxanada ölməsi faktı olmuş, əsas isə ölüm ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 31 may 2024-cü il tarixdə saat 21:25 dəqiqədə idarə etdiyi DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil ilə Nəqşicahan körpüsünü keçib Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi ilə Koroğlu dairəsi istiqamətində hərəkətdə olarkən «X22» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbi yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddənin tələblərini pozaraq yolu soldan sağa keçən piyada xx.xx.1955-ci il təvəllüdlü X10 avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada X7 alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara, döş sümüyü dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sol yarısında sol məmə xətti üzrə İİ-Vİİİ qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma, döş boşluğunda 2,5 litr qan nəticəsində kəskin daxili qanitirmə ilə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bildiyini, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili özünün idarə etdiyini, həmin avtomobilin özünə məxsus olduğunu, həmin avtomobili 2007-ci ildə aldığını, o vaxtdan hal-hazıradək avtomobili özünün idarə etdiyini, 31 may 2024-cü il tarixdə evdən səhər saat 9-da çıxıb, avtovağzala getdiyini, oradan müştəri götürüb saat 12:00-da yola düşdüyünü, birbaşa Sədərəyə gedib, Türkiyə gömrüyünü keçdiyini, müştəriləri orada qoyduğunu, gözləyərkən yarım saatdan sonra iki nəfər müştəri gəldiyini, müştərilərdən birinin Kırnalı, digərinin də Ordubad rayonun Sabirkəndindən olduğunu, özünün də sonda Sabirkəndə gedib müştərini endirdiyini, üzü Naxçıvan şəhəri istiqamətində yola düşdüyünü, Naxçıvan hava limanını keçəndə artıq havanın qaraldığını gördüyünü, avtomobilin yaxın işıqlarını vurduğunu, Nəqşicahan körpüsünə çatıb körpünü keçdiyini, Naxçıvan şəhəri istiqamətində hərəkət edib döngəni keçən zaman tərəfdən tappıltı gəldiyini eşitdiyini, özünün də tormoz verib həmin vaxt avtomobili saxladığını, avtomobildən düşəndə bir nəfər kişinin sağ tərəf asfaltın üzərinə yerə düşdüyünü, yerdə hərəkət etdiyini gördüyünü, özünə üzgün-üzgün baxdığını, özünün də “sən orada nə gəzirdin, dönmə yerində niyə yolu keçirsən” dediyini, başına vuraraq “məni də yıxdın, özünü də yıxdın” dediyini, orada olan şəxsin onun yanında durub başını düzəltdiyini, həmin şəxsin “səndə günah yoxdur, təcili tibbi yardım mərkəzinə zəng vur, hadisə mənim gözümün qabağında oldu” dediyini, özünün də 103-ə zəng vurub “Nəqşicahan körpüsünün yanında piyadanı vurmuşam, köməyə gəlin” dediyini, hadisə yerinə ətrafda olan şəxslərin gəldiklərini, həmin vaxt onu yerdən götürmək istəyənlərə “tərpətməyin, başına bir şey olar” dediyini, hadisə yerinə təcili tibbi yardım avtomobili gəldiyini, özünün də təcili tibbi yardım avtomobilin briqadasına “nə edirsiniz edin, xəstəyə bir şey olmasın, mən də yaxın qohumlarıma deyirəm” dediyini, hadisə yerinə oğlu Əli və qayınatası Süleymanın gəldiyini, özünün də onlara “təcili xəstəxanaya gedin” dediyini, yaralı piyadanı təcili tibbi yardım avtomobili ilə Naxçıvan mərkəzi xəstəxanasına yola saldıqlarını, həmin vaxt hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə polis əməkdaşlarının baxış keçirdiklərini, baxış zamanı hadisə yerinin fotoşəkillərinin çəkildiyini, hadisə yerinin sxeminin tərtib edildiyini, hadisədən sonra idarə etdiyi avtomobilin Naxçıvan MR DİN-nin DYPİ-nin mühafizə olunan dayanacağına təhvil verdiyini, Naxçıvan ŞPİ-nin əməkdaşları tərəfindən sərxoşluq müayinəsindən və narkotestdən keçrildiyini, hadisədən əvvəl avtomobili 50 km/saat sürətlə idarə etdiyini, hadisə zamanı avtomobilin içərisində özündən başqa heç kəs olmadığını, avtomobildə tək olduğunu, piyadanı əvvəlcədən görmədiyini, anidən piyadanın avtomobilin sol tərəfindən gəlib sağa doğru hərəkət etdiyini gördüyünü, piyadanı görən zaman tormoz verdiyini, həmin vaxt yolun sağa istiqamətdə əyildiyini, avtomobillə sağ doğru orta zolaqla hərəkət etdiyini, piyadanı görən an tormoz verdiyini, piyadanı həmin an vurduğunu, piyadanın avtomobilin ön şüşəsinə dəydiyini, avtomobili saxladığını, piyadanın avtomobilin üzərindən asfaltın üstünə düşüb yerdə fırlandığını, avtomobildən düşüb kömək çağırdığını, yolda hərəkət intensivliyinin normal olduğunu, havanın qaranlıq olduğunu, özündən 15-20 metr qabaq məsafədən avtomobillər getdiyini, gün ərzində hava temperaturunun isti olduğunu, hadisədən əvvəl əhval-ruhiyyəsinin normal olduğunu, özünü yaxşı hiss etdiyini, hadisə zamanı çox böyük narahatlıq keçirdiyini, avtomobillə vurduğu piyadanın xəstəxanada öldüyünü eşidəndə dərindən narahat olduğunu, 20 ilə yaxındır, avtomobil idarə etdiyini, hadisəni törədiyi avtomobili 2007-ci ildə aldığını, o zamandan bəri həmin avtomobili idarə etdiyini, gün ərzində Naxçıvandan Sədərəyə, Sədərəkdən Culfaya, oradan Ordubada gedib, axşamçağı Naxçıvan şəhərinə qayıtdığını, gün ərzində iki saat avtomobil idarə etdiyini, ilk dəfədir, belə bir hadisə törətdiyini, piyada işıqlı tərəfdən keçsəydi, özünün də onu görə biləcəyini, avtomobili idarə edərkən dönüş zamanı döngə yerində piyadanın olduğunu əvvəlcədən görmədiyini, 45-50 km/saat sürətlə gəldiyini, orta zolaqda hərəkət etdiyini, orada adam olacağını ümumiyyətlə düşünmədiyini, görünüş məsafəsinin 2-3 metr olduğunu, avtomobili 45-50 km/saatla idarə etdiyini, piyadanı əvvəlcədən görmədiyini, piyadanı vuran an gördüyünü, tormoz verdiyini, tormozlama vəziyyətinin 2 metr çəkmədiyini, avtomobilin dayandığını, özünün də avtomobildən yerə düşdüyünü, piyadanı vurduğunu, piyadanın da asfaltın üzərində olduğunu və ona bir nəfər şəxsin də kömək etdiyini gördüyünü, avtomobili çəkəndən sonra asfaltda tormozlama xəttinin 2 metr olmadığını, yolda görünüş məsafəsinin 2-3 metr olduğu halda hər kəs necə idarə edirsə özünün də o cür avtomobili idarə etdiyini, qaranlıqda piyadanın qabağına çıxdığını, piyadanı görmədiyini, özünün də piyadanı vurduğunu, hadisə yerinə qayınatası Şahid3, dostu Səttar, Poladın orada olduqlarını, başqa orada olan şəxsləri tanımadığını, özünün də ailəsinin də mərhumun yasında iştirak etdiklərini, yardım təklif etdiyini, mərhumun ailəsinin bunu qəbul etmədiyini, mərhumun qəbir daşının qoyulması üçün lazım olan xərcləri özünün çəkdiyini, əməlindən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxs X7 öz doğma qardaşı olduğunu, əkiz olduqlarını, X7 evli olduğunu, onun 2 övladı olduğunu, X7 təhsili olmadığını, heç kəslə işi olmayan biri olduğunu, onu 10-15 il bundan qabaq Şəkərabad kəndində avtomobil vurduğunu, ayağının birini çəkdiyini, ayağında mil olduğunu, son vaxtlar Şəkərabad kənd tam orta məktəbində mühafizəçi işlədiyini, ağaclara baxdığını, uşaq vaxtı ayağının yandığını, avtombildə vurduğundan yeriyəndə axsadığını, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, hadisədən sonra tanıdığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti olmadığını, yol nəqliyyat hadisəsi baş verən gün evdə olduğunu, kənddən zəng vurub “qardaşın Hüseyni avtomobili vurub, xəstəxanaya aparıblar” dediklərini, özünün də tez Naxçıvan şəhər mərkəzi xəstəxanasına getdiyini, Hüseyni orada gördüyünü, Hüseynin yaralandığını, özündə olmadığını, vəziyyətinin ağır olduğunu, Hüseynə nə olduğunu soruşduğunu, yolu keçəndə Hüseyni avtomobil vurduğunu dediklərini, Hüseyni vuran şəxsin kim olduğunu soruşduqlarını, vuranın Zeynəddinli olduğunu və adının Amil olduğunu dediklərini, Xəstəxanada bir-iki saat gözlədiklərini, bir qədər keçəndən sonra həkimlərin “qardaşınız Hüseyn rəhmətə gedib” dediklərini, sonra Hüseyni morqa qoyduqlarını, səhərisi gün də dəfn etdiklərini, hadisəni görmədiyini, başqa məlumatı olmadığını, onun hüquqi varisi qismində tanındığını, cinayət prosesində qardaşının hüquqi varisi qismində tanındığını, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladıqlarını, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxs X10 tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, evdə olanda Amilin zəng vurub “yol nəqliyyat hadisəsi olub, gəl” dediyini, özünün də hadisənin harada olduğunu soruşduğunu, Amilin də “hadisə Nəqşicahan körpüsünün yanındadır” dediyini, özünün də tez ora getdiyini, ora gedəndə Təqsirləndirilən şəxs idarə etdiyi DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin hadisə yerində olduğunu, lakin piyadanın hadisə yerində olmadığını gördüyünü, piyadanı təcili tibbi yardım avtomobili ilə Naxçıvan mərkəzi xəstəxanasına apardıqlarını öyrəndiyini, həmin vaxt hadisə yerinə baxış keçirən əməkdaşın özünü və X12 dəvət edib hal şahidi kimi hüquq və vəzifələrini izah etdiklərini, hadisə yerinə baxış keçirdiklərini, hadisə yerinin fotoşəkilərini çəkdiklərini, baxış zamanı hadisə yerinin sxeminin və protokolunun tərtib olunub imzalandığını, hadisənin baş vermə anını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində mərhum X10 tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qohumu olduğunu, qızının əri olduğunu, Amilin zəng vurub “yol nəqliyyat hadisəsi törətmişəm, gəl” dediyini, hadisə yerinə gedəndə Təqsirləndirilən şəxs idarə etdiyi DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin hadisə yerində olduğunu, lakin piyadanın hadisə yerində olmadığını gördüyünü, Amilin ona “yolu gedən zaman piyadanı vurdum, piyada yaralanmışdır, təcili tibbi yardım avtomobili ilə piyadanı Naxçıvan mərkəzi xəstəxanasına apardılar” dediyini, hadisə yerinə polis əməkdaşlarının baxış keçirdikləini, hadisə yerinin fotoşəkilərini çəkdiklərini, sonra piyada ilə maraqlanmaq üçün xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxs X10 tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti olmadığını, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, özü Şəki şəhər sakini olsa da, işi ilə əlaqədar Babək rayon Şəkərabad kəndində yaşadığını, 31 may 2024-cü il tarixdə saat 21 radələrində evdən çıxıb Nəqşicahan körpüsünü keçib Naxçıvan şəhəri Ə.Əliyev küçəsində səki ilə Bolmart super marketə tərəf getdiyini, səki ilə hərəkətdə olanda bir nəfər kişinin yolu soldan sağa doğru keçdiyini gördüyünü, həmin şəxsin yolu keçməyinə 10 addım qaldığını, həmin vaxt kişinin özü ilə paralel vəziyyətdə olduğunu, piyadanın özünün soluna düşdüyünü, özünün də 2-3 metr səki ilə hərəkət edib gedəndə tormoz səsi eşitdiyini, səsə görə arxaya dönəndə avtomobilin həmin kişini vurub, üstünə atdığını, piyada kişinin avtomobilin üstündə olduğunu, avtomobil dayananda kişinin də avtomobilin üstündə asfaltın üstünə yerə çırpıldığını gördüyünü, hadisə gözlərinin qarşısında olduğundan bir anlıq şok olduğunu, tez piyadanın yanına qaçdığını, piyadaya yaxınlaşdığını, piyadanın gözlərinin qarası getmiş vəziyyət olduğunu, həmin vaxt sürücünün də avtomobilin içərisində oturduğunu, tərpənmədiyini, sürücüyə “düş yerə piyadanı vurmusan” dediyini, sürücünün də “hə, hə düşürəm” dediyini, təkrar piyadanın yanına getdiyini, həmin vaxt ətrafda heç kəs olmadığını, özünün də piyadaya köməklik etmək üçün yanına getdiyini, piyadanın yavaşyavaş nəfəs aldığını, üzərində olan köynəyinin düyməsini açdığını, yolda keçən avtomobillərdən birini saxladığını, kömək istədiyini, sürücünün də durub baxdığını, şokda olduğunu, sürücünün nə etdiyini bilmədiyini, oradan keçən avtomobilləri saxladığını, oraya əlavə şəxslər gəldiyini, avtoqəza nəticəsində piyadanın yaralandığını, hadisə yerinə təcili tibbi yardım avtomobili gəldiyini, piyadanı təcili tibbi yardım avtomobili ilə apardıqlarını, hadisə yerinə polis əməkdaşları gəldiyini, hadisə yerinə baxış keçirilərkən özünün hadisəni gördüyünü bildirdiyini, sürücünün və özünün iştirakı ilə hadisə yerinə hal şahidləri dəvət edildiyini, hadisə yerinə baxış keçirildiyini, sürücünü sərxoşluq müayinəsindən keçirmək üçün apardıqlarını, özünün də çıxıb getdiyini, həmçinin özünün də Şəkərabad kəndində yaşadığını, səhərisi gün kənddə olanda piyada Şəkərabad kənd sakini X7 hadisədən sonra xəstəxanada öldüyünü eşitdiyini, hadisə baş verməmişdən əvvəl piyadanı gördüyünü, piyadanın yolu soldan sağa keçdiyini, piyadanın yolu keçib bitirməyinə 10 addım qaldığını, onu görəndə onun yolu keçdiyini, özünün piyadanı görəndən sonra 2-3 metr səki ilə hərəkət edib Bolmart marketə tərəf gedəndə tormoz səsi eşitdiyini, səsə dönəndə avtomobilin piyadanı vurduğunu, piyadanın avtomobilin üstündə olduğunu, sürücü avtomobili saxlayan kimi piyadanın asfaltın üstünə düşdüyünü gördüyünü və köməyə getdiyini, piyadanın yolu soldan sağa asta yerişlə keçdiyini və piyadanın çolaq olduğunu gördüyünü, Şəkərabad kəndində yaşadığı üçün sakinlərdən piyadanın ayağında əyrilik və mil olduğunu, bir dəfə də avtomobilin onu vurduğunu eşitdiyini, hadisə zamanı ona görə piyadanın asta addımlarla, asta yerişlə yolu keçdiyini, piyadanın yolu tək keçdiyini, yanında heç kəs olmadığını, sürücünün avtomobildə tək olduğunu, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə piyadanı vurduğunu, piyadanı vurandan sonra avtomobilin yolun ortasında dayandığını, hadisə yerində tək olduğunu, yanında heç kəs olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli cinayət işi başlama və icraata qəbul etmə haqqında qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və mərhum X16 zərərçəkmiş şəxs qismində tanınmış və hüquqi varisi müəyyən edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:25-də ŞPİ-nin YPX-nin tağım komandiri, polis leytenantı X20 Hissəyə zəng edərək bildirmişdir ki, Babək rayonu Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı, Daimler Krasler minik markalı avtomobil ilə Əziz Əliyev küçəsilə hərəkətdə olarkən Koroğlu dairəsi istiqamətində yolu soldan sağa keçən piyada Babək rayonu Şəkərabad kənd sakini, xx.xx.1955-ci il təvəllüdlü X10 avtomobilin ön hissəsi ilə vurmuş və nəticədə sonuncu aldığı müxtəlif bədən xəsarətlərilə Naxçıvan MR Xəstəxanasına daxil olmuş və saat 22:40-da orada ölmüşdür. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 31 may 2024-cü il tarixdə saat 21:25 dəqiqədə qaranlıq vaxtı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Nəqşicahan körpüsünün yaxınlığında, Əyləncə adasının yanındakı avtomobil yolunda, yaşayış məntəqəsində baş vermişdir. Həmin hadisə yeri küçə işıqları ilə işıqlandırılmışdır. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Hadisə olan yerdə piyada keçidi yoxdur, həmin yolda avtomobillərin və piyadaların hərəkətləri svetoforla nizamlanmır. Yol birtərəfli avtomobil yoludur, bir tərəfli yolda iki istiqamət mövcuddur, yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 22 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 10.22 metr, hərəkət zolağının eni isə 3,65 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsində hadisə olan yerdə piyada keçidi yoxdur. Həmçinin yol hərəkət hissəsində üfuqi nişanlama xəttləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki yerləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 2,3 metrdir. Soldan da yolun kənarlarında köbə daşlan, avtobus dayanacağı, səki və yol ayrıcı var. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında Əyləncə adası və ətraf park, yaşıllıq ərazi yerləşir. Yolun solunda isə, yeni tikilən obyekt, yol ayrıcı, Biologiya- kimya təmayüllü liseyin inzibati binası, həyətyanı sahəsi yerləşir. Yol Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü yerindən yaxın işıqda görünüş məsafəsi 50-60 metrdir. Piyadanın vurulma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - piyadanın vurulması Naxçıvan şəhəri Ə.Əliyev küçəsində avtomobil yolunda DAİMLER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında, orta zolaqda baş vermişdir ki, piyada soldan sağa hərəkət edib yolu keçərkən 14.50 metr məsafə qət etmiş və ondan sonra avtomobil onu hərəkət etdiyi orta zolaqda vurmuşdur. Avtomobilin dayandığı yerdən piyadanın düşdüyü yerə qədər məsafə 3,17 metr, piyadanın vurulma yerindən avtomobilin arxasına tərəfə məsafə 2,58 metr, piyadanın vurulma yerindən sağ qabaq tərəfdəki işıq dirəyinə qədər məsafə isə 18.91 metr, həmin işıq dirəyindən piyadanın düşdüyü yerə qədər məsafə isə 9,29 metrdir. Piyadanın düşdüyü yerdən sağ tərəfdəki bardürə qədər məsafə isə 3,90 metrdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri - DAİMLER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurmamışdan qabaq hərəkət istiqamətini bildirən orta zolaqda görünən cütlənmiş tormozlama izi mövcuddur. Tormozlamanm izi 13,10 metrdir. Belə ki, DAİMLER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücü orta zolaqla hərəkət edərkən piyadanı vurduğu açıq-aşkar müşahidə olunur. Nəqliyyat vasitəsinin hadisədən sonra olduğu vəziyyət - DAİMLER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurandan sonra hərəkət edib yolun orta zolağında dayanmışdır ki, piyadanın vurulma yerindən avtomobilin dayandığı yerə qədər məsafə 2,58 metr, avtomobilin qabaq tərəfindən piyadanın düşdüyü yerə qədər məsafə isə 3,17 metrdir. Avtomobilin qabaq sağ təkərindən düz xətt üzrə sağ tərəfdəki bardürə qədər məsafə 10,40 metr, arxa sağ təkərdən eyni xətt üzrə məsafə isə 10,45 metrdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu - sürücü Təqsirləndirilən şəxs idarə etdiyi DAİM LER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə piyadam vurmuş və piyadanı vurandan sonra avtomobilin bəzi hissələri sınmışdır. Belə ki, hadisədən sonra avtomobilin ön şüşəsi içəri doğru bataraq sınmış, həmçinin avtomobilin şüşə təmizləyicisi sınmışdır. Avtomobilin qabaq nömrə hissəsi qırılmışdır, nömrə üstünə qoyulmuşdur. Avtomobilin spidometri 0 göstərir. Nəqliyyat vasitəsi ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. (cild İ, iş vərəq 6-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 223 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol şərxoşluğu vəziyyəti yoxdur. (cild İ, iş vərəq 16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X2 Şəhadətnaməsindən görünür ki, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə tibbi ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılması qərara alınmışdır. (cild İ, iş vərəq 22-23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli, 1016 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Babək rayon Zeynəddin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (-), AMP (-), BAR (-), BZO (-), BUP (-), COC (-), MTD (- ), MOP (-), OPİ (-), PCP (-), MDMA (-) aşkar olunmadı. (cild İ, iş vərəq 36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli, 1017 nömrəli məktubdan görünür ki, Babək rayon Zeynəddin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 37) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X29 tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 204 nömrəli məktubdan görünür ki, Babək rayon Şəkərabad kənd sakini X16 xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində avtomobil qəzası nəticəsində “Politravma. Həkim yanında ölüm” - diaqnozu ilə Təcili yardım şöbəsinə daxil otmuşdur. Xəstəyə aparılan reanimasyon tədbirlərə baxmayaraq həmin gün saat 22:45 radələrində xəstədə bioloji ölüm baş vermişdir. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2024-cü il tarixli video görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında qərardan görünür ki, video-görüntüyə baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 21:15-də video görüntü başlayır. Naxçıvan MR DİN-nin Təhlükəsiz Şəhər videomüşahidə kameraları tərəfindən Naxçıvan şəhəri Nəqşicahan körpüsündən şəhərə doğru istiqamətdəki yol görüntülənir. Video görüntülərə baxış zamanı müəyyən edildi ki, bir nəfər şəxs yolu soldan sağa keçir, əks istiqamətli yoldan avtomobil gəlir, həmin avtomobilin işıqları parlayır. Sonra körpü tərəfdən gələn avtomobili yolu keçən piyadanı öz zolağında orta zolaqda vurur, avtomobil bir qədər gedəndən sonra dayanır, piyada avtomobilin üzərindən yer asfaltın üzərinə düşür, səkidə olan bir nəfər şəxs köməyə gəlir. Fotoşəkillərdə DAİMLER CHRYSLER minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin fotoşəkilinin olduğu müşahidə edilir. (cild İ, iş vərəq 40-41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X3 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 30 iyun 2024-cü il tarixli, 42 nömrəli ekspert rəyindən görünür ki, X7 bədənində alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara, döş sümüyü dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sol yarısında sol məmə xətti üzrə İİ-Vİİİ qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma xəsarətləri var, döş boşluğunda olan 2,5 litr qan var. Xəsarətlər həyati olmuş, bərk küt əşyanın təsirindən, eləcə də avtoqəza nəticəsində törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmayan aid olmuş, onun ölümü ilə nəticələnmişdir. X1 ölümünə səbəb kəskin daxili qanitirmə olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğun olmuşdur. (cild İ, iş vərəq 56-61) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması qərara alınmışdır. (cild İ, iş vərəq 68-70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X11 Dövlət Agentliyi PHŞ tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Naxçıvan şəhəri Nəqşicahan körpüsü istiqamətindən Koroğlu dairəsi istiqamətində yolun əyrilik radiusu 140 metrdir. (cild İ, iş vərəq 75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “Daimler Chrysler D HO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək rayon Zeynəddin kənd sakini Təqsirləndirilən şəxs adında qeydiyyatda durur. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə Babək rayon Qahab kənd sakini Şahid3 etibarnamə verilmişdir. (cild İ, iş vərəq 76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X7 hüquqi varisi qismində qardaşı - X18 tanınmışdır. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli, 823 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə DAİMLER CHRYSLER markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X22» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Aparılmış hesabatdan məlum olur ki, DAİMLER CHRYSLER markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində piyada vurulana qədər asfalt üzərində qalmış 13,1 metr tormoz izinə görə onun hərəkət sürəti mövcud şəraitdə 52,5 km/saata uyğundur. (cild İ, iş vərəq 89-91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2024-cü il tarixli müdafiəçi təyin etmək barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosesində hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi ilə Naxçıvan şəhəri vəkil bürosundan müdafiəçi təyin edilərək, cinayət prosesində iştirakı təmin edilmişdir. (cild İ, iş vərəq 95-96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. (cild İ, iş vərəq 101-102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 118-120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübut hesab edilmiş DAİMLER CHRYSLER minik markalı, 67-BG- 464 dövlət nömrə nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. (cild İ, iş vərəq 125-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli aktdan görünür ki, DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir. (cild İ, iş vərəq 128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 504 nömrəli arayışdan görünür ki, Nəbiyev X14 şəhəri, Qoçüstü məhəlləsi, ev 3, mənzil 20 ünvanında yaşayır. (cild İ, iş vərəq 134) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 505 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həyat yoldaşı X5, qızı X13 və oğlu X24 adlı ailə üzvləri vardır. (cild İ, iş vərəq 135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, Nəbiyev X14 şəhər Qoçüstü məhəlləsi bina 3 mənzil 20 ünvanında yaşadığı müddətdə ünvan 3 bir şikayət və narazılıq bildirilməyib. (cild İ, iş vərəq 136) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X30 "M.Ə.Əfəndiyev adına X31" X29 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1973-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2012ci il tarixdə “M.Ə.Əfəndiyev adına X31” X29n Anesteziologiya, Reanimatologiya və İntensiv Terapiya şöbəsində “Hipertonik kriz” diaqnozu ilə daxil olub. “Arterial hipertenziya və baş beyin qan dövranının pozulması” diaqnozu ilə müalicə olunmuşdur. Vəziyyəti yaxşılaşdıqdan sonra xx.xx.2012-ci il tarixdə evə buraxılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 06 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi olduğunu, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladığını, ondan heç bir şikayət və tələbi olmadığını, yekun məhkəmə aktı qəbul edərkən ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X22» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X22» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «X22» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il müəyyən edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanında yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növünün təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddənin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus BD364397 nömrəli X2 şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus BD364397 nömrəli X2 şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan DAİMLER CHRYSLER minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar