Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-61/2025 12.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1990-cı il tarixində Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs təkrar fahişəliyə cəlb etmişdir. Belə ki, o, gəlir əldə etmək məqsədi ilə 50 manat və spirtli içki müqabilində 2024-cü ilin noyabr ayında arvadı Zərərçəkmiş şəxs Şahid1 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə 50 manat müqabilində 2025-ci ilin əvvəllərində arvadı Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə bir neçə gün sonra siqaret və spirtli içki müqabilində arvadı Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə bir neçə gün sonra siqaret və spirtli içki müqabilində arvadı Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə 40 manat və spirtli içki müqabilində 2025-ci ilin mart ayında arvadı Zərərçəkmiş şəxs Şahid1 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə 25 manat müqabilində 2025-ci ilin mart ayında arvadı Zərərçəkmiş şəxs Şahid2 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə 25 manat və spirtli içki müqabilində 2025-ci ilin aprel ayının 5-də arvadı Zərərçəkmiş şəxs Şahid2 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə 50 manat, siqaret və spritli içki müqabilində 2025-ci ilin aprel ayının 10-da arvadı Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olmağa təhrik edərək Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən birgə yaşadıqları evdə cinsi əlaqəsini təşkil etməklə təkrar fahişəliyə cəlb etmişdir. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxs arvadıdır. Özünün kişilərə qarşı hissləri, yəni xəstəliyi olduğundan kişilərlə cinsi əlaqədə olubdur. Bu xəstəlik 2012-ci ildən bəri başlamış, bugünkü günədək davam etmişdir. Keçən 12-13 il ərzində dəfələrlə bir neçə şəxslə cinsi əlaqədə olmuşdur. Bu həm Bakı şəhərində, həm də Naxçıvan Muxtar Respublikasında olarkən olmuşdur. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildə onun kişilərə qarşı meyilli olduğunu bilmişdir. Bu səbəbdən aralarında dəfələrlə problem olmuş, keçən müddət ərzində isə aralarında olan münasibət dəyişmiş, ər-arvad münasibəti qalmamışdır. Sonrakı müddətdə xəstəliyi ilə bağlı kişilərə meyilli olduğundan həmçinin arvadı ilə başqa kişilərin cinsi əlaqəsini fikirləşmişdir. Həmin ərəfədə Sevincin başqa kişilərlə danışdığını, münasibət saxladığını görmüş, ilk əvvəl iradını bildirsə də sonra bunun xoşuna gəldiyini görüb onun başqa kişilərlə danışmasını qəbul etmişdir. Bu hadisələr təxminən 2021ci ildə olmuşdur. Sevinc Culfa rayon sakini olduğunu bildiyi Ayxan adlı şəxslə danışmış, bunu bildikdən sonra isə danışmağa davam etmiş, Ayxanla əlaqədə olacağını demişdir. Sevincə bununla bağlı razılıq vermiş, onların cinsi əlaqədə olmalarını görmək istədiyindən Sevincdən Ayxanın nömrəsini alıb özü danışmışdır. Ayxan bir dəfə Sevinclə cinsi əlaqədə olmaq üçün gəlmiş, yaşadıqları evdə əlaqədə olmuşdur. Özü onlar əlaqədə olan zaman yanlarında olmuş, Ayxan özü onunla hər hansı əlaqədə olmamışdır. Bundan sonra Sevinclə araları açılmış, özünü rahatlatmaq üçün Sevinclə başqa şəxslərin cinsi əlaqəsini düşünmüş, onunla cinsi əlaqədə olması üçün adam axtarmağa, həmin adamları isə Sevinclə cinsi əlaqədə olmağa çağırmağa başlamışdır. Həmin şəxslərdən biri Həsənli olaraq tanıdığı Şahid2dur. Onu tanımağına səbəb avtomobilini almaq istəməyi olmuş, sonradan aralarında münasibət yaranmış, eləcə söhbətlər açılmış və Şahid2 ilə vatsap vasitəsilə söhbətlər zamanı onu arvadı Sevinclə cinsi əlaqədə olmağa dəvət etmişdir. 2025-ci il ərzində Şahid2 3 dəfə yaşadığı evdə arvadı Sevinclə cinsi əlaqədə olmuşdur. Şahid2 ilk dəfə 2025-ci ilin fevral ayında Sevinclə cinsi əlaqədə olmaq üçün dəvət edən zaman ona sadəcə cinsi əlaqədə olmalarına baxmaq istədiyini demiş, pivə və pul istəməmişdir. Coşqun Sevinclə onun yanında cinsi əlaqədə olmuş, onlara baxaraq öz şəxsi ehtirasını təmin etməyə çalışmışdır. 2025-ci ilin mart ayında Şahid2 ona Sevinclə cinsi əlaqədə olmaq üçün gələcəyini demiş, icazə istəmiş, Sevinclə danışaraq Coşqunun gələcəyini demiş, bu dəfə Coşquna pulu Sevincə verməsini də demişdir. Coşqun gəlib evdə Sevinclə cinsi əlaqədə olmuş, Sevincə pul verən zaman isə özü onların yanında olmamışdır. 2025-ci ilin aprel ayının əvvəlində Coşqun ona Sevinclə cinsi əlaqədə olmaq üçün gəlmək istədiyini demiş, yenə Sevincə pul verməsini demişdir. Həmçinin özünə də pivə almasını istəmişdir. Coşqun da gələrkən ona pivə gətirmiş, həmin gün arvadı Sevinclə cinsi əlaqədə olmuş, bu əlaqə zamanı isə o onların yanında olub baxmışdır. Lakin onun pivə istəməsi onlara yaxın yerdə mağaza olmaması olmuşdur. Sevincə isə nə qədər pul verdiyini görməmişdir. Bundan başqa mobil telefonunda "X7" adı ilə qeyd olunmuş Şahid3 olub, onu maşın bazarından tanımış, avtomobili üçün ehtiyat hissələri almışdır. sonradan Fəridlə münasibəti yaranmışdır. Onu da evə Sevinclə cinsi əlaqədə olmaq üçün dəvət etmiş, hətta onunla da əlaqədə olmasını istəmişdir. Fərid 2025-ci il ərzində ümumilikdə 4 dəfə evə gələrək arvadı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, bu əlaqələr qarşılığında arvadına pul verirmiş. Fəridi özü Sevinclə cinsi əlaqədə olmağa dəvət etmiş, 1-ci dəfə Fərid Sevincə onunla cinsi əlaqədə olması qarşılığında 50 manat pul vermiş, lakin həmin pul barəsində özü əvvəlcədən Fəridə deməmiş, pulu Sevinc Fəriddən istədiyi üçün vermişdir. Bir müddət sonra yenə Fəridi Sevinclə cinsi əlaqədə olmağa dəvət etmiş, ona bu dəfə özü üçün pivə və siqaret almasını istəmişdir. Fərid gəlmiş, pivə və siqaret almış, arvadı Sevinclə cinsi əlaqədə olmuşdur. Bir neçə gün sonra isə təkrar Fəridə arvadı Sevinclə cinsi əlaqədə olmaq üçün gəlməsini demiş, ondan yenə özü üçün pivə və siqaret istəmiş, Fərid pivə və siqareti alıb gələrək Sevinclə cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə 10 aprel 2025-ci il tarixdə saat 00:10 radələrində Sevinclə Fəridin yaşadığı evdə cinsi əlaqəpe olmalarını təşkil etmiş, həmin dövrdə isə pula ehtiyacı olduğundan Fəridə əvvəlcədən mesaj yazaraq Sevincə verəcəyi pulu ona verməsini demişdir. Fərid həmin gün gec gəldiyindən Sevinc yatmış, lakin onu oyadaraq Fəridin gəldiyini deyib cinsi əlaqədə olmasını istəmiş, Fərid Sevinclə cinsi əlaqəpe olmuş, qarşılığında isə ona 50 manat pul vermiş, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Fəridlə özü hər hansı əlaqədə olmamışdır. Adını hazırda xatırlamadığı bir neçə şəxsi də arvadı Sevinclə cinsi əlaqədə olmağa təklif etmiş, məqsədi onlara baxıb özünü rahatlatmaq olmuş, bəzən isə qarşılığında pivə və siqaret alıb gətirmələrini istəmişdir. Naxçıvan Muxtar Respublikasında əlaqədə olduğu kişilərdən Qaraçuq kəndində yaşayan sosial şəbəkə vasitəsilə tanıdığı Şahid1 teleqram vasitəsilə tanımış, sonra vatsap vasitəsilə də danışmışdır. Naxçıvan şəhəri Qaraçuq kəndində yaşadığını öyrəndikdən sonra söhbət zamanı ondan xoşu gəldiyini bildirmiş, onunla əlaqədə olmaq istədiyini demişdir. Şahid1lə özü ümumilikdə 3 dəfə cinsi əlaqədə olaraq Ayxanın cinsi orqanını ağzına almışdır. Ayxanla söhbətləri zamanı ona arvadı Sevinc barəsində demiş, istəyirsə onunla cinsi əlaqəpe olmasını təşkil edə biləcəyini bildirmişdir. Ayxanda razılıq vermiş, ilk dəfə 2024- cü ilin noyabr ayında Sevinclə əlaqədə olmaq üçün onlara gəlmişdir. X5 cinsi əlaqədə olması qarşılığında özünün onlara baxacağını, Sevincə pul verməsini, özünə isə 2 ədəd pivə almasını demişdir. Sevincə də əvvəlcədən Ayxanın gələcəyini, onunla cinsi əlaqədə olmasını bildirmiş, Sevinc razılıq vermişdir. Ayxan gecə gəlmiş, onu küçədə qarşılayıb evə gətirmiş, evde yataq otağında Sevinclə cinsi əlaqədə olmuşdur. Özü isə həmin otaqda olmuş, onlara baxmış və cinsi orqanını əlinə alaraq öz ehtirasını təmin etməyə çalışmışdır. Ayxanla həmin vaxt hər hansı əlaqədə olmamışdır. 2025-ci ilin mart ayında Ayxanı Sevinclə cinsi əlaqədə olması üçün çağırmış, ona yenə cinsi əlaqələrinə baxacağını demiş, özünə pivə istəmiş və Sevincə pul verməsini demişdir. Həmçinin Sevincə əvvəlcədən Ayxanın gələcəyini, onunla cinsi əlaqədə olmasını da bildirmiş, Sevinc də razılıq vermişdir. Ayxan gəldikdə isə onu qarşılayıb evə gətirmiş, Ayxan Sevinclə cinsi əlaqədə olan zaman isə onlara baxaraq cinsi orqanını əlinə alıb öz ehtirasını təmin etmişdir. 2020-ci ildən arvadı Sevinc onun xəstə olduğunu bilmiş, Sevincin başqa kişilərlə münasibət qurmaq istədiyini görmüş, əvvəlcə bunu qəbul etmək istəməsə рe sonradan özünə xoş olduğunu görmüş, hətta həmin şəxslərin arvadı ilə cinsi əlaqədə olmasını düşünərək bu şəkildə özünü rahatlatmışdır. Sevinclə dе araları bu mövzular üzrə açıldıqda Sevincə bu barədə demiş, istəyirsə istər özü münasibət yaratdığı istərsə də onun çağırdığı şəxslərlə cinsi əlaqədə olmasına razılıq verdiyini, lakin kimlə əlaqədə olursa olsun yanlarında olacağını demişdir. Buna səbəb isə Sevincin başqa biri ilə cinsi əlaqədə olmasını izləməyin ona xoş gəlməsi olmuşdur. Sevinc əvvəlcə razılıq verməsə də onun artıq onunla cinsi əlaqədə olmaq istəmədiyini görmüş, əvvəlcə özü münasibət saxladığı şəxslərlə onun yanında cinsi əlaqədə olmuşdur. Bundan sonra özü adam tapıb çağırdığı zaman yox deməyərək cinsi əlaqədə olmağı qəbul etmişdir. İlk başlarda bu əlaqəni sadəcə baxmaq və özünü rahatlatmaq üçün təşkil etmiş, 2023-cü ildə Naxçıvana gəldikdən sonra da bunu istəmiş, Sevinclə cinsi əlaqədə olmağı qəbul edib gələn şəxslərdən onlar cinsi əlaqədə olarkən pivə içmək istədiyindən özü üçün pivə və siqaret istəmiş, həmçinin, ailə olduqlarından, 2 övladları olduğundan maddi ehtiyacları olmuş, bu ehtiyacları tam ödəyə bilməmiş, Sevinclə cinsi əlaqədə olmaq üçün gələn şəxslərdən bir başa olaraq özünə yox Sevince pul vermələrini istəmiş, həmin şəxslərə dəqiq miqdar deməmiş, onlarda Sevinclə əlaqədə olduqdan sonra pul vermişdir. Sonradan özünə pul lazım olduqda Sevincdən pulları istəmiş, daha sonra Sevinc ona özü üçün pul lazım olduğunu dedikdə pulu olduğu zaman vermişdir. Sevinc onun xəstə olduğunu bilmiş, başqa şəxslərlə danışdığını gördükdən sonra da buna razılıq verib onun həmin şəxslərlə cinsi əlaqədə olduğunu gördükdən sonra Sevincə öz tapdığı şəxslərlə də əlaqədə olmasını dediyi zaman ilk əvvəl qəbul etməsə də sonradan qəbul etmişdir. Lakin Sevincə bunun üçün hədə-qorxu gəlməmiş, fiziki güc göstərməmişdir. Bütün bunların səbəbi onun xəstəliyi olmuşdur. Lakin pullar Zərərçəkmiş şəxs verilmişdir. Ona heç bir hədə-qorxu, təzyiq göstərməmişdir. İki övladını nəzərə alıb bağışlanmasını xahiş edir. Məhkəmə iclası zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, 2019-cu ildə öz razılığı ilə ailə qurmuş, 2 uşaqları olmuşdur. Əri ilə birlikdə onun atası və anası ilə birlikdə yaşamışdır. Ailə qurduqdan 2-3 ay sonra Nicadın telefonunda onun kişilərlə cinsi əlaqədə olmaq barədə yazışmalarını görmüş, Nicaddan mesajların nə olduğunu soruşduqda Nicad kişilərə qarşı ehtirasla bağlı xəstəliyinin olduğunu, kişilərə qarşı meyilli olduğunu, onlarla əlaqədə olmaq istədiyini demişdir. Bu barədə Nicadın qardaşlarına demişdir. Nicad işləmək üçün Bakı şəhərinə getmiş, onun atası və anası ilə birlikdə qalmış, 3-4 ay sonra Nicad Bakıdan gəlmişdir. Onun mobil telefonuna baxdıqda onun kişilərlə mesajlaşdığını görüb həmin yazışmalarında Nicad kişilərlə onlarla görüşüb necə cinsi əlaqədə olmaları barədə yazışmalar olmuşdur. Həmin yazışmalar barədə Nicada demiş, başqa heç kimə deməmişdir. Nicata belə davam edərsə ondan boşanacağını demişdir. Nicad ondan ayrıldığı halda onu və uşaqlarını öldürəcəyini demiş, heç nə edə bilməyib eləcə mesajları yaddaş kartına atıb saxlamışdır. Nicad öz işinə davam edərək kişilərlə yazışmağa davam etmiş, Nicadın kişilərlə əlaqədə olduğunu bildikdən bir müddət sonra ona tanımadığı nömrələrdən zənglər gəlməyə başlamış, zəng edən şəxslər isə onunla cinsi əlaqədə olmağı təklif etmiş, nə üçün bu təklifi etdiklərini soruşduqda onlar əri Nicadla danışdıqlarını, Nicadın belə istədiyini və razılıq verdiyini demişlər. İnanmadıqda isə ona özünə aid olan şəkilini atır və şəkili Nicadın onlara göndərdiklərini deyirdilər. Nicada bu barədə dedikdə Nicad ilk əvvəl özünün məlumatı olmadığını, şəkil barəsində məlumatı olmadığını bildirmişdir. Nicad özü demək olar hər gün sərxoş evə gəlmiş, çox vaxt evdə spirtli içki qəbul etmişdir. Nicad çoxlu şəxslərlə onun cinsi əlaqədə olmasını təşkil etmiş, həmin şəxslərdən cinsi əlaqədə olmaları qarşılığında baxmaq istədiyini, siqaret və spirtli içki almalarını və pul vermələrini istəmişdir. Nicad onunla cinsi əlaqədə olması üçün 2025-ci ilin yanvar ayında Fərid adlı tanışını gətirmiş, Şahid3 əvvəllər tanımamış, onunla 4 dəfə cinsi əlaqədə olmuş, sonuncu dəfə 10 aprel 2025-ci il tarixdə yaşadığı evdə Fəridlə cinsi əlaqədə olmuşdur. Fəridlə cinsi əlaqədə olmağı Nicad istəmiş, Fəridlə ilk dəfə cinsi əlaqədə olan zaman o 50 manat pul vermiş, həmin vaxt Fəridin Nicada pul və ya başqa nəsə verməsini görməmiş, bir müddət sonra Nicad yenə Fəridlə cinsi əlaqədə olmağı istəmiş, onu evə gətirmişdir. Fəridlə ikinci dəfə cinsi əlaqədə olan zaman ondan heçnə istəməmiş, həmin gün Fərid Nicada pivə və siqaret alıb gətirmişdir. Fəridlə ikinci dəfə cinsi əlaqədə olduqdan sonra isə Nicad onu təkrar evə cinsi əlaqədə olmaq üçün dəvət etmiş, Fəridlə cinsi əlaqədə olmuş, lakin Fəriddən pul və başqa nəsə istəməmiş, Fərid Nicad üçün araq və pivə alıb gətirmişdir. Sonuncu dəfə isə Nicad Fəridi 10 aprel 2025-ci il tarixdə onunla cinsi əlaqədə olması üçün gətirmiş, yenə onunla cinsi əlaqədə olmuş, ondan pul və ya digər bir maddi nemət istəməmiş və almamışdır. Fərid Nicada araq və pivə gətirmiş, həmçinin sonradan Nicadın Fəriddən 50 manat aldığını öyrənmişdir. Bundan başqa Nicad 2025-ci ilin yanvar ayından etibarən bir neçə dəfə Həsənli adlı tanışını da onunla cinsi əlaqədə olmağı üçün gətirmiş, etiraz etmədən Nicadın dediyini edib Həsənli ilə təbii yolla cinsi əlaqədə olmuş, Həsənli ilə təxminən 3 dəfə cinsi əlaqədə olmuş, sonuncu dəfə isə təxminən 05 aprel 2025-ci il tarixdе Həsənli ilə cinsi əlaqədə olmuş, Həsənli özü onunla cinsi əlaqədə olduğu zaman ilk dəfə pul verməmiş, ikinci və üçüncü dəfə gəldikdə ona 25 manat pul vermiş, Nicad sonradan həmin pulları ondan almışdır. Bundan başqa Nicad onunla cinsi əlaqədə olması üçün Ayxan adlı şəxsi gətirmiş, Şahid1 tanımış, onunla 2024-cü ilin noyabr ayında və 2025-ci ilin mart ayında cinsi əlaqədə olmuş, Şahid1 onunla cinsi əlaqədə olmasını Nicad təşkil etmiş, 2024-cü ilin noyabr ayında Ayxan onunla cinsi əlaqədə olmaq üçün gəldiyi zaman Nicada pivə alıb gətirmiş, cinsi əlaqədə olduqdan sonra isə ona 50 manat pul vermişdir. Həmin pulu özü Ayxandan istəməmiş, pulu Nicad Ayxandan verməyini istədiyi üçün Ayxan vermişdir. 2025-ci ilin mart ayında ise Şahid1 yenə cinsi əlaqədə olmaq üçün gəlmiş, Ayxanla cinsi əlaqəde olmağı yenə əri Nicad istəmiş, Ayxan bu dəfə Nicad üçün pivə və digər şeylər alıb gətirməmiş, cinsi əlaqədə olduqdan sonra isə 40 manat pul vermiş, lakin yenə də həmin pulu özü Ayxandan istəməmiş, Ayxan Nicad dediyi üçün pulu ona vermişdir. Nicad da hər iki dəfə Ayxan pul verdikdən sonra pulu istəmiş, o da pulu Nicada vermişdir. Hazırda nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Alimentini tələb edir. Nicadı bağışlayır, ondan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanmamış, 2024-cü ildə onunla "teleqram" vasitəsilə tanış olmuş, Nicad ilk əvvəl Bakı şəhərində yaşadığını demiş, sonrakı danışıqları zamanı Naxçıvan Muxtar Respublikasında yaşadığını bildirmiş, Nicadla bir dəfə Naxçıvan şəhərində, "Beer bakal" adlı kafedə görüşmüş, pivə içmişdir. Sonrasında yenə Nicadla söhbət zamanı o ona arvadı barədə demiş, ondan arvadı ilə cinsi əlaqədə olmağı istəmiş, ilk əvvəl Nicada inanmasa da sonrakı söhbətləri zamanı onun ciddi olduğunu görmüş, həmçinin Nicadla telefonla səsli danışıq zamanı o telefonu arvadı dediyi şəxsə vermiş, həmin şəxslə danışan zaman isə qadın ona hər hansı problemin olmadığını, gələ biləcəyini demişdir. Qadın razılaşdıqdan sonra Nicad ondan cinsi əlaqədə olmaq üçün 70 manat pul verməli olduğunu demiş, Nicada həmin pulun çox olduğunu bildirmiş, 40-50 manat verə biləcəyini demişdir. Nicad isə pulu özünün götürmədiyini, Sevincə verməyini bildirmiş, özünə isə bir ədəd litrlik pivə alıb aparmağı demişdir. 2024-cü ilin noyabr ayında Nicadın istədiyi pivəni alaraq taksi ilə onların Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən evlərinə getmiş, Həmin vaxt gecə olduğundan hava qaranlıq olmuş, Nicad onu qarşılamış, evə aparmışdır. Evin işıqları sönülü olmuş, Nicad onu evdə otaqlardan birinə aparmış, telefonun işığından istifadə etmişdir. Nicadın arvadı Sevinci həmin vaxt görüb tanımış, Sevinc əvvəllər onların qonşusu olmuşdur. Nicad həmin vaxt onların yanında olmuş, sonra paltarlarını soyunmuş, Sevinclə təbii yolla cinsi əlaqəpə olmuşpdur. Sevinclə cinsi əlaqədə olduğu zaman isə Nicad özü otaqda olmuş, qaranlıq olduğu üçün isə nə etdiyini bilməmişdir. Nicad özü ona Sevinclə əlaqədə olduğu zaman həzz aldığını bildirmişdir. Sevinclə əlaqədə olub bitirdikdən sonra 50 manat pulu Sevincə vermiş, Nicad da həmin vaxt yanlarında olmuş, sonra Nicad onu evdən çıxarmış, öz evinə getmişdir. Üzərindən bir müddət keçdikdən sonra 2025-ci ilin əvvəllərinde Nicad yenə onunla danışarkən Sevinclə cinsi əlaqədə olmağa dəvət etmiş, Nicad həmçinin onunla görüntülü formada danışmış, Sevinc də yanında olmuş, Sevinc onu cinsi əlaqədə olmağa dəvət etmiş, o da razılaşmışdır. Gecə vaxtı havanın qaranlıq zamanı Nicadın evinə getmiş, Nicad onu qarşılayıb Sevincin yanına aparmış, evin işıqları yenə sönülü olmuş, orada Sevinclə təbii yolla cinsi əlaqədə olmuşdur. Nicad özü yenə onlarında yanında olmuş, Sevinclə əlaqəde olduqdan sonra isə Sevincə 40 manat pul vermiş, Nicad özü isə bu dəfə pivə istəsə də ona pivə və başqa nəsə almadan getmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə onunla əlaqədə olmağı istəsə də Nicadla heç bir halda əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 4 aydır tanımışdır. Özünə məxsus "MG" markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilini satmaq üçün elan səhifəsinə yerləşdirmiş, Təqsirləndirilən şəxs əlaqə saxlamış, hətta avtomobilə baxmışdır. Sonrasında isə ona vatsap vasitəsilə mesajlar yazmış, ünsiyyət yaratmışdır. Nicadın əvvəllər normal insan olduğunu düşünmüş, onunla bir müddət danışdıqdan sonra bir nəfər qadın tanışının olduğunu, onunla cinsi əlaqədə olmaq istəyibistəmədiyini soruşmuş, ona qadının kim olduğunu demiş, Nicad qohumu olduğunu bildirmişdir. Nicadın ilk əvvəl məzələndiyini fikirləşmiş, sonradan Nicadla danışıqlar zamanı dəfələrlə ona qohumu ilə cinsi əlaqədə olmağı təklif etmiş, Nicada həmin qadının nömrəsini ona verməyini bildirmişdir. Nicad qadının şəkilini və mobil nömrəsini vatsap vasitəsilə göndərmiş, şəkilə baxmış, qadının üz nahiyyəsini görmüşdür. Nicadın göndərdiyi mobil nömrə ilə vatsap vasitəsilə danışmış, qadın adının Sevinc olduğunu, Nicadın qohumu yox elə arvadı olduğunu demişdir. Sevincə Nicadın ona dediklərini bildirdikdə Nicadın ona hər şeyi dediyini, cinsi əlaqəde olacağını demiş, sonra yenə Nicadla danışıb bir müddət Sevinclə cinsi əlaqədə olmağa getməkdə tərəddüt etmişdir. Nicad bu müddət ərzində dəfələrlə onu Sevinclə cinsi əlaqədə olmağa dəvət etmiş, Sevinclə danışdığını, öz evində bu cinsi əlaqəni təşkil edəcəyini, özünün də evdə olub rahat cinsi əlaqədə olmalarına kömək edəcəyini, onu evə özünün salıb çıxaracağını demişdir. 2025-ci ilin fevral ayında spirtli içki qəbul etmiş, sərxoş olmuş, gecə saat 23 radələrində Nicad yazaraq Sevinclə danışdığını, gedib onunla cinsi əlaqədə olmağı demiş, sərxoş olduğu üçün yox deməyərək hara gələcəyini soruşmuş, Nicad Tumbul kəndində yaşadığını, həmin kəndə gəlməyini, orada onu qarşılayacağını deyib evin yerləşdiyi istiqaməti bildirmiş, ilk dəfə avtomobili ilə oraya getmiş, Nicad onu küçədə qarşılamış, evə aparmışdır. Gece saat 23 radələri olduğundan hava qaranlıq olmuş, evin də işıqları sönülü olmuşdur. Nicad onu otaqların birinə aparmış, işıqları yandırmamış, Sevinc otaqda olmuşdur. Sevinclə həmin otaqda cinsi əlaqədə olmuş, otaqda onlardan başqa onların uşaqları olmuş, onlar yatmışlar. Özü isə Sevinclə yerdə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olan zaman təbii yolla cinsi əlaqədə olmuş, Nicad isə arabir cinsi əlaqədə olan zaman otağa girib çıxmışdır. Cinsi əlaqədə olduqdan sonra isə Nicad onu təkrar evdən çıxarmış və o getmişdir. Sonrakı günlərdə Nicad yenə dəfələrlə vatsap vasitəsilə danışarkən arvadı Sevinclə danışdığını gəlib onunla cinsi əlaqədə olmağı demiş, Özü də ara-bir Sevinclə danışmış, ondan əri Nicad barədə soruşduğu zaman o Nicad nə deyirsə onu edəcəyini deyib razılıq verdiyini bildirmişdir. İkinci dəfə 2025-ci ilin mart ayında Nicadın təklifi ilə arvadı Sevinclə cinsi əlaqədə olmağa getmiş, ikinci dəfə gedən zaman isə Nicad ona bu dəfə qıza pul verməyi demişdir. Nə qədər pul verəcəyini dedikdə isə nə qədər istəsə o qədər verməyini bildirmişdir. Taksi ilə Nicadın evinə getmiş, gecə saat 23 radələri olmuş, Nicad onu birinci dəfə olduğu kimi qarşılayıb evə aparmış, orada Sevinclə yenə təbii yolla cinsi əlaqədə olmuş, Sevincə 25 manat pul vermiş, sonrasında isə evdən çıxıb getmişdir. Nicad yenə ona gəlib onun arvadı ilə cinsi əlaqədə olmağı demiş, 2025-ci ilin aprel ayının 5-də yenə Nicadın evinə getmiş, Sevincə də əvvəlcədən yazmış, Sevinc də Nicadla danışıb razılığı varsa özünün də razı olduğunu, gəlməyini demişdir. Nicadla danışan zaman ona bir ədəd pivə almağı istəmiş, yol üzərində olan mağazaların birindən 1 litrlik "Prestij" Naxçıvan pivəsi alıb oraya getmiş, Nicad onu yenə küçədə qarşılamış, evə aparmış, Nicada aldığı pivəni vermişdir. Sonrasında yenə Sevinclə cinsi əlaqədə olmuş, Nicad isə pivəsini içərək gah otağa girmiş, gah da çıxmışdır. Cinsi əlaqədə olduqdan sonra isə Sevincə 25 manat pul vermiş, sonra isə evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə 3 dəfə cinsi əlaqədə olmuş, ilk dəfə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğum zaman nə özü nə də ki, Nicad pul istəmədiyi üçün pul verməmiş, sonrasında Nicad ona Sevincə pul verməyi dediyi üçün 2-ci və 3-cü dəfə cinsi əlaqədə olduğu zaman Sevincə 25 manat pul vermiş, 3-cü dəfə cinsi əlaqədə olduğu zaman isə Nicad ona pivə almağını istəmiş, 1 litrlik "Prestij" Naxçıvan pivəsi alıb Nicada vermişdir. Nicad özü Sevincə pul verməyini dediyi üçün həmin pulun bir hissəsini ya da hamısını sonradan Sevincdən aldığını düşünmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostu Asimanın vasitəsilə tanımış, ünsiyyəti yaranmış, vatsap vasitəsilə də onunla danışmışdır. Nicad söhbət zamanı bir dəfə onun qadın tanışı olduğunu, tanışının ondan xoşu gəldiyini, həmin qadınla cinsi əlaqədə olmağı istəyib istəmədiyini demiş, Nicada istəmədiyini demiş, sonra Nicad ona həmin qadının şəkilini göstərmiş, lakin ona qadının öz arvadı olduğunu deməmiş, qadınla danışmış, adının Sevinc olduğunu demiş, adını telefonunda "Cahan" olaraq qeyd etmişdir. Sonrakı günlərin birində içkili olduğu vaxt Nicad mesaj yazaraq onu həmin qadınla cinsi əlaqədə olmağa çağırmış, yox deməyərək Nicadla razılaşmış, Nicad ondan heçnə istəməmiş, Tumbul kəndinə gəlməyini bildirmişdir. Taksi çağırıb getmiş, Nicad onu küçədə qarşılayıb evə aparmış, Sevinc salonun qarşısındakı otaqda onu gözləmişdir. Sevinclə yataq otağına keçmiş, Sevinc soyunmağa başlamış, sonra onun paltarlarını da Sevinc çıxarmış, birlikdə təbii yolla cinsi əlaqəde olmuşlar. Əlaqədə olduğu zaman isə otağın işıqları sönülü halda olmuş, Nicadın isə həmin vaxt harada olduğunu görməmiş, cinsi əlaqədə olub boşaldıqdan sonra Sevincə 50 manat pulu vermiş, Sevinc həmin pulu cibinə qoymuşdur. Evdən çıxarkən Nicad yataq otağının qarşısında dayanmış, əlində də siqaret olmuşdur. Sonra taksi çağırıb getmişdir. Təxminən 1 ay sonra yene Nicad onunla vatsap vasitəsilə danışarkən onu evə dəvət etmiş, yenə içkili halda sərxoş olmuş, Nicada razılıq vermiş, Nicad pivə və siqaret almağı istədiyi üçün siqaret və pivəni alaraq taksi ilə evlərinə getmiş, Nicad onu qarşılamış, evə aparmış, Sevinc salonda yataq otağının qarşısında gözləmişdir. Sevinclə otağa keçmiş, ev qaranlıq olduğu üçün Nicadın harada olduğunu görməmiş, Sevinclə yenə təbii yolla cinsi əlaqədə olmuş, əlaqədə olduqdan sonra ise otaqdan çıxmış, Nicad isə salonda oturmuşdur. İkinci dəfə cinsi əlaqədə olduqdan bir müddət sonra Nicad onu yenə evə çağırmış, pivə və siqaret almağı istəmiş, 1 litrlik Müller pivəsi və 1 qutu "Keno" siqareti alıb getmişdir. Orada Sevinclə cinsi əlaqədə olmuş, evin işiqları yenə sönülü olmuş, Nicadın harada olduğunu görə bilməmişdir. Sevinclə əlaqədə olan zaman bu dəfə həm normal şəkildə təbii yolla cinsi əlaqədə olmuş, həm də cinsi orqanını ağzına almağa başlamışdır. Əlaqədə olduqdan sonra evdən çıxarkən Nicad ona Sevincin onun arvadı olduğunu demiş, birinci inanmamış, Nicada ondan uzaq durmasını deyib getmişdir. Sevincə və Nicada pul verməmiş, Dördüncü dəfə isə Nicad onu yenə evinə Sevinclə əlaqədə olmağa dəvət etmiş, Sevincin Nicadın arvadı olduğunu bilsə də sərxoş olduğundan Nicadla razılaşıb istədiyi siqaret və pivəni alıb evlərinə getmiş, Nicad vatsap vasitəsilə yazaraq Sevincə verəcəyi pulu bu dəfə onun özünə verməyi demiş, o razılaşmış, Tumbula getmişdir. Saat gec olduğu üçün Sevinc yatmış, Nicad Sevinci oyatmış, sonra biraz Sevinclə söhbət etmiş, nə üçün onunla şəxsən danışmadığını demiş, ona cinsi əlaqə üçün gəldiyini demişdir. Sevinc də onunla soyunaraq cinsi əlaqəde olmuş, həmin vaxt otaqda səslər eşitmiş, nə olduğuna baxdıqda Nicadın pivə içə-içə onlarla birlikdə otaqda olduğunu görmüşdür. Nicad Sevinclə cinsi əlaqədə olan zaman özü də qoşulmaq istədiyini demiş, Nicada yox deyib imtina etmişdir. Nicad özü otaqdan çıxmış, özü Sevinclə cinsi əlaqədə olmuş bu dəfə də Sevinc onun cinsi orqanını ağzına almışdır. Əlaqədə olduqları üçün isə bu dəfə də Sevinc pul istəməmiş, evdən çıxarkən 50 manat pulu Nicada vermişdir. Nicad pulu cibinə qoymuş, sonradan yenə onu evlərinə çağırmaqla arvadı ilə cinsi əlaqədə olmağı təklif etmiş, Nicadın özü sonuncu dəfə pul istədiyi üçün artıq gəlməyəcəyini demiş, həmçinin Nicad ondan özü ilə əlavə adam gətirməyi də istəmiş, bunun yaxşı olmayacağını düşünüb Nicadla əlaqəni kəsməyə qərar vermişdir. 4 dəfə Sevinclə cinsi əlaqədə olmuş, hər birində isə sərxoş olmuşdur. Nicadın tanışının arvadı olduğunu bildiyi zaman ondan bunu nə üçün etdiyini soruşduqda Nicad arvadı ilə cinsi əlaqədə ola bilmədiyini, pul qarşılığında arvadı ilə onu görüşdürmək istədiyini demiş, nəfsinə qalib gələ bilməyib onlara gedib Sevinclə dəfələrlə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə onunla əlaqədə olmağı istəsə də Nicadla heç bir halda əlaqədə olmamışdır. Sevincin razılığı olduğunu düşünüb onunla cinsi əlaqədə olmuş, Sevinc özü ona hər hansı etiraz bildirməmişdir. İttiham aktından məlum olur ki, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Şahid2 ifadələrində ziddiyyət olduğundan onların arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Şahid2 arasında aparılmış üzləşdirmə zamanı, hər iki şəxsin bir-birini tanıdıqları, Zərərçəkmiş şəxs Coşqundan pul istəməməsi, Nicadın onunla kim əlaqədə olursa pul verdikləri zaman götürüb ona verməyini deməsi, Coşqundan aldığı pulun çox vaxt miqdarını da soruşmadan Nicada verməsi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi MTE və PAB-nin 17 aprel 2025- ci il tarixli 232 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində, eləcə də xarici cinsiyyət üzvündə ле onun ətrafında, hər iki bud nahiyyələrində və arxa keçəcək dəliyində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Naxçıvan MR Səhiyyə Nazirliyi MTE və PAB-nin 07 may 2025- ci il tarixli 272 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcək dəliliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər-düz bağırsağın ampulyar hissəsinin genişlənməsi, arxa keçəcək sfinktorunun tonusunun azalması, çapıq toxumasının olması, şüavari büküşlərin hamarlaşması və kobudlaşmasıdır, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, müddəti 2-3 həftə və daha əvvələ uyğun gəlir, yəni köhnədir. Qeyd olunan xəsarətlər bərk cismin, eləcə de gərginləşmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində əmələ gəlməsi mümkündür, eləcə də çox saylı, yəni dəfələrlə qeyritəbii yolla cinsi əlaqədə olmağa xarakterikdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin iş üzrə 1 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və rəy alınmışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 7 may 2025-ci il tarixli 215 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs "Transvestizm" psixi xəstəliyi vardır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin iş üzrə 1 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və rəy alınmışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 8 may 2025-ci il tarixli 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 15 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində məhkəmə-psixoloji ekspertizası təyin olunaraq keçirilmiş və rəy alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 562 saylı rəyindən görünür ki, 1-ci sual üzrə: Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərine görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi, daha yaxın olmaqla, sinir sisteminin tipi qüvvətlidir. Zərərçəkmiş şəxs fərdipsixoloji xüsusiyyətlərində sakit, ailəcanlı, özünəqapanıq, təmizkar, laqeydlik, öz gücünə inamsız, prinsipialsız və s. kimi əlamətlər müşahidə olunur. 2-ci sual üzrə: Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətləridə təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkər etməyə meyillilik əlamətləri müəyyən olunur. 3-cü sual üzrə: Zərərçəkmiş şəxs fərdipsixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, lakin Zərərçəkmiş şəxs hadisə barədə müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. 4 və 5ci suallar üzrə: Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. 6-cı sual üzrə: Zərərçəkmiş şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstermal dəyişiklik baş verməmişdir. Zərərçəkmiş şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. İbtidai istintaq zamanı 14 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 məxsus "İphone 15 pro" markalı mobil telefonun vatsap proqramında "Nicat Tumbul" adı qeyd olunmuş +**********82 mobil nömrəsi ilə yazışmalar aşkar olunmuş, yazışmalardan "Nicat Tumbul" adlı şəxs Kamran Mirzəmmədovu onun özü və arvadı ilə cinsi əlaqədə olmaq üçün dəvət etdiyi məlum olmuşdur. Bundan başqa mobil telefonda WA Business adlı proqrama daxil olunduqda "Nicat Tumbul" adı qeyd olunmuş +**********82 mobil nömrəsi ilə yazışmalar aşkar olunmuş, yazışmalardan "Nicat Tumbul" adlı şəxsin Kamran Mirzəmmədovu onun özü və arvadı ilə cinsi əlaqədə olmaq üçün dəvət etdiyi məlum olmuşdur. İbtidai istintaq zamanı 14 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi istifadəsində olmuş "Redmi Note 11S" markalı mobil telefonun "vatsap" proqramına daxil olunduqda Təqsirləndirilən şəxs vatsap vasitəsilə bir neçə şəxslə danışması, həmin danışıqlara baxış keçirildikdə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə bağlı həmin şəxslərlə danışması və həmin şəxsləri arvadı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün dəvət etməsi, həmin danışıqlar zamanı isə pul və digər nemət tələb etdiyi məlum olmuşdur. İbtidai istintaq zamanı 14 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi, istifadəsində olan "İphone 15 pro max" markalı mobil telefonun "telefon" adlı proqramına daxil olunduqda Zərərçəkmiş şəxs +**********84 mobil nömrəsini telefonuna qeyd edib adını "Cahan" olaraq qeyd etməsinə dair məlumat olması məlum olmuşdur. İbtidai istintaq zamanı 14 aprel 2025-ci il tarixli mobil telefona və yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "Redmi 13C" markalı mobil telefonun proqramlar menyusunda yerləşən "telefon" adlı proqrama daxil olundu, həmin proqramın fəaliyyəti telefonda olan mobil operator nömrələri vastəsilə digər mobil telefonlarda olan operotor nömrələri ilə qarşılıqlı yaranmış iki tərəfli zənglərdən ibarətdir. Həmin mobil telefondan gedən və gələn zənglər siyahısında, mobil telefonun proqramlar menyusunda olan "mesajlar" adlı proqramda və telefonun proqramlar menyusunda yerləşən proqramlarında, telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs təqdim etdiyi 4 GB ölçüdə yadda kartı istifadəsində olan "Redmi 13C" markalı mobil telefona daxil edildi. Yaddaş kartı mobil telefonda açıldıqdan sonra içərisində Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb etməsinə dair fotoşəkillər formasında mesajlaşmalar müəyyən olunmuşdur. İttiham aktından aydın olur ki, 14 iyun 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "Redmi Note 11S" markalı mobil telefon və Zərərçəkmiş şəxs təqdim etdiyi 4 GB ölçüdə yadda kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən təqdim olunmuş tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması göstərilmişdir. xx xxxxxxxx 1994-cü il tarixdə Babək rayonu Qaraçuq kəndində anadan olmuşdur, işsizdir, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla yaşamışdır. Barəsində alınmış arayışlarda və xasiyyətnamədə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi ağırlaşdırıcı hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması yüngülləşdirici hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. eləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. zərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hal əməlin təkrar törədilməsidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 243.1-ci maddəsinin sanksiyası həddində azadıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcına gəldikdə məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 18 aprel 2025-ci il tarixdə seçilərək həbsin əvvəlinin məhz 16 aprel 2025-ci il tarixdən-şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "Redmi Note 11S" markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalı, Zərərçəkmiş şəxs təqdim etdiyi 4 GB ölçüdə yadda kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqixidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması əmlak yoxdur. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "Redmi Note 11S" markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 4 GB ölçüdə yadda kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-psixoloji ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 120 (yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-61/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-61/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver