Məhkəmə qərarları › İş №1(078)-63/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-63/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-63/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Şahid2 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2008-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Babək rayon, Cəhri qəsəbində yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.2008-ci ildə Babək rayonu, Cəhri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayon Cəhri qəsəbində qeydiyyatda olmaqla yaşayan və barəsində 22 iyul 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 16 sentyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə Naxçıvan şəhəri, Nizami küçəsi, ev 53-ün ikinci mərtəbəsində bağlı vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus velosipedin qıfılını sındıraraq qabaqcadan əlbir olmaqla özgənin əmlakını gizli olaraq talamışdırlar. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1 ilə Naxçıvan şəhəri, Nizami küçəsi, ev 53-ün ikinci mərtəbəsində bağlı vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus velosipedin qıfılını sındıraraq qabaqcadan əlbir olmaqla özgənin əmlakını gizli olaraq talamışdırlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 14 radələrində dostu Aminlə yaşadıqları Babək rayon Cəhri qəsəbəsindən çıxaraq Naxçıvan şəhərinə gəzməyə gəldiyini, Naxçıvan şəhər Nizami küçəsində olan zaman orada olan binaların üzərinə çıxıb şəkil çəkdirmək qərarına gəldiklərini, onlar orada olan binaların birinin blokuna daxil olub yuxarı mərtəbələrə çıxan zaman 2-ci mərtəbədə tünd yaşıl rəngli velosipedin divara bağlandığını gördüyünü və yuxarı qalxmayaraq velosipedin yanında dayandıqlarını, həmin vaxt dostu Aminə “nə qəşəy velosipeddi bəlkə bunu aparaq sürək” dediyini, lakin velosipedi götürmək istəsələr də bağlı olduğu üçün götürə bilmədiklərini, sabah gəlib velosipedi çıxarıb aparmağı planlaşdırdıqdan sonra yaşadıqları Cəhri qəsəbəsinə qayıtdıqlarını, həmin günü evə getdiyini, ata və anasına şəhərdə binada yaşayan qoca şəxsin evdən köçdüyünü və velosipedi atdıqlarını bildirərək oradan keçdiyi zaman velosipedə baxdığına görə ona pay verdiklərini dediyini, atasının ona “elə şey olmaz” desə də elə olduğunu və velosipedi sabah gətirəcəyini dediyini, səhəri günü Aminlə onların həyətindən dəmirkəsən və öz həyətindən kəlbətin götürüb avtobusa minərək Naxçıvan şəhərinə gəldiyini, təxminən saat 14 radələrində avtobusdan avtovağzalda enib həmin velosiped olan binaya gələrək 2-ci mərtəbədə olan velosipedi bağlandığı yerdən sökməyə başladıqlarını, arada kimsə gələr deyə ətrafa baxdığını, velosipedi oradan sökən zaman həmin mərtəbə tərəfdən qapıdan səs gəldiyini, alətləri ciblərinə qoyduğunu, həmin vaxt 3-cü mərtəbədən bir nəfər şəxsin çıxaraq aşağı endiyini, onların da bildirməmək üçün aşağı endiklərini, həmin şəxs getdikdən sonra yenidən yuxarı qalxıb velosipedin qıfılını qırıb velosipedi çıxardıqlarını, velosipedi aşağı endirdikdən sonra Şəhriyar küçəsi tərəfdə yaşayan xalası Ağcagilə getdiklərini, həmin tərəfdə 1 saata yaxın velosipedi sürdüklərini, sonra velosipedi Ağca xalasıgilin həyətinə qoyub kəndə qayıtdıqlarını, həmin günü anası Məhəbbətlə Naxçıvan şəhərinə Əliabad qəsəbəsinə Nazilə xalasıgilə gəldiyini, oradan piyada Ağca xalasıgilə gedərək velosipedi götürdüyünü və Əliabada gətirdiyini, atasına ona pay verilən velosipedin bu olduğunu dediyini və həmin günü velosipedi ailəsilə birlikdə kəndə yaşadığı evə apardığını, əməlindən peşman olduğunu, iş üzrə zərərçəkmiş şəxs X10 ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 14 radələrində dostu Rəşadla yaşadıqları Babək rayon Cəhri qəsəbəsindən çıxıb Naxçıvan şəhərinə onun ad gününü qeyd edə bilmək üçün gəzməyə gəldiklərini, Rəşadla Nizami küçəsində olan zaman orada olan binaların üzərinə çıxıb şəkil çəkdirmək istədiklərini və orada olan binaların birinin blokuna daxil olub sonuncu mərtəbəyə çıxan zaman 2-ci mərtəbədə yaşıl rəngli velosipedin divara bağlandığını gördüklərini, yuxarı qalxmadıqlarını və həmin velosipedə baxmağa başladıqlarını, Rəşadın bu zaman “nə qəşəy velosipeddi bəlkə bunu aparaq sürək” dediyini və onlar velosipedi götürmək istəsələr də bağlı olduğu üçün götürə bilmədiklərini, Rəşadla şəhərdə gəzib yaşadıqları evə qayırdaraq sabahı günü velodipedi götümək üçün plan hazırladıqlarını, Rəşadın ona velosipedi qıfılla bağlandığı yerdən götürmək üçün evdən dəmirkəsən götürməyini dediyindən evdən dəmirkəsən götürüb Rəşadgilə getdiyini, Rəşad həyətdən kəlbətin götürərək saat 13 radələrində avtobusa mindiklərini, Rəşadla təxminən saat 14 radələrində avtobusdan avtovağzalda enib həmin velosiped olan binaya getdiklərini, 2-ci mərtəbəyə qalxdıqlarını və həmin velosipedin bağlandığı qıfılı qırıb sökməyə başladıqlarını, qıfılı dəmirkəsən vasitəsilə qırdığını, Rəşadın da arada kimsə gələr deyə ətrafa baxdığını, onlar velosipedin qıfılını oradan sökən zaman 3-cü mərtəbə tərəfdən qapıdan səs gəldiyini, Rəşad və onun alətləri ciblərinə qoyduqlarını, 3-cü mərtəbədən bir nəfər şəxsin çıxaraq aşağı düşdüyünü, onların da bildirməmək üçün aşağı endiklərini, həmin şəxs getdikdən sonra onların yenidən yuxarı qalxıb velosipedi oradan söküb çıxartdıqlarını, Rəşadla velosipedi aşağı endirib, Rəşadın Şəhriyar küçəsi tərəfdə yaşayan xalası Ağcagilə apardıqlarını, orada 1 saata yaxın velosipedi sürdükdən sonra velosipedi Ağca xalagilin həyətinə qoyub kəndə qayıtdıqlarını, səhəri günü Rəşadın velosipedi evlərinə gətirdiyini gördüyünü və yenə də velosipedi sürməyə davam etdiklərini, əməlindən peşman olduğunu, iş üzrə zərərçəkmiş şəxs X10 ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 gündəlik olaraq bir saat velosiped idarə etdiyini, ona məxsus velosipedin 29-luq “MEİREDİ” firmasına aid olduğunu, gündəlik velosipedi idarə etdikdən sonra yaşadığı binanın birinci mərtəbəsi ilə ikinci mərtəbənin arasındakı boş yerə qıfılla bərkidib evə getdiyini, 26 fevral 2024-cü il tarixdə keçiridiyi avtoqəza ilə bağlı məhkəmə-tibb ekspertizasına gedən zaman velosipedin orada olduğunu gördüyünü, axşam saatlarında marketə gedən zaman velosipedin yenə dünən qıfılla bağladığı yerdə olmadığını gördüyünü və binadan aşağı düşüb ətrafa baxmağa başladığını, sonra yenidən velosipedi bağladığı yerə qayıdıb baxmağa başladığını və orada nə velosipeddən, nə də ki, onu dəmirə bərkitdiyi qıfıldan iz olmadığını gördüyünü və dərhal bu barədə 102 polis zəng xidmətinə müraciət etdiyini, polis əməkdaşlarının gəlib ondan hadisənin necə baş verdiyini öyrəndikdən sonra hadisə yerini müayinə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 26 fevral 2024-cü il tarixdə axşam saat 18 radələrində ailəlikcə bacısı Nazilənin ad gününü qeyd etmək üçün Naxçıvan şəhərinə gəldiklərini, ad günündə iştirak etdikdən sonra saat təxminən 23 radələrində yaşadıqları Babək rayonu, Cəhri kəndinə qayıtmaq üçün taksi çağırdıqlarını, bacısıgilin evindən çölə çıxan zaman oğlu Rəşadın əlində velosipedlə çağırdıqları taksinin yanına gəldiyini, özünün Rəşaddan bu velosipedi kimdən və haradan aldığını soruşduğunu, Rəşadın da ona, qoca kişiyə ərzaqlarının daşınmasında yardım etdiyini və əvəzində bu velosipedi sürməyə ona verdiyini dediyini, övladı Rəşada inanmadığını, lakin bacısıgilin yanında olduğuna görə çox üstünə getmədiyini, velosipedi də avtomobilə qoyub Cəhridə yerləşən evə apardıqlarını, bir müddət sonra Polis əməkdaşlarının onun ərinə zəng vurub oğlu Rəşadın götürdüyü velosipedin oğurluq olduğunu dediyini, həmin vaxt əri Elşənin də ona zəng vuraraq bunu bildirdiyini, polis əməkdaşlarının gəlib hadisənin necə olduğu barədə onlara dediyini və evlərinə baxış keçirib velosipedi götürdüklərini bildirdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs X10 19 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlarla barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 15 iyun 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, X6 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) İş materiallarında olan 26 fevral 2024-cü il tarixli ərizədən görünür ki, X1 şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə özünə məxsus olan velosipedin yaşadığı binanın blokundan naməlum şəraitdə naməlum şəxslər tərəfindən oğurlandığını, bununla bağlı ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 11) İş materiallarında olan 02 mart 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 16) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 281 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən 01 ədəd “MEİREDİ" markalı, 29-luq velosipedin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti (nəzəri qaydada) 160,00 (bir yüz altmış) manat müəyyən edilir. (cild İ, iş vərəq 24) İş materiallarında olan 21 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək velosipedinin oğurlandığını bildirmişdir. Keçirilən əməliyyat axtarış tədbirləri zamanı velosipedi oğurlayan şəxslərin Babək ravon Cəhri qəsəbəsi sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1yev izahatında velosipedi oğurladıqlarını və Təqsirləndirilən şəxs1yevin Babək rayon Cəhri qəsəbəsində yaşadığı həyət evinə apardıqlarını bildirmişdirlər. X4 ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin Babək rayon Cəhri qəsəbəsində olduğu müəyyən edilmişdir. Baxış zamanı Rəşad Fəlullavev və Təqsirləndirilən şəxs2 velosipedin həmin həyət evində yerləşən yardımçıq tikilidə olduğunu bildirmişdir. Baxış zamanı həmin yardımçı tikilidən X7 məxsus olan Meiredi markalı yaşıl rəngli velosiped, bir ədəd kəlbətin və dəmirsındıran ləvazimat götürülmüşdür. (cild İ, iş vərəq 32-33) İş materiallarında olan 14 iyun 2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, HKpi-192/24 nömrəli material üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində anası Şahid1 təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 40) İş materiallarında olan 14 iyun 2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, HKpi-192/24 nömrəli material üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində anası Şahid2 təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 47) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən X8 dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 75) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 76-77) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 88-89) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi2 dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 99) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 100-101) İş materiallarında olan 22 iyul 2024-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 112-113) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli, 1304 nömrəli məktubdan görünür ki, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 118) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli, 1303 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan və Babək rayon Cəhri qəsəbəsində yaşayan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 119) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 121) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs1 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 122) İş materiallarında olan 03 avqust 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı bir ədəd velosiped, bir ədəd kəlbətin və bir ədəd dəmirsındıran ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, oğurlanan bir ədəd velosiped Zərərçəkmiş şəxs qaytarılmış, kəlbətin və bir ədəd dəmirsındıran məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Şəhər Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. (cild İ, iş vərəq 196) İş materiallarında olan əşyanın qaytarılması barədə qəbzdən görünür ki, “MEİREDİ" markalı, yaşıl rəngli, 29-lu velosiped zərərçəkmiş şəxs X7 03 avqust 2024-cü il tarixdə qaytarılmışdır. (cild İ, iş vərəq 197) İş materiallarında olan Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 1140 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Babək rayon, Cəhri qəsəbəsində yaşayır. (cild İ, iş vərəq 140) İş materiallarında olan Babək rayon Cəhri qəsəbə Q.Əkbərov adına 1 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 2013-cü ildən Q.Əkbərov adına Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbində təhsil almış və 2024-cü ildə məktəbin Xİ (on birinci) sinfindən məzun olmuşdur. Təqsirləndirilən şəxs1 məktəbdə təhsil aldığı müddətdə özünü səmimi, mehriban və yoldaşları ilə münasibətdə müsbət xarakterli insan kimi göstərmişdir. İntizamlı və məsuliyyətlidir. Verilən tapşırıqları vaxtında yerinə yetirməyi sevir. Yoldaşları ilə ünsiyyət qurmaqda bacarıqlıdır. Səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə qısa müddət ərzində məktəbin müəllim və şagirdləri arasında böyük hörmət qazanmışdır. Dəqiq elmləri sevir. Kompüter proqramlarında və STEAM proqramı üzrə dəfələrlə məktəbi təmsil etmişdir. Vətənpərvərdir. Dövlətin siyasətini düzgün başa düşür. İdmana həvəsi var. Fiziki inkişafı normaldır. Məktəbin ictimai işlərində yaxından iştirak etməyi sevir. Daim öz üzərində çalışandır. Məktəbdə təhsil aldığı müddətdə məktəb rəhbərliyi tərəfindən heç bir cəza almamışdır. (cild İ, iş vərəq 142) İş materiallarında olan Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 1141 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Babək rayon, Cəhri qəsəbəsində yaşayır. (cild İ, iş vərəq 138) İş materiallarında olan Q.Sadiqov adına Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2014/2015ci tədris ilində Q.Sadiqov adına Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin İ sinifinə daxil olub. Hal-hazırda Q.Sadiqov adına Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin Xİ sinfində təhsilini davam etdirir. Təqsirləndirilən şəxs2 nümunəvi şagirddir. O daim öz üzərində çalışır. Təqsirləndirilən şəxs2 oxuduğu müddət ərzində özünü tərbiyəli dərsə davamiyyətli bir şagird kimi tanıtmışdır. O nizam-intizamı ilə seçilərək yoldaşlarına nümunə olmuş, müəllim kollektivinin hörmətini qazanmışdır. O. məktəbdə keçirilən ictimai tədbirlərdə fəal iştirak etmişdir. Lakin dərslərini zəif oxuyur qavraması zəifdir. Təqsirləndirilən şəxs2 gündəlik dərsə davamiyyətli və məktəbdaxili növbətçiliyi, başqa şagirdlərdə maraq doğurmuşdur. Məktəb direktoru tərəfindən heç bir cəza almamışdır. (cild İ, iş vərəq 143) İş materiallarında olan Babək rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, 2008-ci il təvəllüdlü Babək rayon Cəhri qəsəbə sakini Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildən Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində dispanser qeydiyyatdadır. (cild İ, iş vərəq 144) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməli törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2 və 88.2.1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara xəbərdarlıq tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr yetkinlik yaşına çatmayanın CMnin 72 və 73-cü maddələrində nəzərdə tutulan əsaslarla cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü bütün hallarda nəzərdə saxlamalıdırlar. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsin təqsirini könüllü boynuna alması, səmimi peşmançılığı, zərərçəkmişlə barışması, bir qayda olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas kimi götürülməlidir. Həmin Qərarın 18-ci bəndində qeyd edilmişdir ki, izah olunsun ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə, əvvəl təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəl təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini, nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinin tədbiq edilməsini və cinayət məsuliyyətdən azad edilməsini, tərbiyəvi xarakterli məcburi tədbir olan xəbərdarlıq tətbiq edilməklə islah olunmasını mümkün sayır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə, təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini, nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinin tədbiq edilməsini və cinayət məsuliyyətdən azad edilməsini, tərbiyəvi xarakterli məcburi tədbir olan xəbərdarlıq tətbiq edilməklə islah olunmasını mümkün sayır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195.1 və 195.1.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195.2-ci maddəsinə əsasən Bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 40.00 (qırx manat sıfır qəpik) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd “MEİREDİ” markalı, yaşıl rəngli, iyirmi doqquzluq velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd kəlbətin qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və iş üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd dəmirkəsən qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində xəbərdarlıq növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində xəbərdarlıq növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40.00 (qırx manat sıfır qəpik) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi2 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “MEİREDİ” markalı, yaşıl rəngli, iyirmi doqquzluq velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd kəlbətin qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd dəmirkəsən qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar