Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-64/2025 06.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şərur rayon, Xok kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Kəngərli rayon, Xok kəndində yaşayan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 28 iyul 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2025-ci il tarixdə saat 15:40-da Naxçıvan-Sədərək avtomobil yolunun 8-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına ehtiyat torpaq yola çıxmış, sürücü avtomobili yenidən asvalt yola qaytarmış, avtomobil sürütlənərək əks istiqamətli zolağa keçmiş, Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Naz Lifan” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki sürücü və “Naz Lifan” markalı avtomobildə olan sərnişinlər Şahid1, X7 və Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına daxil olmaları faktı, əsas isə həmin fakta görə toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan və sərxoş halda yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:40-da nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan və sərxoş halda idarə etdiyi "Khazar" markalı **-BB- *** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən "X18" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 8-ci km-də avtomobilin idarəetməsini itirərək əks istiqamətli zolağa keçmiş, Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Naz Lifan" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid "sağ inci sümüyünün sınığı, sol diz qapağında sıyrıq" xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bildiyini, orduda N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlədiyini, ikinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə yaralandığını, müharibə zamanı kəllə beyin travması aldığını, 2021-ci ildə vətən müharibəsində aldığı travmalara görə İİ qrup əlillik aldığını, dövlət tərəfindən ona “Khazar” markalı avtomobil verildiyini, 2025-ci ilin aprel ayının əvvəllərində avtomoblində yaranan nasazlıqla bağlı Naxçıvan şəhərində Pərviz adlı ustaya təmir etməsi üçün verdiyini, xx.xx.2025-ci ildə səhər saatlarında kənddə bacısıgildə olan vaxtı 1 litr 500 qram spirtli içki olan xırdalan pivəsi içdiyini, pivə içəndən sonra gəlib evdə yatdığını, həmin gün günorta saatlarında Pərviz ustanın zəng edərək “avtomobil hazırdı gəl apar” dediyini, ustaya verəcək pulu olmadığı üçün kənddə çörək sexi işlədən Natiqdən 150 manat borca pul alıb taksi ilə Naxçıvan şəhərinə getdiyini, ustaya 150 manat ödədiyini və 110 manat borcu qaldığını, avtomobili götürüb kəndə gəlmək üçün Naxçıvan şəhərindən çıxdığını, Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində hərəkətdə olub Naxçıvan şəhər Gömrük İdarəsini keçib hərəkətinə davam etdiyini, ayıldığında xəstəxanada yanında xalasıoğlu Talehin olduğunu gördüyünü, travmalarına görə özündən getdiyi üçün xəstəxanaya gətirildiyini düşündüyünü, xəstəxanada ona qəza etdiyinin deyildiyini, başında olan travmalara görə hadisə baş verən vaxtı huşu getdiyi üçün hadisənin necə baş verdiyini xatırlamadığını, qorxu-həyəcanı olduğu üçün ona çox şeyi demədiklərini, özünün də 2 ay yarım yataq xəstəsi olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmək istədiyini, sığorta ilə də danışdıqlarını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində 12 aprel 2025-ci il tarixdə Şahbuz şəhərində yaşayan qaynı Elnurgilə getmək üçün qeyd etdiyi avtomobillə Şərur rayonundan çıxdığını, qabaq sərnişin oturacaqda sərnişin kimi götürdüyü Naxçıvan şəhərinə gələn Şərur şəhər sakini Şahid1, arxa oturacaqda baldızı Şahid2, orta oturacaqda qızı Elminə, sağ tərəfdə isə həyat yoldaşı Şahid3 oturduğunu, Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduğunu, Kəngərli rayonu Çalxanqala kənd yolayrıcını keçib hərəkətinə davam etdiyini, Naxçıvan şəhəri tərəfdən Sədərək rayonu istiqamətində hərəkətdə olan ağ rəngli avtomobilin yanından keçərək hərəkətə davam etdiyini, həmin avtomobilin arxasından başqa bir avtomobilin birinci hərəkət zolağından dönərək onun hərəkətdə olduğu zolağa doğru hərəkətini gördüyünü, avtomobillə arasında məsafənin çox az olduğunu, birinci hərəkət zolağından avtomobil ilə ikinci hərəkət zolağına keçdiyini, ani tormuzu basdığını, avtomobilin sürütlənərək həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşduğunu, idarə etdiyi avtomobilin sürütlənərək dayandığını, avtomobildən endiyini, digər avtomobilin Naxçıvan şəhəri istiqamətində yolun sağ kənarında olan dərəyə düşdüyünü, hadisə yerinə yol polisi əməkdaşlarının gəldiklərini, başqa bir avtomobil ilə sərnişinlərin xəstəxanaya yola salındığını, digər sürücü üçün hadisə yerinə təcili yardım avtomobili çağırıldığını, özünün isə başqa bir avtomobillə xəstəxanaya gəldiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladıqlarını, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində xx.xx.2025-ci ildə qardaşıgilə getmək üçün həyat yoldaşının idarə etdiyi “Naz Lifan” markalı avtomobillə Şərur rayonundan çıxdığını, avtomobildə qabaq sərnişin oturacaqda həyat yoldaşının Şərur şəhərindən götürdüyü qadın sərnişin, arxa oturacaqda isə özünün, bacısı Günay və qızı Elminənin oturduqlarını, avtomobilin Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduğunu, Kəngərli rayonu Çalxanqala kənd yolayrıcını keçib hərəkətə davam edən zaman hərəkətdə olduqları avtomobilə zərb ilə nəisə dəydiyini, avtomobilin sürütlənib dayandığını, avtomobildən endiyini, qızını və bacısını avtomobildən endirdiyini, qabaq sərnişinin qapısı açılmadığı üçün Elməddinin gəlib qabaq sərnişinin qapısını açdığını və sərnişini endirdiyini, hadisə yerinə yoldan keçən şəxslər gəldiyini, yolun sağ kənarında dərəyə baxanda dərədə qəzalı vəziyyətdə avtomobil və yanında isə bir nəfərin düşüb qaldığını gördüyünü, yoldan keçən avtomobillə qızı, bacısı, özü və digər sərnişinin xəstəxanaya getdiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 12 aprel 2025-ci il tarixdə bacısının həyat yoldaşı Elməddinin idarə etdiyi avtomobillə qardaşı gilə getmək üçün Şərur rayonundan çıxdıqlarını, arxa oturacaqda ondan başqa bacısı və bacısının qızının oturduqlarını, Şərur şəhərindən Elməddinin bir nəfər qadın sərnişin götürdüyünü, həmin qadının qabaq sərnişin oturacaqda oturduğunu, avtomobilin Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində Kəngərli rayon Çalxanqala kənd yolayrıcını keçib hərəkətə davam etdiyini, anidən Elməddinin avtomobilin tormuzunu basdığını, avtomobilə zərb ilə nə isə dəydiyini, avtomobilin dayandığını, digər sərnişinlərlə birlikdə avtomobildən endiyini, yolun sağ kənarında olan dərəyə tərəf gedib baxan zaman dərədə qəzalı halda olan avtomobili gördüyünü, avtomobilin yanında bir nəfərin düşüb torpaqda qaldığını, orada olan başqa bir avtomobillə xəstəxanaya gəldiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qızı ilə birlikdə Şərur şəhərində yaşadığını, Naxçıvan şəhərinə gəlmək üçün Şərur şəhərində taksi dayanacağına yaxınlaşdığını, taksilərin birinin qabaq sərnişin oturacağında oturacaqda oturduğunu, avtomobil Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman yolda yuxu tutduğu üçün yatdığını, avtomobilin zərblə nəyəsə dəyməsi ilə ayıldığını, avtomobilin dayandığını, sürücü və digər sərnişinlərin avtomobildən endiyini, avtomobilin qabaq hissəsinin qəzalı halda olduğunu, qapısı açılmadığı üçün başqa şəxslərin köməklik edib qapını açdığını, avtomobildən endiyini, başqa bir avtomobillə xəstəxanaya gəldiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:40-da Naxçıvan-Sədərək avtomobil yolunun 8-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına ehtiyat torpaq yola çıxmış, sürücü avtomobili yenidən asvalt yola qaytarmış, avtomobil sürütlənərək əks istiqamətli zolağa keçmiş, Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Naz Lifan” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki sürücü və “Naz Lifan” markalı avtomobildə olan sərnişinlər Şahid1, X7 və Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına daxil olmuşlar. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi Naxçıvan-Sədərək avtomobil yolunun 8-ci km-dədir. Avtomobil yolu düz və qurudur. Hava işıqdır, yağıntı yoxdur. Baxış havanın işıqlı vaxtı təbii işıqlandırma şəraitində aparılır. Avtomobil yolu 2 gedişli və 2 gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər zolağın eni 4 metr, qoşa xətti eni isə 0.50 metr olmaqla yolun ümumi eni 16.50 metrdir. Yolun hər iki istiqamətində sağ kənarı 2 metr enində preslənmiş çınqıl qarışığı ehtiyat torpaq yoldan ibarətdir. Sədərək rayonu istiqamətində yolun sağ kənarında ehtiyat torpaq yolda başlayaraq 25 metr məsafədə uzanan iz vardır. Həmin izlər asvalt yola keçir və iki ədəd qara rəngli iz olaraq qoşa xəttə kimi 20 metr məsafədə, əks istiqamətli zolaqda isə 4 metr məsafədə davam edir. Əks istiqamətli ikinci hərəkət zolağında 3.30 metr uzunluğunda bir ədəd tormuz izi və qara rəngli sürtünmə izləri vardır. İzlərdən sonra qabaq hissəsi qəzalı vəziyyətdə olan sarı rəngli üzü yolu sağ kənarına doğru dayanmış “Naz Lifan” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobil dayanıb. Avtomobilin qabaq hissəsi yolun sağ kənarından 4 metr məsafədə arxa hissəsi isə yolun mərkəzindədir. Avtomobilin önündə asvalt örtük üzərində kapron hissəciklər səpələnmişdir. Həmin hissəciklər yolun sağ kənarına doğru davam edir. Naxçıvan şəhəri istiqamətində yolun sağ kənarında olan dərədə arxa sağ hissəsi qəzalı vəziyyətdə olan “Khazar” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil düşüb qalıb. Hadisə yerinin baxışından müəyyən olunur ki, qeyd olunan avtomobillər toqquşmuşdur, toqquşma yeri Naxçıvan şəhəri istiqamətində qoşa xətdən yolun sağ kənarına doğru 3.20 metr məsafədədir. Toqquşma yerindən “Naz Lifan” markalı avtomobilə olan məsafə 8 metrdir. (cild İ, iş vərəq 6- 8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Şahid1 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Şahid2 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə X2 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2025-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra “Naz Lifan” markalı, **- TA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı avtomobilin ön buferi qırılmış, kaport əzilmiş, alın şüşə çatlamış, ön faralar qırılmış və avtomobilin ön hissəsi deformasiyaya uğrayaraq daxilə doğru sıxılmışdır. (cild İ, iş vərəq 25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş BD225759 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Naz Lifan” markalı, **-TA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2025-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra “Khazar” markalı, **-BB- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı avtomobilin ön buferi qırılmış, arxa qanadlar əzilmiş, arxa bufer qırılmış, sağ qapılar əzilmiş, arxa faralar qırılmış, sağ arxa hissə deformasiyaya uğrayaraq daxilə doğru sıxılmışdır. (cild İ, iş vərəq 29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş BD170015 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar” markalı, **-BB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 173 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ inci sümüyünün sınığı, sol diz qapağında sıyrıq küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində əmələ gələ bilər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs götürülmüş qanda etil spirti aşkar edilməmişdir. (cild İ, iş vərəq 41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 174 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol diz oynağının yumşaq toxumalarının əzilməsi, sol əl pəncəsində sıyrıq və sol baldırın qançırları küt mexnizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir eləcə də avtomobil qəzası nəticəsində əmələ gələ bilər. Xəsarətlərin yetirimə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 175 nömrəli ekspert rəyindən görünür ki, Şahid2 bədən səthi üzərində aşkar edilmiş xəsarət: sol döş nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və sağ baldırında sıyrıq küt mexnizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gələ bilər. Xəsarətlərin yetirimə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 176 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində aşkar edilmiş xəsarət: sol diz oynağının zədələnməsi, sol baldırında qançır küt mexnizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir eləcə də avtomobil qəzası nəticəsində də əmələ gələ bilər. Xəsarətlərin yetirimə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 177 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: başın təpə nahiyyəsinin və sağ qulaq seyvanın 1/3-nin əzilmiş cırılmış yaraları küt mexnizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gələ bilər. Xəsarətlərin yetirimə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs götürülmüş qanda YÜNGÜL dərəcəli sərxoşluq aşkar edilmişdir. (cild İ, iş vərəq 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X22 İdarəsinin 23 aprel 2025-ci il tarixli, 3-13-43-14/2-995/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin Naxçıvan Asan xidmət mərkəzi tərəfindən BC seriyalı 951816 nömrəli “ B1, B, C1, C ” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Lakin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Zərərçəkmiş şəxs sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısına daxil deyil. (cild İ, iş vərəq 45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 12 aprel 2025-ci il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs “Başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş, cırılmış yarası-sağ qulaq seyvanın 1/3 qopması qanaxma”, Zərərçəkmiş şəxs “Sağ bayır topuğun küt travması sağ incik sümüyün sınığı”, Şahid1 “Sağ diz nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi”, X7 “Sağ diz oynağının əzilməsi”, Şahid2 “Sağ diz nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi”- diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsinə daxil olmuşdurlar. (cild İ, iş vərəq 46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2025-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, 24 nömrəli material üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 47-49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş **-TA-*** nömrə nişanlı, “Naz Lifan” markalı avtomobilə qəza zamanı dəymiş ziyanın siyahısından görünür ki, **-TA- *** nömrə nişanlı, “Naz Lifan” markalı avtomobilə ümumilikdə 7576 manat məbləğində ziyan vurulmuşdur. (cild İ, iş vərəq 54) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 31\K nömrəli maddi sübutların müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı nəticəsində 1,314 promil etil spirti aşkar olunmuşdur. Qanda bu miqdarda etil spirti yüngül dərəcəli sərxoşluq dərəcəsinə bərabərdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisalatlar aşkar edilməmişdir. (cild İ, iş vərəq 57-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 may 2025ci il tarixli, 488 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Khazar” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İstintaq tərəfindən göstərilən vəziyyətdə “Naz Lifan” markalı avtomobilin öz yolunda hərəkət etməsi, digər nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı təhlükə yaratmaması və “Khazar” markalı avtomobilin tormozsuz vəziyyətdə 1.3 nişanlanma xəttini kəsib əks istiqamətli zolağa çıxması şəraitində “Naz Lifan” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (cild İ, iş vərəq 61-63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 64-65) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 22 may 2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 23 ünvanda qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Üzvi emosional ləbil pozuntu” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. (cild İ, iş vərəq 72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X6nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 73-74) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 264 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Üzvi emosional ləbil pozuntu. Təşviş daxilolmalarla” psixi xəstəliyi var, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 80-82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi təyin edilmişdir. (cild İ, iş vərəq 102-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 104-106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1990-cı ildə Şərur rayon Xok kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və Kəngərli rayon Xok kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 131-133) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə “Khazar” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və qanuni sahibinə qaytarılmışdır. Cinayət işi üzrə “Naz Lifan” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və avtomobilin xx.xx.2025-ci ildə qanuni sahibinə qaytarılması nəzərə alınmışdır. (cild İ, iş vərəq 138-139) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Fərəcov X5 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci ildə Naxçıvan-Sədərək avtomobil yolunda özünün az ağır bədən xəsarəti almağı ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyini, hadisəni törədən “Khazar” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 145) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti Kəngərli rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2283003AAAC3 nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemi üzərindən müvafiq olaraq 1 iyun 2021-ci il tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra - Komissiya) tərəfindən qiymətləndirilərək “Digər kəllədaxili travmalar, Emosianal Labil pozuntu, Xroniki tikoz pozuntu. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi: sağ qulaqda karlıq, sol qulaqda İİ dərəcə" diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar beş il müddətinə (1 iyun 2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyin olunmuşdur. (cild İ, iş vərəq 149-150) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 427 nömrəli arayışdan görünür ki, Tağıyev X10 rayon, Xok kəndində yaşayır. (cild İ, iş vərəq 146) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 426 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X11, anası X9, qardaşı X12 və qardaşı X13 adlı ailə üzvləri vardır. (cild İ, iş vərəq 147) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs kənddə işgüzar, əməksevər, idmana həvəs göstərən bir şəxs kimi tanınmışdır. Kəndin ictimai işlərində, xeyir və şərində həmişə iştirak etməklə kənd əhalisinin dərin hörmətini qazanmışdır. 2020-ci ildə Qarabağın azad edilməsi uğrunda gedən müharibədə ilk gündən iştirak edərək fədakarlıqla döyüşmüş, döyüşlərin birində ağır xəsarət alaraq qazi olmuşdur. Yoldaşları arasında özünü sadə, mehriban, mərd, cinayətkarlığa və qanunsuzluğa qarşı barışmaz, daim düzgünlüyün tərəfdarı kimi tanınmışdır. (cild İ, iş vərəq 148) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş İ- 5220 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli, 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş İ- 7667 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş İ- 24844 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş İ- 74172 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs 19 avqust 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə mülki iddianın təmin edilməsi və vurulmuş 7576 (yeddi min beş yüz yetmiş altı) manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 96 (doxsan altı) manat pulun təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs oğlu 09 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə 1(078)-64/2025 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödədiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbi olmayacağını, ərizəsinin nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X18» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X18» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «X18» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Təqsirləndirilən şəxsin təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də az cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin ifadəsindən və iş materiallarından məlum olmuşdur ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyi yaranmışdır. Həmçjnin ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirakı ilə bağlı olaraq “Cəsur döyüşçü” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Məhkəmə qeyd edilən bu yüngülləşdirici halı müstəsna hal hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur... Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də az cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 700 (yeddi yüz) manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 01 (bir) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddənin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut olan “Khazar” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Naz Lifan” markalı, **-TA-*** qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus BD seriyalı, 170015 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Zərərçəkmiş şəxs oğlu 06 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, həmin iddia ərizəsini geri götürdüyünü, ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki iddia ərizəsini geri götürdüyünü, onun baxılmamış saxlanıldığını xahiş etdiyindən onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin mülki iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməsi üçün "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 avqust 2025-ci il tarixli, 6969 nömrəli qəbzlə ödənilmiş 95.76 (doxsan beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus BD seriyalı, 170015 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan “Khazar” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Naz Lifan” markalı, **-TA-*** qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməsi üçün "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 avqust 2025-ci il tarixli, 6969 nömrəli qəbzlə ödənilmiş 95.76 (doxsan beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs geri qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-64/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-64/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver