Məhkəmə qərarları › İş №1(078)-65/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-65/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-65/2024 29.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X5, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “24” sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs tanımadığı şəxs və şəxslərlə təbbi yolla cinsi əlaqədə olması faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində оnа Аzərbaycan Respublikası CМ-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs Naxçıvan şəhərində yerləşən Qızlar bulağından tanıdığını, Güllü həmin parka gələn zaman özü ilə birlikdə it də gətirdiyini, həmin itin sahibinin isə Güllünün padruqası Nəzrin olduğunu, Nəzrindən bir günlük itini gəzdirmək üçün istədiyini, həmin vaxt Nəzrinin ona iti Güllü adlı padruqasına verdiyini dediyini, Nəzrindən Güllünün nömrəsini aldığını, ona zəng etdiyini, Nəzrinin itini bir günlük ona verməsini dediyini, Güllü ilə birlikdə Möminə xatun bağında görüşdüyünü, Güllünün həmin vaxt onu tanıdığını dediyini, Güllüdən iti alıb çıxıb getdiyini, sonra isə iti Güllüyə qaytarması üçün tanışı Elburusa verdiyini, bir müddətlik Bakı şəhərinə getdiyini, həmin müddət ərzində Güllü ilə danışmadığını, onun Güllü ilə əlaqəsinin kəsildiyini, Bakıdan qayıdıb gəldikdən sonra Güllü ilə görüşdüyünü, Güllü ilə mikrorayonda maşın bazarının yanında görüşdüklərini, sonra isə çıxıb getdiyini, həmin vaxtdan sonra onların vatsapda yazışmağa başladıqlarını, xx.xx.2024-cü il tarixdə evdə olduğunu, Güllünün ona zəng etdiyini, evdən savaşıb çıxdığını dediyini, ona mikrorayona gəldiyini dediyini, həmin vaxt evdə olduğunu, Güllü ilə danışdıqdan sonra evdən çıxıb getdiyini, Güllü ilə doqquz mərtəbənin yanında görüşdüklərini, həmin vaxt onun xalasıoğlu Bəylərin də onların yanında olduqlarını, xalasıoğlu Bəylərin tanışı Məhərrəmin avtomobili ilə şəhərdə xeyli müddət gəzişdiklərini, həmin gün səhər saatlarında mikrorayona qayıtdıqlarını, dostu Hüseynin evinə getdiklərini, Hüseynin evində oturub söhbət etdiklərini, həmin vaxt onun yuxusu gəldiyini, yatmaq üçün otağa keçdiyini, həmin vaxt Güllünün də onun arxasınca otağa gəldiyini, yataqda uzandığını, Güllünün də gəlib onun sol nahiyyəsində sinəsinə başını qoyduğunu, onun yatmaq istədiyini, həmin vaxt Güllünün ayağını onun üstünə atdığını, Güllünün həmin vaxt onun boynundan öpməyə başladığını, sonra isə Güllünün soyunduğunu, onun əynində köynəyinin qaldığını, onun şalvarının remenini açdığını, əli ilə onun cinsi orqanına toxunduğunu, sonra isə üstünə çıxdığını, onun cinsi orqanını içəri salmaq istəyən zaman ona “sən nə edirsən” dediyini, həmin vaxt Güllünün ona açıq olduğunu dediyini, Güllüyə inanmadığını, lakin onu Bakılı bir nəfərin açdığını dediyini, ondan sonra Güllü ilə bir dəfə qabaqdan cinsi münasibətdə olduğunu, həmin vaxt yatağın yanında olan kapron stəkana boşaldığını, bir dəfə olub qurtardıqdan sonra yatdıqlarını, bir neçə saat sonra onlar yuxudan oyandığını, birlikdə evdən çıxıb getdiklərini, onun da öz evinə çıxıb getdiyini, Güllünün də ondan ayrılıb getdiyini, Güllünün ayrılıb getdikdən iki saat sonra ona yazdığını, həmin vaxt Güllünün ona hazırda evdə olduğunu dediyini, Güllüyə cinsi münasibətdə olmağı təklif etmədiyini, Güllünün özünün onunla olmaq istədiyini dediyini, Güllü ilə təbii yolla cinsi əlaqədə olanda yanında kimsənin olmadığını, otaqda ikisinin olduğunu, əməlindən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs padruqası Nəzrinə görə tanıdığını, sonradan Rövşən ilə sevgili kimi danışmağa başladıqlarını, xx.xx.2024-cü il tarixdə padruqası Nəzrin ilə birlikdə şəhərə çıxmaq istədiyini, lakin anasıgilin Nəzrinlə şəhərə çıxmağına icazə vermədiklərini, saat 15 radələrində yaşadığı evdən çıxdığını, Nəzrinin yaşadığı Nəcməddin Naxçıvani küçəsində yerləşən evlərinə getdiyini, həmin gün Nəzrinin itinin də onda olduğunu, Nəzrinin itini aparıb anasına verdiyini, həmin vaxt Nəzrinin evlərində olmadığını, həmin vaxt telefonunun şarjının qurtardığını, Nəzringilin evində telefonunu şarja taxdığını, Nəzrinə zəng etdiyini, Nəzrinin ona Park AVM-in qarşısına gəlməsini dediyini, Park AVM-in qarşısına getdiyini, həmin vaxt Nəzrinin də orada olduğunu, Nəzrinin yanında həmin vaxt tanışı Rəvanın olduğunu, özünün, Nəzrin, Rəvan və onun dostunun taksiyə mindiklərini, birlikdə mikrarayona getdiklərini, həmin vaxt Nərmin itini cütləşdirmək istədiklərini, sahil parkına gedib təkrar mikrorayona qayıtdıqlarını, qayıdan zaman Aysu və Ramazanın da onların olduğu taksiyə mindiklərini, birlikdə mikrorayona gəldiklərini, özü, Aysu, Nəzrin və Rəvanın avtomobildən düşdüklərini, gəzərək doqquz mərtəbənin yanına kimi gəldiklərini, Nəzrinin taksiyə zəng etdiyini, Nəzrin, Aysu və özünün taksiyə minərək Park avm tərəfə gəldiklərini, Nəzrin və Aysunun Park avmə getdiklərini, özünün isə oradan çıxıb Hüseyn Cavid tərəfə getdiyini, orada bir qədər fırlandıqdan sonra marketə getdiyini, marketdən özünə yemək aldığını, Hüseyn Cavid tərəfdə parkda əyləşdiyini, özünə aldıqlarını yediyini, saat 23 radələrində Rövşənə zəng etdiyini, ondan harada olduğunu soruşduğunu, Rövşənin ona mikrorayonda olduğunu dediyini, Rövşənə evdən savaşıb çıxdığını, onun yanına getmək istədiyini dediyini, Rövşənin ona “səni tək qoymayacağam ki, gəl” dediyini, özünün mikrorayona getdiyini, həmin vaxt Rövşənin yanında xalasıoğlu da olduğunu, bir qədər Rövşən və xalaoğlusu ilə birlikdə gəzişdiklərini, sonra isə Rövşənin tanışlarının avtomobilinə əyləşdiklərini, mikrarayonda bir qədər fırlandıqlarını, həmin vaxt onların avtomobildən başqa Rövşənin tanışı Rəvanın dostunun sport avtomobili ilə fırlandıqlarını, səhər saat 08 radələrinə kimi şəhərdə fırlandıqlarını, sonra isə Rövşənin dostu Hüseynin evinə getdiklərini, Hüseynin evində bir qədər söhbət etdikdən sonra yatmağa getdiklərini, Hüseyn ilə Rövşənin xalasıoğlunun bir otaqda, onunla Rövşənin isə bir otaqda yatmağa getdiklərini, Rövşən ilə otaqda olan zaman Rövşənin saroçqasını çıxartdığını, özünün isə başını onun sinəsinə qoyduğunu, həmin vaxt Rövşənin ona “balaca durubdu” dediyini, Rövşənin həmin vaxt cinsi orqanını çıxartdığını, Əli ilə onu oynatmağa başladığını, sonra isə onun əlini cinsi orqanına apardığını, Rövşənin üstünə çıxdığını, həmin vaxt Rövşənə belə eləmə paltarıma ləkə düşər dediyini, Rövşənin ona şalvarını çıxarmasını dediyini, onun şalvarını çıxardığını, həmin vaxt üstündə alt paltarı olduğunu, Rövşən “onu da çıxar ləkə düşər” dediyini, onun alt paltarını da çıxardığını, Rövşənin üstündə oturduğunu, Rövşənin ondan açıq olub-olmadığını soruşduğunu, həmin vaxt Rövşənə onu Bakılı bir nəfərin açdığını dediyini, Rövşən ilə qabaqdan olduğunu, Rövşənin həmin vaxt yanında olan plastmas stəkana boşaldığını, Rövşən ilə bir dəfə cinsi əlaqədə olduğunu, sonra isə yorğun olduqları üçün üçün yatdıqlarını, saat 13 radələrində yuxudan oyandığını, həmin vaxt Rövşənin yatdığını, özünün də təkrar yatdığını, saat 16 radələrində Nəzrinə zəng etdiyini, Nəzrinin mikrorayonda olduğunu dediyini, Hüseynin evindən saat 17 radələrində çıxdıqlarını, marketə getdiyini, özünə yemək aldığını, Rövşənin ona evlərinə getdiyini dediyini, Rövşən və xalasıoğlunun evlərinə getdiklərini, özünün isə oradan çıxıb Nəzringilə getdiyini, həmin vaxt üstünə sok töküldüyü üçün Nəzrindən paltar istədiyini, Nəzrinin ona paltar verdiyini, Park avmdə ayaq yolunda paltarlarını dəyişdiyini, sonra isə Park Avm-dən çıxıb evlərinə getdiyini, həmin vaxt evdə heç kim olmadığını, evə daxil olduğunu, sonra isə paltarlarını dəyişib yatdığını, Rövşən ilə evdə iki dəfə görüşdüyünü, birinci dəfə Nəzrinin qaldığı Əliabad qəsəbəsində olan həyət evində görüşdüklərini, həmin vaxt aralarında cinsi münasibət olmadığını, həmin vaxt Nəzrin, Rəvan, Ramazanın da evdə olduqlarını, ikinci dəfə isə Rövşənin dostu Hüseynin evində görüşdüklərini, həmin vaxt onun bir dəfə qabaqdan Rövşən ilə cinsi münasibətdə olduğunu, Rövşəndən əvvəl Nihat adlı şəxslə bir il bundan əvvəl Sahil Parkda bir dəfə olduğunu, həmin vaxt Nihatın bir dəfə cinsi orqanını içəri daxil elədiyini, həmin vaxt narahat olduğunu, Rövşənlə olan zaman qorxmasın deyə yalandan Bakılı bir nəfərlə münasibətinin olduğunu və açıq olduğunu dediyini, təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Rövşən ilə bir məktəbdə oxuduğunu, Zərərçəkmiş şəxs isə Nəzrinə görə tanıdığını, Nəzrinin onun tanışı Aysunun xalası olduğunu, xx.xx.2024-cü il tarixdə Aysu ilə Naxçıvan şəhərində görüşdüyünü, həmin vaxt onların Sizin marketin qarşısında olduqlarını, Aysunu evlərinə aparmaq istədiyini, həmin vaxt onların Sizin marketin qarşısında taksiyə mindiklərini, Aysuya zəng gəldiyini, ona zəng edənin Nəzrin olduğunu, X17 ilə birlikdə Sahil Parkda olduqlarını dediyini, onları da götürmək üçün taksi ilə Sahil Parka getdiklərini, Nəzrin və Güllünün də onların sifariş verdiyi taksiyə mindiklərini, Sahil Parkdan mikrorayona gəldiklərini, Nəzrin, Güllü və Aysunun taksidən düşdüyünü, özünün isə oradan taksi ilə evinə getdiyini, yolda olan zaman Aysuya zəng etdiyini, Aysunun ona Nəzrinin nənəsinə aptekdən dərman alacağını və oradan çıxıb evə gedəcəklərini dediyini, təkrar gəlib Aysunu taksi ilə götürüb getdiyini, Nəzrin və Güllünün gəlməyini gözləmədiyini, Aysunu taksi ilə evlərinə apardığını, sonra isə oradan taksi ilə öz evinə getdiyini, Güllünü tanışı Aysunun xalası Nəzrinə görə tanıdığını, Güllünü Nəzrinin yanında bir neçə dəfə gördüyünü, Güllü ilə Rövşənin Hüseynin evinə getməyindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, Rövşəni Rəvan adlı dostuna görə tanıdığını, Güllü ilə isə instaqram sosial şəbəkəsində tanış olduğunu, həmin vaxtlar Park Avm ticarət mərkəzində paltar mağazasında satıcı işlədiyini, həmin vaxt Güllü paltar almağa gələn zaman tanış olduqlarını, həmin vaxtdan onunla əlaqə saxlamağa başladığını, Güllünün dəfələrlə onun ailəsi ilə yaşadığı evə gəlib-getdiyini, xx.xx.2024-cü il tarixdə Güllü ilə Park Avm ticarət mərkəzində görüşdüklərini, taksi sifariş verdiklərini, Güllü ilə gəzmək üçün Sahil Parka getdiklərini, Sahil Parkda olan zaman onun bacısı qızı Aysununda onların yanına gəldiyini, Sahil Parkda bir qədər gəzdikdən sonra taksi sifariş verdiklərini, birlikdə mikrorayona getdiklərini, Aysu və Ramazanın birlikdə taksi ilə mikrorayondan evlərinə gediklərini, Güllü ilə kompüterdə oyun oynamaq üçün getdiklərini, Güllü ilə birlikdə yarım saat oyun oynadıqdan sonra Aysunun təkrar onların yanına gəldiyini, Aysu ilə birlikdə taksiyə mindiyini, evlərinə getdiklərini, həmin vaxt Güllüyə gəl səni də aparaq dediyini, lakin Güllünün onlar ilə gəlmədiyini, Aysu ilə oradan taksi ilə evlərinə getdiklərini, Güllünün isə həmin vaxt oradan qırmızı rəngli avtomobilə minib getdiyini, onlar çıxıb getdikdən sonra axşam saat 22 radələrində Güllüyə mesaj yazdığını, ondan evlərinə çatıb-çatmadığını soruşduğunu, Güllünün ona Rövşən ilə birlikdə şəhərdə gəzişdiklərini dediyini, səhərisi gün onu Polis İdarəsinə dəvət etdiklərini, ona Polis İdarəsində Güllü ilə görüşdükləri günün gecəsi onun evində qalıb-qalmadığını soruşduqlarını, həmin gecə Güllünün onun evində qalmadığını dediyini, polis əməkdaşlarına həmin gün Güllünün saat 22 radələrində Rövşən ilə birlikdə olduğunu dediyini, bir dəfə Güllü ilə birlikdə kafedə olan zaman Güllü ilə Rövşənin görüntülü danışdıqlarını, həmin vaxtdan onların münasibəti olduğunu bildiyini, onların Hüseynin evində cinsi münasibətdə olduğunu bilmədiyini, həmin vaxt onların yanında olmadığını, Güllünün onunla ayrıldıqdan sonra gedib Rövşən ilə görüşdüyünü, Güllünün Rövşən ilə cinsi münasibətdə olduğunu bilmədiyini, sonradan onların cinsi münasibətdə olduqlarından xəbəri olduğunu, Güllünün başqa kimlərləsə cinsi münasibətdə olduğundan xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs təxminən dörd ildir ki, tanıdığını, Rövşən ilə əvvəllər dostluq etdiyini, Zərərçəkmiş şəxs Vaqifovanını əvvəlcədən tanımadığını, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğunu, saat təxminən 06 radələri olarkən yaşadığı evin qapısının döyüldüyünü, qapını açdığını, həmin vaxt Rövşən, Bəylər və bir nəfər xanımın onun yaşadığı evə gəldiklərini, onların getməyə yerlərinin olmadığını ona görə onun evinə gəldiklərini dediklərini, evin salonunda əyləşib söhbət etdiklərini, Bəylərin onun yerində yatdığını, özünün isə salonda yerdə özünə yer düzəldib yatdığını, Rövşənin yataq otağına getdiyini, Güllünün isə salonda əyləşdiyini, yarım saat yatdıqdan sonra oyandığını, həmin vaxt Güllünün salonda olmadığını gördüyünü, oyandıqdan sonra çayxanaya getdiyini, bir qədər orada əyləşdiyini, çay içdiyini, sonra isə təkrar evə qayıtdığını, qapını döydüyünü, Rövşənin gəlib qapını açdığını, həmin vaxt Güllünün də Rövşənin yatdığı otaqdan çıxdığını, evə qayıtdıqdan sonra Rövşəngilin hazırlaşıb evdən çıxdıqlarını, özünün də həmin vaxt Rövşəngillə getdiyini, marketdən siqaret aldıqlarını, onlardan siqaret alıb çəkdiyini, sonra təkrar evinə qayıtdığını, qapını bağladığını və yatdığını, sonradan Rövşənin Güllü ilə onun evində cinsi əlaqədə olduğunu öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs təxminən altı ildir ki, tanıdığını, Rövşəni qardaşı Abbasa görə tanıdığını, Abbas ilə dostluq etdiklərini, Zərərçəkmiş şəxs Vaqifovanını əvvəlcədən tanımadığını, xx.xx.2024-cü il tarixdə Rövşən ilə birlikdə olduqlarını, həmin vaxt mikrorayonda olduqlarını, həmin vaxt Rövşənə Güllünün zəng etdiyini, onların Rəvanın avtomobili ilə şəhərdə fırlandıqlarını, Güllü zəng etdikdən sonra onlar avtomobillə gedib onu mikrorayonda yerləşən doqquz mərtəbənin qarşısından götürdüklərini, Güllünü götürdükdən sonra şəhərdə səhər saatlarına kimi fırlandıqlarını, həmin vaxt içkili olduğunu, şəhərdə fırlandıqdan sonra səhər saatlarında dostları Hüseynin Naxçıvan şəhərində mikrorayonda yerləşən evinə getmək istədiklərini, həmin vaxt Rəvanın idarə etdiyi avtomobilin sahibi Məhərrəmi də götürdüklərini, Məhərrəmin Rəvan ilə onları Hüseynin evinin olduğu yerə apardığını, özünün, Rövşən və Güllünün avtomobildən düşüb Hüseynin evinin olduğu yerə getdiklərini, qapını döydüklərini, Hüseynin evin qapısını açdığını, evə daxil olduqlarını, bir neçə dəqiqə salonda oturduqlarını, səhər saatları olduğuna görə onların yuxusu gəldiyini, özünün və Hüseynin evin salonunda yatdığını, Rövşən və Güllünün isə yataq otağında yatmağa getdiklərini, yuxudan oyandıqdan sonra Rövşən, Güllü və özünün evdən çıxdıqlarını, evdən çıxdıqdan sonra Rövşəngilin evinin olduğu yerə kimi birlikdə gəldiklərini, həmin yerdə sağollaşdıqdan sonra hər kəsin öz evinə getdiyini, sonradan onları Polis İdarəsinə çağırdıqlarını, Rövşəndən onları nə üçün çağırdıqlarını soruşduğunu, həmin vaxt Rövşənin ona Güllü ilə Hüseynin evində yataq otağında cinsi münasibətdə olduqlarını, həmin məsələyə görə onları Polis İdarəsinə çağırdıqlarını dediyini, həmin gün onu birinci dəfə gördüyünü, Güllünün həmin vaxt evlə savaşdığına görə evə getmək istəmədiyini dediyini, ona görə də yatmaq üçün Hüseynin evinə getdiklərini, Rövşənin onlara “tanışım Hüseyinin evinə gedək” dediyini, yatmaq üçün Hüseynin evinə getdiklərini, Güllünün başqa kimlərləsə cinsi münasibətdə olduğunu bilmədiyini, Rövşən ilə Güllünün bir otaqda yatdıqlarını, Hüseynlə birlikdə isə onun həmin vaxt salonda yatdıqlarını bildirmişdir. Şahid2 21 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Vaqif qızını əvvəlcədən tanıdığını, Rövşəni sevgilisi Ramazanın dostu olduğuna görə tanıdığını, Zərərçəkmiş şəxs isə xalası Nəzrinin padurqası olduğuna görə tanıdığını, xx.xx.2024-cü il tarixdə X18 yanına getdiyini, həmin vaxt Güllünün də Nəzrinin yanında olduğunu, onların birlikdə Sahil Parkda bir qədər gəzişdiklərini, həmin vaxt onun sevgilisi Ramazanın da onlarla olduğunu, Sahil Parkdan taksi sifariş verdiklərini, birlikdə mikrorayona gəldiklərini, mikrorayonda isə Güllü ilə Nəzrinin oyun oynamaq üçün getdiklərini, özünün isə oradan Ramazan ilə şəhərə qayıtdığını, şəhərdə bir qədər fırlandıqdan sonra təkrar Nəzrinin yanına gəldiklərini, həmin vaxt Nəzrin ilə özünün taksiyə minib evə getdiklərini, Güllünün isə həmin vaxt mikrorayonda qaldığını, həmin gün axşam saatlarında Nəzrinin ona Güllünün itdiyini dediyini, Güllünün atası Nəzrinə zəng edib, Güllünün evə getmədiyini dediyini, təxminən iki gün sonra Nəzrin ilə söhbət edən zaman Güllünün həmin gün evə getmədiyini, Rövşən ilə birlikdə qaldığını bildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ********* nömrəli cinayət başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, HKpi-501/24 nömrəli material üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə Siyaquş qızı təyin olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, HKpi-501/24 nömrəli material üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində anası X7 təyin olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 22-23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 1031 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, müddəti 2-3 həftədən artıqdır, yəni köhnədir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. (cild İ, iş vərəq 25-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli məhkəmə-psixoloji ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 46-47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 821 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs halhazırda əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Lakin, ilk dəfə təxminən bir il bundan əvvəl hadisə baş verən zaman Zərərçəkmiş şəxs qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunur. (cild İ, iş vərəq 55-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli, 1368 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 67) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli, 1369 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2024-cü il tarixli məhkəmə ambulator-psixiatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində məhkəmə ambulator-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X1 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 82-83) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2024-cü il tarixli məhkəmə-psixoloji ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 96-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindənn verilmiş 05 sentyabr 2024-cü il tarixli, 340 nömrəli məhkəmə ambulator-psixiatrik ekspertizası rəyindən görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs Vaqifona hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünə qarşı edilən cinayət hadisə zamanı və hal-hazırda Azərbaycan Respublikası CM-ıin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 108-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2024-cü il tarixli, 1051 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Onun fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmasa da, hadisələri öz xeyrinə təhrif edir. (cild İ, iş vərəq 112-114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X11 müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 134) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 137-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2024-cü il tarixli yetkinlik yaşma çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 151-152) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X20 tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 189 nömrəli məktubdan görünür ki, 2007-ci il təvəllüdlü, Naxçıvan şəhəri, Əlincə məhəlləsi bina 4A sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası X20n Urologiya şöbəsində ambulator olaraq uroloq müayinəsindən keçmiş və onda “Sol tərəfli İİİ dərəcəli varikosel Uroloji praktik sağlam” diaqnozu müəyyən edilmişdir. (cild İ, iş vərəq 164) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1613 nömrəli arayışdan görünür ki, Məmmədov X10 şəhəri, Əlincə məhəlləsi, bina 4A, mənzil 65 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 167) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1614 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 4A, mənzil 65 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs anası-X7 və qardaşı X12 adlı ailə üzvləri vardır. (cild İ, iş vərəq 166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Əlincə məhəlləsi , bina 4A , mənzil 65 - də yaşayır və yaşadığı müddətdə Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsinin ərazisində özünü nizamlı intizamlı aparmış, qonşular tərəfindən onun haqqında heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs 1 saylı Mənzil İstismar İdarəsinin ərazisində tapşırılan işləri vaxtında vicdanla yerinə yetirmişdir. (cild İ, iş vərəq 165) Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə 26 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işində onu bağışladıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Şahid5nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 152.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il müəyyən edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 4A, mənzil 65 ünvanında yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növünün təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195.1 və 195.1.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195.2-ci maddəsinə əsasən Bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X8 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar