Məhkəmə qərarları › İş №1(078)-66/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-66/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-66/2024 30.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, taksi sürücüsü işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 24 sentyabr 2024cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gedərək onu və arvadı Zərərçəkmiş şəxs2 “Ramazan bayramı ilə əlaqədar olaraq Azercell şirkətinin təqaüdçülərə 10 manat miqdarında pulsuz kontur verdiyini” bildirərək aldatması, həmin tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 10 manatlıq kontur yüklənməsi üçün qeydiyyatdan keçmək lazım olduğunu bildirməklə onların adından "xxxx" ASC-nin birbank mobil tətbiqində qeydiyyatdan keçməklə online üsulla kredit müraciəti etməsi, 11 aprel 2024cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus 5103 0716 6247 5678 nömrəli kart hesabına "xxxx" ASC tərəfindən 4379,55 manat pul vəsaiti köçürüldükdən sonra kartda olan 4379,88 manat pul vəsaitinin 4379,55 manatını və Zərərçəkmiş şəxs2 məxsus 5103 0716 9839 2541 nömrəli kart hesabına "xxxx" ASC tərəfindən 3409,79 manat pul vəsaiti köçürüldükdən sonra kartda olan 3410,52 manat pul vəsaitinin 3410,52 manatını özünə məxsus 4169 7388 9562 8810 nömrəli kart hesabına köçürməklə ümumilikdə 7790.07 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə edib gizli olaraq talamaqla oğurluq etməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli şəkildə ələ keçirərək xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, 10 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 plastik bank kartlarını əldə etmək və həmin plastik bank kartları vasitəsi ilə onların adına online üsulla kredit götürüb həmin vəsaiti özünə məxsus plastik kart hesabına köçürərək ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və onun arvadı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən evlərinə getmiş, onlara “Ramazan bayramı ilə əlaqədar olaraq Azercell şirkətinin təqaüdçülərə 10 manat miqdarında pulsuz kontur verdiyini” bildirərək əmlaklarını gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitini ələ keçirməyə şərait yaratmaq üçün aldatmış, həmin tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 10 manatlıq kontur yüklənməsi üçün qeydiyyatdan keçmək lazım olduğunu bildirməklə onların adından "xxxx" ASC-nin birbank mobil tətbiqində qeydiyyatdan keçməklə online üsulla kredit müraciəti etmiş, Zərərçəkmiş şəxs2 məxsus 5103 0716 9839 2541 nömrəli kart hesabına "xxxx" ASC tərəfindən 3409,79 manat vəsait köçürüldükdən sonra 10 aprel 2024cü il tarixdə kartda olan 3410,52 manat pul vəsaitinin 3410,52 manatını əvvəlcə Zərərçəkmiş şəxs2 məxsus 523915...7330 hesab nömrəli plastik kart hesabına köçürdükdən sonra həmin tarixdə saat 15:14:40 saniyədə özünə məxsus 4169 7388 9562 8810 nömrəli kart hesabına və Zərərçəkmiş şəxs1 məxsus 5103 0716 6247 5678 nömrəli kart hesabına "xxxx" ASC tərəfindən 4379,55 manat pul vəsaiti köçürüldükdən sonra 11 aprel 2024-cü il saat 16:23:39 saniyədə kartda olan 4379,88 manat pul vəsaitinin 4379,55 manatını özünə məxsus 4169 7388 9562 8810 nömrəli kart hesabına köçürməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7790.07 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs1 və onun arvadı Zərərçəkmiş şəxs2 uşaqlığından bəri tanıdığını, onlarla qonşu olduğunu, 10 aprel 2024-cü ildə borcu olduğundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına "xxxx" üzrə kredit götürmə üsullarından biri olan “online” yolla kredit götürməyə qərar verdiyini, həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evə avtomobilimin yağını dəyişmək üçün getdiyini, Zərərçəkmiş şəxs1lə söhbət əsnasında adına kredit olub-olmamasını soruşduğunu, Zərərçəkmiş şəxs1 adına kredit olmadığını bildirdikdən sonra Zərərçəkmiş şəxs1 Ramazan bayramı ilə əlaqədar kampaniya olduğunu, təqaüdçülərə 10 manat kontur verildiyini, bunun üçün şəxsiyyət vəsiqəsinin və təqaüd kartının şəklini göndərməli olduqlarını, göndərdikdən sonra isə həmin şəxsin özünün olduğunu təsdiq etmək üçün görüntülü qeydiyyatdan keçməli olduqlarını dediyini, Zərərçəkmiş şəxs1 razılaşaraq ilk əvvəl arvadı Zərərçəkmiş şəxs2 qeydiyyatdan keçirməyini dediyini, öz mobil telefonunda şəxsi “Birbank” mobil tətbiqinə daxil olub oradan öz hesabına çıxış verdikdən sonra Zərərçəkmiş şəxs2 adına olan kapital bank plastik kartı ilə “Birbank”-da yenidən qeydiyyatdan keçdiyini, sonra həmin tətbiqə daxil olaraq oradan kredit bölməsinə keçid etdiyini, online yolla kredit götürmə bölməsinə daxil olaraq oraya Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinə dair məlumatları qeyd etdikdən Zərərçəkmiş şəxs2 görüntülü şəkildə göstərərək özünün olduğunu təsdiq etdirib adına 3409,79 manat kredit götürdüyünü, Zərərçəkmiş şəxs2 kart hesabında 3410,52 manat pul olduğunu və Zərərçəkmiş şəxs2 adına kredit götürdükdən sonra onun plastik kartının pensiya kartı olduğunu, əlavə olaraq Zərərçəkmiş şəxs2 özünün Birbank CashBack kartı olduğunu görüb pensiya kartından birbaşa öz kart hesabına edəcəyi köçürmə ilə bağlı komissiya tutulması ehtimalına görə ilk əvvəl 3410,52 manat pulu Zərərçəkmiş şəxs2 məxsus 523915...7330 hesab nömrəli plastik kart hesabına köçürüb daha sonra özünə məxsus 4169 7388 9562 8810 nömrəli kart hesabına köçürdüyünü, sonra Zərərçəkmiş şəxs2 adına mobil telefonunda açdığı birbank hesabına çıxış verib Zərərçəkmiş şəxs1 adına olan kapital bank kartı ilə yenidən mobil telefonunda Birbank mobil tətbiqində qeydiyyatdan keçərək eyni şəkildə birbank hesabından kredit bölməsinə keçid edib oradan online kredit bölməsinə daxil olduğunu, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəqisəsinə dair məlumatları oradan qeyd edib görüntülü şəkildə əlaqə saxlamaqla özü olduğunu təsdiq etdirdiyini, Zərərçəkmiş şəxs2 adına olan kreditin həmin gün yüklənməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 adına götürdüyü kredit həmin gün yüklənmədiyini, Zərərçəkmiş şəxs2 mobil nömrəsinə öz 4169 7388 9562 8810 nömrəli kart hesabından 10 manat kontur yüklədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə hazırda bankın sistemində problem olduğunu, birinin 10 manat konturunun yükləndiyini, digərinin isə sabah yüklənəcəyini deyib evinə getdiyini, bunu deməkdə məqsədinin isə səhəri gün yenidən onlara gələrək adlarına kredit götürməyindən məlumatlarının olub-olmamasını, həmçinin Zərərçəkmiş şəxs1 adına götürdüyü kreditin yüklənib-yüklənməməsini öyrənmək olduğunu, Zərərçəkmiş şəxs2 kart hesabından öz kart hesabına göndərdiyi 3410,52 manat pulun bir qismini birbank tətbiqi vasitəsilə köçürmə yolu ilə borclarına göndərdiyini, bir qismini isə nağd şəkildə terminallardan çəkərək borclarına verdiyini, 11 aprel 2024-cü ildə təkrar Zərərçəkmiş şəxs1 evinə getdiyini, Zərərçəkmiş şəxs2 da evlərində olduğunu, onların adına kredit götürməyindən məlumatları olmadığını görüb Zərərçəkmiş şəxs1 yenə kartını verməsini dediyini, Zərərçəkmiş şəxs1də adına 4379,55 manat kredit yükləndiyini görüb həmin 4379,55 manat pulu özünə məxsus 4169 7388 9562 8810 nömrəli kart hesabına yüklədiyini, həmin vaxt Zərərçəkmiş şəxs1 mobil nömrəsinə öz kart hesabından 10 manat kontur yüklədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə sağollaşaraq getdiyini və onların adlarına kredit götürməyindən məlumatları olmadığını, 4379,55 manat pulu da şəxsi ehtiyaclarına xərclədiyini, 30 iyul 2024-cü ildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlarına götürdüyü kreditlərin qalığını tam şəkildə ödəməklə onlara vurduğu ziyanı tam şəkildə ödədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlarına kredit götürmək barədə məlumat verərsə razı olmayacaqlarını, artıq onun niyyətini başa düşüb öz kart hesablarını ona verməyəcəklərini bildiyindən onlara Ramazan bayramı ilə əlaqədar kampaniya olduğunu deyərək şəxsiyyət vəsiqələrinə və kart hesablarına dair məlumatları aldığını, bugünədək heç kimi aldadaraq pul almadığını və adına kredit götürmədiyini, sadəcə həmin vaxt borcu olduğundan bu üsulla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına kredit götürdüyünü, həmin pulları öz kart hesabına göndərməklə ələ keçirdiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kart hesablarından ümumilikdə 7790.07 manat pulu öz kart hesabına köçürdüyünü, borcu olduğu üçün qonşuları Zərərçəkmiş şəxs1 və onun arvadı Zərərçəkmiş şəxs2 adına kredit götürmək qərarına gəldiyini, özlərinə adlarına kredit götürməyi barədə müraciət edərsə razı olmayacaqlarını bildiyi üçün onlara bu barədə məlumat vermədən kartlarına dair məlumatları əldə edib adlarına online üsulla kredit götürmək məqsədi ilə onlara Ramazan bayramı ilə əlaqədar kampaniya olduğunu, təqaüdçülərə 10 manat kontur verildiyini deyərək kartlarına və şəxsiyyət vəsiqələrinə dair məlumatları əldə etdiyini törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, ərizəsini nəzərə alaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 əvvəlki məhkəmə iclasında ifadəsində 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək əri Zərərçəkmiş şəxs1 “Ramazan bayramı ilə əlaqədar olaraq Azercell şirkətinin təqaüdçülərə 10 manat miqdarında pulsuz kontur verdiyini” dediyini, həmin kampaniyadan onların da yararlanmağını təklif etdiyini, onların Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs bunun üçün şəxsiyyət vəsiqələrinin və təqaüd kartlarının hər iki tərəfinin şəklini çəkdikdən sonra özünə məxsus mobil telefonda onları qeydiyyatdan keçirdiyini deyərək sonradan telefonunu ilk öncə onun üzünə tutaraq özünü təqdim etməyini dediyini, sonra əri Zərərçəkmiş şəxs1 də eyni şəkildə qeydiyyatdan keçirdiyini deyərək sonra telefonunu onun da üzünə tutub özünü təqdim etməyini istədiyini, Təqsirləndirilən şəxs dediklərini etdikdən bir neçə dəqiqə sonra onun mobil nömrəsinə 10 manatlıq kontur gəldiyini gördüyünü, Təqsirləndirilən şəxs hazırda sistemdə nasazlıq olduğunu, əri Zərərçəkmiş şəxs1 mobil nömrəsinə konturun nasazlıq aradan qaldırıldıqdan sonra yüklənəcəyini, bunun üçün mobil nömrələrinə şifrə gələcəyini, şifrə gəldiyi zaman gəlib konturu yükləyəcəyini deyib getdiyini, 11 aprel 2024-cü ildə Təqsirləndirilən şəxs gələrək telefonlarına şifrə gəlib-gəlmədiyini soruşduğunu, telefonlarını Təqsirləndirilən şəxs verdiklərini, Təqsirləndirilən şəxs yenə öz mobil telefonunda bir neçə dəqiqə şifrəni verdikdən sonra nəsə etdiyini, həmin vaxt əri Zərərçəkmiş şəxs1 mobil nömrəsinə 10 manatlıq kontur yükləndiyini, sonra Təqsirləndirilən şəxs evdən çıxaraq getdiyini, bu məsələnin üzərindən bir müddət keçdikdən sonra təxminən may ayının ortalarında əri Zərərçəkmiş şəxs1 qardaşı oğlu Natiq Mustafayevin onun adına əvvəllər götürmüş olduğu krediti ödəyərkən kredit məbləğinin artdığını, həmçinin Zərərçəkmiş şəxs1 də adına kredit olduğunu görüb bu barədə onlara məlumat verdikdən sonra onların banka gedərək nə baş verdiyini öyrəndikdə Təqsirləndirilən şəxs onlara yalan deyərək adlarına kredit götürdüyünü və həmin krediti də öz kart hesablarına göndərdiyini bildiklərini, Təqsirləndirilən şəxs ilə əvvəldən eyni məhəllədə yaşadıqlarını, onu əvvəlcədən tanıdığını və aralarında ədavət, düşmənçilik və qohumluq münasibəti olmadığını, Təqsirləndirilən şəxs onun adına 3409,79 manat kredit götürdüyünü, həmin kreditin ona məxsus 5103 0716 9839 2541 nömrəli bank kartına yükləndikdən sonra kartda olan 3410,52 manat pulun 3410,52 manatını öz kart hesabına köçürdüyünü, Təqsirləndirilən şəxs adlarına kredit götürməsindən məlumatları olmadığını, Əliəsgərin onlara bu barədə heçnə demədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək “Ramazan bayramı ilə əlaqədar olaraq Azercell şirkətinin təqaüdçülərə 10 manat miqdarında pulsuz kontur verdiyini” deyib, həmin kampaniyadan o və arvadı Zərərçəkmiş şəxs2 yararlanmalarını təklif etdiyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs2 da yanlarında olduğunu və onların Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqlarını, Təqsirləndirilən şəxs bunun üçün şəxsiyyət vəsiqələrinin və təqaüd kartlarının hər iki tərəfinin şəklini çəkdiklərini, sonra özünə məxsus mobil telefonda onları qeydiyyatdan keçirdiyini deyərək sonradan telefonunu ilk öncə arvadı Zərərçəkmiş şəxs2 üzünə tutaraq ondan özünü təqdim etməsini istədiyini, sonra eyni şəkildə onu da qeydiyyatdan keçirdiyini deyərək sonra telefonunu onun üzünə tutub özünü təqdim etməyini istədiyini, Təqsirləndirilən şəxs dediklərini etdikdən bir neçə dəqiqə sonra arvadı Zərərçəkmiş şəxs2 mobil nömrəsinə 10 manatlıq kontur gəldiyini, Təqsirləndirilən şəxs hazırda sistemdə nasazlıq olduğunu, onun mobil nömrəsinə konturun nasazlıq aradan qaldırıldıqdan sonra yüklənəcəyini, bunun üçün mobil nömrələrinə şifrə gələcəyini, şifrə gəldiyi zaman gəlib konturu yükləyəcəyini deyib getdiyini, 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs gələrək telefonlarına şifrə gəlib-gəlmədiyini soruşduğunu, telefonlarını Təqsirləndirilən şəxs verdiklərini, Təqsirləndirilən şəxs yenə öz mobil telefonunda bir neçə dəqiqə şifrəni verdikdən sonra nəsə etdiyini, həmin vaxt onun da mobil nömrəsinə 10 manatlıq kontur yükləndiyini, Təqsirləndirilən şəxs kontur yükləndikdən sonra evdən çıxaraq getdiyini, bu məsələnin üzərindən bir müddət keçdikdən sonra təxminən may ayının ortalarında qardaşı oğlu Natiq Mustafayevin arvadı Zərərçəkmiş şəxs2 adına əvvəllər götürmüş olduğu krediti ödəyərkən kredit məbləğinin artdığını gördüyünü, sonradan onun da adına kredit olduğunu görüb bu barədə onlara məlumat verdikdən sonra banka gedərək nə baş verdiyini öyrəndikdə Təqsirləndirilən şəxs yalan deyərək onların adına kredit götürüb həmin krediti də öz kart hesablarına göndərdiyini bildiklərini, Təqsirləndirilən şəxs ilə əvvəldən eyni məhəllədə yaşadığını, onu əvvəlcədən tanıdığını və aralarında ədavət, düşmənçilik və qohumluq münasibəti olmadığını, Təqsirləndirilən şəxs onun adına 4379,55 manat kredit götürdüyünü, həmin kredit ona məxsus 5103 0716 6247 5678 nömrəli bank kartına yükləndikdən sonra kartda olan 4379,88 manat pulun 4379,55 manatını öz kart hesabına köçürdüyünü, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəyini və istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata götürmə haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-39/24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 -ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin istintaq və Təhqiqat İdarəsinin rəisi polis polkovniki Zahir İsmayılov tərəfindən tərtib edilmiş 22 iyun 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs onları aldadaraq adlarına kredit götürməsini və vəsaitlərini ələ keçirməsini bildirməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin istintaq və Təhqiqat idarəsində araşdırma aparılaraq material toplanmışdır. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 və Əhmədova X3 Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs onlara “Ramazan Bayramı ilə əlaqədar olaraq Azercell şirkətinin təqdaüdçülərə 10 manat miqdarında pulsuz kontur verdiyini” bildirib, həmin kompaniyadan onların da yararlanmalarını təklif etdiyini, Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqlarını, Təqsirləndirilən şəxs bunun üçün şəxsiyyət vəsiqələrinin və təqaüd kartlarının hər iki tərəfinin şəklini çəkdiyini və öz telefonunu üzlərinə tutaraq özlərini təqdim etmələrini istədiyini, Təqsirləndirilən şəxs inandıqlarını və onun dediklərini etdiklərini, daha sonra onların nömrələrinə 10 manat kontur yükləndiyini, 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onlara gedib, nömrələrinə kod gəldiyini həmin kodu ona vermələrini istədiyini, onların da mobil nömrələrinə gələn kodu Təqsirləndirilən şəxs verdiklərini, onlar Kapital Banka olan kreditini ödəyərkən, kredit məbləğinin artdığını gördüklərini, bu barədə Kapital Banka müraciət etdiklərini, Kapital Bankdan onlara kreditlərinin miqdarının özləri tərəfindən artırıldığının bildirildiyini, daha sonra Təqsirləndirilən şəxs etibarılarından sui-istifadə edərək, onları aldatdığını və 5103-0716-6247-5678 (Zərərçəkmiş şəxs1) nömrəli kartdan 4379 manat və 5103-0716-9839-2541 (Zərərçəkmiş şəxs2) nömrəli kartdan 3410 manat miqdarında kredit götürüb və özünə köçürdüyünün məlum olduğunu bildirərək köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Cinayət Axtarışı idarəsinin Kibercinayətkarlıqla Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Əli Qasımlı tərəfindən tərtib olunmuş 15 iyun 2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə kollektiv ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs onları aldadaraq, kart və şəxsi məlumatlarını əldə edib, vəsaitlərini kiber üsulla taladığını bildirmişdirlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti ilə əlaqədar Cabbarlı X6 MR DİN-ə dəvət olunmuş və ərizədə qeyd olunan xüsusatları izahatında təsdiq etmişdir. ********* nömrəli cinayət işi ibtidai istintaq davam etdirilməsi üçün icraata götürülməsi qərara alınmışdır. (cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 1958-ci il təvəllüdlü, evli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild İ, iş vərəq 19-20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1956-cı il təvəllüdlü, evli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild İ, iş vərəq 29-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli vəkil dəvət edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan vəkillərdən birinin müdafiəçi olaraq dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 63- 64) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun adına ona məlumat vermədən Kapital Bankdan 3409,79 manat kredit götürdükdən sonra kartında olan 3410.52 manat pulun hamısını öz kart hesabına köçürmüş idi. Təqsirləndirilən şəxs onun 3410.52 manat pulunu tam şəkildə geri qaytarmaqla ona dəymiş maddi ziyanı ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. (cild İ, iş vərəq 74) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun adına ona məlumat vermədən Kapital Bankdan 4379.55 manat kredit götürüb həmin pulun hamısını öz kart hesabına köçürmüş idi. Təqsirləndirilən şəxs onun 4379.55 manat pulunu tam şəkildə geri qaytarmaqla ona dəymiş maddi ziyanı ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. (cild İ, iş vərəq 75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 76-77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X1 həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 87-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 16 avqust 2024-cü il tarixli, 302 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs “Paroksizmal vahimə pozuntusu” xəstəliyi aşkar olunur. O, anlaqlıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabliyyətindədir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 94-96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2024-cü il tarixli kart məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Kapital Bank" ASC-dən 09 sentyabr 2024-cü il tarixdə daxil olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 5103 0716 6247 5678 və Zərərçəkmiş şəxs2 məxsus 5103 0716 9839 2541 hesab nömrəli plastik kart hesablarına 10 aprel 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixədək mədaxil və məxaric olunan məbləğlərin siyahısına baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus 5103 0716 6247 5678 hesab nömrəli plastik kart hesabından 4379,55 Azərbaycan manatı məbləğində valyutanın 11 aprel 2024-cü il saat 16:23:39 saniyədə X4 məxsus 4169 7388 9562 8810 hesab nömrəli plastik kart hesabına köçürüldüyü, Zərərçəkmiş şəxs2 məxsus 5103 0716 9839 2541 hesab nömrəli plastik kart hesabından 3410,52 Azərbaycan manatı məbləğində valyutanın 10 aprel 2024-cü il saat 15:13:41 saniyədə Zərərçəkmiş şəxs2 məxsus 523915...7330 hesab nömrəli plastik kart hesabına köçürüldüyü və həmin gün saat 15:14:40 saniyədə Zərərçəkmiş şəxs2 məxsus 523915...7330 hesab nömrəli plastik kart hesabından 3410,52 Azərbaycan manatı məbləğində valyutanın Təqsirləndirilən şəxs məxsus 4169 7388 9562 8810 hesab nömrəli plastik kart hesabına köçürüldüyü müəyyən olmuşdur. (cild İ, iş vərəq 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. (cild İ, iş vərəq 122-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 1305 nömrəli arayışdan görünür ki, Cabbarlı X6 şəhəri, 1-ci küçə, döngə 8, ev 2 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 1306 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X9, anası X5, bacısı X8 və X10 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 137) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər 4 saylı Mİİ-nin pasportisti tərəfindən verilmiş 15 sentyabr 2024-cü il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhəllə sakinləri arasında hörmət qazanmışdır, davranışında mədəni və ağırtəbiətlidir, özünü mehriban, işgüzar, savadlı, vətənpərvər gənc kimi göstərmişdir. Qonşularla normal rəftar etməyi bacarır. Əsl Azərbaycan övladıdır. Fiziki və mənəvi cəhətdən sağlamdır. Subaydır. Cabbarlı X6 şəhər Ə.Əliyev küçəsi bina 41/1 ev 28 ünvanında yaşadığı müddətdə ünvan 5 bir şikayət və narazılıq bildirilməyib. (cild İ, iş vərəq 135) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar