Məhkəmə qərarları › İş №1(078)-66/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-66/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-66/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixində Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, 1 uşaq atası, əvvəllər məhkum olunmamış, Şahbuz rayon, Aşağı Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2025-ci il tarixli, 4(078)-39/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 01 avqust 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 14 may 2025-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən evə gizli yolla daxil olmaq üçün evin giriş qapısının kilidini sındıraraq qanunsuz daxil olub yataq otağındakı şkafın gözündə olan pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs3 məxsus 120 manat pulu oğurlaması, təkrar eyni üsulla 15 may 2025-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən evə gizli yolla daxil olmaq üçün evin salonun plastik pəncərəsi və pəncərənin çölündə olan dəmir torunu sındıraraq qanunsuz daxil olub yataq otağındakı şkafın gözündə olan paltarların altından Zərərçəkmiş şəxs4 məxsus 1300 manat pulu oğurlaması, təkrar eyni üsulla 15 may 2025-ci il tarixdə saat 11 radələrində Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə gizli yolla daxil olmaq üçün evin salonun plastik pəncərəsi fiziki güc edib itələyib açaraq qanunsuz daxil olub yataq otağındakı güzgülü tirmonun siyirməsində olan qutunun içərisindən qızıl qutusunun içərisindən Zərərçəkmiş şəxs5 məxsus dəyəri 303 manat olan iki cüt uşaq üçün qızıl sırğanı, bir ədəd qırılmış vəziyyətdə olan qızıl boyunbağını və bir cüt bujiteriya sırğanı oğurlaması faktları, əsas isə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ərizələri əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrar eyni üsulla qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədilə evə qanunsuz daxil olub oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 25 fevral 2025-ci il tarixdə saat 11 radələrində Babək rayonu Yarımca kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə gizli yolla daxil olmaq üçün evin sahibinin evdə olub-olmadığını yoxlamaq adı ilə yalandan bir neçə dəfə qapını döyüb və ev yiyəsini bir neçə dəfə yalandan çağıraraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin giriş qapısından evə qanunsuz daxil olub evin yataq otağındakı çarpayının baza hissəsinə qoyulmuş qutunun içərisində olan Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı 200 manat dəyərindəki bir ədəd qızıl üzüyü, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 230 manat dəyərindəki bir ədəd damcı formalı klonu, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı 262 manat dəyərindəki bir ədəd klonlu boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı 185 manat dəyərindəki bir ədəd boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı 150 manat dəyərindəki bir ədəd boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı 264 manat dəyərindəki bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı 106 manat dəyərindəki bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı 131 manat dəyərindəki bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı 330 manat dəyərindəki bir cüt sırğanı, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı 593 manat dəyərindəki bir cüt sırğanı, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı 230 manat dəyərindəki bir cüt sırğanı, Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı 171 manat dəyərindəki qırmızı qaşlı bir cüt sırğanı gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2852 (iki min səkkiz yüz əlli iki) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 16 aprel 2025-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə gizli yolla daxil olmaq üçün evin sahibinin evdə olub-olmadığını yoxlamaq adı ilə yalandan bir neçə dəfə qapını döyüb və ev yiyəsini bir neçə dəfə yalandan çağıraraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin giriş qapısından evə qanunsuz daxil olub vahid niyyətlə yataq otağındakı şkafdan 1405,35 manat dəyərində 2 ədəd qızıl üzüyü və bir ədəd qızıl qolbağı və uşaq otağındakı stolun üstündə olan taxta materialdan hazırlanmış pul qabını sındırıb içərisindən Zərərçəkmiş şəxs1 məxsus 300 manat pulu oğurlamış, lakin ev sahibi Zərərçəkmiş şəxs1 evə gəlib Təqsirləndirilən şəxs oğurluq edən zaman görəndə və oğurladığı əşyaları tələb edəndə, Təqsirləndirilən şəxs öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə oğurluq cinayətini başa çatdıra bilməmiş, oğurluq cinayəti etməyə cəhd etmiş, oğurladığı 1405,35 manat dəyərində 2 ədəd qızıl üzüyü və bir ədəd qızıl qolbağı ev sahibinə qaytarmış, ev sahibinə bildirmədən uşaq otağında olan sındırdığı pul qabının içərisindən götürdüyü 300 manat pulu oğurlamışdır. Bundan başqa, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 14 may 2025-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən evə gizli yolla daxil olmaq üçün evin küçə qapısının bağlı olubolmadığını yoxlamaq adı ilə yalandan bir neçə dəfə qapını döyüb və ev yiyəsini bir neçə dəfə yalandan çağıraraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə düşüb evin giriş qapısının kilidini sındıraraq evə qanunsuz daxil olub yataq otağındakı şkafın gözündə olan pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs3 məxsus 120 manat pulu oğurlamışdır. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə eyni üsulla 15 may 2025-ci il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən evə gizli yolla daxil olmaq üçün evin küçə qapısının bağlı olub-olmadığını yoxlamaq adı ilə yalandan bir neçə dəfə qapını döyüb və ev yiyəsini bir neçə dəfə yalandan çağıraraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə düşüb evin salonun pəncərəsinin çölündə olan dəmir toru sındıraraq plastik pəncərəyə fiziki güc tətbiq edib itələyərək evə pəncərədən qanunsuz daxil olub yataq otağındakı şkafın gözündə olan paltarların altından Zərərçəkmiş şəxs4 məxsus 1300 manat pulu oğurlamışdır. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə eyni üsulla 15 may 2025-ci il tarixdə saat 11 radələrində Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə gizli yolla daxil olmaq üçün evin küçə qapısının bağlı olub-olmadığını yoxlamaq adı ilə yalandan bir neçə dəfə qapını döyüb və ev yiyəsini bir neçə dəfə yalandan çağıraraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə düşüb evin salonunun plastik pəncərəsinə fiziki güc edib itələyərək evə pəncərədən qanunsuz daxil olub yataq otağındakı güzgülü tirmonun siyirməsində olan qutunun içərisindən Zərərçəkmiş şəxs5 məxsus Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,54 qram olan 220,20 manat dəyərindəki bir ədəd zincir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,09 qram olan 141,70 manat dəyərindəki bir cüt tək qaşlı qızıl uşaq sırğası, 15 manat dəyərindəki bir cüt buta formalı bujiteriya uşaq sırğası və Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 0,75 qram olan 97,50 manat dəyərindəki bir cüt beş qaşlı qızıl uşaq sırğasını oğurlamış və nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 454,40 (dörd yüz əlli dörd manat 40 qəpik) manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, borcunun çox olduğunu, həmin borclarını ödəyə bilmədiyini, bu səbəbdən qara-qara düşünüb borclarını bağlamaq istədiyini, 2019-cu ildən 2024-cü ilədək X4 xidmət etdiyini, mərc oyunlarına şirniklənib aludəçisi olduğu üçün 2024-cü ildə baş leytenant rütbəsi ilə xidmətdən xaric olunduğunu, 2023-cü ildən mərc oyunları oynamağa başladığını, təxminən 180.000 manat pul uduzduğunu, həmin pulları bir neçə şəxsdən borc aldığını, qumar oynadığı müddətdə atası Cahangir Babayeva məxsus evi ailəsinin razılığı ilə satıb borclarının çox hissəsini bağladığını, qumar oynamamaq üçün Sumqayıt şəhəri Saray qəsəbəsində “Restart” reabilitasiya mərkəzində müalicə alaraq qumardan uzaq durduğunu, həm də paralel olaraq köhnə borclarını və yeni yaranmış borclarını ödəməyi üçün pul axtardığını, bibisi X14 və əmisi X1 rayonu Yarımca kəndində yaşadıqlarından həmin kəndi yaxşı tanıdığını, ora tez-tez gedib-gəldiyini, borcu olduğu üçün 25 fevral 2025-ci il tarixdə saat 11 radələrində oğurluq etmək məqsədilə Babək rayon Yarımca kəndinə getdiyini, həmin kənddə gəzərkən evlərin birinin qapısının qıfılla bağlandığını gördüyünü, həmin evin hasarının yarımçıq olduğunu görüb həyətə boylanaraq hasarın çöl tərəfindən evə baxış keçirən zaman evin giriş qapısında ayaqqabılar olduğunu və evin pəncərələrinin pərdəli olduğunu gördüyünü, həmin evdə yaşayış olduğunu gördüyünü, yalandan həmin ev sahibini səsləməyə başladığını, lakin səs gəlmədiyini, evin sağ tərəfindəki dəmir hasarın açıq olan hissəsindən həyətə daxil olduğunu, həyətə daxil olduqdan sonra təkrar ev sahibini səsləməyə başladığını, səs gəlmədiyi üçün evin qapısının açıq olub-olmamasını yoxladığını, qapının kilitli olmadığını, qapının açıq olduğuna əmin olub həmin qapıdan evə daxil olduğunu, evin içərisində yataq otağına daxil olub həmin otaqda dəyərli əşyaları, qızılları axtardığını, amma həmin otaqda heç nə tapa bilmədiyini, digər yataq otağına daxil olduğunu, otağın sağ tərəfində güzgülü tirmo, sol tərəfində böyük şkaf, qarşısında isə 2 nəfərlik çarpayı, 03 rəfli tumbuçka və tək nəfərlik çarpayı olduğunu gördüyünü, həmin otaqda heç nəyi dağıtmadan axtarmağa başladığını, şkaflarda heç nə tapa bilmədiyini, 2 nəfərlik çarpayının baş tərəfini qaldıranda çarpayının baza hissəsində olan qutunu gördüyünü, həmin qutunun içərisində qırmızı rəngli qızıl qabları açıb içində olan sarı rəngli qızılları, yəni üzəri sadə qaşlı bir ədəd qızıl üzüyü, bir ədəd damcı formalı klonu, bir ədəd klonlu boyunbağını, iki ədəd boyunbağını, üç ədəd qızıl qolbağı, bir cüt şarik formalı sırğanı, bir cüt damcı formalı sırğanı, əlavə bir cüt sırğanı, bir cüt qırmızı qaşlı sırğanı götürdüyünü, həmin qızılları cibinə qoyub üzərində gizlətdiyini, evdə daxil olduğu yerdən çıxıb yol kənarına gəldiyini, telefonundan bolt taksi sifarişi verdiyini, taksi gələnə qədər oğurladığı qızıllara baxdığını, həmin əşyaların qızıl olduğuna əmin olduğunu, taksiyə minib taksi ilə Naxçıvan şəhəri Cahan ticarət mərkəzində qızıl satışı bölməsinə gəldiyini, lombarda qızıl qəbul edən Şahid6 lombard mağazasına qızılları verib pul götürmək istədiyini dediyini, Orxanın qızılların kimə məxsus olduğunu soruşduğunu, özünün də yalandan Orxana “qızıllar özümə məxsusdur” dediyini, Orxanın üzəri sadə qaşlı bir ədəd qızıl üzüyü, bir ədəd damcı formalı klonu, bir ədəd klonlu boyunbağını, iki ədəd boyunbağını, üç ədəd qızıl qolbağı, bir cüt şarik formalı sırğanı, bir cüt damcı formalı sırğanı, əlavə bir cüt sırğanı, bir cüt qırmızı qaşlı sırğanı şəxsiyyət vəsiqəsinin surətinin üzərinə qoyub şəkillərini çəkdiyini, qızılların tərəzidə çəkildiyini, qızılların ümumi çəkisinin 29 qram olduğunu, Şahid6 qızıllara görə 1700 manat pul verdiyini, sənədlərə imza atıb getdiyini, bundan başqa Şahbuz şəhərində Bakı küçəsində olan evdən oğurluq etdiyini, təxminən 2 ildir Babək rayon Cəhri qəsəbə sakini X10 12000 manat borcu olduğunu, bu səbəbdən Şahbuz rayon məhkəməsinə müraciət etdiyini, məhkəmənin yekun qərarında isə hər ayın birində qarşı tərəfə 300 manat pul ödəməli olduğu halda ödəyə bilmədiyini, xx.xx.2025-ci il tarixdə Şahbuz rayon İcra Probasiya bölməsinə dəvət edildiyini, orada aprel ayının 21-dək 300 manat pulu ödəməli olduğunun deyildiyini, onlarla razılaşdığını, pul tapmaq üçün oradan çıxdığını, Şahbuz şəhərində yaşayan tanışı Şahid1 evinə gedib ondan 300 manat borc pul aldığını, bu məqsədlə Şahid1 yaşadığı evə getdiyini, evin darvazasının qapısını döydüyünü, lakin evdə heç kəsin olmadığına gördüyünü, darvaza qapısına baxdığını və açıq olduğunu gördüyünü,həyətə daxil olduğunu və təkrar Həsəni çağırdığını, amma heç kimin səs vermədiyini, bu zaman Həsənin evindən oğurluq etmək niyyətinə düşdüyünü, niyyətinin həmin evdən 300 manat pul götürmək olduğunu, evin qapısına yaxınlaşdığını, qapının üzərində açarların olduğunu gördüyünü, əlini qapıya atanda qapının açıq olduğunu gördüyünü, evdə adam olmadığına əmin olmaq üçün bir neçə dəfə də təkrar yalandan Həsəni səslədiyini, evə daxil olduğunu, yataq otağına keçdiyini, yataq otağında şkafın siyirməsini çəkdiyini, orada 5-6 ədəd qızıl qutusu gördüyünü, həmin qutuları açdığını, qutuların içərisində qızıl-zinət əşyaları olduğunu gördüyünü, həmin qızıl-zinət əşyalarının içərisindən 2 ədəd qızıl üzüyü və bir ədəd qızıl qolbağı götürərək cibinə qoyduğunu, həmin qızılların özünə bəs edəcəyini fikirləşdiyini, sonra həmin otaqdan çıxdığını, evin giriş qapısına tərəf gedəndə uşaq otağının qapısın açıq vəziyyətə olduğunu və qapının yanında masanın üzərində uşaqlar üçün nəzərdə tutulmuş taxta materialdan hazırlanmış pul qabının olduğunu gördüyünü, qutuda pul ola biləcəyini fikirləşdiyini, həmin otağa keçib əlini qutuya atdığını, qutunun içərisində pul olduğunu gördüyünü, həmin otaq qaranlıq olduğu üçün pul qabını götürüb evin salonuna gətirərək hər iki əli ilə qutunu araladığını, içərisində müxtəlif əskinaslarda olan xeyli miqdarda pul olduğunu gördüyünü, qabda olan pulların içərisində 3 ədəd 100 manatlıq əskinas, yəni 300 manat pulu götürüb şalvarının cibinə qoyduğunu, əvvəlcədən evdən oğurladığı qızılları salonda olan masanın üzərinə qoyduğunu, açdığı pul qabını düzəltdiyini, yerinə qoymaq istəyən zaman ev sahibi Şikarə xanımın evə daxil olduğunu, onu görən kimi qorxduğunu, evin digər otağına qaçdığını, bu zaman Şikarənin “sən kimsən buraya gəl” dediyini, özünün başqa çarəsi olmadığını düşünüb onun yanına gəldiyini, bu zaman Şikarənin “sənə ayıb olsun, mənim evimdən oğurluq edirsən” dediyini, ona bu barədə heç kimə heç nə deməməsini xahiş etdiyini, Şikarə xanımın nə oğurladığını soruşduğunu, masanın üzərinə qoyduğu 2 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını ona göstərərək “bunları oğurlamışdım, həmin qızılları da masanın üzərinə qoymuşam” dediyini, Şikarə xanımın onu evdən qovduğunu, evdən çıxdığını, 300 manat pulun üzərində qaldığını, həmin pulu götürə bilmədiyini, küçədə olan vaxtı ev sahibi Həsənə zəng edərək “hardasan gəlim səninlə söhbət etməliyəm” dediyini, Həsənin isə “Naxçıvan şəhərində işdəyəm, buraya gəl söhbət edək” dediyini, bir neçə dəqiqədən sonra Şahbuz şəhərində yerləşən YDM-nin aşağı hissəsi ilə hərəkət etdiyi zaman Həsənin zəng vuraraq harada olduğunu soruşduğunu, Həsənə olduğu yeri dediyini, Həsənin “sənə ayıb olsun, olduğun yerdə gözlə oraya gəlirəm” dediyini, təxminən 20 dəqiqədən sonra Həsənin yanına gəldiyini, Həsənin avtomobilinə əyləşdiyini, Həsənin avtomobildə onu danladığını, Həsənlə birlikdə onun evinə getdiyini, Həsənin evdə ondan nə oğurladığını soruşduğunu, Həsənə ona yataq otağında olan şkafın içərisindən 2 ədəd qızıl üzük və 1 ədəd qızıl qolbağı oğurladığını dediyini, amma həmin vaxtı pul qabından oğurladığı 300 manat pulu ona demədiyini və 300 manat pulu şalvarının kəmərinin içəri hissəsində gizlətdiyini, Həsənə başqa heç nə demədiyini, Həsən bilmədən aradan çıxmaq istədiyini, Həsənin evdə arvadı Şikarədən bütün qızılların yerində olubolmadığını soruşduğunu, Şikarənin qızılların hamısını yoxladığını, yerində olduğunu dediyini, Həsənin salonda masanın üzərində olan pulları saydığını, Şikarənin də pullara baxdığını, Həsənə pulqabında 200-300 manat pul olmalı olduğunu dediyini, Şikarə belə dedikdən sonra həmin pulların özündə olduğunu biləcəklərini hiss etdiyini, Həsənə “çölə çıxaq sənə deyiləsi sözüm var” dediyini, Həsənlə birlikdə küçəyə çıxdıqlarını, orada evdən oğurladığı 300 manat pulu şalvarının kəmərinin altından çıxardaraq Həsənə verdiyini, Həsənin də polis çağırdığını, polisə şikayət etdiklərini, bundan başqa 14 may 2025-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhəri Hərbi şəhərcik 2-də gəzdiyini, yadına 12700 manat borcunun olduğunun düşdüyünü, həmin pulu verə bilmədiyini, borcunun çoxaldığını, “borclarımı necə ödəyim, həm də işləmirəm” deyə düşündüyünü, Hərbi şəhərcik 2-də gəzən zaman evlərdən birinin küçə qapısının qıfıllı olduğunu gördüyünü, qapıya yaxınlaşdığını, evdə kiminsə olub-olmamasını yoxlamaq üçün “ev yiyəsi” deyib 4-5 dəfə çağırdığını, heç kəsin səs vermədiyini, özünün də evdə heç kəs olmadığına əmin olduğunu, hasardan tullanıb həyətə düşdüyünü, evin giriş qapısının taxtadan hazırlandığını, qapının bağlı olduğunu, özünün də üstündə olan açarı həmin qapının kilid yerinə saldığını və fırlandığını gördüyünü, amma qapının açılmadığını, açarı sıxdığını və itələdiyini, taxtanın sındığını və qapının açıldığını, bu üsulla evə daxil olduğunu, yataq otağındakı şkafı açdığını, orada olan pul qabını götürdüyünü, pul qabının içərisinə baxanda bir 100-lük və bir 20-lik əskinazdan ibarət 120 manat pul olduğunu gördüyünü, pul qabından 120 manat pulu götürüb cibinə qoyub evdən çıxıdığını, yaşadığı evə qayıtdığını, X10 12700 manat borcu olduğunu, 12700 manat pulun yarısını ödəməli olduğunu, lakin özünün maddi imkanı olmadığını, 15 may 2025-ci il tarixdə saat 09:30 dəqiqədə icra məmurunun təkrar zəng vurub “12700 manat pulun yarısını ödəməlisən” dediyini, özünün də “işləmirəm, pulum da yoxdur” dediyini, icra məmurunun da “bununla bağlı qanuni tədbir görüləcək, bu gün ərzində ödəməlisən” dediyini, özünün də “pulu belə tezliklə ödəyə bilməyəcəm” deyə düşündüyünü, oğurluq edib borcunu ödəməyə qərar verdiyini, bu səbəbdən fikirli halda piyada Naxçıvan şəhəri Qaraxanbəyli kəndinə getdiyini, kənddə marketə girib su aldığını və yola düşdüyünü, küçə ilə gedəndə evlərdən birinin küçə qapısının bağlı olduğunu gördüyünü, əli ilə qapını yoxladığını, qapının açılmadığını, bir neçə dəfə qapını döydüyünü, evdə heç kəs olmadığını düşündüyünü, eyni qayda ilə ev yiyəsini 4-5 dəfə çağırdığını, heç kəsin səs vermədiyini, evdə heç kəsin olmadığına əmin olduğunu, o tərəf bu tərəfə baxdığını, evin arxa tərəfinə kerçdiyini, evin arxasında hasardan aşıb həyətə tullandığını, arxa pəncərəyə baxdığını, pəncərə hündürdə olduğundan ətrafa göz gəzdirdiyini və həyətdə pilləkən olduğunu gördüyünü, pilləkəni qaldırıb pəncərə qoyduğunu, pəncərədə olan setkanı əli ilə çəkdiyini, setkanın aralandığını, plastik pəncərəni əli ilə itələdiyini və pəncərənin açıldığını, ayaqqabısı palçıq olduğu üçün də ayaqqabılarını çıxardığını, evə daxil olduğunu, evin salonundan yataq otağına keçdiyini, şkafı axtardığını, heç nə tapa bilmədiyini, evə daxil olduğu yerdən çıxdığını, ayaqqabılarını geyindiyini, pilləkəni divara söykədiyini, qalxıb evin arxa tərəfindən divardan aşıb getdiyini, kəndin ara küçələri ilə piyada getməyə başladığını, kanalın yanına gəldiyini, kanal qırağı ilə ara məhlələrə keçdiyini, bir məhlə qabağına çıxdığını, dönüb düz üzü yuxarı getməyə başaldığını, evlərdən birinin küçə qapısının qıfıllı olduğunu gördüyünü, evdə heç kəsin olmadığını düşündüyünü, eyni qayda ilə qapını döydüyünü, eyni üsulla ev yiyəsini 4-5 dəfə çağırdığını, heç kəsin səs çıxarmadığını yaxud cavab vermədiyini, evdə heç kəsin olmadığına əmin olduğunu, qaz durbasından tutub hasara qalxdığını, yaşıl parça olan hissədən həyətə düşdüyünü, o tərəf bu tərəf baxanda qabaq tərəfdən iki pəncərə olduğunu gördüyünü, özünə tərəf olan pəncərəni əli ilə itələdiyini və pəncərənin açıldığını, ayaqqabısının çıxardığını, pəncərədən evə daxil olduğunu, otaqlara baxanda birbaşa yataq otağına keçdiyini, güzgülü tirmonu açdığını, orada olan qızıl qabını götürüb açdığını, qızıl qabının içərisində olan 3 cüt sırğa və bir ədəd qırılmış boyunbağını götürdüyünü, şalvarının sol yan cibinə qoyduğunu, evə daxil olduğu yerdən çıxdığını, həyətdə hasardan aşıb küçəyə çıxdığını, bir qədər aşağı endiyini, bolt ilə taksi sifariş verdiyini, yaşadığı Naxçıvan şəhəri ünvan 6 ünvanındakı evinə getdiyini, evin içərisində qızılları salonda cibindən çıxarıb güzgülü tirmonun siyirməsinə qoyduğunu, həmin vaxt 3 cüt sırğadan iki cüt sırğa qızıl, bir cüt sırğa isə bujiteriya, qırıq boyunbağı da qızıl olduğunu gördüyünü, özünün “bu qızıllar balaca qız uşağı üçündür” deyə düşündüyünü, oğurladığı qızılları güzgülü tirmonun siyirməsinə qoyduğunu, əynində olan köynəyini dəyişdiyini, şalvarının isə əynində olan şalvar olduğunu, axşamçağı polis əməkdaşlarının zəng vurub onu 1-ci Polis Bölməsinə dəvət etdiyini, Polis Bölməsində törətdiyi cinayət əməllərini etiraf etdiyini, borcunun çox olduğunu, ödəyə bilmədiyini, icra məmurunun da pulu tələb etdiyini, özü də həmin borcu ödəmək üçün oğurluq etdiyini, qanunsuz olaraq evə daxil olduğunu, oğurluq etdiyi şəxsləri tanımadığını, onlarla heç bir münasibəti olmadığını, sadəcə qapının bağlı olduğunu görüb evə daxil olduğunu, həmin şəxslərə heç bir ədavəti və düşmənçiliyi olmadığını, Həsənin özü ilə tanış olduğunu, lakin elə yaxın münasibəti olmadığını, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs4 evinə oğurluq etmək məqsədilə daxil olduğunu, evdə pul görmədiyini, evdən heç nə tapa bilmədiyini, evdən 1300 manat pul oğurlamadığını, Zərərçəkmiş şəxs5 evindən oğurladığı qızılları kirayə yaşadığı Naxçıvan şəhəri ünvan 6 ünvanında yerləşən evin salonunda güzgülü tirmoda gizlətdiyini, həmin qızıllar orada odluğunu, çarəsiz qalıb barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtini pozduğunu, icradan Əli müəllimin zəng vurub “barəndə olan məhkəmə qərarını icra eləməlisən, bu ay 6000 manat pulu verməlisən, yoxsa inzibati tənbeh tədbiri veriləcək” dediyini, bu səbəbdən çarəsiz qaldığını, oğurluq edib borcunu ödəmək istədiyini, evlərə tək girdiyini, oğurluq hadisəsini tək törətdiyini, kəndi bir-bir gəzib qapılara baxdığını, küçə qapısı bağlı olan evi yoxladığını, evdə heç kəsin olmadığına əmin olduğunu, evin həyətinə hasardan düşdüyünü, evə qapısından və ya pəncərəsindən daxil olduğunu, oğurluq törətməkdə heç kəslə əlbir olmadığını, oğurluq hadisələrini tək törətdiyini, həmin qızılların içərisindən yalnızca 2 ədəd üzüyü və 1 ədəd qolbağı oğurladığını, lakin evdən çıxan vaxtı pulqabını gördükdə pulqabından pulları götürməyi fikirləşdiyini, qızılları satarkən tutula biləcəyini düşündüyünü, qızılları yerinə qoyub 300 manat pulu oğurladığını, Zərərçəkmiş şəxs1 evə gələn zaman evdən oğurladığı 300 manat pulu borcuna ödəməli olduğundan 300 manat pulu götürdüyünü demədiyini, Şikarə görəndə qızılları götürmədiyini dediyini, onun başını qatdığını və evdən çıxıb getdiyini, nəticədən 5 evə qanunsuz daxil olub oğurluq etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs5 ifadəsində 15 may 2025-ci il tarixdə səhər evdə olduğunu, uşaqları məktəbə yola saldığını, evi təmizlədiyini, iş yoldaşı Hüsnü Əliyevanın mobil nömrəsinə zəng vurub danışdığını, onun əmisiqızısının rəhmətə getdiyini, başsalığı verdiyini, Qaraçuq məscidində ona yas saxladığını, həmin gün saat 10 radələrində onunla danışdığını, saat 11 radələrində evdən çıxdığını, evin giriş qapısını bağladığını, sonra küçə qapısını qıfılladığını, açarıda özü ilə götürdüyünü, yasa getdiyini, yasda iştirak etdiyini, saat 12:07 evə gəldiyini və evin salonun pəncərəsinin açıq olduğunu gördüyünü, evə daxil olduğunu, evin salonu və yataq otaqlarının axtarıldığını gördüyünü, özünün də oğlu Vətənə zəng vurduğunu, Vətənin də həmin vaxt işdə olduğunu, Vətənin evə gəldiyini, Vətənin də evə gəlib baxdığını, bu barədə Cabirə xəbər verdiyini, Cabirin də gəldiyini, oğurluq olduğuna şübhə etdiklərini, evə polis çağırdıqlarını, polis əməkdaşlarının evə gəldiklərini, evə baxış keçirdiklərini, keçib otaqlara baxdığını, oğlu Vətənə məxsus bir ədəd zincir boyunbağı, qızı Aytənə məxsus iki cüt qızıl uşaq sırğası və bir cüt bujiteriya sırğasının oğurlandığının məlum olduğunu, digər otaqlara baxdığını, evdən başqa heç nə oğurlanmadığını, hadisə yerinə polis əməkdaşlarının baxış keçirdiklərini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, bununla bağlı şikayət ərizəsi yazdığını, bir ədəd zincir boyunbağının oğlu Vətənə məxsus olduğunu, ortadan qırıldığını, həmin qızılı ona orta məktəbdən məzun olan zaman aldığını, bir cüt tək qaşlı qızıl uşaq sırğası və bir cüt beş qaşlı qızıl uşaq sırğasının qızı Aytənə məxsus olduğunu, onun bir yaşı olandan atası və nənəsinin qızıl sırğaları aldığını, bir cüt buta formalı bujiteriya sırğanın isə özünə məxsus olduğunu, özünün aldığını, həmin qızılları evdən oğurlandığını, evindən iki cüt qızıl uşaq sırğası, bir cüt bujiteriya sırğa, bir ədəd oğlu Vətənə məxsus boyunbağı oğurlandığını, ümumilikdə 303 manat maddi ziyan dəydiyini, evindən başqa heç bir qızılı və ya pulu oğurlanmadığını, həmin evdə 20 ildir yaşadığını, birinci dəfə oğurluq olduğunu, özünün evə gəlib oğurluğu aşkar etdiyini, oğlu Vətənə dediyini, sonra da Cabirin gəldiyini, polis çağırıdıqlarını, evdən oğurluq edən Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi özünün xüsusi mülkiyyətində olduğunu, 1 il 7 aydır həmin evdə həyat yoldaşı ilə birlikdə yaşadığını, həmin evin bir salon, 2 otaq, bir mətbəx və hamam-tualet otaqlarından ibarət olduğunu, həmin evin qabaq və arxa tərəfindən həyəti olduğunu, 15 may 2025-ci il tarixdə sat 8 radələrində Çingizlə birlikdə evdən çıxanda evin giriş qapısını və küçə qapısını açarla bağladığını və birlikdə işə getdiklərini, axşamçağı saat 6-da işdən çıxıb 10 dəqiqəyə evə çatdıqlarını, həyat yoldaşı Çingizin küçə qapısını açdığını, lakin qapının açılmadığını, Çingizin divardan həyətə aşdığını, dəmir darvaza qapısını açdığını, həmin açarın da küçə qapısının kilidinə ilişib sındığını, Çingizin də evin açarını verdiyini və zirzəmiyə düşüb suyu açdığını, özünün də evin giriş qapsını açıb içəri keçdiyini, salonun pəncərəsinin pərdəsinin çəkildiyini gördüyünü, pəncərənin açıq olduğunu, pəncərədə olan setkanın isə cırıldığını gördüyünü, yataq otağına baxdığını, şkafın qapısının açıq olduğunu gördüyünü, otağı axtardıqlarını, evə oğru girdiyindən şüphələndiyini, 102-yə zəng vurub şikayət etdiyini, polis əməkdaşlarının gəldiyini, evə baxış keçiridiklərini, polis gələnə qədər heç nəyə əlini vurmadıqlarını, keçib otaqlara baxanda yataq otağından 1300 manat nağd pul oğurlandığını gördüyünü, digər otaqlara baxdığını, evdən başqa heç nə oğurlanmadığını, qızıllara baxdığını, qızılların yerində olduğunu, hadisə yerinə polis əməkdaşlarının baxış keçiridiklərini, yaşadığı evdən əvvəllər oğurluq olmadığını, evdən oğurluq edən Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, heç bir münasibəti olmadığını, özünün şikayət ərizəsi yazdığını, evindən 1300 manat pul oğurlandığını, ümumilikdə 1300 manat maddi ziyan dəydiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində ünvan 8 ünvanında yaşadığını, 14 may 2025-ci il tarixdə həmişə olduğu kimi həyat yoldaşı və uşaqları ilə birlikdə evdən çıxdıqlarını, uşaqları bağçaya qoyub işə getdiklərini, günorta vaxtı, nahar fasiləsində işdən çıxıb yemək yemək üçün evə gəldiyini, küçə qapısının, darvaza qapısının bağlı olduğunu, həyətə daxil olduğunu, evinin giriş qapısının açarını balkonda şkafın içərisinə qoyduğundan, əlini atıb şkafın içərisindən açarı götürdüyünü, qapını açmaq üçün yaxınlaşığını, lakin qapının açıq vəziyyətdə olduğunu, qapıya baxdığını və qapının kilidinin sındırıldığını gördüyünü, evinə oğru girdiyindən şüphələndiyini, evə daxil olduğunu, lakin evin dağınıq olmadığını, evin içərisində şkafda olan qızıllara baxdığını, qızılların yerində olduğunu, yataq otağına keçdiyini, yataq otağında olan şkafın siyirməsini çəkdiiyni, pul qabına baxdığını, 120 manat pulun yerində olmadığını gördüyünü, əmək haqqını alanda pulları həmin pul qabına qoyduğunu, evinə oğru girdiyinə əmin olduğunu, 120 manat pulunun oğurlandığını, bununla bağlı 102-yə zəng vurub şikayət etdiyini, xx.xx.2025-ci il tarixdə evdən 120 manat pulu Təqsirləndirilən şəxs oğurladığının polis tərəfindən məlumat verildiyini, onun barəsində şikayətçi olduğunu, oğurluq nəticəsində 120 manat maddi ziyan dəydiyini, həmin pul qabının həmişə siyirmədə olduğunu, ailədə aldıqları əmək haqlarını ora qoyduqlarını, pul qabında cəmi 120 manat pul olduğunu, bir ədəd 100-lük əskinaz və bir ədəd isə 20-lik əskinaz olduğunu, başqa heç bir qızılı və ya pulu oğurlanmadığını, həmin evdə böyüdüyünü, birinci dəfədir ki, evlərindən oğurluq olduğunu, evə gələndə yanında heç kəs olmadığını, hadisə olan günü evdə heç kəs olmadığını, oğurluq halını özünün aşkarladığını, bununla bağlı polisə də zəng vurub şikayət etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2025-ci il tarixdə saat 18 radələrində işdə olarkən anası Raifə Qocayevanın zəng edərək evlərinə kiminsə girdiyini, cadu edildiyindən şüpələndiyini bildirdiyini, özünün də kimin onunla nə işi olacağını bildirdiyini, bəlkə evə oğuru girəcəyini bildirdiyini, anası Raifə Qocayevaya özünə məxsus yataq otağında çarpayının baza hissəsindəki qızılların yerində olub-olmamasını yoxlamasını dediyini, anasının çarpayının baza hissəsinə baxdığını, qızıl qutularını görüb qızılların yerində olduğunu bildirdiyini, özünün də işdən çıxıb saat 19 radələrində evə gəlib biraz istirahət etdikdən sonra qızıllara baxmaq qərarına gəldiyini, çarpayının baza hissəsində olan qızıl qutularını götürüb baxdıqda qızıllarının qutunun içində olmadığını gördüyünü, qızılların oğurlandığına əmin olub, tez anasına dediyini, oğurluq barədə polisə xəbər verdiklərini, oğurluq hadisəsinin tam vaxtını bilmədiyini, 2 gün öncə bir cüt sırğasını çıxardıb yataq otağında tirmonun üstünə qoyduğunu xatırladığını, anasıda həmin sırğanı götürüb qızılların olduğu qutuya qoyduğunu, həmin evdə atası Şahid2, anası Raifə Qocayeva, qızı X6 və özünün yaşadığını, hər gün səhər evdən çıxdığını, sonra da müxtəlif vaxtlarda evə geri qayıtdıqlarını, atası Şahid2 kəndlərində çayçıda işlədiyini, anası Raifənin səhərlər anasıgilə getdiyini, özünün də Naxçıvan şəhərində Nurlu mebel mağazasında işlədiyini, qızı Yağmur Sadıqzadə səhərlər məktəbə gedib günorta vaxtı geri qayıtdığını, evin qapısı kilitlənmədiyini, lakin pəncərələrin bağlı olduğunu, qapı və pəncərəyə heç bir müdaxilə olduğunu görmədiyini, evlərində təhlükəsizilik sistemi olmadığını, Təqsirləndirilən şəxs tanımadığını, oğurluq hadisəsini törədən şəxsi heç kimin görmədiyini, bu səbəbdən şüphələndiyi şəxsin olmadığını, evindən Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı qızıl üzüyü, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı bir ədəd damcı formalı klonu, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı bir ədəd klonlu boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı bir ədəd boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı bir ədəd boyunbağını, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı bir ədəd qolbağı, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı bir cüt sırğanı, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı bir cüt sırğanı, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı bir cüt sırğanı, Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı qırmızı qaşlı bir cüt sırğanı oğurlandığını, qızılların hamısının pandora model Türkiyə Respublikasında istehsal edilmiş qızıllar olduğunu, lakin qızılların içində bir cüt Rusiya Federasiyasında istehsal edilmiş sırğa olduğunu, həmin qızılların hamısı oğurlandığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 09 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilmədiyini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Şahid1 həyat yoldaşı olduğunu, onunla birlikdə ünvan 3 ünvanında yaşadığını, 16 aprel 2025-ci il tarixdə saat təxminən 09:40 raddələrində işdən evə gəldiyini, həyətə daxil olan zaman evin qapısının açıq vəziyyətdə olduğunu gördüyünü, qapıdan evin içinə girən zaman həmkəndlisi Təqsirləndirilən şəxs evin salonunda olduğunu və salondakı masanın üzərində olan övladının pul qabını sındıraraq onun içərisində olan pulları masanın üzərinə tökdüyünü gördüyünü, bu zaman Zəkanın özünü görən kimi qorxub evin mətbəxtinə qaçdığını, Zəkaya çığırdığını və ona yanına gəlməsini dediyini, Zəka yanına gəlmiş, ona “evdən nə oğurlamısan, mənə qaytar” dediyini, Zəkanın əynində olan paltarının cibindən iki ədəd qızıl üzük və bir ədəd qızıl qolbağı çıxardaraq salonda olan masanın üzərinə qoyduğunu, Zəkaya evi tərk etməsini dediyini, Zəkanın isə evdən çıxıb getdiyini, tez həyat yoldaşı Həsənə zəng vuraraq bu barədə məlumat verdiyini, bir müddət sonra Həsənlə Zəkanın birlikdə evə gəldiklərini, Həsənin Zəkaya “sən övladımın pulqabını sındırmısan və onun içərisində olan pulları salonda masanın üzərinə tökmüsən, onları say mənə de” dediyini, Zəka masanın üzərində olan pulları saydığını, Həsənə “burada 720 manat pul var” derdiyini, danışıq zamanı Həsənə “biz bura 3 ədəd bütöv 100 manat pul atmışıq, onlar yoxdu” dediyini, Həsənin yenidən Zəkaya “sən buradan nə götümüsən geri qaytar” dediyini, Zəkanın isə təkrar Həsənə heç nə götürmədiyini dediyini, təkrarlayaraq “mənə inanmırsansa gəl üstümü yoxla” dediyini, Həsənin təkrar “nə götürmüsən yerinə qoy” dediyini, bu zaman Zəkanın Həsənə “gəl çölə çıxaq, səninlə söhbət edəcəyəm” dediyini, Həsən və Zəkanın küçəyə çıxdıqlarını, bir neçə dəqiqədən sonra Həsən və Zəkanın evə gəldiyini, Həsənin 300 manat pulu qutudakı pulların yanına qoyduğunu, Həsəndən nə olduğunu soruşduğunu, Həsənin də Zəkanın evdən oğurladığı 300 manat pulu bel kəmərində gizlətdiyini dediyini, Həsənin Zəkanı bir az danladığını, hər ikisinin evdən çıxdıqlarını, Təqsirləndirilən şəxs əvvəllər evindən oğurluq etmədiyini, evə gələrkən evin yaxınlığında şübhəli şəxs görmədiyini, evə daxil olduğu zaman evdə Zəkadan başqa kimisə görmədiyini, yaşadığı evdən başqa qızıl-zinət və qiymətli əşyalar oğurlanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində evdə oğurluq hadisəsi baş verən zaman evdə olmadığını, 15 may 2025-ci il tarixdə saat 13 radələrində anası Göyərçinin zəng vurduğunu və evə oğru girdiyini, salonun pəncərəsindən daxil olduğunu dediyini, dərhal evə gəldiyini, pəncərənin açıq olduğunu gördüyünü, atasına məlumat verdiyini, atasının da evə gəldiyini, oğurluq hadisəsi ilə bağlı polisə məlumat verdiklərini, polis əməkdaşlarının gəldiyini, evə baxış keçirdiklərini, ona məxsus anasının məzuniyyətdə ona aldığı bir ədəd zincir boyunbağı, bacısı Aytənə məxsus iki cüt qızıl uşaq sırğası və bir cüt bujiteriya sırğa oğurlandığının məlum olunduğunu, evdən başqa heç nə oğurlanmadığını, hadisə yerinə polis əməkdaşlarının baxış keçirdiklərini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, sonra da anası Zərərçəkmiş şəxs5 şikayət ərizəsi yazdığını, evdən iki cüt qızıl uşaq sırğası, bir cüt bujiteriya sırğa, bir ədəd boyunbağı oğurlandığını, ümumilikdə 303 manat maddi ziyan dəydiyini, evdən başqa heç bir qızıl və ya pul oğurlanmadığını, birinci dəfə oğurluq olunduğunu, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2025-ci il tarixdə saat 18 radələrində arvadı Raifə Qocayevanın ona zəng edərək Babək rayonu Yarımca kəndində yaşadıqları evdən qızı Zərərçəkmiş şəxs2 məxsus qızılların oğurlandığını dediyini, bundan sonra evə gəldiyini, evdə olanda həqiqətən də qızılların yerində olmadığını görüb polisə məlumat verdiklərini, bir az sonra polislərin evə gəlib baxış keçirtdiklərini, əlbarmaq izləri götürdüklərini, səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə polislərin oğurluq edən şəxsi tapdıqlarını, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunun bildirildiyini, lakin həmin şəxsi tanımadıqlarını, onunla heç bir qohumluq münasibətləri, eləcə də ədavət və düşmənçilikləri olmadığını, oğurluq hadisəsinin tam olaraq nə vaxt baş verməsi barədə dəqiq məlumatı olmadığını, lakin arvadı Raifə Qocayevadan soruşduqda o, hadisədən 2 gün əvvəl qızılların yerində olduğunu yoxladıqda orada olduğunu bildirdiyini, ilk dəfə evdən oğurluq edildiyini, oğurluqdan əvvəl evdə sadəcə ailə üzvlərinin, yəni özünün, qızı Zərərçəkmiş şəxs2, nəvəsi X6 və arvadı Raifə Qocayevanın olduğunu, özünün kənddə çayçıda işlədiyini, arvadının tez-tez səhərlər anasıgilə getdiyini, qızı Zərərçəkmiş şəxs2 Naxçıvan şəhərində “Nurlu mebel” mağazasında işlədiyini, nəvəsi Yağmur Sadıqzadənin isə səhərlər məktəbə gedib günorta vaxtı geri qayıtdığını, yəni evdə günorta saatlarına qədər heç kəsin olmadığını, həmin gün də oğurluq baş verən vaxt evdə ailə üzvlərindən heç kimin olmadığını, evin qapısının kilidlənmədiyini, lakin pəncərələrin bağlı olduğunu və onlara heç bir müdaxilə olunduğunu görmədiyini, evdə təhlükəsizlik sistemi olmadığını, evdən qızı Zərərçəkmiş şəxs2 məxsus qızılların oğurlandığını, başqa heç bir əşya oğurlanmadığını, həmin qızılların qızı Zərərçəkmiş şəxs2 məxsus olduğundan onların dəqiq siyahısını bilmədiyini, bu barədə qızı Zərərçəkmiş şəxs2 dəqiq məlumatlı olduğunu, oğurluqdan əvvəl evin ətrafında şübhəli şəxslər və ya nəqliyyat vasitələri müşahidə etmədiyini, qızı Zərərçəkmiş şəxs2 həmin qızılların şəkilləri olduğunu, lakin qəbzlərin mövcud olmadığını, həmin qızılları qızı taxdıqda onun üzərində gördüyünü, qızılların harda olması barədə heç bir məlumatı olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində xx.xx.2025-ci il tarixdə Babək rayon Yarımca kəndində yaşadığı evdə olarkən evdə təmizlik edən vaxtı yataq otağında paltarların dağınıq olduğunu gördüyünü, bunu görüb tez qızı Gültəkinə zəng edib evə cadu edildiyini bildirdiyini, bundan sonra qızının ona evə cadunu heç kəsin etməyəcəyini, bəlkə evə oğru girdiyini bildirərək qızıllara baxmağını istədiyini, özünün də buna görə gedib yataq otağındakı çarpayının baza yerinə qoyduqları qızıllar olan qutuya baxdıqda qızılların qutularının orda olduğunu gördüyünü və qızına qızılların burda olduğunu bildirib evi təmizlədiyini, qızının işdən evə gəldikdə qızıllarına baxmaq istədikdə qızıllarının yerində olmadığını bildirdiyini, bundan sonra əri Nailə zəng etdiklərini, evdə oğurluq olduğunu dediklərini, bir az sonra Nailin evə gəldiyini, polisə zəng edib evdən oğurluq olduğunu bildirdiklərini, bir az sonra polislərin evə gəlib baxış keçirdiklərini, əl-barmaq izləri götürdüklərini, səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə polislərin evdən oğurluq edən şəxsi tapdıqlarını, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunun bildirildiyini, lakin həmin şəxsi tanımadıqlarını, onunla heç bir qohumluq münasibətləri, eləcə də ədavət və düşmənçilikləri olmadığını, hadisədən 2 gün əvvəl qızı Zərərçəkmiş şəxs2 qızılını yaşadıqları evdə yataq otağında tirmonun üstünə qoyduğu üçün onu götürüb yataq otağındakı çarpayının baza hissəsində olan qutuya qoyduğunu, qızılların 25 ya da 26 fevral 2025-ci il tarixdə oğurlandığını, oğurluqdan əvvəl sadəcə ailə üzvlərinin, yəni əri Şahid2, qızı Zərərçəkmiş şəxs2, nəvəsi X6 və özünün evdə olduqlarını, əri Şahid2 kənddə çayçıda işlədiyini, özünün səhərlər nəvəsi dərsdə olduğu üçün anasıgilə getdiyini, qızı Zərərçəkmiş şəxs2 Naxçıvan şəhərində “Nurlu mebel” mağazasında işlədiyini, nəvəsi Yağmur Sadıqzadənin isə səhərlər məktəbə gedib günorta vaxtı evə geri qayıtdığını, yəni evdə günorta saatlarına qədər heç kəs olmadığını, həmin gün də oğurluq baş verən vaxt evdə ailə üzvlərindən heç kim olmadığını, evin qapısının kilitlənmədiyini, lakin pəncərələrin isə bağlı olduğunu, oğurluqdan sonra özünün evin qapı və pəncərələrində zədələnmə izləri görmədiyini, onlara heç bir müdaxilə olunmadığını, evdə təhlükəsizlik sistemi olmadığını, oğurluqdan əvvəl evin ətrafında şübhəli şəxslər və ya nəqliyyat vasitələri müşahidə etmədiyini, oğurluq zamanı özü və ailə üzvlərindən heç kimin evdə olmadığını, ona görə özünün heç kimi görmədiyini, oğurluqdan əvvəl də yaşadıqları evin ətrafında hər hansı qeyri-adi səs, hərəkət və ya şübhəli fəaliyyət hiss etmədiyini, şübhəli şəxsləri görmədiyini, buna görə şübhələndiyi şəxs və ya şəxslər də olmadığını, lakin polisə oğurluq barədə məlumat verdikdən qısa müddət sonra evdən qızılları oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunun müəyyən olunduğunu, həmin şəxsi tanımadıqlarını, onunla heç bir qohumluq, ədavət və düşmənçilik münasibətləri olmadığını, həmin şəxsin məsuliyyətə cəlb olunandan sonra həmin şəxsin 25 fevral 2025-ci il tarixdə təxminən saat 11-12 radələrində onlar evdə olmayan vaxt gizlincə evə girib və yataq otağındakı çarpayının baza hissəsində qutuya qoyduqları qızı Zərərçəkmiş şəxs2 məxsus qızılları oğurladığını və həmin qızılları aparıb Naxçıvan şəhərində yerləşən “Cahan Ticarət Mərkəzi”ndəki qızıl bölməsində lombarda qoyduğunun, 1700 manat pul götürdüyünün məlum olduğunu, evdən qızı Gültəkinə məxsus 3 ədəd boyunbağı, 3 ədəd bilərzik, 1 ədəd üzük və 4 dəst sırğa oğurlandığını, onların pandora model qızıllar olduğunu və onların içində birinin rusun qızılı olduğunu, qızında həmin qızılların şəkillərinin olduğunu, lakin qəbzlərinin mövcud olmadığını, hadisədən iki gün əvvəl qızılları götürdüyünü və qızılları sadəcə qızının dəyişib başqasını taxdıqda gördüyünü, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2025-ci il tarixdə təxminən saat 10:10 raddələrində işdə olduğu zaman Şahbuz rayon Aşağı Qışlaq kənd sakini Zəkanın ona zəng edərək “səninlə vacib söhbətim var, görüşməliyik” dediyini, özünün isə ona “işdəyəm gəl buraya söhbət edək” dediyini, Zəkanın isə ona gələcəyini dediyini, bir neçə dəqiqədən sonra həyat yoldaşı Şikarənin ona zəng edərək Zəkanın evdən oğurluq etdiyini dediyini, tez işdən çıxıb evə gedərkən Zəkaya zəng edərək harada olduğunu soruşduğunu, Zəkanın isə Şahbuz şəhərində yerləşən YDM-nin yaxınlığında olduğunu dediyini, Zəkaya yolda olduğunu, oradakı qəbiristanlığın yanında gözləməsini dediyini, Şahbuz şəhərindəki qəbiristanlığın yanına çatdığını, Zəkanın orada olduğunu, Zəkanın avtomobilə əyləşdiyini və birlikdə evə getdiklərini, evə girdiklərini və Zəkaya övladının qırılmış pulqabısında olan pulları saymasını dediyini, Zəkanın masanın üzərində olan pulları saydığını və 720 manat pul olduğunu dediyini, bu zaman orada olan həyat yoldaşı Şikarənin ona “biz qutuya 3 ədəd bütöv 100 manat pul atmışdıq, onlar yoxdu” dediyini, Zəkaya “sən burdan nə götümüsən geri qaytar” dediyini, Zəkanın isə “mən burdan heç nə götürməmişəm, mənə inanmırsansa gəl üstümü yoxla” dediyini, özünün yenə də israrla Zəkaya nə götürübsə yerinə qoymasını deyəndə Zəkanın “gəl çıxaq çölə səninlə söhbət edəcəyəm” dediyini, Zəka ilə küçəyə çıxıdığını, Zəkanın remeninin altından 3 ədəd bütöv 100 manat pulu çıxardaraq ona verdiyini və etdiyi bu əməldən çox peşman olduğunu dediyini, sonra Zəka ilə birlikdə evə getdiyini, 300 manat pulu qutudakı digər pulların yanına qoyduğunu, Şikarənin bu pulların nə olduğunu dedikdə ona “Zəka bu 300 manatı remenində gizlətmişdi” dediyini, sonra Zəkanı oğurluq etdiyinə görə danladığını və evdən çıxdıqlarını, Sonra Şahbuz şəhərindəki “Şahstor” mağazasının yanında avtomobili saxladığını və Zəkaya “rədd ol burdan” dediyini və Zəka çıxıb getdiyini, sonra evə gedib həyat yoldaşından oğurluq barədə soruşduğu zaman həyat yoldaşının ona evə daxil olduğu zaman qapını açıq vəziyyətdə gördüyünü, evdə Zəka ilə qarşılaşdığını, Zəkanın onu gördükdə evin mətbəxinə qaçdığını, sonra Zəkanı yanına çağıraraq evdən nə oğurlayıbsa ona təhvil verməsini, Zəkanın əynində olan paltarın cibindən 2 ədəd qızıl üzüyü və bir ədəd qızıl qolbağını çıxardaraq onları oğurladığını dediyini, həmin qızılları masanın üzərinə qoyduqdan sonra Zəkanı evdən qovduğunu, Zəkanın çıxıb getdiyini dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində evdə olmadığını, 15 may 2025-ci il tarixdə saat 13 radələrində oğlu Vətənin zəng vurub “evimizə oğru girib” dediyini, salonun pəncərəsindən daxil olduğunu, inanmadığını, “necə ola bilər” dediyini, Vətənə “gözlə, evə girməyin gəlirəm” dediyini, evə getdiyini, salonun pəncərəsinin açıq olduğunu gördüyünü, sonra polisə məlumat verdiyini, polis əməkdaşlarının gəldiyini, evə baxış keçirtdiklərini, Zərərçəkmiş şəxs5 evə keçib baxdığını və oğlu Vətənə məxsus bir ədəd zincir boyunbağı, qızı Aytənə məxsus iki cüt qızıl uşaq sırğası və bir cüt bujiteriya sırğa oğurlandığını, evdən başqa heç nə oğurlanamdığını, hadisə yerinə polis əməkdaşlarının baxış keçirdiklərini, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, sonra da Zərərçəkmiş şəxs5 şikayət ərizəsi yazdığını, evində iki cüt qızıl uşaq sırğası, bir cüt bujiteriya sırğa, bir ədəd oğlu Vətənə məxsus boyunbağı oğurlandığını, ümumilikdə 303 manat maddi ziyan dəydiyini, evində başqa heç bir qızıl və ya pulu oğurlanmadığını, həmin evdə 42 ildir yaşadığını, birinci dəfə oğurluq olunduğunu, evdə olmadığını, oğlunun zəng vurub məlumat verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid8 07 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 15 may 2025-ci il tarixdə saat 18 radələrində anası Aynurun zəng vurub evə oğru girdiyini, salonun pəncərəsindən daxil olduğunu, 1300 manat pul oğurladığını dediyini, dərhal evə gəldiyini, evdə polis əməkdaşları olduğunu gördüyünü, baxış keçirdiklərini, anasından nə olduğunu soruşduğunu, anasının “1300 manat pulu oğurlayıblar” dediyini, anasıgilin evində həmişə pul olduğunu, arada pula ehtiyacı olanda borca pul istədiyini, anasının da verdiyini, hadisədən 4-5 gün qabaq ona 100 manat pul verdiklərini, atası Çingizin xəstə olduğunu, özü avtoqəza keçirəndən sonra atasının fikir eləməkdən xəstələndiyini, psixoloji travma aldığını, evdən ümumilikdə 1300 manat pul oğurlandığını, 1300 manat maddi ziyan dəydiyini, evdən başqa heç bir qızıl və ya pulunun oğurlanmadığını bildirmişdir. Şahid6 09 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 25 fevral 2025-ci il tarixdə işdə olan zaman əvvəlcədən tanımadığı X3 yanına gəlib 3 ədəd boyunbağı, 03 ədəd qolbaq, 01 ədəd qadın üzüyü və 04 cüt qızıl sırğanı lombarda qoyub qarşılığında pul götürmək istədiyini bildirdiyini, həmin qızılların kimə məxsus olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs də qızılların özünə məxsus olduğunu dediyini, qızıllara baxdığını, həmin qızıllardan birinin istisna olmaqla digərlərinin 585 əyarlı Türkiyə Respublikası istehsalı olduğunu, bir cüt sırğanın isə Rusiya istehsalı olduğunun məlum olduğunu, həmin qızılların ümumi çəkisinin 29 qram olduğunu, həmin qızılların qarşılığında hesablayıb Zəkaya 1700 manat pul verdiyini, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini verdiyini, sənədləşməni etdiyini və Təqsirləndirilən şəxs sənədləri imzaladığını, bütün qızılları şəxsiyyət vəsiqəsinin surətinin üstünə qoyub şəklini çəkdiyini, 27 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının Təqsirləndirilən şəxs satdığı qızılları soruşduğunu, özünün də Təqsirləndirilən şəxs verdiyi qızıları polis əməkdaşlarına göstərdiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs qızılları oğurladığını bildirdiyini, Təqsirləndirilən şəxs qızılların oğurluq olduğunu özünə demədiyini, soruşduqda qızılların özünə məxsus olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs tək gəldiyini, qızılları təkcə lombarda qoyduğunu, yanında heç kəs olmadığını, həmin qızılların oğurluq olduğunu əvvəlcədən bilmədiyini bildirmişdir. Şahid7 09 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 Təqsirləndirilən şəxs həmkəndlisi olduğunu, telefonu təmir elətdirmək üçün yanına gəldiyini, imkanı olmadığı üçün təmirə görə pulu sonra verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs Mi 11 lite markalı telefonunun batareyasını dəyişdiyini, təxminən 10 keçəndən sonra gəlib 45 manat pulu ödədiyini, Təqsirləndirilən şəxs oğurluq etdiyini bilmədiyini, onun özünə artıq borcu olmadığı üçün pulu haradan tapdığını soruşmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 29 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 29 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bununla bağlı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbi olmayacağını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 16 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmış və hüquq və vəzifələri izah edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış və hüquq və vəzifələri izah edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmış və hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1- 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:27-də ünvan 1 ünvanında yaşayan, evli 2 uşaq atası, Dövlət bayraq meydanı müzeyində direktor işləyən xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 +**********120 mobil nömrəsindən AR DİN 102 Zəng Mərkəzinə zəng edərək, yaşadığı evin qapısının sındırılması yolu ilə evinə daxil olunması və pul kisəsindən 120 manat pulun oğurlandığını bildirmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 9 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, evin yataq otağındakı siyirmədə olan pul qabından 120 manat pul oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. (cild İ, iş vərəq 7-12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, evin yataq otağındakı güzgülü tirmoda olan bənövşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışları bəzədilmiş qızıl qabının içərisində olan bir ədəd boyunbağı, 2 cüt uşaq sırğası, bir cüt bujiteriya sırğa oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan bir ədəd bənövşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışları bəzədilmiş qızıl qabı prosessual qaydada götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. (cild İ, iş vərəq 17-26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:20-də Naxçıvan şəhər Qaraxanbəyli kənd sakini 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 ********** mobil nömrəsindən AR DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslərin evin pəncərəsindən evə girərək yataq otağından şkafın içərisindən 1300 manat pulun oğurladığını bildirmişdir. (cild İ, iş vərəq 28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus ünvan 7 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, evin yataq otağındakı şkafdan 1300 manat pul oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan salonun pəncərəsində qırılmış vəziyyətdə plastik kənarlı sərt pəncərə toru prosessual qaydada götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. (cild İ, iş vərəq 31-39) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 16 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 72-73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 16 may 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 76-77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 17 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 104-106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2025-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı Naxçıvan şəhəri ünvan 6 ünvanında axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs oğurladığı iki cüt qızıl uşaq sırğası, bir ədəd qızıl boyunbağı və bir cüt bujiteria sırğa, 46 manat olmaqla 2 ədəd 10-luq, 5 ədəd 5-lik və bir ədəd 1-lik əskinazlardan ibarət pullar prosessual qaydada götürülmüş və həmin evin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. (cild İ, iş vərəq 123-131) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2025-ci il tarixli, 4(078)-39/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, 1 uşaq atası, hazırda barəsində Şahbuz RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən, Şahbuz rayon, Aşağı Qışlaq kəndində qeydiyyatda olan və Naxçıvan şəhəri, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəlinin 16 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 162-167) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 20 may 2025-ci il tarixli məktubdan görünür ki, Şahbuz rayon Aşağı Qışlaq kəndində qeydiyyatda olan və Naxçıvan şəhəri, ünvan 10 ünvanda yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 02 iyun 2025-ci il tarixli kompleks məhkəmə trasoloji və daktiloskopik ekspertizasının təyin edilməsi haqqında qərarından görünür ki, iş üzrə kompleks məhkəmə trasoloji və daktiloskopik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. (cild İ, iş vərəq 172-174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 11 iyun 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X19 tərəfindən icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 187) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 14 iyun 2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* cinayət işi nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 191-193) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis Şöbəsinin 05 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, həmin tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 195) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, uşaq otağında bağlı vəziyyətdə olan pul qabının sındırılaraq içərisindən 300 manat pul oğurlanmış, lakin evin yataq otağından oğurladığı 2 ədəd qızıl üzük və bir ədəd qızıl qolbağı ev sahibi gəldiyi üçün oğurlaya bilməmişdir. İş üçün əhəmiyyətli olduğundan hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. (cild İ, iş vərəq 199-204) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2025-ci il tarixli könüllü olaraq əşyanın təqdim edilməsi barədə aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 11 ünvanından yerləşən Şahid1 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi törədən Təqsirləndirilən şəxs tərəfindən həmin ünvandan gizli yolla əldə etdiyi 2 ədəd qızıl materialdan olan üzük, bir ədəd qızıl materialdan olan qolbağı və 3 ədəd 100 manatlıq pul oğurluq hadisəsində maddi sübut kimi Şahid1 müvafiq qaydada götürülmüşdür. (cild İ, iş vərəq 217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis Şöbəsinin 21 aprel 2025-ci il tarixli qiymətləndiricinin keçirilməsi haqqında qərarından görünür ki, HK/1-86 nömrəli material üzrə nəzəri qaydada qiymətləndirmə təyin edilmişdir. (cild İ, iş vərəq 219-220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan qiymətləndirmə mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli hesabatdan görünür ki, vətəndaş Şahid1 müvafiq qaydada götürülmüş 2 ədəd qızıl materialından olması ehtimal edilən üzük və 1 ədəd qızıl materialından olması ehtimal edilən qolbağın oğurluq hadisəsinin baş verdiyi tarixdə yəni xx.xx.2025-ci il tarixində olan orta bazar satış qiyməti cəmi 1405,0 (bir min dörd yüz beş) manat təşkil edir. (cild İ, iş vərəq 221-230) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis Şöbəsinin 06 may 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X11 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. (cild İİ, iş vərəq 8-9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis Şöbəsinin 06 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İİ, iş vərəq 10-11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis Şöbəsinin 06 may 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş vərəq 27-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 27 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş vərəq 34-35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Şahid2 məxsus Babək rayonu Yarımca kəndində yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus evin yataq otağındakı çarpayının baza hissəsinə qoyulmuş qutunun içərisində olan bir ədəd üzəri sadə qaşlı qızıl üzük, bir ədəd damcı formalı klon, bir ədəd klonlu boyunbağını, iki ədəd boyunbağı, üç ədəd qızıl qolbaqlar, şarik formalı bir cüt sırğa, damcı formalı bir cüt sırğa, 8 formalı bir cüt sırğa və qırmızı qaşlı bir cüt sırğa oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. (cild İİ, iş vərəq 42-50) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 05 mart 2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üzərində sadə qaşlar olan Türkiyə istehsalı təmiz çəkisi 2 qram, 585 əyarlı qızıl üzük, bir ədəd üzərində damcı formalı klon olan Türkiyə istehsalı təmiz çəkisi 2.3 qram, 585 əyarlı qızıl, bir ədəd klonla olan Türkiyə istehsalı təmiz çəkisi 2.62 qram, 585 əyarlı boyunbağı, bir ədəd Türkiyə istehsalı təmiz çəkisi 1.85 qram, 585 əyarlı boyunbağı, bir ədəd Türkiyə istehsalı təmiz çəkisi 1.5 qram, 585 əyarlı boyunbağı, bir ədəd Türkiyə istehsalı təmiz çəkisi 2.64 qram, 585 əyarlı qolbaq, bir ədəd Türkiyə istehsalı təmiz çəkisi 1.06 qram, 585 əyarlı qolbaq, bir ədəd Türkiyə istehsalı təmiz çəkisi 1.31 qram, 585 əyarlı qolbaq, bir cüt Türkiyə istehsalı təmiz çəkisi 3.3 qram, 585 əyarlı şarik sırğa, bir cüt Türkiyə istehsalı təmiz çəkisi 5.93 qram, 585 əyarlı damcı sırğa, bir cüt Türkiyə istehsalı təmiz çəkisi 2.3 qram, 585 əyarlı 8 formalı sırğa, bir cüt Rusiya istehsalı təmiz çəkisi 1.9 qram, 585 əyarlı sadə qırmızı daşlı sırğanın ayrı-ayrılıqda və ümumilikdə orta bazar qiymətini müəyyənləşdirmək məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (cild İİ, iş vərəq 100- 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli, 256 nömrəli ekspert rəyindən görünür ki, Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı bir ədəd qızıl üzük 200 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı bir ədəd damcı formalı klon 230 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı bir ədəd klonlu boyunbağı 262 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı bir ədəd boyunbağı 185 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı bir ədəd boyunbağı 150 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı bir ədəd qolbaq 264 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı bir ədəd qolbaq 106 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı bir ədəd qolbaq 131 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı bir cüt sırğa 330 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı bir cüt sırğa 593 manat dəyərində, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı bir cüt sırğa 230 manat dəyərində və Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı qırmızı qaşlı bir cüt sırğa 171 manat dəyərində qiymətləndirilmiş və ümumilikdə qızılların dəyəri 2852 manat müəyyən edilmişdir. (cild İİ, iş vərəq 105-108) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 07 aprel 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. (cild İİ, iş vərəq 114-115) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 07 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İİ, iş vərəq 121-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 07 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş vərəq 139-141) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2025-ci il tarixli əşyanın təhvil verilməsi barədə aktdan görünür ki, hadisə yerinə baxış keçirilən zaman Naxçıvan şəhərində yerləşən “Cahan Ticarət Mərkəzi”ndə 32 nömrəli qızıl mağazasından prosessual qaydada götürülmüş Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus və xx.xx.2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı 200 manat dəyərindəki bir ədəd qızıl üzük, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 230 manat dəyərindəki bir ədəd damcı formalı klon, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı 262 manat dəyərindəki bir ədəd klonlu boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı 185 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı 150 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı 264 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı 106 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı 131 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı 330 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı 593 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı 230 manat dəyərindəki bir cüt sırğa, Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı 171 manat dəyərindəki qırmızı qaşlı bir cüt sırğa Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsi nəzərə alınaraq Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi polis leytenantı X12 tərəfindən tam şəkildə ona təhvil verilmişdir. (cild İİ, iş vərəq 161) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 10 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, hadisə yerinə baxış keçirilən zaman Naxçıvan şəhərində yerləşən “Cahan Ticarət Mərkəzi”ndə 32 nömrəli qızıl mağazasından prosessual qaydada götürülmüş Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus 03 ədəd boyunbağı, 03 ədəd qolbaq, 01 ədəd qadın üzüyü və 04 cüt sırğa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsi nəzərə alınaraq ona qaytarılması qərara alınmışdır. (cild İİ, iş vərəq 162-163) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 14 aprel 2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X5nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İİ, iş vərəq 184-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 19 aprel 2025-ci il tarixli, 191 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qaibiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qaibiiyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətində olmuşdur. (cild İİ, iş vərəq 197-199) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Babək rayon Polis İdarəsinə müraciət edərək 26 fevral 2025-ci il tarixdə Babək rayon, Yarımca kəndində yaşadığı evdə qızıllarının oğurlandığını, qızıllarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, Təqsirləndirilən şəxs əməlindən peşman olaraq ondan üzr istədiyini, ona dəymiş ziyanı ödədiyindən onun barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (cild İİ, iş vərəq 201) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon Polis İdarəsinin 12 may 2025-ci il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, 25090001 nömrəli cinayət işinin Şahbuz rayon Polis Şöbəsinə göndərilmişdir. (cild İİ, iş vərəq 203-204) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis İdarəsinin 19 may 2025-ci il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata götürülmüşdür. (cild İİ, iş vərəq 210) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis İdarəsinin 19 may 2025-ci il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işinin ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. (cild İİ, iş vərəq 211-212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis İdarəsinin 21 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs1 evindən oğurladığı, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl qolbaq cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Şahbuz rayon Polis Şöbəsində saxlanca verilmişdir. (cild İİ, iş vərəq 214) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2025-ci il tarixli əşyanın təhvil verilməsi barədə aktdan görünür ki, 16 aprel 2025-ci ildə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuş, Şahbuz rayon Aşağı Qışlaq kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, ünvan 13 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şahbuz şəhəri sakini Zərərçəkmiş şəxs1 evindən oğlurladığı və 21 may 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş, Türkiyə istehsalı, təmiz çəkisi 3.84 qram olan, 585 əyarlı, 518.40 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, təmiz çəkisi, 3.41 qram olan, 585 əyarlı, 460.35 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, 585 əyarlı, 426.60 manat dəyərində 1 ədəd qolbağı Zərərçəkmiş şəxs1nm 22 may 2025-ci il tarixli ərizəsi nəzərə alınaraq Şahbuz rayon X17 və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru X9 tərəfindən tam şəkildə ona təhvil verilmişdir. (cild İİ, iş vərəq 217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahbuz rayon Polis İdarəsinin 05 iyun 2025-ci il tarixli əşyanın cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi, təqsirləndirilən şəxs tərəfindən təkrarən sonuncu cinayət əməlinin Naxçıvan şəhəri ərazisində törədilmiş olması nəzərə alınaraq ibtidai istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Naxçıvan şəhər Polis İdarəsinə göndərilmişdir. (cild İİ, iş vərəq 224-225) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 11 iyun 2025-ci il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaq davam etdirilməsi üçün icraata qəbul edilmişdir. (cild İİ, iş vərəq 229) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 14 iyun 2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* cinayət işi nömrəsi ilə davam etdirilmişdir. (cild İİ, iş vərəq 230-232) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan qiymətləndirmə mərkəzi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli hesabatdan görünür ki, təqdim edilən zinət əşyaları ilə bağlı bir ədəd 585 əyarlı zəncir boyunbağı, təmiz çəkisi 1.54± qram, bir cüt 585 əyarlı tək qaşlı qızıl uşaq sırğası, təmiz çəkisi 1.09± qram, bir cüt buta formalı bijuteriya uşaq sırğası, təmiz çəkisi 2.57± qram, bir cüt 5 qaşlı 585 əyarlı qızıl uşaq sırğası, təmiz çəkisi 0.75± qram olan qızıl zinət əşyalarının dəyəri cəmi 454.40 (dörd yüz əlli dörd manat qırx qəpik) manat təşkil edir. (cild İİİ, iş vərəq 4-13) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, 635-636 nömrəli ekspert rəyindən görünür ki, pəncərə torunun kənarlarına quraşdırılmış plastikə oxşar materialın səthində olan zədə (iz) bərk, küt, ucu iti predmetin təsirindən yaranmağa xarakterikdir. Aksesuar qutusunun səthindən kənar predmetin təsiri nəticəsində yaranmağa xarakterik zədə, izlər yoxdur. Təqdim edilmiş 2 və 7 nömrəli daktilolentlərin səthindəki əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, toxunma və tutma nəticəsində qalmışdır. Təqdim edilmiş 1,3,4,5,6 nömrəli daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 2 və 7 nömrəli daktilolentlərin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır. (cild İİİ, iş vərəq 23-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Şahid1 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs evindən oğurladığı 1405 manat dəyərində 2 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq və 300 manat nağd pulu ona tam şəkildə qaytardığını, buna görə Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (cild İİİ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 10 iyul 2025-ci il tarixli əşyanın maddi siibut hesab edilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən plastik kənarlı sərt pəncərə toru, bənövşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışları bəzədilmiş qızıl qabı, bir ədəd zincir qızıl boyunbağı, bir cüt bujiteria sırğa, bir cüt tək qaşlı qızıl uşaq sırğası və bir cüt beş qaşlı qızıl uşaq sırğaları, 46 manat olmaqla 2 ədəd 10- luq, 5 ədəd 5-lik və bir ədəd 1-lik əskinazlardan ibarət pullar, bir ədəd lombard girov bileti, Təqsirləndirilən şəxs qızılları satan zaman üzərində qızılların qramı və satış qiyməti ilə bağlı qeydiyyat aparılan şəxsiyyət vəsiqəsinin surəti, prosessual qaydada götürülmüş əl-barmaq izləri maddi sübut hesab edilmiş, bir ədəd lombard girov bileti, Təqsirləndirilən şəxs qızılları satan zaman üzərində qızılların qramı və satış qiyməti ilə bağlı qeydiyyat aparılan şəxsiyyət vəsiqəsinin surəti cinayət işinə əlavə edilmiş, bir ədəd zincir qızıl boyunbağı, bir cüt bujiteria sırğa, bir cüt tək qaşlı qızıl uşaq sırğası və bir cüt beş qaşlı qızıl uşaq sırğaları sahibə qaytarılmış, plastik kənarlı sərt pəncərə toru, bənövşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışları bəzədilmiş qızıl qabı saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutları saxlanc otağına verilmişdir. (cild İİİ, iş vərəq 34-38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2025-ci il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı və axtarış zamanı evindən aşkar olunan 46 manat pul tam şəkildə Naxçıvan Şəhər Polis İdarəsinin istintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X19 tərəfindən Zərərçəkmiş şəxs3 təhvil verilmiş, 120 manatdan 46 manat pul ödənilmiş, qalan 74 manat pul isə hələ də ödənilməmişdir. (cild İİİ, iş vərəq 40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2025-ci il tarixli qızılların təhvil verilməsi haqqında aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evdən oğurladığı qızıllar, yəni Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,54 qram olan 220,20 manat dəyərindəki bir ədəd zincir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,09 qram olan 141,70 manat dəyərindəki bir cüt tək qaşlı qızıl uşaq sırğası, 15 manat dəyərindəki bir cüt buta formalı bujiteriya uşaq sırğası və Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 0,75 qram olan 97,50 manat dəyərindəki bir cüt beş qaşlı qızıl uşaq sırğası tam şəkildə Naxçıvan Şəhər Polis İdarəsinin istintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X19 tərəfindən Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. (cild İİİ, iş vərəq 42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Polis İdarəsinin 15 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmiş və qərarın surəti təqsirləndirilən şəxsə və müdafiəçisinə təqdim edilmişdir. (cild İİİ, iş vərəq 66-69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Babək rayon Polis İdarəsi tərəfindən verilmiş 06 aprel 2025ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İİ, iş vərəq 145) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Şahbuz rayon İcra Hakimiyyəti Aşağı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayon, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. (cild İİ, iş vərəq 190) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Şahbuz rayon İcra Hakimiyyəti Aşağı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X7 və oğlu X20 adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Şahbuz rayon İcra Hakimiyyəti Aşağı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 2017-ci ildə hərbi xidmətə getmiş, 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra kənddə yaşamışdır. 2023-cü ildən Naxçıvan şəhərində yaşamışdır. Kənddə olduğu müddətdə kənd əhalisinin rəğbətini qazanmışdır. Kəndin bütün tədbirlərində yaxından iştirak etmiş, verilən bütün tapşırıqlara əməl etmişdir. Təqsirləndirilən şəxs həm bacarıqlı, həm də dünyagörşlü gəncdir. (cild İİ, iş vərəq 191) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs4 evinə oğurluq etmək məqsədilə daxil olduğunu, evdə pul görmədiyini, evdən heç nə tapa bilmədiyini, evdən 1300 manat pul oğurlamadığını bildirsə də sonradan məhkəmə istintaqı gedişində Zərərçəkmiş şəxs4 1300 manat pulu ödəməsini, təqsirləndirilən şəxsin həmin hissədə də təqsirini qəbul etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video-görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 02 (iki) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2025-ci il tarixli, 4(078)-39/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə 16 may 2025-ci il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 09 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət yəni 147 (bir yüz qırx yeddi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 294 (iki yüz doxsan dörd) gün, yəni 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Şahbuz rayon, Aşağı Qışlaq kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon İcra və Probasiya Bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan 1 (bir) ədəd möhürlənmiş bağlamada olan plastik kənarlı sərt pəncərə toru hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs4 və cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd bənovşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışlarla bəzədilmiş qızıl qabı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı 200 manat dəyərindəki bir ədəd qızıl üzük, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 230 manat dəyərindəki bir ədəd damcı formalı klon, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı 262 manat dəyərindəki bir ədəd klonlu boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı 185 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı 150 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı 264 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı 106 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı 131 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı 330 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı 593 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı 230 manat dəyərindəki bir cüt sırğa, Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı 171 manat dəyərindəki qırmızı qaşlı bir cüt sırğanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, təmiz çəkisi 3.84 qram olan, 585 əyarlı, 518.40 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, təmiz çəkisi, 3.41 qram olan, 585 əyarlı, 460.35 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, 585 əyarlı, 426.60 manat dəyərində 1 ədəd qolbağın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,54 qram olan 220,20 manat dəyərindəki bir ədəd zincir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,09 qram olan 141,70 manat dəyərindəki bir cüt tək qaşlı qızıl uşaq sırğası, 15 manat dəyərindəki bir cüt buta formalı bujiteriya uşaq sırğası və Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 0,75 qram olan 97,50 manat dəyərindəki bir cüt beş qaşlı qızıl uşaq sırğasının Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan prosessual qaydada götürülmüş əl-barmaq izləri və bir ədəd lombard girov bileti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 40 (qırx) manat və məhkəmə- trasoloji və daktiloskopik ekspertizasının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 (iyirmi altı) iş saatına görə 286 (iki yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 09 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət yəni 147 (bir yüz qırx yeddi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 294 (iki yüz doxsan dörd) gün, yəni 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Şahbuz rayonu, Aşağı Qışlaq kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, təmiz çəkisi 2 qram olan, 585 əyarlı üzəri sadə qaşlı 200 manat dəyərindəki bir ədəd qızıl üzük, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 230 manat dəyərindəki bir ədəd damcı formalı klon, Türkiyə istehsalı, təmiz çəkisi 2,62 qram olan, 585 əyarlı 262 manat dəyərindəki bir ədəd klonlu boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,85 qram olan, 585 əyarlı 185 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 1,5 qram olan, 585 əyarlı 150 manat dəyərindəki bir ədəd boyunbağı, Türkiyə istehsalı, təmiz çəkisi 2,64 qram olan, 585 əyarlı 264 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,06 qram olan, 585 əyarlı 106 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 1,31 qram olan, 585 əyarlı 131 manat dəyərindəki bir ədəd qolbaq, Türkiyə istehsalı, təmiz çəkisi 3,3 qram olan, 585 əyarlı şarik formalı 330 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 5,93 qram olan, 585 əyarlı damcı formalı 593 manat dəyərindəki bir cüt sırğa, Türkiyə istehsalı, təmiz çəkisi 2,3 qram olan, 585 əyarlı 8 formalı 230 manat dəyərindəki bir cüt sırğa, Rusiya istehsalı, təmiz çəkisi 1,9 qram olan, 583 əyarlı 171 manat dəyərindəki qırmızı qaşlı bir cüt sırğanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, təmiz çəkisi 3.84 qram olan, 585 əyarlı, 518.40 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, təmiz çəkisi, 3.41 qram olan, 585 əyarlı, 460.35 manat dəyərində 1 ədəd üzük, Türkiyə istehsalı olan, 585 əyarlı, 426.60 manat dəyərində 1 ədəd qolbağın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,54 qram olan 220,20 manat dəyərindəki bir ədəd zincir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 1,09 qram olan 141,70 manat dəyərindəki bir cüt tək qaşlı qızıl uşaq sırğası, 15 manat dəyərindəki bir cüt buta formalı bujiteriya uşaq sırğası və Türkiyə istehsalı 585 əyarlı, təmiz çəkisinin 0,75 qram olan 97,50 manat dəyərindəki bir cüt beş qaşlı qızıl uşaq sırğasının Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 1 (bir) ədəd möhürlənmiş bağlamada olan plastik kənarlı sərt pəncərə toru hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs4 qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd bənovşəyi rəngli bantiki olan ağ və bənövşəyi rəngli naxışlarla bəzədilmiş qızıl qabı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs5 qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan prosessual qaydada götürülmüş əl-barmaq izləri və bir ədəd lombard girov bileti cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 40 (qırx) manat və məhkəmətrasoloji və daktiloskopik ekspertizasının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 286 (iki yüz səksən altı) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar