Məhkəmə qərarları › İş №1(078)-67/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-67/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-67/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, 1 uşaq atası, əvvəllər məhkumluğu olmayan, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Bulqan kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, 2 uşaq anası, əvvəllər məhkumluğu olmayan, Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 26 sentyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Belə ki, o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Naxçıvan şəhərində yerləşən “PUB KAFE”də Zərərçəkmiş şəxs döyərək başın tüklü hissəsində, sağ gicgah nahiyyəsində, üzün sağ yarısında, sağ gözün ətrafında burunun arxa səthində sağ qaşın sağ dodağın üzərində, sağ dizin ön səthində qançırlar, sağ kürək nahiyyəsində yara, sağ yuxarı göz qapağında hematoma, üst çənənin sağ yarısında köpək dişinin hissəvi deformasiyası xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL xəsarət vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası CМ-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Belə ki, o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Naxçıvan şəhərində yerləşən “PUB KAFE”də Zərərçəkmiş şəxs döyərək başın tüklü hissəsində, sağ gicgah nahiyyəsində, üzün sağ yarısında, sağ gözün ətrafında burunun arxa səthində sağ qaşın sağ dodağın üzərində, sağ dizin ön səthində qançırlar, sağ kürək nahiyyəsində yara, sağ yuxarı göz qapağında hematoma, üst çənənin sağ yarısında köpək dişinin hissəvi deformasiyası xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL xəsarət vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası CМ-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 21 noyabr 2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə ərizə göndərərək ərizədə icraatda olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işi üzrə zərərçəkmiş şəxs olduğunu, ona dəymiş ziyanın tam ödənildiyini, hər iki şəxsdən şikayət ve tələbi olmadığını, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin cinayət işi üzrə Zərərçəkmiş şəxs 28 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına whatsapp mobil tətbiqi vasitəsilə qoşularaq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınaraq hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan 22 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə Zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 17) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 1208 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər başın tüklü hissəsində, sağ gicgah nahiyyəsində, üzün sağ yarısında, sağ gözün ətrafında, burnun arxa səthində, sağ qaşın, sağ dodağın üzərində, sağ dizin ön səthində qançırlar, sağ kürək nahiyyəsində yara, sağ yuxarı göz qapağında hematoma, üst çənənin sağ yarısında köpək dişinin hissəvi deformasiyası. Yara iti kənarlı alət ilə eləcədə həmçinin bilavasitə bıçaqla yetirilə bilərdi. Digər xəsarətlər isə küt alətin təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aiddir. (cild İ, iş vərəq 34-36) İş materiallarında olan 01 avqust 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, material üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 73) İş materiallarında olan 01 avqust 2024-cü il tarixli məhkəmə soyuq silahın tədqiqi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə soyuq silahların tədqiqi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. (cild İ, iş vərəq 75) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli, 1358 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhərində anadan olmuş, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdən “Şəxsiyyətin isterik tip pozuntusu” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatda dayanır. xx.xx.1994-cü il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 və xx.xx.1990-cı il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş Şahid7 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 82) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2024-cü il tarixli, 3-13-43/2-11872/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 87, 89) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2024-cü il tarixli, 3-13-43/2-11872/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs1 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 87-89) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 883 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli, arxa tərəfində “Designed by Apple in California assembled in China” yazıları olan, “İphone” markalı, “X” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və zədələnməmişdən əvvəl normal vəziyyətdə istifadədə olmasını nəzərə alaraq orta bazar qiyməti təxminən 300,00 (üç yüz) manat müəyyən edilir. (cild İ, iş vərəq 93-94) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli, 884 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu nisbətən batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild İ, iş vərəq 108-109) İş materiallarında olan 21 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 113) İş materiallarında olan 21 avqust 2024-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 118) İş materiallarında olan 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, iş vərəq 136-137) İş materiallarında olan 22 avqust 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 160-162) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 180) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 185) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin statusunun saxlanılması və şübhəli şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 201-202) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X1 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 205-206) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X1 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 207-208) İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, iş vərəq 227-228) İş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd bıçaq, bir ədəd bel və bir ədəd iphone X markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübut kimi tanınmış bir ədəd bıçaq, bir ədəd bel və bir ədəd iphone X markalı mobil telefon saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutları saxlanc otağına verilmişdir. (cild İ, iş vərəq 292-293) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 356 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 296-298) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 353 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “İsterik tip şəxsiyyət pozuntusu” psixi xəstəliyi olmuşdur. Təqsirləndirilən şəxs1 halhazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri hadisəni törədən anda və halhazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 300-302) Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdıqlarından və ona dəymiş ziyanı ödədiklərindən və sonuncunun onlara qarşı şikayət və tələbi olmadığından onlar cinayət məsuliyyətindən azad olunmalı və barələrində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışdıqlarına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəmələrini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və onların Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd bir tərəfi kəsici ucu nisbətən batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və 01 (bir) ədəd bel qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd göy rəngli, arxa tərəfində “Designed by Apple in California assembled in China” yazıları olan, “İphone” markalı, “X” modelli mobil telefon qərar qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 67 (altmış yeddi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və ona münasibətdə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və ona münasibətdə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd bir tərəfi kəsici ucu nisbətən batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və 01 (bir) ədəd bel qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd göy rəngli, arxa tərəfində “Designed by Apple in California assembled in China” yazıları olan, “İphone” markalı, “X” modelli mobil telefon qərar qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 67 (altmış yeddi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ**********0000005944, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi2 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar