Məhkəmə qərarları › İş №1(078)-67/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-67/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-67/2025 18.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçının qanuni nümayəndəsi Şahid1 və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Babək rayonu, Qahab kəndində qeyddiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 11 avqust 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 22 yanvar 2025-ci il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan X6 ərizə ilə müraciət edərək azyaşlı qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğunu öyrəndiyini bildirməsi, eləcə də, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB dən alınmış canlı şəxslərin ekspretizası rəyində Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığının pozulması, eləcə də onun qeyri-təbii yolla cinsi əlaqədə olmasının göstərilməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayının 21dək olan müddət ərzində sevgi münasibətində olduğu 16 yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tanışı Şahid3 yaşadığı ünvan 1 ünvanında yerləşən evdə təbii və qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs təxminən 12 may 2024-cü il tarixdə Türkiyədən qayıdan zaman “instagram” sosial şəbəkəsində ona mesaj yazdığını, haralı olduğunu soruşduğunu, bir-birilərini bu şəkildə tanıdıqlarını, 1-2 gün keçdikdən sonra sevgili olduqlarını, Nurana özünə aid məlumatları düzgün şəkildə dediyini, Nuranın ona texniki kollecdə 1-ci kursda oxuduğunu və 17 yaşının içində olduğunu dediyini, münasibətlərinin davam etdiyini, daha da yaxın olmağa başladıqlarını, sonra Nuranın onu ad gününə çağırdığını, ancaq işi ilə əlaqədar gedə bilmədiyini, evə getdiklərini, aralarında əlaqə olduğunu, sonra Türkiyəyə getdiyini, X25 adlı şəxsdən bəhs etdiyini, 3 il sevgili olduqlarını, onu çox istədiyini dediyini, özünün də normal olaraq qısqandığını, onu unutmasını dediyini, Türkiyədə olanda Nuranın “instagram” sosial şəbəkəsində Sahillə bir-birilərini izlədiklərini gördüyünü, ona yazdığını, danışdıqlarını, Sahilin Nuranın evlərinə getdiyini, onların cinsi əlaqədə olduğunu dediyini, Türkiyədən qayıdandan sonra Nurana Sahilin dediklərini dediyini, Nuranın elə bir şey olmadığını dediyini, sonra bir neçə gün danışmadıqlarını, lakin daha sonra barışdıqlarını, Nuranın onu evə dəvət etdiyini, “xəstəyəm, gəlməlisən, hamiləyəm” deyib evə çağırdığını, özünün də elə bir şeyin mümkün olmayacağını dediyini, test aldığını, Nuranın ona “kameranı ayırmışam, yuyunuram, evə gir sonra da kameranı yenidən aç” dediyini, özünün də dediyi kimi etdiyini, testi Nurana verdiyini, yoxladığını, hamilə olmadığını dediyini, niyə elə dediyini soruşduqda isə “mən elə hiss edirdim” dediyini, yataq otağına keçdiklərini, özünün üzərində paltar olduğunu, Nuranın üzərində isə hamam xələti olduğunu, Nurandan niyə xələtdə olduğunu soruşduğunu, onun isə “uşaqlıqdan belə vərdişim var, bədənimin qurumasını gözləyirəm, geyinəcəyəm” dediyini, yatağın üzərində uzanaraq filmə baxdıqlarını, qapının döyüldüyünü, Nurandan kim olduğunu soruşduğunu, Nuranın “ya anam, ya da xalamdır” dediyini, onu otaqda gizlətdiyini, sonra qapını açdığını, anasının niyə qapını gec açdığını soruşduğunu, onun da yuyunduğunu dediyini, sonra anasının gizləndiyi otağa girdiyini, “sən kimsən?” dediyini, salona keçdiklərini, Günay xanımın bacısı Gülşən xanıma zəng edib Turalı da götürüb evə gəlməyini istədiyini, sonra Nuranın xalasının gəldiyini, Turala zəng etdiyini, Turalın isə “mən gələ bilməyəcəm, uşaqları göndərim” dediyini, Günay xanımın isə məsələnin böyüməyini istəmədiyindən Turalın özünün gəlməyini istədiyini, Turalın evə gəldiyini, ona “mən bu evə polis yox, Günayın qardaşı kimi gəlmişəm, bir neçə sual verəcəm” dediyini, Nuranla aralarında cinsi əlaqə olubolmadığını soruşduğunu, qorxduğu üçün “yox” dediyini, sonra onu yataq otağına göndərdiyini, özlərinin mətbəxdə danışdıqlarını, sonra onu yenidən salona çağırdıqlarını, Gülşən və Günay xanımın onun videosunu çəkdiklərini, sonra ailəsinin gəldiyini, 1 saat keçdikdən sonra onlara getmələrini dediklərini, özlərinin də getdiklərini, sonra axşam xeyir iş məqsədilə ailə böyükləri ilə yenidən Nurangilin evinə gəldiklərini, ancaq Günay xanımın onları evdən qovduğunu, Gülşən xanımın anasını başqa otağa aparıb onunla danışdığını, anasına “oğlunuzun polisə düşməyini istəmirsinizsə, hazırlıqlı olun” dediyini, anasının da hansı mənada dediyini soruşduğunu, onun da pul istədiklərini dediyini, anasının da miqdarın soruşduqda, “nə qədər polisdə xərciniz çıxacaqsa, o qədər hazır edin” dediyini, pulun miqdarını demək üçün də Gülşən xanımın anasının telefon nömrəsini götürdüyünü, özünün sonra Nurana mesaj yazdığını, onunla ailə qurmasını, atasının xəstə olduğunu, onu bağışlamasını və s. dediyini, Nuranın anasıgilin gələcəyini dediyini, özlərinin də problem çıxacağını düşündüklərindən həmin gün öz evlərində qalmadıqlarını, sonra evə qayıtdıqlarını, atasının xəstə olduğu üçün narahat olduğu anda Gülşən xanımın anasına zəng etdiyini, həmin vaxt telefona əmicanısının cavab verdiyini, Gülşən xanımın “sizdən niyə səs çıxmır?” dediyini, əmicanısının da “danışılsın” dediyini, onun isə “siz başa düşən deyilsiniz, nazirlikdə görüşərik” dediyini, sonra da onu polis əməkdaşlarının nazirliyə apardığını, orada da araşdırmanın davam etdiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, özü Nuranla tanış olanda Nuranın kollecdə oxuduğunu, kollecə 9-cu sinifdə daxil olunduğunu, 9-cu sinifdə oxuyan birinin 15 ya da 16 yaşı olduğunu, Nuranın doğulduğu ili 2008-ci il bildiyini, sonra 2009-cu ildə doğulduğunu öyrəndiyini, ilk dəfə Uğur adlı dostunun evində 2024-cü ildə Nuranla cinsi əlaqədə olduqlarını, təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmağın fərqini bilmədiyini, 5 ya 6 dəfə Nuranla cinsi əlaqədə olduğunu, Nuranla evlənmək məqsədi ilə tanış olduğunu, evlənməmişdən qabaq cinsi əlaqədə olmaq olmayacağını, ancaq istisnalar olduğunu, istəyə görə evlənməmişdən qabaq cinsi əlaqədə olmaq ola biləcəyini, şəxsin üzünə baxanda təxminən yaşını bildiyini, Nuranın yaşından böyük göründüyünü, Nurangilin Tumbul kəndində yaşadıqlarını, Nuranın özünün onu evlərinə çağırdığı üçün getdiyini, anasının onu evlərində görən günü Nuranla cinsi əlaqədə olmadıqlarını, Nurangilin evinə gəldikdən 5-6 dəqiqə sonra anasının gəldiyini, Nuranın anasının gələcəyini bilibbilmədiyini bilmədiyini, ona fiziki zor göstərmədiklərini, videosunun çəkildiyini bilmədiyini, Gülşən xanımın videosunu çəkdiyini, ona hədə-qorxu gəldiklərini, qorxduğu üçün də onların xeyrinə videoda danışdığını, videoda Nuranın yaşını bildiyini, ancaq aralarında heç nə olmadığını dediyini, qorxduğu üçün dedikləri qaydada etdiyini, üzərində psixoloji təsir olduğunu, real hədənin “səni basdırarıq” olduğunu, Günay xanımın “qardaşım dəlidir bıçağı burdan soxub burdan çıxardar” dediyini, Turalın da “səni burada öldürüb basdıraram, heç kim bilməz” dediyini, anasını evlərinə çağırdıqlarını, lakin anasının tək getməsini istəmədikləri üçün icazə vermədiklərini, pul təklif etdiklərini, özlərinin də razılıq verdiklərini, onlara pul vermədiklərini, ancaq pul vermək fikirləri olduğunu, kənddə yaşadıqlarını, çox şeydən məlumatları olmadığını, pul məsələsi ilə bağlı da ona görə heç bir orqana şikayət etmədiklərini, hər kəsin bir tərəfdən sual verdiyini, psixoloji təsir altında olduğunu, kollecə istənilən yaşda sənəd vermək olduğunu, Turalın “bu evə polis kimi yox, Günayın qardaşı kimi gəlmişəm, sənə də 1-2 sual verib çıxıb gedəcəm” dediyini, aralarında nəsə olub-olmadığını soruşduğunu, özünün də heç nə olmadığını dediyini, Nuranla cinsi əlaqədə olandan 2 gün sonra Türkiyəyə getməli olduğunu, orada olanda xəstə olduğunu gördüyünü, xəstəxanaya pulu olmadığı üçün gedə bilmədiyini, aptekə gedib dərman aldığını, dərmanın heç bir xeyri olmadığını, Naxçıvana qayıtdığını, ağırlaşdığını, xəstəxanada həkimin yanına getdiyini, xəstəliyin xanımdan keçdiyini dediyini, həkimin ona dərman yazdığını, dərmanları alıb istifadə etdikdən sonra sağaldığını, Nuranın “mən də xəstəyəm” dediyini, özünün də aptekdən dərmanları qadınların da istidadə edib-edə bilməyəcəyini soruşduğunu, istifadə edə biləcəyinin deyildiyini, pulu olmadığı üçün dərmanı ala bilmək üçün pul axtardığını, ancaq sonra Nuran tələsik çağırdığı üçün sadəcə testi alıb apardığını, evə sevgilisi ilə gedəcəyini, açarın lazım olduğunu dediyini, kartın şifrəsinin tam olaraq yadında olmadığını, ancaq 2009 olduğunu, Nuranın kartın şifrəsini bilib-bilmədiyini xatırlamadığını, Tural bəyə Gülşən xanımın zəng etdiyini, ancaq zəng etməsini Günay xanımın dediyini, tutduğu əmələ görə peşman olduğunu, qarşı tərəfdən üzr istədiyini, onu bağışlamalarını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayından tanıdığını, sonrasında isə Rəmzi ilə sevgili olduğunu, sonra bir dəfə görüşdüklərini, sonra 15 yaşı tamam olanda ad gününə dəvət etdiyini, Rəmzinin işi ilə əlaqədar gələ bilmədiyini, sonra cinsi əlaqədə olduqlarını, sonra Rəmzinin Türkiyəyə getməli olduğunu, orada olanda xəstəliyi olduğunu dediyini, nə xəstəliyi olduğunu bilmədiyini, qayıtdıqdan sonra yenə cinsi əlaqədə olduqlarını, özündə də xəstəlik olduğunu dediyini, ona dərman alacağını dediyini, ancaq evə gələndə dərman almadığını, gəldiyini, söhbət etdiklərini, filmə baxdıqlarını, sonra anasının gəldiyini, Rəmzini gördüyünü, sonra anasının Rəmzidən adını, atasının adını soruşduğunu, onun da adı və atasının adı barədə yalan danışdığını, anasının Rəmzidən anasını çağırmağını istədiyini, gəldiklərini, anasının üzrxahlıq etdiyini, anası ilə birgə iki nəfər kişi gəldiyini, yaşını Rəmziyə tanış olanda dediyini, neçə yaşı olduğunu iyun ayında, yeni tanış olanda telefonda dediyini, ad günü olacağını, onda da soruşduğunu, 15 yaşı olacağını dediyini, cinsi əlaqədə olmağı onun təklif etdiyini, Rəmzi ilə sentyabr ayında ilk dəfə cinsi əlaqədə olduqlarını, Rəmzi ilə 6 dəfə cinsi əlaqədə olduqlarını, anasının işə getdiyini, anasının işdən tez gələcəyini bilmədiyini, ona görə Rəmzini evə çağırdığını, Rəmzinin öz otaqlarında olduğunu, anasının da gəlib tapdığını, anasının həmin vaxt xalasına zəng etdiyini, xalasının evə gəldiyini, həmin vaxt evə polis əməkdaşı gəlmədiyini, anasının əsəbi olduğunu, ancaq Rəmziyə hədə-qorxu gəlmədiyini, anasının işlədiyini, saat 6 da işdən çıxdığını, həmin gün xəstəliyi ilə əlaqədar icazə aldığını sonradan bildiyini, həmin gün evə anası və xalasından başqa heç kimin gəlmədiyini, özünün Rəmzi ilə sevgili olanda başqaları ilə sevgili olmadığını, Rəmzi Türkiyədə olanda Sahilə zəng edib nə isə dediyini, Sahilin də kollecdə olanda ona dəfələrlə zəng etdiyini, Telefona cavab verəndə Sahilin təcili işi olduğunu dediyini, “məhəllədə görüşək” dediyini, Rəmzinin ona zəng etdiyini dediyini, özünün də sevgilisi olduğunu dediyini bildirərək təqsirləndirilən şəxsin sanksiya çərçivəsində ən ağır cəzanı almasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçının qanuni nümayəndəsi Şahid1 ifadəsində uşaq gənclər yaradıcılıq mərkəzində direktor müavini işlədiyini, 21 yanvar 2025-ci ildə günortadan sonra səhhətində problem olduğu üçün icazə alıb oğlu ilə birlikdə evə gəldiyini, qızı Nuranın Allahverdiyevanın evdə, digər qızı Aysu Allahverdiyevanın isə hazırlıqda olduğunu düşündüyünü, Nuran evdə olduğu üçün özündə olan açarla qapını açmayaraq evin seyf qapısını döydüyünü, təxminən 1 dəyqə ərzində Nuranın qapını açdığını, qapını açdığı zaman Nuranın maykada olduğunu, bədəninə dəsmal bağladığını görüb nə üçün belə geyindiyini soruşduğunu, Nuranın ona yuyunduğunu dediyini, Nuranın saçının quru olduğunu görüb ondan çimibdirsə nə üçün saçının quru olduğunu soruşduğunu, Nuranın bədənini yuduğunu dediyini, sonra öz yataq otağına keçdiyini, yataq yerinin dağınıq olduğunu görüb nə üçün belə olduğunu Nurandan soruşduqda Nuranın orada yatdığını dediyini, yataq yerini açdıqda hər iki tərəfində dağınıq olduğunu gördüyünü, əlini hər iki tərəfə vurduqda isti olduğunu gördüyünü, Nuranın evdə kiminləsə birlikdə orada yatdığını bilib Nuranın otağına getdiyini, otağa baxdıqda otaqda şkafın yan tərəfində bir şəxsin olduğunu gördüyünü, həmin şəxsdən kim olduğunu soruşduğunu, onun qorxduğundan cavab verə bilmədiyini, onun adının Vüqar olduğunu, atasının adının isə Anar olduğunu dediyini, “atam əlildir, anam xəstədir, Yeni Naxçıvanda yaşayırıq” dediyini, evdən getmək istədiyini, qapını bağladığını, icazə vermədiyini, həmin şəxsin mobil telefonunu alıb anasına zəng vurmağını istədiyini, anasına zəng vurduqdan sonra ondan oğlu Vüqarı soruşduğunu, onun Vüqar adlı oğlunun olmadığını, oğlunun adının Rəmzi olduğunu dediyini, Rəmzinin anasını evlərinə dəvət etdiyini, qızının Rəmzi adında oğlanın onu istədiyini dediyini, həmin Rəmzi olduğunu soruşduğunu, qızının da o olduğunu dediyini, özünün evinə oğlanın gəlməsi ilə bağlı internetdə araşdırma etdiyini, Rəmziyə də Cinayət Məcəlləsində olanları oxuduğunu, bacısı Şahid2 zəng vurduğunu, evdə olan şəxs barədə dediyini, bacısının təxminən 10 dəqiqə sonra onlara gəldiyini, həyat yoldaşına zəng etdiyini, olanları danışdığını, “get polisə” dediyini, özünün də “anası gəlsin gedirəm” dediyini, Rəmzinin “getməyin polisə anam gəlir” dediyini, bunu videoya çəkdiklərini, özünün Rəmziyə “sənə qız verərəm?” dediyini, Rəmzinin də “nə olub ki mənə niyə mənə qız vermiyəsiz, polisə sənəd vermişəm, polisə verməyin məni” dediyini, sonra Rəmzinin anasının gəldiyini, qadının qaynı və kürəkəni ilə birlikdə gəldiyini, həmin qadına oğlu Rəmzi barəsində dediyini, qadının oğlunun adının Təqsirləndirilən şəxs olduğunu dediyini, sonra işin böyüməməyini istəmədiklərini, polisə verməmələrini dediklərini, Rəmzinin burada olduğunu görmələrini istədiyi üçün onları evə çağırdığını, bunu da onlara dəfələrlə dediyini, bir neçə dəqiqə sonra Rəmzi və qohumlarının getdiyini, sonra axşam Rəmzi ilə birlikdə 5 kişi və Rəmzinin anasının yenidən onlara gəldiklərini, xeyir iş üçün gəldiklərini dediklərini, bu anların da səs yazısında olduğunu, aralarında cinsi əlaqə olduğunu Nuranın ona demədiyini, sonradan bacısı Gülşənin gələrək qızı Nuranın həmin şəxslə cinsi əlaqədə olduğunu dediyini, bunu Nuranın bacısı Aysuya dediyini, Aysunun da Gülşənə dediyini, Nurandan Rəmzi ilə ailə qurmaq istəyib-istəmədiyini soruşduğunu, onun da Rəmzidən ona yalan dediyi üçün qopduğunu dediyini, özünün Rəmzi və ailəsini qovaladığını, sonra da Daxili İşlər Nazirliyinə gələrək müraciət etdiklərini, ifadə verdiklərini, Rəmzinin 16 yaşı olduğunu bildiyini, ancaq aralarında heç bir cinsi əlaqə olmadığını dediyini, videonu bacısının çəkdiyini, Rəmzinin də çəkdiyini gördüyünü, ailəsinin elçilik niyyəti ilə gəldiyini, pul söhbəti olmadığını, əgər elə bir məsələ olsa, uşağın valideyninin o söhbəti etməli olduğunu, ancaq elə söhbət olmadığını, evdə balaca oğlunun, özünün, bacısının və Rəmzinin olduğunu, videonu bacısının çəkdiyini, əllərində sübut olsun deyə videoya çəkdiklərini bildirərək təqsirləndirilən şəxsin sanksiya çərçivəsində ən ağır cəzanı almasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməyə verdikləri mülki iddia ərizəsinin təmin edilməsini, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində özünün işdə olduğunu, bacısının zəng edib evdə oğlan tutduğunu deyib onu evə çağırdığını, özünün də evə gəldiyini, oğlanın divanda oturduğunu gördüyünü, çəkiliş apardığını, oğlanın videosunu çəkdiyini, özünün evə tək getdiyini, həmin vaxtı evdə bacısının, Nuran və Rəmzinin olduğunu, Nuranla Rəmzinin cinsi əlaqədə olmasını ona Aysunun dediyini, X18 aralarında nə olduğunu soruşduğunu, onun da Nurandan soruşub özünə dediyini, birinci qeyri-təbii yolla olduqlarını dediyini, sonra dəqiqləşdirib təbii yolla da olduqlarını dediyini, Rəmzinin cinsi əlaqədə olduqlarını etiraf etmədiyini, münasibətlərinin olduğunu dediyini, çəkiliş aparanda bacısının Rəmziyə Nuranın yaşı ilə bağlı sual verdiyini, Rəmzinin də yaşını bildiyini dediyini, Rəmzinin divanda oturduğunu, özünün də stulda oturduğunu, çəkiliş apardığını Rəmzinin gördüyünü və bildiyini, axşam anası və qohumları ilə Rəmzinin yenə gəldiyini, evdə yad insan olduğu üçün çəkiliş apardığını, video çəkməyin özünün fikri olduğunu, yolda gələrkən heç kimlə danışmadığını, heç kimə zəng etmədiyini, heç kimin Rəmziyə hədə-qorxu gəlmədiyini, heç kimə zəng edib evə çağırmadığını, polis əməkdaşını evə çağırmadığını, sadəcə bacısının onu evə çağırdığını, başqa heç nə demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 kirayə ev axtardığı zaman tanıdığını, bir müddət evdə qaldıqdan sonra, Uğurun “dostum evə gəlmək istəyir, açarı ona verərsən” dediyini, özünün də açarı verdiyini, sonra olan heç nədən məlumatı olmadığını bildirmişdir. Şahid5 29 avqust 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2025-ci il tarixində olan məhkəməyə işi və imkanı ilə əlaqədar gələ bilmədiyini, məhkəmədəki işə onun iştirakı olunmadan baxılmasını xahiş etmiş və əvvəlcə verdiyi izahatı olduğu kimi təsdiq etdiyini qeyd etmiş və 15 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2025-ci il tarixində çağırıldığı məhkəməyə işi və imkanı ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, aparılan iş üzrə əvvəlcə verdiyi izahatı olduğu kimi təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Rzayev X9 Rəmzi Vüqar oğlunu tanıdığını, aralarında hər hansı ədavət və düşmənçilik olmadığını, Təqsirləndirilən şəxsla bir məktəbdə oxuduğunu, dost olduqlarını, Zərərçəkmiş şəxs şəxsən tanımadığını, onun Təqsirləndirilən şəxs ilə hansı münasibətdə olub-olmadığını bilmədiyini, əlavə olaraq onun Şahid3 adlı dostu olduğunu, Şahid3 Naxçıvan şəhəri, 49-cu məhəllədə yerləşən binada kirayə yaşadığını, Şahid3lə dost olduğu üçün bir neçə dəfə özünün də gedib onun evində gecəni qaldığını, özünün bir müddət əvvəl Şahid3 ilə Təqsirləndirilən şəxs tanış etdiyini, sonradan Uğurla söhbətləri zamanı ona Rəmzinin bir neçə dəfə bir qızla evə gəldiyini, qızı tanımadığını, nə üçün gəldiklərini bilmədiyini, ondan açar aldıqlarını dediyini, özünün bu barədə başqa məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması barədə demədiyini bildirmişdir. Şahid3 07 noyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək ********* nömrəli cinayət işi üzrə şahid qismində dəvət olunduğunu, hazırda Bakı şəhərində olduğunu, Naxçıvan Muxtar Respublikasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsi olmadığının nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasına 2024-cü ilin sentyabr ayında gəldikdən sonra tanıdığını, aralarında ədavət, düşmənçilik və qohumluq münasibəti olmadığını, Təqsirləndirilən şəxs onunla dostlarından Şahid5 tanış etdiyini, Şahid5 də Rəmzini tanımamışdan bir neçə gün əvvəl tanıdığını, aralarında dostluq münasibəti olduğunu, Zərərçəkmiş şəxs tanımadığını, onunla heç bir əlaqəsi olmadığını, Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında əlaqə saxlayaraq ondan yaşadığı evə gələ bilib-bilməyəcəyini soruşduğunu, bunu nə üçün istədiyini soruşduqda Rəmzinin ona evə bir qızla gəlmək istədiyini, evin açarını 1-2 saatlıq evdə heç kim olmayacaqsa ona verməyini dediyini, həmin ərəfə evdə tək kirayə qaldığı üçün və universitetə getdiyindən Rəmzi ilə aralarında olan dostluq münasibətinə görə ona razılıq verib açarı verdiyini, Rəmzinin ona evə qızla gəldiyini desə də həmin qızı görmədiyini, açarı Rəmziyə binanın qarşısında verdiyini, dərsə getdiyini, Rəmzinin evə qızla gəldiyini desə də onların evdə nə etdiklərini bilmədiyini, sonra Rəmzinin Türkiyə Respublikasına getdiyini, 2024-cü ilin noyabr ayının ortaları yenidən Naxçıvan Muxtar Respublikasına gəldiyini, Rəmzi gəldikdən sonra yenə aralarında dostluq münasibətinin davam etdiyini, həmin ərəfələrdə evdə Şahid4 adlı şəxslə birlikdə kirayə qaldığını, Rəmzi Türkiyədən gəldikdən sonra yenə ondan evin açarını istəyib evə qızla gələcəyini dediyini, Rəmziyə artıq tək qalmadığını, İntiqamdan da icazə almalı olduğunu dediyini, Rəmzinin ondan İntiqamla danışmağını istədiyini, İntiqamla danışıb ondan razılıq aldıqdan sonra Rəmziyə açarı verdiyini, yenə də Rəmzinin evə hansı qızı gətirdiyini görmədiyini, Rəmzinin kirayə qaldığı evə ümumilikdə təxminən 5-6 dəfə qızla gələcəyini dediyini, aralarında olan dostluq münasibətinə görə İntiqamla da danışıb razılıq alaraq evin açarlarını Rəmziyə verdiyini, dərsdə və ya uzaqda olduğu zaman evin açarlarını İntiqamın özünün Rəmziyə verdiyini, sonuncu dəfə isə Rəmzinin 2025-ci ilin yanvar ayında açarı alaraq evə gəldiyini, Rəmzinin evə gətirdiyi qızı sonradan gördüyünü, Rəmzinin özünün qızın adının Nuran olduğunu, kollecdə oxuduğunu dediyini, özünün də həmin qızı 2 dəfə Rəmzi ilə evə gəldikləri zaman gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi çıxış nitqində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işinin məhkəmə baxışı artıq sona çatmışdır. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlini həmin maddə ilə düzgün tövsif edildiyini və irəli sürülmüş ittihamın məhkəmə baxışı zamanı sübuta yetirildiyini bildirərək Cəlilovun 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmasını təklif edir. Digər tərəfdən isə zərərçəkmiş şəxsə “vurulmuş mənəvi zərər”in əvəzi olaraq 20.000 (iyirmi min) manat pul tələb edilir. Dövlət ittihamçısının təklifi və zərərçəkmiş tərəfin tələbi ilə razılaşmır. Düşünür ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığı üçün ona həmin maddə üzrə bəraət verilməlidir. Belə ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin, şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələrinə, ələlxüsus zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin aralarındakı “İnstagram” sosial şəbəkəsində olan yazışmalara və digər sübutlara kompleks şəkildə yanaşdıqda bu qənaətə gəlmək olur. İbtidai istintaq orqanı tərəfindən yol verilmiş prosessual pozuntulardan bəzilərinə diqqət yetirilməsini istəyir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi “İbtidai araşdırmanın müddətləri”ndən bəhs edərkən 218.2.2-ci maddəsi imperativ şəkildə “Cinayət işi üzrə ibtidai istintaq az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra başa çatmalıdır” müddəasınından çıxış edir. Məhkəmə istintaqını tamamlanmış cinayət işinin ibtidai istintaqına nəzər yetirildikdə, ilk növbədə - baxılan cinayət işi ********* nömrəli cinayət işidir. Bu cinayət işi müstəntiq tərəfindən 11 may 2025-ci il tarixində ********* nömrəli cinayət işindən ayrılaraq müstəqil şəkildə istintaq edilməyə başlamışdır. Yəni, baş vermiş “cinayət hadisəsi” ilə əlaqədar araşdırılan ilkin (birinci) iş ********* nömrəli cinayət işi olmuşdur. Həmin cinayət işinin başlanılmasına səbəb isə “22 yanvar 2025-ci il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan X2 ərizə ilə müraciət edərək azyaşlı qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğunu öyrəndiyini bidirməsi, eləcə də, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış canlı şəxslərin ekspertizası rəyində Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığının pozulması, eləcə də onun qeyri təbii yolla cinsi əlaqədə olmasının göstərilməsi faktı, əsas isə həmin materiallar əsasında toplanmış materiallar olmuşdur” (C/i; İ cild, i/v 3-70). Deməli, ilk olaraq cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs “əməlləri” olmuşdur. Lakin, prosessual qaydada cinayət işi digər təqsirləndirilən şəxs, yəni X11 münasibətdə ayrılmalı olduğu halda Cəlilova münasibətdə ayrılmışdır. Çünki, bir daha təkrar edir ki, cinayət işinin başlanılmasına səbəb Cəlilovun etdiyi hərəkətlər və onun barəsində edilən şikayət əsasında aparılan araşdırma olmuşdur, Cəfərlinin deyil. Haşiyə olaraq qeyd edir ki, cinayət işinin başlanılmasına qədər olan prosessual müddət də ibtidai istintaq orqanı tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası”ndan bəhs edən 207-ci maddəsinin göstərişlərində qeyd edilir: 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması, habelə bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş iki və ya daha artıq istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsi ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. 207.4. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır”. Göründüyü kimi cinayət işinin başlanılması üçün vacib olan ekspert rəyi (Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE-sı və PAB-nin 64 №-li rəyi) 22 yanvar 2025-ci il tarixində alındığından, 207.3-cü maddənin gösrərişləri hüquqi şəxslərə münasibətdə tətbiq edildiyindən, 177.3.6-cı maddə - maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsini özündə ehtiva etdiyindən və cinayət işinin materiallarında bu qəbildən heç bir məlumatın ələ keçirilməsi ilə bağlı hər hansısa bir qeyd belə olmadığından, bu sadalanan səbəblərdən cinayət işinin başlanılması üçün istintaq orqanına icazə verilən maksimum zamanı - 10 (on) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün zamanı – kobud şəkildə pozmuşdur. Belə ki, cinayət işi daxil olmuş məlumat əsasında 10 (on) içərisində başlanılmalı olduğu halda, 19 fevral 2025-ci ildə, məlumat (şikayət ərizəsi) daxil olduqdan 28 (iyirmi səkkiz) gün sonra başlanılmışdır. Digər bir nüansı da hörmətli məhkəmənin diqqətə almasını xahiş edir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs 25 aprel 2025-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Onun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində qətimkan tədbirinin seçilməsinə səbəb 22 yanvar 2025-ci il tarixindən başlayan ibtidai araşdırma olmuşdur. Deməli, konkret olaraq həmin tarixdən o, cinayət təqibinə məruz qalmışdır. Belə olan təqdirdə isə “Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması” qaydalarını nizamlayan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 48-ci maddəsinin tələbləri ibtidai istintaq orqanı tərəfindən pozulmuşdur. Həmin maddədə yazılır: 48.2. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: 48.2.2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin; Beləliklə, əslində 22 yanvar 2025-ci ildən başlayan cinayət təqibi (cinayət işinin əsassız olaraq 19 fevral 2025-ci ildə başlanılmasına baxmayaraq) təqsirləndirilən şəxsin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Çünki, 19 fevral 2025-ci ildə başlanılsa da, prosessual qanunvericilikdə nəzərdə tutulan müddətdə yekunlaşdırılmamış, Cəlilovun işindən Cəfərli barədə cinayət işi ayrılmalı olduğu halda, bilərəkdən bu edilməmiş, əksinə sanki Cəfərlinin işindən Cəlilov barəsində cinayət işinin ayrılması təəssüratı yaradılmış və bununla da pozulmuş prosessual müddətlərin üstü ört-basdır edilməyə çalışılmışdır. Halbuki, bir daha, dönə-dönə vurğulamaq yerinə düşür ki, cinayət təqibi məlumat (şikayət ərizəsi) əsasında Təqsirləndirilən şəxs münasibətdə həyata keçirilmiş və cinayət təqibi zamanı zərərçəkmiş şəxsə qarşı digər şəxsin, yəni X7 da qanunsuz hərəkətlər etdiyi bəlli olmuşdur. Sadaladığı halları ümumiləşdirərək bildirir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsində də deyildiyi kimi “Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır”. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən “istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir”. Buna görə də ibtidai istintaq orqanı tərəfindən yol verilən bu cür olduqca ciddi, kobud prosessual pozuntular məhkəmə tərəfindən müşavirə otağında qiymətləndirilsin və prosessual müddət bitdikdən sonra aparılmış bütün prosessual hərəkətlər, xüsusən də istintaq hərəkətləri qanunsuz hesab edilsin. İndi isə Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1ci maddəsinin tövsifi barədə: təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaşını 16-dan çox olmasını bilməsi bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Belə ki, onlar arasında olan “İnstagram” sosial şəbəkəsindəki yazışmalar da bunu təsdiq edir. Digər tərəfdən ibtidai istintaq zamanı ifadəsi alınmış, lakin məhkəmə baxışında dindirilməsini istədikləri (lakin bunun üçün verdikləri vəsatət rədd edildiyindən, bu imkandan məhrum olmuşlar) X8 da zərərçəkmişin söhbətlərinin birində 17 yaşının içərisində olduğunu qeyd edir. Məhz buna görə də təqsirləndirilən şəxs bu maddə ilə cəzalandırıla bilməz. Cinayətin təkrar törədilməsinə gəldikdə isə Cinayət hüquq nəzəriyyələrinə və praktikaya əsasən, təkrar cinayət o halda mövcud olur ki, şəxs eyni cinayəti müstəqil niyyətlə, ayrı-ayrı hüquqi faktlar kimi iki və ya daha çox dəfə törətsin. Hazırkı işdə isə, zərərçəkmiş eyni şəxsdir, hərəkətlər vahid münasibətin davamı olmuşdur, hər bir əlaqə ayrıca formalaşmış yeni cinayət niyyəti ilə deyil, eyni niyyətin davamı kimi baş vermişdir. Bu səbəbdən əməl təkrar cinayət deyil, davam edən cinayət kimi qiymətləndirilməlidir. SSRİ Ali Məhkəməsinin 25 mart 1964-cü il tarixli “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenum qərarında məhkəmələrə açıq şəkildə izah edilmişdir ki, eyni zərərçəkənə qarşı vahid niyyətlə törədilən seksual hərəkətlər vahid cinayət tərkibi kimi qiymətləndirilməlidir. Bu hüquqi mövqe postsovet məkanında, o cümlədən Azərbaycan Respublikasının məhkəmə təcrübəsində də rəhbər tutulur. Təqsirləndirilən şəxsin “əməlində”yüngülləşdirici halların olmaması ilə bağlı qısa olaraq deyir ki, əgər əməli cinayətdirsə, onun ilk dəfə cinayət törətməsi, müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə evlənmək niyyətinin olması, vətən torpaqlarının azadlığı uğrunda aparılan xüsusi əməliyyatlarda iştirak etməsi yüngülləşdirici hallardır. Mülki iddiaya münasibətdə isə zərərçəkmiş şəxsin məktəbdə davamiyyətinin normal olması, psixoloji yardıma müraciət etməməsi, sosial mediada aktivliyi, dərs, məşğuliyyət, davranışında, münasibətində kəskin dəyişiklik müşahidə olunmaması, mənəvi ziyanın əslində olmadığına dair sübutdur. İstər-istəməz sullar yaranır. Hansı konkret psixoloji zərər yaşanıb? Hansı tibbipsixoloji sənədlər bunu təsdiqləyir? Bunun üçün nə vaxt, hara müraciət edilib? Hər hansı psixi pozuntu, davranış dəyişikliyi qeydə alınıbmı? Zərər nə dərəcədə “ciddi” olub? Əgər “ciddi sarsıntı” olsaydı, dərhal reaksiya verilməli idi. İddiaçı tərəf iddia edir ki, guya hadisə nəticəsində zərərçəkmiş ciddi mənəvi sarsıntı yaşayıb və psixoloji durumu pisləşib. Lakin bu iddialar sübut olunmayıb, təqdim olunan ekspertiza rəyinə ziddir, mənəvi ziyanın mövcudluğunu və ya onun dərəcəsini təsdiqləmir. Mülki Məcəlləyə əsasən mənəvi ziyan iddiaçının sübut etməli olduğu haldır. Psixoloji ekspertiza iddianın əsasını inkar edir. İş materiallarındakı psixoloji ekspertiza rəyində açıq şəkildə göstərilmişdir ki, zərərçəkmiş hadisəni dərk edib, baş verənlərin mahiyyətini anlayıb, seksual davranışın mənasını bilib, hadisə ona psixoloji travma və ciddi mənəvi sarsıntı yaratmayıb, onun psixoloji durumu sabitdir və mənfi dəyişiklik qeydə alınmayıb. Bu rəy iddianın əsaslandığı “ciddi sarsıntı” arqumentini tam şəkildə təkzib edir. Məhkəmə təcrübəsinə görə (Ali Məhkəmənin presedentləri), psixoloji zərərin mövcudluğu xüsusi bilik tələb edən məsələdir və yalnız ekspertiza ilə sübut edilə bilər. İddiaçı tərəf bunu sübut etməmişdir. İddiaçı tərəfin iddiaları özözlüyündə ziddiyyətlidir: bir tərəfdən “dərin sarsıntı”, digər tərəfdən ekspertiza rəyində “psixoloji stabillik” - hadisədən sonra gündəlik davranışlarda heç bir mənfi dəyişiklik yoxdur. Bu ziddiyyətlər iddianın sübuta yetirilməmiş və qeyri-inandırıcı olduğunu göstərir. Ciddi psixoloji zərər iddiası üçün tələb olunan hallar - kliniki travma əlamətləri, nevrotik simptomlar, davranış pozuntusu, psixoloq və ya psixiatr müraciətləri, dərs davranışında ciddi dəyişikliklər heç biri mövcud deyil. Zərərçəkmiş şəxsin məktəbə davamiyyəti, sosial fəaliyyətləri, ailə və dost münasibətləri, emosional davranışı barədə cinayət işinin materiallarda mənfi heç nə yoxdur. Əgər “ciddi sarsıntı” olsaydı, bu dəyişikliklər qaçılmaz olardı. Bununla da belə nəticəyə gəlmək olur: “Hadisədən sonrakı həyatında əhəmiyyətli dəyişiklik olmayan şəxsin ciddi mənəvi sarsıntı keçirməsi inandırıcı deyil.” Hadisə ilə iddianın qaldırılması arasında keçən müddət göstərir ki, zərərçəkmiş və valideynlər tərəfindən dərhal psixoloji yardım axtarılmayıb, ciddi zərər iddiasının real motivi sual altına düşür. İddiaçı tərəf mənəvi ziyan üçün tələb etdiyi məbləği nə psixoloji rəy, nə tibbi sənədlər, nə də faktiki hallar ilə əsaslandırmayıb. Qarşı tərəfin iddiasında göstərilir ki, guya cavabdehin hərəkətləri nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı keçirib, psixoloji durumu pisləşib və buna görə iyirmi min manat həcmində kompensasiya tələb edir. Lakin təqdim olunan materiallar, eləcə də işin faktiki halları bu iddianın əsassız, sübut olunmamış və qanunvericiliyin tələblərinə uyğun olmayan xarakter daşıdığını açıq şəkildə göstərir. İş materiallarında mənəvi sarsıntının baş verdiyini təsdiq edən psixoloji ekspertiza rəyi, psixoloq müayinəsi və ya tibbi arayış mövcud deyil. Təkcə subyektiv bəyanatlar mənəvi zərərin sübutu hesab edilə bilməz. Qanunvericilik yalnız o hallarda mənəvi zərərin kompensasiyasını nəzərdə tutur ki, şəxs real, sənədlərlə sübut olunan psixoloji pozuntuya, iztiraba və ya nüfuzun aşağılanmasına məruz qalsın. İddiaçı isə yalnız ümumi ifadələrlə “psixoloji təsir”, “narahatlıq”, “gərginlik” kimi qeyri-müəyyən terminləri qeyd edir. Bunlar hüquqi baxımdan kompensasiya tələbini əsaslandırmaq üçün kifayət etmir. Son olaraq təqsirləndirilən şəxsə istinad edilən əməl könüllülük əsasında formalaşdığından, yəni əks cinsin razılığı ilə baş verdiyindən burada hansısa psixoloji sarsıntı, mənəvi iztirabdan danışıla bilməz. Ən azı ona görə ki, “könüllülük” bütün psixoloji, mənəvi məsələlərin olmasını tamamən istisna edir. Üstəgəl, psixoloji sarsıntı zərərçəkmiş şəxsin həmin dövrlədə və sonrakı zamanlarda olan davranışları ilə öz təsdiqini tapmır. Bütün bunlara görə də Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaratmadığından həmin maddə ilə cəzalandırıla bilməz. Buna görə də çıxışında göstərdiyi arqumentlərə, sadaladığı hallara və qeyd etdiyi əsaslara görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə bəraət verilməlidir. Sadaladıqlarını və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42; 55; 91; 318 və 350-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2025-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. (cild İ, iş vərəq 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X6 ərizə ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək az yaşlı qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğunu öyrəndiyini, arvadı Şahid1 21 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs yaşadıqları Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən evdə birlikdə gördüyünü, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir. (cild İ, iş vərəq 18-19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2025-ci il tarixli məhkəmə psixoloji ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 37-38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 64 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuş, eləcə də qeyritəbii yolla cinsi əlaqədə olmuşdur, müddətləri 2-3 həftə və daha əvvələ uyğun gəlir, yəni köhnədirlər. Zərərçəkmiş şəxs hamilə deyildir. Zərərçəkmiş şəxs düz bağırsağından və uşaqlıq yolundan götürülmüş nümunələrdə spermatozoid aşkar edilməmişdir. (cild İ, iş vərəq 63-64) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 105 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hal hazırda əqli və psixi inkişafına, yaş və fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında kifayət qədər məlumata malikdir. Hadisə müxtəlif vaxtlarda baş verdiyi üçün Zərərçəkmiş şəxs hansı psixi-emosional halda olmasını müəyyənləşdirmək mümkün olmamışdır. (cild İ, iş vərəq 67-70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 fevral 2025-ci il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 məhdud fəaliyyət qabliyyətli Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 72-73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2025-ci il tarixli vəkilin cinayət prosesinə müdafiəçi qismində buraxılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət prosesinə müdafiəçi qismində buraxılmışdır. (cild İ, iş vərəq 164) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 165-166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx xxxxx 2004-cü ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 177-178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 5 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ANTİ HİV neqativdir. (cild İ, iş vərəq 185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Babək rayon, Qahab kəndində qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 186) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X10nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 188- 189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2025-ci il tarixli məhkəmə-kompüter texniki ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 204-205) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2025-ci il tarixli məhkəmə-kompüter texniki ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 212-213) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli, 205 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 218-220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X4 Şöbəsindən alınmış 25 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 194) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 10 may 2025-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********05 mobil nömrəsinə və zərərçəkmiş şəxs X1 istifadəsində olmuş +**********64 mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd CD-yə baxış keçirilmiş, qeyd olunan CD-yə baxış zamanı +**********05 mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək, həmçinin 10 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək əlaqə saxlamaları müəyyən olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs bacısı Aysunun istifadəsində olan +**********88 mobil nömrəsi ilə də Təqsirləndirilən şəxsla əlaqə saxladığın bildirdiyindən siyahı üzrə qeyd olunan nömrə yoxlanılmış və Təqsirləndirilən şəxs 22 avqust 2024-cü ildən 16 yanvar 2025-ci il nömrəsi ilə mütəmadi əlaqə saxlaması məlum olmuşdur. Bundan başqa, +**********64 mobil nömrəsinin sahibi X1 21 mart 2025-ci il tarixdən 24 dekabr 2024-cü il tarixədək dəfələrlə X7 istifadəsində olmuş +**********75 mobil nömrəsi ilə əlaqə saxlaması məlum olmuşdur. (cild İİ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2025-ci il tarixli, 514 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “İOS 18.0.1” əməliyyat sistemi ilə təhciz “Apple iPhone 11 Pro” markalı, “A2160” modelli, “**********85788, **********944307” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Apple iPhone 11 Pro” markalı, “A2160” modelli mobil smartfonun yaddaşında (kontaklar, “SMS” mesajlar, “Zəng tarixçəsi”, “İnternet tarixçəsi”, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olunmuşdur. (cild İİ, iş vərəq 5-6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 10 may 2025-ci il tarixli, 516 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS" modelli, “**********78238, **********78236” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, “SMS” mesajlar, “İnternet tarixçəsi”, “Whatsapp”, “İnstagram”, “TikTok” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olunmuşdur. (cild İİ, iş vərəq 13-14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 11 Pro” markalı, Sahil Cəfərliyə məxsus 1 ədəd “Redmi Note 9S” markalı mobil telefonlar, 22 yanvar 2025-ci il tarixdə Şahid1 təqdim etdiyi 1 ədəd “DVD” və 8 may 2025-ci il tarixdə Şahid1 təqdim etdiyi 1 ədəd “DVD” cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (cild İİ, iş vərəq 51-52) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon İcra Hakimiyyəti Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 avqust 2025-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Qahab kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. (cild İİ, iş vərəq 109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon İcra Hakimiyyəti Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 avqust 2025-ci il tarixli, 412 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X20, anası X16 və bacısı X12r. (cild İİ, iş vərəq 108) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək Rayon İcra Hakimiyyəti Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2004-cü ildə Babək Rayon Qahab kəndində anadan olan, Qahab kəndində qeydiyyatda olan hal-hazırda Qahab kəndində yaşayan Cəlilov X3 yaşadığı müddətdə öz hərəkət və davranışları ilə həmyaşıdlarından fərqlənmiş, onlara örnək olacaq davranışlar nümayiş etdirmişdir. Heç bir siyasi partiyanın və dini təriqətlərin üzvü deyil. Qonşularla səmimi münasibət saxlamış, kəndin ictimai işlərində həmişə fəallıq göstərmişdir. Mənəvi və əxlaqi cəhətdən təmiz, fiziki cəhətdən sağlamdır. Bu günə qədər onunla bağlı Qahab kənd İƏDÜ nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. (cild İ, iş vərəq 110) İş üçün əhəmiyyətli olduğundan Şahid1 təqdim etdiyi video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 2 dəqiqə 51 saniyə olduğu müəyyən edilmiş və video-görüntüdə olan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olduğu, həmçinin video-görüntünün Şahid1 bacısı Şahid2 tərəfindən çəkildiyi, Şahid1 və bacısı Gülşənin Təqsirləndirilən şəxs Nuran ilə bağlı suallar vermələri, Şahid1 “siz niyə soyunmuş vəziyyətdə kinoya baxırsız?, niyə gəlmisən mənim evimə?, çılpaq vəziyyətdə yataqda kinoya baxırlar?, mən yerimi açdım iki tərəf də istiydi, qızımın alt paltarı varıydı, sonra atdım üstünə gəldim ki, səndə gizlənmisən” dediyi, Təqsirləndirilən şəxs isə “mən sizin evi tanımırdım, Nuran çağırdığı üçün gəlmişəm, filmə baxırdıq, mən çılpaq deyildim, Nuran da yuyunduğu üçün elə idi, niyə yuyunduğunu bilmirəm, mənim 20 yaşım var” dediyi, həmçinin Şahid1 Təqsirləndirilən şəxs vermiş olduğu “sən mənim qızım Nuranın 16 yaşına çatmadığını bilirdinmi” sualına Təqsirləndirilən şəxs “mən bilirdim, lakin bizim aramızda heçnə olmayıb” cavabı verdiyi müəyyən edilmişdir. İş üçün əhəmiyyətli olduğundan Şahid1 təqdim etdiyi səs yazılarının köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də 7 ədəd səs yazısı və 1 ədəd video görüntünün olduğu, səs yazılarına və video-görüntülərə baxış zamanı Şahid1 21 yanvar 2025-ci il tarixdə qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən evində gördükdən sonra həmin günün axşamı Təqsirləndirilən şəxsla birlikdə onun valideynləri Şahid1 evinə gəldikdən sonra evdə olan söhbətləri səs yazısı və video görüntü formasında qeydiyyata alması müəyyən olunmuş, Şahid1 Nuranın Rəmzi ilə evlənmək istəmədiyini, özünün qızına istəyirsə evlənməsini dediyini, onun razı olmadığını, bunu təmizləməyin bir neçə yolu olduğunu, ya qardaşının, atasının vurub Rəmzini öldürəcəklərini, ya onun tutulacağını, qızının kollec, universitet oxuyacağını, sonra xaricdə təhsil almaq istədiyini, Xumar adlı tərbiyəsiz qızın onları tanış etdiyini, qızının saf olduğunu, bunun üçün başına belə şeylərin gəldiyini, Rəmzinin 15 yaş yarım olan qızın başına belə şey açdığını, cinayət olduğunu, qızını qohumlarından çox adamın istədiyini, qızı istəmədiyi üçün vermədiyini, qızının özünü öldürəcəyini dediyini, edəcəyini də bildiyini, biləbilə verə bilməyəcəyini, Rəmzinin cəzasını çəkəcəyini, özünün sabah Süleyman müəllimin qəbuluna gedəcəyini, ona atasının dayısının gəlib onu öldürəcəyini, istəyirsə evlənməsini dediyini, qızının aldandığını, səhv etdiyini dediyini, özünün gedib polisdə ərizə yazacağını, həll etmək istəyirlərsə orada etmələrini deməsi, Təqsirləndirilən şəxs anasının və digər qohumlarının isə özlərinin yoluna qoymaq üçün gəldiklərini, evlənmələrini, yoluna qoymaq istədiklərini, indidən toy yox nişan kimi bir şey etmələrini, sonra evlənmələrini, başının üstündə yeri olduğunu, ona yaxşı baxacağını, oğlunun sadəcə şəklini göstərdiyini, başqa heç nə bilmədiyini, nə deyirlərsə etməyə razı olduqlarını, həll etmək istədiklərini bildirməsi, Şahid1 sonra onları evdən qovması, “durun çıxın gedin evimdən” deməsi müəyyən edilmişdir. İş üçün əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs təqdim etdiyi mesaj mətnlərinin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də mesaj mətnləri, Təqsirləndirilən şəxs məxsus “jf.remzi” adlı instagram hesabı ilə Zərərçəkmiş şəxs məxsus “privvnur85” adlı instagram hesabı arasında olan instagram mesajlaşmalarına dair screen edilmiş şəkil formasında mesajlaşmalar müəyyən olunmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “neçə yaşın var?” deyə sual verməsi, Təqsirləndirilən şəxs isə cavabında “20 bəs sən?” deməsi, onun isə “17 içindəyəm” deyə cavab verməsi aydın olmuşdur. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş ağır mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın tutulub ödənilməsi barədə qərar qəbul edilməsi, mülki iddianın təmin edilməsi məqsədilə təqsirləndirilən şəxsin üzərinə maddi məsuliyyətin tətbiq edilməsinin təmin edilməsi, məhkəmə baxışı zamanı ortaya çıxan əlavə sübutlar nəzərə alınmaqla mənəvi zərərin məbləğinin artırılması hüququnun tərəflərində saxlanılmasını və məhkəmə xərcləri və iş üzrə çəkilmiş digər zəruri məsrəflərin təqsirləndirilən şəxsin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 17 yaşını olduğunu bildiyini bildirsə də, məhkəmə iclası zamanı dövlət ittihamçısının sualına cavab olaraq “Nuranla tanış olanda Nuranın kollecdə oxuduğunu, kollecə 9-cu sinifdə daxil olunduğunu, 9-cu sinifdə oxuyan birinin 15 ya da 16 yaşı olduğunu, Nuranın doğulduğu ili 2008-ci il bildiyini, sonra 2009-cu ildə doğulduğunu öyrəndiyini” bildirmiş, həmçinin Şahid1 təqdim etdiyi video-görüntülərin köçürüldüyü DVD-yə baxış zamanı da Şahid1 Təqsirləndirilən şəxs vermiş olduğu “sən mənim qızım Nuranın 16 yaşına çatmadığını bilirdinmi?” sualına Təqsirləndirilən şəxs “mən bilirdim, lakin bizim aramızda heçnə olmayıb” cavabı verməsi də onun həqiqətən də Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin Təqsirləndirilən şəxs ona hədəqorxu gəldiklərini, qorxduğu üçün də onların xeyrinə videoda danışdığını, videoda Nuranın yaşını bildiyini, ancaq aralarında heç nə olmadığını dediyini, qorxduğu üçün dedikləri qaydada etdiyini, üzərində psixoloji təsir olduğunu, real hədənin “səni basdırarıq” olduğunu, Günay xanımın “qardaşım dəlidir bıçağı burdan soxub burdan çıxardar” dediyini, Turalın da “səni burada öldürüb basdıraram, heç kim bilməz” dediyini bildirsə də, ona hədə-qorxu gəlindiyi ilə bağlı heç bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, işin məhkəmədə araşdırılması zamanı həmin hal öz təsdiqini tapmamış, həmçinin video görüntülərdə Təqsirləndirilən şəxs qarşı hər hansı fıziki-güc, zor tətbiq edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasında olan ziddiyyəti də özünümüdafiəsi kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin cinayət işinin başa çatması müddətinin pozulduğunu qeyd etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaq az ağır cinayətlər üzrə cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra başa çatmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. Həmin Məcəllənin 211.2.1-ci maddəsinə əsasən Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2 və 218.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 16 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsi, 71-ci maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək, həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən edilən əsaslarla cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət işinin başlandığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni cinayət işi başlanıldığı) gündən hesablanır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 211.2.1-ci maddəsi ilə müəyyən edilmiş əsasla, yəni təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayətin müəyyən edilməsi əsası ilə cinayət işi ayrıldıqda, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması ilə yanaşı, yeni cinayət hadisəsinə görə cinayət işinin başlanması tələb olunur. Çünki ilkin işdəki cinayət işinin başlanması barədə qərar tamamilə fərqli əmələ görə çıxarılmış sənəd kimi çıxış etməklə yeni cinayət təqibinin aparılmasının başlanğıcını ehtiva etmir. Nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəllənin 46, 204–210-cu maddələrinin mənasına görə, cinayət işinin başlanması üçün səbəb və əsas olduğu bütün hallarda, o cümlədən həmin Məcəllənin 211.2.1-ci maddəsində göstərilən əsasla cinayət işinin materiallarından başqa cinayət işi ayrıldıqda və cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduqda cinayət işi başlanmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 211.2.1-ci maddəsində nəzərdə tutulmuş əsasla cinayət işi ayrıldıqda yeni cinayət işinin başlanılmaması cinayətin törədilməsində təqsirləndirilən (şübhəli) şəxslərin statusunu sual altına qoymuş olar ki, bu da onların hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Plenum qərarın tələbini cinayət işinin materialları ilə əlaqəli formada tədqiq edərək məhkəmə belə qeyd edir ki, 19 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və 11 may 2025-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarla isə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Həmçinin həmin cinayət işi 11 avqust 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Qeyd edilənlərdən də görünür ki, cinayət işi ayrıca icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrıldığından, cinayət işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi gündən hesablanmalı olduğundan hazırki cinayət işi üzrə ibtidai istintaq müddəti pozulmamışdır. Həmçinin qeyd edilən məsələ ilə əlaqədar olaraq Dövlət ittihamçısı da məhkəməyə rəy təqdim edərək qeyd etmişdir ki, müdafiə tərəfi məhkəmə baxışı iclasında vəsatət verərək Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsilə istintaq olunan cinayət işinin ibtidai araşdırma müddətinin keçdiyi üçün 22 mart 2025-ci il tarixindən sonra aparılmış istintaq hərəkətlərinin qanunsuz olduğundan sübut növü kimi qiymətləndirilməməyi xahiş etmişdir. Lakin istintaq orqanı 19 fevral 2025-ci ildə fakta görə ********* nömrəli cinayət işi başlamış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə birlikdə Cəfərli Sahilin də eyni şəxsə qarşı cinayət əməli törədilməsi sübuta yetirildiyindən Sahil Cəfərlinin barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi, Təqsirləndirilən şəxs barəsində isə əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından 11 may 2025-ci ildə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işindən ********** nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Hazırda məhkəmənin icraatında olan ********* nömrəli cinayət işinin ibtidai araşdırma müddəti 11 may 2025-ci il tarixdən başladığından ibtidai araşdırma müddətinin axımı həmin vaxtdan hesablanmışdır. Ona görə də ittiham aktının 11 avqust 2025-ci ildə təsdiq olunaraq məhkəməyə göndərilməsi nəzərə alınaraq heç bir müddət pozuntusu olmadığından verilmiş vəsatət qanunsuz hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində vurulmuş mənəvi ziyana görə ümumilikdə 20.000 (iyirmi min) manat ödənilməsini xahiş etsə də, həmin məbləğdə mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar aparılmasına zərurət vardır. Həmin araşdırmalar isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Bu səbəbdən də zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi üçün Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin mülki iddia baxılmamış saxlanılmalı olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən mülki iddia qaldırılan zaman X24 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işində olan 10 may 2025-ci il tarixli, 514 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu, 10 may 2025-ci il tarixli, 516 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu, telefon danışıqlarına dair məlumatların əlavə edildiyi 01 ədəd DVD, Şahid1 təqdim etdiyi 02 ədəd “DVD” və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “DVD” sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan kompüter-texniki ekspertizasının dəyəri olan 70 (yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işində olan 10 may 2025-ci il tarixli, 514 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu, 10 may 2025-ci il tarixli, 516 saylı ekspert rəyinə əlavə edilmiş mobil telefonun yaddaşında mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu, telefon danışıqlarına dair məlumatların əlavə edildiyi 01 ədəd DVD, Şahid1 təqdim etdiyi 02 ədəd “DVD” və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “DVD” sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılsın. Kompüter-texniki ekspertizasının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən mülki iddia qaldırılan zaman X24 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar