Məhkəmə qərarları › İş №1(078)-68/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-68/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-68/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:50 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Naxçıvan rayon Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, 15 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Abşeron Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 3093/2018 nömrəli icra sənədinə əsasən 16 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimenti xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X6 ödəməli olduğu halda, alimenti vaxtında və lazımınca ödəməyərək iş üzrə zərərçəkmiş X6 28486 (iyirmi səkkiz min dörd yüz səksən altı) manat maddi ziyan vurmaqla Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, keçmiş həyat yoldaşı Xəyalə ilə 2018-ci ildə rəsmi olaraq boşanmışlar. Abşeron Rayon Məhkəməsi 16 iyul 2018-ci il tarixdə əvvəli 16 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin ondan tutularaq uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün Xəyaləyə ödənilməsi barədə qərar çıxarmışdır. Qərar çıxdıqdan sonra ona Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən alimenti könüllü şəkildə ödəməsi üçün bildiriş gəlmiş, həmin müddətdə o, Bakı şəhərində olmuş və uşaqlarına əldən pul ödəmişdir. O, boşandıqdan sonra bir il taksi fəaliyyəti ilə məşğul olmuş, günlük 30-40 manat qazanmışdır. Sonra iki ilə yaxın şirniyyat sexi işlətmiş, oradan günlük qazancı 100-150 manat olmuş, işlər yaxşı getmədiyi üçün sexi bağlamışdır. Uşaqlara əldən pul ödədiyi üçün icra məmuruna alimenti ödəməyi ilə bağlı heç bir sənəd təqdim edə bilməmiş, ona görə də aliment borcu yaranmışdır. Aliment borcu yarandığı üçün onun ölkədən çıxışına qadağa qoyulmuş, sonra o, alimenti ödəmək məqsədi ilə Türkiyədə işləməyə gedə bilməsi üçün ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsinə dair ərizə verməsi barədə Xəyalə ilə razılaşmışdır. Xəyalə də razılıqları əsasında onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi üçün icra şöbəsinə ərizə vermiş, ondan sonra ölkədən çıxışına qoyulmuş qadağanı götürmüşlər. O, Türkiyə Respublikasına getmiş, bir ay orada alüminium sexində işləmiş, Türkiyədə olduğu müddətdə təqribən 300-400 ABŞ dolları civarında Xəyalənin adına bank vasitəsi ilə pul göndərmişdir. Bir aydan sonra Türkiyədən gəlib Bakı şəhərinə getmiş, orada yenidən şirniyyat sexi işlətməyə başlamışdır. Şirniyyat sexi işlətdiyi dövrdə alimenti heç bir sənəd olmadan şəxsən Xəyalənin özünə ödəmiş, o, Xəyaləyə alimenti polis və ya “paqon” vasitəsi ilə ödəməyəcəyini demişdir. Xəyalədən pulun ödənilməsinə dair heç bir sənəd istəməmiş, ona görə də Xəyalə ödədiyi pulları deməmişdir. Özünün aliment borcu həm bu səbəbdən, həm də 2022-ci ildə polis əməkdaşlarını döydüyünə görə bir ilə yaxın cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün yaranmış, aliment borcu yarandığı üçün ölkədən çıxışına yenidən qadağa qoyulmuş və barəsində axtarış verilmişdir. Sonra onu 2023-cü ilin iyul ayında Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları gömrükdən Türkiyəyə gedərkən tutub Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil vermiş, Naxçıvan Şəhər Məhkəməsi onu 08 (səkkiz) gün müddətinə inzibati həbs etmişdir. İnzibati həbsdən çıxdıqdan sonra icra məmuruna məlumat vermədən yenidən Bakı şəhərinə getmiş, bir müddət sonra orada işləməyə başlamış və sentyabr, oktyabr və noyabr aylarında aliment üzrə cəmi 620 (altı yüz) manat ödəmişdir. Ondan sonra işləri alınmadığı üçün qazanc əldə edə bilməmiş, daimi işi olmadığı üçün alimenti ödəyə bilməmişdir. Onun aliment borcu yoxdur. Avtomoblini də Xəyalə satıb aliment puluna çıxmışdır. Səhvi ondadır ki, alimenti şəxsən Xəyalənin özünə ödəmişdir. Bununla bağlı əlində rəsmi sənədi yoxdur. Bir neçə qəbz vardır ki, Xəyalənin kartına göndrəmişdir və bir neçə dəfə Xəyalə dediyi üçün qonşusunun kartına pul göndərmişdir. Qalan pulu isə şəxsən Xəyalənin özünə vermişdir. Onun alimentə ödəniləcək borcu yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 31 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, zərərçəkmiş şəxs qismində tanındığını, istintaq dövründə zərərçəkmiş qismində ifadə verdiyini, verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs alimenti nə vaxtlı-vaxtında ödədiyini, nə də tam şəkildə ödədiyini, onun 28486 manat aliment borcunun olduğunu, aliment borcunu tələb etdiyini, hazırda Abşeron rayonu, Xırdalan şəhərində uşaqları ilə birlikdə yaşadığını, uşaqlarını təkbaşına böyütdüyünü, himayəsində azyaşlı uşaqlarının olmasını, uşaqları etibar edəcək heç kimin olmadığını, işlədiyini, məhkəmədə iştirak etmək üçün Naxçıvan şəhərinə gəlməyinə maddi imkanının olmadığını nəzərə alıb məhkəmədə cinayət işinə onun iştirakı olmadan baxıb ədalətli hökm qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 28 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, Bakı şəhərində yaşadığı üçün, himayəsində azyaşlı uşaq olduğu üçün, maddi vəziyyəti pis olduğundan ora gəlib məhkəmədə iştirak edə bilmədiyini, onun işinə ədalətli baxılmasını istədiyini, şikayətini davam etdirdiyini, yaranmış aliment borcunu tələb etdiyini, himayəsində 3 azyaşlı uşağının olduğunu, iş qüvvəsinin olmadığını, borcun ödənilməsini istədiyini, məhkəmənin ədalətli qərar verməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Xırdalan şəhərində qonşuları olmuş dayısı Məhəmməd vasitəsi ilə tanış olub münasibət qurmuş, təxminən 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Həmin evlilikdən üç uşaqları olmuş, evləndikdən sonra Abşeron rayonu, Xırdalan şəhərində anası Nərminəyə məxsus olan evdə yaşamışlar. Həmin vaxtlar Əbülfət Məmmmədov özünə məxsus avtomobil ilə taksi fəaliyyəti göstərmiş, 2009-cu ildən Bakı şəhərində icarə əsasında şirniyyat məmulatlarının istehsalı ilə məşğul olmuş və kifayət qədər qazanc əldə etmişdir. Əvvəllər Əbülfət ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, birgə yaşadıqları müddətdə Əbülfət kifayət qədər qazanc əldə etsə də, qazancını özünə xərcləmiş, tez-tez spirtli içki qəbul edib dava-dalaş saldığından, övladları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını saxlamaqda çətinlik çəkdiyi üçün nikahın pozulması və aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 462 (dörd yüz altmış iki) manat məbləğində alimentin tutularaq üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən borcluya rəsmi sənədlər göndərilmiş, Təqsirləndirilən şəxs tələbi icra etmədiyinə görə barəsində icra tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qanunları ciddiyə almamış, alimenti ödəmək üçün kifayət qədər maddi imkanı olmuş, lakin alimenti vermək niyyəti olmamışdır. O, alimenti ödəmək fikrinin olmadığını demiş və “get hara şikayət edirsən elə” deyə ona bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona indiyədək 620 (altı yüz iyirmi) manat ödəniş edilmiş qeyri-rəsmi qaydada ona Təqsirləndirilən şəxs tərəfindən heç bir aliment pulu ödənilməmişdir. O, Təqsirləndirilən şəxs anası X4 3-4 il əvvəl onun Təqsirləndirilən şəxs məxsus avtomobili sataraq pulunu xərcləməsi barədə dediklərinin oğlunun müdafiəsi üçün gətirdiyi bəhanələr olduğunu demişdir. Çünki onlar 2018-ci ildən boşanmış, 3-4 il əvvəl artıq birlikdə yaşamamışlar. Təqsirləndirilən şəxs, barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verildiyi günə, yəni 08 iyul 2024-cü il tarixə ona olan aliment borcu 28486 (iyirmi səkkiz min dörd yüz səksən altı) manat təşkil etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırda alverlə məşğul olduğunu və kifayət qədər qazanc əldə etdiyini, övladları ilə maraqlanmadığını, nə maddi, nə mənəvi dəstək olmadığını, səbəb göstərmədən alimenti ödəməyəcəyini dediyini bildirərərək alimentin tam şəkildə Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir.Təqsirləndirilən şəxs 2018-ci ildən ayrı yaşamışlar, birgə yaşadıqları müddətdə o, kifayət qədər qazanc əldə etsə də, qazancını özünə xərcləmişdir. Təqsirləndirilən şəxs qanunları ciddiyə almamış, alimenti ödəmək üçün kifayət qədər maddi imkanı olmuş, lakin alimenti vermək niyyəti olmamışdır. O, alimenti ödəmək fikrinin olmadığını demiş və “get hara şikayət edirsən elə” deyə ona bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona indiyədək 620 (altı yüz iyirmi) manat ödəniş edilmiş qeyri-rəsmi qaydada ona Təqsirləndirilən şəxs tərəfindən heç bir aliment pulu ödənilməmişdir. O, Təqsirləndirilən şəxs anası X4 3-4 il əvvəl onun Təqsirləndirilən şəxs məxsus avtomobili sataraq pulunu xərcləməsi barədə dediklərinin oğlunun müdafiəsi üçün gətirdiyi bəhanələr olduğunu demişdir. Çünki onlar 2018-ci ildən boşanmış, 3-4 il əvvəl artıq birlikdə yaşamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 16 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin tutularaq uşaqları X1, X2 və X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icra vəziyyətindən icra işi onun icraatına verildikdən sonra məlumatı olmuş, borclu Təqsirləndirilən şəxs barəsində bütün məcburi icra tədbirləri görülmüşdür. Borclunun 2018-ci ildə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, lakin 2019-cu il də aliment borcu tam ödənildiyi üçün tələbkarın ərizəsi əsasında üzərində olan məhdudiyyət götürülmüşdür. Borclu üzərindən məhdudiyyət götürüldükdən sonra yenə aliment üzrə ödənişlər etməmiş və yaşadığı ərazini icra məmuruna məlumat vermədən tərk etdiyi üçün onun barəsində axtarış qərarı verilərək yenidən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu 31 iyul 2023-cü il tarixdə tutularaq Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə təhvil verilmiş, borclu tutulduqdan sonra aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb edildikdən sonra 2023-cü ilin sentyabr və oktyabr aylarında aliment borcundan 620 (altı yüz iyirmi ) manat ödəmiş, həmin tarixdən sonra ödənişlər etməmişdir. İcra işi onun icaatına verildikdən sonra borcluya dəfələrlə cinayət məsuliyyəti barədə xəbərdarlıq etmiş, ödəniş etmədiyi üçün onun barəsində “cinayət məsuliyyətinə cəlb olunma haqqında” təqdimat vermişdir. Təqsirləndirilən şəxs aliment borcu 2019-cu ilin aprel ayından sonra yaranmış, ona borcunu ödəməsi ilə bağlı yazılı qaydada xəbərdarlıq etsə də, o, aliment borcunu ödəməyərək, icra vərəqəsinin icrasından yayınmışdır. Borclu hərdən aliment borcunun olmadığını, alimenti uşaqlara əldən ödədiyini, ödənişləri əldən etdiyi üçün sənəd təqdim edə bilmədiyindən aliment borcunun yarandığını, hərdən də işləmədiyini və maddi vəziyyətinin yaxşı olmadığından aliment borcunu ödəyə bilmədiyini səbəb gətirmiş, aliment borcundan hər ay 500 manat ödəyəcəyi barədə yazılı formada iltizam versə də, heç bir ödəniş etməmişdir. Borclu aliment borcunu ödəmək üçün heç bir səy göstərməmiş, ona dəfələrlə aliment borcundan maddi imkanı nəyə çatırsa ödəməsini, işləmək üçün məşğulluq mərkəzlərinə müraciət etməsini bildirsə də o, bu müddətlərdə nə borcundan bir manat ödəmiş, nədə ki, işləmək üçün heç bir təşkilata müraciət etməmişdir. Borclu fiziki cəhətdən sağlamdır və əmək qabiliyyətli olmuş, daimi iş yeri olmasa da öz təlabatını müxtəlif formada qazanc əldə etməklə qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, oğlu Əbülfət məhkəmə qərarı çıxarıldıqdan sonra Xəyaləyə aliment vermiş, amma Əbülfətin dəqiq nə qədər ödədiyini, onun nə qədər borcunun qaldığını bilməmişdir. Oğlunun ayrıldıqdan sonra uşaqlarına 1000 (min) manat bir, 500 (beş yüz) manat da bir olmaqla 1500 (bir min beş yüz) manat aliment verdiyindən məlumatı olmuş, Əbülfət onun yanına qayıtdıqdan sonra hərdən bir, uşaqları zəng vurub ondan 20-30 manat pul istəmiş, Əbülfət də oradanburadan tapıb göndərmişdir. Oğlu uşaqlarına əldən pul verdiyi üçün heç bir sənəd alıb təqdim edə bilməmiş, daimi iş yeri olmadığı üçün aylıq müəyyən edilən alimenti davamlı olaraq ödəməsi mümkün olmamış, ona görə də oğlunun aliment borcu yaranmışdır. Əbülfət xəstə olanda Xəyalə 3-4 il bundan əvvəl Əbülfətin minik avtomobilini də etibarnamə ilə satıb pulunu özü xərcləmiş, o, Xəyalənin avtomobili neçəyə satdığını bilməmişdir. Oğlu ailəsindən ayrıldıqdan sonra Bakı şəhərində şirniyyat sexi işlətmiş, həmin vaxtlar ondan alimentini ödəyib-ödəmədiyini soruşduqda o da ödədiyini, uşaqları ilə maraqlandığını bildirmişdir. Əbülfət Türkiyədə olduğu müddətdə özünə yaxşı iş tapa bilməmiş, oradan qayıdanda aliment ödəməyə pulu olmamışdır. O, Türkiyədən qayıdıb Bakı şəhərinə gəldikdən sonra yenə də şirniyyat sexi işlətmiş, həmin ərəfədə uşaqları və Xəyalə ilə birlikdə yaşamışlar. Oğlu təqribən altı-yeddi ay əvvəl Bakıda işləyə bilmədiyi üçün qayıdıb onun yanına gələrək onunla birlikdə yaşamağa başlamış, onun yanına gəldikdən sonra işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Əbülfətin sonuncu dəfə aliment borcundan 620 manat ödədiyini bilmiş, onun aliment borcunun məbləğindən dəqiq məlumatı olmamışdır. Onun daimi işi olmadığı üçün aliment borcu yaranmış, burada özünə iş tapa bilməmişdir. O, oğlunun borcunu ödəyə bilməsi üçün Türkiyəyə gedib işləməli olduğunu, lakin ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün gedə bilmədiyini bildirərək həmin məhdudiyyətin götürülməsini, oğluna köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 16 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin tutularaq uşaqları X1, X2 və X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. İcra işinin icra vəziyyətindən 2021-ci ilin mart ayında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəis təyin olunduqdan sonra məlumatı olmuş, bu barədə ona icra məmuru məlumat vermişdir. Borclu Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş alimenti ödəmədiyi üçün onun ölkədən getmək hüququ məhkəmənin qərar ilə məhdudlaşdırılmış, lakin 2019-cu ildə aliment borcu tam ödənildiyi üçün tələbkarın ərizəsi əsasında borclunun məhdudiyyəti məhkəmə qaydasında götürülmüşdür. Borclunun üzərindən məhdudiyyət götürüldükdən sonra borclu ölkədən kənarda gedib işləsə də icra vərəqəsi üzrə müəyyən edilən alimenti ödəmədiyi üçün icra məmuru tərəfindən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla yenidən məhkəməyə müraciət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul etmiş, ondan sonra icra məmuru borclu ilə əlaqə saxlaya bilmədiyi üçün onun qeydiyyatda olduğu və yaşadığı Qaraxanbəyli kəndində atasına məxsus evə getdikdən sonra məlum olmuşdur ki, borclu icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişib Bakı şəhərinə getmişdir. Borclunun Bakı şəhərində yaşadığı ünvan məlum olmadığından icra məmuru tərəfindən borclu barəsində axtarış qərarı qəbul edilmiş, borclu 2023-cü ilin iyul ayında Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub şöbəyə gətirilmişdir. Borclu icra şöbəsinə təhvil verildikdən sonra ona yaranmış aliment borcunu ödəməsi təklif edilmiş, borclu maddi imkanının olmadığını əsas gətirib aliment borcunu ödəməmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarla borclunu 08 gün müddətinə inzibati qaydada həbs etmişdir. Borclu inzibati həbsdən çıxdıqdan sonra icra məmuruna məlumat vermədən yenidən Bakı şəhərinə getmiş, icra məmuru onunla dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra borclu 2023-cü ilin sentyabr və oktyabr aylarında aliment borcundan cəmi 620 (altı yüz iyirmi) manat ödəniş etmiş, həmin tarixdən sonra borclu ödənişlər etməmişdir. Borclunu bu ilin may ayında şöbəyə dəvət edib icra məmuru ilə birlikdə qəbul etmiş, ona tələbi təmin etməsini, tələbi təmin etmədiyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyi və Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat veriləcəyini bildirmişdir. İcra məmuru tərəfindən borclunun izahatı alınmış və cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı şəkildə xəbərdarlıq edilmiş, o, bundan sonra da aliment ödəməmişdir. Borclu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün icra məmuru onun cinayət məsuliyyətinə cəlb olunması haqqında 08 iyul 2024-cü il tarixdə təqdimat tərtib etmiş, təqdimata razılıq verib Naxçıvan MR Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərmişdir. O, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə 2021-ci ilin mart ayında təyin edilmiş, həmin vaxt borclunun 2019-cu ilin aprel ayından 2021-ci ilin mart ayı daxil olmaqla 23 aylıq ödənilməmiş aliment borcu olmuşdur. Borclu aliment borcunu ödəməyə səy göstərməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Borclu fiziki cəhətdən sağlam və əmək qabiliyyətli olmuş, daimi iş yeri olmasa da gündəlik öz təlabatlarını ödəmək üçün müəyyən qazanc əldə etmişdir. O, aylıq alimentdən az-az da olsa belə ödənişlər etməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasına lazımi səy göstərməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli icra vərəqəsi ilə, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 154 manat, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə verilməsi, alimentin tutulmasının əvvəlinin 16 iyul 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 avqust 2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-3093/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. 08 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 oktyabr 2018-ci il tarixli borclunun axtarılması haqqında qərarı ilə, borclu Təqsirləndirilən şəxs barəsində Naxçıvan MR və Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-04/2019 nömrəli, 25 fevral 2019-cu il tarixli qərardadı ilə, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 aprel 2019-cu il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs üzərindən məhdudlaşdırma götürülmüşdür. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 23 iyul 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs xəbərdarlıq göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-24/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərardadı ilə, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 aprel 2023-cü il tarixli borclunun axtarışı haqqında qərarı ilə, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 013194 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-352/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 17 may 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq göndərilmişdir. 15 avqust 2024-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 15 avqust 2024-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)-168/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin 148 nömrəli, 07 noyabr 2024-cü il tarixli tibbi arayışına əsasən, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə “Miokard infarktı. Kəskin ağciyər ödemi. Ürək çatmamazlığı” diaqnozu ilə Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin ürək mərkəzinə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 120 Ç1, 188-3, 189-1 Ç2, 70-2 Ç2, 220-1 Ç3, 38-ci maddələr ilə məhkum edilmiş, 17 iyun 2003-cü il tarixdə əfvetmə fərmanına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə yenidən məhkum edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışlardan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X11 şəhəri Qaraxanbəyli kəndində qeydiyyatdadır və yaşayır, 3 nəfər ailə üzvü vardır. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında ittiham tərəfindən onun əleyhinə əldə edilmiş bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3093/2018 nömrəli icra sənədinə əsasən 16 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimenti xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X6 ödəməli olduğu halda, alimenti vaxtında və lazımınca ödəməyərək iş üzrə zərərçəkmiş X6 28486 (iyirmi səkkiz min dörd yüz səksən altı) manat maddi ziyan vurmaqla Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsinə, alimenti ödəməsinə dair bildirdiyi halları özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal cinayətin residividir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)- 168/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarına görə şəxsin əməlində residivin mövcud olması üçün bəzi şərtlər tələb olunur: - şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması; - şəxsin yenidən qəsdən cinayət törətməsi; - residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi; - əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 76.6-cı maddəsinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir (76.6.3.) Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)-168/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnamədən aydın olur ki, Xəzər Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə məhkum cəzanın qalan 01 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunubdur. Məhkumluq ödənilmədən yenidən az ağır cinayət törətmişdir. Lakin Təqsirləndirilən şəxs cəzasını çəkkmədən azad edildiyi qalan müddətdə 01 ay 19 gün müddətində hazırki cinayəti törətmədiyindən ona hökmlərin məcmusu tətbiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərəçəkmiş şəxs X6 28486 (iyirmi səkkiz min dörd yüz səksən altı) manat maddi ziyanla bağlı mülki mühakimə qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Zərəçəkmiş şəxs X6 28486 (iyirmi səkkiz min dörd yüz səksən altı) manat maddi ziyanla bağlı mülki mühakimə qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar