Məhkəmə qərarları › İş №1(078)-70/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-70/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-70/2024 18.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:55 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Babək rayon Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ərzaq mağazasında satıcı işləyən, evli, bir uşaq atası, məhkumluğu olmayan, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə saat 21:07 dəqiqədə etibarnamə əsasında idarə etdiyi X12 məxsus KİA RİO minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhəri H.Əliyev sarayı istiqamətindən Qızılay restoranı istiqamətində hərəkət edən zaman Naxçıvan şəhəri H.Əliyev adına tam orta məktəbin yaxınlığında yerləşən, köhnə Yataş binasının qarşısındakı piyada keçidinə yaxınlaşan zaman «X23» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmamış, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymuş, piyada keçidə daxil olarkən nəqliyyat vasitəsini dayandırmamış və piyadaya yol verməyərək yolu soldan sağa keçən piyada xx.xx.1955-ci il təvəllüdlü, X6 avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada X2 baldır nahiyyəsinin orta 1/3-nin hər iki sümüyünün qapalı, yerini dəyişmiş, qəlpəli sınıqları, sağ qasıq sümüyünün hər iki şaxəsinin qapalı, yerini dəyişmiş sınıqları, sağ bazunun proksimal və distal ucunun qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, döş qəfəsinin sağ yarısında Vİİİ qabırğanın xətti sınığı, başın sağ təpə-ənsə nahiyyəsinin dəri altı hematoması, başın alın nahiyyəsinin, burun əsasının, sol baldır nahiyyəsinin sıyrıqları, sağ və sol gözətrafı nahiyyələrinin, sağ bud nahiyyəsinin, sağ diz oynağı nahiyyəsinin, döş qəfəsində sağ qoltuqaltı xətt üzrə qançırlar, sağ baldır nahiyyəsinin qançır və sıyrıqlarından ibarət sınıqlar fonunda inkişaf etmiş travmatik şok ilə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Kia Rio minik markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobili idarə edir, həmin avtomobil X12 məxsusdur, X19 şəhəri S.Ə.ünvan 2 ünvanında qeydiyyatdadır, həmin şəxs özünə etibarnamə vermişdir, özü də etibarnamə əsasında həmin avtomobili idarə etmişdir. 08 avqust 2024-cü il tarixdə saat 21 radələrində Naxçıvan şəhərində H.Əliyev sarayını keçib Naxçıvan şəhəri Qaraçuq kəndinə gedərlən mikrorayona çatmış, yeraltı keçidi keçib, 9 mərtəbəli binaların qabağında orta zolaqla indiki Hərbi Kollec istiqamətində hərəkət etmiş, bir anda hadisə baş vermiş, piyadanı əvvəlcədən görməmiş, yolu soldan sağa keçən piyadanı bir anda görmüş, həmin an tormoz vermiş, lakin avtomobilin qabaq tərəfi ilə qadını vurmuş, qadın avtomobilin ön şüşəsinə dəyib yerə düşmüş, özü də avtomobildən düşmüş, qadına köməklik etmiş, qadın yerə asfaltın üzərinə düşmüş, qadın sağ olmuş, lakin qadın özündə olmamışdır. Hadisə yerinə ətrafda olan şəxslər gəlmiş, hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, özü də yaralı piyadanı təcili tibbi yardım avtomobili ilə Naxçıvan mərkəzi xəstəxanasına yola salmış, həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər. Naxçıvan ŞPİ-nin əməkdaşları onu sərxoşluq müayinəsindən və narkotestdən keçirmişdirlər. Hadisədən zamanı avtomobili avtomobili 45 km/saat sürətlə idarə etmiş, hadisə zamanı avtomobilin içərisində tək olmuşdur. Piyadanı əvvəlcədən görməmiş, piyadanı anidən görmüş, görən zaman avtomobilin qabaq tərəfi ilə piyadanı vurmuş, piyada yerə düşmüş, piyadanı vuran an tormoz vermiş, özünü fikirli olduğundan, yəqin ona görə piyadanı əvvəlcədən görməmişdir. Avtomobildə maqintofon işləyirdi, mahnı oxuyurdu, yəqin ola bilər, mahnıya başı qarışmışdır. Piyadanı əvvəlcədən tanımamışdır, onunla və onun ailə üzvləri ilə arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmamışdır. Yolda hərəkət intensivliyi normal, hava qaranlıq olmuş, yol küçə işıqları işıqlandırılsa da, zəif işıqlandırılmışdır. Hadisədən əvvəl əhval-ruhiyyəm normal olmuş, özünü yaxşı hiss etmişdir. Hadisə zamanı çox böyük narahatlıq keçirmiş, bir həftə özünə gələ bilməmişdir. Hələ də avtomobildən yerə düşməyi yadında olmamışdır. 3 ilə yaxındır, avtomobil idarə edirmiş, hadisəni törədiyi avtomobili bir ildir almışdır, o zamandan bəri həmin avtomobili idarə etmişdir. Hadisə günü Babək rayonu Cəhri kəndində gəlirmiş, auqamarina saunasında çiməyə getmişdir, gün ərzində iki saat avtomobil idarə etmişdir. İlk dəfədir, əvvəllər ölümlə nəticələnən hadisə törətmişdir. Əvvəllər belə bir hadisə törətməmişdir. Hadisə yerində çox adam olmuş, lakin həmin şəxslərdən kimisə tanımamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxs X10 doğma bacısıdır. Ofella Seyidova ailə həyatı qurmamışdır, Naxçıvan şəhəri Əlincə məhəlləsində öz evində yaşamışdır. Baş vermiş yol nəqliyyat hadisəsini görməmişdir. Sadəcə olaraq bacısı Ofellanı avtomobilin vurduğunu eşitmişdir, Ofellanı Naxçıvan MR Xəstəxanasında həkimlər müayinə etmişdirlər, həmin günün axşamı Ofella Naxçıvan MR Xəstəxanasında yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən rəhmətə getmişdir. Həmin gün çox pis gün olmuş, bacısını itirməyi özünü çox narahat etmişdir. Səhərisi gün Ofella Seyidovanı dəfn etmişdirlər. Sürücü Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla arasında heç bir münasibət olmamışdır. Sürücü Təqsirləndirilən şəxs tərəfindən rəhmətlik bacısı Ofella Seyidovanın yas xərcləri çəkilmişdir, Təqsirləndirilən şəxs özü və ailəsi özlərinə qarşı hər cür dəstək göstərmişdirlər, hadisə ehtiyatsızlıqdan olmuşdur, Təqsirləndirilən şəxs gəncliyini, körpə övladı olduğunu nəzərə alıb, bütün bacı-qardaşları ilə məsləhətləşmişdir və onu bağışlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs tanıyır, Qaraçuq kənd sakinidir, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. Hadisə nəticəsində ölən şəxs X6 tanımır, onunla heç bir münasibəti olmamışdır. 08 avqust 2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi Nazlifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərindən yol kənarında Urfanla birlikdə durmuşdur. Həmin vaxt yolda hərəkət intensivliyi az olmuşdur. Birdən tapıltı səsi eşitmişlər, yola baxanda “köhnə Yataş binasının qarşısında piyadanı avtomobilin vurduğunu” görmüşlər. Hadisə yerinə tərəf gedəndə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-KY-*** dövlət nörmə nişanlı avtomobillə piyada qadını vurduğunu görmüşlər, piyada qadın yerə yıxılmış, sürücü də dizlərini yerə qoyub qadının başının üstündə oturmuş, ağlamışdır. Özü də 103-ə zəng vurmuş, lakin düşə bilməmiş, 4- 5 dəfə zəng vurmuş, təkrar düşə bilməmiş, qadın yolun ortasında qalmış, sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, təcili tibbi yardım avtomobili gəlmiş, hadisə yerində olanda qadın özündə olmuş, qolunu və ayaqlarını tərpətmişdir, lakin danışmamışdır. Qadını təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Qadın seyid olduğunu, Əlincə məhəlləsində yaşadığını, adının Ofella olduğunu bildirmişlər. Oradan bir qədər durduqdan sonra çıxıb getmişdir. Səhərisini gün Ofellanın xəstəxanada öldüyünü eşitmişdir. Qadının yasına da getmişdir. Yasda olanda eşitdim ki, Ofellanın ürəyinə ölməyi danmış, Ofella məhlədə qadınların yanında oturub “şəkil çəkdirək yadigar qalsın” demiş, evdən stəkan gətirib orada olan qadınlara paylamış, pensiyasını çəkmək üçün yolu keçəndə avtomobili piyada keçidində onu vurmuşdur. Hadisənin baş vermə anını görməmiş, sadəcə səs eşitmiş, tapıltı səsi eşitmiş, həmin vaxt sakitçilik olmuş, yolda elə avtomobil də olmamışdır. Hadisə yerində çox adam olmuş, Urfanla yolun kənarında durmuşdur. 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs əvvəlcədən tanımırmış, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. Hadisə nəticəsində ölən şəxs X6 tanımır, onunla heç bir münasibəti olmamışdır. 08 avqust 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi Nazlifan markalı 75-TA- 453 dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərindən mikrorayona enmiş, Köhnə yataşm qabağına çatanda piyadanın keçidinin yanına bir xeyli adam toplaşdığını görmüş, avtomobili sürətini azaldıb yolu kənarında dayanmış, avtomobildən düşüb hadisə yerinə yaxınlaşmış, bir nəfər qadını avtomobil vurmuş, qadın yerdə uzanmış, yaralı olmuşdur. Hadisə yerində polis əməkdaşları gəlmiş, hadisə yerində avtomobil dayanmış, təcili tibbi yardım avtomobili gəlməmişdir, sonra hadisə yerindən kənarlaşıb taksilər duran yerdə gedib dayanmış, uzaqdan hadisə yerinə baxmış, bir qədər sonra təcili tibbi yadım avtomobili gəlmiş, yaralı piyadanı təcili tibbi yardım avtomobilinə mindirib aparmışlar. Aşağıda mağazada işlədən Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-KY-*** dövlət nörmə nişanlı avtomobillə yolu keçən piyada X6 vurmuşdur. Səhərisi gün Ofella Seyidova gecə xəstəxanada ölmüşdür. Hadisənin baş vermə anını görməmişdir. Tanıdığı şəxslərdən Əlixan, Urfan hadisə yerində olmuşdur. 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. Hadisə nəticəsində ölən şəxs X6 tanıyır, eyni məhəllədə yaşayırlar. 08 avqust 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi Nazlifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərindən mikrorayona enmiş, həmin vaxt Yataşm qabağında yol nəqliyyat hadisəsi baş verdiyi görmüşdür, özü də hadisə yerinə gedəndə Əlixanı da orada görmüş, Naxçıvan şəhəri H.Əliyev adma tam orta məktəbinin yaxınlığında köhnə Yataş binasının aşağısında X10 yolu keçən zaman sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-KY-*** dövlət nörmə nişanlı avtomobillə onu vurmuşdur, hadisədən sonra yaralını xəstəxanaya çatdırmışdırlar. Özü hadisə yerinə çatanda piyadanı xəstəxanaya aparmışlar. Hadisə yerində olanda polis əməkdaşları hadisə yerinə baxış keçirirmişlər. Avtomobil hadisə yerində kənarda olmuşdur. Özü də çıxıb evə getmişdir. Səhərisi gün taksi duracağına gəlmiş, orada Əlixanla danışanda Əlixan “dünən baş verən hadisə zamanı xəsarət alan Ofella Seyidov xəstəxanada rəhmətə getdi, bugün yasıdır” demişdir. Ofellanm qonşuları danışırdılar ki, Ofella hadisədən əvvəl yaşadığı binanın qabağında oturub, çay içib, sonra bankomatdan pul çəkmək üçün gedib yolu keçən zaman onu avtomobil vurmuş və xəstəxanaya aparmışdırlar. Yol nəqliyyat hadisəsini görməmiş, hadisə yerinə gələndə hadisənin artıq baş verdiyi görmüşdür. Şahid2 məhkəməyə teleqram göndərərək, şahid qismində məhkəməyə çağırıldığını, hadisə haqqında heç bir məlumatının olmadığını, həmin məhkəmədə iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs əvvəlcədən kəndli kimi tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu olmamışdır. Hadisə nəticəsində ölən şəxs X6 tanımır, atasıgillə qonşu olmuşdur. Naxçıvan şəhəri H.Əliyev adına tam orta məktəbinin yaxınlığında köhnə Yataş binasının aşağısında X10 yolu keçən zaman sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-KY-*** dövlət nörmə nişanlı avtomobillə onu vurmuşdur, sonra da hadisədən sonra onun öldüyünü eşitmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Əlincə məhəlləsində yaşayış məntəqəsində baş vermişdir. Həmin avtomobil yolu şəhər küçə işıqları ilə işıqlandırılmışdır. Hadisənin baş verdiyi yol iki tərəfli nəqliyyat yolu olmaqla, altı şəritlidir, səthi asfalt örtüklüdür, quru və düzdür. Hər istiqamət iizrə 3 hərəkət zolağı vardır. Əks istiqamətli hərəkət hissələrini qoşa xətt ayırır. X27 minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında, ikinci zolaqda baş vermişdir. Yolun hərəkət hissəsinin ümumi eni 24,10 metr, hadisə baş verən hərəkət hissəsinin eni 12,5 metr, hərəkət zolağının eni isə 4 metrdir. Piyadanın düşdüyü yerdən yolun kənarında yerləşən tərpənməz dirəyə qədər olan məsafə 19,4 metrdir. Piyada vurulduğu yerdən piyadanın düşdüyü yerə qədər məsafə 11 metrdir. Avtomobilin hadisədən sonra dayandığı yerdən yolun kənarında yerləşən tərpənməz dirəyə qədər məsafə 19.9 metrdir. Kia Rio minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurandan sonra hərəkət edib həmin hərəkət zolağında 10.80 metr məsafə qət etdikdən sonra dayanmışdır. Hadisə yerində avtomobilə məxsus tormoz izi olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda heç kəsin olmadığı və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X4 alınmış arayışdan məlum olmuşdur ki. Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən və narkotestdən keçmiş, onun sərxoş olmadığı, həmçinin sidik nümunəsindən heç bir maddənin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı baş vermiş yol nəqliyyat hadisəsinin Naxçıvan MR DİN-nin Təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınmış video-görüntülər əldə edilərək cinayət işinə əlavə edilmişdir. Video-görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Kia Rio markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobil orta zolaqla hərəkət edərək yolu soldan sağa keçən piyadanı vurmuşdur. Video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yol nəqliyyat hadisəsini özü törətmişdir, hadisə zamanı yolu keçən X8 vurmuşdur, hadisə nəticəsində xəsarət alan piyada qadın Naxçıvan MR Xəstəxanasında ölmüşdür. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi tərəfindən alınmış xx.xx.2024-cü il tarixli 42 nömrəli ekspert rəyindən görünür ki, X7 bədənində sağ baldır nahiyyəsinin orta 1/3-nin hər iki sümüyünün qapalı, yerini dəyişmiş, qəlpəli sınıqları, sağ qasıq sümüyünün hər iki şaxəsinin qapalı, yerini dəyişmiş sınıqları, sağ bazunun proksimal və distal ucunun qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, döş qəfəsinin sağ yarısında Vİİİ qabırğanın xətti sınığı, başın sağ təpə-ənsə nahiyyəsinin dəri altı hematoması, başın alın nahiyyəsinin, burun əsasının, sol baldır nahiyyəsinin sıyrıqları, sağ və sol gözətrafı nahiyyələrinin, sağ bud nahiyyəsinin, sağ diz oynağı nahiyyəsinin, döş qəfəsində sağ qoltuqaltı xətt üzrə qançırlar, sağ baldır nahiyyəsinin qançır və sıyrıqları var. Xəsarətlər həyati olmuş, bərk küt əşyanın təsirindən, eləcə də avtoqəza nəticəsində törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmayan aid olmuş, onun ölümü ilə nəticələnmişdir. X1 ölümünə səbəb travmatik şok olmuşdur. Mərhum O.Seyidovanın ölümü xx.xx.2024-cü il tarixdə saat 02:00-da Naxçıvan MR Xəstəxanasında baş vermişdir. O.Seyidovanın meydindən götürülmüş qanda etil spirt, narkotik və güclü təsir edən maddələr aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1190 nömrəli ekspert rəyindən görünür ki, Kia Rio markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X23» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Naxçıvan MR DİN-nin ƏSİŞ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq zamanı Kia Rio markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobilin sahibi Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq ona qaytarılmışdır. İstintaq zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023- cii il tarixdən xx.xx.2033-cü il tarixədək Naxçıvan MR DİN-nin DYPİ-nin QİTBŞ tərəfindən BD seriyalı 865303 nömrəli “B, Bİ, C, Cl” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, Kia Rio markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024cü il tarixdən xx.xx.2025-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Avtomobilin sahibi İsmayıllı şəhər sakini X13r. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında ittiham tərəfindən onun əleyhinə əldə edilmiş bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin ölmünə səbəb olmuşdur. Belə ki, o, 08 avqust 2024-cü il tarixdə saat 21:07 dəqiqədə etibarnamə əsasında idarə etdiyi X12 məxsus KİA RİO minik markalı, 77-KY- 516 dövlət nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhəri H.Əliyev sarayı istiqamətindən Qızılay restoram istiqamətində hərəkət edən zaman Naxçıvan şəhəri H.Əliyev adına tam orta məktəbin yaxınlığında yerləşən, köhnə Yataş binasının qarşısındakı piyada keçidinə yaxınlaşan zaman «X23» Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmamış, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymuş, piyada keçidə daxil olarkən nəqliyyat vasitəsini dayandırmamış və piyadaya yol verməyərək yolu soldan sağa keçən piyada xx.xx.1955-ci il təvəllüdlü, X6 avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada X2 baldır nahiyyəsinin orta 1/3-nin hər iki sümüyünün qapalı, yerini dəyişmiş, qəlpəli sınıqları, sağ qasıq sümüyünün hər iki şaxəsinin qapalı, yerini dəyişmiş sınıqları, sağ bazunun proksimal və distal ucunun qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, döş qəfəsinin sağ yarısında Vİİİ qabırğanın xətti sınığı, başın sağ təpə-ənsə nahiyyəsinin dəri altı hematoması, başın alın nahiyyəsinin, burun əsasının, sol baldır nahiyyəsinin sıyrıqları, sağ və sol gözətrafı nahiyyələrinin, sağ bud nahiyyəsinin, sağ diz oynağı nahiyyəsinin, döş qəfəsində sağ qoltuqaltı xətt üzrə qançırlar, sağ baldır nahiyyəsinin qançır və sıyrıqlarından ibarət sınıqlar fonunda inkişaf etmiş travmatik şok ilə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X23» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X23» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs etirafı, səmimi peşmançılığı, yaşadığı yer üzrə müsbət xarakterizə olunması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal-himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, səmimi peşmançılığı və əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 60-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 02 (iki) ay müddətinə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 01 (bir) il 02 (iki) ay müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsini müzakirə edərək hesab edir ki, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır və onun barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar vardır Həmçinin məhkəmə bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması araşdırılmalıdır.

1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü

2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi

3. məhkumun şəxsiyyəti

4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış KİA RİO minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 196.3-cü maddəsinə əsasən, iş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul təqsirləndirilən şəxs X3 tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış KİA RİO minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar