Məhkəmə qərarları › İş №1(078)-71/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-71/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-71/2025 18.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər- Naxçıvan şəhər Vəkil Bürosunun vəkilləri X1, Müdafiəçi2, Müdafiəçi3, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fəhlə, əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1991-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə, xx.xx.1980-ci il tarixdə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 4 uşaq atası, orta təhsilli, fəhlə işləyən, əvvəllər fərariliklə məhkum olunmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, o, 06 aprel 2025-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə tamah məqsədilə qabaqcadan əlbir olaraq əvvəl işlədikləri yerdən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən NP-5 yanacaq doldurma məntəqəsində tikinti işləri aparılan ərazidən qanunsuz olaraq bir ədəd əl arabası, bir ədəd nərdivan, iki ədəd tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, bir ədəd Almaz markalı drel, bir ədəd Piter markalı laqonda, bir ədəd 20 metrlik udinitel, bir ədəd əl arabası təkəri, iki ədəd 60x40 ölçüsündə iki qat şüşəli PVC pəncərə, 2 ədəd 50x50 ölçüdə tava led işıqları, 2 ədəd plafon işıqlar, bir ədəd “qayışnı” adlanan 10 nömrə açarı vahid niyyətlə oğurlayaraq zərərçəkmiş şəxsə 491 manat maddi ziyan vurmuşdurlar.

2. 22.09.2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində, dayısı və qardaşı ilə işə getdiklərini, Kənan müəllim onun əvvəllər müdiri olduğunu, işlədikədən sonra Kənan müəllimin atasının onlara kafel-metlax verdiyini, loqanda və direli evdə işləmək üçün götürdüyünü, bundan dayısının və qardaşının xəbəri olmadığını, 8-9 kameranın olduğu yerdən oğurluq üçün götürmədiyini, işini gördükdən sonra qaytaracağını, Kənan müəllimin dayısına zəng vurduğunu, lakin dayısının bundan xəbəri olmadığını bildirib, özünü təqsirli bildiyini dedi.

3. 22.09.2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində sosial şəbəkədən işi dayısının tapdığını, gedib işlədiklərini, qırılmış led işığı, lambirini, kubiki Kənan müəllimə deyib götürdüklərini bildirdi.

4. 22.09.2025-ci il tarixli məhkəmə baxış təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində, Kənanla danışdığını, işə gedib baxdığını və verəcəkləri pulun həmin işə görə az olduğunu, Kənan müəllimin atası ilə danışdığını, səhərisi söküntüyə getdiklərini, söküntüdən nə çıxıbsa çıxanların hamısını çıxartdıqlarını, söküntüdən çıxanları götürmək istədiklərini Kənanın atasına dediklərini, işığın patlayıb qırıldığını, pəncərənin qırıldığını, bir əl arabasını və nərdivanı bacıoğlusunun kafeli vuranda istifadə etmək üçün götürdüyünü, Laqonda və direlin götürməsini bilmədiyini, Kənan ona zəng vuran zaman laqonda və direlin götürdüyünü bilmədiyini, bacısından soruşduğunu, bacısıoğlunun götürməyindən xəbəri olmadığını, hər bir şeyi daha sonra gedib yerinə qoyduqlarını, oğurluq məqsədilə getmədiklərini, özünü təqsirli bilmədiyini bildirdi.

5. 22.09.2025-ci il tarixli məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, NP” Petrol MMC ilə müqavilə bağlamışdır. “NP-5” yanacaq doldurma məntəqəsində yenidənqurma işləri aparacaqdı. Materiallarını gətirdi. Pəncərəni öz ustaları edəcəkdi. Özlərinin briqadası var idi. 3 ədəd 5/3, 6/3, 2/3 divar var idi. Onları sökə bilməyəcəkdi. İnternetdə elan vermiş, 3 divar üçün 250 manata razılaşmışdılar. Atası orda idi və özü nəzarət edirdi. 6-cı gün iş yekununa yaxın Xanlar və Rəşadət demişdir ki, kafel-metlax salamat çıxsa, onlar götürsün. Onlara spot, lambirin, piketləri ayrı qoymalarını demişdir. İş qutarandan sonra 300 manat ödəmiş, saat 08:50-də Turqutun zəng edərək direl, udinitel, perenoska tapa bilmədiyini dedi. Fəhlələrdən biri dediki, qazellə yığıb aparıblar. Rəşadətə zəng vurmuş direl və udiniteli onların aparıbaparmadığını soruşmuşdur. Rəşadət xəbəri olmadığını demiş, fəhlə yenidən zəng edərək ayaqaltının, arabanın olmadığını demişdir. Sonradan fəhlə yenidən zəng edərək burada çox əşyanın olmadığını demişdir. Daha sonra atası zəng vuraraq iş yerində çox əşyanın olmadığını demişdir. Sonra Rəşadətə zəng vurub demişdir ki, 1 aylıq müqaviləsi və işi yubanır. Bu işləri 1 aya çatdırmalıdır. Bugün həmin alətlər olmadığına görə zərərə düşməli olacaq. Rəşadət ona təkcə udiniteli götürdüyünü demişdir. Daha sonra getmiş və baxmışdır ki, çox əşya yoxdur. Yenidən Rəşadətə zəng vurararaq demişdir ki, çox şey yoxdur. Demişdir ki, 10 dəqiqə içərisində gətirməsəniz polisə verəcəkdir. Daha sonra çarəsiz qaldığından polisə müraciət etmişdir. Həmin vaxt ona zəng gəlmiş və nə götürüblərsə, geri qaytardıqlarını bildirmişlər.

6. 18.11. 2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 etdiyi əməldən peşman olduğunu, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi.

7. 18.11. 2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini məhkəmədən xahiş etdi.

8. 18.11. 2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3, özü də uşağının xəstə olduğunu, borcları olduğunu, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, NP-5 yanacaq doldurma məntəqəsindən yük avtomobilinə yüklənən malların oğurluq olduğunu bilməmişdir. Belə ki, Kia Yük markalı bortlu **-AC-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşıyır, 4-5 ildir bu işlə məşğuldur. Kia Yük markalı bortlu **-AC-*** dövlət nömrə nişanlı yük avtomobili kürəkəni X4 məxsusdur. Həmin yük avtomobilini etibarnamə ilə idarə edir. 2025-ci ilin aprel ayının əvvəllərində ona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açmış, tanış şəxs ona neft bazada yükləri olduğunu, apara biləcəyini soruşmuş, o da razılıq vermişdir. Ona zəng gələndə axşam saat 21 radələri olmuş, hava qaralmışdır. O, da idarə etdiyi Kia Yük markalı bortlu **-AC-*** dövlət nömrə nişanlı yük avtomobili ilə NP-5 yanacaq doldurma məntəqəsində getmiş, həmin vaxt NP-5 yanacaq doldurma məntəqəsinin inzibati binasının söküldüyünü, sökülən pirket, pilləkən, elektirik şlankları, pəncərələr və digər əşyaları birlikdə çölə yığıldığını görmüş, yük avtomobilini sökülən malların olduğu yerə tərəf sürüb saxlamışdır. Həmin yerdə NP-5 yanacaq doldurma məntəqəsinin operatorları da orada olmuşdur. O, avtomobilini saxlamış. İki qardaş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yük avtomobilinə yükləri yığmağa başlamışlar, onların qohumu, Təqsirləndirilən şəxs3 da orada olmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, dayanacaqda tikinti gedirdi. Orada çox adam işləyirdi. O da operator vəzifəsində işləyirdi. Şəxslər orada işləyirdi. Sanitar qovşağı sökürdülər. Müdürə xəbər etdilər. Müdür dedi ki, sökməsinlər. Onlara deyəndən sonra sökmədilər. Sonra getdilər. Gecə 400-500 qəpik sayırdılar. Əbülfəz hesabatı yazırdı. O da maşınları yola salırdı. Səhər polis gəldi. Oğurluq olduğunu dedilər.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində, axşam növbəsində olduğunu, təqsirləndirilən şəxslərin qapı və pəncərəni sökdüklərini, onun müdürün xəbəri olub-olmadığını soruşduğunu, onlar müdirin xəbəri olduğunu dediklərini, onu da müdürə zəng edib xəbər etdiyini, ondan sonra söküntünü dayandırdıqlarını, sonra nə etdiklərini görmədiyini bildirdi.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, uzun müddət tikintidə işlədiyini, işlədiyi müddətdə də işçiyə dəyər verdiyini, “Cəlaloğlu” şirkətinin təsisçisi olduğunu, oğlunun işçilərlə danışdığını, işi 250 manata danışdıqlarını, işlərin ağır olduğundan razılaşıb 300 manat verdiklərini, söküntüdən çıxan tullantıların kənara yığıldığını, axşam ona zəng vuraraq işi yekunlaşdırdıqlarını bildirdiklərini, iş yekunlaşdıqdan sonra pullarını veridklərini, sonra işçilərdən birinin “müdür, icazə verərsən buradan tullantılardan götürək” dediyini, onun də nə götürəcəklərini soruşduğunu, priket və metlax qırıqlarını götürəcəklərini dediklərini, onun da razılıq verdiyini, səhər obyektə gələndə, obyektin ona qəribə gəldiyini, arabanın, ləvazimatların olmadığını gördüyünü, Turqutdan harada olduğunu soruşduğunu, Turqutun bilmədiyini dediyini, Kənana onlara zəng vurduğunu, onların xəbərləri olmadığını dediklərini, oğlunun polisə müraciət etdiyini, sonra gətirib, yerinə qoyduqlarını bildirdi.

13. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs1 tanımır, onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun müdiridir, Cəlaloğlu inşaatın müdiri işləyir. Mirkənan ilə birlikdə işləyir. 03 aprel 2025-ci il tarixdə Mirkənan NP-5 yanacaq doldurma məntəqəsində inzibati binanı təmir etmək üçün götürmüş, təmir eləməmişdən qabaq köhnə inzibati binanın içərisi sökülməli imiş. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs1 Kənanla danışıb həmin obyektə gəlmişlər, 05 aprel 2025-ci il tarixədək həmin köhnə marketi sökmüşlər. Söküntü aparmaq üçün Mirkənan onlara Piter markalı laqonda, Almaz markalı direl, udinitel, yəni 20 metr uzunluğunda olan uzadıcı, 1.5 m ölçüsündə olan taxta nərdivan, 1 m uzunluğunda olan tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, dəmir metaldan hazırlanmış əl arabası vermiş, onlar həmin əşyalardan istifadə edib oran sökmüşlər. Söküntü zamanı orandan 60X40 ölçüsündə iki qat şüşəli plastik pəncərəni, 50X50 ölçüsündə tavan üçün led işıqları, plafon tipli işıqları da sökmüşlər. Mirkənan da onları istifadə etmək istəyirmiş. Onlar söküntü edəndən sonra Mirkənanın atası Cəlaldan 300 manat pul alıb getmişlər. Onları işi qurtarmış və çıxıb getmişlər. 07 aprel 2025-ci il tarixdə səhər-səhər işə gəlmiş, NP-5 YDM-də tikinti gedən yerdə işləmək istəyəndə Almaz markalı direli axtarmış tapa bilməmiş. O, tərəf bu tərəf baxmış, görmüş ki, digər əşyalar, Piter markalı laqonda, udinitel, yəni 20 metr uzunluğunda olan uzadıcı, 1.5 m ölçüsündə olan taxta nərdivan, 1 m uzunluğunda olan tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, dəmir metaldan hazırlanmış əl arabası yerində yoxdur, həmçinin sökülən 60X40 ölçüsündə iki qat şüşəli plastik pəncərəni, 50X50 ölçüsündə tavan üçün led işıqları, plafon tipli işıqları yerində yoxdur. O, da şübhələnmiş ki, əşyalar oğurlanmışdır. Onada Mirkənan zəng vurub demiş ki, işləməyə gəlmişdir, işləmək üçün lazım olan inşaat ləvazimatları yerində yoxdur, oğurlanıbdır. Mirkənan da demiş ki, gözlə, danışım, xəbər edəcəm. Bir qədər sonra zəng vurub demiş ki, polisə məlumat vermişəm, gəlib hadisə yerinə baxış keçirəcəklər. Polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə yerinə baxış keçirmişlər, sonra getmişlər. Bir qədər keçəndən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs1 ora gəlmişlər, Mirkənan zəng vurub demiş ki, söküntü işini aparan şəxslər oğurluq etmişlər. Polis əməkdaşları orada olanda oğurlanan dəmir metaldan hazırlanmış əl arabası, 1.5 m ölçüsündə olan taxta nərdivan, 1 m uzunluğunda olan tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, Almaz markalı direl, Piter markalı laqonda, 20 metr uzunluğunda olan uzadıcı, əl arabası təkəri, 60X40 ölçüsündə iki qat şüşəli plastik pəncərəni, 50X50 ölçüsündə tavan üçün led işıqları, plafon tipli işıqları ora gətirmişlər, sonra polis əməkdaşları həmin əşyaları prosessual qaydada götüşdür. Sonradan məlum olmuş ki, axşam vaxtı işçilər orada olmayanda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs1 gəlib həmin obyektdə olan dəmir metaldan hazırlanmış əl arabası, 1.5 m ölçüsündə olan taxta nərdivan, 1 m uzunluğunda olan tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, Almaz markalı direl, Piter markalı laqonda, 20 metr uzunluğunda olan uzadıcı, əl arabası təkəri, 60X40 ölçüsündə iki qat şüşəli plastik pəncərəni, 50X50 ölçüsündə tavan üçün led işıqları, plafon tipli işıqları oğurlayıblar. Bundan heç kəs xəbəri olmamışdır.

14. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi yoxdur. Seyidov X2 inşaatın müdiri işləyir. Turqut da Mirkənanın yanında işləyirmiş, orada işləyəndə tanış olmuş, elə münasibəti yoxdur. O, 2 ildir NP-5 yanacaq doldurma məntəqəsində işləyir, müdir Məmməd müəllimdir. NP-5-də saat 09:00-da işə başlayır, sabahsı gün səhər saat 09:00-da işdən çıxır, 24 saat işdə olur, birgündən bir işdə olur. Həmin yanacaq doldurma məntəqəsində onunla birlikdə Rüfət və Kamal işə çıxır, digər növbədə də Əbülfəz və Nicat işləyir. Nicat təzə işləyir, Nicatın yerinə Məhəmməd işləyirdi, o da işdən çıxmışdır. Rüfət də təzə işləyirmiş. Əvvəl ştat 2 nəfər imiş, sonra ştatı artırmışlar. NP-də sökünütü gedən yerdən oğurluq olmağını görməmiş. Orada işləməklərini görmüşdür. 03 aprel 2025-ci il tarixdə NP-5 yanacaq doldurma məntəqəsində inzibati binasında təmir işinə başlamışlar, təmir eləməmişdən qabaq köhnə inzibati binanın içərisində söküntü gedirmiş. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada işləyirmişlər. Lakin onları tanımırmış. 07 aprel 2025-ci il tarixdə səhər tezdən işə gəlmiş, növbəni təhvil almış, o və Kamal işə çıxmışlar. Məhəmməd və Əbülfəz onlardan qabaq növbədə olmuşlar. Səhər-səhər işdə olanda hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt oğurluq olduğunu demişlər, Polis hadisə yerinə baxış keçirəndə Mirkənan və Cəlal da orada imiş. Nə oğurlandığını bilməmiş. Ondan sonra polis əməkdaşları çıxıb getmişlər.

Sübutların tədqiqi:

15. Cinayət işinin 1-ci cild 90-91-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

16. Cinayət işinin 1-ci cild 111-112-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

17. Cinayət işinin 1-ci cild 134-135-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

18. Cinayət işinin 1-ci cild 228-230-cu vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

19. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

20. Cinayət işinin 1-ci cild 234-235-ci vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

21. Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 437 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin (istifadədə olması nəzərə alınmaqla) ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 440.00 (dörd yüz qırx) manat müəyyən edilir.

22. Cinayət işinin 1-ci cild 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 40 (qırx) manat müəyyən edilmişdir.

23. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmuşdur.

24. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.

25. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi 26.Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 27.Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 28.Maddə 6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. 29.Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 30.Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 31.Maddə 34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 32.Maddə 41. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir(41.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). 33.Maddə 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 34.Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 35.Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 36.Maddə 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; - 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması.

37. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

38. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

39. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

40. Maddə 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

41.Maddə 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. 42.Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. 43.Maddə 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 44.Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

45. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. - 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - 124.2.2. ekspertin rəyi; - 124.2.3. maddi sübutlar; - 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; - 124.2.5. digər sənədlər. 46.Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 47.Maddə 126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. 48.Maddə 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 49.Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 50.Maddə 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 51.Maddə 351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

Məhkəmənin mövqeyi:

52. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.

53. Həmçinin Təqsirləndirilən şəxs2 da təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.

54. Təqsirləndirilən şəxs3 təqsirli olması isə zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.

55. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.

56. Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.)

57. Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.

58. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir.

59. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdirlər.

60. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir.

62. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1-ci maddə ilə düzgün tövsif olunmuşdur.

63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

64. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

65. Eyni zаmаndа, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilmələri üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir.

66. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir.

67. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

68. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

70. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir.

71. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.

72. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.

73. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.

75. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.

76. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir.

77. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1-ci maddənin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, onlara ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz.

78. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.

79. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

80. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.

81. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır.

82. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.

83. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir.

84. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

85. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf etmələrini, etdikləri əməldən səmimi peşmançılıq hissi keçirmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-in 59.1-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.

86. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini etiraf etmələri, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirmələri tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törətdikləri cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdikləri cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

87. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

88. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.

89. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 da cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.

90. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əmələ münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs onun tərəfindən sadəcə uzadıcı-udinittülin götürüldüyünü, laqonda və direlin onun tərəfindən götümədiyini bildirsə də, məhkəmə istintaqı zamanı verilən suallara ziddiyyətli cavablar vermiş, udiniteli qonuşuda turba kəsmək məqsədilə götürdüyünü, həmin turabanı laqonda vasitəsilə kəsdiyini, gah özünün laqondası olmadığını, onu qonşudan aldığını, gah da özünün laqondası olduğunu bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin eləcə də şahidin ifadəsindən məlum olur ki, qeyd edilən işin görülməsi barədə danışıqları Təqsirləndirilən şəxs3 aparmış, digər təqsirləndirilən şəxsləri işlərin görülməsinə özü cəlb etmişdir. Belə olan halda, həmin şəxslərin hərəkətlərinə bilavasitə nəzarət etməi şəxs də özü olmuşdur.

91. Həmçinin məhkəmə qeyd edir ki, süküntü işləri qurtaran vaxt deyil, ondan 2 gün sonra hazırki cinayətin törədilməsi, əşyalar götürülən zaman əşyaların sahibinə məlumat verilməməsi, əşyaların götürülməsi zamanı günün qaranlıq vaxtının seçilməsi təqsirləndirilən şəxslərin qabaqcadan razılğa gəlməsini təsdiq edir. Həmçinin, qeyd edilən yüklər yığılan zaman Təqsirləndirilən şəxs3 həmin yerdə olmuş, bu şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə olan halda, qeyd edilən əşyaların götürülməsi zamanı Təqsirləndirilən şəxs3 məlumatının olmaması inandırcı deyil və məhkəmə hesab edir ki, şəxsin təqsirini boynuna almaması, sadəcə qeyd edilən əşyalarda udiniteli götürdüyünü bildirməsi özünü müdafiə üçün verilən ifadədir və məhkəmə istintaqı zamanı öz təqsdiqini tapmamışdır.

92. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməsə belə, özünün ziddiyyətli ifadələri, zərərəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə onunda təqsirliliyi tam sübuta yetirilmişdir.

93. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 da cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.

94. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

95. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

96. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

97. Həmçinin Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

98. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir.

99. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 40 (qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

100. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.

101. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

102. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (o bir) manat miqdarında müəyyən edilmişdir.

103. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürüməlidir.

104. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürüməlidir.

105. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürüməlidir.

106. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur.

107. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 1 (bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 1 (bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 1 (bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs3 07 iyul 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 40 (qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut hesab edilmiş 01 ədəd istifadə edilmiş dəmir metaldan hazırlanmış əl arabası, 01 ədəd 1,5 metr ölçüdə olan taxta nərdivan, 02 ədəd istifadə edilmiş 1 metr uzunluğunda olan tikinti üçün istifadə olunan ayaqaltı taxtalar, bir ədəd istifadə edilmiş Almaz markal drel, bir ədəd istifadə edilmiş Piter markalı laqonda, bir ədəd istifadə edilmiş 20 metr uzunluğunda uzadıcı-udinitel, 02 ədəd istifadə edilmiş 60x40 ölçüsündə iki qat şüşəli plastik pəncərə at, 02 ədəd istifadə edilmiş 50x50 ölçüsündə tavan üçün led işıqlar, 02 ədəd istifadə edilmiş plafon tipli işıqların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar