Məhkəmə qərarları › İş №1(078)-74/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-74/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-74/2025 04.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi X4, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkar, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Bulqan kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Faytonçu” kafedə barmen işləyən, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanılmasma səbəb 31 mart 2025-ci il tarixdə saat 02 radələrində Naxçıvan şəhərində yerləşən “PUB 011” adlı kafedə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 döyülərək burun sümüyünün sınığı ilə müşayiət olunan burun və burunətrafı yumuşaq toxumaların qançır halında şişkinlik, hər iki almacıq nahiyyəsinin qançırları və burun əsasının sıyrığmdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən zərəri alması, əsas isə Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül bədən zərəri vurmuş və bir qrup şəxs halında xuliqanlıq etmiş, eyni zamanda bir qrup şəxs halında xuliqanlıq niyyətli ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır bədən zərəri vurmuşdur. Belə ki, o, 31 mart 2025-ci il tarixdə saat 02 radələrində Naxçıvan şəhəri dairəvi yolda yerləşən “PUB 011" adlı kafedə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 qəsdən sifətindən yumruqla vurub döyərək burun sümüyünün sınığı ilə müşayiət olunan burun və burunətrafı yumuşaq toxumaların qançır halında şişkinlik, hər iki almacıq nahiyyəsinin qançırları və burun əsasının sıyrığından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən zərəri vurmuşdur. Bundan başqa o, 21 aprel 2025-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 və istintaqa dəqiq dairəsi məlum olmayan digər mümkün şəxslərlə birlikdə bir qrup şəxs halında hərəkət edərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək və özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini, habelə özünü onlarda üstün tutaraq eqoizmini ifadə etməklə, həm də öz şəxsiyyətini başqa şəxsin və qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik edib birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub Naxçıvan şəhəri dairəvi yolda yerləşən "Pub 011" kafenin həyətində xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs1 vurub fiziki zor tətbiq edərək döyüb sol ayaq topuq sümüklərinin qapalı yerdəyişmiş sınığı, başın alın nahiyyəsinin burun əsasının sıyrıqları və sağ yanaq nahiyyəsinin iç səthinin selikli qişasının qansızması xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən Az Ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında xuliqanlıq etmiş və eyni zamanda bir qrup şəxs halında xuliqanlıq niyyətli ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır bədən zərəri vurmuşdur. Belə ki, o, 21 aprel 2025-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 və istintaqa dəqiq dairəsi məlum olmayan digər mümkün şəxslərlə birlikdə bir qrup şəxs halında hərəkət edərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək və özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini, habelə özünü onlarda üstün tutaraq eqoizmini ifadə etməklə, həm də öz şəxsiyyətini başqa şəxsin və qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik edib birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub Naxçıvan şəhəri dairəvi yolda yerləşən “Pub 011" kafenin həyətində xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs1 vurub fiziki zor tətbiq edərək döyüb sol ayaq topuq sümüklərinin qapalı yerdəyişmiş sınığı, başın alın nahiyyəsinin burun əsasının sıyrıqları və sağ yanaq nahiyyəsinin iç səthinin selikli qişasının qansızması xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən Az Ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü qismən təqsirli bildiyini, qardaşı Turalla birlikdə PUB kafeni işlətdiyini, 30 mart 2025-ci il tarixdə saat 23 radələrində kafəyə 3 nəfər şəxs, İsmayıl, Məğrur və onların yanında bir nəfər şəxsin pivə içmək üçün Pub kafeyə gəldiklərini, Pub kafedə içəri keçib stolların birinə əyləşdiklərini, özünün də kafenin içərində gələn gedən müştərilərə nəzarət etdiyini, Şahid8 da öz qohumu olduğunu, həm də kafedə köməklik etdiyini, kafenin içərisində “riqlofka” ləqəbli çuxur uşağı olduğunu, adını tam dəqiq bilmədiyini, psixi problemləri olduğu üçün kafedə olan şəxslərin stollarına yaxınlaşıb hər şəxsdən bir pendir, pivə götürüb içdiyini, həmin kafeyə daimi gəlib gedən şəxslərin onu tanıdıqlarını, tanış stollara yaxınlaşanda problem olmadığını, Zərərçəkmiş şəxs2 və Şahid10 ilk dəfədir kafeyə gəldiklərini, onları əvvəl görmədiyini, “riqlofka” ləqəbli şəxsin onların stoluna yaxınlaşıb onların stolundan nəsə götürdüyünü və söyüş söydüyünü, buna görə arıq hündür boy oğlan Məğrurun onunla mübahisə etdiyini, mübahisə olduğu üçün müştərilərin narahat olmaması üçün onları çölə çıxardıqlarını, Kamranın da həmin riqlofka ləqəbli oğlanı vurub çölə çıxardığını, sonra polis əməkdaşlarının məlumat alıb hadisə yerinə gəldiklərini, polis əməkdaşlarının mübahisə edən şəxsləri polis bölməsinə dəvət etdiklərini, lakin onların getmək istəmədiklərini, özünün də qapıdan çölə çıxdığını, qardaşı Tural və Kamranın da orada olduğunu, İsmayılın həmin vaxt orada “işverənlik edib polis çağırımsınız” dediyini, bunun ardınca ortalığa var-yox söyüşü söydüyünü, İsmayıla “kameranı açan mənəm, nə söyüş söyürsən” dediyini, İsmayılın da söyüş söyüb “polis mənə nə edəcək, nə edə biləcək mənim adamım var” dediyini, İsmayılın təkrar üzünə “kameranı açanın var yoxunu söyürəm” dediyini, pis söyüş söydüyünü, özünün də onun yumruqla sifətindən vurduğunu, həmin vaxt onları aralaşdırdıqlarını, mübahisə düşdüyünü, polis əməkdaşlarının da orada olduğunu, polis əməkdaşları onları avtomobilə mindirmək istəsələr də, onların gəlmədiklərini, belə mübahisə düşdüyünü, sonra digər polis əməkdaşlarının gəldiyini, özləri və digərlərini polis bölməsinə dəvət etdiklərini, mübahisənin başlamasına səbəbin “riqlofka” ləqəbli şəxsin Məğrur və İsmayılın stoluna gedib onları söyüb və təhqir etməsi olduğunu, sonra mübahisə düşdüyünü, həmin mübahisəyə aidiyyətləri olmadığını, kafenin çölündə olan zaman İsmayılın söyüş söydüyünü və yumruqla sifətindən vurduğunu, mübahisə zamanı əli ilə, yumruqla Zərərçəkmiş şəxs2 sifətindən vurduğunu, əlində başqa heç nə olmadığını, mübahisənin PUB kafenin qarşısında olduğunu, hadisə zamanı Turalın atası Ərrəhman, Kamran, Nicat və polis əməkdaşları Zamin və Səyyadın orada olduğunu, digər şəxsləri tanımadığını, Zərərçəkmiş şəxs2 söyüş söydüyü üçün yumruqla vurduğunu, Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımadığını, Naxçıvan şəhərində dairəvi yolda yerləşən “Pub 011” adlı kafedə kassir işlədiyini, Şövqinin tanışları ilə birlikdə bir neçə dəfə kafeyə gələn zaman Şahbuz rayonundan olduğu üçün yerliləri kimi onlara hörmət də etdiklərini, hər dəfə də özlərindən razı getdiklərini, xx.xx.2025-ci il tarixdə saat təxminən 03 radələrində Şövqinin tanışları ilə birlikdə kafeyə gəldiklərini, onların 7 nömrəli masada əyləşdiklərini və pivə sifariş verdiklərini, təxminən bir saat əyləşdiklərini, sonradan onlar kafedən çıxıb getmək istəyəndə, həmin vaxt bir nəfər şəxsin onlara yaxınlaşdığını, özünün isə həmin vaxt kassada əyləşdiyini, həmin şəxsin özünə keçən dəfədən borclarının qaldığını və onu vermək istədiyini bildirdiyini, onlara həmin vaxt Kamranın zamin durduğunu, özünün də həmin oğlana çay dediyini, üzbəüz çay içib söhbət etdiklərini, həmin şəxsin “Kamran bizə zamin durmuşdur, pulun Kamrana çatacağdır” dediyini, özünün isə həmin vaxt pulun özünə çatacağını bildirdiyini, hətta özünün Kamran barəsində nalayiq ifadə işlətdiyini, həmin söhbət gedən zaman Şövqinin yaxınlaşdığını, sərxoş vəziyyətdə olduğunu, Şövqinin özünə “kişi oğlu mən çölçüyəm gedək söhbət edək” dediyini, həmin vaxt onun dostlarının “başqa məsələdir, sən qarışma” dediyini, amma Şövqi israr etdiyi üçün birlikdə kafedən çölə çıxdıqlarını, Şövqinin boynundan əli ilə tutduğunu, bu hərəkəti ilə boyun nahiyəsindən tutduğu üçün özünü vuracağını düşündüyünü və Şövqinin sifət nahiyəsindən əlinin iç nahiyəsi ilə vurduğunu, Şövqini vurduqdan sonra Şövqinin yerə yıxıldığını, təkrar ayağa qalxıb üzərinə gəlmək istədiklərini, həmin vaxt ətrafda olan şəxslərin onları aralaşdırdıqlarını, həmin vaxt Şövqinin yanında olan şəxsin onun ayağının qırıldığını dediyini, dostlarının Şövqini avtomobilinə əyləşdirib oradan apardıqlarını, sonradan qardaşı Turalın Şövqini maraqlandığını, Şövqinin ayağının sındığını və xəstəxanada olduğunu dediklərini, qardaşıgil xəstəxanada onun yanına gedən zaman özünün və Səbuhinin onu vuraraq xəsarət yetirdiyini bildirdiyini, hadisə zamanı Kamran, Tural və Həsənqulunun orada olmadıqlarını, özü və Səbuhinin hadisə zamanı orada olduqlarını, Şövqinin özü ilə mübahisə etdiyini, həmin vaxt da özünün Şövqini vurduğunu, mübahisə zamanı Səbuhinin onu vurduğunu görmədiyini, mübahisə zamanı Şövqinin dostunun Şövqinin ayağının sındığını dediyini, özünün kassanın başında oturduğunu, Şövqinin dostunun özünə 27 manat borcu olduğunu, həmin oğlanın “27 manat borcum var, Kamrana verəcəm, sənə verəcəm?” dediyini, özünün də “27 manat pul mənə çatacaq” dediyini, danışıq zamanı həmin borcu verən şəxsin “Keçili kəndindənəm” dediyini, çay içdiklərini, Şövqinin gəldiyini və özünə “sən niyə aqresiv danışırsan” dediyini, Şövqiyə “sizi tanımıram, onu tanıyıram, onunla danışıram” dediyini, Şövqinin “varovskoyam, çölçüyəm, kişi oğlu çölə çıxaq söhbət edək!” dediyini, özünün də “kassanın başından çıxa bilmirəm” dediyini, Şövqinin də israr edib çölə çıx dediyini, özünün də ofisant qız Türkana “kassada otur” dediyini, Şövqi ilə çölə çıxanda tək olduğunu, Şövqinin yanında cəmi 7 nəfər şəxs olduğunu, Şövqinin hərəkət edib əli ilə boynundan tutduğunu, digər əlini də belinə apardığını, özünün də qorxub “bıçaq çıxaracaq” deyə düşünüb yumruqla sifətindən vurduğunu, Şövqinin də yerə yıxıldığını, onlarda 7 nəfər olduğunu, onları araladıqlarını, sonra onu götürüb apardıqlarını, Niva markalı avtomobilə minib getdiklərini, Şövqinin boyunbağısının dalaşdıqları yerə düşdüyünü, özünün də boyunbağısını götürüb kassaya qoyduğunu, dostlarının gəldiyini, onu tanımadıqlarını, boyunbağısını istəyəndə boyunbağısını verdiyini və getdiyini, həmin vaxt Şövqinin ayağının qırıldığını eşitdiyini, səhərisi qardaşı Turalın Naxçıvan MR Xəstəxanasına gedib onu müalicə elətdirmək istəyəndə Şövqinin atasının 500 manat pul istədiyini, sonra qardaşına zəng vurub 5000 manat pul istədiyini, sonra 10000 manat pul istədiyini, atası Ərrəhman da onların qapısına gedəndə 25000 manat pul istədiklərini, pulu verməsə oğlunu tutduracağını dediyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü qismən təqsirli bildiyini, özünün kafedə barmen işlədiyini, Şövqini və yanındakı şəxsləri kafedə müştəri kimi gördüyünü, özünün barda oturduğunu, Sənanın kassada oturduğunu, Şövqi və dostlarının onun başına yığışdıqlarını, Şövqi ilə Sənan söhbət edəndə “Şövqin Sənana “nidavoynu nidavoynu danışma” dediyini, bunun ardınca Şövqinin Sənanın boynundan tutub çölə çıxardığını, özünün də pəncərədən Sənangilə baxdığını, Şövqi və dostları Sənanı dairəyə aldıqlarını, Şövqi də Sənanın boynundan tutduğunu, həmin vaxt Şövqinin sol əlinin böyründən qara rəngli açılıb bağlanan “knopkalı” bıçaq çıxardığını, Sənanın da Şövqinin sifətindən vurduğunu, Şövqinin yerə yıxıldığını, Sənanın da “sən nə edirsən” deyib əllərini açıb geri çəkildiyini, Şövqinin də yerdən durub təkrar Sənana bıçaq atmaq istəyəndə özünün də kənardan gəlib Şövqinin boynunun arxasında vurduğunu, Şövqini vuran zaman Şövqinin hündürboy dostunun özünün sol böyründən vurduğunu, özünün də yerə yıxıldığını, həmin vaxt digər dostları özünü vurmaq istəyəndə Sənanın atası Ərrəhman kişinin “Səbuhini vurmayın” dediyini, Şövqinin də “ayağım qırıldı, ayağım qırıldı” deyə qışqırdığını, Pub kafenin içərisində hamının çölə çıxdığını, Şövqinin yanında olan şəxslərin qaçıb getdiklərini, Həsənqulunun Faytonçuda işlədiyini, hadisə yerində olduğunu, lakin dalaşmadıqlarını, Tural və Kamranın hadisə yerində olmadığını, Tural və Kamranın yeyib içməyə getdiyini, hadisə yerində bıçağı Şövqinin çıxardığını, qara rəngli açılıb bağlanan bıçaq olduğunu, bıçağı Şövqinin əlində gördüyünü, bıçaqla Sənanı vurmaq istədiyini, özünün də Sənanı bıçaqla vurmaması üçün Şövqini vurduğunu, Şövqinin ayağından vurmadığını, hadisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la dalaşmağını gördüyünü, mübahisə zamanı əlbəayağa dalaşdıqlarını, orada Şövqinin bıçaq çıxardığını, əlində bıçaq olduğunu, Zərərçəkmiş şəxs1 vurmadığını, görəndə Şövqi ilə Sənanın təkbətək dalaşdığını, Şövqinin dostları ona köməklik etmək istəyəndə qoymadığını, onlarla dalaşdığını, Şövqinin dostlarını tanımadığını, Həsənqulunun Faytonçuda işlədiyini, heç orada olmadığını, hadisə zamanı Sənan, Tural, Kamran, Həsənqulu və özü birlikdə Şövqini döymədiklərini, hadisə yerində Sənan və özünün olduğunu, Həsənqulunun Faytonçuda olduğunu, onun məsələyə qarışacağı olmadığını, Tural və Kamran Batabatda olduğunu, hadisə yerində olmadıqlarını, Şövqinin Sənanla dalaşanda yerə yıxıldığını, birdən qışqırıb ayağının qırıldığını dediyini, Şövqinin yanında 8-9 nəfər şəxs olduğunu, dalaşma zamanı qaçıb getdiklərini, bir-iki adamın orada qaldığını, onların da özləri ilə bərabər Şövqi ilə Sənanı aralaşdırdıqlarını, Turabın da onun başının üstündə durduğunu, Şövqi ilə Sənan dalaşanda onun yanında gələn şəxslərin mübahisəyə qarışanda onları tutub dartdığını, mübahisəyə qarışmağa qoymadığını, Sənan ilə özünün hadisə yerində olduğunu, hadisə yerində Rəşad, sintezatorçu Nicat, qızlardan Arzu, Ceyhunə, Ölkə, Tamara, İlahənin olduğunu, Şövqinin yanında dalaşma zamanı 2-3 nəfər qaldığını, dalaşma zamanı dostlarının onu ortada qoyub getdiklərini, Kamran və Turalı hadisə yerində görmədiyini, onların batabatda olduqlarını, Şövqi avtomobilə minib gedəndə Tural və Kamranın gəldiklərini, qızların zəng vurub Turala və Kamrana Sənanın dalaşdığını dediklərini, bu xəbəri alıb onların da gəldiklərini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 ifadəsində 20 aprel 2025-ci il tarixdə saat 23 radələrində Şahid3, Şahid4 və Şahid5 ilə birlikdə Şahbuz rayonu Yeni Batabat restoranında olduqlarını, özünün də onların yanında olduğunu, Elşənin “Pub 011 adlı kefeyə 17 manat borcum var, şəhərə gedək, həmin pulu verim, qalmasın” dediyini, özünün də “gedək problem yoxdur” dediyini, idarə etdiyi avtomobilə mindiklərini, birlikdə PUB 011 adlı kafeyə getdiklərini, avtomobili kafedən 6-7 addım qabaqda sol tərəfdə saxladığını, orada besetkadan arxa tərəfdə saxladığını, avtomobildən düşüb birlikdə kafeyə daxil olduğunu, musiqiçilər tərəfdən 3-cü stolda əyləşdiklərini, ofisiant İlahəyə “çay gətir” dediyini, İlahənin də “qəlyanla çayı verirlər” dediyini, aralarında “o qədər pul yoxdur, çay içməyək” düşündüyünü, bu səbəbdən stoldan durduğunu, Elşənə “sən borcunu ver, mən də avtomobili işə salıram” dediyini, özünün də çölə çıxdığını, Elşən, Nicat və Teymurun içəridə qaldıqlarını, bir-iki dəqiqə keçdiyini, onların gəlmədiyini, bu səbəbdən narahat olub içəri keçdiyini, Elşənin kassir Təqsirləndirilən şəxs1 ilə üzbəüz oturduğunu, Nicat ilə Teymurun ayaq üstə bir-iki addım aralıda durduqlarını, ora çatanda Təqsirləndirilən şəxs1 Elşənlə qışqıra-qışqıra söyüş söyə-söyə danışdığını eşitdiyini, Sənana “qışqırma, camaat oturub gəl çölə çıxaq, söhbət eləyək” dediyini, Sənanın da “zor eləyirəm, yaxşı edirəm” dediyini, özünün də “gəl çıxaq çöldə danışaq” dediyini, özünün çölə çıxdığını, həmin vaxt içəridə mübahisə olmadığını, Elşən və Teymurun da çölə çıxdığını, çöldə də adam çox olduğunu, Sənanın da çölə çıxdığını və özünə “bununla 3-cü dəfədir ki, belə eləyirsiniz” dediyini, Sənana “1-ci 2-ci dəfə nə olubdur ki, 3-cü dəfə nə olsun” deyib sual verdiyini, Sənanın da qoluna sağ tərəfdən girdiyini, bir-iki addım atdığını, Sənanın qəfildən yumruqla sağ gicgahından vurduğunu, özünün yerə yıxıldığını və ayağa qalxdığını, Sənanın üstünə hücum etmək istəyəndə, Sənanın bir-iki addım arxaya çəkildiyini, Kamran Tural, Həsənqulu, Səbuhinin özünü sağdan-soldan və arxadan vurmağa başladıqlarını, özünün yerə yıxıldığını, başına yığışdıqlarını, başını qaldıra bilmədiyini, əlini sifətinə tutduğunu, Sənan, Tural, Kamranın başından və bədənindən təpiklə vurduğunu, 15 nəfər şəxsin başına yığışdığını, birdən ayağının qırıldığını gördüyünü, ayağının qırıldığını hiss etsə də, ayağına baxa bilmədiyini, həmin şəxslərə ayağının qırıldığını desə də, yenə də onu vurduqlarını, musiqiçi Turabın araya keçib özünə kömək etdiyini, özünün də yerdə sürünə-sürünə avtomobilə tərəf getdiyini, həmin vaxt Orient markalı saatı, Redmi Note 7 markalı mobil telefonu, gümüş boyunbağısının üstündə olmadığını, tapa bilmədiyini, evə gedəndə əşyalarının üstündə olmadığını gördüyünü, mübahisə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid9, Şahid6 və Şahid8 yerdə özünü təpiklədiyini, onlardan əlavə 10 nəfər şəxsin özünü vurduğunu, birinin sarışın oğlan olduğunu, işçi olmadığını, özünə 2-ci, 3-cü zərbəni vurduğunu, avtomobilə tərəf sürünəndə Ayxanı gördüyünü, onu çağırdığını və “ayağım sınıbdır, məni avtomobilə mindir” dediyini, özünə Turabın da kömək etdiyini, Ayxanın da avtomobilini sürüb oradan çıxdığını, yolda Nicatı götürdüklərini, Naxçıvan MR Xəstəxanasına gəldiklərini, Ayxanın çıxıb getdiyini, özünü rentgen elədiklərini, həkimin “ayağın dörd yerdən sınıbdır” dediyini, Nicatın gedib gips aldığını, sonra polis əməkdaşlarının gəldiyini, Bakı şəhərinə əməliyyata gedəndə Kamran, ya da Turalın səs atdığını, “kart atarsan köməlik edərəm, pul göndərim” dediyini, özünün də səs atdığını, “lazım deyil, atamla danış, yığın onunla danışın” dediyini, sonra ondan xəbər çıxmadığını, əməliyyatdan sonra Naxçıvana gəldiyini, Turalın nömrəsini tapıb zəng vurduğunu və “saatımı da göndərin” dediyini, Turalın “özüm gətirim” dediyini, özünün də “yoldan taksi avtomobilinə ver gətirsin” dediyini, Turalın da saatı göndərmədiyini, zəng də vurmadıqlarını, təqsirləndirilən şəxsləri bağışladığını, onlara qarşı şikayət və tələbləri olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və həmçinin cinayət işi üzrə mülki iddiaçı Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs1 özünün doğma oğlu olduğunu, 20 aprel 2025-ci il tarixdə saat 03 radələrində Şövqiyə zəng vurduğunu və harada olduğunu soruşduğunu, Şövqinin də “Nicat, Elşən və Teymurla birlikdə Şahbuzda çayxanada oturub çay içirik” dediyini, Şövqiyə “biraz keçsin, gəl evə” dediyini, özünün də yatdığını, 21 aprel 2025-ci il tarixdə saat 04:30 radələrində səs küy gəldiyini, yuxudan oyandığını, Şövqinin üzü-gözü yaralı vəziyyətdə, sol ayağı sarıqlı vəziyyətdə evə gəldiyini gördüyünü, onu evə Nicatın gətirdiyini, Şövqidən “sənə nə olub, niyə belə xəsarət almısan” deyə soruşduğunu, Şövqinin də “Naxçıvan şəhəri Pub 011 adlı kafedə 10-15 nəfər şəxs tərəfindən döyülmüşəm” dediyini, Elşənin də xəsarət aldığını, Şövqini Naxçıvan MR Xəstəxanasına gətirdiyini, həkimlərin onu müayinə elədiklərini, ağzından qan gəldiyini, həkimin də “daxili qanaxma yoxdur, sadəcə ağzında yarası var, qanayır” dediyini, burada ayağına mil qoymaq istədiklərini, mil olmadığını, onun milini Moskvadan 3 saata gətizdirtdiyini, Bakı şəhərində Tibb Universitetinin Tədris X3 ayağını 4 saat əməliyyat etdirdiyini, Şövqinin ayağına mil qoyduğunu, Şövqinin əməliyyatdan çıxdığını, müalicə vaxtları oteldə qaldıqlarını, ümumilikdə Şövqinin müayinə və müalicəsi üçün 17800 manat xərci çıxdığını, Şövqini döyən şəxslərin onun heç bir xərcini qarşılamadığını, hadisə yerində olmadığını, lakin araşdırma zamanı Tural, Sənan, Həsənqulu, Kamran və Səbuhinin mübahisə zamanı sifətdən tanımadığı təxminən 10-15 nəfər şəxslə birlikdə Şövqini döydüklərini öyrəndiyini, həmin kafedə xəsarət alandan sonra Ayxan və Turabın birlikdə Şövqini apardıqlarını, Nicatı yoldan götürüb apardıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs2 14 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs1 ilə yaranan münaqişə zamanı zərər çəkən tərəf olaraq heç bir şikayət və tələbi olmadığını, gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacağını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, nəzərə alıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Bakı şəhərində yaşadığını, 30 mart 2025-ci il tarixdə hava limanı ilə Bakıdan Naxçıvana gəldiyini, bibioğlusu Nihadın toy məclisində iştirak etmək üçün gəldiyini, Şahid10 öz bibioğlusu olduğunu, 30 mart 2025-ci il tarixdə saat 23 radələrində Məğrur, Vüqar və özünün birlikdə Pub 011 adlı kafeyə getdiklərini, qohumlarla birlikdə pivə içmək üçün ora getdiyini, kafedə oturduqlarını, hər birinin 3 bakal pivə içdiklərini, həmin vaxt kafenin içərisində bir nəfər şəxs olduğunu, onu tanımadıqlarını, hərəkətlərindən əqlinin yerində olmadığının hiss olunduğunu, özünü dəli kimi apardığını və oynadığını, həmin vaxt kafeni işlədən şəxslərin onu çölə çıxarmaq istədiyini, dəli kimi özünü apran şəxsi döymək istədiklərini başa düşdüklərini, bu səbəbdən ona nəsə etmələrinə imkan vermədiklərini, Məğruru çağırdıqlarını, Məğrurun çölə çıxdığını, həmin hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, özünün də Məğrurun ardınca çölə çıxdığını, polis əməkdaşlarının yanında durduğunu, həmin vaxt kafeni işlədənlərin Məğrurla söhbət etdiklərini, onların 5 nəfər şəxs olduqlarını, hadisə yerində Şahid9, X16, Şahid9 və digər tanışlarının orada olduğunu, nə danışdıqlarını bilmədiklərini, özünün polis əməkdaşlarının yanında olduğunu, mübahisə düşdüyünü, polis əməkdaşlarının yanında ilk əvvəl özünü vurduqlarını, sonra da Məğruru vurduqlarını, Sənanın özü ilə söhbət etdiyini, danışan zaman sifətindən yumruqla vurduğunu, beləcə mübahisə düşdüyünü, özünü vuran şəxsi də tanımadığını, ümumiyyətlə Naxçıvanda yaşamadığı üçün və qonaq gəldiyi üçün nə olduğunu belə anlamadığını, elə mübahisə düşdüyünü və burnundan yumruqla vurduqlarını, özünün də bu barədə 102-yə zəng vurub məlumat verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs1, Şahid9 və Şahid8 hadisə yerində olduğunu, Sənanla danışan zaman birdən Sənanın sifətindən vurduğunu və burnunun qanadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 20 aprel 2025-ci il tarixdə saat 21:00-da həmişə olduğu kimi işə gəldiyini, bir il yarım olar orada işlədiyini, həmişə olduğu kimi musiqi bölməsinə keçdiyini, işə başladığını, həmin günü Kamran və Turalı orada görmədiyini, başqa yerdə olduqlarını, Həsənqulu, Səbuhi və Sənanın işdə olduğunu, Sənanın da kassada oturduğunu, Zərərçəkmiş şəxs1, Şahid4, Şahid5 və Şahid3 kafeyə gəlmələrini görmədiyini, gecə yarısı olduğunu, təxminən 21 aprel 2025-ci il tarixdə saat 01 radələri olanda özünün də musiqi bölməsinə oturduğunu, səs-küy olduğunu, qaçhaqaç düşdüyünü, kafedən çıxdığını, dava getdiyini, Səbuhi, Sənan, Həsənqulunun qarşılıqlı olaraq Zərərçəkmiş şəxs1, Şahid4, Şahid5 və Şahid3 ilə dalaşdıqlarını, ancaq 7 nəfər şəxsin dalaşdığını, qapının ağzında durduğunu, yaxına getmədiyini, davanın tam olaraq kafedən çıxışda sol tərəfdə olduğunu, dava zamanı Şövqinin Sənanla dalaşdığını, əlbəayağa girdiyini, Həsənqulu ilə Səbuhinin də sol tərəfdə Şövqinin dostları ilə dalaşdıqlarını, Şövqi ilə Sənanın qarşılıqlı dalaşdıqlarını, müştərilərın orada onları ayırdıqlarını, Şövqi ilə Sənanın aralaşdıqlarını, Şövqinin də ərik ağacının altında olanda, yəni kafedən çıxışda sağ tərəfdə olanda, Daevvo Centra markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobilə tərəf gedəndə, birdən “ayağım qırıldı, ayağım qırıldı” dediyini və Şövqinin yerə yıxıldığını, özünün də bu səsi eşitdiyini və Şövqiyə tərəf qaçdığını, Şövqidən nə olduğunu soruşduğunu, Şövqinin də “ayağım qırılıb” dediyini, həmin vaxt Şövqinin dostunun gəldiyini, onunla birlikdə Şövqini öz avtomobilində arxa oturacağa qoyduqlarını, həmin şəxsin ayıq sürücü olduğunu, tanımadığını, Şövqinin özünün avtomobilinə aparmalarını dediyini, Şövqinin dostlarının da qaçıb getdiklərini, hadisə yerində olmadıqlarını, yarım saat keçəndən sonra Kamranla Turalın gəldiklərini, sakitçilik olduğunu, sonra da polis əməkdaşlarının hadisə yerinə gəldiklərini, öz iştirakı ilə orada olan digər şəxslərlə birlikdə hadisə yerinə polis əməkdaşlarının baxış keçirdiklərini, polis əməkdaşlarının kameraya baxmaq istədiklərini, lakin kameranın DVD-R aparatının işləmədiyini, videoya baxa bilmədiklərini, hadisə yerinə polis baxış keçirəndən sonra Sənan, Tural, Kamran, Həsənqulu və Səbuhini apardıqlarını, mübahisənin səbəbini bilmədiyini, kafedən çıxdığını, çıxanda Sənan ilə Şövqinin qarşılıqlı dalaşdıqlarını gördüyünü, ikisinin əlbəayağa dalaşdıqlarını, Şövqini başqa kiminsə vurmadığını, Şövqi ilə Sənanın ayırdıqlarını, Şövqinin avtomobilinə tərəf gedəndə “ayağım qırılıb” deyib yerə yıxıldığını, Şövqi dalaşan zaman ayaq üstə dalaşdığını, dava yerindən ayrılanda yerə yıxıldığını, Şövqi yerə yıxılanda yerdə onu kiminsə vurmadığını, özünün onu yerdən qaldırıb, dostu ilə birlikdə avtomobilə mindirdiyini, dostunun qoltuğundan tutduğunu, özünün də ayağından tutduğunu, Şövqinin sol ayağının əyri qaldığını, o vəziyyətdə Şövqini avtomobilə qoyub götürüb apardıqlarını, Sənan ilə Şövqinin əlbəayağa qarşılıqlı dalaşdıqlarını, Təqsirləndirilən şəxs2, Şahid6 və Şahid4, Şahid5 ilə Şahid3 Sənala Şövqinin dalaşdığı yerdən sol tərəfdə dalaşdıqlarını, Həsənqulu ilə Səbuhinin Şövqini vurmağını görmədiyini, başqa şəxslərində onu vurmağını görmədiyini, Həsənqulu və Səbuhi ilə dalaşanların Şövqini qoyub qaçdıqlarını, yolun kənarına çıxdıqlarını, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 əlbəayağa dalaşdıqlarını, Təqsirləndirilən şəxs1 əlində kəsici-deşici alət olmadığını, hadisə yerində tanıdığı şəxslər olmadığını, müştərilərin orada olduğunu, kənardan durub baxdıqlarını, hadisə yerində Həsənqulu, Səbuhi, Sənan, Şövqi və 3 dostunun orada olduğunu, onlardan əlavə təxminən 3-4 nəfər şəxs olduğunu, onlardan başqa heç kəs olmadığını, mübahisə zamanı Şahid9 və Şahid8 Şövqini və dostlarını döymədiklərini, çünki, Şahid9 və Şahid8 hadisə yerində görmədiyini, hadisə yerində olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımadığını, xx.xx.2025-ci il tarixdə “Pub 011” adlı kafedə işdə olmadığını, çünki həmin vaxt Faytonçu kafedə işdə olduğunu, əvvəlcədən həmin kafedə mübahisə olmasından və Zərərçəkmiş şəxs1 döyülməsindən xəbəri olmadığını, xx.xx.2025-ci il tarixdə Faytonçu kafedə iş yekunlaşdıqdan sonra Pub 011 kafeyə gəldiyini, həmin vaxt Sənan ilə Səbuhinin söhbət etdiklərini, kafedə münaqişə olduğunu, onlardan nə olduğunu soruşan zaman Sənanın Şövqinin dostları ilə birlikdə kafeyə gəldiyini, hesab üstündə kafenin içərisində aralarında sözlü mübahisə baş verdiyini dediyini, Şövqinin onları kafedən çölə dəvət etdiyini və kafenin həyətində isə onlara qarşı nalayiq ifadə işlətdiyini, Şövqi onlara qarşı nalayiq ifadələr işlətdikdən sonra isə Sənan ilə Səbuhinin birlikdə Şövqini döyərək xəsarət yetirdiklərini, həmin vaxt nə Kamran nə də ki Turalın orada olmadığını, hər ikisi kafeyə getdikdən sonra oraya gəldiklərini, Zərərçəkmiş şəxs1 Sənan və Səbuhinin döyərək xəsarət yetirdiklərini, Şövqini tanımadığını, onun kim olduğunu sonradan bildiyini, onun Sənangillə Pub 011 kafesində dalaşdığını sonradan eşitdiyini, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 Pub 011 kafesinə gələn zaman orada olmadığını, həmin vaxt Faytonçu kafedə işdə olduğunu, həmin gün orada iş yekunlaşdıqdan sonra Pub 011 kafesinə gəldiyini, özünün də Pub 011 adlı kafeyə gələn zaman Şövqigilin orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində 30 mart 2025-ci il tarixdə saat 23 radələrində PUB 011 adlı kafedə müştərilərə nəzarət etdiyini, Sadiqin ora tək gəldiyini, Şahid11, Zərərçəkmiş şəxs2 və Şahid10 ilə birlikdə 3-cü masada oturduqlarını, pivə içdiklərini, Sadiqin xəstəliyi ilə əlaqədar nə etdiyini bilmədiyini, içib kefləndiyini, sonrada hər stola yaxınlaşdığını, onun Zərərçəkmiş şəxs2 stoluna gedib yaxınlaşdığını, onlara nəsə dediyini, buna görə orada mübahisə olduğunu, onun da Sadiqə əsəbləşdiyini, bir yerdə durmadığını, ona bir təpik vurub kafedən çölə qovaladığını, bu məsələyə görə hadisə yerinə polis əməkdaşlarını çağırdıqlarını, polis əməkdaşlarının gəldiyini, Zərərçəkmiş şəxs2 axsadığını, Zərərçəkmiş şəxs2 söyüş söydüyünü, onun da söyüş söydüyünü “bizə pis baxanı belə-belə olsun” dediyini, polis əməkdaşlarının yanında mübahisə getdiyini, onun da içəri keçdiyini, lakin qapının ağzında mübahisə getdiyini, bir qədər keçəndən sonra, qapıda kimi isə döydüklərini gördüyünü, həmin vaxt Turalın da içəridə yatdığını, səsə gəldiyini, “Riqlofka” ləqəbli Sadiqin çıxıb getmədiyini, Sənanın Zərərçəkmiş şəxs2 vurmağını görmədiyini, qaranlıq olduğunu, heç nəyin tam aydın görünmədiyini, polis əməkdaşlarının da orada olduğunu, onun qışqırdığını, “dayanın, mübahisə etməyin” dediyini, mübahisənin belə davam etdiyini, qışqırmaqdan boğazının quruduğunu, həmin vaxt kafenin içərisində müştərilərin olduğunu, onun da içəri nəzarət etdiyini, bir qədər keçəndən sonra hadisə yerinə digər polis əməkdaşlarının gəldiyini, hadisə yerinə baxış keçirdiklərini, sonra da onları polis idarəsinə dəvət etdiklərini, özü də hadisə yerində olsa da, konkret olaraq Zərərçəkmiş şəxs2 kimin vurmağını görmədiyini, Sənan ilə İsmayılın orada mübahisə etdiyini bildiyini, Sənanın ona heç nə demədiyini, həmin vaxt Turalın orada olmadığını, 3-cü masada olan müştərilərin, işçilərin orada olduğunu, onun əqli zəifliyi olduğunu, ayıq olanda işlədiyini, sadəcə içən kimi sərxoş olan kimi özünü apara bilmədiyini, kafedə mübahisə elədiyi üçün, özünün onu kafedən çıxardığını, çıxıb getməsini istədiyini, mübahisənin böyüməsini istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində Zərərçəkmiş şəxs1 döymədiyini, hadisə yerində olmadığını, hadisə zamanı Zərərçəkmiş şəxs1 kiminlə dalaşmağını görmədiyini, hadisə olan vaxtı kafedə olmadığını, Kamran, özü, Aytac və Tamara ilə birlikdə 4 yoldakı 9 mərtəbəli evdə oturduqlarını, Aytac ilə Tamaranın kirayə yaşadığı evi olduğunu, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Kamranla birlikdə Tamaragilə getdiklərini, evdə olduqlarını, xx.xx.2025-ci il tarixdə saat 04 radələrinə qədər həmin evdə olduqlarını, özünün də, Kamranın da spirtli içki içdiyini, birlikdə kafeyə getdiklərini, orada da 3-4 bakal pivə içdiklərini, kafeyə gedəndə kafedə hər şeyin normal olduğunu, hər kəsin içəridə oynadığını, Sənanın da kassada oturduğunu, özünün də sərxoş olduğunu, halı olmadığını, hadisə yerində olmadığını, Zərərçəkmiş şəxs1 əlində bıçaq görmədiyini, çünki hadisə yerində olmadığını, hadisə zamanı Sənan, Səbuhi, Kamran, Həsənqulu və özünün birlikdə Şövqini döymədiklərini, Təqsirləndirilən şəxs1 qardaşı olduğunu, onunla birlikdə Pub kafeni işlətdiklərini, “Riqlofka” ləqəbli Sadiqi tanıdığını, çuxur uşağı olduğunu, onun psixi xəstəliyi olduğunu, hadisə olan zaman içəridə yatdığını, heç nədən xəbəri olmadığını, səs-küy eşitdiyini, yuxudan ayıldığını və kafenin qabağında mübahisə getdiyini gördüyünü, Sənan ilə axsayan şəxs Zərərçəkmiş şəxs2 mübahisə etdiyini, özünün də Sənanı qucağına alıb içəri apardığını, polis əməkdaşlarının da orada olduğunu, “Riqlofka” ləqəbli Sadiqin çıxıb getmədiyini, Sənanın Zərərçəkmiş şəxs2 vurmağını görmədiyini, bir qədər keçəndən sonra hadisə yerinə digər polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə baxış keçirdiklərini, sonra da onları polis idarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində X20 və X17 Pub 011 adlı kafeyə apardığını, özü içəridə otursa da, hell içdiyini, Fərid ilə Nihadın da pivə içdiyini, onlar masandan duranda hesab gəldiyini və 17 manat pullarının kəsir gəldiyini, həmin vaxt kassada Təqsirləndirilən şəxs1 oturduğunu, Şahid8 tanıdığını, amma münasibəti olmadığını, pul çatmadığına görə Kamrana tanışçılıq verdiyini, Kamranın da “problem yoxdur, səhər gətirərsən” dediyini, özünün söz verdiyini, sonra kafedən çıxıb getdiklərini, 17 manat borcları olduğunu, Nihad Bakı şəhərinə getdiyi üçün 17 manat pulu söz verdiyi üçün aparıb ödəməyi düşündüyünü, 20 aprel 2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1, Şahid4, Şahid5 ilə birlikdə Şahbuz rayonu Yeni batabat şadlıq sarayında oturduqlarını, Nicat və Teymur ilə birlikdə orada işlədiklərini, Şövqinin də yanlarında gəldiyini, toyun qurtardığını, əmək haqqısını aldığını, söz verdiyi üçün 17 manat pulu vermək istədiyini, buna görə “Naxçıvan şəhərinə gedək, hesabımı ödəyim, çay içib gələrik” dediyini, Şövqinin idarə etdiyi avtomobilə mindiklərini, birbaşa Pub 011 adlı kafeyə gəldiklərini, Şövqinin idarə etdiyi avtomobili Pub 011 adlı kafeninin girişindən 7-8 addım qabaqda saxladığını, avtomobildən düşüb kafeyə keçdiklərini, kafenin içərisində baş tərəfdə musiqiçi tərəfdən 3-cü stolda əyləşdiklərini, ortaya çay dediklərini, ofisiant İlahənin də “Şövqi, ortalığa çay set olaraq qəlyanla verilir” dediyini, ortalıqda çayın qiymətinin baha olduğunu düşündüklərini, özünün də Kamranın baş tərəfdə oturub bir qadınla pivə içdiyini gördüyünü, özünün də “17 manat borc məsələsini Kamran bilsə də, yanında qadın var, söz deməyim” deyə düşündüyünü, buna görə birbaşa olaraq kassaya yaxınlaşdığını, kassada Təqsirləndirilən şəxs1 oturduğunu, Sənana “dünən yeyib-içmişik, 17 manat hesabdan qalıbdır, ödəmək istəyirəm, Kamranla danışmışdım, onu çağır, həm ona sağol deyim, həm də hesabı bağlayım” dediyini, Sənanın da “buranın müdiri mənəm, o kimdir” deyib söyüş söydüyünü, özünün də həmin vaxt Sənanla qabaq-qabağa oturduğunu, Təqsirləndirilən şəxs2 da orada barmen işlədiyini, həmin vaxt Səbuhinin orada pivə süzdüyünü, Sənana “Kamranla sizin nəsə sözünüz varsa, onun mənə aidiyyəti yoxdur, mən hesabı bağlamaq istəyirdim” dediyini, həmin söhbəti edəndə Şövqinin çöldə avtomobili işə salmağa getdiyini, Nicat ilə Teymurun da özündən 2 metr aralıda durduqlarını, hesabı bağlamağı gözlədiklərini, Sənanın da təkrar qışqıra-qışqıra “buranın müdiri mənəm” deyib Kamrana söyüş söydüyünü, həmin vaxt Şövqinin kafeyə daxil olduğunu, Şövqinin Sənanın özünə qışqırmağını gördüyünü, Şövqinin “niyə Elşənin üstünə qışqırırsan” dediyini, Sənanın da “zor edirəm” dediyini, Şövqinin də “burda müştərilər var, ayıbdır, gəl, çöldə danışaq” dediyini, Sənanın da “yaxşı” dediyini, Şövqi, özü və Teymurun çölə çıxdıqlarını, Nicatın içəridə qaldığını, çöldə Həsənqulunu gördüyünü, yanında olan şəxsləri də tanımadığını, Həsənqulunun yanında 2 nəfər tanımadığı şəxs olduğunu, Həsənqulunun Şahbuz rayonundan olduğu üçün özünü tanıdığını, Həsənqulunun “nə olub nə problem var” dediyini, Həsənquluya “gəlmişəm hesabı verəm, Sənan da bizimlə söyüşlə danışır, qışqırır” dediyini, həmin vaxt Sənanın kafedən həyətə çıxdığını, Şövqiyə “sən 3-cü dəfədir belə edirsən” dediyini, Şövqinin də “birinci ikinci nədir ki, sən məni nə tanıyırsan, bu sözü deyirsən” dediyini, Sənanın da onun qoluna girib “gəl gedək söhbət edək” dediyini, iki addım atandan sonra Sənanın yumruqla Şövqinin sağ tərəfdən gicgahından vurduğunu, Şövqinin də özünü saxlaya bilməyib yerə yıxıldığını, Şövqinin də yerdən qalxıb Sənanın üstündə getmək istəyəndə özünün sağ böyründə duran və üzünü görmədiyi şəxsin təpiklə Şövqinin qarın nahiyyəsindən vurduğunu, özü də araya girmək istəyəndə arxadan kiminsə vurduğunu, həmin şəxsi görmədiyini, vurduqları üçün üzü üstə yerə avtomobilin yanına yıxıldığını, ayağa qalxmaq istəyəndə barmen işləyən Səbuhinin durduq yerə üstünə gəlib yumruq atdığını, yumruğun başından dəydiyini, özünün də əyilib Səbuhinin ayağından yapışdığını, onun da başından yumruqla vurduğunu, Nicatın da özü ilə Səbuhini aralaşdırmaq istəyəndə böyründən təkrar təpiklə vurduqlarını, qollarının boşaldığını, Səbuhini buraxdığını, Səbuhinin də özünü buraxıb Şövqiyə tərəf getdiyini, ayağa duranda Nicatın qaçdığını, arxasınca Səbuhi və Kamranın onu qovaladıqlarını gördüyünü, Kamranın da Şövqiyə tərəf qayıtdığını, Şövqinin başına 15-20 nəfər yığışdığını, özünün də Nicat tərəfə getdiyini, Nicatın darvaza qapısından çöldə durduğunu, Səbuhinin onu yumruqla vurduğunu, Nicatın da “qardaş dalaşma” dediyini, Səbuhinin Nicatın 2-3 dəfə sifətindən yumruqla vurduğunu, Səbuhi yurmuqla vursa da, təsir eləmədiyini görüb yerdən daş götürdüyünü, əlində daşla Nicatı qovaladığını, Nicat qaçandan sonra Səbuhinin dönüb özünə daş atdığını, biraz keçəndən sonra Niva markalı avtomobil gəldiyini, Teymurun həmin avtomobilin içərisində olduğunu, özünün də həmin vaxt avtomobilə mindiyini, Nicatın da qaçıb avtomobil yoluna çıxdığını, özünün də Şövqinin harada olduğunu soruşduğunu, Teymurun da “deyəsən oradan çıxıbdır” dediyini, Şahbuza yola düşdüklərini, Şahid7 da zəng vurub “Şövqini götürmüşəm, döyülübdür, pis gündədir, xəstəxanaya aparıram” dediyini, nə olduğunu soruşduğunu, Şahid7 da “üzü başı qanın içərisindədir, sol ayağı da qırılıbdır” dediyini, Ayxana “apar Xəstəxanaya, mən də öz avtomobilimi götürüb gəlirəm” dediyini, avtomobili sürmək istəyəndə sağ ayağında arğı hiss etdiyini, sağ ayağının burxulduğunu, yeriyə bilmədiyini, özünün də Şövqiyə zəng vurduğunu, telefonuna zəng çatmadığını, Nicata zəng vurduğunu, Nicatın da “polislər gəlib, gips almalıyam, pul atın, gəl sən də izahat ver” dediyini, Nicata “ayağım arğıyır” dediyini, Nicatın təkrar “pul göndərin, gips alım” dediyini, PUB 011 adlı kafeyə heç hesabını ödəyə bilmədiyini, mübahisə zamanı 35 manat pulunun itdiyini, səbəbsiz yerə mübahisə başladığını, Sənanın çölə çıxan kimi Şövqinin qoluna girib onun qəfildən sağ gicgahından yumruqla vurduğunu, kafedə olan digər şəxslə də mübahisə qarışdıqlarını, özünü, Şövqini döydüklərini, musiqiçi Turabın da özünü araladığını, heç bir səbəb olmadığını, durduq yerə mübahisə başladığını, özlərini döydüklərini, özləri tərəfdən heç bir söyüş söyülmədiyini, sadəcə hesabı ödəyib çıxıb getmək istəyəndə Sənanın səbəbsiz olaraq Şövqiyə “üçüncüdür belə hadisə törədirsən” dediyini, onu yumruqla vurduğunu və mübahisə başladığını, Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs1 sağ gicgahından vurub yerə yıxdığını, əlində başqa kəsici-deşici alət olmadığını, mübahisə zamanı heç bir səbəb olmadan barmen işləyən Səbuhinin yumruqla başından vurduğunu, təpiklə Həsənqulunu vurduğunu, mübahisə olduğu üçün hər kəsin çölə çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində Şahid9 və Təqsirləndirilən şəxs1 PUB 011 adlı kafeni işlətdiklərini, “Riqlofka” ləqəbli Sadiqi tanıdığını, onun çuxur uşağı olduğunu, 22 aprel 2025-ci il tarixdə saat 02 radələri olanda idarə etdiyi Saipa markalı avtomobil ilə Pub 011 adlı kafenin həyətində durduğunu, Şahid5, Zərərçəkmiş şəxs1, Şahid4 və Şahid3 birlikdə kafeyə gəldiklərini gördüklərini, kafenin içərisinə keçdiklərini, özünə müştəri düşdüyünü və getdiyini, qayıdanda kafedə sakitçilik olduğunu gördüyünü, özünün də nə olduğunu soruşduğunu, Şövqinin bıçaq çıxarb Sənanın üstünə hücum etdiyini, Sənanın onu vurduğunu, onun da ayağının qırıldığını dediklərini, kafedə elə söhbət getdiyini, lakin hadisəni görmədiyini, Zərərçəkmiş şəxs2 döyülməyini görmədiyini, Şövqinin əlində bıçaq görmədiyini, amma əlində bıçaq olduğunu eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 20 aprel 2025-ci il tarixdə Şahbuz rayonu Yeni Batabat restoranında işlədiyini, toyun qurtardığını, Şövqinin idarə etdiyi avtomobilə minib birbaşa Pub 011 adlı kafeyə gəldiklərini, Şövqinin idarə etdiyi avtomobili Pub 011 adlı kafeninin girişindən 7-8 addım qabaqda saxladığını, avtomobildən düşüb kafeyə keçdiklərini, kafenin içərisində baş tərəfdə musiqiçi tərəfdən 3-cü stolda əyləşdiklərini, ortaya çay dediklərini, ofisant İlahənin “Şövqi, ortalığa çay set qəlyanla birlikdə verilir” dediyini, onların da çayın qiymətinin baha olduğunu düşünüb çay içməyib getməyə qərar verdiklərini, Elşənin kassaya yaxınlaşdığını və hesabdan qalan 17 manat pulu ödəmək istədiyini, özünün də Elşəndən bir-iki metr arxada durduğunu, Şövqinin də həmin vaxt çöldə olduğunu, avtomobili işə salmağa getdiyini, Teymurun da onun yanında durduğunu, Elşən kassaya pulu verəndə, kassirə “mən Kamranla danışmışam, ona de borcu ödəməyimi bilsin” dediyini, Sənanın da “Kamran kimdir, qələt edir, buranın müdiri, sahibi mənəm” dediyini, həmin vaxt Şövqinin içəri gəldiyini, Sənanın söyüşlü danışmağını eşitdiyini və “bu nə cür danışıqdır, bizimlə danışırsan” dediyini, Sənanın da “əcəb edirəm” dediyini, Sənanın üstdən gəlmişlik edib, özünü “borzu” aparırdığını, Şövqinin də “burada adam çoxdur, çölə çıxıb sakitçilikdə söhbət edək” dediyini, Elşən, Şövqi və Teymurun kafedən çölə çıxdıqlarını, Sənan da çölə çıxmaq istəyəndə dava eləmək istədiyini hiss etdiyini, özünün də Sənanın qabağına keçdiyini və “qardaş lazım deyil, etmə” dediyini, Sənanın da əli ilə onu kənara itələyib çölə çıxdığını, Şahid6 da içəridə durduğunu, olanları gördüyünü, özünün də Həsənquluya “biz nə hörmətsizlik etdik ki, bunlar belə hərəkət edir, bizimlə davam eləmək istəyirlər” dediyini, Həsənqulunun da “nəbilim, bilmirəm” dediyini, onunla söhbət edə-edə çölə çıxanda kassada oturan Sənanın Şövqinin sağ tərəfi ilə gedən zaman yumruqla Şövqinin sağ gicgahından vurduğunu, Şövqinin yerə yıxıldığını gördüyünü, həmin vaxt orada olan 10-15 nəfər şəxsin Şövqinin üstünə düşdüyünü, Şahid8 və Şahid9 Şövqinin başına yığışıb onu döydüklərini, kafedə barmen işləyən Səbuhinin orada park vəziyyətində olan avtomobil yanında Elşənin başını aşağı əyib başından yumruqla vururduğunu, özünün də Elşənə kömək eləmək istədiyini, Elşəni kənara çəkəndə Səbuhinin onu bir neçə dəfə yumruqla vurduğunu, özünün də dönüb Şövqiyə tərəf gedib ona köməklik etmək istəyəndə Şahid8 və onun yanında olan kök balaca boy qara oğlanın onu yumruqla sifətindən, sinəsindən vurub onu geri qaytardıqlarını, Şövqiyə kömək eləməyə qoymadıqlarını, Şövqiyə kömək edə bilmədiyini, yola tərəf çıxdığını, həmin vaxt mübahisə edən şəxslərin ürəklərinin soymadığını, kim gəldi döydüklərini, toydan çıxıb getdikləri üçün Şövqidən başqa hamının kostyum geyindiyini, orada fərqləndiklərini, qapıdan çıxanda Səbuhinin ona tərəf gəldiyini, yanında bir şəxs olduğunu, lakin onu tanımadığını, Səbuhinin ona təkrar yumruq atdığını, onun çəkildiyini, Səbuhinin yerdən daş götürüb daşı əlində tutub yumruğu ilə onu vurmaq istədiyini, onun da əlində daş olduğunu görüb, yola tərəf qaçdığını, həmin vaxt Səbuhinin onu daşladığını, O, yola çıxanda X18 avtomobilini sürdüyünü gördüyünü, onu avtomobildə gətirdiyini, Şövqinin ayağı qırıldığını, köynəyinin cırıldığını, üst–başının qan olduğunu, Şövqinin arxa salonda uzandığını, onu yoldan götürdüklərini, birlikdə xəstəxanaya getdiklərini, Teymur və Elşənin ayrı avtomobillə çıxıb getdiklərini, Naxçıvan MR Xəstəxanasında olanda polis əməkdaşlarının gəldiklərini, sorğu sual edəndən sonra Zərərçəkmiş şəxs1 şikayət ərizəsi yazdığını, səbəbsiz yerə mübahisə başladığını, Elşənin kassaya pulu vermək istədiyini, Elşənin Sənana “17 manat borcu verirəm, Kamranla danışmışdım, ona de xəbəri olsun” dediyini, Sənanın da heç bir söz olmadan Kamranı söyməyə başladığını, söyüşlə danışmağa başladığını, Şövqi də nə üçün söyüş söydüyünü soruşanda “zor eləmişəm” dediyini, üstəngəlmişlik etdiyini, Şövqinin içəridə onunla mübahisə etmək istəmədiyini, çölə çağırdığını, Sənanın da çölə çıxdığını, Şövqinin qoluna girib onun gicgahından yumruqla vurduğunu, onun yıxıldığını, mübahisənin başladığını, mübahisə zamanı da kimin kimi vurduğunun bilinmədiyini, aranın çox qarışdığını, mübahisəni Sənanın başlatdığını, durduq yerə söyüş söydüyünü, sonra da Şövqini yumruqla vurduğunu, mübahisə başladığını, Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs1 sağ gicgahından vurub yerə yıxdığını, təpiklə vurduğunu, əlində başqa kəsici-deşici alət olmağını görmədiyini, mübahisə zamanı Səbuhi, Kamran və balacaboy qara dolu oğlan olduğunu, onların onu vurduğunu, özlərinin dörd nəfər olduğunu, Tural, Sənan, Kamran Həsənqulu, Səbuhinin orada olduğunu, Tural və Ayxanın orada olduğunu, tanımadığı əlavə 10-15 nəfər şəxsin olduğunu, kafeni işlədən şəxslər, musiqiçilər, ofisant qızların orada olduğunu, mübahisə olduğu üçün hər kəsin çölə çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində 20 aprel 2025-ci il tarixdə saat 21 radələri olanda Tamara ilə birlikdə evdə olduğunu, Tamaranın özünə “Kamran ilə Tural bizim evə gəlirlər, birlikdə viski içəcəyik” dediyini, özünün də “gəlsinlər” dediyini, özünün də həmin vaxt Tamara ilə 4 yoldakı 9 mərtəbədə tutduqları kirayə evdə yaşadıqlarını, başqa heç kimin yanlarında qalmadığını, bir qədər keçəndən sonra Kamran ilə Turalın yaşadıqları evə gəldiklərini, onların ikisinin gəldiklərini, özləri ilə “Jemsin” adlı viski gətirdiklərini, əlavə də olaraq meyvə aldıqlarını, oturub viski içib deyib güldüklərini, Tural ilə həmin günü sevgili olduqlarını, onlarla bir-iki saat oturduqlarını, sonra durub getdiyini, bir də səhər gəldiyini, başqa nə söhbət olduğunu bilmədiyini, evdən çıxanda Tamara, Kamran və Turalın evdə qaldığını, səhərisi gün saat 12 radələrində evə gəldiyini, Tamaranın evdə yatdığını, evdə başqa heç kəsin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində “Riqlofka” ləqəbli Sadiqi tanıdığını, pivəxanalardan tanıdığını, hansı stolda gəldi oynadığını, əqli zəifliyi olduğunu, 5 manat verib cimi mahnısını oynatdıqlarını, onunla heç bir münasibəti olmadığını, həmin zaman əmioğlusu İsmayılın Bakı şəhərindən gəldiyini, Məğrurgilin həyətində oturub bir araq içdiklərini, sonra dostu İsmayılın zəng vurduğunu, onların danışdıqlarını, sonra onları da Pub 011 adlı kafeyə dəvət etdiklərini, Pub 011 adlı kafeyə getdiklərini, İsmayılı çağıran şəxsin hind mahnısı oynadığını gördüklərini, onların onunla oturmadıqlarını, ayrıca oturduqlarını, Məğrur, İsmayıl və onun birlikdə oturduqlarını, stola pivə dediklərini, onun 3 bakal pivə içəndən sonra özünü bilmədiyini, 31 mart 2025-ci il tarixdə saat 01 radələrinə qədər PUB kafedə oturub pivə içdiklərini, sonrasını xatırlamadığını, nə qədər pivə gəlibsə içdiklərini, sayını bilmədiklərini, İsmayılın döyülməyini xatıramadığını, onun heç kimlə mübahisə etmədiyini, İsmayılın necə döyülməyini bilmədiyini, kim vurduya getdiyini, sərxoş olduğundan xatırlamadığını, özü ilə danışdığını, mübahisə olduğunu, vurduqlarını, lakin kimin vurmağını bilmədiyini, özünün xəsarət almadığını bildirmişdir. Şahid13 23 dekabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilmədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid13 ifadəsində 21 aprel 2025-ci il tarixdə gecə saat 04 radələrində Şahid3 vhatsappdan zəng vurduğunu, lakin yatdığı üçün eşitmədiyini, səhər yuxudan oyanandan Elşənin özünə zəng vurduğunu, Elşən də “dünən zəng vurdum, açmadın, dünən PUB 011 adlı kafedə bizi döyüblər, sənə zəng vurdum açmadın” dediyini, özünün də Elşəngilə getdiyini, Elşəni götürdüyünü, Elşənin “hamımızı döyüblər” dediyini, Şövqinin də ayağının qırıldığını, Naxçıvan şəhərinə gəldiklərini, 4 yola çatanda 102-yə zəng vurub “Zərərçəkmiş şəxs1 orada döyüblər” dediyini, 102-yə zəng vurmaqda məqsədinin Elşənlə birlikdə səhər-səhər kafeyə getdiyindən, polisin məlumatı olmağı, Pub 011 adlı kafedə işləyənlə özlərini şərləməməyi, birlikdə kafeyə getdiklərindən məlumatlarının olması, polisin gəlib məsələni aydınlaşdırmağı olduğunu, kafeyə getdiklərini, kafedə bir yaşlı kişi olduğunu, başqa heç kəsin olmadığını, həmin kişidən buranın kamerasının işləyib-işləmədiyini soruşduqlarını, o kişinin də “xəbərim yoxdur” dediyini, 1-ci PB-dən zəng gəldiyini və ora dəvət edildiyini, Şövqinin də xəsarət aldığından xəstəxanada yatdığını, özünün də Elşən və Nazim əmi ilə birlikdə 1-ci Polis Bölməsinə getdiyini, hadisə yerində olmadığını, hadisəni özünə səhər Elşənin dediyini bildirmişdir. Şahid5 23 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək 1(078)-74/2025 nömrəli cinayət işi üzrə şahid qismində xx.xx.2026-cı il tarixə iclasa çağırıldığını səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, istintaq dövründə verdiyi ifadəni və fikirlərini dəyişmədiyini, məhkəməyə təqdim edəcək əlavə sübutu olmadığını, iştirak etməmə səbəbinin üzrlü sayılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ifadəsində Şahid8, Şahid9, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rahim oğlunu əvvəlcədən tanımadığını, Pub 011 adlı kafeni işlətdiklərini, onlarla heç bir münasibəti olmadığını, hadisədən sonra onları tanıdığını, Şahid6 əvvəlcədən tanıdığını, Faytonçu kafedə işləyən zaman tanış olduqlarını, Zərərçəkmiş şəxs1 ilə həmyerli olduğunu, uşaqlıqdan tanıdığını, dost olduqlarını, onların yanında böyüdüyünü, Şahid4 və Şahid3 ilə dost olduqlarını, münasibətləri olduqlarını, 21 aprel 2025-ci il tarixdə Şahbuz rayonu Yeni Batabat restoranında işlədiklərini, toyun qurtardığını, Şövqinin idarə etdiyi Daevoo Sentra markalı avtomobilə mindiklərini, birbaşa Pub 011 adlı kafeyə gəldiklərini, Elşənin kafeyə borcu olduğunu, onu ödəmək istədiyini, Şövqinin idarə etdiyi avtomobili Pub 011 adlı kafeninin girişindən 7-8 addım qabaqda saxladığını, avtomobildən düşüb kafeyə keçdiklərini, kafenin içərisində baş tərəfdə musiqiçi tərəfdən 3-cü stolda əyləşdiklərini, ortaya çay demək istədiklərini, ofisant İlahənin “Şövqi, ortalığa təkcə şay vermirik, çay qəlyanla birlikdə verilir” dediyini, onların da çayın qiymətinin baha olduğundan çay içməyib getməyə qərar verdiklərini, Elşənin kassaya yaxınlaşdığını və hesabdan qalan 17 manat pulu ödəmək istədiyini, özünün də qapının yanında Nicatla birlikdə durduğunu, Şövqinin də həmin vaxt çöldə olduğunu, avtomobili işə salmağa getdiyini, Elşənin kassaya pulu verəndə, kassirə “Kamranla danışmışam, ona de borcu ödəməyimi bilsin” dediyini, Sənanın da “Kamran kimdir, qələt edir, buranın müdiri, sahibi mənəm” dediyini, uca səslə Kamranı söydüyünü, ondan 3-4 metr uzaqda olsa da, Sənanın söyüşünü eşitdiyini, Onların dördünün də ayıq olduğunu, spirtli içki qəbul etmədiklərini, həmin vaxt Şövqinin içəri gəldiyini, Sənanın söyüşlü danışmağını eşitdiyini və “bu nə cür danışıqdır, niyə əsəblə danışırsan, belə danışmağına səbəb nədir” dediyini, Sənanın da “bu sənin üçüncü hərəkətindir” dediyini, Şövqinin də “mən birdən ikiyə nə etmişəm, gəl çöldə danışaq, içəri səs küydür, müştərilər oturub niyə narahat olsun” dediyini, Elşən, Şövqi və onun kafedən çölə çıxdıqlarını, Nicatın içəridə qaldığını, bir qədər sonra Nicatın Sənanla birlikdə kafedən çıxdığını, Həsənqulunun da Elşəni kənara çəkib söhbət etdiyini, orada olan şəxslərin sayının çox olduğunu, orada olan şəxsləri saymağın mümkün olmadığını, kafedən çıxanın onların üstlərinə gəldiyini, kassada oturan Sənanın Şövqinin sağ tərəfdən qoluna girib gedən zaman yumruqla Şövqinin sağ gicgahından vurduğunu, Şövqinin yerə yıxıldığını, Şövqinin də ayağa durub nə üçün vurduğunu soruşmaq istədiyini, lakin orada olan şəxslərin Şövqinin üstünə töküldülərini, Şahid8 və Şahid9 Şövqinin başına yığışdıqlarını, Həsənqulunun da Elşənin arxasında təpiklə vurduğunu, Elşənin yerə yıxıldığını, Nicatın Elşənə tərəf getdiyini, Elşəni həmin vaxt Səbuhi və başqa şəxsin vurub döydüyünü, Nicatın onları araladığını, sonra Şövqiyə tərəf gedəndə riski geri qayıtdığını, orada Nicatı pis vurduqlarını, mübahisənin elə olduğunu, Şövqinin yanına gedib çıxa bilmədiklərini, sonra tanışları Nihadın gəldiyini, Niva markalı avtomobili saxladığını, onun avtomobilinə mindiyini və “vəziyyət pisdir, gəl buradan çıxaq” dediyini, avtomobilə minəndə Elşən və Nicatın darvaza qapısından çıxdıqlarını, Barmen Səbuhinin də onların ardınca çıxdığını, Nihadın onları oradan çıxardığını, sonra Elşəni yoldan götürdüklərini, Sonra Şahbuz rayonuna getdiklərini, Elşənin Naxçıvan şəhərinə qayıtmaq istədiyini, Elşənin də “ayağım arğıyır, gedə bilməyəcəm” dediyini, Nicatın da əlavə olaraq gips üçün pul istədiyini, özünün da pulu verdiyini, Şövqinin vəziyyətini soruşduğunu, Şövqinin ayağının sındığını, səbəbsiz yerə mübahisə başladığını, Elşənin kassaya pulu vermək istədiyini, Elşənin Sənana “17 manat borcu verirəm, Kamranla danışmışdım, ona de xəbəri olsun” dediyini, Sənanın da heç bir söz olmadan Kamranı söyməyə başladığını, söyüşlə danışmağa başladığını, Şövqi də nə üçün söyüş söydüyünü soruşanda onun “zor eləmişəm” deyib, üstəngəlmişlik etdiyini, Şövqinin içəridə onunla mübahisə etmək istəmədiyini, çölə çağırdığını, Sənanın da çölə çıxdığını, Şövqinin qoluna girib onun gicgahından yumruqla vurduğunu, onun yıxıldığını, mübahisənin başladığını, mübahisə zamanı da kimin kimi vurduğunun bilinmədiyini, aranın çox qarışdığını, mübahisəni Sənanın başlatdığını, durduq yerə söyüş söydüyünü, sonra da Şövqini yumruqla vurduğunu, mübahisə başladığını, Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs1 sağ gicgahından vurub yerə yıxdığını, təpiklə vurduğunu, əlində başqa kəsici-deşici alət olmadığını, görmədiyini, mübahisə zamanı onu kimsə vurmadığını, xəsarət almadığını, onların dörd nəfər olduqlarını, Tural, Sənan, Kamran Həsənqulu və Səbuhinin orada olduqlarını, Turab və Ayxanın da orada oldularını, tanımadığı əlavə 10-15 nəfər şəxs var olduğunu, kafeni işlədən şəxslər, musiqiçilər və ofisant qızların da orada olduğunu, mübahisə olduğu üçün hər kəsin çölə çıxdığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində adı Səidə olsa da, İlahə kimi tanıdıqlarını, Şövqinin də adını İlahə olaraq bildiyini, hər kəsin özünü İlahə adı ilə tanıdığını, Şahid8, Şahid9, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıdığını, Pub 011 adlı kafedən tanış olduqlarını, Zərərçəkmiş şəxs1 müştəri kimi 2024-cü ilin noyabr ayında tanıdığını, onunla münasibəti olduğunu, Şövqinin Bakı şəhərindən gələndən ayağının qırıq olduğunu, özü ilə münasibətdə olanda axsadığını, Şövqidən “sən niyə axsayırsan” deyə soruşduğunu, Şövqinin də “Bakı şəhərində olanda polisdən qaçanda avtoqəzaya düşmüşəm və ayağım qırılıbdır’’ dediyini, ayağında mil olduğunu dediyini, şəkillərinə kimi göstərdiyini, ayağındakı milin dəyişiləcəyinib dediyini, Şövqi ilə bir-iki dəfə görüşdüyünü, Şahid4, Şahid5 və Şahid3 Şövqiyə görə tanıdığını, onları müştəri kimi tanıdığını, onlarla arasında ədavət, düşmənçilik olmadığını, 21 aprel 2025-ci il tarixdə gecə saatları olanda Şövqinin zəng vurub “yer saxla gəlirəm” dediyini, özünün də onlara masa 6-da yer saxladığını, bir qədər keçəndən sonra Şövqinin yanında olan 6-7 nəfər şəxslə ora gəldiklərini, Şövqigilin stola oturduqlarını, 6-7 nəfər şəxs olduqlarını, özündən çay istədiklərini, özünün də “sadə çay vermirik, set verə bilərəm” dediyini, Şövqinin də “sadə çay istəyirik” dediyini, özünün də onlara sadə çay gətirdiyini, Şövqiyə “spirtli içki içirsən” dediyini, Şövqinin də “toydan gəlirəm, vəziyyətim yaxşıdır” dediyini, Şövqigilin durub kassaya yaxınlaşdıqlarını, Şövqinin yanında olan 6-7 nəfər şəxsin orada olduğunu, Sənanın da həmin kassada oturduğunu, Səbuhinin barmen olduğunu, Şövqinin Sənana “gəl çıxaq çölə söhbət edək” dediyini, Sənanın da “gəlirəm, qardaşım” dediyini, Şövqi ilə Sənanın qapıdan çölə çıxdıqlarını, özünün də onlara baxdığını, Şövqinin əlini belinə atdığını, Sənanın da Şövqini əli ilə vurduğunu və “məni vurmaq istəyirsən” dediyini, Şövqinin əlində bıçağı görmədiyini, əlini belinə aparmağını gördüyünü, həmin vaxt Səbuhinin gəlib Şövqini əli ilə vurduğunu, Şövqinin də yerə yıxıldığını, Şövqi yerə yıxılanda “ayağım qırıldı, ayağım qırıldı” dediyini, hadisə yerində olan müştərilərin onu yerdən qaldırdıqlarını, Sənanın da “ona su gətirin və verin” dediyini, ondan sonra içəri keçdiyini, başqa da olanları görmədiyini, Şövqi əlini belinə aparanda Sənanın Şövqini əli ilə vurduğunu, sonra Səbuhinin gəldiyini, Şövqini əli ilə vurub itələdiyini, Şövqinin də yerə yıxıldığını, Şövqinin ayağının altında qaldığını, “ayağım qırıldı” deyə qışqırdığını, Sənan və Səbuhidən başqa onu heç kimin döymədiyini, yerdə onu heç kəsin vurmadığını, döymədiyini, kütləvi dava olmadığını, Şövqinin dostlarının dalaşmadıqlarını, Şövqi yerə yıxılanda qaçıb getdiklərini, Sənan və Səbuhinin onu vurduğunu, Şövqini mübahisə zamanı Sənanın əli ilə vurub itələdiyini, sonra Səbuhinin onu vurub itələdiyini, Şövqinin yerə yıxıldığını, Şövqinin ayağının altında qaldığını, Şövqinin də “ayağım qırıldı" dediyini, Şövqinin əlini belinə aparanda Sənanın onu vurduğunu, lakin Şövqinin əlində bıçağı görmədiyini, Şövqini əvvəlcədən tanıdığını və üstündə həmişə bıçaq olduğunu bildiyini, Şövqi əlini belinə aparanda Sənanın onu vurub itələdiyini və geri çəkildiyini, Səbuhinin də gəlib Şövqini vurduğunu və itələdiyini, Şövqinin geriyə getdiyini, ayağının altında qaldığını və “ayağım qırıldı” dediyini, Şahid8 və Şahid9 hadisə zamanı kafedə olmadıqlarını, Şahid8 və Şahid9 hadisə ilə əlaqəsi olmadığını, heç nədən xəbərləri olmadığını, hadisə zamanı Sənan və Səbuhinin hadisə yerində olduqlarını, X13 dalaşdığını gördüyünü, Səbuhinin gəlib Şövqini vurub itələdiyini, Şövqinin yerə yıxıldığını, hadisə yerində Sənan və Səbuhinin başqa heç kəsi döymədiklərini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ifadəsində xx.xx.2025-ci il tarixdə saat 01 radələrində dostu Teymur və həmyerliləri, Elşən, Nicat və Zərərçəkmiş şəxs1 ilə birlikdə Naxçıvan şəhəri dairəvi yolun kənarında yerləşən Pub 011 kafesinə getdiklərini, Elşənin həmin kafeyə əvvəlcədən 17 manat borcu olduğu üçün həmin kafeyə getdiklərini, kafeyə çatıb zala keçib girişdən sol tərəfdəki masada əyləşib çay sifariş verdiklərini, lakin ofisiantın təkcə çayın verilmədiyini və çay setinin verildiyini bildirdiyini, sifarişi ləğv etdiklərini və masadan durduqlarını, Elşənin “mən kassaya yaxınlaşıb borcumu ödəyəcəyəm” dediyini, Elşənin gedib kassada əyləşən balaca boy və saqqallı sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 yaxınlaşdığını və borcunu ödəmək istədiyini, həmin vaxtı həmyerliləri ilə zalda giriş qapısının yanında dayandıqlarını, Şövqinin də kafenin həyətində qapının ağzında dayandığını, Elşənin Sənana “mən dünən burada başqa bir adamla danışmışdım və borcumu ona ödəyəcəkdim” dediyini, Sənanın da Elşənə “sən borcunu mənə ödəməlisən” dediyini, Elşənin də Sənana “mən borc məsələsini səninlə danışmamışam” dediyini, bu zaman onların arasında sözlü mübahisə baş verdiyini, mübahisə zamanı səs-küyə Şövqinin içəri daxil olub Sənandan nə üçün çığırdığını soruşduğunu, həmin vaxtı onların arasında sözlü mübahisə baş verdiyini, lakin zalda musiqi olduğundan onların nə üçün mübahisə etdiyini bilmədiyini, mübahisə zamanı kafenin işçilərinin Sənanı tutub saxladıqlarını, Şövqinin də həmin vaxtı kafedən həyətə çıxdığını, özlərinin də onun ardınca çıxdıqlarını, bu zaman Sənanın da həyətə çıxdığını, Şövqi ilə söhbət etmək üçün həyətdə olan besetkanın yanına getdiklərini, uşaqlarla birlikdə kənarda dayandıqlarını, bu zaman Sənanın gedə-gedə qəfildən yumruqla Şövqinin üzündən vurduğunu, Şövqinin də yerə yıxıldığını, Sənanın onu yerdə döyməyə başladığını, bu zaman ətrafda olan tanımadığı şəxslərin Sənanın yanına getdiklərini, onların içərisində Şövqini yerdə döyənlər də, aralaşdıranlar da olduğunu, lakin onların heç birini tanımadığını, bu zaman özünün də dostları ilə birlikdə tez onların yanına gedib aralaşdırmaq istədiklərini, lakin orada adam çox olduğundan aralaşdıra bilmədiklərini, Şövqinin də yerdə uzandığı vəziyyətdə ola-ola onu döydüklərini, bu zaman tanımadığı uca boy qaraşın bir oğlanın gəlib köməlik etdiyini və onları aralaşdırdıqlarını, Şövqinin də yerdə olduğunu, həmin vaxtı sol ayağı sındığı üçün ayağa dura bilmədiyini, özünün də bu zaman dostlarından kömək istədiyini, lakin ətrafa baxanda onların hamısının oradan çıxıb getdiyini, həmin tanımadığı oğlanla birlikdə Şövqini yerdən götürüb avtomobilinə mindirdiklərini və həmin oğlanın çıxıb getdiyini, özünündə Şövqinin avtombilini idarə edib Naxçıvan MR Xəstəxanasına tərəf yola düşdüyünü, dairəvi yolda Faytonçu kafesinin yanından keçəndə Nicatın yolda piyada getdiyini gördüyünü, Nicatın görüb əli ilə işarə etdiyini, özünün də avtomobili saxlayıb Nicatı avtomobilə mindirdiyini, Şövqini Naxçıvan MR Xəstəxanasına apardıqlarını, Sənan Elşənlə mübahisə edib onun üzərinə çığırdığı üçün Şövqinində gəlib Sənana nə üçün Elşənlə mübahisə etdiyini dediyini, buna görə onların arasında mübahisə baş verdiyini, mübahisə zamanı birinci Sənanın Şövqini vurduğunu, Sənan Şövqini vurduqdan sonra ətrafda olan tanımadığı bir neçə nəfərin də gedib Sənanla birlikdə Şövqini döydüklərini, Şövqini döyən digər şəxsləri tanımadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid10 ifadəsində Şahid8, Şahid9 və Təqsirləndirilən şəxs1 tanımadığını, onlarla heç bir münasibəti olmadığını, Şahid11 və Zərərçəkmiş şəxs2 dayıoğlusu olduğunu, 30 mart 2025-ci il tarixdə saat 23 radələrində PUB 011 adlı kafeyə getdiyini, Şahid11 və Zərərçəkmiş şəxs2 yanında olduğunu, Sadiqin də ora tək gəldiyini, birlikdə 3-cü masada oturduqlarını və pivə içdiklərini, “Riqlofka” ləqəbli Sadiqin öz oturduğu stola yaxınlaşdığını və əlində pivə olduğunu, Sadiqin ağzına gələni dediyini, nəsə dediyini, lakin başa düşmədiyini, özünün də ayağa qalxdığını, “nə deyirsən” deyə soruşduğunu, onun da söyüş söydüyünü, mahının səsindən nə dediyini eşitmədiyini, həmin vaxt kafeni işlədənin ağ rəngli köynək geyindiyini, Şahid8 gəlib “Riqlofka” ləqəbli Sadiqi təpiklə vurduğunu, onu yerə yıxdığını, sonra kafenin içərisindən onu qovaladığını, bu məsələyə görə hadisə yerinə polis əməkdaşlarını çağırdıqlarını, özünün də qohumları ilə birlikdə çölə çıxdıqlarını, polis əməkdaşlarının gəldiklərini, dayıoğlusu Zərərçəkmiş şəxs2 axsadığını, İsmayılın ayağında implant olduğunu, onun sümüklərində çürümə getdiyini, “niyə polis çağırıbsınız, polisə kim məlumat vermişdir" deyib narazıçılıq etdiklərini, Polis əməkdaşlarının da orada olanda dava düşdüyünü, həmin vaxt kafeni işlədən Sənanın yumruqla Zərərçəkmiş şəxs2 sifətindən vurduğunu, sonra özünün də ora gəldiyini, nə olduğunu soruşduğunu, həmin vaxt orada olan digər şəxslərlə mübahisə başladığını və ara qarışdığını, heç bir səbəb olmadan özünü də vurduqlarını, özünü vuran şəxsi görmədiyini, bilmədiyini, polis əməkdaşların yanında mübahisə getdiyini, kafenin qapısının ağzında mübahisə olduğunu, həmin vaxt kafenin içərisində müştərilər də olduğunu, bir qədər keçəndən sonra hadisə yerinə digər polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə baxış keçirdiklərini, sonra da özlərini Naxçıvan ŞPİ-nin 1-ci PB-nə dəvət etdiklərini, konkret olaraq Zərərçəkmiş şəxs2 Sənanın vurduğunu, kamera görüntülərindən də aydın olduğunu, Sənan ilə İsmayılın orada mübahisə etdiklərini, polis gəldiyindən, İsmayılın da narazçılıq etdiyini, “niyə polisi çağırımsınız” dediyini, mübahisə zamanı öz gözünün altından vurduqlarını, lakin kimin xəsarət yetirməyini bilmədiyini, hadisə yerində olan şəxslərdən heç kəsi tanımadığını, birinci dəfə idi o kafeyə getdiyini, Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşadığını, Bakı şəhərindən toya gəldiyini, axşam həmin kafeyə yemək-içmək üçün getdiklərini, sonra da mübahisə olduğunu, “Riqlofka” ləqəbli Sadiqin əqli zəifliyi olduğunu, kafedə nə etdiyini bilmədiyini, müştərilər narahat olmasın deyə onu kafenin sahiblərindən birinin vurub çölə çıxardığını, mübahisə zamanı Şahid11 döyülmədiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid15 ifadəsində iş yoldaşı əməliyyat müvəkkili Səyyad Babayevlə birlikdə xidmətdə olduqlarını, PUB 011 adlı kafedə baş vermiş hadisə ilə bağlı istintaq-əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getdiklərini, Şahid8, Şahid9, Təqsirləndirilən şəxs1, Şahid10 və Zərərçəkmiş şəxs2 tanımadığını, onlarla heç bir münasibəti olmadığını, hadisə yerində olan zaman Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 çöldə söhbət etdiklərini, söhbət zamanı Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs2 sifətindən vurduğunu gördüyünü, onun da burnunun qanadığını, sonra həmin hadisəni törədən şəxsləri və digərlərini Naxçıvan ŞPİnin 1-ci PB-nə göndərdiklərini, hadisə yerinə baxış keçirildiyini, baxış zamanı hadisənin video görüntülərinin götürüldüyünü, video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs2 sifətindən vurduğunun müəyyən olunduğunu, mübahisə zamanı Məğrurun xəsarət almasını görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 17 yanvar 2026-cı il tarixli ərizədə Təqsirləndirilən şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 17 yanvar 2026-cı il tarixli ərizədə Təqsirləndirilən şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 23 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək dərslə əlaqədar olaraq bundan sonrakı proseslərdə iştirak edə bilməyəcəyini, istintaq müddətində verdiyi ifadəsini təsdiq etdiyini və heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis kiçik leytenantı Kətən Kətənli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 03:10-da Naxçıvan şəhəri, Hərbi şəhərcik 1, ev 37, mənzil 22-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 +**********42 mobil nömrəsindən AR DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək 3-cü qrup əlil olduğunu, özünün və 2 dostunun PUB 011 kafesində işçilər tərəfindən döyülməsini bildirmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 16 aprel 2025-ci il tarixli, 196 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər burun sümüyünün sınığı ilə müşayiət olunan burun və burunətrafı yumuşaq toxumaların qançır halında şişkinliyi, hər iki almacıq nahiyyəsinin qançırları və burun əsasının sıyrığı bərk küt əşya burun sümüyünün sınığı ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumaların (əşyalar) təsirindən törənmişlər, eləcə də mübahisə nəticəsində yarana bilərdilər, müddəti təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcələrinə görə burun sümüyünün sınığı ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumaların qançır halında şişkinliyi ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olub, hər iki almacıq nahiyyəsinin qançırları və burun əsasının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 29-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 56-57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə HKpb-216/25 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis mayoru Orxan Rzayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 12:11-də Şahbuz şəhər 28 may küçəsi 14/4-də yaşayan 1999-cu il təvəllüdlü Şahid13 ********** mobil nömrəsindən AR DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək xx.xx.2025-ci il tarixdə dostu X9 PUB-011 kafesində döyülməsi barədə məlumat vermişdir. Məlumat 1-ci X14 barədə Rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyat kitabına işlənmişdir. (cild İ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 30 aprel 2025-ci il tarixli, 240 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol ayaq topuq sümüklərinin qapalı, yerdəyişmiş sınığı, başın alın nahiyyəsinin, sol qulaqarxası nahiyyəsinin, burun əsasının sıyrıqları və sağ yanaq nahiyyəsinin iç səthinin selikli qişasının qansızması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol ayaq topuq sümüklərinin qapalı, yerdəyişmiş sınığı sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, başın alın nahiyyəsinin, sol qulaqarxası nahiyyəsinin, burun əsasının sıyrıqları və sağ yanaq nahiyyəsinin iç səthinin selikli qişasının qansızması isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 108-109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2025-ci il tarixli şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə şübhəli bilinən xx.xx.1994-cü il tarixdə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuş, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanmış və olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilmişdir. (cild İ, iş vərəq 143-144) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2025-ci il tarixli şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə şübhəli bilinən xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmış və olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilmişdir. (cild İ, iş vərəq 151-152) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2025-ci il tarixli şəxsin şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 176) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2025-ci il tarixli şəxsin şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 237) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli şübhəli şəxsin X15 azad olunması və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri haqqında qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 Naxçıvan MR DİN-nə bilavasitə tabe olan MSY-dən azad olunaraq barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş vərəq 19-21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri yeni məzmunda yenidən ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 40-41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ, iş vərəq 54-55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 189-190) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2025-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə cinayət işi üzrə Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmışdır. (cild İİ, iş vərəq 222-223) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2025-ci il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə mülki iddiaçı qismində tanınmışdır. (cild İİ, iş vərəq 228-229) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələrindən həmin Məcəllənin 127.2.3, 128 və 221.2.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. (cild İİİ, iş vərəq 41-42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild İİİ, iş vərəq 44-46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild İİİ, iş vərəq 58-60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 04 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. (cild İİİ, iş vərəq 73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 426 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrotik reaksiya” psixi xəstəliyi olmuşdur. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. (cild İİİ, iş vərəq 87-90) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 425 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi patologiyası olmamışdır. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. (cild İİİ, iş vərəq 92-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Naxçıvan ŞPİ-də istintaq olunmuş ********* nömrəli cinayət işinə Naxçıvan şəhər məhkəməsində baxılmış və xx-xx-2024-cü il tarixdə həmin cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam vermişdir. (cild İİ, iş vərəq 184) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İİ, iş vərəq 186) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, 501 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Naxçıvan şəhəri, Tumbul kəndində yaşayır. (cild İİİ, iş vərəq 98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə Naxçıvan şəhəri, Tumbul kəndində yaşayır. Abdullayev X1 yaşadığı müddətdə nümayəndəliyə şikayət daxil olmamışdır. (cild İİİ, iş vərəq 99) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, 669 nömrəli arayışdan görünür ki, Həsənov X7 şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. (cild İİİ, iş vərəq 101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, 670 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X11, qızı Orucova (Həsənova) Nuridə Sənan qızı (2020) və qızı X21 (2023) adlı ailə üzvləri var. (cild İİİ, iş vərəq 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddətdə özünü işgüzar və bacarıqlı bir vətəndaş kimi aparmışdır. (cild İİİ, iş vərəq 103) İş üçün əhəmiyyətli olduğundan 31 mart 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçilərinin iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış 6 video-görüntünün olduğu müəyyən olunur, kafenin qarşısında dava düşdüyü, dava düşən zaman orada olan bir nəfər şəxsin üzbəüz dayandığı şəxsin sifətindən yumruqla vurduğu və dava düşdüyü görünür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş üç cinayəti törətdiyindən və həmin cinayətlərin heç birinə görə məhkum olunmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən qismən toplanmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Naxçıvan Şəhər Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 1(078)-74/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunması, cinayət işi üzrə icraatın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tapılanadək dayandırılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmış və qərarın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilmişdir. 28 noyabr 2025-ci il tarixdə Naxçıvan şəhər Polis İdarəsinin 23 noyabr 2025-ci il tarixli, 3-13-43-6/2-32866/25 nömrəli məktubu Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, barələrində axtarış qərarı verilmiş Naxçıvan şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Babək rayon Yarımca kəndi ərazisində tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin 01 dekabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasının 25 noyabr 2025-ci il tarixli, 3-16-33-12-7/2- 1487/2025 nömrəli məktubu Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-74/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qərarına əsasən həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, axtarış elan olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq 24 noyabr 2025-ci il tarixdə istintaq təcridxanasına gətirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Təqsirləndirilən şəxs1 29 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 23 noyabr 2025-ci il tarixdən 04 mart 2026-cı il tarixədək həbsdə saxlanıldığı müddət olan 102 (bir yüz iki) gün müddət olmaqla ümumilikdə 103 (yüz üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 206 (iki yüz altı) gün, yəni 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki cinayəti törətdiyindən və həmin cinayətlərin heç birinə görə məhkum olunmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən qismən toplanmaqla ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs2 29 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 23 noyabr 2025-ci il tarixdən 04 mart 2026-cı il tarixədək həbsdə saxlanıldığı müddət olan 102 (bir yüz iki) gün müddət olmaqla ümumilikdə 103 (yüz üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 206 (iki yüz altı) gün, yəni 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 75-ci bəndinə əsasən mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittihamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə CPM-in 316.3.1 və 316.3.2ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlibgəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, zərərçəkmiş şəxsin nümayəndəsi və həmçinin cinayət işi üzrə mülki iddiaçı Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsi mülki iddiaçı məhkəməyə gəlmədiyindən həmçinin iddiaya onun iştirakı olmadan baxılması barədə vəsatət vermədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən qismən toplanmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 23 noyabr 2025-ci il tarixdən 04 mart 2026-cı il tarixədək həbsdə saxlanıldığı müddət olan 102 (bir yüz iki) gün müddət olmaqla ümumilikdə 103 (yüz üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 206 (iki yüz altı) gün, yəni 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən qismən toplanmaqla ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 23 noyabr 2025-ci il tarixdən 04 mart 2026-cı il tarixədək həbsdə saxlanıldığı müddət olan 102 (bir yüz iki) gün müddət olmaqla ümumilikdə 103 (yüz üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 206 (iki yüz altı) gün, yəni 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin nümayəndəsi və həmçinin cinayət işi üzrə mülki iddiaçı Nümayəndə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar