Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-77/2025 19.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Naxçıvan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun, Müdafiəçi3, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs X1 Agentliyi PHŞ-nin nümayəndəsi X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, X2 Agentliyində PHŞ-də gözətçi işləyən, əvvəllər məhkum edilmiş, Naxçıvan şəhəri, Əliabad qəsəbə Ə/D, Əliabad qəsəbəsi, döngə 1, ev 48 qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə, xx.xx.1980-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 2 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Babək rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Təqsirləndirilən şəxs1 X1 Agentliyi PHŞ-də gözətçi işlədiyi müddətdə əmək müqaviləsinə əsasən gözətçilik edərək oradakı əmlakı qorumalı olduğu halda ona göstərilən etimaddan istifadə edib tamah məqsədilə X1 Agentliyi PHŞ-də operator işləyən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək işdə olduqları zaman 2025-ci ilin mart ayının əvvəllərində saat 23 radələrində X1 Agentliyi PHŞ-in balansında olan Naxçıvan şəhəri Azərbaycan məhəlləsi 58 ünvanında yerləşən avtobus dayanacağı parkındakı elektirik enerji doldurma məntəqəsində enerji avadanlıqlarını elektirik transformatoru ilə əlaqələndirən bir metri 134 manat olmaqla 50 metrlik 6700 manat dəyərində olan "Göldağ Kablo TS/5C 60502 1+A1 YVV 3x70/35 0,6/1 hv ~TSE~" adlı elektirik naqilləri oğurlamış və nəticədə zərərçəkmiş hüquqi şəxs X1 Agentliyi PHŞ-ə 6700 manat, xeyli miqdarda maddi ziyan vurmuşdurlar.
2. Bundan başqa, o, X1 Agentliyi PHŞ-də gözətçi işlədiyi müddətdə təkrar əmək müqaviləsinə əsasən gözətçilik edərək oradakı əmlakı qorumalı olduğu halda ona göstərilən etimaddan istifadə edib tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək 13 avqust 2025-ci il tarixdə saat 00:40 radələrində X1 Agentliyi PHŞ-in balansında olan Naxçıvan şəhəri Azərbaycan məhəlləsi 58 ünvanında yerləşən avtobus dayanacağı parkındakı elektirik enerji doldurma məntəqəsində enerji avadanlıqlarını elektirik transformatoru ilə əlaqələndirən bir metri 134 manat olmaqla 50 metrlik 6700 manat dəyərində olan "Göldağ Kablo TS/5C 60502 1+A1 YVV 3x70/35 0,6/1 hv ~TSE~" adlı elektirik naqilləri əvvəlcədən aralarında olan razılığa əsasən əldə etdikləri kəlbətin və dəmirkəsəndən istifadə etməklə kəsib lukdan çıxarmaq istəyərkən X1 Agentliyi PHŞ-də təsərrüfat müdiri işləyən Şahid2 tərəfindən keçirilən qeyri-aşkar yoxlama zamanı videogörüntülü çəkilişlə saxlanılmışlar və onlar şəxsi iradələrindən asılı olmayan səbəblərə görə xeyli miqdarda oğurluq cinayətini başa çatdıra bilməmiş, oğurluq cinayətini törətməyə cəhd etmişdirlər.
3. 28.11.2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü təqsirli hesab edərək bildirdi ki, mart ayının əvvəlləri növbədə olduğu müddətdə Təqsirləndirilən şəxs2 yanına getmişdir. Söhbət etdiyi zaman borcu olduğunu demiş, bu zaman Musa da yeni ev götürdüyünü bildirmiş və oraya pul ödəməli olduğunu demişdir. Sonra Musa burada 2 dənə əlavə kabellərin olduğunu və lazımsız kabel olduqlarını demişdir. Nə zamansa bura söküləndə o kabellərin torpağın altında qalacağını demiş, daha sonra Musa həmin kabelləri ona göstərmişdir. Bu zaman Musa ona kabelləri götürməyini təklif etmişdir. Kabeli götürən zaman Musa da dəmirlə onları kəsməyə başlamışdır. 1-ci lukun yanında kabeli çıxarmışdırlar. Kabeli çıxardıqdan sonra maşından ip gətirmiş və bağlamışdır. Daha sonra açar götürmüş və transformatorun yanına gəlmiş telefonun işığı vasitəsilə həmin kabeli tokdan ayırmışdır. Tokdan ayırdıqdan sonra Musa ona xəndək kimi olan yerə düşməsini və kabeli çıxarmağı tapşırmışdır. Sonra isə o kabeli iplə bağlamışdırlar. Transformatorun qapısını bağladıqdan sonra maşının arxasında bağlamışdır. Musa demişdir ki səhər gəlib onu götürər. Səhərsi Musagilin həyətlərinə getmiş və Musa kabelləri bağlamış, üzərlərini də örtmüşdür. İpləri kəsəndən sonra onları parça-parça bölməyə başlamışdır. Daha sonra Musanın kəndçisinin yanına getmişlər və Musa ən yüksək qiymətlə alanın o olduğunu demişdir. Sonra Musa obyektin yanında ona zəng etmiş və həmin adam maşının yanına gəlmişdir. Tərəziyə qoyub çəkisini çəkmişlər. Musa kabelin qırıqları olduğunu demiş bu zaman Ziya da o kabelin qırıqlarının ona verilməsini demişdir. Həmin zibil qutusuna kabelin qırıqlarını atmışdır. Musa pulu bölərək 500 manat ona vermişdir. Həmin puldan 300 manat kredit borcuna, 200 manat isə mağazaya olan borcuna ödəniş etmişdir. Avqust ayının 8-i ya da 9-u Təqsirləndirilən şəxs3 zəng etmiş harada olduğunu soruşmuşdur. Tural isə Əliabadda olduğunu orada işlədiyini demiş, bu zaman onun yanında işləyə biləcəyini soruşmuşdur.Avqust ayının 12-si axşam Tural yanına gəlmiş, transformatrun yanına getmiş və orada kabelləri göstərmişdir. Lukları açan zaman oranın çilingəri gəlmişdir. Çilingər maşınların təkərini yoxlamağa gəlmişdir. Daha sonra o getmiş, Tural isə kimin gəldiyini soruşmuşdur. Kabeli Tural tutmuş, o isə kəsmişdir. Kəsəndən sonra kabeli çəkəndə oranın təsərrüfat müdiri Musa onları video-görüntü ilə çəkmiş və saxlamışdır. Etdiyi əməl üçün peşmandır.
4. 28.11.2025-ci il tarixli məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadə vermək istəmədiyini, hadisənin Elçinin dediyi kimi olduğunu, əməlindən peşman olduğunu bildirmişdir.
5. 28.11.2025-ci il tarixli məhkəmə baxış təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində, imkanı olmadığına Elçinin işləməyinə köməklik göstərdiyini, telefonlarında bu məsələ haqqında heç nə olmadığını, Elçinlə transformatorun yanına getdiyini, kabeli açdığını və kabeli kəsən zaman Elçinin ona 100 manat verəcəyini dediyini, bu zaman onun Elçinə bu Nazirliyin əmlakıdır kəsmək olmaz dediyini, aralarındakı danışıq zamanı kəsib-kəsməməyə qərar verən zaman təsərrüfat müdirinin gəldiyini, səhərsi izahatları alındığını, kabelin 1-ci dəfə də götürüldüyünü gedib orada öyrəndiyini, gecə oraya getməsinin düzgün olmadığını, əməlindən peşman olduğunu bildirdi.
6. 28.11.2025-ci il tarixli məhkəmə baxış iclasında zərərçəkmiş orqan X1 Agentliyi PHŞ-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, idarənin 5 şarj aparatı vardır. 5 şarj aparatından 3 dənəsi qoşuludur. Digər 2 aparat qoşulu deyil. 50 metrlik kabel növbəti 2 qoşulacaq olanların ehtiyatda olan kabeli idi. Birinci kabel kəsilən zaman məlumatları olmamış, 2-ci kabel kəsilən zaman isə təsərrüfat müdiri Musa video-çəkilişlə qeydə almış və rəhbərliyə məlumat vermişdir. Səhəri gün hamı oraya getmiş və istintaq aparılan 2-ci günü digər kabelində kəsildiyini bilmişdirlər. Ziyanın ödənilməsini istəyirlər. Dəymiş zərərin miqdarı kimi 1 metrə 134 manat olmaqla, 50 metrə 6700 manat məbləğ təşkil edir. 1-ci kabel tam olmadığı üçün tam ziyan sayılır. 2-ci kabel isə ortadan kəsildiyinə görə, şarj alətinin kabelləri olduğundan növbəti dəfə əməkdaş gələndə bunun bərpasının mümkün olduğunu demişdir. Lakin, gələcəkdə törədəcəyi fəsadları nəzərə alaraq, onun tam şəkildə yerinə qoyulmasını tələb edirlər. Onlara dəyən ziyan ödənmişdir. 1-ci kəsilən kabelin pulu ödənilmiş, 2-ci kəsilən kabel yararsız hala düşdüyü üçün ona dəyən ziyanın ödənilməsini istəyirlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elçini orada işçi olduğu müddətdə bir neçə dəfə görmüş və nazirə məruzə etmişdir. Axşam yoxlama zamanı getmiş yanında bir şəxs olmaqla onları görmüşdür. Turalı orada 2 dəfə görmüşdür, bir dəfə Elçini əvəz etmiş, bir dəfə isə oğurluq etmişdir. Hadisə təxminən 3 ay olar ki olmuşdur. Axşam saat 12 olanda hadisə olmuşdur. Qapıda oturmuş, arxa tərəfə gedən zaman Elçin və Turalın lukun içərisində olan kabeli kəsdiyini görmüşdür. Elçin lukun içərisində idi, Turalda kabeli çəkirdi. Aralarındakı danışığı eşitməmişdir. Daha sonra nazirə zəng edib demişdir. Turalın nə üçün burada olduğunu soruşanda isə, Elçin onu köməyə çağırmış və kabeli çıxarmalı olduqlarını bildirmişdir. Kabelin 1-i yoxdur, digəri isə ortadan kəsilmişdir. 1-ci kəsilən zaman isə orada çalışmırdı. İş saatından sonra yoxlamağa gedir. Ağacın arxasından baxanda onların ora getdiyini görmüşdür. Arxa tərəfdən keçəndə kabeli kəsdiklərini görmüşdür. Oraya çatandan 20-25 dəqiqə sonra hadisə baş vermişdir. Sürücü gələn zaman Tural avtobusun içərisində gizlənmişdir. Kabel 2 lukun içərisindən keçir. Lakin kimin kəsdiyini görməmiş, Turalın kabeli çəkdiyini görmüşdür. Daha sonra rəislərinə məlumat vermişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Musa zəng etmiş və metal qırıqlarının olduğunu demişdir. Musa öz kəndçisidir. 2 kisədə metal qırığı gətirmiş, o da qəbul etmişdir. Musa metalı verən zaman makler kimi işlədiyini bilmişdir. Musa zəng etmiş və satılacaq olan mislərin olduğunu demişdir. Heç Musanın özü də metalın çəkisini bilmirdi. Hadisə fevral ayı baş vermişdir. Musa zəng edəndən 15 dəqiqə sonra maşınla metalları gətirmişdir. Yanında da bir uşaq var idi. Misi maşından ikisi endirmişdir. Mis əzilmiş və kəsilmişdir. 1000 manata yaxın pul vermişdir. Musadan problem çıxandan sonra soruşmuşdur ki, bu hadisə nədir. O zaman Musa demişdir ki evdəki misləridir satıb. Hal- hərəkətlərində hadisə zamanı heç bir şübhə hiss etməmişdir.
9. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, X1 Agentliyi PHŞ-də gözətçi işləmişdir, Təqsirləndirilən şəxs2 tanıyır, X1 Agentliyi PHŞ-də elektirik avtobuslarına elektirik yükləyən operator işləmişdir. 2025-ci ilin avqust ayında X1 Agentliyi PHŞ-də avtomobili təmiri ustası işləyir. Hər gün axşam işi ilə əlaqədar ora gedib avtobusların tormozlarını yoxlamışdır. Elə işi çox olmuşdur, səhərə qədər orada işləmişdir. 13 avqust 2025-ci il tarixdə saat 00 radələrində işləmək üçün avtobus parkına getmişdir. Həmin vaxt gözətçi yeri boş olmuşdur, özü də yama tərəfə gəlmişdir, avtobusların birini yamaya qaldırıb tormozlarına baxanda Elçin gəlib "işin çoxdur, qalacaqsan" demişdir. Özü də Elçinə "10-15 dəqiqə işim var, tormoz sisteminə baxıb gedəcəm” demişdir. Həmin vaxt Elçin tək olmuşdur, ondan başqa heç kəs yox olmamışdır. Özü də avtobusu təmir eləmişdir. Birdən görmüşdür ki, Elçin yoxdur, avtobusu yerinə vermiş və çıxıb getmişdir. Oradan çıxanda da Elçini görməmişdir. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə kabelləri oğurlayan zaman Şahid2 tərəfindən tutulmuşdurlar. Bundan başqa da eşitmişdir ki, Elçin əvvəl də Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdən kabelin birini oğurlayıb satmışdırlar. Şahid1 tanımır. Onun barəsində əlavə heç nə bilməmişdir.Əvvəlcədən Təqsirləndirilən şəxs1 oradan oğurluq etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 oradan oğurluq etdiyini bilməmişdir.
Sübutların tədqiqi:
10. Cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
11. Cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
12. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
13. Cinayət işinin 1-ci cild 209-211-ci vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
14. Cinayət işinin 1-ci cild 213-215-ci vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
15. Cinayət işinin 1-ci cild 218-224-ci vərəqəsində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir.
16. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pulun təhvil verilməsi barədə Aktdan görünür ki, X1 Agentliyi PHŞ-nə vurulmuş, 6700 manat ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir.
18. Cinayət işinin 2-ci cild 54-cü vərəqəsində olan Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hömkündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi
19.Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 20.Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 21.Maddə 6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. 22.Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 23.Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
24. Maddə 16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
25. Maddə 17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
26. Maddə 17.3.Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 27.Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 28.Maddə 27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. 29.Maddə 29. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 30.Maddə 34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 31.Maddə 41. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir(41.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). 32.Maddə 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 33.Maddə 55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. 34.Maddə 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: - 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 35.Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 36.Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 37.Maddə 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; - 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması.
38. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
39. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
40. Maddə 61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: - 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi; - 61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi; - 61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.
41. Maddə 61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
42. Maddə 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
43. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
44. Maddə 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
45. Maddə 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
46. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
47. Maddə 67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
48. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
49. Maddə 71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
50. Maddə 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 177.2.4. Xeyli miqdarda ziyan vurmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
51.Maddə 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. 52.Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. 53.Maddə 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 54.Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
55. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. - 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - 124.2.2. ekspertin rəyi; - 124.2.3. maddi sübutlar; - 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; - 124.2.5. digər sənədlər. 56.Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 57.Maddə 126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. 58.Maddə 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 59.Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 60.Maddə 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 61.Maddə 351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 Və 67-Ci Maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı:
62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 Və 67-Ci Maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır (Cinayət Məcəlləsinin 70.3, 71.4 və 71.5-ci maddələri).
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 4 iyul 2025-ci il tarixli Qərarı:
63.Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 4 iyul 2025-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, hökm çıxarılarkən CM-in 79-cu maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salındığı haldan fərqli olaraq, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxsin sınaq müddəti ərzində yeni qəsdən və ya ehtiyatsızlıqdan cinayət törətməsi ilə əlaqədar məhkəmə CM-in 71.4 və 71.5-ci maddələrinə əsasən şərti məhkum etməni ləğv edib CM-in 67-ci maddəsinə əsasən cəza təyin edərkən, hökmlərin məcmusu qaydasında təyin olunmuş qəti cəzaya münasibətdə cəzaçəkmə müəssisəsinin növünü CM-in 15-ci maddəsində təsbit edilmiş cinayətlərin təsnifatını nəzərə almaqla, CM-in 56-cı maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə və ya yeni törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin olunmalıdır.
Məhkəmənin mövqeyi:
64. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.
65. Həmçinin Təqsirləndirilən şəxs2 da təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.
66. Təqsirləndirilən şəxs3 da təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir.
67. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.
68. Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.)
69. Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
70. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir.
71. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs1 əməlinə qiymət verərək qeyd edir ki, iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etmiş həmçinin, təkrar şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış qabaqcadan əlbir olaraq xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd etmişdir.
72. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etməsi özününün səmimi etirafı və iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla tam şəkildə sübuta yetirilmişdir.
73. Məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış qabaqcadan əlbir olaraq xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd edərək oğurluq cinayətini törətməsi, cinayət işinin materiallarına əlavə edilmiş videoyazı, şahidlərin və təqsirləndirilən şəxsin ifadələri ilə tam şəkildə sübuta yetmişdir.
74. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir.
76. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur.
77. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasında 1-ci kəsilən kabelin pulunun ödənildiyini, 2-ci kəsilən kabelin yararsız hala düşdüyü üçün ona dəyən ziyanın ödənilmədiyini bildirmişdir.
78. Məhkəmə həmin dəlillə münasibətdə qeyd edir ki, iş materiallarının 2-ci cild 35-ci vərəqəsində olan naqilin vəziyyətinin yoxlanılması barədə xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, kabel bir tərəfli kəsilmiş vəziyyətdə olmuş, kabeli mufta ilə bərpa etmək mümkündür.
79. Məhkəmə hesab edir ki, kabelin bərpası mümkün olduğundan, təqsiləndirilən şəxslər tərəfindən ödənilən zərər məbləği qismən ödəmə kimi qəbul edilə bilməz.
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
81. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
82. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.
83. Eyni zаmаndа, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilmələri üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir.
84. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törədən zaman barəsində şərti məhkumetmə mövcud olduğundan və həmin şərti məhkumetmə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra tətbiq etdiyindən, onun tərəfindən hazırki cinayətlər törədilən zaman əməllərində residivlik yarnmışdır. Ona görə də, Təqsirləndirilən şəxs1 barəsində şərti məhkum etmə ləğv edilməli, ona həm 177.2.1 və 177.2.4-cü həm də, 29,177.2.1, 29.177.2.2, 29,177.2.4-cü maddələr ilə residivə görə cəzalar təyin edilməli, həmin cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanmalı, cinayətlərin məcmusu qaydasında təyin edilən yekun cəza isə hökmlərin məcmusu qaydasında təyin edilən cəzaya qismən birləşdirilməlidir.
85. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir.
86. Məhkəmə Təqsirləndirilən şəxs1 ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən, şərti məhkum etmə dövründə yenidən cinayət törətməsini, həmçinin, xidməti vəzifələrinin icrası zamanı göstərilən etimaddan istifadə etməklə törətmsini isə cəzanı ağırlaşıdıran hal qismində nəzərə alır.
87. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını və dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hal qismində nəzə alır, cəzanı ağırlaşıdıran hal isə mövcud deyildir.
88. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzə alır, cəzanı ağırlaşıdıran hal isə mövcud deyildir.
89. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.
90. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.
91. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir
92. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
93. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır.
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
95. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir.
96. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.
97. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
98. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.
100. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.
101. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir.
102. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.
103. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
104. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.
105. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır.
106. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.
107. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir.
108. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
109. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini etiraf etmələri, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirmələri tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törətdikləri cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdikləri cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
110. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(078)-41/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində müəyyən edilmiş şərti məhkum etmə ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(078)-41/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
111. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
112. Həmçinin, Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 4 iyul 2025-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, hökm çıxarılarkən CM-in 79-cu maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salındığı haldan fərqli olaraq, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxsin sınaq müddəti ərzində yeni qəsdən və ya ehtiyatsızlıqdan cinayət törətməsi ilə əlaqədar məhkəmə CM-in 71.4 və 71.5-ci maddələrinə əsasən şərti məhkum etməni ləğv edib CM-in 67-ci maddəsinə əsasən cəza təyin edərkən, hökmlərin məcmusu qaydasında təyin olunmuş qəti cəzaya münasibətdə cəzaçəkmə müəssisəsinin növünü CM-in 15-ci maddəsində təsbit edilmiş cinayətlərin təsnifatını nəzərə almaqla, CM-in 56-cı maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə və ya yeni törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin olunmalıdır.
113. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır.
114. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.
115. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır.
116. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
117. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Naxçıvan şəhəri, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
118. Həmçinin Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən mənzili tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
119. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir.
120. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.
121. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
122. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir.
123. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürüməlidir.
124. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Asan vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürüməlidir.
125. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürüməlidir.
126. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd kəlbətin və 01 ədəd dəmir kəsən qanuni sahibinə qaytarılmalı, 50 metrlik “Göldağ Kablo TS/5C 60502 1+A1 YVV 3x70/35 0,6/1 hv-TSE-“ adlı elektrik naqilinin X1 Agentliyi PHŞ-nin balansında olan avtobus dayanacağı parkındakı elektrik enerji doldurma məntəqəsinin saxlancına verildiyi nəzərə alınmalıdır.
127. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur.
128. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(078)-41/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində müəyyən edilmiş şərti məhkum etmə ləğv edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(078)-41/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsin üzərinə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Naxçıvan şəhəri, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsin üzərinə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən mənzili tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut hesab edilmiş video görüntülərin köçürüldüyü 01 ədəd diski cinayət işinin materiallarına əlavə edildiyi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd kəlbətin və 01 ədəd dəmir kəsən qanuni sahibinə qaytarılsın. 50 metrlik “Göldağ Kablo TS/5C 60502 1+A1 YVV 3x70/35 0,6/1 hv-TSE-“ adlı elektrik naqilinin X1 Agentliyi PHŞ-nin balansında olan avtobus dayanacağı parkındakı elektrik enerji doldurma məntəqəsinin saxlancına verildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Asan vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə təqdim olunduğu) andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Aslan Heydarov