Məhkəmə qərarları › İş №1(078)-78/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-78/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-78/2025 12.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx ), evli, orta təhsilli, gözəllik salonunda işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmuşdur.

2. Belə ki, 13 iyul 2025-ci il tarixdə saat 18:06 radələrində Təqsirləndirilən şəxs Naxçıvan Motors MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi Naz LİVAN LF7154B Maple X3 pro markalı **-AF-*** dövlət nömrə nişanlı avtomobillə Melisa kafe istiqamətindən sola dönüb Naxçıvan şəhəri Təbriz küçəsi ilə Tam store market istiqamətində hərəkət edən zaman piyada keçidində yolu keçən piyada Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs avtomobillə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol bud sümüyünün distal ucunun ovulsion sınığı, həmin nahiyyənin qançırı, sağ dirsək oynağında qançır və sıyrıqdan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirmişdir.

3. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs dəymiş zərəri tam şəkildə ödədiyini, həmçinin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarından iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili Müdafiəçi təqsirlənidirlən şəxslə zərərçəkmiş şəxs arasında barışıq olduğundan iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı, hazırkı vəziyyətdə barışıq ərizəsinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət işi üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini, həmçinin iş üzrə həmin avtomobilin qaytarılmasının nəzərə alınmasını, 85 manat ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutularaq Ekspertiza Mərkəzinə ödənilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

7. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 442 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: Sol bud sümüyünün distal ucunun ovulsion sınığı, həmin nahiyyənin qançırı, sağ dirsək oynağında qançır və sıyrıq küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də qərar təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi. Qeyd olunan xəsarətlərdən sol bud sümüyünün ovulsion sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, qalmış xəsarətlər isə sağlamlıga zərər vurmayan xəsarətlər olduqla üçün dərəcələri təyin edilmir.

8. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur.

9. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

10. Maddə 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər; 11.Maddə 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 12.Maddə 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

13. Maddə 263.1. Qeyd 2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

14. Maddə 40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 15.Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 16.Maddə 300.1.7. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 17.Maddə 305.1. Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir.

Məhkəmənin mövqeyi:

18.Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. 19.CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. 20.İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 21.Həmçinin məhkəmə iclaslarında dövlət hesabına Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. 22.Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

23. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (o bir) manat miqdarında müəyyən edilmişdir. 24.Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməlidir. 25.İş üzrə mülki iddia, maddi sübut, və müsadirə edilməli əmlak yoxdur. 26.Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on )manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ********************) hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Ali Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar