Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-81/2025 14.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X1 Sünbül Rüstəm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X10 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X5 ilə 2018-ci il tarixdə nikahları pozulmuşdur. Artıq 6 ildir ki ayrı-ayrı ünvanlarda yaşayırlar. Lakin oktyabr ayında o, Bakı şəhərində olarkən keçmiş baldızı X6 ona zəng edərək gözlənilməz halda təhqir dolu ifadələr işlətməyə başlamışdır. Onu "pezəvəng, şəxsiyyətsiz küçələrdə qalmış, ailəsindən xəbərsiz” adlandıraraq, onun şəxsiyyətini alçaltmışdır. Bunu özünün yanında olan oğlu X7 və dostu X11 da eşitmişdir. Qohumluq bağları olmadığı halda nə üçün ona zəng vurmasına özü ilə övladları arasında olan problemə müdaxilə etməsinə və onu təhqir etməsinə heç bir anlam verə bilməmişdir. Belə ki, qızı Məmmədova Bəstinin nə vaxtsa toydan çıxarkən tərəfindən döyülməsinə dair böhtan ataraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Halbuki bu günə qədər ailə üzvlərinə heç bir fiziki şiddət göstərməmişdir. Övladı ilə özünün arasında olmuş bu hadisə 2015-ci il tarixə təsadüf edir. Sünbülün 10 il bundan əvvəlki hadisəyə istinad etməsi heç bir əsasa söykənmir. Özünün Sünbüllə ədavət və düşmənçiliyi də olmamışdır. Ona dediyi sözlər avtomatik olaraq telefonunda qeyd edilmişdir. Onu-X8 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq təhqir edən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddində cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını və Sünbül tərəfindən yaradılmış ədavətin dahada böyüməməsi üçün təcili surətdə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 12 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, X4 onun barəsində verdiyi xüsusi ittiham qaydasında ərizəsində göstərilən məlumatlarla qəti razı deyil. Onların böhtan xarakter daşıdığını hesab edir. Yaşar Məmmədovla, bacısı Tahirə Məmmədova arasında nikah pozulduğuna görə və bacısının Naxçıvan Şəhər Məhkəməsinə evə yaşamaq hüququ almaq üçün müraciət etdiyi üçün neçə müddətdir onları rahat buraxmır. Gecə saat 4-5 radələrində yaşlı anasına, bacısına, ona və yoldaşlarına zəng edərək onları təhdid və təhqir edir. Onlardan bacısının ərizəsini geri götürməsini və evi boşaltmağı tələb edir. Bununla bağlı polis şöbəsinə və 102 çağrı mərkəzinə müraciət etmişlər və lazımi tədbir görülüb. Bununla razılaşmayan Yaşar Məmmədov böhtana əl ataraq məhkəməyə müraciət etmişdir. Yaşar Məmmədov onu hədələyir, işdən çıxartdıracağını bildirir. Ona məxsus gözəllik salonuna hücum çəkib və özü səs yazmasında qeyd etdiyi kimi onu orada tapmayıb. Hamıya yayır ki, ona 15 sutka verdirib, salonunu bağlatdırıb. Bir sözlə, özü və doğmaları (anası, bacıları, qardaşının ailəsi və s.) onun təhdid və təhqirlərindən təngə gəlmişlər və məhkəmədən köməklik istəyirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayət ərizəsində zəruri halların qeyd edildiyini, həmçinin CD təqdim etdiyini, X3 ona telefonla zəng edib təhqir etdiyini, “pezəvəng” dediyini, 10 il əvvəl qohum toyunda qızı ilə mübahisəsi olduğunu, X3 həmin hadisəyə münasibətdə ona zəng edib təhqir etdiyini, yanında dostu Fərhadın, oğlunun olduğunu, onun da eşitdiyini, telefonla danışılanda eşidildiyini, telefonda təhqir edib şəxsiyyətini alçaltdığını, telefon danışığının köçürüldüyü CD olduğunu, başqa sübutu olmadığını, başqa nə sübut olacağını bildirərək X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 özünün gözəllik salonu olduğunu, atasının 28 il stadionda baş müəllim işlədiyini, bacısının 26 il televiziyada işlədiyini, bacısının birinin müəllimə olduğunu, ziyalı insanlar olduqlarını, X4 Təhsil Nazirliyinə teleqram vurduğunu, hamıya səs atdığını, “Dümbülü işdən atıblar, 15 sutka basdırıram içəri Böyükdüzə” dediyini, 80 yaşında anasını təhqir etdiyini, anasının erməni qızı olduğunu, “sizi sosial şəbəkələrə, tiktoka çıxaracağam, erməni daşnakları niyə burada yaşayır deyəcəyəm” dediyini, ona gecə vaxtı zəng edib “gəlirəm səni öldürəm” dediyini, 6 ay bundan əvvəl X4 nəvəsinin toyunda qarşılıqlı oynadıqlarını, qardaşının arvadına “bizim Gülnar xanım ağzını cırdı, dedi 15 gün basın içəriyə” dediyini, özünün də bunlardan sonra Yaşara zəng etdiyini, savaşdıqlarını, Yaşarın hər yerdə “qızlarım mənim göz bəbəklərimdi” dediyini, özünün də Yaşara “sən Bəstini yolda taksi sürücülərinin yanında söymüsən, əlindən ancaq alıblar, tərbiyəsiz” dediyini, həmin vaxt Yaşarın xəstəxanada olduğunu, tək olduğunu dediyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi Müdafiəçi tərəflərin dediklərindən də mübahisənin ailə məsələsi olduğunun göründüyünü, təhqir və ya böhtan cinayətlərinin tərkib əlaməti olmadığını, kütləvi, ictimai yerdə hər hansı təhqir olmadığını, bu səbəbdən şikayətin məhkəmə baxışına çıxarılmamalı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi dəqiq göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X3 Cinayət Məcəlləsinin 148-ci maddəi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayətdə 148-ci maddədə nəzərdə tutulmuş cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi qeyd olunsa da əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi öz əksini tapmamışdır. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmişdir. Məhkəmə iclasındakı izahatında da X1 Sünbül Rüstəm qızının əməli törətməsinə dair telefon danışığının köçürüldüyü CD-dən başqa sübutu olmadığını bildirmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin qeyd edilən qərarın həmin bəndində kütləvi çıxışın tərifi verilmiş, qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-81/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-81/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver