Məhkəmə qərarları › İş №1(078)-82/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-82/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-82/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Babək rayon, Şəkərabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, evli, 3 uşaq atası, qapı ustası işləyən, Babək rayon, Şəkərabad kəndində qeydiyyatda olmaqda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 12 noyabr 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs 18 oktyabr 2025-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində aralarında baş vermiş mübahisə zamanı qəsdən əlində olan taraz cihazı ilə Zərərçəkmiş şəxs başından qəsdən vuraraq başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, alının sol yarısında sıyrıq, sol bazusunda qançırdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs təqsiri, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində olan iş üzrə Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığını bildirərək işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, ərizəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 19 oktyabr 2025-ci il tarixli cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 1) İş materiallarında olan 18 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək 18 oktyabr 2025ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən təmir gedən evdə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan taraz cihazı ilə onun başından vuraraq ona xəsarət yetirdiyini, başının qanadığını qeyd etmişdir. (cild İ, iş vərəq 5) İş materiallarında olan 18 oktyabr 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir. (cild İ, iş vərəq 23) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 19 oktyabr 2025-ci il tarixli, 657 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, alının sol yarasında sıyrıq, sol bazusunda qançır, küt mexanizmdən, bərk küt əşyanın təsirindən yaranmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. (iş vərəq 34) İş materiallarında olan 19 oktyabr 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 35) İş materiallarında olan 05 noyabr 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 62) İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 82) İş materiallarında olan 05 noyabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə bir ədəd taraz cihazı maddi sübut hesab edilmişdir. (cild İ, iş vərəq 83) Məhkəmə sadələşdirilmiş icraat materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından, ona dəymiş zərər ödənildiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizələri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd taraz cihazı qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd taraz cihazı qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar