Məhkəmə qərarları › İş №1(078)-83/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-83/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-83/2025 17.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxxxxxx 1997-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 12 noyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında X12 17 avqust 2025-ci il tarixdə "J22256" Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gedərkən X17 Limanında qeydiyyatdan keçdikdən sonra baqaj yükləri təyyarənin baqaj daşınması üçün nəzərdə tutulan hissəsinə yığılan zaman baqaj yüklərinə daxil etdiyi çantasından qızıldan hazırlanmış 3 dəst sırğa, 2 ədəd üzük və 1 ədəd boyunbağı klonunu gizli olaraq talamaqla oğurluq etmələri faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, 3 avqust 2025-ci il tarixdə X17 Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin Şahid1 məxsus olan çantanın içərisindən dəyəri 460 manat olan 01 ədəd qızıldan hazırlanmış sep və klonunu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2025-ci il tarixdə X17 Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin Şahid2 məxsus olan çantanın içərisindən ümumi dəyəri 754 manat olan 01 ədəd 204 manat dəyərində 585 əyarlı, 1.2 qram çəkidə qızıldan hazırlanmış İtalya istehsalı sırğa və 01 ədəd 550 manat dəyərində qızıldan hazırlanmış qolbağı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2025-ci il tarixdə X17 Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin Zərərçəkmiş şəxs1 məxsus olan çantanın içərisindən ümumi dəyəri 4620 manat olan 01 cüt 1446.20 manat dəyərində 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa, 01 ədəd 798 manat dəyərində 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı klon, 01 ədəd 597.80 manat dəyərində 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 ədəd 313.60 manat dəyərində 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 cüt 565.60 manat dəyərində 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa və 01 cüt 898.80 manat dəyərində 585 əyarlı, 6,42 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğanı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2025-ci il tarixdə X17 Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin Şahid2 məxsus olan çantanın içərisindən ümumi dəyəri 754 manat olan 01 ədəd 204 manat dəyərində 585 əyarlı, 1.2 qram çəkidə qızıldan hazırlanmış İtaliya istehsalı sırğa və 01 ədəd 550 manat dəyərində qızıldan hazırlanmış qolbağı gizli olaraq talamaqla oğurluq etmişdirlər. Bundan başqa, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2025-ci il tarixdə X17 Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin Zərərçəkmiş şəxs1 məxsus olan çantanın içərisindən ümumi dəyəri 4620 manat olan 01 cüt 1446.20 manat dəyərində 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa, 01 ədəd 798 manat dəyərində 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı klon, 01 ədəd 597.80 manat dəyərində 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 ədəd 313.60 manat dəyərində 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 cüt 565.60 manat dəyərində 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa və 01 cüt 898.80 manat dəyərində 585 əyarlı, 6,42 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğanı gizli olaraq talamaqla təkrar oğurluq etmişdirlər. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, X17 Limanında daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran işlədiyini, təyyarədə növbəli şəkildə işlədiyini, Təqsirləndirilən şəxs2 və Şahid9 da onunla birlikdə işlədiklərini, Təqsirləndirilən şəxs2 və Şahid9lə birlikdə bir müddətdir təyyarəyə yüklənən yüklərə baxdıqlarını, 2025-ci ilin iyul ayından başlayaraq Təqsirləndirilən şəxs2lə birlikdə növbədə olduqları zaman vətəndaşların baqaj yüklərini təyyarəyə yükləyərkən təyyarənin içərisində baqaj yüklərinə baxdıqlarını, əsasən qadın çantasına və içərisində dəyərli əşya olma ehtimalı olan və vətəndaşlar çantalarını çatdıqları yerdə götürən zaman açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan çantalara baxdıqlarını, qızıl-zinət və digər dəyərli əşya tapsalar pulunu satıb bölmək barədə razılaşdıqlarını, bir neçə dəfə də özünün tək qızıl tapdığını və Hüseynə və ya Xəzərə demədən satdığını, pulunu özünə götürdüyünü, 3 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə hava limanında işdə olarkən təyyarəyə yükləri yükləyən zaman orada olan çantaların birinin içərisindən 1 ədəd üzərində "Didəm" yazısı olan qızıl qolbaq tapdığını, bu barədə nə Hüseynə nə də başqa kimsəyə demədiyini, həmin qızılı tanışı Şahid8la danışaraq borcu olduğunu deyib yaşı az görsəndiyi üçün ondan almadıqlarını qeyd edərək satıb pulunu gətirməsini deyib verdiyini, Səmrahın da həmin qızılı onun üçün sataraq pulunu ona verdiyini, bundan başqa, 13 avqust 2025-ci il tarixdə yenə Hüseynlə aralarında olan razılığa əsasən vətəndaşlara məxsus çantalara baxdığını, bu zaman çantaların birinin içərisindən 1 ədəd qızıl sırğa tapdığını, həmin qızıl sırğanı da təyyarəyə yükləri yükləyərkən çantadan götürüdükdən sonra bu barədə Hüseynə dediyini, elə həmin gün Hüseynin qızıl sırğanı Naxçıvan şəhərində yerləşən lombard mağazasına apararaq orada 118 manata satdığını, pulunu isə aralarında yarı-yarı olmaqla böldüyünü, pulu isə şəxsi ehtiyaclarına xərclədiklərini, bundan başqa, 17 avqust 2025-ci il tarixdə yenə Təqsirləndirilən şəxs2 ilə yük yığma yerində olarkən Hüseynin yükləri təyyarəyə qoyduğunu, özünün isə yığmaqla məşğul olduğunu, yükləri yığan zaman isə bir-bir içərisində dəyərli əşya olma ehtimalı olan çantalara baxdığını, həmçinin Hüseynlə yerlərini də dəyişdiyini, dəyişən zaman isə yüklərə Hüseynin baxdığını, həmin yüklərə baxan zaman isə bir çantanın içərisindən qızıl zinət əşyaları çıxdığını, həmin qızılların 3 dəst sırğa, 2 ədəd üzük və 1 ədəd boyunbağından ibarət olduğunu, Hüseynin həmin qızılları cibinə yığdığını, sonra işlərini bitirib saat 20 radələrində hava limanından çıxdıqlarını, Xəzərin isə harada olduğunu görmədiyini, Xəzərə zəng edib ondan Naxçıvan şəhərinə gəlməsini desə də onun kənddə olduğunu bildirərək gəlmədiyini, ona qızıl satışı edəcəklərini bildirsə də onun yenə də gəlməkdən imtina etdiyini, qızılların bir hissəsini şübhə çəkməməsi üçün lombarda qoymağı dediyini, Hüseynlə birlikdə Naxçıvan şəhəri, "Nur Telekom" adlı lombarda getdiyini, lombardda qızılların bir qismini 1400 manat müqabilində lombarda qoyduğunu, pulunu oradan çıxdıqdan sonra öz aralarında yarı-yarı böldüklərini, 19 avqust 2025-ci il tarixdə isə yenə Hüseynlə görüşdüklərini, Hüseynin qalan qızılları da Cahan TM-də qızıl mağazasında satdığını, 1400 manat etdiyini deyərək 500 manat ona verdiyini, əlavə olaraq 17 avqust 2025-ci il tarixdə götürdükləri qızıllardan 1 ədəd sırğanı Hüseyndən götürdüyünü, həmin qızılı öz yaşı az görsəndiyi üçün ondan almadıqlarından tanışı Səmrahdan bu barədə xahiş etdiyini, Səmraha qızılın oğurluq olduğunu demədiyini, özünün olduğunu dediyini, Səmrahın da qızılı qızıl mağazalarına sataraq pulunu ona verdiyini, özünün isə Səmraha kömək etdiyinə görə 30 manat pul verdiyini, təyyarədə olan yüklərdən qızıl və zinət əşyalarına götürmələrinə səbəb pula olan ehtiyacları olduğunu, götürdükləri qızılların sahibini tanımadığını, həmin çantalarda qızıl olduğunu əvvəlcədən bilmədiyini, eləcə bir çox çantaya baxdığını, həmçinin qızılları satdıqdan sonra isə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini, təyyarədə yüklər yüklənən zaman çantalara baxmaq üçün çox vaxt olmadığından tələsik baxdığını, qızıl sırğanı oğurlamağı ilə bağlı Təqsirləndirilən şəxs2 və özündən başqa kimsənin məlumatı olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini, 2 il X17 Limanında daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran işlədiyini, təyyarədə növbəli şəkildə işlədiyini, Şahid9 və Təqsirləndirilən şəxs1 da onunla birlikdə işlədiklərini, Şahid9 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir müddətdir təyyarəyə yüklənən vətəndaşların yüklərinin içərisindən meyvə və digər ərzaqları götürüb yediklərini, həmin yüklərə baxan zaman gördükləri qızıl-zinət əşyalarını da götürdüklərini, 13 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə təyyarəyə yük yükləyərkən Səidin vətəndaşlara məxsus çantalara baxacağını dediyini, Təqsirləndirilən şəxs1 təyyarənin yük yerinə yükləri yüklədikdən sonra ona yaxınlaşıb cibindən bir tək sırğanı çıxararaq qızıl olduğunu və həmin qızılı vətəndaşlara məxsus çantadan tapdığını dediyini, sonra həmin qızılı hava limanından çıxardıqlarını və həmin gün birlikdə Naxçıvan şəhərində hazırda xatırlamadığı lombard mağazalarının birində satdığını, qızılı satmaq üçün Səidlə birlikdə getsə də qızılı onun adına satdıqlarını, ümumilikdə 118 manat pul aldığını və Səidlə aralarında yarı-yarı olmaqla böldüklərini, bundan sonrakı növbədə olduqları günlərdə də təyyarəyə yüklənən yüklərdə qızıl axtarmağa başladıqlarını, razılıqlarına əsasən qızıl tapsalar satıb yenə böləcəklərini, 17 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə yük yığma yerində olduqlarını, Xəzərin orada olmadığını, təyyarədə yük yığılan hissədə özünün yükləri təyyarəyə qoyduğunu, Səidin isə yığmaqla məşğul olduğunu, həmin vaxtda isə Səidin baqaj yüklərindən içərisində dəyərli əşya olma ehtimalı olan yükləri açdığını, Səidin açdığı yüklərin içərisindən qızıl zinət əşyaları çıxdığını, həmin qızılların 3 dəst sırğa, 2 ədəd üzük və 1 ədəd boyunbağından ibarət olduğunu, qızılları cibinə yığdığını, sonra işlərini bitirdiyini, saat 20 radələrində hava limanından çıxdıqlarını, Xəzərin isə harada olduğunu görmədiyini, Səidin Xəzərə zəng edib ondan Naxçıvan şəhərinə gəlməsini desə də onun kənddə olduğunu bildirərək gəlmədiyini, Səidin isə ona qızıl satışı edəcəklərini bildirsə də onun yenə də gəlməkdən imtina etdiyini, Səidin qızılları özü tapdığı üçün onların içərisində olan qızıllardan 1 ədəd sırğanı götürdüyünü, özünün satacağını bildirdiyini, Səidin qızılların bir hissəsini şübhə çəkməməsi üçün lombarda qoymağı dediyindən elə həmin gün birlikdə Naxçıvan şəhəri, “Nur Telekom" adlı lombarda getdiyini, Lombardda qızılların bir qismini 1400 manat müqabilində lombarda qoyduğunu, pulunu oradan çıxdıqdan sonra öz aralarında yarı-yarı böldüklərini, 19 avqust 2025-ci il tarixdə isə yenə Səidlə görüşdüklərini, Səidin qalan qızılları da satmağı bildirdiyini, bundan sonra Səidin ondan qızılları öz adına satmağı istədiyini, Səidlə birlikdə Naxçıvan şəhəri, Cahan Ticarət Mərkəzinə gedərək orada özünün tək qızıl mağazalarına girdiyini, qızılları həmin mağazalardan birində 1400 manata satdığını, oradan çıxdıqdan sonra isə pulun 500 manatını Səidə verib 900 manatını isə özünə götürdüyünü, Təqsirləndirilən şəxs1 götürdüyü 1 ədəd qızıl sırğanı nə etdiyini bilmədiyini, birlikdə satmadıqlarını, təyyarədə olan yüklərdən qızıl və zinət əşyalarını götürməkdə məqsədərinin pul əldə etmək olduğunu, götürdükləri qızılların sahibini tanımadığını, həmin çantalarda qızıl olduğunu əvvəlcədən bilmədiyini, eləcə bir çox çantaya baxdığını, qızılları satdıqdan sonra pullarını şəxsi ehtiyacları üçün xərclədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində 13 avqust 2025-ci il tarixdə arvadı Şahid2 X17 Limanı vasitəsilə “J2 266” nömrəli aviareys ilə Bakı şəhərinə yola saldığını, arvadı Şahid2 Bakı şəhərinə çatdıqdan sonra onunla əlaqə saxlayaraq özü ilə birlikdə Bakı şəhərinə apardığı qızıl aksesusarlarından 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl sırğasının olmadığını bildirdiyini, həmin qızıl aksesuarların olduğu çantanı da baqaj yükü olaraq verdikləri çantada olduğunu bildirdiyini, həmin gün özünün də Bakı şəhərinə getdiyini, sonrasında X17 limanında müəyyən şəxslərin qızıl oğurlamaları və tutulmaları barədə məlumat əldə etdiyini, özlərinə məxsus qızılların da həmin şəxslər tərəfindən oğurlanma ehtimalına görə bu barədə polisə müraciət etdiyini, oğurlanmış qızılların şəkillərini təqdim etdiyini, oğurlanan qızılları öz pulu ilə arvadı üçün aldığını, həmin qızılların özünə məxsus olduğunu, çantada bir neçə qızıl olsa da sadəcə onlardan 1 ədəd qolbaq və 1 ədəd sırğanın oğurlandığını, həmin qolbağı təxminən 1 il əvvəl Ağdaş rayonunda olarkən 550 manata aldığını, qızıl qolbağın “Tiffany” firmasına məxsus olduğunu, təqdim etdiyi şəkildə üzərinə əlavə məlumatlar olsa da oxunmadığı üçün başqa məlumat deyə bilmədiyini, oğurlanmış 1 ədəd sırğanın isə digər tayını sonradan satdığı üçün onu təqdim edə bilmədiyini, həmin sırğanı 2025-ci ilin əvvəllərində Naxçıvan şəhəri, Cahan TM-də qızıl mağazalarının birindən dəstini 350 manata aldığını, həmin sırğanın da sadəcə şəkilini təqdim etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində Şahid1 onun övladı olduğunu, Şahid1 3 avqust 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasından X17 Limanı vasitəsilə Bakı şəhərinə getdiyini, Didəmin biletinin 2 avqust tarixinə olsa da həmin gün aviareyslər arasında gecikmə olduğu üçün uçuşa qeydiyyatın 2 avqust 2025-ci il tarixdə saat 23-dən sonra başladığını, qızının uçuş üçün qeydiyyata 3 avqust 2025-ci il tarixdə saat 00:10 radələrində getdiyini, bundan sonra baqaj yüklərini çantalardan oğurluq edildiyini eşitdiyini, bu barədə polisə müraciət etdiyini, həmin boyunbağı və klonun qızıl olduğunu, həmin əşyanı özünün qızı üçün aldığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımadığını, qeyd olunan qızıl əşyalardan başqa oğurlanmış əmlakları olmadığını, qızı üçün aldığı üzərində “Didəm“ yazısı olan qızıl boyunbağını sifariş əsasında hazırlatdığını, onu hazırladan zaman 460 manat pul ödədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 02 dekabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş ziyanın ödənildiyini, heç bir şikayət və tələbi olmadığını, Bakı şəhərində yaşadığı üçün məhkəməyə gələ bilməyəcəyini, iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini məhkəmədən xahiş etmiş, həmçinin 05 dekabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək ona vurulmuş zərər ödənilsə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını, onlara ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 17 avqust 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasından X17 Limanı vasitəsilə Bakı şəhərinə gəldiyini, saat 17 radələrində uçuş üçün qeydiyyatdan keçən zaman özünə məxsus qızıl materialdan hazırlanmış 3 dəst sırğa, 2 ədəd üzük və 1 ədəd boyunbağını baqaj yüklərinin içərisinə qoyduğunu, saat 18:30 dəqiqədə təyyarənin X18 Limanından uçuşa başladığını və saat 19:30 dəqiqədə Bakı şəhərinə çatdığını, Bakı şəhərində baqaj yüklərini götürdükdən sonra hava limanında olarkən baqaj yüklərinin arasında qızıl materialdan hazırlanmış 3 dəst sırğa, 2 ədəd üzük və 1 ədəd boyunbağını tapa bilmədiyini, oğurlandığını bilərək dərhal bu barədə polisə məlumat verdiyini, sonradan ona məlumat verilərək qızıllarını oğurlayan şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımadığını, ifadəsində göstərdiyi əşyalarından başqa oğurlanmış əmlakı olmadığını, oğurlanmış qızıl əşyaların hamısının özünün olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 13 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 onunla əlaqə saxladğını, mobil nömrəsini paylaşdığı reklamların birindən götürdüyünü bildirərək qızıl lombarda qoymaq istədiyini dediyini, həmin vaxt mağazada olmadığı üçün Hüseynə oğlunun mağazada olduğunu bildirib qızılı aparıb oğluna verə biləcəyini dediyini, Təqsirləndirilən şəxs2 də qızılı lombard mağazasına apardığını, oğlu Şahid6 onunla əlaqə saxlayaraq bu barədə dediyini, oğlu Vüsala qızılı götürməsini bildirdiyini, sonra oğlunun ona Hüseynin qızılı satmaq istədiyini deyib onun dediyi məlumatlar əsasında qızılı hesabladığını, 118 manata almasını dediyini, Şahid6 qızılı aldığını, Təqsirləndirilən şəxs2 satdığı qızılın oğurluq olmasından məlumatı olmadığını, həmin qızılı aldıqdan sonra isə yenidən emalı üçün göndərdiyini, qızılın hazırda harada olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qızıl məmulatın 1 ədəd sırğa olduğunu, həmin sırğanın isə qızıl materialdan hazırlandığını, həmin qızılın isə 1,2 qram çəkidə olub 585 əyar olduğunu, Təqsirləndirilən şəxs2 qızılı satmaq üçün gələn zaman yanında kimsə olması barədə dəqiq məlumatı olmadığını, Təqsirləndirilən şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 izahatında bildirdiyi Təqsirləndirilən şəxs2 mağazaya satdığı qızıldan başqa qızıl gətirmədiyini və satmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində atası Şahid5 Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən “Lombard” mağazasını işlətdiyini, 13 avqust 2025-ci il tarixdə atası mağazada olmadığı üçün orada olduğunu, həmin gün Təqsirləndirilən şəxs2 mağazaya gəldiyini, atası ilə danışdığını, qızıl satmaq istədiyini dediyini, özünün də atası ilə danışdığını, ona bu barədə məlumatı olduğunu, lakin həmin şəxsin qızılı lombarda girov qoymaq istədiyini dedikdə Təqsirləndirilən şəxs2 qızılı satmaq istədiyini atasına dediyini, atasının ona qızılın qramını və əyarını deməyini bildirdiyini, qızılın 1,2 qram olduğunu 585 əyar olduğunu və 1 ədəd sırğa olduğunu bildirdiyini, atasının ona qızılın 118 manat etdiyini dediyini və almağını bildirdiyini, özünün də Təqsirləndirilən şəxs2 118 manat etdiyini dediyini, onun razılaşaraq satmaq istədiyini dediyini, özünün də qızılın pulunu verərək aldığını, özünün Təqsirləndirilən şəxs2 satdığı qızılın oğurluq olmasından məlumatı olmadığını, həmin qızılı aldıqdan sonra isə lombard mağazasına qoyduğunu, atasının isə həmin qızılı yenidən emalı üçün göndərdiyini, qızılın hazırda harada olduğunu isə bilmədiyini, Təqsirləndirilən şəxs2 yanında heç kimi görmədiyini, onun tək olduğunu, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 17 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 mağazaya gələrək bir neçə qızıl göstərdiyini, lombarda qoymaq istədiyini bildirdiyini, həmin vaxt mağazada işçi olan Kəramət İsmayılxanlının qızıllara baxaraq 1400 manata götürə biləcəyini dediyini, Təqsirləndirilən şəxs2lə razılaşaraq qızılları götürdüyünü, həmin qızılların isə 2 cüt sırğa və 1 ədəd üzükdən ibarət olduğunu, Kəramətin həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini alaraq qızılları ondan götürdüyünü və 1400 manat pulu verdiyini, Kəramətin Təqsirləndirilən şəxs2 aldığı qızılların oğurluq olmasından xəbərləri olmadığını, bu barədə xəbərləri olduqdan sonra qızılları özü ilə birlikdə gətirərək təqdim etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 19 avqust 2025-ci il tarixdə mağazada olarkən Təqsirləndirilən şəxs2 mağazaya gəldiyini, qızıl satmaq istədiyini bildirdiyini, qızıllara baxan zaman 1 ədəd sırğa, 1 ədəd boyunbağı klonu və 1 ədəd üzük olduğunu gördüyünü, həmin əşyaların qızıl olduğunu, onları elektron tərəzidə çəkərək qiymətləndirdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 1400 manat etdiyini bildirdiyini, Hüseynin onunla razılaşaraq qızılları satmaq istədiyini dediyini, Təqsirləndirilən şəxs2 1400 manat pulu nağd şəkildə verdiyini, sonra verdiyi qızıllarla birlikdə şəxsiyyət vəsiqəsinin üzünü götürdüyünü, qızılları şəkillərini çəkməklə götürdüyünü, Təqsirləndirilən şəxs2 satdığı qızılın oğurluq olmasından məlumatı olmadığını, polis əməkdaşlarının ona aldığı qızılın oğurluq olduğunu bildirdiyini, həmin qızılları polis əməkdaşlarına təhvil verdiyini, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qızılların 1 ədəd sırğa, 1 ədəd boyunbağı klonu və 1 ədəd üzük olduğunu, həmin qızılların 585 əyar olduğunu, Təqsirləndirilən şəxs2 qızılı satmaq üçün gələn zaman yanında kimsə olub-olmaması barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs1 tanımadığını, adları qeyd olunan şəxslərdən bir tək Təqsirləndirilən şəxs2 izahatında bildirdiyi qızılı mağazaya satdığını, bundan başqa həmin şəxslərin qızıl gətirmədiyini və satmadığını, Təqsirləndirilən şəxs2 gətirdiyi qızılların oğurluq olduğunu bilmədiyini istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxs1 tanıdığını, onunla ofisiant işləyərkən tanış olduqlarını, Təqsirləndirilən şəxs2 isə tanımadığını, onu bir dəfə Səidin yanında gördüyünü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl oğurladıqları üçün polis tərəfindən tutulduqlarını bildiyini, Təqsirləndirilən şəxs1 bir neçə dəfə ona qızıl verərək, yaşı az görsəndiyindən və dövlət işində işlədiyini bildirib qızılları özünün satmaq istəmədiyini deyib ondan satmağını istədiyini, lakin ona qızılların oğurluq olduğunu demədiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi qızılların üzüklər, sırğalar, qolbaq və boyunbağılardan ibarət olduğunu, boyunbağılardan birinin üzərində “Didəm” yazısı olduğunu, hətta Səiddən bu barədə soruşduqda onun “Didəm” adlı sevgilisi olduğunu, həmin qızılı onun üçün hədiyyə hazırlatdığını, həmin qızla ayrıldıqdan sonra qızılı ondan geri istəyib aldığını, indi isə satdığını dediyini, digər verdiyi qızılların isə yenə də özünün olduğunu, borcu olduğu üçün satdığını dediyini, Səidə inanıb, onun hava limanında işlədiyini düşünüb oğurluq ola biləcəyinə ehtimal vermədiyini, ailəsinə məxsus qızıllar olduğunu və onları satması üçün Səidə verdiklərini düşündüyünü, Səidə köməklik etmək məqsədi ilə verdiyi qızılları satmağa razılıq verdiyini, Səidin ona verdiyi qızılları həmin gün aparıb satdığını, pulunu isə gətirib Səidə verdiyini, Səiddən bu köməklik üçün pul istəmədiyini, Səidin bir dəfə onunla birlikdə yemək yediyini, hesabı verdiyini, bir dəfəsində isə ona gedib-gəldiyi üçün 30 manat pul verdiyini, Səidin köməklik üçün həmin pulu verdiyini düşündüyünü, Səidin qızılı hər zaman tək verdiyini, bir dəfəsində Səidin yanında Hüseyni gördüyünü, həmin vaxt isə Səidin ona qızıl vermədiyini, Hüseynlə heç bir münasibəti olmadığını, “Didəm” yazılı boyunbağı barəsində Hüseynin məlumatı olub-olmamasını bilmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl oğurlamaları barədə onlar tutulduqdan sonra məlumatı olduğunu, əvvəlcədən bu barədə məlumatı olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində təxminən 2 ildir X17 Limanında daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran işlədiyini, təyyarədə növbəli şəkildə işlədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da onunla birlikdə işlədiklərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir müddətdir təyyarəyə yüklənən yüklərə baxdıqlarını, orada meyvə və ərzaq olarsa götürüb bölərək yediklərini, 13 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə təyyarəyə yükləri yüklədiklərini, özünün yükləri yerdən təyyarəyə yüklədiyini, Səidin təyyarənin içərisində işlədiyini, Hüseynin isə harada olduğunu xatırlamadığını, Təyyarəyə yükləri yükləyən zaman özünün də Səidin yanına getdiyini, Səidin orada yükləri yığan zaman yüklərin içərisinə baxdığını, Səidlə əvvəlcədən öz aralarında yüklər yüklənən zaman yüklərin içərisində dəyərli əşya olub-olmaması olarsa satıb bölmək barədə razılaşdıqlarını, Səidin isə orada olan yüklərin içərisindən 2 ədəd qızıla bənzər əşya tapdığını, sonra birlikdə orada yerləşən tualetin yanına gəldiklərini, Səidin ona həmin qızıla bənzər əşyalardan birini verərək qızıl olub-olmamağına baxmağını dediyini, tualetə girərək Səidin verdiyi bir cüt sırğaya baxdığını, qızıl olmadığını düşündüyünü, tualetə atıb çıxdığını, sonrasında isə Səidə qızıl olmadığını deyib tualetə atdığını dedikdə Səidin ona onun qızıl olduğunu, götürməyini dediyini, yenidən tualetə girdiyini, su axan yerə baxdığını, orada olan qızıl sırğanı götürən zaman həmçinin bir ədəd sepdə çıxardığını, Səidin ona 1900 manat borcu olduğundan və ödəmədiyindən ona qızılı çıxara bilmədiyini deyib üzərində gizlətdiyini, çıxardığı sepi isə göstərdikdə qızıl olmadığını dediyini, orada olan zibil qabına atdığını, 15 avqust 2025-ci ildə Naxçıvan şəhərində Cahan TM-nin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşdüyünü, Təqsirləndirilən şəxs1 yaşı az olduğunu, qızılı satmağa ona icazə vermədiklərini deyərək 1 ədəd qızıl üzük verərək satmağını dediyini, Hüseynlə birlikdə orada olan qızıl mağazasına getdiklərini, orada ondan şəxsiyyət vəsiqəsinin surətini istədiklərini, oradan çıxıb şəxsiyyət vəsiqəsinin surətini çıxardığını, təkrar qızıl mağazasına gəldiyini, Hüseynin bu dəfə onunla gəlmədiyini, tək həmin qızıl üzüyü 440 manata satdığını, pulunu gətirib Səidə Hüseynin yanında verdiyini, həmçinin qızılı alan şəxsin 435 manat etdiyini deyib 440 manat verdiyini, Səidin isə oradan 40 manat verərək 400 manatını özünə götürdüyünü, həmin puldan isə Hüseynə verib-verməməsini görmədiyini, sonrasında isə evə getdiyini, Səid və Hüseynin isə nə etdiyini bilmədiyini, sonra təkrar Naxçıvan şəhərinə gələrək özünə götürdüyü tək bir qızıl sırğanı Cahan TM-də qızıl mağazasında 320 manata satdığını, bu barədə nə Səidə nədə ki Hüseynə demədiyini, təxminən 17 avqust 2025-ci il tarixdə Səidin ona zəng edib harada olduğunu soruşduğunu, Səidə Nehrəmdə evdə olduğunu dedikdə 100 manat xeyrinin olduğunu Səidin dediyini, yenə qızıl satacağını dedikdə Səidə ehtiyacı olmadığını dediyini və getmədiyini, sonrasında isə onların qızılı haradan necə götürdüyünü, nə etdiklərini bilmədiyini, qeyd olunanlardan başqa özünün şəxsən və ya Səid və Hüseynlə birlikdə hava limanından və ya başqa yerdən qızıl və sair əşya oğurlamadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs3 onun atası olduğunu, 2 avqust 2025-ci il tarixinə Naxçıvan Muxtar Respublikasından X17 Limanı vasitəsilə Bakı şəhərinə getmək üçün bileti olduğunu, aviareyslər arasında gecikmə olduğundan hava limanında uçuş üçün 3 avqust 2025-ci il tarixdə saat 00:10 radələrində qeydiyyatdan keçərək baqaj yüklərini verib təyyarəyə minib Bakı şəhərinə getdiyini, Bakı şəhərinə çatdıqdan sonra özü ilə apardığı və baqaj çantasına qoyduğu atası Zərərçəkmiş şəxs3 bir müddət əvvəl ona aldığı qızıl boyunbağı və üzərində adı yazılan klonun çantada olmadığını gördüyünü, bu barədə atasına dediyini, atası Zərərçəkmiş şəxs3 maraqlanacağını bildirdiyini, bu barədə polisə müraciət etdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, qeyd etdiyi qızıl əşyalardan başqa oğurlanmış əşyası olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid4 04 dekabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 Cahan Ticarət Mərkəzi A bloku 18 nömrəli qızıl mağazasında satıcı işlədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığını, aralarında hər hansı ədavət və düşmənçilik münasibəti olmadığını, 3 avqust 2025-ci il tarixdə mağazada olan zaman Şahid8 adlı şəxsin gələrək qızıl satmaq istədiyini bildirdiyini, qızıla baxdığını, bir ədəd boyunbağından ibarət olduğunu gördüyünü, üzərində “Didəm” yazısı olan klonu olduğunu, qızıla baxdıqdan sonra tərəzidə çəkdiyini, çəkisinin 2,3 qram olduğunu, əyarının isə 585 əyar olduğunu, Səmraha 220 manata ala biləcəyini bildirdiyini, Səmrahın onunla razılaşaraq qızılı satmaq istədiyini bildirdiyini, qızılı alaraq 220 manat pulu Səmraha verdiyini, Səmrahın getdiyini, sonrasında isə həmin qızılı yenidən emalı üçün Bakı şəhərinə göndərdiyini, hazırda qızılın harada olması barədə dəqiq məlumatı olmadığını, Şahid8 satdığı qızılın oğurluq olmasından məlumatı olmadığını, ona təqdim edilmiş şəkillərə baxdığını, qeyd olunan qızılları özünün aldığını, lakin həmin qızılların oğurluq olduğunu bilmədiyini, bilsə almayacağını, qızılları da ayrı-ayrı günlərdə aldığı üçün vətəndaşların təkrar gəlib-gəlməməsinə də fikir vermədiyini, Şahid8 və Təqsirləndirilən şəxs1 yanında heç kimi görmədiyini, onların tək olduğunu, qızılları isə yenidən emala göndərdikləri üçün heç birinin hazırda mağazada olmadığını, harada olduqlarını da bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 08 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərin ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2025-ci il tarixli cinayət işi başlama və icraata götürmə haqqında qərardan görünür ki, HK-1/26 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2025-ci il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokoldan görünür ki, Şahid3 21 avqust 2025-ci il tarixdə X7 Polis Şöbəsində araşdırılan material üzrə izahatında Təqsirləndirilən şəxs2 ona 19 avqust 2025-ci il tarixdə 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd sırğa satdığını, satılan əşyaların qızıl materialdan hazırlandığını, həmin qızıllara görə 1400 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, 21 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona satdığı qızılların oğurluq olduğunu bildiyini və bu səbəblə qızılları gətirib təhvil vermək istədiyini bildirmiş, iş üçün əhəmiyyətli olduğundan Şahid3 təqdim etdiyi qızıl materialdan hazırlanmış 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd sırğa götürülmüşdür. (cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2025-ci il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokoldan görünür ki, Şahid7 21 avqust 2025-ci il tarixdə X7 Polis Şöbəsində araşdırılan material üzrə izahatında Təqsirləndirilən şəxs2 sahibkarı olduğu lombard mağazasına 17 avqust 2025-ci il tarixdə 1 ədəd üzük, 2 cüt sırğanı girov qoyduğunu, satılan əşyaların qızıl materialdan hazırlandığını, həmin qızıllara görə 1400 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, 21 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona satdığı qızılların oğurluq olduğunu bildiyini və bu səbəblə qızılları gətirib təhvil vermək istədiyini bildirmiş, iş üçün əhəmiyyətli olduğundan Şahid3 təqdim etdiyi qızıl materialdan hazırlanmış 1 ədəd üzük və 2 cüt sırğa götürülmüşdür. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 avqust 2025-ci il tarixdə saat 10:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 42-43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 avqust 2025-ci il tarixdə saat 10:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 66-67) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 84-85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1993-cü il təvəllüdlü, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 87-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 97-98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 108-109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli, 4(078)-60/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, X17 Limanında daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran işləyən, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 22 avqust 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 136-141) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli, 4(078)-59/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs xx xxxxxxx 1997-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, X17 Limanında daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran işləyən, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 22 avqust 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 143-148) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1991-ci il təvəllüdlü, evli, ali təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 177- 178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1986-cı il təvəllüdlü, evli, orta təhsilli, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla Şahbuz şəhəri, Bakı küçəsində yaşayan Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 213-214) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli hesabatdan görünür ki, ekspertizaya təqdim edilən qızıl zinyət əşyaları olan Türkiyə istehsalı, 585 əyar, 10.33 qram olan 1 cüt sırğa 1446,20 manat, Türkiyə istehsalı, 585 əyar, 5.7 qram olan 1 ədəd klon 798,00 manat, Türkiyə istehsalı, 585 əyar, 4.27 qram olan 1 ədəd üzük 597,80 manat, Türkiyə istehsalı, 585 əyar, 2.24 qram olan 1 ədəd üzük 313,60 manat, Türkiyə istehsalı, 585 əyar, 4.04 qram olan 1 cüt sırğa 565,60 manat və Türkiyə istehsalı, 585 əyar, 3.21 qram olan 1 cüt sırğa 449,40 manat olmaqla ümumi orta bazar dəyərləri ümumilikdə 4170,60 manat təşkil edir. (cild İ, iş vərəq 239-249) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü, Babək rayon Şəkərəbad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və xx.xx.1997-ci il təvəllüdlü, Babək rayon Şəkərəbad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatda dayanmır. (cild İİ, iş vərəq 18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli hesabatdan görünür ki, ekspertizaya təqdim edilən Bakı istehsalı, 585 əyar, 2.3 qram olan bir ədəd qızıl sep və qızıl klonun ümumi orta bazar dəyəri 333,50 manat təşkil edir. (cild İİ, iş vərəq 44-54) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli hesabatdan görünür ki, ekspertizaya təqdim edilən İtalya istehsalı, 585 əyar, 1.2 qram olan bir ədəd sırğanın ümumi orta bazar dəyəri 204,00 manat təşkil edir. (cild İİ, iş vərəq 56-66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2025-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış və istintaq zamanı Şahid7 və Şahid3 tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 01 cüt 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa, 01 ədəd 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı klon, 01 ədəd 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 ədəd 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 cüt 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa və 01 ədəd 585 əyarlı, 3,21 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (cild İ, iş vərəq 67-68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, X13 qızı Zərərçəkmiş şəxs1 oğurlanmış əşyalarını, yəni bir ədəd boyunbağı klonu, iki ədəd üzük, iki cüt sırğa, həmçinin digər tapılmayan bir ədəd sırğanın dəyəri olan 449,40 manat pulu təhvil almışdır. (cild İİ, iş vərəq 85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona dəymiş 1160 manat maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs1 bağışladığını, onunla barışdığını və iş üzrə heç bir şikayət və tələbi olmadığını qeyd edərək müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild İİ, iş vərəq 95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona dəymiş 754 manat maddi ziyanın tam şəkildə ona ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışladığını, onlarla barışdığını və heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 116-118) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. (cild İİ, iş vərəq 128-130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X5 tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 172) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X5 tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs1 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli, 364 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X14 (1998), qızı X9 (2022) və oğlu X10 (2024) adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 90) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Babək rayon Şəkərabad kəndində qeydiyyatda durur, yaşayır. Ailəlidir, Babək rayon Şəkərabad kəndində yaşadığı müddətdə, onun haqqında Babək rayon Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild İİ, iş vərəq 91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli, 366 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası X3 (1953), anası X6 (1973) və qardaşı X11 (1996) adlı ailə üzvləri var. (cild İİ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Babək rayon Şəkərabad kəndində qeydiyyatda durur, yaşayır. Subaydır, Babək rayon Şəkərabad kəndində yaşadığı müddətdə, onun haqqında Babək rayon Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild İİ, iş vərəq 94) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri üzrə təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və onlara bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Həmçinin məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 02 (iki) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 22 avqust 2025-ci il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 22 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 22 avqust 2025-ci il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 22 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung Galaxy A10” markalı və 01 ədəd “İphone” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Honor X9c” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış 01 cüt sırğa, Türkiyə istehsalı, 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd klon, Türkiyə istehsalı, 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd üzük, Türkiyə istehsalı, 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd üzük, Türkiyə istehsalı, 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış 01 cüt sırğa və Türkiyə istehsalı, 585 əyarlı, 3,21 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd sırğanın sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung Galaxy A10” markalı və 01 ədəd “İphone” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Honor X9c” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan Türkiyə istehsalı, 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış 01 cüt sırğa, Türkiyə istehsalı, 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd klon, Türkiyə istehsalı, 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd üzük, Türkiyə istehsalı, 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd üzük, Türkiyə istehsalı, 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış 01 cüt sırğa və Türkiyə istehsalı, 585 əyarlı, 3,21 qram çəkidə qızıldan hazırlanmış 01 ədəd sırğanın sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 ödənilsin. Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi2 ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar