Məhkəmə qərarları › İş №1(078)-9/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-9/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-9/2023 24.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 iştirakları ilə, 01 avqust 1971-ci il tarixdə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, 2 uşaq atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu oğlu Şahid1 musiqi müəllimi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin aprel ayının sonlarında ünvan 3 ünvanında yerləşən "Limon Market"in qarşısında 3200 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu arvadı X29 pensiya təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq 22 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən geyim mağazasında 4000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Şahbuz şəhərində mənzil satacağına dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2021-ci ilin noyabr ayının əvvəllərində Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 120 ünvanının yaxınlığındakı hərbi lisseyin yanında 10000 manat, 2021-ci ilin noyabr ayının ortalarında həmin yerdə 7000 manat, 2021-ci ilin dekabr ayının sonlarında Şahbuz şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən X56rşısında 4500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 21500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu oğlu Şahid5 dayandırılan pensiyasını bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2022-ci ilin fevral ayının ortalarında ünvan 6 ünvanında yerləşən X7 həyətində N0 manat və Naxçıvan şəhəri,Nizami küçəsi 27 ünvanında yerləşən "TEMA Ticarət Mərkəzi"nin yanında isə 1000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 4000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onu arvadı Şahid6 Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə müəllimə vəzifəsinə köçürmə yolu ilə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 04 mart 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən X14 yanında 2000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onu arvadı Şahid9 Naxçıvan X27 tibb bacısı vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 3 aprel 2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən X23 yanında 2000 manat pulunu alıb ələ keçirərərk təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu arvadı Şahid12 X24 tibb bacısı işinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yay aylarında tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 50 manat, 16 aprel 2022-ci il tarixdə Babək rayonu Hacıvar kəndində Zərərçəkmiş şəxs7 özündən 2000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 2050 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib onu gəlini X9 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına müəllimə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının əvvəlində tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 500 manat, 2022-ci ilin iyul ayının əvvəlində ünvan 12 ünvanının qarşısında Zərərçəkmiş şəxs8 özündən N0 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu arvadı X1 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına dayə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının əvvəlində tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 500 manat, 2022-ci ilin iyul ayının əvvəlində ünvan 13 ünvanında yerləşən “Limon Market”in qarşısında Zərərçəkmiş şəxs9 özündən 600 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1100 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib ona yük nəqliyyat vasitəsi satacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının əvvəlində Naxçıvan şəhər, Qaraxanbəyli kəndində N manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib onu arvadı X55 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib onu qardaşı arvadı X10 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib onun qızı X26 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 15 ünvanının həyətində 2500 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu arvadı X18 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1400 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib onu Naxçıvan X27 tibb təsərrüfat bacısı vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 05 sentyabr 2022-ci il tarixdə Naxçıvan şəhəri, 61-ci məhəllə 26 ünvanında yerləşən "Nur Qida" dondurma sexinin yanında 2000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib onu gəlini X19 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına tərbiyəçi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 07 sentyabr 2022-ci il tarixində ünvan 17 ünvanında yerləşən "Dizayn Holdinq"in qarşısında 2250 manat, 10 sentyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən X8 isə 250 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində, 2018-ci il tarixdən 2021-ci ilin may ayına kimi Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzində, daha sonra isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində sürücü vəsifəsində işlədiyini, 2022-ci il tarixdə isə maddi problemləri ilə əlaqədar olaraq borca düşdüyü üçün işlədiyi yerə şikayətlər gəldiyindən öz ərizəsi ilə işdən çıxmalı olduğunu, işdən çıxmağına səbəb isə vətəndaşlardan işə düzəltmək adı ilə aldığı pulları qaytara bilməməyinin olduğunu, həmin şəxslərdən biri də Şəmsəddin adlı taksi sürücüsü olduğunu, Zərərçəkmiş şəxs10 taksi sürücüsü olduğu üçün tanıdığını, 2022-ci ilin avqust ayında ona taksi lazım olduğundan səhər saat 11 radələrində mobil telefonu vasitəsilə Naxçıvan Taksi Xidməti şirkətinə taksi sifariş verdiyini, bir qədər sonra taksi gəlmiş, həmin taksi onu Qaraxanbəyli kəndindən götürərək Naxçıvan şəhərində fəaliyyət göstərən "Limon Market" adlanan ərzaq mağazasının yanına apardığını, taksiyə əyləşib, bir az yol qət etdikdən sonra taksi sürücüsünə zəng gəldiyini, zəng edən şəxslə yük nəqliyyat vasitəsi almaq haqqında danışdıqlarını, onlar danışdıqdan sonra taksi sürücüsünə adının Hüseyn olduğunu və 3 ədəd yük nəqliyyat vasitəsinin olduğunu və onlardan birini satmaq istədiyini dediyini, taksi sürücüsü Şəmsəddin adlı şəxsin ondan yük nəqliyyat vasitəsinin qiymətini soruşduğunu, ona qiymət desə də hazırda həmin məbləği xatırlamadığını, bir neçə gün onunla gedəcəyi yerlərə gedib gəldikdən sonra onunla razılaşmış, əsl həqiqətdə isə özünün yük nəqliyyat vasitəsi olmadığını, Şəmsəddinlə razılaşdıqdan sonra ona N manat ilkin ödəniş verməsini dediyini, hətta ona bir neçə ədəd sosial şəbəkədən yüklədiyi yük nəqliyyat vasitəsinin şəklini də göstərdiyini, Şəmsəddinə avtomobilin Bakı şəhərindən yola çıxdığını və qısa zamanda Naxçıvan Muxtar Respublikasına çatacağını dediyini, N manat ilkin ödəniş kimi pulu gətirib Qaraxanbəyli kəndində marketin qarşısında özünə verib getdiyini, Şəmsəddindən aldığı N manat pulu xərclədiyini, bir neçə gün sonra Şəmsəddinin mobil telefonuna zəng edərək ondan yük nəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikasına niyə gəlmədiyini soruşduqda ona həftə sonu burda olar dediyini, daha sonra o, yenidən onun mobil telefonuna zəng edərək avtomobili ondan təkrar soruşduqda, Şəmsəddinə yenə eyni sözü dediyini, həmin gündən sonra telefonunu söndürüb, bir qədər sonra isə Bakı şəhərinə gedib və bir daha onunla rastlaşmadığını, uşaqlıqdan eyni məhəllədə yaşadığı Minayə xanımla 2022-ci ilin sentyabr ayının əvvələrində Cahan Ticarət Mərkəzinin qarşısında rastlaşıb, onunla kef-hal edib bir qədər söhbət etdiyini, ona "Giyiyena və Epidemiologiya Mərkəzinin müdiri Zeynəb həkimin sürücüsü vəzifəsində işlədiyini və arvadı ilə bacısını da oraya işə düzəltdiyini dediyini, Minayənin bacısı Sahilənin iş axtardığını deyib, maddi durumları yaxşı olmadığı üçün bacısını işə düzəltməsini xahiş etdiyini, Minayəyə "Naxçıvan X25 tibb təsərüfat bacısı yerinin boş olduğunu, istəsə işə düzəldərəm" dediyini, Minayənin qəbul edib bu haqda kürəkənləri ilə gedib söhbət etmələrini bildirdiyini, Minayə ilə birlikdə bacısının evinə gedib, Sahilənin əri Əli Abdullayev ilə iş barəsində danışdıqlarını, onları inandırmaq üçün mobil telefonu ilə Səhiyyə Nazirliyinin Kadrlar Şöbəsinə zəng etdiyini, amma əslində heç kimə zəng vurmadığını, telefonla danışmış kimi etdikdən sonra onlara "2000 (iki min) manat verin mən aparım Səhiyyə Nazirinin sürücüsünə verim ki, işi tez həll eləsinlər" dediyini, onlarda onunla əlaqə saxlayacaqlarını dedikdən sonra onlarla sağollaşıb evdən çıxdığını, 2022-ci ilin sentyabr ayının əvvələrində Minayənin ona zəng edərək 2000 manat pulun hazır olduğunu, gəlib götürməsini dediyini, Minayəni avtovağzaldan götürüb Sahilənin işlədiyi dondurma sexinə gedib 2000 manat pulu alıb 15 sentyabr 2022-ci il tarixdə əmrinin X27 veriləcəyini dediyini, sonra Minayənin gəlininin işsiz olduğunu onu da işə düzəltməyini ondan xahiş etdiyini, Naxçıvan şəhərində 12 nömrəli məktəbin yanında yerləşən baxçada tərbiyəçi vəzifəsinin boş olduğunu, onu 2500 manat qarşılığında həmin yerə işə düzəldə biləcəyini dediyini, 07 sentyabr 2022-ci il tarixdə Minayəyə zəng edərək gəlininin işi üçün danışdıqları 2500 manat pulu istədiyini, Minayənin ona 2250 manat pulunun olduğunu deyərək qalan 250 manat pulu isə 2 gün sonra verəcəyini bildirdiyini, Minayə ilə köhnə taksi park tərəfdə "Bərəkət Qida məhsulları MMC"-nin qarşısında görüşdüyünü, Minayənin taksi ilə gəldiyini, özünün taksiyə əyləşib 2250 manat pulu orada Minayədən aldığını, həmin gündən 2-3 gün sonra Minayə xanıma zəng edərək onun işlədiyi X33 Kompleksinə gedərək qalan 250 manat pulu da ondan aldığını, 5 gün sonra bacısı ilə gəlininin əmrinin veriləcəyini ona dediyini, Sahiləni işə düzəltmək adı ilə 2000 manat, Minayənin gəlinini isə işə düzəltmək adı ilə aldadıb 2500 manat pullarını aldığını, həmin pullarıda xərclədiyini, söz verdiyi vaxtın gəlib çatdığında hər gün ona zəng etdiklərini, özünün isə cavab verə bilmədiyini, Minayənin, bacısı Sahilənin və əri Əlinin oğlunun evinə gələrək ondan pullarını istədiklərini, onlara səhəri gün pullarının tamamını qaytaracağını dediyini, həmin gün Bakı şəhərinə getdiyini, Minayə ilə Sahiləni inandırmaq üçün onlardan aldığı pulları Səhiyyə Nazirliyinin kadrlar şöbəsinə və səhiyyə nazirinin sürücüsünə verəcəyini dediyini, əsl həqiqətdə heç kimə zəng etməmiş, səhiyyə nazirinin sürücüsü ilə də yaxın münasibəti olmadığını, sadəcə olaraq inandırmaq məqsədilə həmin sözləri dediyini, Zərərçəkmiş şəxs8 gəlinini Naxçıvan şəhərində yerləşən indiki 8 saylı uşaq bağçasına işə düzəltmək adı ilə aldadıb 3500 manat pulunu aldığını, Zərərçəkmiş şəxs8 isə daha əvvəl qonşusu olan Şahid16 və əri Şahid15 vasitəsilə tanıdığını, Zərərçəkmiş şəxs8 N0 manat pulu almamışdan öncə qonşusu Şahid16 və əri Şahid15 vasitəsilə 3500 manat bağçaya müəllimə kimi işə düzəltmək adı ilə aldığını, sonra Şahid15 ondan verdiyi 3500 manat pulu istədiyi üçün məcbur qalıb N0 manat pulu Fazilə xanıma qaytarması üçün Şahid15 verdiyini, həmin vaxt Şahid15 ondan qalan 500 manat pulu da istədiyini, onun da Şahid15 Fazilə xanımın gəlinini müəllimə kimi işə qəbul olunmasını danışdığını, tez bir zamanda xəbər çıxsın N0 manat pulu yenidən gətirib ona verəcəklərini dediyini, Şahid15 Fazilə xanımın əri Zərərçəkmiş şəxs8 mobil nömrəsini öyrəndiyini, Zərərçəkmiş şəxs8 zəng edib özü ilə danışıb, ona gəlini Aytəkin Hüseynovanın işinin alındığını, təcili olaraq N0 manat pulu ona çatdırmalarını dediyini, Zərərçəkmiş şəxs8lə Naxçıvan şəhərində yerləşən Limon Marketin yanında görüşüb N0 manat pulu ona verdiyini, Zərərçəkmiş şəxs8 3500 manat pulunu gəlinini işə düzəltmək adı ilə aldadıb ələ keçirdiyini, Zərərçəkmiş şəxs9 Şahid16 ilə əri Şahid15 görə tanıdığını, Şahid16 ona bir şəxsin olduğunu, həmin şəxsin arvadını dayə kimi uşaq bağçasına işə düzəltmək istədiyini dediyini, həmin şəxsi 2000 manat pul qarşılığında Naxçıvan Şəhər 8 saylı Uşaq Bağçasına işə düzəldə biləcəyini Şahid16 dediyini, Təhminə xanımla əri Şahid15 verdiyi 2000 manat pulu alıb borclarına verdiyini, sonra Şahid15 ona verdiyi 2000 manat pulu istədiyi üçün 1500 manat pulu aparıb Şahid15 verdiyini, həmin şəxsə işlərinin qısa zamanda həll olunacağını deyib 500 manatlarını qaytarmadığını, işləri həll olan zaman qalan 1500 manat pulu da vermələrini dediyini, Zərərçəkmiş şəxs9 mobil nömrəsini alıb yenə pul lazım olduğu üçün Zərərçəkmiş şəxs9 zəng edib arvadının 8 saylı uşaq bağçasına dayə kimi qısa zamanda işə başlayacağını deyərək ondan geri qalan məbləği istədiyini, Elxanın ona pulunun olmadığını, yalnız 600 manata imkanının çatdığını dediyini, Elxanın gətirib 600 manat pulu avtovağzalın yanında ona verdiyini, Zərərçəkmiş şəxs9 aldadaraq onun arvadını işə düzəltmək adı ilə ümumilikdə 1100 manat pulunu ələ keçirdiyini, Zərərçəkmiş şəxs5 ilə birlikdə işlədiyi üçün onu tanıdığını, 2021-ci il tarixdə onunla təsadüfən rastlaşıb söhbət əsnasında ona Səhiyyə Nazirliyində sürücü işlədiyini, ona yaxın tanışın varsa Səhiyyə Nazirliyinə və Təhsil Nazirliyinə işə düzəldək işləsin dediyini, 2022-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs5 Naxçıvan Şəhər 12 nömrəli orta məktəbi ilə Naxçıvan Şəhər 5 nömrəli məktəb də vakant yerin olduğunu, bu iki məktəbdən birinə həyat yoldaşının işini N manat qarşılığında köçürəcəyini" dediyini, Zərərçəkmiş şəxs5 N manat deməyinə baxmayaraq ona 4700 manat pul gətirib verdiyini, həmin pulu Zərərçəkmiş şəxs5 alıb xərclədiyini, daha sonra Zərərçəkmiş şəxs5 arvadının Naxçıvan Şəhər 12 nömrəli orta məktəbə köçürülmədiyini görüb ondan verdiyi 4700 manatı istədiyini, 2700 manat tapıb Zərərçəkmiş şəxs5 qaytardığını, 2000 manat pulunun isə onda qaldığını, Şahid1 3200 manat pul aldığını, Şahid1 atası Zərərçəkmiş şəxs1 ona zəng edib, oğlunun musiqi müəllimi kimi işə düzəlmək istədiyini dediyini, Zərərçəkmiş şəxs1 cavab verəcəyini deyib sağollaşıb daha sonra Zərərçəkmiş şəxs1 N0 manat pul qarşılığında oğlunu nağara müəllimi kimi Şərur Rayon Musiqi Məktəbinə işə düzəldə biləcəyini dediyini, Zərərçəkmiş şəxs1 oğlu Şahid1 ilə 3200 manat pul göndərdiyini, Nihadın ona "atası N0 manat pulu onun işə qəbul olunması üçün göndərdiyini, 200 manat pulu isə şirinlik kimi göndərdiyini dediyini, Şahid1 aldığı 3200 manat puldan Zərərçəkmiş şəxs5la Zərərçəkmiş şəxs2 ona əvvəl verdikləri pulları istədikləri üçün 500 manat Zərərçəkmiş şəxs2, 2700 manat isə Zərərçəkmiş şəxs5 verdiyini, Zərərçəkmiş şəxs5 ümumilikdə 2700 manat pul verdiyini, Zərərçəkmiş şəxs4 4000 manat pulu onun oğlu Şahid5 pensiyaya çıxarmaq adı ilə aldadıb aldığını, Dövlət Sosial Müdafiə Fondunda və ya Əhalinin Sosial Müdafiə Mərkəzində işləyən hər hansısa bir tanışı olmadığını, həmin pulun N0 manatını Zərərçəkmiş şəxs4 özündən, qalan 1000 manatını isə oğlu Şahid5 aldığını, həmin pulu özü Zərərçəkmiş şəxs4 aldadaraq aldığını, aldığı 4000 manat pulu digər borclarına verdiyini, həmin pulu dəqiq kimə verməyi barəsində heç nə xatırlamadığını, Zərərçəkmiş şəxs6 onun arvadı Şahid9 X27 tibb bacısı vəzifəsinə işə düzəltmək adı ilə aldadıb 2000 manat pulunu X23 yanında aldığını, Şahid9 daha əvvəl Səhiyyə Nazirliyinə iş üçün müraciət etməyə gələn zaman tanıdığını, Şahid9 Səhiyyə Nazirliyinə anası ilə gəldiyini, həmin vaxtdan sonra Şahid9 ilə bir neçə dəfə telefon vasitəsilə danışdığını, maddi durumu yaxşı olmadığı üçün Şahid9 zəng edərək onu Naxçıvan şəhərindəki bağçalardan birinə 4000 manat pul qarşılığında tibb bacısı vəzifəsinə işə düzəldə biləcəyini dediyini, amma onun razı olmadığını, sonra isə yenidən ona zəng edərək X27 tibb bacısı vəzifəsinə işə düzəldəcəyini və bunun qarşılığında isə N0 manat pul verməsini deyən zaman Şahid9 N0 manata imkanları çatmayacağını deyən zaman ona birazdan zəng edəcəyini, baş həkimlə danışıb cavab verəcəyini dediyini, lakin diaqnostikanın baş həkimini həqiqətən tanımadığını, pulu ala bilmək üçün elə deyib, sonra Şahid9 zəng edərək 2000 manat pula razılıq aldığını dediyini, Şahid9 əri Zərərçəkmiş şəxs6 2000 manat pulu alıb borcuna verdiyini, Zərərçəkmiş şəxs2 həmyerlisi olduğu üçün tanıdığını, Zərərçəkmiş şəxs2lə 2022-ci ilin fevral-mart aylarında söhbət edən zaman o, arvadının gözünün zəif olduğunu dediyi üçün ona 4500 manat pul verməsi qarşılığında arvadını pensiyaya çıxara biləcəyini dediyini, Zərərçəkmiş şəxs2 etiraz etməyərək onunla razılaşdığını, təxminən 10 gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək Naxçıvan şəhərində yerləşən paltar mağazasına gəlməyini istədiyini, Zərərçəkmiş şəxs2 mağazasına gedib 4500 manat pulu arvadının gözündə olan problemə görə pensiyaya çıxarması üçün ondan aldığını, Zərərçəkmiş şəxs2 aldadıb 4500 manat pulunu alaraq borclarına verdiyini, Zərərçəkmiş şəxs2 ondan pulunu istədiyi üçün Şahid1 aldığı puldan 500 manat gətirib Zərərçəkmiş şəxs2 verdiyini, lakin onun 4000 manat pulunu qaytarmadığını, Zərərçəkmiş şəxs7 Şahid16 ilə əri Şahid15 görə tanıdığını, Şahid15 ona zəng edərək Şahid12 adlı bir xanımın olduğunu və həmin xanımın X15 tibb bacısı vəzifəsində işləyib çıxdığını və yenidən həmin yerə bərpa olunmaq istədiyini dediyini, Şahid15 həmin şəxsin 4200 manat pul verərsə onu əvvəlki iş yerinə bərpa edə biləcəyini deməsini istədiyini, Şahid15 ona zəng edərək 4200 manat pulu gətirib ona vermək istədiyini dediyini, Şahid15lə görüşüb 4200 manat pulu ondan aldığını, sonra Şahid15 ona zəng edərək 4200 manat pulu verən şəxsin pulunu istədiyini dediyi üçün Zərərçəkmiş şəxs7 zəng vurub, Hacıvar kəndinə gedib onunla görüşüb 4150 manat pulu sayıb Zərərçəkmiş şəxs7 verdiyini, qalan 50 manat pulun isə onda olduğunu və qısa zamanda işlərinin həll olacağını dediyini, sonra 2022-ci ilin aprel ayında yenidən Zərərçəkmiş şəxs7 zəng edərək onun iş yerinə gedib orada Zərərçəkmiş şəxs7 arvadının işini həll etdiyini, qısa müddətdə işə çıxacağını deyib 2000 manat pul verməsini istədiyini, Zərərçəkmiş şəxs7 2000 manat pulu ona verib əlavə olaraq 1000 manat pulu da arvadı işə çıxacağı gün verəcəyini dediyini, Zərərçəkmiş şəxs7 ümumilikdə 2050 manat pul aldığını, həmin pulu da borclarına verdiyini, Şahbuz rayonunda olan evini satmaq istədiyini, təsadüfən 2020-ci ilin noyabr ayında həmyerlisi olan Zərərçəkmiş şəxs3 ilə rastlaşdığını, nəvəsinin pensiya məsələsi üçün Səhiyyə Nazirliyinə gəldiyini həmin vaxt Pərnaza özünün Səhiyyə Nazirliyində işlədiyini dediyini, 2021-ci ilin noyabr-dekabr aylarında Pərnaz xanıma zəng edərək onunla salamlaşıb ona Şahbuz şəhərində olan bina evini N00 (otuz min) manata satdığını dediyini, bu zaman Pərnazın ondan "evi mən alsam ən son qiymət neçə olar" deyə soruşduqda ona "sən alsan 28000 manata evi sənə sataram" dediyini, bu zaman Pərnazın "mənim 28000 ( iyirmi səkkiz min) manat pulum yoxdur. Halhazırda əlimdə 10000 manat pulum var razılaşaq bu pulu sənə verim qalanını da əlimə düşdükcə verərəm" dediyini, onunla razılaşaraq "problem yoxdu sən 10000 manatı göndər mənə, mənim vaxtım olanda gələrəm evi sənin adına keçirərəm" dediyini, danışıqlarından bir həftə sonra Naxçıvan şəhərində hərbi litseyin yanında Zərərçəkmiş şəxs3 ilə görüşüb 10000 manat pulu ondan aldığını, 10000 manat pulu aldıqdan sonra tez-tez ona zəng edərək qalan 18000 manat pulu ondan istədiyini, ikinci dəfə Naxçıvan şəhərində Hərbi litseyin yanında Zərərçəkmiş şəxs3 ilə görüşüb ondan 7000 manat pulu aldığını, bir ay sonra yenə Zərərçəkmiş şəxs3 zəng edib "indi gəlirəm Şahbuza qalan pulu ver gedək evi sənədləşdirim sənin adına" dediyini, Zərərçəkmiş şəxs3 isə ona "Yalçın 4500 manat pul düzəltmişəm, sən bura çatanda xəbər et mən gəlim həmin pulu sənə verim" dediyini, 15-20 dəqiqə sonra Şahbuz şəhərinə çatıb Pərnaza zəng edərək Şahbuz şəhərində yerləşən X56rşısında gözlədiyini dediyini, Pərnaz X2rşısına gələrək 4500 manat pulu sayıb ona verdiyini, sonuncu dəfə 4500 manat pulu alan zaman Şahbuz şəhərində yerləşən bina evini əvvəlcədən başqa bir şəxsə satdığını, Zərərçəkmiş şəxs3 aldığı pulu da xərclədiyini, sonra Zərərçəkmiş şəxs3 evin satıldığını eşidib ondan pulunu geri istədiyini, 2240 manat pulu qaytarıb ona verdiyini, hal-hazırda Zərərçəkmiş şəxs3 19260 manat pulunun onda olduğunu, 2022-ci il yay aylarında 17000 manatdan çox borcu olduğunu, Naxçıvan şəhəri 8 nömrəli uşaq bağçasının tikintisi zamanı orada işləyən işçiləri avtomobili ilə işə aparıb-gətirməklə yanaşı əlavə olaraq həmin yerdə avtomobillik iş olanda həmin işidə gördüyünü, orada işləyənlərdən həmin yerə işçi götürüləcəyini öyrəndiyini, müxtəlif peşə sahiblərinə iş veriləcəyi haqqında məlumatlı olduğunu, aşpaz, aşpaz köməkçisi, dayə, dalandar, müəllimə vəzifələrinin olduğunu bildiyini, bir dəfə orada tanımadığı bir nəfər şəxsin onun yanında sənədləri hazırlayıb, X63 ölçü verdikdən sonra sənədləri bağçaya və ya icra hakimiyyətinə təqdim etmək lazımdır dediyini eşitdiyini, Nəvəsini 11 nömrəli uşaq bağçasına aparan zaman orada tanış olduğu Azadə adlı qadına bu barədə məlumat verdiyini, bir müddət sonra Sevinc Məhərrəmovanın, Abdullayeva Xatirənin əri olan Zərərçəkmiş şəxs14, Lala Əliyevanın əri Zərərçəkmiş şəxs11 və Aygün Səmədovanın qaynı Zərərçəkmiş şəxs12 zəng vuraraq iş barəsində ondan maraqlandıqlarını, onlara işə necə düzələcəkləri barədə məlumat verdiyini, həmin şəxslərə yaxın zamanda oraya işçi götürələcəyini, sənədlərini hazır saxlamalarını və iş üçün X69 ölçü vermələrini bildirdiyini, həmin şəxslərin isə ondan həmin sənədləri toplamağa və digər işlərdə köməklik etməsini istədiklərini, həmin vaxt pul lazım olduğundan X44rşısında Zərərçəkmiş şəxs12ı gəlinlərini işə düzəltmək adı ilə aldadıb 1000 manat pulunu aldığını, 2022-ci ilin avqust ayının ortalarında X44rşısında Zərərçəkmiş şəxs11 1000 manat pulu arvadını işə düzəltmək adı ilə aldadıb aldığını, daha sonra isə 2022-ci ilin avqust ayının ortalarında Əliabad qəsəbəsinə gedib Əliabad qəsəbəsində binalarının qarşısında Zərərçəkmiş şəxs13 qızını işə düzəltmək adı ilə aldadıb 2500 manat pulunu aldığını, əlavə olaraq 20 avqust 2022ci il tarixdə X44rşısında Zərərçəkmiş şəxs14 1400 manat arvadını işə düzəltmə adı ilə aldadıb aldığını, Zərərçəkmiş şəxs14 2000 manat istəməyinə baxmayaraq o, imkanının olmadığını deyərək 1400 manat pul verdiyini, adlarını qeyd etdiyi şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət ərizəsi yazdıqlarından həmin adları qeyd edilən şəxslərin pullarını özlərinə geri qaytardığını, əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkənlərin maddi ziyanlarını bir il ərzində ödəyəcəyini, ona şərti cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2021-ci ildə oğlu Şahid1 nağara ixtisası üzrə musiqi kollecini bitirdiyi üçün ixtisası üzrə Naxçıvan şəhərində imtahan verdiyini, Şahid1 sonuncu imtahandan keçid balını toplaya bilmədiyi üçün müəllimlik peşəsinə yiyələnə bilmədiyini, oğlu Nihadla evdə söhbət edən zaman dostunun Təqsirləndirilən şəxs adında tanışının olduğunu, Təqsirləndirilən şəxs 4000 manat pul qarşılığında musiqi müəllimi kimi onu işə düzəldə biləcəyini dediyini, bir qədər düşündükdən sonra X34 mobil nömrəsini öyrənib onunla əlaqə saxladığını, Yalçın Mehrəliyevlə danışan zaman "sənin oğlunu mən müəllim kimi işə düzəldəcəm, amma sən bunun qarşılığılnda heç olmasa mənə N0 manat pul verməlisən" dediyini, razı olduğunu dedikdə Y.Mehrəliyevin əlavə olaraq Şahid1 diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini və 200 manat da şirinlik olaraq pul istədiyini, Təqsirləndirilən şəxslə danışdıqdan sonra 3200 manat Yalçın Mehrəliyevə verilməsi üçün oğlu Şahid1 verdiyini, Şahid1 2021-ci ilin aprel ayının sonlarında ünvan 19 ünvanında yerləşən "Limon Market"in qarşısında Yalçın Mehrəliyevlə görüşüb 3200 manat pulu verdiyini, Təqsirləndirilən şəxs isə ona zəng edərək 3200 manatı Şahid1 aldığını və qısa bir zaman da Nihadın işini həll edəcəyini dediyini, Təxminən bir ay sonra o, Təqsirləndirilən şəxs zəng etdiyini, lakin Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyini, Pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində oğlu Həsənli Rüsinin uşaqlıqdan bağırsaqlarında problem olduğu üçün üç dəfə əməliyyat olunduğuna görə dövlətdən pensiya aldığını, oğlu Şahid5 18 yaşını tamam etdiyi üçün onun pensiyasının dayandırıldığını, bu barədə bir neçə yerə müraciət etsə də oğlunun pensiyasını bərpa edə bilmədiyini, 2022-ci ilin fevral ayında həmkəndlisi İdris müəllimlə kənddə rastlaşıb söhbət edən zamanı oğlunun pensiyasının bərpa edilib-edilməməsini soruşduğunu, ona hələki bir xəbər olmadığını dediyini, bu zaman İdris müəllimin ona "mənim tanışım var səhiyyə Nazirinin sürücüsüdür, adı da Yalçındır, istəsən səni Yalçınla tanış edim oğlunun pensiyasını o, həll etsin” dediyini, İdris müəllimə razılığını bildirdiyini, İdris müəllimlə bu söhbətdən təxminən 5-6 gün sonra ona zəng edərək Naxçıvan şəhərində yerləşən X49 çağırdığını, İdris müəllim ilə X49 gələn zaman Təqsirləndirilən şəxs adlı şəxsi də oraya çağırdığını, Təqsirləndirilən şəxslə tanış olduğunu, Təqsirləndirilən şəxs ondan nə səbəblə pensiyanı düzəldə bilmədiyini soruşduqda, ona "nə etdimsə oğlumun pensiyasını bərpa edə bilmədim" dediyini, Təqsirləndirilən şəxs bu zaman ona narahat olmamasını, bu işlərin onluq olduğunu, təxminən 20 günə kimi oğlunun kəsilmiş pensiyasını bərpa edəcəyini və bunun qarşılığında 4000 manat pul verməli olduğunu, 7000 manat qarşılığında isə oğlunun pensiyasını ömürlük edə biləcəyini dediyini, bir qədər fikirləşərək ona 7000 manata gücünün çatmayacağını, oğlunun pensiyasını həll etməsi üçün 4000 manat pul verə biləcəyini dediyini, Təqsirləndirilən şəxs ondan oğlunun Bakı şəhərində olan zaman xəstəxanadan verilən epikrizi ilə Naxçıvan şəhərində müalicə alması barədə verilən epikrizini istədiyini, o, isə bütün lazımı sənədləri toplayıb pulla bərabər ona verəcəyini dediyini, 1-2 gün sonra yəni 2022-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxslə Naxçıvan şəhərindəki avtovağzalın qarşısında görüşərək ona 4000 manat tapa bilmədiyini N0 manat pul tapıb gətirdiyini və qalan 1000 manat pulu isə ən qısa zamanda gətirib verəcəyini dediyini, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının ortalarında X33 Kompleksinin həyətində N0 manat pulu ondan alaraq sayıb, qalan 1000 manatı da tez bir zamanda tapıb ona verməsini dediyini, Təqsirləndirilən şəxs N0 manat pulu verdiyi gündən 2 gün sonra Bakı şəhərində yaşayan bacısı X20 1000 manat borc pul alıb oğlu Rusinə Yalçına çatdırması üçün verdiyini, oğlu Şahid5 2022-ci ilin fevral ayının ortalarında Naxçıvan şəhərinə gələrək Təqsirləndirilən şəxslə TEMA ticarət mərkəzinin yanında görüşüb 1000 manatı ona verdiyini, Təqsirləndirilən şəxs 1000 manat pulu oğlundan aldıqdan sonra ona zəng edib 1000 manatı aldığını və oğlunun pensiyasını qısa zamanda həll edəcəyini dediyini, ümumilikdə Təqsirləndirilən şəxs ondan 4000 manat pul aldığını, həmin gündən sonra bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etdiyini, Yalçının isə hər dəfə fərqli-fərqli sözlər deyərək qısa zamanda işin həll olunacağını dediyini, 2-3 ay Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını, daha sonra Təqsirləndirilən şəxs onda olan nömrəsinə zəng çatmadığını, Pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində Təqsirləndirilən şəxs 2011-ci ildə Naxçıvan şəhər, Tumbul kəndində yerləşən mebel fabrikində birlikdə işlədikləri üçün tanıdığını, daha sonra Təqsirləndirilən şəxs işlədikləri fabrikdən ayrılaraq başqa işdə işləməyə başladığını, Təqsirləndirilən şəxslə 2021-ci ildə Naxçıvan şəhərində rastlaşdığını, Təqsirləndirilən şəxs ona "yaxın adamlarından işləmək istəyən olsa denə Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə işə düzəldək işləsin" dediyini, həyat yoldaşı Şahid6 X50 imtahan verib keçid balını toplayaraq Babək rayon Buzqov kəndinə təyinat aldığından Təqsirləndirilən şəxs həyat yoldaşının təyinatını Naxçıvan şəhərinə dəyişməsi üçün mobil telefonla Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə zəng edərək onunla 2022-ci ilin fevral ayında Naxçıvan şəhərində "Dörd yol" deyilən yerdə görüşdüyünü, Təqsirləndirilən şəxs görüşə AA seriyalı Lifan markalı avtomobillə gəldiyini, özü isə oraya arvadı Şahid6 və bacısı Şahid7 ilə birlikdə getdiyini, birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşərək Təqsirləndirilən şəxs yoldaşının müəllimə olduğunu, Babək rayon Buzqov kəndində işlədiyini və onun təyinatını şəhərə dəyişmək istədiyini dediyini, Yalçının "heç bir problem yoxdur, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəblə 5 nömrəli tam orta məktəbdə vakant yer olduğunu, əgər istəsən N manat pul ver sənin yoldaşını bu iki məktəbdən birinə köçürmə yolu ilə gətirim işləsin" dediyini, Təqsirləndirilən şəxs "sən Səhiyyə Nazirliyində işləyirsən, Təhsil Nazirliyinə bəs necə əlin çatır" dediyini, Yalçın isə “belə işlərin hamısını biz sürücülər həll edirik" deyib cibindən mobil telefonunu çıxararaq Ceyhun adlı şəxsə zəng etdiyini, Ceyhun adlı şəxslə danışdıqdan sonra arvadı Şahid6 Naxçıvan şəhərinə köçürmə yolu ilə dediyi iki məktəbdən birinə köçürəcəyinə inandığını, sağollaşıb evlərinə dönərək Təqsirləndirilən şəxs dediyi məbləğdə pulu kredit götürərək topladıqdan sonra 04 mart 2022-ci il tarixdə Naxçıvan MR Mərkəzi Xəstəxanasının qarşısında Təqsirləndirilən şəxslə görüşüb üzərində gətirdiyi 4700 manat pulu arvadı Şahid6 işini həll etməsi üçün Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs pulu alan zaman saymadan cibinə qoyanda məbləği soruşduqda 4700 manat olduğunu dediyini, Təqsirləndirilən şəxs bir müddət sonra ona "2022-ci ilin aprel ayını sonunda yoldaşınla gəl Təhsil Nazirliyinə, biz çöldə gözləyək, arvadın Turanə xanım Ceyhunla birlikdə getsin içəri əmri verilsin və 01 may 2022-ci il tarixdə başlasın işləməyə" dediyini, 4700 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra onu idarə etdiyi avtomobillə "Dörd yol" adlanan yerə gətirərək sağollaşıb getdiyini, 2022-ci ilin mart və aprel aylarında Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə danışıqlarının olduğunu, hər dəfə telefon vasitəsi ilə danışdıqda Yalçının ona "narahat olma yoldaşının işini həll edəcəm" dediyini, 2022-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs zəng vurduqda telefonuna zəng çatmadığını, sonra Təqsirləndirilən şəxs işlədiyi Səhiyyə Nazirliyinin X4 getdiyini, orada ona Təqsirləndirilən şəxs dələduzluq edərək bir neçə şəxsi aldatdığını dediklərini, həmin vaxt Təqsirləndirilən şəxs arvadının da orada işlədiyini öyrəndiyini, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə şikayət edəcəyini dediyini, həmin gündən 15-20 gün sonra Təqsirləndirilən şəxslə şəhərdə rastlaşdıqlarını, Təqsirləndirilən şəxs ona 2700 manat pul verdiyini, Təqsirləndirilən şəxs qalan 2000 manat pulu da tezliklə verəcəyini deyib onunla sağollaşıb getdiyini, həmin gündən sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə bir neçə dəfə zəng vursa da ona zəng çatmadığını, pulunun tam şəkildə ödənilməsini və Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, həyat yoldaşı Şahid9 Tibb kollecində mama və ginekoloq ixtisası üzrə təhsil aldığından, 2021-ci ildən xəstəxanaların birində işə düzəlmək istədiyini, həmin dövrdə xəstəxanalar üzrə vakansiyalar verildiyi zaman bir neçə dəfə Naxçıvan şəhəri vakansiyalarda olmadığından Səhiyyə Nazirliyinə həyat yoldaşının Naxçıvan şəhərində yerləşən xəstəxanalarda işə düzəlməsi üçün müraciət etdiyini, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid9 və qayınanasının Səhiyyə Nazirliyinə getdikləri zaman bir neçə dəfə orada gördüklərini, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid9 Səhiyyə Nazirliyinə nə üçün müraciət etdiyini öyrəndikdən sonra orada onlarla söhbət etdiyini, həyat yoldaşının iş məsələsinə köməklik edə biləcəyini dediyini, Təqsirləndirilən şəxs bir müddət sonra isə həyat yoldaşı Şahid9 zəng edərək X51 Müalicə Mərkəzinə yeni baş həkim təyin olunduğunu, həmin baş həkimin dostu olduğunu və onu həmin xəstəxanaya tibb bacısı olaraq işə düzəldə biləcəyini dediyini, həyat yoldaşına Təqsirləndirilən şəxslə danışmasını və işə düzəlmək üçün nə lazım olduğunu soruşmasını dediyini, həyat yoldaşının Təqsirləndirilən şəxslə danışdığını, Təqsirləndirilən şəxs sənədlərinin əvvəldən Səhiyyə Nazirliyinin arxivində olduğunu, tam olduğunu, işə düzəlmək üçün sadəcə 2000 manat pul verməli olduqlarını dediyini, Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyində işlədiyindən, həyat yoldaşının sənədlərinin Səhiyyə Nazirliyində olmasını bildiyindən, onun həyat yoldaşını işə düzəldə biləcəyinə inanaraq 2000 manat pulu tapıb Təqsirləndirilən şəxslə bu dəfə özünün telefonda danışdığını, Təqsirləndirilən şəxs 2000 manat pul ilə birlikdə X51 Müalicə Mərkəzinin yanına gəlməyini dediyini, Təqsirləndirilən şəxs dediyi yerə, X51 Müalicə Mərkəzinin yanına gedib ona 2000 manat pulu verdiyini, Təqsirləndirilən şəxs ona həyat yoldaşının 2022-ci ilin aprel ayının 15-də işə çıxacağını dediyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində 2021-ci ilin yay aylarında arvadı Şahid12 yaşadıqları Babək rayon Hacıvar kəndində yas mərasiminə getdiyini, orada söhbət əsnasında Şahid12 Təqsirləndirilən şəxs adlı bir şəxsin olduğunu və həmin şəxsin Səhiyyə Nazirliyində sürücü olduğunu və Şahid12 əvvəlki işinə bərpa edə biləcəyini və bunun qarşılığında 4200 manat pul alacağını Şahid12 eşitdiyini, razılığını bildirərək 4200 manat pulu Şahid12 Təqsirləndirilən şəxs verməsi üçün verdiyini, arvadı Şahid12 isə 4200 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün Naxçıvan şəhərində yaşayan Şahid16 adlı xanıma verdiyini, Şahid16 Təqsirləndirilən şəxs işi həll edən şəxs olduğunu deyərək Təqsirləndirilən şəxs mobil nömrəsini Şahid12 verdiyini, Təqsirləndirilən şəxs zəng edərək göndərdiyi 4200 manat pulun ona çatıb-çatmamasını soruşan zaman Təqsirləndirilən şəxs "problem yoxdur, 4200 manat pulunuz məndədir sənin yoldaşının işini 1 və ya 2 aya həll edəcəyəm" dediyini, lakin Təqsirləndirilən şəxs Şahid12 yenidən işə qaytara bilməyəcəyini düşünərək zəng edib verdiyi 4200 manat pulu Təqsirləndirilən şəxs istədiyini, Təqsirləndirilən şəxs həmin günü axşam saatlarında Zərərçəkmiş şəxs7 işlədiyi Hacıvar kənd nasos stansiyasına gələrək ona verdiyi 4200 manat pulun 4150 manatını qaytaraq qalan 50 manat pulu isə verəcəyini deyib getdiyini, 16 aprel 2022 ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək arvadının işinin düzəldiyini deyən zaman hara düzələcəyini soruşduqda ancaq X25 vakant yer olduğu üçün oraya düzəldə biləcəyini dediyini, Təqsirləndirilən şəxs həmin vaxt "2000 manat verəcəksən həkimə verəcəm, birinci gündə gələndə 1000 manat da verəcəksən Səhiyyə Nazirliyinə çatacaqdır" dediyini, 16 aprel 2022-ci il tarixdə Naxçıvan şəhərindən Babək rayon Hacıvar kəndinə gələn zaman yolun kənarında Təqsirləndirilən şəxs ilə görüşərək 2000 manat pulu ona verdiyini, Təqsirləndirilən şəxs isə pulu aldıqdan sonra Şahid12 növbəti həftənin birinci günü işinin alınacağını və həmin gün də işə çıxacağını dediyini, Təqsirləndirilən şəxs dediyi vaxt çatan zaman zəng etdiyini lakin telefona zəng çatmadığını, həmin gündən sonra Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində 2021-ci ilin yaz aylarında arvadı X21 gəlinləri X9 3500 manat pul qarşılığında Naxçıvan şəhərində yeni açılacaq bağçaya müəllimə kimi işə düzəldəcək adam olduğunu dediyini, özünün isə "maraqlanın, görək etibarlı adamdısa deyək düzəltsin" dediyini, 3500 manatı arvadı F.Xuduyevaya gəlinini işə düzəltməsi üçün həmin şəxsə verməsi üçün verdiyini, bir neçə gün sonra arvadı Fazilə Xuduyevanın gəlininin işi üçün verdiyi 3500 manat pulun N0 manatını həmin şəxsdən geri aldığını lakin 500 mant pulu işə düzəldən şəxsin özündə saxlayaraq iş alınan zaman yenidən N0 manat alacağını dediyini, 2-3 ay sonra bir nəfər şəxsin zəng edərək adının Yalçın olduğunu və "gəlininizi uşaq bağçasına işə düzəldən mənəm, işi həll edəcəm, Təhminə xanıma verdiyiniz 500 manat pul da məndədir. Gəlininizi müəllimə kimi işə düzəltməyin qarşılığında N0 manat pul verməlisiniz ki, mən tez bir zamanda gəlininizi müəllimə kimi işə düzəldim" dediyini, razılığını bildirərək Yalçın adlı həmin şəxslə 2022-ci ilin iyul ayının əvvəllərində Naxçıvan şəhər Qaraxanbəyli kəndindəki hərbi hissənin yanında görüşərək N0 manat pulu verdiyini, həmin gündən sonra Yalçın adlı həmin şəxsin mobil telefonuna zəng çatmadığını, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində 2021-ci ilin əvvəllərində qardaşının arvadı Fazilə Xuduyeva vasitəsilə Təhminə xanımı tanıdığını, gəlinləri X39 adında bir tanışının olduğunu və həmin tanışının uşaq bağçasına müəllimə və dayə kimi adam düzəldə bildiyini eşitdiyini, X39 xanımın nömrəsini öyrənərək onun özü ilə mobil telefon vasitəsilə danışdığını, Təhminə xanımdan arvadı Afaq Allahverdiyevanı dayə kimi hər hansısa bir bağçaya işə düzəldə biləcəyini soruşduğunu, Təhminə xanım isə bu haqda işə düzəldən şəxslə danışdıqdan sonra cavab verəcəyini dediyini, təxminən 2 gün sonra Təhminə xanım zəng edərək həmin şəxslə danışdığını, həmin şəxs Naxçıvan şəhərində yeni tikilən uşaq bağçasına dayə kimi işə düzəldəcəyini və bunun qarşılığında isə 2000 manat pul alacağını" dediyini, 2021-ci ilin may ayının əvvəlində ünvan 25 binanın həyətində 2000 manat pulu və istənilən sənədləri Şahid16 verdiyini, Şahid16 isə 2021-ci ilin may ayında həmin bağçanın açılacağını və arvadınında həmin vaxt işə başlayacağını dediyini, 2021-ci ilin ortalarında uşaq bağçasının pandemiya ilə əlaqədar olaraq istifadəyə verilmədiyi üçün Şahid16 verdiyi 2000 manat pulu geri istədiyini, T.Əlieyvanın isə 1500 manat geri qaytarıb, qalan 500 manatın isə işi düzəldən şəxsin özündə saxladığını bildirərək iş düzələn zaman yenidən 1500 manat pulu alacağını dediyini, Şahid16 Təqsirləndirilən şəxs mobil nömrəsini öyrənib zəng edib Naxçıvan Şəhər İcra Hakimiyyətinin arxasında görüşüb ondan harada işlədiyini soruşduqda, Təqsirləndirilən şəxs "mən Səhiyyə Nazirinin müavinin sürücüsüyəm, narahat olma Təhminə xanıma verdiyin 500 manat və sənədlər məndədir, sənin yoldaşını yeni tikilən uşaq bağçasına işə düzəldəcəm, bu işlə mən məşğulam, həll edəcəm, bir az gözləməli olacaqsınız" dediyini, 2021-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək 1500 manat pulu istədiyini, imkanının olmadığını, həmin pulu yalnız sentyabr ayında verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs onun yoldaşının işə düzəlməsi üçün özünün pul verdiyini və 500-600 manat verməsini istədiyini, 2022-ci ilin iyul ayının əvvəlində ünvan 13 ünvanında yerləşən “Limon Market”in qarşısında Təqsirləndirilən şəxslə görüşərək 600 manat pulu ona verdiyini, həmin gündən sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng etməsinə baxmayaraq cavab vermədiyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində qızı Sevinc Məhərrəmovanın ona EPİ adlı şirniyyat sexində birlikdə işlədiyi Aygün Səmədova adlı şəxsin yeni açılmış uşaq bağçasına işə düzəlmək üçün sənəd hazırladığını, özünün də orada işə düzəlmək istədiyini dediyini, qızına düzələ bilsən çox yaxşı olar dediyini, Sevincdən uşaq bağçasına işə necə düzələcəyini soruşan zaman Aygünün tanışı var, adı Yalçındır, onun vasitəsilə düzələcəyini dediyini, həmin yerə düzəlmək üçün həmin şəxsə nə qədər pul verəcəyini soruşan zaman, Sevincin ona pul verməyəcəyini, sənədlərini hazırlayıb verəcəyini, əlavə olaraqda X63 forma sifariş verməli olduğunu dediyini, bir neçə gün sonra qızı Sevinclə X69 gedib orada qızının əvvəlki iş yoldaşı Aygün və Yalçın adlı şəxslə görüşdüyünü, qızı Sevincin içəriyə keçib forma sifariş verdiyini, oradan çıxan zaman özü və Sevincin Yalçınla iş barəsində söhbət etdikdə, Yalçının qızını işə düzəltməyi qarşılığında 2500 manat pul verməli olacaqlarını dediyini, 2022-ci ilin avqust ayının ortasında X63n yaşadığı Əliabad qəsəbəsinə gəlib evdən 2500 manat pulu götürüb, Yalçına yaşadığı binanın qarşısında verdiyini, Yalçının pulu aldıqdan sonra qızının işinin tez bir zamanda həll olacağını, narahat olmamasını dediyini, təxminən 1 həftə sonra DTX-dan qızı Məhərrəmova Sevincə zəng gələrək çağırdıqlarını, orada qızına Yalçının ondan pul alıb-almadığı barədə soruşaraq Yalçının vətəndaşları aldatdığını bildirdiklərini, qızı Sevincində Yalçından şikayət ərizəsi verdiyini, ərizə verdikdən bir neçə gün sonra 2500 manat pulun hamısını Yalçının gətirib məhlələrində geri qaytardığını, ona görə də Naxçıvan MR DİN-nə çağrılan zaman Yalçının pulu qaytardığına görə ona borc verdikləri barədə ərizə və izahat verdiklərini, əsl həqiqətdə isə Yalçının onları aldadaraq həmin pulu aldığını, sonra işin üstünün açıldığını görüb pulu qaytardığını, pulunun tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs şikayətinin olmadığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində həyat yoldaşının dializ xəstəsi olduğu və işləyə bilmədiyi üçün dolanışıqlarının zəif olduğunu, buna görə də iş axtardığını, həmin vaxtı Naxçıvan “Nur” qida dondurma sexində işlədiyini, Şahbuz şəhərində eyni məhəllədə böyüdüyü Şahbuz şəhər sakini Təqsirləndirilən şəxs ilə təxminən 2022-ci ilin sentyabr ayının ikisində bacısı Minayə ilə Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzinin qarşısında təsadüfən rastlaşdıqlarını, Yalçının bacısı Minayəni tanıyıb və yaxınlaşıb kefini-halını soruşduğunu, söhbət zamanı Yalçının onuda Minayədən soruşduğunu, Minayənin onun iş axtardığını Yalçına dedikdə əlinin uzun olduğunu, cox adamlara iş düzəltdiyini, Naxçıvan Gigeniya-Epidomologiya xəstəxanasının baş həkimi olan Zeynəb həkimin sürücüsü işlədiyini bildirdiyini, həmin vaxt bacısının ona mobil telefon vasitəsi ilə zəng edərək Yalçınla görüşdüyünü, Yalçının ona iş düzəldə biləcəyini söylədiyini, onlara gəlmək istədiyini bildirdiyini, səhəri gün gəlmələrini dediyini, Yalçının isə vaxtının olmadığını, işin əldən çıxacağını bildirib onlara gəldiyini, Yalçının Diaqnostika xəstəxanasına xadimələrin üzərinə nəzarətçi kimi işə düzəldəcəyini, əmək haqqının 450 manat olacağını və əlavə 150 manatda hər ay paket alacağını ümumilikdə 600 manat əmək haqqı alacağını bildirdiyini, Yalçının işə düzəlməyə pul lazım olacağını, qiymətinin baha olduğunu ancaq imkanlarının zəif olmasına, həyat yoldaşının xəstə olduğuna görə 2000 manat pul qarşılığında işi düzəldə biləcəyini dediyini, Yalçının evdə olan zaman mobil telefon ilə kiməsə zəng edərək Zeynəb həkimə zəng etdiyini dediyini, telefonda danışdığı adamdan işin sentyabr ayının 15-də dəqiq düzələcəyini soruşmuş, telefonda olan adamdan isə təsdiq cavabını aldığını bildirdiyini, Yalçının danışıb qurtarıb evdən çıxıb getdikdən sonra həyat yoldaşı ilə ona inanaraq, dost-tanışdan, qohumdan borc istəyərək 2000 manat pulu düzəldib 2022-ci ilin sentyabr ayının beşində işlədiyi “Nur” qida dondurma sexində Yalçına verdiyini, Yalçının həmin yerə bacısı Minayə ilə birlikdə gəldiyini, 2000 manat pulu onun yanında Yalçına verdiyini, pulu verən zaman Yalçının ona 2022-ci ilin sentyabr ayının 15-də işə başlayacağını və orada geyinmək üçün ağ rəngli xəstəxana tapıçkasıda almağını bildirdiyini, 2022-ci ilin sentyabr ayının 15-də Yalçının mobil telefonuna zəng edərək işin nə yerdə olduğunu soruşduqda yerinə gedəcəyi şəxsin təqaüd vaxtının çatdığını, ayın sonuna kimi işləyib əmək haqını tam alıb çıxacağını və onun 2022-ci ilin oktyabr ayının birində işə çıxacağını bildirdiyini, həmin tarixə kimi gözləyib 2022-ci ilin oktyabr ayının birində Yalçına zəng edib işin nə olduğunu soruşduqda əmrinin verildiyini və bir-iki günə işin düzələcəyini bildirdiyini, həyat yoldaşı X59 əmiri onlara göstərməyini istədikdə onları Səhiyyə Nazirliyinin qarşısına çağırıb Kadrlar şöbəsində əmiri göstərəcəyini bildirdiyini, Əli Abdullayev ilə birlikdə Səhiyyə Nazirliyinə gedib Yalçına zəng etsələrdə telefonu açmadığını, Səhiyyə Nazirliyinə girib kadrdan əmr barədə soruşduqda kadrların elə bir əmrin olmadığını, Yalçının isə orada bir il öncə işlədiyini və işdən çıxarıldığını bildirdiyini, bundan sonra Yalçının mobil telefonuna zəng etdikdə telefonun gah sönülü olduğunu, gahda telefonu açmadığını, həmin günün axşamı saat təxminən 20:00 radələrində həyat yoldaşı Əli, bacısı Minayə və onun oğlu Araz ilə birlikdə Yalçının Naxçıvan şəhərində olan evinə gedib qapını döydükdə qapını Yalçının özünün açdığını, çöldə Yalçından onları niyə aldatdığını deyib, pullarını verməsini istədiyini, həmin gecə Yalçının səhər pulu Fərda Şirniyyatın yanında verəcəyinə onları inandırdığından getdiklərini, həmin vaxtdan sonra Yalçını görə bilmədiyini, telefonunada zəng çatmadığını, sonra Naxçıvan Şəhər Polis İdarəsinə, sonra isə Naxçıvan şəhər Prokurorluğuna Yalçın barəsində şikayət etdiklərini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində X22 uşaqlıqdan eyni məhəllədə yaşadıqaları üçün tanıdığını, 2022-ci ilin sentyabr ayının əvvələrində Təqsirləndirilən şəxslə Cahan Ticarət Mərkəzinin qarşısında rastlaşıb, kefhal edən zaman Təqsirləndirilən şəxs Giyiyena və Epidemiologiya Mərkəzinin müdiri Zeynəb həkimin sürücüsü vəzifəsində işlədiyini, arvadını oraya tibb təsərrüfat bacısı, bacısını tibb bacısı, bibisinin qızını da Naxçıvan X27 tibb təsərüfat bacısı vəzifəsinə işə düzəltdiyini dediyini, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs15 iş axtardığını bacısını da işə düzəltməsini xahiş etdiyini, bu zaman Təqsirləndirilən şəxs "Naxçıvan X25 tibb təsərüfat bacısı yeri boşdur. Mən sənin bacını ora işə düzəldərəm" dediyini, özünün "nə qəşəng oldu, elə bacımgil həmin xəstəxananın arxasında həyət evində yaşayırlar, gəl gedək bacımın əri ilə özün bu barədə danış" dediyini, Təqsirləndirilən şəxs "taksi çağırmışam ki, Zeynəb həkimin evinə alış-veriş edəm. Gəl birlikdə gedək bacıngilə bu iş barəsində danışaq" dediyini, birlikdə taksi ilə Zərərçəkmiş şəxs15 yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs15 əri Əli Abdullayevlə danışan zaman onları inandırmaq üçün mobil telefonu ilə Səhiyyə Nazirliyinin Kadrlar Şöbəsinin müdirinə zəng etdiyini deyib zəng etsədə danışdığı şəxsin səsinin eşidilmədiyini, Təqsirləndirilən şəxs danışdığı şəxsə "eşitmişəm ki, Naxçıvan X25 tibb təsərüfat bacısı vəzifəsi boşdur. Mənim də bibimin bir qızı var, onun təcili bir işə ehtiyacı var. Sizdən xahiş edirəm onu həmin vəzifəyə işə qəbul edəsiniz" dediyini, Təqsirləndirilən şəxs telefonla danışdıqdan sonra işin alınması üçün şirinlik verməllərini deyən zaman Əli Abdullayevin ondan məbləği soruşduqda "2000 (iki min) manat verin mən aparım Səhiyyə Nazirinin sürücüsünə verim ki, işi tez həll eləsinlər" dediyini, Əli Abdullayevin Təqsirləndirilən şəxs xəbər edəcəklərini deyib onunla sağollaşdığını, 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək 2000 manat pul hazırdır dedikdə Təqsirləndirilən şəxs "hazır ol gəlirəm səni iş yerindən götürəm gedək pulu götürək" dediyini, 5 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs sarı rəngli "Naz Lifan" markalı taksi ilə Naxçıvan şəhər avtovağzalına gələrək onunla birlikdə Zərərçəkmiş şəxs15 Naxçıvan şəhəri, 61-ci məhəllə 26 ünvanında yerləşən "Nur Qida" dondurma sexinə gedərək, dondurma sexinin yanında 2000 manat pulu Zərərçəkmiş şəxs15 alıb "15 sentyabr 2022-ci il tarixdə sənin əmrin veriləcək, işə çıxacaqsan. Sən indidən get özünə forma ilə ağ rəngli çəkmə al, mən də bu pulu aparıb nazirin sürücüsünə verim" dediyini, 6 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs15 verdiyi 2000 manat pulu çatdırdığını dediyini, gəlini X11 işsiz olduğu üçün Təqsirləndirilən şəxs onu işə düzəltməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs "Naxçıvan şəhərində 12 nömrəli məktəbin yanında yerləşən baxçada tərbiyəçi vəzifəsi boşdur, 2500 manat hörmət edin gəlinini ora işə düzəldim" dediyini, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək gəlini Ş.Qasımovanın işi üçün istədiyi 2500 manatı istədikdə hazırda 2250 manat pulunun olduğunu, qalan 250 manatı isə 2 gün sonra verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs "problem yoxdur. Mən sənin əvəzinə 250 manat pulu verərəm, sonra sən mənə həmin pulu verərsən" dediyini, 07 sentyabr 2022-ci il tarixdə X7 həyətində taksi fəaliyyəti ilə məşğul olan Rəfail adlı şəxslə ünvan 17 ünvanında yerləşən "Dizayn Holdinq"in qarşısında Təqsirləndirilən şəxslə görüşüb Təqsirləndirilən şəxs taksiyə əyləşərək 2250 manat pulu ondan aldığını, daha sonra Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən X16 gələrək 250 manatı ondan alıb "5 gün sonra bacınla gəlininin əmri veriləcək" deyərək sağollaşıb getdiyini, 15 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "Naxtell" mobil operatoruna məxsus +**********30 mobil nömrəsinə zəng vurduqda, Təqsirləndirilən şəxs ona "Naxçıvan X25 tibb təsərrüfat bacısı vəzifəsində işləyən qadının ayın sonuna kimi çıxarmamalarını maaşını tam alsın sonra pensiyaya getsin" dediyini, Təqsirləndirilən şəxs dediklərinə inanıb sentyabr ayının sonunu gözləyib yenidən Təqsirləndirilən şəxslə əlaqə saxladıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs15 əmrinin verildiyini, bir-iki günə işə çıxacağını dediyini, Təqsirləndirilən şəxs dediklərini bacısının əri Əli Abdullayevə dedikdə Ə.Abdullayevin Təqsirləndirilən şəxs əmrin şəkilini atmasını istədiyini, Təqsirləndirilən şəxs səhəri gün Səhiyyə Nazirliyinə gəlmələrini və kadrlar şöbəsindən Zərərçəkmiş şəxs15 əmrini götürüb göstərəcəyini bildirdiyini, həmin günün səhəri Zərərçəkmiş şəxs15 və əri Əli Abdullayevin birlikdə Səhiyyə Nazirliyinə gedib, Təqsirləndirilən şəxs zəng etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyini, Zərərçəkmiş şəxs15 və əri X61 Nazirliyinə girib kadrlar şöbəsindən Zərərçəkmiş şəxs15 işə qəbul olunması barədə soruşduqda Təqsirləndirilən şəxs bir il bundan öncə işdən çıxarıldığını, Zərərçəkmiş şəxs15 işə qəbul olunması barədə bir əmrin olmadığını və Təqsirləndirilən şəxs onları aldatdığını bildiklərini, həmin gün axşamı saat 20:00 radələrində özünün, oğlu Şahid14, bacısı Zərərçəkmiş şəxs15 və bacısının əri Əli Abdullayevin birlikdə Təqsirləndirilən şəxs Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən evinə getdiklərini, Təqsirləndirilən şəxs səhəri gün Fərda Şirniyyatın qarşısında aldığı pulları qaytaracağını dediyini, lakin həmin gündən sonra bir daha Təqsirləndirilən şəxs görmədiklərini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs Şahbuz rayon sakini kimi uzun illərdir ki, tanıdığını, 2021-ci ilin oktyabr ayında həyat yoldaşı X30 gözündə olan problemə görə pensiyaya çıxarmaq istədiyini, lazım olan bütün sənədləri toplayıb Səhiyyə Nazirliyinə müraciət etməyə getdiyində nazirliyin həyətində Təqsirləndirilən şəxs ilə rastlaşdığını, Təqsirləndirilən şəxs həmin vaxtlar səhiyyə nazirinin müavininin sürücüsü işlədiyini, Təqsirləndirilən şəxslə görüşdükdə ondan Səhiyyə Nazirliyinə nə üçün gəldiyini soruşanda, həyat yoldaşını pensiyaya çıxarmaq üçün gəldiyini dediyini, Təqsirləndirilən şəxs onun əlində olan sənədləri alıb orada çox gözləməməyini, sənədləri lazım olan yerlərə verəcəyini və işini həll edəcəyini dediyini, bir həmyerli kimi Təqsirləndirilən şəxs inanıb sənədləri ona verdiyini, bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng vurub, həyat yoldaşının pensiya məsələsini həll etdiyini, sənədləri verdiyini və qabağa salacaqlarını deyib onunla görüşmək istədiyini bildirdiyini, Yalçına kirayə işlətdiyi Naxçıvan şəhərində yerləşən paltar mağazasında olduğunu deyib Yalçını ora çağırdığını, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs mağazaya gəldiyini, Təqsirləndirilən şəxs ona sənədləri verdiyini, pensiyayla bağlı daxil olan sənədlərin çox olduğunu, pensiya məsələsinin həlli və sənədləri qabağa salmaq üçün pul vermək lazım olduğunu dediyini, Təqsirləndirilən şəxs nə qədər pul vermək lazım olduğunu soruşduqda tibbi komissiya ilə danışdığını, pulu ora verəcəyini, həyat yoldaşına yüksək pensiya təyin edəcəklərini və buna görə də 7000 manat pul vermək lazım olduğunu dediyini, Yalçına o, qədər pulunun olmadığını dedikdə, 4500 manatını indi verməsini, qalanını həyat yoldaşı pensiyaya çıxanda verməsini dediyini, Təqsirləndirilən şəxs inanıb onunla razılaşıb bir neçə gün ərzində 4500 manat pulu toplayıb Təqsirləndirilən şəxs zəng vurub pulu hazırladığını bildirdiyini, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20:30 radələrində Naxçıvan şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən ona məxsus mağazaya gələrək 4500 manat pulu ondan alıb işini tezliklə həll edəcəyini deyib getdiyini, həmin gündən sonra Təqsirləndirilən şəxs ara-bir arvadının pensiya məsələsin soruşduqda Yalçının ona yaxın zamanda həll olacağını dediyini, 2022-ci ilin oktyabr-sentyabr ayının əvvəllərində təsadüfən Təqsirləndirilən şəxslə işlədiyi mağazanın qarşısında rastlaşdığını, ona verdiyi 4500 manat pulu tələb etdiyini, Təqsirləndirilən şəxs ondan aldığı pulun 500 manatını qaytardığını, qalan 4000 manat pulu hələ də ala bilmədiyini, bir neçə ay Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs barəsində maraqlanmağa başladığını, Təqsirləndirilən şəxs onun kimi bir neçə şəxsi aldadıb, pulunu aldığını öyrəndiyini, Təqsirləndirilən şəxs onu da aldatdığını görüb bu barədə Daxili İşlər Nazirliyinə müraciət etdiyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində 2020-ci ilin noyabr ayında nəvəsi Fidan Məmmədovanı doğuşdan əlil olduğu üçün Səhiyyə Nazirliyinə tibbi komisiyadan yoxlanışdan keçməsi üçün gətirdiyini, həmin vaxt bir nəfər 50-55 yaşlarında şəxsin ona yaxınlaşıb "Pərvaz necəsən" dediyini, "bağışlayın sizi tanımadım" dedikdə həmin şəxsin "Yalçınam da" deyən zaman onu tanıdığını, Təqsirləndirilən şəxs ona "nə yaxşı gəlmisiniz?", deyə sual verdikdə "nəvəmi pensiyaya çıxarmaq üçün tibbi komisiyadan keçməyə gəlmişik" dediyini, Təqsirləndirilən şəxs "siz narahat olmayın uşağın xəstəliyi ilə bağlı olan sənədləri verin mənə gedin evinizə mən sənin nəvənin bütün tibbi komisiyadan keçmə sənədlərini həll edəcəm" dediyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs +**********30 nömrəsinə zəng vurub nəvəsinin tibbi komisiyadan keçib keçməməsini soruşan zaman "narahat olma, həll eləmişəm" deyə cavab verdiyini, iki ay sonra nəvəsinin pensiyaya çıxarıldığını, 2021-ci ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək salamlaşaraq Şahbuz şəhərində olan bina evini N00(otuz min) manata satdığını deyəndə "evi mən alsam ən son qiymət neçə olar" deyə sual verdiyini, Təqsirləndirilən şəxs isə "sən alsan 28000 manata evi sənə sataram" dediyini, "mənim 28000( iyirmi səkkiz min) manat pulum yoxdur, hal-hazırda əlimdə 10000 manat pul var, razısansa bu pulu sənə verim qalanını da əlimə düşdükcə verərəm" deyən zaman Təqsirləndirilən şəxs "problem yoxdu sən 10000 manatı göndər mənə, mənim vaxtım olanda gələrəm evi sənin adına keçirərəm" dediyini, sonra Yalçının hər gün zəng edərək Naxçıvan şəhərinə nə zaman gedəcəyini soruşduğunu, 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 22 ünvanının yaxınlığındakı hərbi lisseyin yanında Təqsirləndirilən şəxslə görüşərək 10000 manatı Təqsirləndirilən şəxs verdiyini, həmin görüşlərindən sonra Təqsirləndirilən şəxs teztez ona zəng edərək qalan on səkkiz min manat pulu istədiyini, ilkin olaraq ev üçün Təqsirləndirilən şəxs 10000 manat pulu verdiyi vaxtdan 5-10 gün sonra Təqsirləndirilən şəxs zəng edib qalan pulu istədiyini, ünvan 22 ünvanının yaxınlığındakı hərbi lisseyin yanında Təqsirləndirilən şəxslə görüşərək 7000 manatı verərək sağollaşıb getdiyini, 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs təkrar ona zəng vuraraq "indi gəlirəm Şahbuza qalan pulu ver gedək evi sənədləşdirim sənin adına" deyən zaman " Yalçın 4500 manat pul düzəltmişəm, sən bura çatanda xəbər et mən gəlim həmin pulu sənə verim" dediyini, təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs zəng edib Şahbuz şəhərində yerləşən X56rşısında gözlədiyini dediyini, 2021-ci ilin dekabr ayının sonlarında Şahbuz şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən X56rşısında Təqsirləndirilən şəxslə görüşərək 4500 manat pulu ona verib qalan pulu da çalışıb tez bir zamanda tapıb ona verəcəyini deyərək evi onun adına qeydiyyat etdirməsini istədiyini, Təqsirləndirilən şəxs isə biraz işlərinin olduğunu və işlərini həll etdikdən sonra evi adına saldıracağını dediyini, maddi sıxıntıda olduğu üçün qalan pulu Təqsirləndirilən şəxs verməkdə çətinlik çəkdiyindən bir neçə ay Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiyini, 2022-ci ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ona satacağı evi 21500 (iyirmi bir min beş yüz) manat almasına baxmayaraq başqa bir şəxsə satdığını öyrəndiyini, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəlində 2240 manat pul qaytarıb ona verdiyini, qalan 19260 manat pulu da verəcəyini desədə ondan daha sonra xəbər ala bilmədiyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində taksi sürücüsü işlədiyini, 2022-ci ilin avqust ayında Naxçıvan Taksi Xidməti şirkətindən mobil telefonuna sifariş gəldiyini, adresin Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən N saylı hərbi hissənin yanı verildiyini, müştərinin idarə etdiyi avtomobilə əyləşdikdən sonra hərəkət etməyə başladıqda həmin vaxt mobil telefonuna dostunun zəng vurub yük nəqliyyat vasitəsi almağı barədə söhbət edib sağollaşdığını, müştərinin ona "adım Hüseyndir, özüm TİR sürücüsüyəm. Mənim özümün şəxsi 3 ədəd TİR-ım var. Onlardan ikisini oğlumla mən sürürəm digərini isə kirayəyə vermişəm. Əgər istəsən oğluma deyərəm həmin kirayə verdiyim TİR-ın şəkillərini sənə atar baxarsan, xoşuna gəlsə və razılaşsaq birini 38000 manata sataram sənə" dediyini, "problem yoxdu, sən oğluna denə şəkilləri göndərsin mənim telefonuma baxım. Əgər xoşuma gəlsə və qiymətində də razılaşsaq mən həmin yük nəqliyyat vasitəsini alaram" dediyini, Limon Marketin yanına çatanda həmin şəxsin ona "ikimizin də nömrəsi bir-birimizdə var, axşam mən sənə zəng vuranda gəl məni buradan götür, indi üzərimdə manatlıq yoxdur, axşam pulunu verəcəm " deyib sağolaşıb Limon Marketə getdiyini, həmin gün axşam saat 23:00 radələrində Təqsirləndirilən şəxs zəng vuraraq "gəl məni Limon Marketin yanından götür" dediyini, Limon Marketin qarşısından Təqsirləndirilən şəxs götürdükdə "məni apar götürdüyün yerə" dediyini, sonra "mən 15-20 gün Naxçıvanda olacam, mənə taksi tez-tez lazım olacaq sənin nömrəni telefonuma qeyd etmişəm. Nə vaxt taksi lazım olsa sənə zəng vuracam" deyib cibindən 10 manat pul çıxararaq ona verdiyini, Qaraxanbəyli kəndində yerləşən N saylı hərbi hissənin yanına çatanda Təqsirləndirilən şəxs yolu göstərərək "sür evimizə" dediyini, həmin günün səhəri Təqsirləndirilən şəxslə görüşərək Naxçıvan şəhərində fəaliyyət göstərən X72 getdiklərini, Təqsirləndirilən şəxs telefonla kimləsə danışdıqdan sonra " oğlum idi danışdığım o, Almaniyadan gəlir, yəqin üç günə Bakıya çatar Bakıya çatsın, sonra getsin kirayə verdiyimiz TİR-ın yanına sazlığına baxsın avtomobili təhvil aldıqdan sonra sən baxarsan əgər sən həmin avtomobili bəyənsən razılaşarıq" dediyini, sonra Təqsirləndirilən şəxslə bir neçə gün görüşmədiklərini, amma arasıra mobil telefon vasitəsi ilə əlaqə saxladıqlarını, 4-5 gün sonra Təqsirləndirilən şəxs zəng edərək onu avtovağzala aparmağını istədiyini, Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra Nəqliyyat Nazirliyinin əməkdaşı olan bir şəxslə görüşdüyünü, həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs zəng edərək onu Nazirlər Kabinetinin yanından götürməyini istədiyini, Nazirlər Kabinetinin yanına gedərək onunla görüşdükdə Təqsirləndirilən şəxs ona "Nazirlər Kabinetində məndən 16000 manat pul istəyiblər, pulda yoxdur, oğlum da karta pul köçürə bilmir. 8000 manat təcili pul lazımdır ki, bura verim. Mən bura ilə danışıb dörd maşının 2-3 illik müqaviləsin bağlamışam, buranın yükü çox olacaq deyə sənin də adını bura yazdırmışam. Ümumilikdə sən, mən, oğlum gecə danışdığım oğlan buranın bütün yükünü daşıyacağıq" dedikdə "mənim pulum yoxdur, mən gərək maşını görüm, xoşuma gəlsə deyəcəm pulu Bakıdan göndərəcəklər" deyib Təqsirləndirilən şəxs Cahan Ticarət Mərkəzinə, oradan da evlərinə apardığını, həmin günün səhəri Təqsirləndirilən şəxs ona zəng vuraraq satmaq istədiyi yük nəqliyyat vasitəsini kirayə verdiyi şəxsin geri qaytarmaq istəmədiyi üçün dostunun yük nəqliyyat vasitəsini sata biləcəyini deyib sonra mobil telefonuna bir neçə yük nəqliyyat vasitəsi şəkli göndərərək satmaq istədiyi yük nəqliyyat vasitəsinin həmin avtomobil olduğunu dediyini, Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikasına doğru yola çıxdığını, beşinci gün gömrüyün işləmədiyini, altıncı gün səhər saatlarında yük nəqliyyat vasitəsini Naxçıvan şəhərində təhvil alacağını dediyini, Təqsirləndirilən şəxs "Bakı şəhərində yaşayan dostum ilə danışdım, yük avtomobilinin qalan pulunu biz ödəyəcəyik və sən borcun bitənə kimi bizə sürücü kimi işləyəcəksən. Ancaq N manat vermək lazımdır ki, göndərək getsin Bakıya" dediyini, Təqsirləndirilən şəxs dediklərindən sonra 2022-ci ilin avqust ayının əvvəlində, Qaraxanbəyli kəndində yerləşən hərbi hissənin yanında N manat pulu Təqsirləndirilən şəxslə görüşərək ona verdiyini, həmin gündən sonra bir neçə dəfə Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etsədə cavab vermədiyini, sonra Təqsirləndirilən şəxs yenidən zəng etdikdə yük nəqliyyat vasitəsinin X76 Məntəqəsinə 10 kilometr qalmış qoşqusunun qırıldığını, yolda qaldığını və "solidor" adlı avtomobillərdə istifadə olunan yağı götürərək qoşqunu təmir etmək məqsədi ilə ora getdiyini deyən zaman onun yalan danışdığını anlayıb İranda "solidor" sürtgü yağının ucuz olduğunu və niyə oradan almadığını deyən zaman Təqsirləndirilən şəxs "mən nə deyirəm inanmırsan, iki gündən sonra gömrük keçid məntəqəsinə gələrərək, yük avtomobilini təhvil alarsan" dediyini, Təqsirləndirilən şəxs yalan danışdığını anladıqdan sonra avtobus parkında Nəqliyyat Nazirliyinin işçisi ilə söhbət etdiyini bildiyi üçün gedib həmin şəxslə görüşmüş və ondan Hüseyn kimi tanıdığı şəxsi soruşmuş və həmin şəxsin görüşdüyü şəxsin adının Hüseyn deyil Yalçın olduğunu və dələduz olduğunu dediyini, Yalçın Mehraliyevə bir neçə dəfə zəng etməsinə baxmayaraq telefona cavab vermədiyini, pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində 2022-ci ilin avqust ayında gəlinləri Aygün Səmədovanın ona zəng vurub işə girmək istədiyini deyib ondan işlə bağlı köməklik istədiyini, qardaşının arvadı Aygünlə bu barədə danışanda ona Azadənin Yalçın adlı tanışı olduğunu, Azadəyə Naxçıvan şəhərində yeni uşaq bağçası açılacağını, oraya yeni işçilər götürəcəklərini dediyini deməsini, Azadənin onun keçmiş həyat yoldaşı olduğunu, bir müddət əvvəl boşandıqlarını, Yalçın adlı şəxsə zəng vurub nömrəni Azadənin verdiyini, qardaşının arvadını uşaq bağçasına işə düzəltmək istədiyini, köməklik edib-etməyəcəyini soruşduğunu, Yalçının da yeni bağça açılacağını, işə düzəlməsi üçün köməklik edəcəyini dediyini, sonra Yalçınla Naxçıvan şəhərində görüşdükdə təkrar Naxçıvan şəhərində 8 nömrəli uşaq bağçası açılacağını, işçi yığdıqlarını, sənədləri hazır etmələrini, aparıb təqdim edəcəklərini, əlavə olaraq forma ölçüsü vermək lazım olduğunu dediyini, həmin vaxt işə girməyə görə pul barədə danışıqlarının olmadığını, həmin günün səhəri Aygünlə birlikdə X69 gedib orada Yalçın ilə görüşüb söhbət zamanı X52 işə düzəltməyinin qarşılığında ondan 1000 manat pul istədiyini, üzərində avtomobilin pulu olduğundan Yalçına istədiyi 1000 manat pulu verdiyini, bir həftə sonra onlara Dövlət Təhlükəsizliyi Xidmətindən zəng vuraraq onları DTX-ya dəvət etdiklərini, ərizə verdikləri gündən bir neçə gün sonra Təqsirləndirilən şəxs onların pulunu gətirib verdiyi üçün ona verdiyi 1000 manat pulu izahatında Yalçına borc vermiş kimi yazdığını, həqiqətdə isə 1000 manat pulu Yalçına borc olaraq deyil Aygünü işə düzəltməsi qarşılığında verdiyini, Təqsirləndirilən şəxs ondan 1000 manat pulu borc olaraq istəmədiyini, həmin pulu Aygün Səmədovanı işə düzəltmək adı ilə aldığını, pulunun tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs şikayətinin olmadığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində həyat yoldaşı X12 ona Naxçıvan şəhəri 11 nömrəli uşaq bağçasında Azadə adlı qadınla söhbət edən zaman Azadənin Yalçın adlı tanışı olduğunu, Naxçıvan şəhərində yeni açılan uşaq bağçasına işçi tələb olunduğunu, həmin şəxsin köməkliyi ilə işə düzələ biləcəyini dediyini, X36 adlı qadından Yalçının telefon nömrəsini aldığını, həmin günün sabahı Yalçın adlı şəxsin ***-***-**-** mobil nömrəsinə zəng vurub, onunla salamlaşıb, nömrəsini Azadə adlı qadının verdiyini və arvadının işə düzəlməyinə köməklik edib-etməyəcəyini soruşduğunu, Yalçının ondan arvadı Xatirənin hər hansı bir peşə sahibi olub-olmadığını soruşduğunu, Yalçına peşə məktəbini bitirdiyini, aşbaz olduğunu dediyini, Yalçının işə düzəlməyə köməklik edəcəyini, peşəsinin olmağının müsbət olduğunu dediyini, səhəri günü Yalçınla Naxçıvan şəhərində görüşüb, ona arvadının şəxsiyyət vəsiqəsinin surətini verdiyini, bir gün sonra arvadı ilə birlikdə X69 gedib, orada paltar üçün ölçü verdiklərini, oradan ayrılan gündən təxminən 1-2 gün sonra Yalçının ona zəng vuraraq arvadının işinin düzəlməsi qarşılığında 2000 manat pul istədiyini, Yalçına 1400 manata ancaq imkanının çatdığını dedikdə 1400 manatla razılaşdığını, 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X44rşısında görüşüb 1400 manat pulu arvadını işə düzəltməsi üçün ona verdiyini, təxminən 1 həftə sonra DTX-dən zəng vuraraq, oraya dəvət etdiklərini, onlara Yalçının vətəndaşları aldatdığını bildirdiklərindən barəsində şikayət ərizəsi yazdığını, ərizə verdikdən bir neçə gün sonra Yalçının ona zəng vurub verdiyi 1400 manat pulu gətirib geri verdiyini, pulunun tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs şikayətinin olmadığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində həyat yoldaşı X45 EPİ adlı şirniyyat sexində çörək ustası işlədiyini, 2022-ci ilin avqust ayında Lalanın iş yoldaşı Aygün Səmədova adlı qadının Naxçıvan şəhərində yeni açılan 8 nömrəli uşaq bağçasına işə düzəlmək üçün sənəd verdiyini, Lalaya da həmin yerdə işə düzəlməyə köməklik edəcəyini dediyini, Lala Əliyeva bunları deyən zaman ona etiraz etmədiyini, bir neçə gün sonra Lala ona X69 getməli olduqlarını, orada forma ölçüsü verəcəyini, eyni zamanda işə girməyə köməklik edəcək şəxsində orada olacağını dediyini, Lala ilə birlikdə X69 gedib, orada Yalçın adlı şəxslə tanış olduğunu, söhbət zamanı Yalçının onlara Naxçıvan şəhərində yeni uşaq bağçasının açılacağını, həmin yerə işçı lazım olduğunu və X66 şəhərində yeni istifadəyə verilməli olan 8 nömrəli uşaq bağçasına işə düzəldəcəyi qarşılığında ondan 1000 manat pul istədiyini, üzərində 1000 manat olduğu üçün etiraz etməyərək Yalçına verdiyini, Təqsirləndirilən şəxs ondan 1000 manat pulu aldıqdan sonra arvadının işinin qısa zamanda həll olacağını deyib onlarla sağollaşıb getdiyini, bir həftə sonra DTX-dən onlara zəng gəldiyini, onları dəvət etdiklərini, orada onlara Yalçının vətəndaşları aldatdığını bildirdiklərindən Yalçından şikayət ərizəsi yazdığını, ərizə verdikdən bir neçə gün sonra Yalçının ona zəng vurub verdiyi 1000 manat pulu gətirib iş yerində geri verdiyini, Təqsirləndirilən şəxs 1000 manat pulu ondan həyat yoldaşı X66 şəhərində istifadəyə verilməli olan indiki 8 saylı uşaq bağçasına işə düzəldəcəyi üçün aldığını, Təqsirləndirilən şəxs barəsində şikayət etdikləri üçün 1000 manat pulun geri qaytarıldığını, Yalçın Mehrəliyevin qanuni cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2021-ci ilin yanvar ayında Naxçıvan şəhərində, X50 müsiqi məktəbinə qəbul olunmaq üçün imtahan verdiyini, lakin imtahandan kəsildiyini, sonra tanışı Şahid2 ilə görüşüb söhbət edən zaman imtahandan kəsildiyini dediyini, Şahid2 isə ona Təqsirləndirilən şəxs adında bir tanışının olduğunu həmin şəxsin ona köməklik edə biləcəyini deyib Təqsirləndirilən şəxslə bu barədə danışacağını dediyini, iki gün sonra Şahid2 ona zəng edərək həmin tanışı ilə danışdığını və onu imtahandan keçirməyin qarşılığında 4000 manat pul istədiyini deyərək Təqsirləndirilən şəxs telefon nömrəsini ona verdiyini, Şahid2 Təqsirləndirilən şəxs dediklərini eşitdikdən sonra atası ilə bu barədə danışdığını, atasının Təqsirləndirilən şəxs zəng vurub danışdıqdan sonra Təqsirləndirilən şəxs çatdırması üçün 3200 manat pul verdiyini, 2021-ci ilin aprel ayının sonlarında ünvan 23 ünvanında yerləşən "Limon Market"in qarşısında Təqsirləndirilən şəxslə görüşərək 3200 manat pulu verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ünvan 24 ünvanında kirayə yaşayan zaman tanıdığını, Təqsirləndirilən şəxs həmin vaxt X3 Zeynəb həkimin sürücüsü işlədiyini və həmişə AA seriyalı Naz Lifan markalı avtomobil idarə edərkən görürdüyünü, bir neçə dəfə Yalçınla söhbət edən zaman Yalçının ona "mənim əlim uzundu, məktəbə müəllim kimi, xəstəxanaya tibb bacısı kimi işə adam düzəldə bilirəm" dediyini, Şahid1 ilə Naxçıvan şəhərində kirayə qaldığı üçün tanıdığını, 2021-ci ilin aprel ayında Nihadla Şərur şəhərində görüşərək çayxanaya getdiklərini, orada Şahid1 müəllim kimi işləmək istədiyi lakin imtahanlardan az bal toplayaraq kəsildiyini dediyini, Şahid1 Təqsirləndirilən şəxslə musiqi müəllimi kimi işə düzəltməsi barədə danışmağını xahiş etdiyini, Təqsirləndirilən şəxslə Şahid1 iş məsələsi haqqında danışdıqda 4000 manat qarşılığında müəllim kimi işə düzəldə biləcəyini dediyini, Şahid1 narazı olduğunu görüb Təqsirləndirilən şəxs mobil nömrəsini ona verərək özlərinin danışmasını istədiyini, 2021-ci ilin may ayında Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs 3200 manat pul aldığını və onu aldatdığını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində sürücü vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs təxminən 2021-ci il tarixdən tanıdığını, Səhiyyə Nazirinin sürcüsü vəzifəsində işlədiyinə görə Təqsirləndirilən şəxs da qeyd edilən tarixdə Zeynəb həkim nazir müavini təyin olunan vaxtdan onun sürücüsü kimi tanıdığını, Yalçınla bir iş yoldaşı kimi münasibətinin olduğunu, təxminən 1 il müddətinə yaxın Təqsirləndirilən şəxslə bir yerdə işləmələrinə baxmayaraq onunla bir dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən "Uğurlu Məkan" kafesinə nahar etmək üçün getdiyini, Təqsirləndirilən şəxs bir çox adamdan işə düzəlmək adı ilə pul aldığını və çox borcunun olduğunu eşitdiyini, bir qədər sonra Təqsirləndirilən şəxs işdən çıxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ildə peyvənd olunmaq üçün Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya mərkəzinə gedən zaman orada tanıdığını, orada sıxlığın olduğundan bir nəfər şəxsə yaxınlaşaraq "siz burada işləyirsini?" deyə sual vermiş və həmin şəxs orada işlədiyini, direktorun sürücüsü olduğunu, adının isə Təqsirləndirilən şəxs olduğunu dediyini, Təqsirləndirilən şəxs özünü təqdim edərək həkimlərdən onu tez yola salmalarını xahiş etməsini istədiyini, Təqsirləndirilən şəxs də onu tez yola salınmasına köməklik etdiyini, sonra Təqsirləndirilən şəxslə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə qurduqda Təqsirləndirilən şəxs "mənim bir tanışım var, o, 6 aya yaxındır ki, müəllimə işləyir. Həmin şəxsə arayış almaq olar ki, o, gedib bankdan kredit götürsün" dediyini, ona 6 ayı tamam olmayana kimi arayış verilmir dediyini, 2021-ci ilin yay aylarında bir nəfər Şulan adlı şəxs Təhsil Nazirliyinə gələrək növbətçidən onu soruşduqda həmin şəxslə danışan zaman "Yalçını tanıyırsan?" deyə sual verdikdə, "hansı Yalçını?" deyə soruşduğunu, Şulan adlı şəxsində "GEM-də işləyən Yalçını" tanıdığını dediyini, Şulan adlı şəxsin arvadının sənədlərinin onda olub-olmamasını soruşan zaman sənədlərin şöbədə olduğunu dediyini, Şulan adlı şəxsin "mən Təqsirləndirilən şəxslə danışmışam. O, mənə dedi ki, sənin işini Ceyhun müəllimlə danışmışam, sizin işinizi Ceyhun müəllim həll edəcək" dediyini, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs onu aldatdığını dediyini, Təqsirləndirilən şəxs onunla heç nə danışmadığını və polisə müraciət etməsini dediyini, Zərərçəkmiş şəxs5 onunla sağollaşıb getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində 2017 və 2018-ci il tarixlərdə Culfa rayon Şurut kəndində tibb bacısı vəzifəsində işlədiyini, ailə qurduqdan sonra Naxçıvan şəhərinə köçdüyü üçün yenidən Səhiyyə Nazirliyinə iş üçün müraciət etmək qərarına gəldiyini, 2019-cu ildə anası X13 ilə Naxçıvan MR Səhiyyə Nazirliynə yenidən işə qəbul olunmaq üçün müraciət etməyə getdiyini, orada olan zaman 45-50 yaşlarında, bəstə boy, dolu bir şəxsin onlara yaxınlaşıb adının Yalçın olduğunu deyərək onların oraya nə üçün gəldiklərini soruşduğunu, Yalçın adlı şəxsin Səhiyyə Nazirliyinin əməkdaşı olduğunu düşündükləri üçün ona iş üçün müracəit etməyə gəldiklərini dediklərini, bu zaman Təqsirləndirilən şəxs onlara "gedin evinizə mənim tanışım var. Mən həmin şəxslə danışım sizə xəbər edəcəm" deyib ondan əlaqə nömrəsi istədiyini, Yalçına ev nömrələrini verdiyini, Yalçınla bu söhbətindən 2-3 ay sonra zəng edərək Naxçıvan şəhərindəki bağçalardan birinə 4000 manat pul verdiyi təqdirdə tibb bacısı vəzifəsinə işə düzəltməyə köməklik edəcəyini söylədiyini, Yalçının bu təklifinə razı olmadığını, Təqsirləndirilən şəxs 3 il sonra yəni 2022-ci ilin aprel ayının 3-də yenidən ona zəng vuraraq "Diaqnostikanın baş həkimini işdən çıxarıblar və mənim dostumu oraya baş həkim verirlər əgər istəsən ailənlə danış və mənimlə əlaqə saxla səni ora tibb bacısı kimi işə düzəldim" dediyini, həmin axşam bu barədə əri ilə danışan zaman Təqsirləndirilən şəxs yenə ona zəng edərək nə qərara gəldiklərini soruşduğunu, ona dediyi yerə işə girmək üçün N0 manat pul verməli olduğunu dediyini, Təqsirləndirilən şəxs N0 manat pula imkanlarının çatmayacağını dediyini, Təqsirləndirilən şəxs ona " dayan girim baş həkimin yanına danışım sənin xahişini edim heç olmasa 2000 manata sənin işini həll edək, amma siz bu məsələ haqqında heç yerdə heç nə deməyin, çünki, işə götürən şəxsin başı ağrıyar bu məsələyə görə" deyərək sağollaşdığını, həmin günün səhəri saat 18 radələrində Təqsirləndirilən şəxs yenidən ona zəng etdiyini, telefonunu əri Zərərçəkmiş şəxs6 vermiş və Yalçınla hyat yoldaşının danışdığını, Yalçının Zərərçəkmiş şəxs6lə danışan zaman ona 2000 manata işi həll edəcəyini deyib Kananı X23 yanına çağırdığını, Zərərçəkmiş şəxs6 evdən 2000 manat pulu götürüb Təqsirləndirilən şəxslə görüşməyə getdiyini, 40 dəqiqə sonra Kənanın evə gəlib, 2000 manat pulu Təqsirləndirilən şəxs vediyini, Yalçının isə 15 aprel 2023-cü il tarixdə işini həll etməyə söz verdiyini dediyini, bu məsələdən 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək "sənin səhiyyədə sənədlərin var?" deyə sual verdiyini, Təqsirləndirilən şəxs daha əvvəl işlədiyini və Səhiyyə Nazirliyinə də iş üçün müraciət etdiyini dediyini, bir qədər sonra Təqsirləndirilən şəxs zəng edərək "sənin sənədlərini zor bəla ilə tapdıq" dediyini, 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edib, işinin nə yerdə qaldığını, işi allınmırsa pulunu geri qaytarmasını xahiş etdiyini, Yalçının isə ona sənədlərinin getdiyini və 2-3 günə işə çıxacağını dediyini, Təqsirləndirilən şəxs sonuncu zəngi 18 aprel 2022-ci il tarixdə olduğunu, lakin ona zəng çatmadığını, Təqsirləndirilən şəxs 1 həftə davamlı olaraq zəng etdiyini, lakin əlaqə telefonu söndürülü olduğu üçün əlaqə saxlaya bilmədiyini, 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Natavan Mehralıyevanın işlədiyi "GEM"ə gedib, Natavan xanım ona "sizdən qabaq çox adam bizim üstümüzə gəlibdir, bizdə şokdayıq, Yalçının nə etmək istədyini bilmirik dediyini, Natavan xanımın dediklərini eşitdikdən sonra oradan ayrıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində 22 il Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini, 2020-ci il tarixdə öz ərizəsi əsasında işindən ayrıldığını, 2021-ci ilin yay aylarında Təhminə adlı bir xanımla tanış olub söhbət əsnasında daha əvvəl tibb bacısı işlədiyini, yenidən əvvəl ki, iş yerinə bərpa olunmaq istədiyini dediyini, Şahid16 isə bir tanışının olduğunu və həmin tanışının vasitəsilə onu yenidən əvvəl ki, işinə bərpa edə biləcəyini dediyini, Şahid16 həmin tanışı ilə danışmağını xahiş etdiyini, təxminən 2 gün sonra Şahid16 onun mobil telefonuna zəng edərək "mən həmin şəxslə sizin işiniz haqda danışdım və o, sizi işə yenidən bərpa edəcəyinin qarşılığında 4200 manat pul alacağını bildirdi" deyərək həmin şəxsin nömrəsini verdiyini, 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid16nın yaşadığı ünvan 25 ünvana gedib binanın həyətində görüşərək 4200 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün verdiyini, Təqsirləndirilən şəxslə bir neçə dəfə əlaqə saxladığını, sonra Təqsirləndirilən şəxs mobil nömrəsini əri Zərərçəkmiş şəxs7 verdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7la danışan zamanlarda tez bir zamanda işinin alınacağını deməsinə baxmayaraq işinin alınmadığını, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs verdikləri 4200 manat pulu geri qaytarmasını istədiyini, Təqsirləndirilən şəxs isə 4200 manat pul almasına baxmayaraq 4150 manatını gətirib əri Zərərçəkmiş şəxs7 geri qaytardığını və 50 manatını isə özünün bilərəkdən saxladığını və tez bir zamanda buna baxmayaraq işi həll edəcəyini dediyini, bir müddət sonra 2022-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yoldaşı Zərərçəkmiş şəxs7 zəng edərək işinin alındığını və 2000 manat pul verməli olduğunu dediyini, Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs dediklərini ona danışdığını, Təqsirləndirilən şəxs daha öncə aldığı 4200 manat pulun 4150 manatını geri qaytardığı üçün inandıqlarını, 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Babək rayonu Hacıvar kəndinə gələrək Zərərçəkmiş şəxs7 2000 manat pulu alıb getdiyini, həmin gündən sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürdüyünü və bir daha onunla əlaqə saxlaya bilmədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində 2021-ci ilin yaz aylarında Təhminə adlı bir xanımla təsadüfən tanış olub söhbət edən zaman bir tanışlarının olduğunu, həmin tanışlarının Səhiyyə Nazirliyində işlədiyini və bir çox yerə əlinin çatdığını dediyini, Şahid16 həmin tanışından onun gəlinini də işə düzəltməsini xahiş etməsini dediyini, Şahid16 "narahat olma həmin adamdan xahiş edəcəm, mütləq sənin gəlinini işə düzəldəcək" dediyini, sonra Şahid16 həmin işə düzəldən şəxslə danışdığını, gəlinini Naxçıvan Şəhər 8 saylı uşaq bağçasına müəllimə kimi işə düzəldəcəyini və bunun qarşılığında isə 3500 manat pul istədiyini ona dediyini, bu barədə əri Asəf Allahverdiyə danışdığını, Zərərçəkmiş şəxs8 də 3500 manat verərək gəlinini işə düzəltməsini dediyini, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 4 ev 8 ünvanına gedərək 3500 manat pulu T. Əliyevaya verdiyini, sonra gəlininin işinin alınmadığını görüb Şahid16 verdiyi 3500 manatı istədikdə Şahid16 N0 manat pulu öz binalarının qarşısında ona verib qalan 500 manat pulun da işi düzəldən şəxsdə olduğunu və tez bir zamanda həmin şəxsdən alıb geri qaytaracağını dediyini, 2021-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı bir şəxsin əri Zərərçəkmiş şəxs8 mobil telefonuna zəng vuraraq onunla danışıb gəlininin işinin həll olunacağını dediyini, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxslə danışdıqdan sonra N0 manat pulu aparıb Naxçıvan şəhərində fəaliyyət göstərən Limon Marketin qarşısında Təqsirləndirilən şəxs verdiyini, təsadüfən A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin yanından keçən zaman 8 saylı uşaq bağçasına daxil olmuş və orada gəlininin heç bir yerdə adının olmadığını və Təqsirləndirilən şəxs onları aldatdığını başa düşdüyünü, həmin gündən sonra Təqsirləndirilən şəxs zəng çatmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 2021-ci ilin yay aylarında X50 müəllim kimi işləmək üçün imtahan verdiyini, imtahandan yaxşı nəticə əldə etdiyindən Babək rayon Yuxarı Buzqov kəndinə təyinatının verildiyini, yaşadığı Babək rayon Şıxmahmud kəndi ilə Yuxarı Buzqov kəndinin arasında olan məsafənin çox olduğundan və azyaşlı uşağı olduğu üçün təyinatının verildiyi Babək Rayon Yuxarı Buzqov kənd tam orta məktəbində müəllimə vəzifəsində işləməkdən imtina etdiyini, 2022-ci ilin fevral ayının ortalarında əri Zərərçəkmiş şəxs5 ilə evdə söhbət edən zaman ona, "mənim bir tanışım var, adı Yalçındır. Mən onunla bir neçə il bundan qabaq Naxçıvan şəhər Tumbul kəndində yerləşən Belissa mebel fabrikində bir yerdə işləmişəm. Təqsirləndirilən şəxslə Naxçıvan şəhərində, Kapital Bankda olarkən rastlaşdım. Təqsirləndirilən şəxs həmin vaxt mənə səni müəllimə kimi təyinatını Naxçıvan şəhərində yerləşən 5 nömrəli və 12 nömrəli tam orta məktəbə ala biləcəyini və bunun qarşılığında isə N manat pul alacağını" dediyini, ərinin bu dediklərinə sevindiyini, Təqsirləndirilən şəxs istədiyi N manat məbləğində pulu tapıb düzəltdiklərini, bu barədə baldızı Şahid7 danışdığını, ondan birlikdə Təqsirləndirilən şəxslə görüşməyə getmələrini istədiyini, 2022-ci ilin fevral ayının sonlarında baldızı Şahid7 və əri Zərərçəkmiş şəxs5 ilə Naxçıvan şəhərinə gəlib "Doğum Evi"-nin yanında Təqsirləndirilən şəxslə görüşdüklərini, Təqsirləndirilən şəxs həmin yerə gümüşü rəngli bir avtomobillə gəldiyini, Təqsirləndirilən şəxslə söhbət edən zaman onun mobil telefonu ilə Ceyhun adlı bir şəxsə zəng edərək " salam Ceyhun necəsən?, bağışla səni narahat edirəm. Mənim əmimin gəlini var onu səndən xahiş edirəm Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə müəllimə kimi işə düzəldəsən" dediyini, həmin şəxslə bir qədər danışıb sağollaşdığını, sonra Təqsirləndirilən şəxs onlara danışdığı şəxsin Təhsil Nazirinin sürücüsü olduğunu və adının isə Ceyhun olduğunu dediyini, Təqsirləndirilən şəxs narahat olmamaqlarını, işlərini 01 aprel 2022-ci il tarixə kimi həll edərək işə çıxacaqğını deyib getdiyini, danışıqlarından təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs5 zəng edərək pulu istədiyini, N manat pul düzəldə bilmədikləri üçün 4700 manat pulu əri Zərərçəkmiş şəxs5 götürüb Təqsirləndirilən şəxslə görüşməyə getdiyini, əri Zərərçəkmiş şəxs5 evə gələn zaman 4700 manat pulu Təqsirləndirilən şəxs verdiyini və Yalçının işin çox tez bir zamanda həll olunacağını ona dediyini, pulu Təqsirləndirilən şəxs verdikdən sonra əri Zərərçəkmiş şəxs5 ara-sıra ona zəng edib işinin nə yerdə qaldığını soruşduqda səbrli olmalarını, həll olacağını dediyini, 2022-ci ilin aprel ayına kimi Təqsirləndirilən şəxs xəbər çıxmadığından, ərinin yenə ona zəng etdikdə yenə səbrli olmalarını, həll edəcəyini dediyini, sonra əri Zərərçəkmiş şəxs5 nə qədər zəng etsə də, Yalçının telefonuna zəng çatmadığını, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs işlədiyi yerə getdikdə orada Təqsirləndirilən şəxs dələduzluq edərək çox adamı aldadıb pulunu ələ keçirdiyini və işdən çıxarıldığını dediklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 2022-ci ilin fevral ayının ortalarında gəlinləri Şahid6 ilə söhbət edən zaman qardaşı Şulanın bir tanışının olduğunu və N manat qarşılığında onu Naxçıvan şəhər 12 saylı tam orta məktəbə müəllimə kimi köçürmə yolu ilə köçürəcəyini dediyini, Şahid6 ondan onlarla birlikdə Təqsirləndirilən şəxslə görüşməyə gedərək orada hər şeyi tam ətraflı danışmağı təklif etdiyini, 2022-ci ilin fevral ayının sonlarında Şahid6 və qardaşı Zərərçəkmiş şəxs5 ilə Naxçıvan şəhərinə gedib "Doğum Evi"-nin yanında Təqsirləndirilən şəxslə görüşdüklərini, Yalçının həmin yerə gümüşü rəngli bir avtomobillə gəldiyini, onunla söhbət edən zaman mobil telefonu ilə Ceyhun adlı bir şəxsə zəng edərək ondan Şahid6 müəllimə kimi işə düzəltməsi üçün xahiş etdiyini, sonra Təqsirləndirilən şəxs onlara danışdığı şəxsin Təhsil Nazirinin sürücüsü olduğunu və adının isə Ceyhun olduğunu dediyini, Təqsirləndirilən şəxs Turanə xanımın işini 01 aprel 2022-ci il tarixə kimi həll edəcəyini deyib sağollaşıb getdiyini, sonra qardaşı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs dələduz olduğunu onunla yanaşı bir çox şəxsi aldadaraq pullarını ələ keçirdiyini öyrəndiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində 2022-ci ilin sentyabr ayının əvvələrində anası Zərərçəkmiş şəxs16 evdə olan zaman uşaqlıqadan tanıdığı Təqsirləndirilən şəxslə rastlaşdığını, xalası Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs vasitəsilə 2000 manat qarşılığında X27 işə düzəldəcəklərini dediyini, həmin gündən 2-3 gün sonra isə anası Zərərçəkmiş şəxs16 evdə olan zaman Təqsirləndirilən şəxs arvadı Şəhla Qasımovanıda işə düzəltməsini xahiş edəcəyini dediyini, 2 gün sonra isə anası Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs arvadı Şəhla Qasımovanı da işə düzəltməsini xahiş etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs isə anası Zərərçəkmiş şəxs16 "Naxçıvan şəhərində 12 nömrəli məktəbin yanında yerləşən baxçada tərbiyəçi vəzifəsinin boş olduğunu 2500 manat hörmət edin gəlinini ora işə düzəldim" dediyini, 07 sentyabr 2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs16 2250 manat ,10 sentyabr tarixində isə qalan 250 manat pulu Y. Mehralıyevə verdiyini, Təqsirləndirilən şəxs çox qısa zaman ərzində xalası Zərərçəkmiş şəxs15 ilə yoldaşının işə çıxacaqlarını anası Zərərçəkmiş şəxs16 dediyini, lakin Təqsirləndirilən şəxs dediyi vaxtın gəlib çatdığını, amma heç bir xəbər çıxmadığını, sonra xalası Zərərçəkmiş şəxs15 ilə xalasının əri X67 Mehralıyevin işlədiyi yerə gedib Təqsirləndirilən şəxs işdən çıxarıldığını öyrəndiklərini, Təqsirləndirilən şəxs onları aldatdığını görüb anası Zərərçəkmiş şəxs16, xalası Zərərçəkmiş şəxs15 və xalasının əri Ə.Abdullayevin birlikdə Naxçıvan şəhər Qaraxanbəyli kəndinə, Y. Mehralıyevin yaşadığı evə gedərək onunla görüşdüklərini, Yalçın Mehrəliyevin onlara pullarını həmin günün səhəri "Fərda Şirniyyat"mağazasının qarşısında verəcəyini dediyini, Təqsirləndirilən şəxs həmin gündən sonra tapa bilmədiklərini və pullarını ala bilmədiklərini bildirdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyırmış, onun əmisi Kirman Mehralıyevlə yaxın dost olmuşdur. Kirman Mehralıyev 2007-ci ildə vəfat etmiş, K.Mehralıyevin ailəsi ilə aralarında ailəvi münasibətləri olmuşdur. 2020-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinə getmiş, orada olan zaman 45-50 yaşlarında, ağ saçlı, bəstə boy biri ona yaxınlaşıb salam vermişdir. Onunla salamlaşdıqdan sonra ondan kim olduğunu soruşmuş, o ona "İdris müəllim siz məni tanımadınız?" demişdir. Onu tanımadığımı deyəndə o, özünü təqdim etmiş və bir qədər söhbət etmişlər. Təqsirləndirilən şəxs ona Səhiyyə Nazirliyində Zeynəb həkimin sürücüsü olduğunu deyib ondan nə üçün oraya gəldiyini soruşmuş, o da "stasionar müalicə" almaq üçün göndəriş almağa gəldiyini demişdir. Təqsirləndirilən şəxs ona "bundan sonra buralıq nə işin olsa mənə de" demiş, sonra onunla sağollaşıb yaşadığı ünvana geri dönmüşdür. Bu məsələdən bir qədər sonra həmkəndlisi Zərərçəkmiş şəxs4 onlara qonaq gəlmiş, söhbət edən zaman o, oğlunu xəstəliyi olduğu üçün pensiyaya çıxarmaq istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona dedikləri yadına düşmüş, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə tanış etməyi düşünmüşdür. Zərərçəkmiş şəxs4 bu barədə danışmış, onunla birlikdə Təqsirləndirilən şəxs zəng edərək X33 kompleksinin çayxanasına gəlib Yalçınla görüşmüşdür. Zərərçəkmiş şəxs4lə Təqsirləndirilən şəxs tanış etdikdən sonra Yalçından ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt onlar bir qədər söhbət etmiş, Yalçınla sağollaşıb geri qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxslə ikinci dəfə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs pul qarşlığında İmamverdinin oğlunun pensiya məsələsini həll edəcəyini eşitdiyi üçün oradan ayrılan zaman Zərərçəkmiş şəxs4 "mən yalçından sizin məsələnizi təmannasız həll etməsini xahiş etmişdim, amma görürəm ki, Yalçın pul qarşılığında sizə köməklik edəcəkdir. Xahiş edirəm məni bu məsələyə qatma. Mən sənin işinə qarışmıram" demişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs4 aralarında olan söhbətlərdən və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verməsi barədə heç bir məlumatı olmamışdır. Həmin vaxtdan bir qədər sonra Zərərçəkmiş şəxs4 evlərinə gələrək Təqsirləndirilən şəxs ondan 4000 manat pul aldığını və oğlunun işini həll etmədiyini demişdir. Zərərçəkmiş şəxs4 dediklərini eşitdikdən sonra İmamverdi ilə Təqsirləndirilən şəxs Qaraxanbəyli kəndində yerləşən evinə gələrək onunla görüşmüş, Yalçın həmin vaxt ona "İdris müəllim sən bizim məsələmizə qarışma, bu mənimlə İmamverdinin arasında olan məsələdi" demişdir. Orada olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 oğlunun pensiya kartını həll etdiyini və 2 gün sonra kartı gətirib təhvil verəcəyini demiş, Təqsirləndirilən şəxslə sağollaşıb geri dönmüşdür. Həmin gündən sonra Təqsirləndirilən şəxs bir daha görməmiş, ondan heç bir xəbər ala bilməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı 4000 manat pulu hələ də geri qaytarmamışdır.Təqsirləndirilən şəxs vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirməsi barədə hər hansısa bir məlumatı olmamış, onun əmisi ilə çox yaxın dost olmuş və əsla, Təqsirləndirilən şəxs belə bir hərəkət etməsinə ehtimal verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, uşaqlıqdan bağırsaqlarında olan problemlə bağlı dövlətdən pensiya alırmış, 18 yaşı tamam olduğu üçün pensiyası dayandırılmış, bu barədə bir neçə yerə müraciət etsədə pensiyasını bərpa edə bilməmişdir. 2022-ci ilin əvvəllərində atası evə gələrək həm kəndliləri İdris müəllimin bir tanışının olduğunu və onun pensiyasını bərpa edəcəyini demişdir. X53 pensiya ilə bağlı söhbətindən bir neçə gün sonra İdris müəllim zəng edərək atasını Naxçıvan şəhərinə çağırmış, atası Zərərçəkmiş şəxs4 şəhərdən qayıdan zaman pensiyasını 4000 manat pul qarşılığında həmin şəxsin həll edəcəyini demiş, onlar da "Finca" bankdan N0 manat kredit götürərək bir neçə gün sonra aparıb Yalçın adlı şəxsə vermişdir. Atası 1000 manat pulu kəsir verdikləri üçün bibisi Urufgül Yolçuyevdən də 1000 manat borc pul alaraq, özünün işi olduğundan ona vermiş, o da həmin pulu aparıb 2022-ci ilin fevral ayının ortalarında Naxçıvan şəhərində Tema ticarət mərkəzinin yanında Yalçına vermişdir. Təqsirləndirilən şəxs təxminən 50-55 yaşlarında, yarı ağ yarı qara saçlı, dolu, eynəkli bir şəxs imiş.Tema ticarət mərkəzinin yanına tək getmiş, Yalçın adlı həmin şəxsin yanında da heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra "atanla danışacam, sən gedə bilərsən" demişdir. Daha sonra atası bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etsədə o, hər dəfə fərqli yalanlar deyərək atasını aldatmış, sonuncu dəfə isə atasından eşitdiyinə görə o, telefonunu söndürmüş və ona zəng çatmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X6 ifadəsindən müəyyən edilir ki, 2020-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində təsərüfat müdiri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən 2022-ci il tarixədək orada sürücü vəzifəsində işləmişdir. Əri Təqsirləndirilən şəxs işdən ayrılan zaman ondan səbəbini soruşduqda ona cavab verməmiş, bir müddət sonra yaşadıqları ünvana 2-3 dəfə tanımadığı şəxslər gələrək əri Təqsirləndirilən şəxs onları işə düzəldəcəyi adı ilə aldadıb pullarını aldığını demişlər.Bu barədə dəfələrlə əri Təqsirləndirilən şəxs suallar vermiş, o, isə hər dəfə ona "bir işdir başıma gəlibdir" deyirmiş. Təqsirləndirilən şəxs sonuncu dəfə evdən çıxan zaman ona Naxçıvan Muxtar Respublikasında, rayonlardan birində işləyib borclarını ödəyəcəyini deyib getmiş, sonra əri Təqsirləndirilən şəxs 2-3 ay xəbəri olmamışdır. Tez-tez polis əməkdaşları yaşadıqları evə gələrək əri Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, 16 fevral 2023-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılaraq Naxçıvan Muxtar Respublikasına gətirilmişdir. Əri Təqsirləndirilən şəxs vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməsi barədə ifadəsində qeyd etdiklərindən başqa məlumatının olmadığını, əri işlədiyi işindən çıxdıqdan sonra Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən evlərinə bir neçə dəfə tanımadığı şəxslər gələrək əri Təqsirləndirilən şəxs onları işə düzəldəcəyi adı ilə aldadıb pullarını ələ keçirdiyini demişlər. Əvvəllər onun və ya uşaqlarının bu barədə heç bir məlumatı olmamış, həmin şəxslərin kim olması barədə hər hansısa bir məlumata sahib olmayaraq onlardan əri Təqsirləndirilən şəxs nə qədər pul alması barədə də məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsindən müəyyən edilir ki, 2015-ci il tarixdə evlənmiş, 2020-ci il tarixdə isə boşanaraq Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən atası Təqsirləndirilən şəxs məxsus evdə yaşamışdır. Halhazırda Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində işləmiş, atası Təqsirləndirilən şəxs 2018-ci il tarixdən 2021-ci il tarixədək Naxçıvan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində sürücü vəzifəsində işləmişdir. X73 Respublikası Gigiyena və Epidemiologiya Mərkəzindən öz ərizəsi ilə işdən ayrıldıqdan sonra bir müddət Naxçıvan şəhərində onlarla yaşamış, sonra atasının bir neçə şəxslərdən işə düzəltmək adı ilə pul aldığından xəbərləri olmuş, atası həmin aldığı pulları qaytara bilmədiyi üçün məcbur qalıb Bakı şəhərinə getməli olmuşdur. atası Təqsirləndirilən şəxs Bakı şəhərinə getməsini də polis əməkdaşları onu soruşan zaman bilmişlər. Atası Təqsirləndirilən şəxs vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməsi barədə ifadəsində qeyd etdiklərindən başqa məlumata sahib olmamış, sadəcə olaraq atası işdən ayrıldıqdan sonra adlarını bilmədiyi bir neçə şəxs yaşadıqları evə gələrək atasını soruşaraq ona verdikləri pulları tələb etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs daha əvvəl ünvan 24 ünvanında qonşu olduğu üçün tanımış, Təqsirləndirilən şəxs qeyd edilən ünvanda kirayə yaşayırmış. Təqsirləndirilən şəxs həmin vaxt X3 Zeynəb həkimin sürücüsü işləyirmiş. 2019-cu ildə Təqsirləndirilən şəxs Şahid15 də oraya sürücü kimi işə düzəltmiş, lakin 1 ay sonra taksi sürücü olduğu bilindiyi üçün iki yerdə işləyə bilməyəcəyini deyib işdən çıxarmışlar. Şahid15 Təqsirləndirilən şəxs ona dəfələrlə "yaxın adam olsa denə işə düzəldim işləsin" təklifini etdiyini də bildirmişdir. 2021-ci ilin yay aylarında Şahid16 ona " mənim Tərlan adlı bir xanım tanışım var, uzun müddət tibb bacısı işləyib, daha sonra işlədiyi yerdən ayrılıbdır. Təqsirləndirilən şəxs xahiş edək onu əvvəl işlədiyi Naxçıvan MR Mərkəzi xəstəxanasına işə qaytarsın" demiş, Şahid15 də etiraz etməyərək Təqsirləndirilən şəxslə danışmış, Təqsirləndirilən şəxs Şahid12 işə qaytarmağın qarşılığında 4200 manat pul alacağını demiş, Şahid15 də Təqsirləndirilən şəxs dediklərini arvadı Şahid16 Şahid12 deməsin istəmiş, və əlavə olaraq da Təqsirləndirilən şəxs telefon nömrəsini də verməsini demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid12 onların evinə gələrək Təqsirləndirilən şəxs çatmalı olan 4200 manat pulu həyətdə arvadı Şahid16 verib getmiş. Şahid15 isə T.Byramovanın işi üçün verdiyi 4200 manat pulu həmin gün yaşadıqları binanın həyətində Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs isə Şahid12 işini 1 aya həll edəcəyi vədini vermişdir. Lakin, bir neçə ay keçmiş amma Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadığı üçün Şahid15 Təqsirləndirilən şəxs zəng edərək pulu qaytarmasını istəmiş, həmin gün axşam tərəfi Təqsirləndirilən şəxs Şahid15 zəng edərək Tərlan xanımın yoldaşının yanında olduğunu və pulun tamamını onlara geri qaytardığını demiş və Şahid15 də arvadı Şahid16 Yalçının aldığı 4200 manat pulu qaytarıb qaytarmamasını Tərlan xanımdan soruşmasını istəmişdir. Şahid16 Şahid12 ilə danışan zaman Şahid12 Təqsirləndirilən şəxs dediklərini təsdiqləyərək pullarının özlərinə geri qaytarıldığını təsdiq etdiyini demişdir. Şahid15 əlavə olaraq arvadı Şahid16 tanışı X41 Əliyevaya zəng edərək gəlinini bağçaya müəllimə kimi işə düzəltmək istədiyini dediyini və F.Xuduyevanın gəlininin iş barəsində də Təqsirləndirilən şəxslə danışdığını və Təqsirləndirilən şəxs Şahid15 həmin xanımı Naxçıvan şəhərində 12 nömrəli məktəbin yanındakı yeni açılacaq olan bağçaya müəllimə kimi işə düzəldəcəyini, bunun qarşılığında isə 3500 manat pul alacağını demiş, Şahid15 Təqsirləndirilən şəxs dediklərini arvadı Şahid16 Fazilə Xuduyevaya deməsini istəmiş, Fazilə Xuduyeva razı olduğunu deyərək 2021-ci ilin may ayının əvvəllərində Şahid15 yaşadığı ünvana gələrək binanın həyətində 3500 manat pulu Təqsirləndirilən şəxs çatdırılması üçün arvadı Şahid16 verib getmişdir. Şahid15 isə F.Xuduyevanın verdiyi 3500 manat pulu yaşadıqların binanın həyətində həmin gün Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə F.Xuduyevanın gəlinini tez bir zamanda müəllimə kimi işə düzəldəcəyini deyib getmişdir. Daha sonra Şahid15 Təqsirləndirilən şəxs işi həll edə bilmədiyini görüb verdiyi 3500 manat pulu istəmiş və Təqsirləndirilən şəxs isə həmin gün pulu gətirib geri qaytarmış, Şahid15 Təqsirləndirilən şəxs 3500 manat almasına baxmayaraq N0 manat pul geri qaytardığını görüb ondan 500 manat pulu da istəmiş, Təqsirləndirilən şəxs isə " sən al bu pulu ver onlara, mən onların işini danışmışam, işləri demək olar ki, hazırdır, həmin xanım işə çıxan zaman 500 manat pulları məndə olduğu üçün qalan N0 manat pulu da həmin vaxt mənə verərlər" demişdir. Şahid15 Təqsirləndirilən şəxs geri aldığı N0 manat pulu F.Xuduyevaya çatdırması üçün arvadı Şahid16 vermiş, əlavə olaraq Təqsirləndirilən şəxs dediklərini də F.Xuduyevaya çatdırmasını və Təqsirləndirilən şəxs telefon nömrəsini də verməsini istəmişdir. Həmin gündən sonra F.Xuduyeva Təqsirləndirilən şəxs qalan 500 manat pulu da onlardan istəmədiklərini bildirmişdir. Şahid15 əlavə olaraq Fazilə Xuduyevanın qaynı Zərərçəkmiş şəxs9 Şahid15 arvadı Şahid16 zəng edərək nömrəni Fazilə Xuduyevadan aldığını və Zərərçəkmiş şəxs9 arvadını da Naxçıvan şəhərində yeni açılacaq bağçaya dayə kimi işə düzəltmək istədiyini dediyini bildirmişdir. Şahid15 həmin gün X42 Allahverdiyevin arvadını dayə kimi bağçaya işə düzəltməsini istəmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs9 arvadını dayə kimi işə düzəltməyinin qarşılığında 2000 manat pul alacağını demiş, Şahid15 də Təqsirləndirilən şəxs dediklərini Zərərçəkmiş şəxs9 çatdırması üçün arvadı Şahid16 demişdir.Şahid16 Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs dediklərini demiş və Zərərçəkmiş şəxs9 isə razı olduğunu demişdir. Zərərçəkmiş şəxs9 2021-ci ilin may ayının əvvəlində Şahid15 ünvan 25 binanın həyətinə gələrək 2000 manatı Şahid16 verib getmişdir. Şahid15 isə Zərərçəkmiş şəxs9 verdiyi 2000 manat pulu həmin gün yaşadıqları binanın həyətində Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs pulu aldıqdan sonra hər dəfə fərqli bəhanələrlə işin gecikdiyini onlara dediyi üçün Şahid15 Yalçında verdiyi 2000 manat pulu geri verməsini istəmiş, həmin gün Təqsirləndirilən şəxs Şahid15 yaşadığı ünvana gələrək binanın həyətində Şahid15lə görüşrək 1500 manat qaytarıb Şahid15 vermiş və qalan 500 manat pulu da özündə saxladığını və Zərərçəkmiş şəxs9 arvadının işini danışdığını, tez bir zamanda işin həll olacağını deyib qalan 1500 manat yenidən alacağını deyib getmişdir. P.Əiyev Təqsirləndirilən şəxs dediklərini Zərərçəkmiş şəxs9 çatdırmasını və 1500 manat pulu da Zərərçəkmiş şəxs9 verməsini arvadı Şahid16 demişdir. Daha sonra Zərərçəkmiş şəxs9 gəlib pulunu götürmüş və bir daha zəng etməmişdir. Şahid15 ifadəsində hətda Təqsirləndirilən şəxs Şahid16da işə düzəldəcəyini dediyini bildirmişdir.Hətda Təqsirləndirilən şəxs arvadım Şahid16 da işə düzəldəcəyinə söz vermişdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid16 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 24 ünvanında bizimlə qonşu olduğu üçün tanımış. Təqsirləndirilən şəxs əri Şahid15 də X4 sürücü kimi işə düzəltdiyini bildirmişdir. 2021-ci ilin yay aylarında Şahid12 ilə tanış olmuş, onunla söhbət edən zaman Şahid12 uzun müddət tibb bacısı işlədiyini və daha sonra işdən ayrıldığını demiş, Şahid16 isə qonşusu Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyində sürücü işlədiyini, əri Şahid15 də oraya sürücü olaraq işə düzəltdiyini demiş, Şahid12 isə Təqsirləndirilən şəxs onu yenidən işlədiyi yerə bərpa etdirməsini xahiş etməsini Şahid16 xahiş etmişdir. Şahid16 Şahid12 dediklərini əri Şahid15 danışmış və Təqsirləndirilən şəxs Şahid12 işinə geri qayıtmasında köməklik etməsini istəmişdir. Şahid15 Təqsirləndirilən şəxslə Şahid12 işi haqqında danışmış və Təqsirləndirilən şəxs həmin işi həll etməsinin qarşılığında 4200 manat pul istədiyini Şahid16 demişdir. Şahid16 Təqsirləndirilən şəxs Şahid12 əvvəl ki işinə bərba etməyinin qarşılığında 4200 manat pul istədiyini Şahid12 demiş və Şahid12 razı olduğunu bildirərərək Təqsirləndirilən şəxs də telefon nömrəsini vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid12 Şahid16 Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 4 ev 8 ünvana gələrək binanın həyətində 4200 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün Şahid16 vermiş Şahid16 əri Şahid15 isə 4200 manat pulu həmin gün öz binalarının həyətində Təqsirləndirilən şəxs vermişdir. Daha sonra P.Əİiyev Yalçına zəng edərək iş alınmırsa Şahid12 pulunu qaytarmasını demiş, Təqsirləndirilən şəxs isə həmin gün 4200 manat pulu Şahid12 ərinin iş yerinə gedərək geri qaytardığını Təqsirləndirilən şəxs eşitmiş və Şahid12 zəng edərək Təqsirləndirilən şəxs aldığı 4200 manat pulu qaytarmağını dəqiqləşdirmişdir. Şahid16 əlavə olaraq 2021-ci ildə Fazilə Xuduyeva ilə tanış olmuş, Fazilə Xuduyeva ilə həmsöhbət olan zaman F.Xuduyeva gəlini Aytəkin Hüseynovanı bağçaya müəllimə kimi işə düzəltmək istədiyini demiş, Şahid16 Təqsirləndirilən şəxs əri Şahid15 işə düzəltməsi barədə də Fazilə xanıma danışmış, Fazilə Xuduyeva da Şahid16 gəlinini də işə düzəltməsini Təqsirləndirilən şəxs xahiş etməsini istəmişdir. Şahid16 əri Şahid15 Y.X17 gəlininin işə düzəlməsinə köməklik etməsini istəmiş, Şahid15 də bu barədə Təqsirləndirilən şəxslə danışmışdır. Təqsirləndirilən şəxs P.X43 gəlinini Naxçıvan şəhərində 12 nömrəli məktəbin yanındakı yeni açılacaq olan bağçaya müəllimə kimi işə düzəldəcəyini və bunun qarşılığında isə 3500 manat pul alacağını demişdir. Təqsirləndirilən şəxs dediklərini Şahid15 Şahid16 demiş, Təqsirləndirilən şəxs həmin işin qarşılığında 3500 manat pul istədiyini Şahid16 F.Xuduyevaya demiş və F.Xuduyeva da razı olduğunu bildirmişdir.2021-ci ilin may ayının əvvəllərində F.Xuduyeva Şahid16 yaşadığı Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 4 ev 8 ünvanına gələrək binanın həyətində 3500 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün Şahid16 vermiş, Şahid16 əri Şahid15 isə 3500 manat pulu həmin gün öz binalarının həyətində Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən sonra Fazilə Xuduyeva tez-tez Şahid16 zəng edərək iş gecikdiyi üçün pulunu istəmiş, Şahid15 də Təqsirləndirilən şəxs zəng edib Fazilə Xuduyevanın verdiyi 3500 manat pulu istəmişdir. Həmin gün Təqsirləndirilən şəxs Şahid16 yaşadığı binanın həyətində N0 manat pulu Şahid15 vermiş, qalan 500 manat pulu isə özündə saxalamış və F.Xuduyevanın gəlinin işinin tez bir zamanda alınacağını Şahid15 F.Xuduyevaya çatdırmasını deyib getmişdir. Şahid16 Təqsirləndirilən şəxs dediklərini F.Xuduyevaya deyerək N0 manat pulu F.Xuduyeva geri qaytarmışdır. Həmin məsələdən sonra Təqsirləndirilən şəxs təkrar zəng edərək F.Xuduyevanın gəlininin sənədlərində problem olduğunu deyərək F.Xuduyeva ilə əlaqə saxlamaq üçün onun nömrəsini istəmiş və Şahid16 da F.Xuduyevanın ərinin nömrəsini öyrənərək Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən sonra Şahid16 F.Xuduyevanın Təqsirləndirilən şəxs qalan 500 manat pulu üçün bir daha zəng etmədiyini bildirmişdir. Təhminə Əliyev əlavə olaraq bildirmişdir ki, Fazilə Xuduyeva Şahid16 nömrəsini qaynı Zərərçəkmiş şəxs9a verdiyi üçün Zərərçəkmiş şəxs9 Şahid16 zəng etmiş və arvadını yeni açılacaq bağçaya dayə kimi işə düzəltmək istədiyini demiş, Şahid16 da işə düzəldən şəxslə danışıb cavab verəcəyini Zərərçəkmiş şəxs9 demişdir. Şahid16 Zərərçəkmiş şəxs9 arvadının işini Təqsirləndirilən şəxslə danışması üçün əri Şahid15 demiş, Şahid15 Təqsirləndirilən şəxslə danışan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 arvadını işə düzəldə biləcəyini və qarşılığında 2000 manat pul alacağını demiş, Şahid16 da Təqsirləndirilən şəxs Şahid15 dediklərini Zərərçəkmiş şəxs9 demişdir. Zərərçəkmiş şəxs9 də Şahid16 razı olduğunu deyərək 2021-ci ilin may ayının əvvəllərində 2000 manat pulu Şahid16 yaşadıqları binanın həyətində Şahid16 vermişdir. Şahid16 Zərərçəkmiş şəxs9 aldığı pulu Təqsirləndirilən şəxs çatdırması üçün Şahid15 vermiş, Şahid15 Zərərçəkmiş şəxs9 verdiyi 2000 manat pulu həmin gün yaşadıqları binanın həyətində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 2000 manat pulu alan zaman Şahid15 tez bir zamanda Zərərçəkmiş şəxs9 arvadını işə düzəldəcəyinə söz verməsinə baxmayarq 2-3 ay keçmiş, lakin iş alınmamışdır. Daha sonra Şahid15 ilə Şahid16 Təqsirləndirilən şəxs işi gecikdirdiyini gördükləri üçün Şahid15 Təqsirləndirilən şəxs zəng edərək verdiyi 2000 manat pulu tələb etmiş,Təqsirləndirilən şəxs də həmin gün 1500 manat gətirib Şahid15 vermiş və " onlara denə səbrli olsunlar işləri qısa bir zamanda həll olacaq, 500 manat pullarıda məndədir, işləri həll olan zaman qalan 1500 manat pulu da verərlər " demişdir. Şahid16 1500 manat pulu Zərərçəkmiş şəxs9 verərək Təqsirləndirilən şəxs dediklərini Zərərçəkmiş şəxs9 çatdıraraq Təqsirləndirilən şəxs mobil nömrəsini Zərərçəkmiş şəxs9 demiş və həmin gündən sonra Zərərçəkmiş şəxs9lə əlaqəsi kəsilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X28 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X28 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəinin 3-cü bədinin tələbinə əsasən həl edilməidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu oğlu Şahid1 musiqi müəllimi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin aprel ayının sonlarında ünvan 3 ünvanında yerləşən "Limon Market"in qarşısında 3200 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu arvadı X29 pensiya təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq 22 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən geyim mağazasında 4000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Şahbuz şəhərində mənzil satacağına dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2021-ci ilin noyabr ayının əvvəllərində Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 120 ünvanının yaxınlığındakı hərbi lisseyin yanında 10000 manat, 2021-ci ilin noyabr ayının ortalarında həmin yerdə 7000 manat, 2021-ci ilin dekabr ayının sonlarında Şahbuz şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən X56rşısında 4500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 21500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu oğlu Şahid5 dayandırılan pensiyasını bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2022-ci ilin fevral ayının ortalarında ünvan 6 ünvanında yerləşən X7 həyətində N0 manat və Naxçıvan şəhəri,Nizami küçəsi 27 ünvanında yerləşən "TEMA Ticarət Mərkəzi"nin yanında isə 1000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 4000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onu arvadı Şahid6 Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə müəllimə vəzifəsinə köçürmə yolu ilə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 04 mart 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən X14 yanında 2000 manat pulunu alıb ələ keçirərərk təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onu arvadı Şahid9 Naxçıvan X27 tibb bacısı vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 3 aprel 2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən X23 yanında 2000 manat pulunu alıb ələ keçirərərk təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu arvadı Şahid12 X24 tibb bacısı işinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yay aylarında tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 50 manat, 16 aprel 2022-ci il tarixdə Babək rayonu Hacıvar kəndində Zərərçəkmiş şəxs7 özündən 2000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 2050 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib onu gəlini X9 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına müəllimə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının əvvəlində tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 500 manat, 2022-ci ilin iyul ayının əvvəlində ünvan 12 ünvanının qarşısında Zərərçəkmiş şəxs8 özündən N0 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu arvadı X1 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına dayə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının əvvəlində tanışları Şahid15 və Şahid16 vasitəsi ilə ünvan 25 binanın həyətində 500 manat, 2022-ci ilin iyul ayının əvvəlində ünvan 13 ünvanında yerləşən “Limon Market”in qarşısında Zərərçəkmiş şəxs9 özündən 600 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1100 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib ona yük nəqliyyat vasitəsi satacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının əvvəlində Naxçıvan şəhər, Qaraxanbəyli kəndində N manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib onu arvadı X55 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib onu qardaşı arvadı X10 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib onu qızı X26 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 15 ünvanının həyətində 2500 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu arvadı X18 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında ünvan 14 ünvanında yerləşən "X74"inin qarşısında 1400 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib onu Naxçıvan X27 tibb təsərrüfat bacısı vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 05 sentyabr 2022-ci il tarixdə Naxçıvan şəhəri, 61-ci məhəllə 26 ünvanında yerləşən "Nur Qida" dondurma sexinin yanında 2000 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib onu gəlini X19 Naxçıvan şəhəri 8 saylı uşaq bağçasına tərbiyəçi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 07 sentyabr 2022-ci il tarixində ünvan 17 ünvanında yerləşən "Dizayn Holdinq"in qarşısında 2250 manat, 10 sentyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən X8 isə 250 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Naxçıvan Muxtar Respublikası DİN-in Tİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti Başçısının Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşularla yaxşı münasibətdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 dəymiş ziyanı ödəməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, əksər zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin əksər qisminin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 4(078)- 19/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 16 fevral 2023-cü il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 3200 manat, Zərərçəkmiş şəxs2 4000 manat, Zərərçəkmiş şəxs3 19260 manat, Zərərçəkmiş şəxs4 4000 manat, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs6 2000 manat, Zərərçəkmiş şəxs7 2050 manat, Zərərçəkmiş şəxs8 N0 manat, Zərərçəkmiş şəxs9 1100 manat, Zərərçəkmiş şəxs10 N manat, Zərərçəkmiş şəxs15 2000 manat, Zərərçəkmiş şəxs16 2500 manat mülki iddia təmin olunmalı və 50110 (əlli min yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslərin xeyrinə ödənilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 3200 (üç min iki yüz) manat, Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat, Zərərçəkmiş şəxs3 19260 (on doqquz min iki yüz altmış) manat, Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat, Zərərçəkmiş şəxs5 2000 (iki min) manat, Zərərçəkmiş şəxs6 2000 (iki min) manat, Zərərçəkmiş şəxs7 2050 (iki min əlli) manat, Zərərçəkmiş şəxs8 N0 (üç min) manat, Zərərçəkmiş şəxs9 1100 (min yüz) manat, Zərərçəkmiş şəxs10 5000 (beş min) manat, Zərərçəkmiş şəxs15 2000 (iki min) manat, Zərərçəkmiş şəxs16 2500 (iki min beş yüz) manat tutularaq ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar