Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-9/2025 12.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:50 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Qadir oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evil, iki uşaq atası, məhkumluğu olmayan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində sərxoş vəziyyətdə Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 7, mənzil 7 ünvanında yerləşən evə gələrək baş vermiş mübahisə zamanı həmin evdə yaşayan Zərərçəkmiş şəxs döyərək ona sağ qaşüstü nahiyyəsində yara, sağ gözətrafı nahiyyənin qançırı, burnunda şişkinlik və qançır, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin yerdəyişmiş sınığından ibarət olan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, bununla yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasənda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əməli törətdiyini etiraf etdiyini, lakin özünü təqsirli bilmədiyini, başında olan yaranı onun törətmədiyini, burnunda olan yaranı onun törətdiyini, onu tutmaq istəyəndə yarandığını, başının yıxılmadan əmələ gələn yara olduğunu, onu tənbeh eləmək məqsədi güddüyünü, hadisənin 20 dəqiqə çəkdiyini, yazılanların doğru olmadığını, iki ildir ki, onun evinə kömək məqsədi ilə gəldiyini, onu təpikləmədiyini, onun döysəydi vəziyyətinin daha ağır olacağını, hadisənin təxminən sentyabr 28 olduğunu, içkini tez-tez içmədiyini, həmin vaxt az da olsa içkili olduğunu, evinin yanında keçərkən təsadüfən baxdığını, evinin qapısının qapılı olduğunu sonra açıldığını, hamama getdiyini, qəhvəyi saçlı, arıq adam olduğunu gördüyünü, evdə adam olmağını ondan başqa heç kim olmadığını, uşaqlardan xəbəri olmadığını, onu arxasından tutduğunu, adamı vurduğunu, sağ əlinin içi ilə vurduğunu, Sonanı bir dəfə vurduğunu, sonra mübahisənin yarandığını, Sonanın qonşuya getdiyini, polisə zəng vurduqlarını, hadisənin ondan başqa heç kimin görmədiyini, onu vurmaq məqsədinin olmadığını evli olduğunu, iki övladının olduğunu qeyd etmişdir. X2 qardaşının qızıdır, ögeylik yoxdur. Qardaşı Qadir rəhmətə getmişdir, Sona da ailə qurub Bakı şəhərinə getmiş, 3-4 ildir, Sona boşanıb, ünvan 2 ünvanında uşaqları ilə birlikdə yaşayır. Televizor ustasıdır, televizor təmir də edir. Sona zəng vurub “televizoru düzəlt” demiş, özü də gedib düzəltmişdir, onun belə münasibəti yaranmışdır, anası Tərifə də özünə “qızım orada tək qalır ondan göz qulaq ol” demişdir. Buna görə hər dəfə Sonaya baş çəkmişdir. Sona sürücülük vəsiqəsi almaq istədiyindən, onu imtahana aparacaqdı. xx.xx.2024cü il tarixdə saat 10 radələrində Sonagilə getmiş, Sona da özünə kofe süzüb vermiş, özü də kofeni içəndə Sonaya zəng gəlmiş, Sona telefona baxıb “rəfiqəmdir” demiş, digər otağa keçib danışmağa başlamış, Sonanın bir kişi ilə danışdığını eşitmişdir. Sona danışa-danışa sağollaşanda sonda öpürəm demişdir. Sona danışığı bitirib gələndə “Sonaya rəfiqən niyə kişi səsi ilə danışır” demiş, Sona da “bu bizim Bakı şəhərindən ailə dostumuzdur” demiş, özü də Sonaya “ailə dostu ilə öpürəm söhbəti olmur” demişdir. Bu söhbətin ürək bulandırdığını hiss etmiş, Sonaya “ailə qur, problemin olmasın, səni aldatmasınlar, evli olar, sən də bilməzsən, cavansan” deyib məsləhət vermiş, bu sözü deyib, aşağı düşmüş, Sona da gəlib avtomobilə minmiş, heç nə danışmamışlar, Sona da imtahan verib evə qayıtmış, özü də düşünməyinə imkan vermiş, artıq heç nə deməmişdir. xx.xx.2024-cü il tarixdə evdə yatan zaman telefonuna zəng gəlmiş, telefonu götürmüş, Sona “evin işığı qığılcım verir, yatmağa qorxuruq” demiş, özü də kəlbətini götürüb onlara getmiş, işığı düzəltmiş, gecə saat 23 radələri olsa da, Sonanın evə gec gəlib, üzü bəzəkli, saçının da uklatka olduğunu fikir vermiş, özü də “bu vaxt haradan gəlirsən” soruşmuş, Sona da “xalamgildə boranı bişirirdim” demiş, özü də hirsli şəkildə “boranı bişirənə oxşamırsan” demiş, sağollaşmadan acıqla çıxıb getmiş, evə gəlmiş, səhər açılanda Sona “əmi niyə məni acıladın, gecə çağırdığım üçün acığın tutdu” yazmış, özü də “ona acığım tutmayıbdır, sən mənə deməmiş, kimə deyəcəksən, boş ver” yazmışdır. xx.xx.2024-cü il tarixdə piyvə içdiyi üçün sərxoş olmuş, gecə evə qayıdanda Sonanın evində bir nəfər kişi olduğunu və pəncərədən görsəndiyini görmüş, özü də onun evinə qalxmış, qapını döymüş, Sona da kimdir soruşmuş, özü də “əmidir, aç” demiş, Sona da qapını açmış, özü də içəri girmiş, içəridə heç kəs olmamışdır. Sonadan “hanı o” soruşmuş, Sona da “evdə heç kəs yoxdur” demiş, özü də hamamın qapısını açmış, orada bir nəfər hündür boy kişi olduğunu görmüş, onun yaxasından yapışmış, o da əlindən çıxıb qaçmış, arxasınca düşəndə Sona özünü tutmaq istəmiş, özü də Sonanı itələmiş, həmin vaxt Sona yıxılmış, özünün də ayağı burxulmuş, adam da qaçmış, onu tanımamışdır. Sona nəsə demək istəyəndə, özü də əlinin içi ilə Sonanın üzündən vurmuş və ona “dilin var, hələ də danışırsan” demişdir. Sona qonşuya getmiş, polis çağırmışlar, özünü də Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişdirlər. Mübahisə zamanı heç kəs olmamışdır. Zərərçəkmiş şəxs ilə arasında əvvəllər qətiyyən mübahisə olmamışdır, öz balasıdır, balasına necə münasibət göstərmişdir, ona da elə münasibət göstərmişdir. Əvvəllər mübahisələri olmamışdır, onu döyməmişdir. Sonanı əlinin içi onun üzündən vurmuş, bərk vurmamışdır, əlində kəsici deşici alət olmamışdır. Hadisə zamanı sərxoş olmuşdur, piyvə içmişdir. Sonanın evində olan kişini tanımır, o hündür boydur, bədən quruluşu orta, yaşca özündən cavan olardı, 35-40 arası yaşı olardı, saqqalı yoxdu, qaranlıq olduğu üçün saçını tam görməmişdir. Həmişə spirtli içki qəbul etməmişdir. Ayda bir dəfə iki dəfə spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul edəndə 250 ml bir stəkan arağı içmişdir, özünün normasıdır, ondan artıq içməmişdir, lap pis vaxtları iki bakal piyvə içmişdir. Heç bir məhkumluğu olmamışdır. 2007-ci ildə Bakı şəhərində yolu keçən zaman avtomobil özünü vurmuşdur, ağır xəsarət almışdır, belində, ayaqlarında, çanaq sümüklərində sınıq olmuşdur, 13 dəfə əməliyyat olunmuşdur, 3 ilə yaxın müddətdə yataq xəstəsi olmuşdur, ilk il yarım müddətdə tam yataqda yatmışdır, müalicə ilə ayağa qalxmışdır, buna görə İİ qrup əlildir, həm də müharibə veteranıdır, İ Qarabağ döyüşündə iştirak etmişdir, əsgərlik müddəti 5 il yarım çəkmişdir, 5 il mübaribə vaxt xidmət etdir. Sona uşaqlarının travma aldığını deyir, lakin keçən iclasda uşaqların yatdığını bildirmişdir. O heç uşaq görməmişdir. Onun oturduğu yerdən vurulması ilə başının soyuducuya dəyərək yaralanması qeyri-mümkündür. Əgər başı dəyərsə soyuducuda nəyə görə qüsur yaranmamasını vurğulayıb. Təqsirləndirilən şəxs ”Əyilmə bitməyən yerə, can qoy itməyən yerə” deyərək çıxışını bitirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində X2 ifadəsində göstərmişdir ki, ünvan 3, ev 7 ünvanında yaşayır, hadisə vaxtı uşaqların yatdığını, çöl qapının hər zaman bağlı olmadığını, qapını nasaz olduğunu, qapını bir dəfə bağlı olduğunu, əmisinin qapını açaraq içəri keçdiyini, içkili olduğunu, əlini ona uzatdığını, ona şillə vurduğunu, soyuducuya başı dəyərək qanadığını, qonşuya qaçdığını, qonşunun ona kömək etdiyini, qonşunun telefonu ilə polisə zəng vurduğunu, polisin gəldiyini, 32 ildir ki, əmi tanımadığını, 2 ildir ki, əmisini tanıdığını, yemək bişirəndə onuda çağırdığını, onun narahat olduğunu, hər zaman özünün qapını açaraq evə girdiyini, onun evində olmadığını, içkili olduğuna görə onun xəyal görə biləcəyini, üzündən vurduğunu, vuran zaman qorxduğuna görə qışqırdığını, şikayətinin olduğunu və törətdiyi əməlin cəzasını çəkmək istədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs əmisdir. Təqsirləndirilən şəxs iki ildir, evlərinə gəlib-gedir. Cəlal əmisi iki dəfə ailə qurub boşanıbdır, hal-hazırda da tək yaşayır, subaydır. Arada onu yemək yeməsi üçün evə çağırırmış, əlavə də evinə aparması üçün yemək qoyurmuş, əmisi Cəlal da evinə aparmışdır. Anası da atası ilə ayırıldığı üçün ata tərəfi ilə heç bir əlaqəsi olmamışdır. Bir dəfə televizoru xarab olmuş, anası Tərifə də əmisi Cəlala demiş, Cəlal da gəlib televizorunu düzəltmişdir, buna görə münasibət yaranmışdır, Cəlal da gedib-gəlmişdir. O səbəbdən özü də bir əmi kimi hörmətini saxlamışdır. 29 sentyabr 2024-cü il tarixdə gecə saat 23 radələri olardı, uşaqları Cəfər İbrahimov və Lalə İbrahimova yatmışdırlar. Cəfərin 9 yaşı var, Lalənin 5 yaşı var. Özü də qapını kilitləməmişdir, həmin vaxt yatmağa hazırlaşdı, evdən zibili çıxarıb qapının ağzına qoymuş, evin giriş qapısını bağlamamış, lakin qapı örtülü vəziyyətdə olmuşdur. Özü də mətbəxdə iş görürdü, mətbəxin qapısını örtmüş ki, uşaqlar oyanmasın. Qapının açılma səsini eşitmiş, qapı zərbə açılmış, Cəlal da sərxoş vəziyyətdə özünün olduğu mətbəx otağının qapısını açmış, heç nə demədən stolda oturmuş, Cəlal sərxoş olduğunu hiss etmiş, danışmırdı, özü də “çörək yeyirsən” soruşmuş, Cəlal da danışmamış, narahat olduğunu hiss etmiş, Cəlala “dərman verim” demiş, həmin vaxt onunla üzbəüz oturmuş, özünə tərəf əlini uzatmış, özü də biraz kənara çəkilmiş, geri dönmüş, özünün geri çəkilməyi Cəlalın acığına gəlmiş, Cəlal əli ilə sifətindən vurmuş, başı soyuducuya dəymiş və qaşının üstü yaralanmış, özü də qışqırmağa başlamış, o da panik olmuş, “susum deyə” özünü təhqir edə-edə döyməyə başlamış, pis söyüşlər söymüş, özü yerə yıxılmış, Cəlal yerdə təpik sillə vurub özünü susdurmaq istəmiş, özü də “məni vurma” deyə yalvarmış, özü də Cəlala “mətbəxin qapısı açıqdır, uşaqlar durar, qorxar, qapını örtüm” demiş, həmin onun əlindən qaçıb bloka çıxmış, qapını döymüş, qonşu Zöhrə qapıya çıxmış, özü də “əmim məni döyür, məni qoruyun” demiş, özü də qaşı qanaya-qanaya qonşuya sığınmış, onun əlindən qaçmış, burnu da qanamış, qanı dayanmamışdır. Özü də qonşunun telefonu götürüb 102-yə zəng vurmuş, özünün telefonu evdə qalmış, 102yə zəng vurub polis çağırmış, polis gəlib Təqsirləndirilən şəxs aparmış, Cəlal sərxoş olduğu üçün ayaq üstə dura bilməmişdir. Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisə olmamışdır, əvvəllər Cəlal tərəfindən döyülməmişdir. İlk dəfədir, onu döymüşdür. Özünü döyməyə Cəlalın nə ixtiyarı varmış, evinə gəlib özünü döymüş, özünü təhqir eləmişdir. Cəlal xainlik üçün gəlmişdir, evinə sərxoş vəziyyətdə gəlmişdir, əl atmışdır, çəkiləndə Cəlal özünü döyməyə başlamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün evdə kişi olduğunu bildirmişdir. Qonşu qapısında Cəlalı görmüşdür, özünə hələ də maraqlıdır ki, Təqsirləndirilən şəxs gecə saatlarında evinə nə üçün sərxoş gəlmişdir. Xainliyə gəlmişdir, dul qadın olduğu üçün və tək yaşadığı üçün gəlmişdir. Evinin qapısını döyməmişdir, itələyib içəri girmişdir. Təqsirləndirilən şəxs özünü döyəndə uşaqlar oyaq olmamışdır. Döyülməyini uşaqlar görməmişdir, hadisə mətbəxdə olmuşdur, Cəlal özünü döyəndə uşaqlar yatmışdır. Qışqırıb evdən qaçaraq qonşuya getmişdir, polis əməkdaşları gəlmiş, uşaqlar səs-küyə oyanmışlar, qonşular narahat olmuşdurlar. Təqsirləndirilən şəxs evə tək gəlmişdir, yanında heç kəs olmamışdır. Ona mənəvi zərər vurmuşdur. Onun iki körpə uşağına travma yaşatmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş Şahid ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, Təqsirləndirilən şəxs tanıyır, Sonanın əmisidir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində qapısı döyülmüş, qapını açanda Sonanın üzünü qan içində görmüş, Sonadan nə olduğunu soruşmuş, Sona da “Cəlal əmim məni döymüşdür” demiş, Cəlal da həmin vaxt binanın aşağısında olmuşdur. Sona da 102-yə zəng vurub polis çağırmış, polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, Sona da uşaqlarını özünə tapşırıb getmişdir. Zərərçəkmiş şəxs döyülməyini görməmişdir. Sonanın üzü qan içində olmuşdur, Sonanın burnu qanamışdır. Cinayət işinin başlanmasına səbəb 30 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 7, mənzil 7 ünvanında yerləşən evə gələrək həmin evdə yaşayan Zərərçəkmiş şəxs baş vermiş mübahisə zamanı döyərək ona sağ qaşüstü nahiyyəsində yara, sağ gözətrafı nahiyyənin qançırı, burnunda şişkinlik və qançır, burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüklərinin yerdəyişmiş sınığından ibarət olan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən zərəri yetirməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış təhqiqat materialları olmuşdur. İş üzrə xəsarət alan Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilərək dindirilmişdir. xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan olunmuş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞdən аlınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2024-cü il tarixli 232 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ qaşüstü nahiyyəsində yara, sağ gözətrafı nahiyyənin qançırı, burnunda şişkinlik və qançır, burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayət olunan burun tənəffüsünün pozulması bərk küt əşyanın təsirindən törənmişdir. Müddət qərarda göstərilən tarixə uyğun gəlir. Burun sümüklərinin yerdəyişməli sınığı ilə müşayət olunan burunun tənəffüsünün pozulması və burnun qançır halında şişkinliyi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ qaşüstü nahiyyədə cərrahi tikilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Sağ göz ətrafı nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi ekspert rəyində vurulan xəsarətlərin ayrıayrılıqda dərəcələri göstərilsə də, iş üzrə daha ağırı, az ağır xəsarət nəzərə alınmışdır. 1 saylı Mİİ-dən alınmış xasiyyətnamədə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İttiham aktında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın və Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyi göstərilmişdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən özü iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına az ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 127-ci maddəsinin dispozisiyası sağlamlığın uzun müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan zərərin vurulmasından ibarətdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X3 qohumluq-əmi və qardaşı qızı münasibətlərində olmudur. Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində sərxoş vəziyyətdə Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 7, mənzil 7 ünvanında yerləşən evə gələrək baş vermiş mübahisə zamanı həmin evdə yaşayan Zərərçəkmiş şəxs döyərək ona sağ qaşüstü nahiyyəsində yara, sağ gözətrafı nahiyyənin qançırı, burnunda şişkinlik və qançır, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin yerdəyişmiş sınığından ibarət olan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmidir. Məhkəmə istintaq orqanının bu mövqeyi ilə qismən razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar olmasa da cəzasını yüngülləşdirən hallar vardır və bu hallar əməlindən peşman olması, əməlini səmimi etiraf etməsi, İİ qrup əlil olması və İ Qarabağ müharibəsində iştirak etməsi, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsi və törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayət təsnifatına aid olmasıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda qeyd olunan halları nəzərə alır və ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 4 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan MR ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-9/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-9/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver