Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-93/2025 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "Hazar Edu" xaricdə təhsil mərkəzinin Şəmkir filialının nümayəndəsi işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 24 dekabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onları Türkiyə Respublikasında ali təhsil alan övladlarını təhsillərini davam etdirmələri üçün Naxçıvan Dövlət Universitetinə köçürəcəyi adı ilə aldadaraq Zərərçəkmiş şəxs3 5300 manat xeyli miqdarda və təkrarən Zərərçəkmiş şəxs2 7000 manat xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı əsas isə həmin faktlarla bağlı toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu oğlu Ayxan Hacıyevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının əvvəllərində 4500 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli “M10” elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs1 4500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu oğlu Həbib Abdullayevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının əvvəllərində 4500 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs3 4500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib onu təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının əvvəllərində 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus 4098 0944 2417 1856 nömrəli Unibank plastik bank kartı hesabına köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs7 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onu oğlu Rəşad Hüseynovu təhsil aldığı Türkiyə Respublikasının Erzurum Atatürk Universitetindən Gəncə Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının ortalarında 5000 manat pulu hissə-hissə olmaqla Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus **********066416 nömrəli Unibank plastik bank kartı hesabına və ***-***-**-** nömrəli "M10” elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs6 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib onu təhsil aldığı Türkiyə Respublikasının Girəsun Universitetindən Azərbaycan Korperasiya Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının axırlarında 3000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs8 3000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə X8 etibarından sui-istifadə edib onu oğlu Musa Malıyevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının axırlarında 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli “M10” elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək zərərçəkmiş şəxs Cəfər Malıyevə 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onu oğlu Murad Hüseyinlini təhsil aldığı Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetindən Gəncə Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin may ayının axırlarında 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisindən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli "M10” elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs5 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs11 Qudrət oğlunun etibarından sui-istifadə edib onu oğlu Nihad Məmmədovu təhsil aldığı Türkiyə Respublikasının Ardahan Universitetindən Azərbaycan Korperasiya Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının əvvəllərində 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli “M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs11 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu təhsil aldığı Sumqayıt Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsinin əyani şöbəsindən Naxçıvan Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsinin qiyabi şöbəsinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının əvvəllərində 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***- **-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə X21 etibarından sui-istifadə edib onu dostunun oğlu Mərahim Məhərrəmzadəni təhsil aldığı Türkiyə Respublikasının Girəsun Universitetindən Gəncə Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının əvvəllərində 6500 manat pulunu Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospekti 19 ünvanında yerləşən "Caspian" Ticarət Mərkəzinin arxasında Etibar Orucovdan nağd şəkildə alıb ələ keçirərək zərərçəkmiş şəxs Etibar Orucova 6500 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib onu oğlu Məhəmməd Vəlizadəni təhsil aldığı Türkiyə Respublikasının Akdeniz Universitetindən Azərbaycan Texniki Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının ortalarında 5000 manat pulunu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs10 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə X15 etibarından sui-istifadə edib onu oğlu Rüfət Babatlını təhsil aldığı Türkiyə Respublikasının Akdeniz Universitetindən Azərbaycan Texniki Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının ortalarında 5000 manat pulunu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən “Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli “M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək zərərçəkmiş şəxs Rübail Babatova 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə X22 etibarından sui-istifadə edib onu təhsil aldığı Naxçıvan Dövlət Universitetindən Azərbaycan İdman Akademiyasına köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyun ayının axılarında 5000 manat pulu Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən ofisdən "Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək zərərçəkmiş şəxs Uğur Pirizadəyə 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu oğlu Nicat İbrahimlini təhsil aldığı Türkiyə Respublikasının Kars Qafqaz Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyul ayının əvvəllərində 5000 manat pulunu Şahid1 vasitəsi ilə Naxçıvan şəhəri, Babək məhəlləsi 2 ünvanında yerləşən "Meqastore" marketin qarşısındakı Milliön ödəmə terminalından özünə məxsus ***-***-**-** nömrəli “M10” elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs2 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu təhsil aldığı Naxçıvan Dövlət Universitetinin əczaçılıq fakultəsindən stomotologiya fakultəsinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyul ayının əvvəllərində 5000 manat pulu Şahid1 vasitəsi ilə Naxçıvan şəhəri H.Əliyev prospekti ev 37 ünvanında yerləşən “Oboy evi”nin qarşısındakı Milliön ödəmə terminalından özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs9 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu oğlu Mübariz Məmmədovu təhsil aldığı Türkiyə Respublikasının Kocaeli Universitetindən Sumqayıt Dövlət Universitetinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq 2025-ci ilin iyul ayının ortalarında 5000 manat pulunu Şahid1 vasitəsi ilə ünvan 6 ünvanında yerləşən ərzaq mağazasının qarşısındakı Milliön ödəmə terminalından özünə məxsus ***-***-**-** nömrəli "M10" elektron pul kisəsinə köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs14 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bildiyini, təxminən 2018-ci ildən xaricdə təhsil almaq istəyən tələbələri Türkiyə, Rusiya Qazağıstan, Tatarıstan, Türkmənistan və digər xarici ölkələrdən Azərbaycan Respublikasında, Azərbaycanda təhsil alan xarici tələbələrin isə göstərilən xarici ölkələrdə təhsil almaları işlərini gördüyünü, nümayəndəsi olduğu “Hzar Edu" xaricdə təhsil mərkəzinin baş ofisinin Türkiyə Respublikasının İstanbul şəhərində yerləşdiyini, özünün həmin şirkətin Şəmkir rayon filialının nümayəndəsi olduğunu, bundan əlavə Gəncə şəhərindən olan İlqar Həsənov adlı şəxslə təxminən 1 il olar ki, türk tələbələrinin Azərbaycan Respublikasında olan Universitetlərdən, Türkiyə Respublikasındakı Universitetlərə, eynilədə Türkiyə Respublikasındakı Universitetlərdən, Azərbaycan Respublikasında olan Universitetlərə köçürülmələri işini də gördüyünü, İlqar adlı şəxslə onu Gəncə şəhərində xaricdə təhsil işi ilə məşğul olan Xəyal Abdullayevin tanış etdiyini, 2025-ci ilin may ayında köçürmə işini gördüyü türk tələbə Barış Kaplanın vasitəsi ilə Naxçıvan şəhərində xaricdə təhsil işi ilə məşğul olan İsa adlı şəxslə tanış olduğunu, İsanın ona Türkiyə Respublikasında müxtəlif Universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin, Azərbaycanda olan Unversitetlərə köçürülmələri üçün müraciət etdiklərini bildirdiyini, İsaya hər tələbəyə görə sənədləri ilə birlikdə 5000 manat ona verəcəyini, özünə də əlavə nə qədər alırsa almasını dediyini, İsanın ona əvvəlcədən pullarını aldığı tələbələr olduğunu, onlardan aşağı məbləğdə pul aldığına görə onların hər biri üçün 4500 manat digər tələbələr üçün isə 5000 manat ödəyəcəyini dediyini, İsanın ilkin olaraq 4 nəfər tələbənin sənədlərini elektron şəkildə ona göndərib pullarını isə hissə-hissə M10 hesabına göndərdiyini, həmin tələbələrin sənədlərini bu işdə ona köməklik göstərən İlqar müəllimə göstərdikdə İlqar müəllimin ona “bu tələbələrin köçürülməsi çətindir, bəzəndə mümkün olmur, ona görə mən bu işi görə bilmərəm” dediyini, bundan sonra tanışlarının vasitəsi ilə tələbələri portalda qeydiyyatdan keçirməyində ona köməklik göstərən Gəncə Dövlət Universitetində idman müəllimi işləyən Ülvi müəllimlə danışdığını, Ülvi müəllimin ona 252 manat dövlət rüsumu olduğunu, hər tələbənin sənədinə görə isə əlavə 200 manat alacağını, qeydiyatdan keçən tələbənin nəticələri həll olunduqdan sonra isə hər tələbəyə görə əlavə olaraq 1500 manat pul alacağını dediyini, İlqar müəlimin ona işin alınmasının çətin olduğunu deməsinə baxmayaraq bu barədə İsaya heç nə deməyib ona müraciət edən tələbələrdən sənədləri ilə birlikdə 5000 manat pulu alıb ona göndərməsini dediyini, İsanın da ümumilikdə 21 nəfər Türkiyə Respublikasında müxtəlif universiterlərdə oxuyan tələbələrdən və 3 nəfər isə yerli köçürmə ilə bağlı ümumilikdə 24 nəfərdən onları Azərbaycan Respublikasında Universitetlərə köçürməyi üçün sənədlərini və ümumilikdə 117100 manat məbləğdə pulu ona göndərdiyini, hər bir tələbənin sənədlərinin tərcüməsinə və təsdiqinə görə sənədlərin əsli olmadığından 200-250 manat notariusa verdiyini, 452 manatda sənədləri portalda qeydiyyatdan keçirməsi üçün Ülvi müəllimə verdiyini, qeydiyyatdan keçirdikləri tələbələrin əksəriyyətinə TQK-dan məlumat getsə də bəzilərinə məlumat göndərilmədiyini, həmin tələbələri sakitləşdirmək üçün Şəmkir şəhərində kompüter servisi olan Vusal Murğuzovon yanında tələbələrin universitetlərdə oxuduqlarına dair arayışlar düzəldib PDF formatına saldırıb müraciət edən tələbələrə verməsi üçün vhatsap vasitəsi ilə Şahid1 göndərdiyini, bundan sonra xx.xx.2025-ci il tarixdə İsanın xalası oğlu Rövşənin ona zəng vurub göndərilən arayışların saxta olduğunu və Naxçıvan Dövlət Universitetindən belə arayışlar verilmədiyini dediyini, cavabında Rövşənə “gözlə müəllimlə danışıb deyirəm” dediyini, sonra əlavə pul almaq üçün İsanın xalası oğlu Rövşənə zəng vurub "müəllimlə danışdım arayışlar saxta deyil, İsa pulun qalanını göndərmədiyinə görə sənədlər yubanır 8500 manatı da göndərsin sənədlər düzələcək” dediyini, xx.xx.2025-ci il tarixdə İsanın xalası oğlu Rövşənin ona əlavə 5000 manat da pul göndərdiyini, Şahid1 və Şahid3 onun tələbələri aldadaraq onların pullarını ələ keçirəcəyini bilmədiyini, sadəcə Ülvi müəllimlə danışdıqda onun tələbələrin köçürmə işləri tam şəkildə həll olunacağını deyərək onu tam arxayın etdiyini, Ülvi müəllimə güvənərək İsadan həmin tələbələrin sənədlərini və pularını qəbul etdiyini, maraqlanıb köçürmənin mümkün olduğunu öyrənsə də, atestat balı ilə qəbul olan və kəsiri çox olan tələbələrin köçürülməsinin mümkün olmadığını bilsə də buna baxmayaraq Ülvi müəllimin ona tələbələrin köçürmə işlərini həll edəcəyini dediyinə görə ona güvənib müraciət edən tələbələrdən pullarını aldığını, portalda qeydiyyatdan keçdikdən sonra köçürmə ilə bağlı müsbət cavab gəlmədiyi halda köçürmənin pul qarşılığında düzəlməsinin mümkün olmadığını bildiyini, mobil telefonunda da siyahı olaraq qeyd olunduğunu, Şahid1 ona ümumilikdə 21 xarici və 3 nəfər yerli tələbənin sənədlərini və dəqiq adlarını xatırlamasa da 3 tələbəyə görə hər biri üçün 4500 manat, 1 tələbənin köçürmə işi çətin olduğunu bildirib, həmin tələbə üçün 6500 manat, 1 tələbə pulunu tam ödəmədiyinə görə həmin tələbə üçün 3000 manat, digər tələbələr üçün isə hər biri tələbə üçün 5000 manat olmaqla ümumilikdə 117100 manat pulu onun M10 hesabına və Unibank kart hesablarına Şahid1 özünün göndərdiyini, Şahid1 vasitəsi ilə pullarını ələ keçirdiyi 24 nəfərdən başqa aldadaraq pulunu ələ keçirdiyi şəxslər olmadığını, Ülvi müəllimlə bu barədə əvvəlcə danışdıqda Ülvi müəllimin ona tələbələrin köçürülmə işlərinin çətin olduğunu demədiyini, ilk dəfə görüşdükləri zaman Ülvi müəllimin ona Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Memarlıq və Korperasiya universitetlərində heç bir çətinlik olmayacağını, Naxçıvan Dövlət Universiteti və İdman Akademiyasında bir qədər çətinliklər olacağını, onu da həll edəcəyini dediyini, sonda 2 nəfər şəxsin sənədlərində olan problemlərə görə Ülvi məllimin ona sənədlər gecikdiyinə görə çətinliklər olacaq dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 ifadəsində İsa müəllimi 2024-cü ilin yay aylarından tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, oğlu Həbib Abdullayevin 2024-cü ildə qəbul imtahanlarından az bal topladığına görə İsa müəllimlə danışıb oğlunu pul qarşılığında Türkiyə Respublikasının Ərzincan şəhərində Universitetə qəbul etdirdiyini, həmin vaxtı İsa müəllimin ona, əgər istərsə birinci kursu bitirdikdən sonra pul qarşılığında oğlunu təhsilini davam etdirməsi üçün Naxçıvan Dövlət Universitetinə dəyişə biləcəyini dediyini, 2025-ci ilin yanvar ayında İsa müəllimin Naxçıvan şəhərindəki ofisinə gedib onunla danışaraq oğlunu Naxçıvan Dövlət Universitetinə köçürməsini istədiyini, İsa müəllimin də 7500 manat qarşılığında bu işi düzəldəcəyini dediyini, İsa müəllimə imkanının zəif olduğunu dedikdə, İsa müəllimin ona, “gözlə Bakı şəhərində yerləşən baş ofislə danışıb sənə məlumat verəcəyəm” dediyini, 2 gün sonra İsa müəllimin ona zəng vurub, oğlunun işini 5500 manata düzəldə biləcəyini dediyini, sonra yenə imkanının zəif olduğunu deyərək 5300 manata razılaşdıqlarını, həmin məbləğin 3200 manatını həmin günü Naxçıvan şəhərində İsa müəllimin ofisində nağd şəkildə ona verdiyini, qalan 2100 manatın isə 700 manatını 2025-ci ilin fevral ayında, qalanını isə hissə-hissə olaraq sonuncu dəfə 27 iyun 2025-ci tarixdə yaşadığı Culfa rayonu Yaycı kəndində İsa müəllimə verdiyini, bundan sonra İsa müəllimin xx.xx.2025-ci il tarixdə whatsapp vasitəsi ilə ona arayışın şəklini ataraq artıq oğlu Həbibin işinin hazır olduğunu dediyini, arayışda oğlu Həbib Abdullayevin 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İ kursunda təhsil aldığının göstərildiyini, arayışın saxta olacağından şübhələnib yaxınlarına göstərdiyini, onların arayışın saxta olduğunu bildirdiklərini, bu səbəbdən bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, sonradan Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsa müəllimin Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs15 ifadəsində İsa müəllimi 2025-ci ilin iyun aıynın əvvəllərində ortaq dostları Məhəmmədin vasitəsi ilə tanıdığını, dostu X2 Məhərrəmzadənin Türkiyə Respublikasında təhsil aldığını, hər dəfə söhbət zamanı Mərahimin atasının Türkiyədə təhsilin çətin olduğunu, əgər mümkün olsa Mərahimi Azərbaycan Respublikasındakı Universitetlərdən birinə köçürmək istədiyini dediyini, 2025-ci ilin iyun ayında İsa müəllimlə bir yerdə olduqları vaxtlarda o, mütəmadi olaraq telefonda tələbələrin köçürülmə işindən danışdığına görə maraqlandıqda, İsanın ona “Şəmkir rayonundan olan Murad adlı şəxs var onun vasitəsi ilə Türkiyə Respublikasında təhsil alan tələbələri pul qarşılığında Azərbaycan Respublikasında olan Universitetlərə köçürürlər” dediyini, İsa ilə ətraflı danışdıqda, İsanın ona hazırda müraciət edən tələbələrin köçürülmə işi ilə bağlı işlər görüldüyünü, tələbələrin əksəriyyətinin köçürülmə işlərinin tamamlandığını və Muradın universitetlərdən həmin tələbələrin təhsil aldıqlarına dair arayışları da alıb elektron formada ona göndərdiyini bildirdiyini, bu barədə Mərahimin atası Nərminə danışdığını, dostu Nərmini Mərahimin köçürülmə işində ona köməklik göstərə biləcəyinə əmin etdiyini, Mərahimin atası Nərmin onun köçürmə ilə bağlı danışmağını istədikdə, İsa ilə danışıb bu işin neçə manata başa gələ biləcəyini soruşduğunu, İsanın ona 9500 manat qarşılığında Mərahimin köçürmə işini həll edə biləcəyini dediyini, bu barədə Mərahimin anası Nərminə dedikdə Nərminin ona razılıq verərək, "mən xarici ölkədəyəm sən 9500 manatı ödə mən gəldikdə sənə qaytararam" dediyini, bu səbəbdən 2025-ci ilin iyul ayının əvvəlləri Bakı şəhərində olduğu zaman, həmin vaxtı İsa müəllimin də Bakı şəhərində olduğunu, İsa müəllimlə Nefçilər metrostansiyasının yanında görüşərək orada 3000 manat pulu İsanın ona verdiyi kart hesabına köçürüb, qalan 6500 manatını nağd şəkildə İsaya verdiyini, sonra İsanın ona həmin pulun işi düzəldən şəxsə çatmalı olduğunu, özünün isə işi olduğunu dediyini, ondan Gənclik metrostansiyasına gedib "Kaspian Shopingin" arxasında pulu həmin işi düzəldən şəxsə verməsini istədiyini, pulu təkrar İsadan alıb ondan ayrılaraq Gənclik metrostansiyasına gedib "Kaspian Shopingin” arxasına getdiyini, oradan İsaya zəng vurduğunu, İsanın ona orada ağ koynəkli bir nəfər şəxsin onu gözlədiyini dediyini, orada olan ağ köynəkli şəxsə yaxınlaşıb onu İsanın göndərdiyini dediyini, sonra telefonu həmin şəxsə verib onu İsa ilə danışdırdığını, sonra da İsanın istəyi üzərinə pulu həmin şəxsə verdiyini, sonra iyul ayının ortalarında İsanın ona elektron arayış atıb Mərahimin işinin düzəldiyini onun Gəncə Dövlət Universitetinə köçürüldüyünü dediyini, 2025-ci ilin avqust ayının axırı İsanın ona zəng vuraraq "Təqsirləndirilən şəxs bütün şəxsləri aldadaraq pullarını ələ keçirib, köçürmə işi yalan imiş və bizə atılan elektron arayışlar da saxta imiş" dediyini, köçürmə işi ilə bağlı 9500 manat pulu öz şəxsi vəsaiti hesabına ödədiyinə görə madi ziyan özünə dəydiyindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gedərək ərizə ilə müraciət etdiyini və sonradan İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində İsa müəllimi 2025-ci ilin fevral ayında tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, 2021-ci ildə qəbul imtahanlarından az bal topladığına görə atestat balı ilə Türkiyə Respublikasının Ərzincan Bineli Yıldırım Universitetinə qəbul olduğunu, 1 il dil kursu da daxil olmaqla 4 il orada təhsil aldığını, onunla eyni Universitetdə oxuyan Yusif adlı şəxsin ona, Naxçıvanda Xaricdə təhsil işi ilə məşğul olan İsa adlı şəxsin onu pul qarşılığında Naxçıvan Dövlət Universitetinə dəyişəcəyini, bununla bağlı İsa müəllimə müraciət edərək pulunu verdiyini dediyini, Yusifdən İsa müəllimin nömrəsini alıb ona zəng vuraraq danışdığını, İsa müəllimin ona “7500 manat pul və sənədləri ver işini düzəldərəm” dediyini, İsa müəllimlə danışdıqdan sonra 2025-ci ilin fevral ayının ortalarında Türkiyədən Naxçıvana qayıdıb İsa müəllimin ofisinə gedərək onunla görüşüb, danışıb razılaşdıqdan sonra 22 fevral 2025-ci il tarixdə İsa müəllimin Naxçıvan şəhəri 4 yol adlanan yerdə 9 mərtəbəli binanın altında yerləşən ofisində görüşərək sənədlərini və 7500 manat pulu İsa müəllimə verdiyini, İsa müəllimdə ona sənədlərini hazırlayıb işini düzəldəcəyini dediyini, bundan sonra İsa müəllimin xx.xx.2025-ci il tarixdə whatsapp vasitəsi ilə ona arayışın şəklini ataraq artıq işin hazır olduğunu dediyini, arayışda 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İ kursunda təhsil aldığının göstərildiyini, arayışı gördükdən sonra işinin düzəldiyini düşündüyünü, 2-3 gün sonra tanışları olan Zərərçəkmiş şəxs2 ona zəng vurub İsanın onlara göndərdiyi arayışların saxta olduğunu və İsanın tutulduğunu dediyini, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməsini bildirdiyini, araşdırmaq üçün Naxçıvan Dövlət Universitetinə gedib orada Tədrisin təşkili və idarə edilməsi şöbəsinə müraciət etdiyini, orada ona təqdim olunan arayışın Naxçıvan Dövlət Universiteti tərəfindən verilmədiyi və həmin arayışın saxta olduğunun bildirildiyini, bundan sonra bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gələrək ərizə ilə müraciət etdiyini, sonradan Şahid1 onlardan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində İsa müəllimi 2024-cü ilin yay aylarından tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, oğlu Ayxan Hacıyevin 2024-cü ildə qəbul imtahanlarından az bal topladığına görə İsa müəllimlə danışıb oğlunu pul qarşılığında Türkiyə Respublikasının Ərzincan şəhərində Binalı Yıldırım Universitetinin bədən-tərbiyəsi fakultəsinə qəbul etdirdiyini, həmin vaxtı İsa müəllimin ona əgər istərsə birinci kursu bitirdikdən sonra pul qarşılığında oğlunu təhsilini davam etdirməsi üçün Naxçıvan Dövlət Universitetinə dəyişə biləcəyini dediyini, 2025-ci ilin fevral ayında İsa müəllimin Naxçıvan şəhərindəki ofisinə gedib onunla danışaraq oğlu Ayxan Hacıyevi İİ kursdan Naxçıvan Dövlət Universitetinə köçürməsini istədiyini, İsa müəllimin də ona 5000 manat qarşılığında bu işi düzəldə biləcəyini dediyini, İsa müəllimlə razılaşıb təxminən bir həftə sonra 5000 manatı Naxçıvan şəhərində İsa müəllimin ofisində nağd şəkildə ona verdiyini, bundan sonra İsa müəllimlə danışıb işin nə yerdə olduğunu soruşduqda, İsa müəllimin ona Bakı şəhərində adam olduğunu pulu və sənədləri ona göndərdiyini, həmin şəxsin də işin düzələcəyinə söz verdiyini dediyini, xx.xx.2025-ci il tarixdə İsanın Whatsapp vasitəsi ilə oğlu Ayxan Hacıyevin telefonuna arayışın şəklini ataraq artıq Ayxanın işinin hazır olduğunu dediyini, arayışda Ayxan Hacıyevin 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İ kursunda təhsil aldığının göstərildiyini, sonradan bu iş üçün müraciət etmiş valideyinlərdən göndərilən həmin arayışın saxta olduğunu öyrəndiyini, İsanın vasitəsi ilə onları aldadan Murad adlı şəxsin tutulduğunu eşidib Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs9 ifadəsində İsa müəllimi 2025-ci ilin iyun ayının axırlarında tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin X19 ixtisasına qəbul olunduğunu, İİ kursu bitirdikdən sonra ixtisasını dəyişib stomotoloq ixtisası üzrə təhsilini davam etdirmək istədiyini, maraqlanıb İsa adlı bir şəxsin tələbələrin köçürülməsi ilə məşğul olduğunu öyrəndiyini, İsa adlı şəxsin mobil nömrəsini tapıb onunla danışaraq, onunla Bakı şəhərində, İçəri şəhərdə ofisdə görüşdüyünü, ona təhsilini Naxçıvan Dövlət Universitetinin X19 ixtisasından, stomotologiya ixtisasına dəyişmək istədiyini dediyini, İsa adlı şəxsin də ona bu işi görə 5000 manat pul alacağını bildirdiyini, danışıb razılaşdıqdan sonra İsa adlı şəxsin kart hesabını ona verərək pulu onun kart hesabına göndərə biləcəyini dediyini, 4 iyul 2025-ci il tarixdə pulu hazır edib İsa adlı şəxslə əlaqə saxlayaraq, ünvan 7 ünvanındakı yaşadığı evdən 5000 manat pulu Birbank mobil tətbiqi vasitəsi ilə İsa adlı şəxsin kart hesabına göndərdiyini, sənədlərini isə whatsapp vasitəsi ilə İsaya göndərdiyini, İsa müəllimin ona sənədlərini hazırlayıb işini düzəldəcəyini dediyini, sonra hər dəfə İsa ilə əlaqə saxladıqda onun işi düzəldəcəyini bildirdiyini, sonradan Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və Murad adlı şəxsin onu və digər şəxsləri aldatdığına görə tutulduğunu öyrəndiyini və Naxçıvan Şəhər Polis İdarəsinə gedərək ərizə ilə müraciət etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində oğlu X28 Respublikasının Kars şəhərində yerləşən Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinin İ kursunu bitirdikdən sonra onu təhsilini davam etdirməsi üçün Naxçıvan Dövlət Universitetinə dəyişdirmək istədiyini, bu işlə məşğul olan Bakı şəhərindəki ofislə əlaqə saxladığını, ofisdən ona Naxçıvan şəhərində filiallarının olduğunu bildirib onu İsa müəllimə yönləndirdiklərini, 2025-ci ilin iyun ayının ortalarında İsa müəllimin Naxçıvan şəhərindəki ofisinə gedib onunla danışaraq oğlunu Naxçıvan Dövlət Universitetinə köçürməsini istədiyini, İsa müəllimin də ona 8800 manat qarşılığında bu işi düzəldəcəyini dediyini, İsa müəllimə həmin məbləğin 7000 manatını əvvəlcədən, qalan 1800 manatını isə iş bitdikdən sonra verəcəyini dediyini, İsa müəllimlə razılaşdıqdan sonra 2025-ci ilin iyun ayının axırlarında İsa müəllimin Naxçıvan şəhərində 4 yol adlanan ərazidə 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisinə gedərək 7000 manat pulu nağd şəkildə ona verdiyini, bundan sonra İsa müəllimin xx.xx.2025-ci il tarixdə Whatsapp vasitəsi ilə ona arayışın şəklini ataraq artıq oğlu Nicatın işinin hazır olduğunu dediyini, arayışda oğlu Nicat İbrahimlinin 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İ kursunda təhsil aldığının göstərildiyini, arayışın saxta olacağından şübhələnib maraqlandıqda, arayışın həqiqətəndə saxta olduğunu və Naxçıvan Dövlət Universitetindən elə bir arayış verilmədiyini bildiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, sonra Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X31 05 yanvar 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın xx.xx.2025-ci il tarixdə tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, ifadəsini təsdiq etdiyini bildirərək iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və 16 yanvar 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2026-cı il tarixində 14:00-da keçiriləcək məhkəmə іclasında işləri ilə əlaqədar gələ bilmədiyini, Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayəti olmadığını, prosesin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X31 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, oğlu X35 Respublikasının Akdeniz Universitetinin Elektirik mühəndisliyi fakultəsində təhsil aldığını, onunla birlikdə Bakı şəhərindən olan X5 da həmin universitetdə təhsil aldığından Məhəmmədin valideyinləri ilə aralarında münasibət olduğunu, 2025-ci ilin iyul ayının ortalarında Məhəmmədin atası Elşənin ona zəng vurub oğlu X13 Respublikasının Akdeniz Universitetindən Azərbaycan Texniki Universitetinə köçürmə işini 8000 manata danışaraq düzəltdiyini, əgər istəyərsə işi düzəldən şəxslə onu tanış edə biləcəyini dediyini, oğlu Rüfətin təhsilini davam etdirməsi üçün Azərbaycan Texniki Universitetinə köçürmək istədiyini bildirdikdə Elşənin İsa müəllimin telefon nömrəsini ona verib, özünün də İsa müəllimlə danışacağını dediyini, sonra İsa müəllimlə telefonda danışıb ona nömrəsini Elşəndən aldığını və oğlu Rüfətin Elşənin oğlu ilə birlikdə Türkiyə Respublikasının Akdeniz Universitetində oxuduğunu və oğlunun təhsilini davam etdirməsi üçün Azərbaycan Texniki Universitetinə köçürməsi üçün onunla görüşmək istədiyini bildirdiyini, İsa müəllimin onun təklifini qəbul edib onu Vüqar müəllimin İçəri Şəhərdəki ofisinə dəvət etdiyini, işdən gec çıxdığına görə İsa müəllimlə ofisdə görüşə bilmədiyini, işdən gec çıxdığı üçün İsanın ona artıq Naxçıvana qayıtmaq üçün Hava Limanına getdiyini deyib kart hesabını göndərərək ondan 8000 manat pulu onun kart hesabına köçürməyini istədiyini, İsa müəllimlə razılaşıb 8000 manatı Bakı şəhəri Nəsimi rayonu ərazisindən, Tibb Universitetinin yaxınlığında qaynı İsmayıl Yusifovun və X9 kart hesablarından İsanın ona verdiyi kart hesablarına köçürtdürdüyünü, sonra Elşənlə birlikdə övladlarının sənədlərini də düzəldib PDF formatında whatsapp vasitəsi ilə İsa müəllimə göndərdiklərini, sonradan İsa müəllimin oğlu Rüfət Babatlının işini Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini və Muradın onları aldatdığını öyrəndiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsindən onunla əlaqə saxlanılıb ərizə ilə müraciət etməli olduğunun bildirildiyini, ərizə ilə müraciət etdiyini, sonradan Şahid1 onlardan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 14 yanvar 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində İsa müəllimi 2025-ci ilin may ayının axırlarında tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, 2020-ci ildən Sumqayıt Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olunduğunu, işlədiyi üçün əyani təhsil almaqda çətinlik çəkdiyinə görə 1-ci kursu başa vurduqdan sonra təhsilini dayandırdığını, təhsilini qiyabi olaraq davam etdirmək üçün yollar axtardığını, 2025-ci ilin may ayının axırları Naxçıvan şəhərində olarkən maraqlanıb İsa adlı bir şəxsin tələbələrin köçürülməsi ilə məşğul olduğunu öyrəndiyini, İsa adlı şəxsin işlədiyi yeri müəyyən edərək onun işlədiyi Naxçıvan şəhərində 4 yol adlanan yerdə 9 mərtəbəli binadakı ofisə getdiyini, İsa müəllimlə danışıb ona təhsil aldığı Sumqayıt Dövlət Universitetinin kompüter mühəndisliyi fakultəsinin əyani şöbəsindən, Naxçıvan Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsini qiyabi şöbəsinə dəyişmək istədiyini dediyini, İsa adlı şəxsin ona bu işi görən şəxslə danışıb məlumat verəcəyini dediyini, elə həmin günü bir neçə saatdan sonra İsanın ona zəng vurub işi düzəldən şəxslə danışdığını və köçürülmə işini düzəldə biləcəklərini dediyini, təkrar İsanın işlədiyi həmin yerə getdiyini, İsa ilə söhbət zamanı İsanın ona köçürmə işinin 6000 manata düzələcəyini dediyini, İsaya imkanının zəif olduğunu dedikdə İsanın son olaraq işin 5500 manata düzələcəyini bildirdiyini, razılaşdıqda isə İsanın lazım olan sənədlərin siyahısını da ona bildirdiyini, pulu və sənədləri hazırlayıb 4 iyun 2025-ci il tarixdə İsa ilə danışıb ona pulun və sənədlərin hazır olduğunu dediyini, İsaya pulun 2800 manatını ona kart vasitəsi ilə göndərə biləcəyini bildirdiyini, İsanın kart hesabını ona ataraq pulu həmin kart hesabına göndərməsini istədiyini, həmin vaxtı Naxçıvan şəhəri 11-ci məhəllədə olduğu yerdən 2800 manatı İsanın verdiyi kart hesabına göndərdiyini, sonra İsanın işlədiyi yerə gedərək orada İsa ilə görüşüb qalan 2700 manatı nağd şəkildə sənədlərlə birlikdə İsaya verdiyini, İsa müəllimdə ona sənədlərini hazırlayıb işi düzəldəcəklərini bildirdiyini, bundan sonra hər dəfə İsa ilə əlaqə saxladıqda İsanın ona işinin düzələcəyini dediyini, sonrdan Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və Murad adlı şəxsin onu və digər şəxsləri aldatdığına görə tutulduğunu və işə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində baxıldığını öyrəndiyini, bununla bağlı ərizə ilə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs14 16 yanvar 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2026-cı il tarixdə saat 14:00-da təyin edilmiş məhkəmə iclası barədə sms bildirişi aldığını, 1(078)-93/2025 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hər hansı şikayət və ya tələbi olmadığını, maddi vəziyyətinin ağır olması və hazırda Bakı şəhərində olmağı səbəbindən Naxçıvan şəhərinə gələrək məhkəmə iclasında iştrak etməyinin mümkün olmadığını qeyd etmiş, 09 fevral 2026cı il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2026-cı il tarixdə saat 14:00-da təyin edilmiş məhkəmə iclası barədə məktub bildirişi aldığını, zərərçəkmiş şəxs qismində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hər hansı şikayət və ya tələbi olmadığını, maddi vəziyyətinin ağır olması və hazırda Bakı şəhərində olmağı səbəbindən Naxçıvan şəhərinə gələrək məhkəmə iclasında iştrak etməyinin mümkün olmadığını qeyd etmiş və 17 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2026-cı il tarixdə saat 14:10da təyin edilmiş məhkəmə iclası barədə məktub bildirişi aldığını, zərərçəkmiş şəxs qismində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hər hansı şikayət və ya tələbi olmadığını, maddi vəziyyətinin ağır olması və hazırda Bakı şəhərində olmağı səbəbindən Naxçıvan şəhərinə gələrək məhkəmə iclasında iştrak etməyinin mümkün olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ifadəsində İsa müəllimi 2023-cü ilin yay aylarından tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, oğlu Mübariz Məmmədov 2023-cü ildə qəbul imtahanlarından az bal topladığına görə İsa müəllimlə danışıb oğlu Mübarizi pul qarşılığında Türkiyə Respublikasının Kocaeli şəhərində Universitetə qəbul etdirdiyini, həmin vaxtdan İsa müəllimlə aralarında münasibət yarandığını, oğlu Mübariz xəstə olduğu üçün 2025-ci ilin iyun ayının ortalarında İsa müəllimlə danışıb, əgər mümkün olsa oğlunun təhsilini davam etdirməsi üçün Sumqayıt Dövlət Universitetinə dəyişməsini istədiyini, İsa müəlimin də ona 8500 manat pul qarşılığında oğlunun təhsilini davam etdirməsi üçün Sumqayıt Dövlət Universitetinə köçürə biləcəyini dediyini, İsa müəllimlə razılaşıb pulu hazırlamağa başladığını, nəhayət 10 iyul 2025-ci il tarixdə İsa müəllimlə danışıb ona pulun hazır olduğunu dediyini, İsa müəllimin də ona kart hesabını göndərərək pulu həmin kart hesabına köçürməyini istədiyini, elə həmin gün günorta saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Araz" marketin qarşısındakı ödəmə terminalından 8500 manatı İsa müəllimin ona verdiyi kart hesabına göndərdiyini, 2025-ci ilin avqust ayının əvvələrində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsindən onunla əlaqə saxlanılaraq, İsa müəllimin iş gördüyü Təqsirləndirilən şəxs bütün şəxsləri aldadaraq pullarını ələ keçirdiyi, köçürmə işinin yalan olduğunun deyildiyini, ərizə ilə müraciət etmək hüququnun olduğunun bildirildiyini, işləri ilə bağlı bir qədər geciksə də, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gedərək ərizə ilə müraciət etdiyini və sonra İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyinin ona məlum olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 06 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək ona dəymiş ziyanın Murad tərəfindən tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, ifadəsini təsdiq etdiyini, məhkəməyə gələ bilmədiyi üçün iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində oğlu X29 Respublikasının Əskişəhər Osmanqazi Universitetinin işlətmə fakultəsinin İİ kursunu bitirdikdən sonra onu təhsilini davam etdirməsi üçün Bakı Dövlət Universitetinə dəyişdirmək istədiyini, bir qədər araşdırma apardıqdan sonra bu işlə məşğul olan Bakı şəhərindəki ofislə əlaqə saxladığını, orada Vüqar müəllimlə danışdıqda Vüqar müəllimin ona Naxçıvan şəhərində filiallarının olduğunu bildirib onu İsa müəllimə yönləndirdiyini, 2025-ci ilin may ayının əvvəllərində İsa müəllimlə danışaraq oğlu Murad Hüseynlini Azərbaycan Respublikasında olan Universitetlərdən birinə köçürməsini istədiyini, İsa müəllimin də ona 7500 manat qarşılığında bu işi düzəldə biləcəyini dediyini, İsa müəllimdən oğlunu Bakı Dövlət Universitetinə gətirməyini istədiyini, İsa müəllimin ona oğlunun kəsirləri çox olduğuna görə onu birbaşa Bakı Dövlət Universitetinə gətirə bilməyəcəyini, Gəncə Dövlət Universitetinə gətirəcəyini, 1 il orada təhsil aldıqdan sonra isə Bakı Dövlət Universitetinə köçürəcəyini bildirdyini, bundan sonra razılaşıb 5000 manat pulu 10 may 2025-ci il tarixdə, günorta saatlarında, Bakı şəhəri Nəsimi rayonunda "X42" yanında nağd şəkildə İsa müəllimə verdiyini, qalan 2500 manatını isə 15 may 2025-ci il tarixdə yenə Bakı şəhəri Nəsimi rayonunda "X42" yanında olan Millön ödəmə terminalından İsa müəllimin ona verdiyi kart hesabına köçürdüyünü, bundan sonra İsa müəllimin 2025-ci ilin iyul ayının ortalarında Whatsapp vasitəsi ilə ona arayışın şəklini ataraq artıq oğlu Muradın işinin hazır olduğunu dediyini, arayışda oğlu X50 Universitetində təhsil aldığının göstərildiyini, sonradan İsanın oğlu Muradın işini Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini və Muradın onu aldatdığını və göndərilən arayışın saxta olduğunu öyrəndiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 09 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək ona dəymiş ziyanın Murad tərəfindən tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, məhkəməyə gələ bilmədiyini, iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində oğlu X36 Respublikasının Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin Lojistika fakultəsinin İ kursunu bitirdikdən sonra onu təhsilini davam etdirməsi üçün Azərbaycan Respublikasında olan Universitetlərdən birinə dəyişdirmək istədiyini, 2025-ci ilin mart ayının ortalarında oğlu Rəşadın ona tələbə yoldaşlarından bəzilərinin Naxçıvan şəhərində yerləşən Xaricdə təhsil mərkəzinə müraciət edərək Azərbaycanda olan Universitetlərə köçürüləcəklərini dediyini, oğlu Rəşaddan həmin işi görən şəxsin nömrəsini tapıb ona verməsini istədiyini, oğlu Rəşadın Şahid1 mobil nömrəsini tələbə yoldaşlarından alıb ona verdiyini, zəng vurub İsanın özü ilə şəxsən danışdığını, İsanın ona “sənədlərlə birlikdə 7000 manat pul ödəyəcəksiniz mən sizin oğlunuzu Azərbaycanda olan Universitetlərdən birinə köçürəcəyəm” dediyini, İsaya imkanının yaxşı olmadığını bildirdikdə İsanın ona 500 manat hörmət edə biləcəyini dediyini, Naxçıvan şəhərinə gələrək İsa müəllimlə şəxsən görüşdüyünü, İsanın pulu və sənədləri ona verdikdən sonra oğlu Rəşadın köçürülməsi ilə bağlı rəsmi olaraq iş başlanacağına onu tam əmin edərək, dərslər başlamazdan əvvəldə oğunun Azərbaycan Respublikasında olan Universitetlərdən birinə köçürüləcəyinə dair ona rəsmi sənəd veriləcəyini dediyini, İsa müəllimlə razılaşdıqdan sonra 19 mart 2025-ci tarixdə 6500 manatı Abşeron rayonu Masazır qəsəbəsində terminaldan İsa müəllimin kart hesabına köçürdüyünü, sənədləri isə “PDF” formasında İsa müəllimin Whatsappına göndərdiyini, bundan sonra İsa müəllimin təxminən 2025-ci ilin iyul ayının əvvəllərində Whatsapp vasitəsi ilə ona arayışın şəklini ataraq artıq oğlu Rəşadın işinin hazır olduğunu dediyini, arayışda oğlu X51 Universitetində təhsil aldığının göstərildiyini, arayışın saxta olacağından şübhələnib İsaya arayışın saxta olduğunu bildirdiyini, İsanın ona arayışın Bakı şəhərindən göndərildiyini, arayışın saxta ola bilməyəcəyini dediyini, sonradan Şahid1 onlardan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini, həmin şəxsin də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi tərəfindən tutulduğunu öyrəndiyini, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs10 09 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək ona dəymiş ziyanın Murad tərəfindən tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını, ifadəsini təsdiq etdiyini, iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, oğlu X13 Respublikasının Akdeniz Universitetinin Elektirik mühəndisliyi fakultəsinin İİ kursunu bitirdikdən sonra onu təhsilini davam etdirməsi üçün Azərbaycan Texniki Uversitetinə dəyişdirmək istədiyini, bir qədər araşdırma apardıqdan sonra 2025-ci ilin iyul ayının əvvəllərində bu işlə məşğul olan Bakı şəhərindəki ofislə əlaqə saxladığını, orada Vüqar müəllimlə danışdıqda Vüqar müəllimin ona, Naxçıvan şəhərində bu işlə məşğul olan İsa adlı tanışının olduğunu bildirib, oğlu Məhəmmədin köçürmə işini 8000 manat qarşılığında düzəldə biləcəyini dediyini, razılaşdıqdan təxminən 10 gün sonra sonra 8000 manat məbləğində pulu düzəldib Vüqar müəllimə zəng vuraraq ona pulun hazır olduğunu bildirdiyini, həmin vaxtı Vüqarın ona, İsa müəllimlə birlikdə ofisdə olduqlarını deyərək, gedib İsa müəllimlə də görməsini bildirdiyini, Vüqar müəllimin Bakı şəhəri Səbail rayonu, İçəri Şəhərdə yerləşən ofisinə getdiyini, həmin vaxtı Vüqarın orada olan bir nəfər şəxsi təqdim edib, İsa müəllim olduğunu və köçürmə işini onun gördüyünü dediyini, bir qədər söhbət etdikdən sonra 8000 manat pulu İsa müəllimə verməsi üçün Vüqara verdiyini, Vüqarın da onun yanında pulu sayıb İsa müəllimə verdiyini, İsanın Vüqarla birlikdə 2025-ci ilin iyul ayının sonuna qədər köçürmə işiinin tamamlanacağına onu tam əmin etdiyini, bundan sonra ofisdən ayrıldığını, X17 Babatlının da oğlu Məhəmməd Vəlizadə ilə birlikdə Türkiyə Respublikasının Akdeniz Universitetində təhsil aldığını, oğlunun köçürmə işini həll etdiyini düşünüb, Rüfətin atası Rübailə zəng vuraraq ona oğlu Məhəmmədi təhsilini davam etməsi üçün Azərbaycan Texniki Universitetinə köçürmə işini 8000 manata düzəltdiyini bildirib, əgər istəyirsə işi düzəldən şəxslə onu da tanış edə biləcəyini dediyini, Rübailin də oğlu Rüfəti təhsilini davam etdirməsi üçün Azərbaycan Texniki Universitetinə köçürmək istədiyini bildirdikdə, İsa müəllimin telefon nömrəsini ona verib, özü də İsa ilə danışıb bu barədə ona məlumat verdiyini, sonra Rübailin də İsa müəllimlə danışıb oğlu Rüfətin köçürmə işinə görə ona 8000 manat pul verdiyini bildiyini, Rübaillə birlikdə övladlarının sənədlərini düzəldib PDF formatında whatsapp vasitəsi ilə İsa müəllimə göndərdiklərini, sonradan İsanın bu işi Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini, Muradın onları aldatdığını bildiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsindən onunla əlaqə saxlanılıb gedərək ərizə ilə müraciət etməli olduğunun bildirildiyini, işi ilə əlaqədar bir müddət gedə bilməsə də, sonradan gedib ərizə ilə müraciət etdiyini, Şahid1 onlardan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini sonradan öyrəndiyini bildirmişdir. Zərərçəkmiş şəxs X39 08 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə 5000 (beş min) manatın 20 dekabr 2025-ci il tarixdə ödənildiyini, Muradla barışdığını, ona qarşı heç bir şikayəti olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X39 ifadəsində İsa müəllimi 2025-ci ilin iyun ayının əvvələrində tanıdığını, İsa müəllim Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, 2024-cü ildən Naxçıvan Dövlət Universitetinin X14 tərbiyyə çağrışa qədər hazırlıq ixtisası üzrə əyani təhsilə qəbul olduğunu, İ kursu bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini davam etdirmək üçün Bakı şəhərində İdman Akademiyasına dəyişmək istədiyini, 2025-ci ilin iyun ayının əvvəllərində Naxçıvan şəhərində olarkən maraqlanıb İsa adlı bir şəxsin tələbələrin köçürülməsi ilə məşğul olduğunu öyrəndiyini, İsa adlı şəxsin mobil nömrəsini tapıb onunla danışaraq, ona təhsil aldığı Naxçıvan Dövlət Universitetinin Pedaqoji Fakultəsindən, Bakı şəhərində olan İdman Akademiyasına əyani şöbəsinə dəyişmək istədiyini dediyini, İsa adlı şəxsin də ona bu işi görən şəxslə danışıb məlumat verəcəyini dediyini, elə həmin günün sabahı İsanın ona zəng vurub işi düzəldən şəxslə danışdığını və köçürülmə işini 5000 manata düzəldə biləcəklərini dediyini, valideyinlərindən razılıq aldıqdan sonra, İsa müəllimlə danışıb razı olduğunu bildirdikdə, İsanın ona lazım olan sənədlərin siyahısını bildirdiyini, pulu və sənədləri hazırlayıb 25 iyun 2025-ci il tarixdə İsa ilə danışıb ona pulun və sənədlərin hazır olduğunu dediyini, İsa müəllimin ona bank kart hesabını verib pulu həmin kart hesabına köçürməyini, sənədləri isə whatsapp vasitəsi ilə ona göndərməyini istədiyini, 5000 manat pulu Naxçıvan şəhərində Kapital bankın qarşısında olan Millön ödəmə terminalı vasitəhsilə İsanın ona verdiyi kart hesabına göndərdiyini, sənədləri də whatsapp vasitəsi ilə İsaya göndərdiyini, İsa müəllimin ona sənədlərini hazırlayıb işini düzəldəcəyini dediyini, bundan sonra hər dəfə İsa ilə əlaqə saxladıqda İsanın ona işinin düzələcəyini dediyini, sonra Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və Murad adlı şəxsin onu və digər şəxsləri aldatdığına görə tutulduğunu, işə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində baxıldığını öyrəndiyini və bununla bağlı ərizə ilə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X23 12 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın Murad tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığı, ifadəsini təsdiq etdiyini, məhkəməyə gələ bilmədiyi üçün iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X23 ifadəsində İsa müəllimi 2024-cü ilin yay aylarından Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğuna görə tanıdığını, oğlu Musa Malıyevin 2024cü ildə qəbul imtahanlarından az bal topladığına görə, Musanı atestat balı ilə Türkiyə Respublikasında olan Universitetlərdən birinə qəbul etdirmək qərarına gəldiyini, maraqlanıb İsa müəllimi tapdıqdan sonra, İsa müəllimlə danışıb oğlu Musanı pul qarşılığında Türkiyə Respublikasının Ərzincan Binali Yıldırım Universitetinə qəbul etdirdiyini, 2024-2025-ci il tədris ili zamanı oğlu Musanın Türkiyə Respublikasında təhsil alması xərclərini ödəməkdə çətinlik çəkdiyindən, 2025-ci ilin mart ayının axırlarında oğlu Musanın ona, onunla eyni universitetdə təhsil alan Naxçıvanlı tələbələrdən bəzilərinin İsa müəllimin vasitəsi ilə Naxçıvan Dövlət Universitetinə köçürülmək üçün sənədlərini verdiklərini dediyini, İsa müəllimi tanıdığına görə onunla telefonda əlaqə saxlayaraq danışdığını, İsa müəllimin ona istəsə Musanı İ kursu bitirdikdən sonra pul qarşılığında təhsilini davam etdirməsi üçün Naxçıvan Dövlət Universitetinə dəyişə biləcəyini dediyini, İsa müəllimdən bu işin qiymətini soruşduqda, İsa müəllimin işin 8000 manat qarşılığında düzələcəyini dediyini, bundan sonra öz ailəsi arasında məsləhətləşib bu işi düzəltmək qərarına gəldiyini, xx.xx.2025-ci il tarixdə İsa müəllimlə danışıb oğlu Musanın köçürülmə işini düzəltməsinə razı olduğunu və pulu ona necə çatdıracağını soruşduqda, İsa müəllimin kart hesabını ona verib 8000 manat məbləğində pulu onun kart hesabına atmasını istədiyini, elə həmin gün Şamaxı şəhərində, Kapital bankın Şamaxı rayon filialından 8000 manat pulu İsa müəllimin ona verdiyi həmin kart hesabına göndərdiyini, Bundan sonra İsa müəllimin onunla və oğlu Musa ilə danışıb lazım olan sənədləri istədiyini, oğlu Musanın Türkiyə Respublikasına gedərək lazım olan sənədləri düzəldib İsa müəllimə göndərdikdən sonra gözlədiklərini, xx.xx.2025-ci il tarixdə İsa müəllimin Whatsapp vasitəsi ilə arayışın şəklini oğlu Musaya ataraq artıq işin hazır olduğunu dediyini, arayışda oğlu Musanın 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İ kursunda təhsil aldığının göstərildiyini, bundan bir neçə gün sonra isə Naxçıvandan olan tələbələrdən birinin valideyinin arayışın saxta olduğundan şübhələndiyinə görə şikayət etdiyini və göndərilən arayışların saxta olduğunu eşitdiyini, sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsindən onunla əlaqə saxlanılaraq müraciət etmək hüququnun olduğunun bildirildiyini, Şahid1 ondan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini öyrəndiyini və işi ilə əlaqədar bir qədər geciksə də gedərək ərizə ilə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X32 16 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın Murad tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığı, ifadəsini təsdiq etdiyini, məhkəməyə gələ bilmədiyi üçün iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X32 ifadəsində İsa müəllimi 2025-ci ilin mart ayında tanıdığını, İsa müəllimin Naxçıvanda xarici dövlətlərə tələbə qəbulu işi ilə məşğul olduğunu, 2022-ci ildə qəbul imtahanlarından az bal topladığına görə atestat balı ilə Türkiyə Respublikasının Trabzon şəhəri Giresun Universitetinə qəbul olduğunu, 2-ci kursu bitirdiyini, Türkiyə Respublikasında təhsil çətin olduğuna görə təhsilini Azərbaycan Respublikasında olan universitetlərdən birinə dəyişmək üçün yollar axtardığını, atası Ruslanla birlikdə internetdə araşdırma apararkən, Naxçıvan şəhərində xaricdə təhsil işi ilə məşğul olan İsa adlı şəxslə tanış olduğunu, İsa müəllimin şirkətinin çox dürüst şirkət olduğunu öyrəndiyini, İsa müəllimlə əlaqə saxladıqdan sonra atasının Naxçıvan şəhərinə gələrək İsa müəllimlə görüşüb danışdığını, İsa müəllimlə onu 7000 manat qarşılığında Azərbaycanda Koorperasiya Universitetinə köçürəcəyinə, həmin məbləğin 3500 manatını əvvəlcədən verəcəyinə, qalan 3500 manatını isə köçürmə başa çatdıqda ödəyəcəyinə razılaşdığını, İsa müəllimlə danışıb Bakı şəhərinə qayıtdıqdan sonra 11 mart 2025-ci il tarixdə günorta saatlarında danışdıqları kimi 3500 manat pulu Bakı şəhəri Nəsimi rayonu ərazisindən "Moskva Univermağı"nın yanındakı "eManat" ödəmə terminalından İsa müəllimin kart hesabına köçürdüyünü, İsa müəllimin də ona sənədlərini hazırlayıb işi düzəldəcəyini dediyini, sonra İsa müəllimin köçürülmə işini Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini, İsanın ondan aldığı pulu həmin Murad adlı şəxsə göndərdiyini və Muradın onu aldatdığını öyrəndiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gedərək ərizə ilə müraciət etdiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 Qudrət oğlu ifadəsində oğlu X37 Respublikasının Ardahan Universitetinin Sağlıq, acil yardım İİ kursunda təhsil aldığını, oğlu X37 Respublikasında təhsil alması üçün maliyyə imkanı zəif olduğuna görə o, İ kursu bitirdikdən sonra onu təhsilini davam etdirməsi üçün Azərbaycan Respublikasında olan Universitetlərdən birinə dəyişdirmək istədiyini, təxminən 2025-ci ilin may ayının axırlarında maraqlandıqda Naxçıvan şəhərində xaricdə təhsil işi ilə məşğul olan İsa adlı şəxsin eyni zamanda tələbələrin köçürmə işini də gördüyünü öyrəndiyini, 30 may 2025-ci il tarixdə İsa müəllimin Naxçıvan şəhərindəki ofisinə gedib onunla danışaraq oğlunu Türkiyə Respublikasından Azərbaycan Respublikasında olan Universitetlərdən birinə köçürməsini istədiyini, İsa müəllimin də ona 8500 manat qarşılığında bu işi düzəldə biləcəyini və oğlu Nihadı təhsil aldığı universitetdən Azərbaycan Koorperasia Universitetinə köçürəcəyini bildirdiyini, oğlu Nihadın sənədlərini İsa müəllimə verib oradan ayrıldığını, İsa müəllimlə razılaşdıqdan bir neçə gün sonra xx.xx.2025ci il tarixdə İsa müəllimin ona zəng vuraraq ona işi danışdığını bildirib, ondan razılaşdıqları 8500 manatı göndərməsini istədiyini, həmin vaxtı Bakı şəhərində olduğundan 8500 manatı Bakı şəhəri Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsindən mobil telefonunda olan birbank tətbiqi vasitəsi ilə İsa müəllimin ona verdiyi kart hesabına göndərdiyini, bundan sonra İsa müəllimlə maraqlandıqda onun hər dəfə işin düzələcəyini dediyini, 2025-ci ilin iyul ayının axırlarında İsa müəllimin iş gördüyü həmin şəxsin onunla yanaşı digər şəxsləri də aldadaraq pullarını ələ keçirdiyini öyrəndiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsindən onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilib şikayət etmək hüququnun olduğunun ona bildirildiyini, həmin vaxtı gəlmək imkanı olmadığına görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə teleqram göndərərək şikayətini bildirdiyini, sonra Şahid1 onlardan aldığı pulu və sənədləri Şəmkir rayonundan olan Murad adlı şəxsə göndərdiyini və İsanın Murad adlı şəxsin onları aldadacağını bilmədiyini öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində təxminən 1 ildən artıq olar ki, xaricdə təhsil almaq istəyən tələbələrin Türkiyə Respublikasında müxtəlif universitetlərə qəbul olmalarında vasitəçilik etdiyini, 1 il olar ki, "Yös Education" xaricdə təhsil mərkəzinin Naxçıvan şəhərində filialını açaraq fəaliyyətə başladığını, 2024-cü ilin avqust ayında Həbib və Ayxan adlı şəxsləri valideynləri ilə danışaraq atestat balı ilə pul qarşılığında Turkiyə Respublikasının Ərzincan şəhərinə Binəli Yıldırım Universitetinə qəbul olunmalarına vasitəçilik etdiyini, 2025-ci ilin yanvar ayında İ kursun, İ semestri başa çatdıqdan sonra Həbibin atası Arzu ilə əlaqə saxlayıb ona, əgər istəyirsə oğlu Həbibi Ukraina və ya Rusiyada olan Unversitetlərdən birinə dəyişdirə biləcəyini, həmin ölkələrdə müharibə olduğuna görə məktəbə getmədən təhsillərini davam etdirəcəklərini dediyini, Həbibin atası Arzunun ondan oğlunu X6 dəyişməkdə ona köməklik etməsini istədiyini, Arzuya Həbibi 6000 manat qarşılığında Naxçıvan Dövlət Universitetinə dəyişə biləcəyini dediyini, Arzu da ona imkanının zəif olduğunu dedikdə, ona maraqlanıb məlumat verəcəyini bildirdiyini, bundan 2 gün sonra Arzuya zəng vurub oğlunun işini 5500 manata düzəldə biləcəyini dediyini, çünki internetdən maraqlandıqda portalda qeydiyyatdan keçməklə bu işin mümkün ola biləcəyini öyrəndiyini, Arzunun ona yenə vəziyyətinin yaxşı olmadığını bildirib 5000 manat verə biləcəyini dedikdə, nəticədə onunla 5300 manata razılaşdığını, həmin məbləğin 3200 manatını Arzunun həmin gün ofisdə nağd şəkildə ona verdiyini, qalanını isə hissə-hissə ödəyəcəyini bildirdiyini, sonra 4-5 ay içərisində qalan 2100 manatı da ona ödədiyini, bundan sonra 2025-ci ilin yanvar-fevral aylarında Ayxanın anası Gülərin ona müraciət edərək oğlu Ayxanın da təhsilini Naxçıvan Dövlət Universitetinə dəyişməyini istədiyini, Ayxanın anası Gülər xanımla 5000 manat qarşılığında oğlunun işini düzəldə biləcəyinə razılaşdıqlarını, Gülər xanımın da həmin məbləğin 2500 manatını həmin vaxtı, qalan 2500 manatını isə 2 ay içərisində ödədiyini, həmin vaxtı Azərbaycanın Elm və Təhsil Nazirliyinin saytından axtarış edərək Türkiyədə oxuyan azərbaycanlı tələbələrin Naxçıvan Dövlət Universitetinə hansı yolla köçürüləcəyini öyrənməyə başladığını, həmin ərəfələrdə Türkiyə Respublikasında Universitetlərə qəbul etdirdiyi və əlavə olaraq həmin tələbələrlə bir yerdə təhsil alan təxminən ümümilikdə 5-6 tələbənin özü və ya valideyinlərinin ona müraciət edərək müəyyən məbləğlərdə pul verdiyini, ilk 5-6 nəfərdən köçürmə ilə bağlı pullarını alarkən qeydiyyat başladığı zaman həmin tələbələri qeydiyyatdan keçirəcəyini, əgər köçürmə işləri baş tutmasa da pullarını geri qaytaracağını düşündüyünü, araşdırma apararkən 2025-ci ilin may ayının əvvəllərində əvvəlcədən tanıdığı Türkiyə Respublikasından olan Barış adlı tələbə ilə ofisində söhbət edərkən Barışın ona təhsilini Naxçıvan Dövlət Universitetindən Türkiyə Respublikasının Ankara şəhərindəki Unversitetə dəyişdiyini bildirdiyini, Barışdan bunu necə etdiyini soruşduqda Barışın ona onun işini Bakı şəhərində tanıdığı Murad adlı şəxsin düzəltdiyini dediyini, Barışdan onu Murad adlı şəxslə tanış etməsini istədiyini, Barışın da onun yanında Muradla danışıb onu Muradla tanış etdiyini, Muradla telefonda danışıb ondan yerdəyişmə işini necə etdiyini soruşduğunu, Muradın ona Təhsil Nazirliyində tanışı olduğunu, onun vasitəsi ilə bu işi gördüyünü, "əgər istəyirsənsə adamları tapıb pulunu al birlikdə işləyək" dediyini, Muraddan neçə faizlə işləyəcəklərini soruşduqda Muradın ona, "nə qədər ala bilirsənsə al, bir tələbənin yerdəyişməsinə görə 5000 manat mənə verərsən özün üçün də əlavə nə alırsansa alarsan" dediyini, Həbib Abdullayevin atası Arzu Abdulayevdən 5300 manat və Ayxan Hacıyevin anası Zərərçəkmiş şəxs1 5000 manat aldığına görə onların hər birinə 5000 manat verərsə özünə pul qalmayacağına görə həmin şəxslər üçün 4500 manat qalan tələbələrə görə isə hər biri üçün 5000 manat verəcəyinə Muradla razılaşdığını, ilkin olaraq əvvəlcədən pullarını aldığı həmin 5-6 nəfərin sənədlərini ona göndərdiyini, pullarını isə Muradın ona verdiyi 099 *** ** ** M10 hesabına və kart hesabına köçürdüyünü, bu barədə Bakı şəhərində yerləşən baş ofislərinin rəhbəri Vüqar müəllimə də bildirdiyini, Vüqar müəllimin ondan bu işin hansı məbləğə başa gələcəyini soruşduqda, ona köçürmə işinin 7000-8000 manata düzələcəyini dediyini, bundan sonra Vüqar müəllimə bu iş üçün müraciət edən şəxslərdən də pullarını və sənədlərini alıb öz qazanclarını götürdükdən sonra hər bir şəxsə görə 5000 manat pulu Muradın hesabına köçürdüyünü, köçürmə işi ilə bağlı ona müraciət edən şəxslərdən aldığı pullara gəldikdə ümumilikdə 24 nəfər şəxsdən müəyyən məbləğlərdə pul aldığını, Zərərçəkmiş şəxs3 5300 manat, Zərərçəkmiş şəxs1 5000 manat, Yusifdən 7500 manat, Zərərçəkmiş şəxs6 6500 manat, İslamdan 3500 manat, Cəfər Malıyevdən 8000 manat, Rüstəmin atası Kənandan 6000 manat, Nicatın atası Emindən 7000 manat və Kamalın atası Sənandan isə 8800 manat, Nərgiz Əlizadədən 5300 manat, Rüfət Mahmudovdan 9000 manat, Rüfət Babatlıdan 8000 manat, Cavidan Məmmədlidən 6500 manat, Nihad Məmmədovdan 8500 manat, Məhəmməd Vəlizadədən 8000 manat, Mübariz Məmmədovdan 8500 manat, Mərahim Məmmədzadədən 9500 manat, Nicat Abbasovdan 10000 manat, Nihad Hüseyinzadədən 10000 manat, Murad Hüseyinlidən 7500 manat, Zərərçəkmiş şəxs4 5500 manat, Uğur Pirizadədən 5000 manat, Ziya Əliyevdən 10000 manat və Zərərçəkmiş şəxs9 5000 manat pul alıb həmin məbləğlərin, bir nəfər şəxs üçün 5000 manatını sənədləri ilə birlikdə Murada göndərdiyini, qalanını isə qazanc olaraq Vüqar müəllim və özünə götürdüyünü, göstərdiyi şəxslərdən Rüfət Mahmudovdan, Cavidan Məmmədlidən, Nicat Abbasovdan, Nihad Hüseyinzadədən və Ziya Əliyevdən pullarını Vüqar müəllim alıb öz qazancını götürərək qalan məbləğini ona göndərdiyini, özü də qazancını götürdükdən sonra hər bir tələbəyə görə 5000 manat pulu Təqsirləndirilən şəxs göndərdiyini, göstərilən şəxslərdən əlavə pul aldığı şəxslər olmadığını, pul alıb, ozünə düşən payını götürdükdən sonra qalan məbləği həmin şəxslərin sənədləri ilə birlikdə Murad adlı şəxsin M10 hesabına və Unibank kartına göndərdiyini, göndərdiyi pulların qəbzlərinin telefonunda olduğunu, təxminən 100 000 manatdan artıq olduğunu, bundan əlavə də Bakı şəhərində Muradla görüşüb 2-3 dəfə də ona əldən pul verdiyini, birinci dəfə Nefçilər metrostansiyasının yaxınlığında “BEER Məcid" kafesində 2500 manat, ikinci dəfə Nərimanov rayonu ərazisində "Buxur restoranında” 5000 manat verdiyini, 3-cü də isə özü gedə bilmədiyinə görə Mərahim Məmmədzadənin pulunun 6500 manatını X45 göndərdiyini, 5000 manatı isə sonuncu dəfə tutulduğu gün Muradın xalası oğlu Rövşəni aldadaraq ondan istədiyini, Rövşənində 5000 manat pulu onlardan alaraq Muradın kart hesabına göndərdiyini, 28 iyul 2025-ci il tarixdə buraxıldıqdan sonra Vüqar müəllimlə danışaraq köçürmə işi ilə bağlı pul vermiş şəxslərdən 7 nəfərin, Rüfət Mahmudova 9000 manat, Cavidan Məmmədliyə 6500 manat, Nicat Abbasova 10000 manat, Nihad Hüseyinzadəyə 10000 manat, Ziya Əliyevə 10000 manat, Nərgiz Əlizadəyə 5300 manat, Rüstəmin atası Kənan Məmmədova 6000 manat pullarını geri qaytardığını, həmin pulları hər bir tələbəyə görə Təqsirləndirilən şəxs ödədiyi 5000 manat məbləğindən artıq alaraq özlərinə qazanc olaraq götürdükləri 56800 manat pulun hesabına qaytardıqlarını və həmin şəxslərə pullarını geri qaytardıqlarına görə istər Vüqar müəllimə, istərsədə özünə maddi ziyan dəymədiyini, pullarını qaytardıqlarına görə həmin 7 nəfər şəxsin şikayət etmədiyini, köçürmə işi ilə bağlı Təqsirləndirilən şəxs 117100 manat pul verdiyini, həmin məbləğin Muradın öz etirafı və təqdim etdiyi qəbzlərdə öz əksini tapdığını, Təqsirləndirilən şəxs Birbank mobil tətbiqi vasitəsi ilə göndərdiyi pulları ünvan 3 ünvanında yerləşən ofisdən göndərdiyini, terminal vasitəsi ilə göndərdiyi pullara gəldikdə isə əksər hissəsini ofisinin yerləşdiyi binada olan Oboy mağazasının qarşısında olan Milliön terminalından, bir hissəsini Naxçıvan şəhəri H.Əliyev prospekti 31 ünvanında Araz marketin qarşısında olan Milliön terminalından, az bir hissəsini isə yaşadığı H.Aslanov küçəsində ərzaq mağazasının qarşısında olan Milliön terminalından ödədiyini, əvvəlcə internetdə araşdırıb müəyyən qədər qazanc əldə etməsi üçün Həbibin atasına əgər istəsə onun oğlunu Türkiyədən Rusiyaya və ya Ukrainaya köçürək məkdəbə getmədən təhsilinə davam etdirə biləcəyini təklif etdiyini, sonra Arzunun ona oğlunun X10 köçürülməsini istədiyini bildirdiyini, internetdə axtarış edərək “bir yolla onun oğlunu X10 köçürərəm” deyə düşünüb Arzuya oğlunun işini düzəldəcəyinə dair vəd verib pulunu aldığını, bundan sonra Ayxanın anası Gülər xanımdan pul aldığını, sonra isə Muradla tanış olub digər şəxslərə də övladlarının Türkiyə Respublikasından Azərbaycan Respublikasında müxtəlif Universitetlərə köçürülməsinə dair vəd verərək pularını aldığını, ümumilikdə 24 nəfər şəxsdən əlavə pulunu aldığı şəxslər olmadığını, qəbul imtahanının nəticəsinə görə qəbul olub, tədris ilində aldığı dərslərə görə 50% dən artıq kəsiri olmayan və Azərbaycan Respublikası tərəfindən tanınan Universitetlərdə təhsil alan tələbələrin köçürülməsinin mümkün olduğunu bildiyini, pullarını alaraq Azərbaycan Respublikasında olan Universitetlərə köçürəcəyinə dair vəd verdiyi Türkiyə Respublikasında təhsil alan tələbələrin əksəriyyəti göstərilən tələblərə cavab verməsələr də, lakin Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Təhsil Nazirliyində adamının olduğunu həmin tələbələrin köçürülməsini pul qarşılığında qeyri-leqal yollarla həll edəcəyini dediyinə görə özünün də Murada inanıb həmin tələbələrdən 5000- 10000 manat məbləğində pullar alaraq onlara vəd verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında İsa ilə birlikdə Bakı şəhərində olduqları zaman tanıdığını, həmin vaxtı İsanın Muradla Bakıxanov qəsəbəsində görüşdükləri zaman özünün də orada olduğunu, İsanın Muradla görüşüb tələbələrin köçürmə işi ilə bağlı danışdıqlarını, özünün İsanın tələbələrin köçürülməsi ilə bağlı onlardan aldığı pulu Murada verdiyini bildiyini, 26 iyul 2025-ci il tarixdə bir neçə tələbənin valideyinlərinin Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə şikayət edərək aldadıldıqlarını bildirdiklərinə görə xalasının oğlu Şahid1 tutduqlarını, özü İsanın köçürmə işini Muradın vasitəsi ilə gördüyünü bildiyinə görə həmin gün axşam Muradla əlaqə saxlayıb ona tələbələrin köçürülməsi ilə bağlı göndərdiyi arayışlar saxta olduğuna görə valideynlərinin şikayəti əsasında İsanı tutduqlarını bildirdiyini, Muradın isə ona tələbələrə köçürülmələri ilə bağlı verilən arayışların saxta olmadığını, həmin arayışları Universitetlərdən aldığını, işi gördüyü adamın özünün gəlib bütün məsələni həll edəcəyini, sadəcə İsanın köçürmə işi ilə bağlı ödəməli olduğu 8500 manat pulu yubatdığına görə həmin tələbələrin adlarının portalda görünmədiyini, İsa pulu ödəyən kimi hər şeyin öz qaydasına düşəcəyini bildirdiyini, özünün İsanın valideyinləri ilə danışıb razılıq aldıqdan sonra Murada “əgər 8500 manata bütün məsələ həll olunarsa mən İsanın buraxılması üçün həmin pulu ödəyərəm” dediyini, Muradla pulun 5000 manatını özünün onun kart hesabına köçürəcəyi, 3500 manatını isə Bakı şəhərində Vüqar müəllimdən alacağı barədə razılaşdıqlarını, 27 iyul 2025-ci il tarixdə özünün İsanın valideyinlərindən 5000 manatı alıb Naxçıvan şəhərində yaşadığı Həzi Aslanov küçəsində olan ərzaq mağazasının qarşısındakı Millön aparatı vasitəsi ilə Muradın M10 hesabına köçürdüyünü, qalan 3500 manatını isə 28 iyul 2025-ci il tarixdə Bakı şəhərinə gələrək Vüqar müəllimdən alacağını dediyini, sonra özünün bu barədə polis əməkdaşlarına bildirdiyini, Muradın dediklərini yəni, köçürmə işinin düzgün olduğunu qalan puluda ödədikdən sonra hər şeyin düzələcəyini dedikdə, ona köçürmə işinin tamamilə yalan olduğunu, Muradın ondan əlavə pul almaq üçün onu da aldatdığını dediklərini, sonra özünün Vüqar müəllimlə danışıb ona Murada əlavə pul verməməsini dediyini, bundan sonra araşdırılıb xalasının oğlu İsanın günahsız olduğu müəyyən edilərək buraxıldığını, Təqsirləndirilən şəxs köçürmə adı ilə şəxsləri aldadıb pullarını ələ keçirdiyinə görə tutulduğunu, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid4 28 yanvar 2026-cı il və 27 fevral 2026-cı il tarixlərdə məhkəməyə eyniməzmunlu teleqramlar göndərərək yolu uzaq oduğuna görə və maddi imkanı olmadığına görə səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs təxminən 2 ildirki, rayon sakini olaraq tanıdığını, Şəmkir şəhəri H.Əliyev Mərkəzində İT xidmətində mütəxəssis işləməklə yanaşı, Şəmkir şəhəri 20 yanvar küçəsində özünə məxsus kompüter servisi işlətdiyini, Təqsirləndirilən şəxs də işlədiyi kompüter servisində sənət çıxarmaq üçün müraciət etdiyinə görə tanıdığını, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının əvvəllərində ona müraciət edib gətirdiyi sənədləri skaynerdən keçirib PDF formatına salaraq whatsapp mobil tətbiqi vasitəsi ilə ona göndərməsini istədiyini, onunla razılaşıb onun sifarişini qəbul etdiyini, Muradın sənədləri whatsapp vasitəsi ilə ona göndərib, yanına gələcəyini və birlikdə həmin sənədi Muradın dediyi formada düzəldəcəklərini bildirdiyini, Murad sənədi ona göndərdikdə baxıb sənəd üzərində möhürü, ştampı olan arayışların olduğunu və həmin arayışın şəxsin Rusiya Federasiyasında universitetdə oxuduğunu təsdiq edən arayış olduğunu gördüyünü, Muradın arayışın şəklini ona atdıqdan sonra özünün də yanına gəlib ondan həmin arayışı kompüterdə vord formatına salıb arayışdakı ad, soyad, ata adı və təvəllüdlərin yerinə onun dediyi ad, soyad, ata adı və təvəllüdləri yazılaraq PDF formatına salıb yenidən vhatsapp vasitəsi ilə ona göndərməsini istədiyini, Muradla razılaşıb onun göndərdiyi üzərində möhür olan arayışı kompüterinə atıb vord formatına salaraq ad, soyad, ata adı və təvəllüdlərin yerinə Muradın dediyi ad, aoyad, ata adı və təvəllüdləri yazaraq PDF formatına salıb vhatsapp vasitəsi ilə Murada göndərdiyini, 2025-ci ilin fevral ayından, iyun ayının axırına kimi, türk tələbələrin Rusiya Federasiyasında universitetdə oxuduğuna dair arayışlar hazırladıqlarını, neçə nəfər şəxsin adına arayış hazırladıqlarını konkret olaraq bilmədiyini, hazırladıqları bütün arayışları PDF formatında whatsapp vasitəsi ilə Murada göndərdiyini, 2025-ci ilin iyul ayının əvvəllərindən başlayaraq Muradın şəxslərin Azərbaycan Respublikasında müxtəlif universitetlərdə oxuduqlarına dair arayışları bir-bir ona atıb ondan həmin arayışları vord formatına salmağını istədiyini, həmin arayışların da şəxslərin Azərbaycan Respublikasında müxtəlif universitetlərdə təhsil aldıqlarını təsdiq edən möhürlü, ştamplı arayışlar olduğunu, arayışları öz kompüter servisində vord formatına saldıqdan sonra Muradın özünün onun kompüterində həmin arayışlara özünün istədiyi şəxslərin adını, soyadını, ata adını və təvəllüdünü yazıb sonra həmin arayışları PDF formatına salaraq vhatsapp vasitəsi ilə Murada göndərdiyini, şəxslərin Azərbaycanda müxtəlif universitetlərdə oxuduqlarına dair neçə arayış düzəltdiyini dəqiq bilmədiyini, göstərilən arayışlardan əlavə başqa sənəd hazırlamadığını, Muradın həmin şəxsləri aldadaraq pullarını ələ keçirdiyini ona demədiyini, bu barədə məlumatı olmadığını, həmin sənədləri Muradın möhürlü ştamplı hazır vəziyyətdə ona göndərdiyini, sadəcə sənədi vord formatına çevirib ad, soyad, ata adı və təvvəllüdləri dəyişdiyini, yalnız tələbələrin Rusiya Federasiyasında və Azərbaycan Respublikasında müxtəlif Universitetlərdə təhsil aldıqlarına dair arayış hazırladığını, nəçə ədəd arayış hazırladığının dəqiq yadında qalmadığını, başqa heçbir sənəd hazırlamadığını, Muradın hər bir sənədə görə ona təxminən 10-20 manat arası pul verdiyini, heç bir vaxtı ona 1800 manat pul vermədiyini bildirmişdir. Şahid2 16 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2026-cı il tarixə, saat 14:00-a təyin olunmuş cinayət işi olduğunu, şahid qismində ibtidai istintaqda verdiyi ifadəni müdafiə etdiyini, heç bir əlavəsi olmadığını, gəlmək imkanları məhdud olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, 27 fevral 2026-cı il tarixlərdə məhkəməyə teleqram göndərərək icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin xx.xx.2026-cı il tarixə, saat 11:15-ə təyin olunduğunu, özünün şahid qismində məhkəməyə dəvət olunduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmiş və 02 mart 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin xx.xx.2026-cı il tarixə, saat 11:15-ə təyin olunduğunu və özünün şahid qismində məhkəməyə dəvət olunduğunu, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində “Yös Education” xaricdə təhsil mərkəzinin direktoru işlədiyini, 7 il olar ki, tələbələrin xaricdə təhsil almaları işini təşkil etdiyini, Şahid1 təxminən 2 ilə yaxındır ki, tanıdığını, Şahid1 “Yös Education” xaricdə təhsil mərkəzinin filialının rəhbəri olduğunu, Təqsirləndirilən şəxs gəldikdə isə onu qiyabi olaraq Şahid1 tutulduqdan sonra tanıdığını, onunla telefonda danışdıqlarını, onunla şəxsən tanışçılıqları olmadığını, xaricdə təhsil almaları üçün göndərdikləri tələbələrdən əksəriyyətinin valideyni ilə mütəmadi olaraq əlaqə saxladıqlarını, 2024-2025-ci tədris ilinin sonlarında yəni 2025-ci ilin aprel-may aylarında həmin valideynlərdən bir neçəsinin söhbət zamanı övladlarının Türkiyə Respublikasında təhsil aldığına görə həm maddi, həmdə təhsil sahəsində çətinlik çəkdiklərini bildirdiklərini, 2025-ci ilin may ayının ortalarında Şahid1 ona Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələrin vasitəsi ilə Şəmkir rayonundan olan Murad adlı şəxslə tanış olduğunu, Muradın ona Təhsil Nazirliyində tanışının olduğunu və xaricdə təhsil alan Azərbaycanlı tələbələri, Azərbaycan Respublikasında müxtəlif universitetlərə köçürəcəyinə tam zəmanət verdiyini və Muradla danışıb razılaşaraq bir neçə şəxsin də köçürmə ilə bağlı pulunu və sənədlərini aldığını bildirdiyini, özünün də Şahid1 “bir neçə övladları xaricdə təhsil alan tanış valideyinlər var ki, onlarda övladlarının Türkiyədə təhsil almaqda çətinlik çəkdiyini deyir, əgər bu dəqiq məsələdirsə məndə onlarla danışım onların da övladlarını Türkiyə Respublikasında təhsil aldıqları universitetlərdən Azərbaycan Respublikasındakı universitetlərə köçürək” dediyini, Şahid1 də ona Muradın köçürmə işinə tam zəmanət verdiyini, köçürmə məsələsinin 7000-8000 manata başa gəldiyini dediyini, özünün də ona köçürmə ilə bağlı müraciət edən tələbələrdən Cavidan Məmmədlinin, Ziya Əliyevin, Rüfət Mahmudovun, Nərgiz Əlizadənin, Nicat Abbasovun, Nihad Hüseyinzadənin və Məhəmməd Vəlizadənin valideyinləri ilə danışıb onla övladlarını təhsil aldıqları Türkiyə Respublikasındakı universitetlərdən, Azərbaycan Respublikasında olan müxtəlif universitetlərə köçürmək imkanlarının olduğunu dediyini, həmin şəxsləri Şahid1lə əlaqələndirdiyini, əvvəlcədən Şahid1lə danışıb özü tərəfindən yönləndirilən tələbələrin valideyinlərindən 7000-8000 manatdan yuxarı məbləğdə alınan pulların özünə çatacağı barədə razılığa gəldiklərini, həmin tələbələrin valideyinlərinin Şahid1lə danışıb razılığa gəldikdən sonra onlardan Cavidan Məmmədlinin valideyinindən 6500 manat, Ziya Əliyevin valideyinindən 10000 manat, Rüfət Mahmudovun valideyinindən 9000 manat, Nihad Hüseyinzadənin valideyinindən 10000 manat, Nicat Abbasovun valideyinindən 10000 manat pulu alaraq üzərlərindən özünün payına düşən məbləği götürərək qalan pulu sənədlərlə birlikdə Təqsirləndirilən şəxs çatdırması üçün Şahid1 göndərdiyini, Nərgiz Əlizadənin valideyinin 5300 manat pulu birbaşa Şahid1 özünə göndərdiyini, Məhəmməd Vəlizadənin valideyinin isə 8000 manat pulu özünün Bakı şəhərindəki ofisində Şahid1 verdiyini, bundan sonra 2025-ci ilin iyun-iyul aylarında Şahid1 ona Muradın ona bəzi tələbələrin Azərbaycan Respublikasında olan müxtəlif universitetələ köçürülmə işinin başa çatdığını bildirdiyini və həmin tələbələrin universitetlərdə oxuduqlarına dair arayışlarda göndərdiyini dediyini, lakin 26 iyul 2025-ci il tarixdə Şahid1 tutulduqdan sonra Təqsirləndirilən şəxs göndərdiyi həmin arayışların da saxta olduğunun və onları və bütün tələbələri aldatdığının məlum olduğunu, 28 iyul 2025-ci il tarixdə İsa buraxıldıqdan sonra Şahid1 ona tələbələrin köçürmə işinin 7000-8000 manata başa gəldiyini desə də, hər bir tələbənin köçürmə işinə görə Təqsirləndirilən şəxs 5000 manat verərək qalan məbləği özünə götürdüyünün özünə məlum olduğunu, lakin buna baxmayaraq Şahid1 də Təqsirləndirilən şəxs həmin tələbələri aldadacağım bilmədiyini, bundan sonra özlərinin danışıb birlikdə hesablayaraq köçürmə ilə bağlı ona və İsaya qazanc olaraq qalan 56800 manat pulu, pul aldıqları şəxslərdən 7 nəfərin, Rüfət Mahmudova 9000 manat, Cavidan Məmmədliyə 6500, Nicat Abbasova 10000 manat, Nihad Hüseynzadəyə 10000 manat, Ziya Əliyevə 10000 manat, Nərgiz Əlizadəyə 5300 manat və Kənan Məmmədova 6000 manat pulları geri qaytardıqlarını, pulları qaytarıldığına görə həmin 7 nəfər şəxsin şikayət etmədiklərini, Şahid1 tutulduğu gün və həmin günün səhərisi özünün Təqsirləndirilən şəxs ilə telefonda danışıb ona Şahid1 onun üzündən tutulduğunu, Şahid1 göndərdiyi arayışların saxta olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs yenə də özünü müdafiə edərək onun gördüyü işlərin qanuni olduğunu, arayışları universitetlərdən aldığını, sadəcə İsanın bəzi tələbələrin pulunu ona ödəmədiyinə görə sənədlərin sistemdə görünmədiyini bildirdiyini, sonradan Təqsirləndirilən şəxs İsa tutulduqdan sonra bu adla onun xalası oğlu Rövşən adlı şəxsdən əlavə 5000 manat da pul aldığının özünə məlum olduğunu, həmin 56800 manat məbləğində pul özünün və İsanın hər bir tələbəyə görə Təqsirləndirilən şəxs ödənilən 5000 manat məbləğindən artıq alaraq özlərinə qazanc olaraq götürdükləri məbləğ olduğunu, həmin məbləği şəxslərə geri ödədiklərinə görə nə özünə, nə də ki, İsaya heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Şahid3 03 mart 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək xx.xx.2026-cı il tarixdə saat 11:15-də Naxcıvan Şəhər Məhkəməsinin inzibati binasında keçiriləcək 1(078)- 93/2025 nömrəli cinayət işi üzrə şahid qismində çağırıldığını, ilkin istintaq dövründəki ifadəsini təsdiq etdiyini, heç bir əlavəsi olmadığını, həm maddi vəsaitinin yetməməsi, həm də xəstə anasını tək qoyub gələ bilmədiyi üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının əvvəllərindən tanıdığını, Muradın tanışlarından birinin vasitəsi ilə onun nömrəsini taparaq onunla əlaqə saxladığını, Muradın onunla telefonda danışıb ona, üz-üzə görüşüb söhbət etməyi təklif etdiyini, razılaşıb Muradla Şəmkir rayonunda Muradın işlətdiyi Qala Restoranında görüşdüyünü, Muradın ona "müraciət edən şəxslər var, həmin şəxslər Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrdir, həmin şəxslər onları Azərbaycanda müxtəlif universitetlərə köçürməsi üçün müraciət ediblər” deyərək ondan həmin şəxslərin müraciətlərini sistem üzərindən qeydiyyata almaqda ona köməklik etməsini xahiş etdiyini, həmin vaxtı Muradın tələbələrin sənədlərini də özü ilə gətirdiyini, həmin sənədlərə baxıb sənədlərin tam olmadığını gördüyünü, hazırlanmalı olan sənədlərin siyahısını Murada verdiyini, ondan həmin sənədləri hazırlamasını istədiyini, Muradın ona verdiyi sənədlər yararsız olmasına baxmayaraq həmin sənədləri qəbul etdiyini, Muradla danışıb hər bir tələbənin qeydiyyatdan keçməsi üçün tələb olunan sənədlərlə birlikdə 252 manat dövlət rüsumu tələb olunduğunu, hər bir tələbə üçün də əlavə 200 manat zəhməthaqqı alacağına və nəticələri müsbət çıxan tələbələrə görə də Muradın ona əlavə şirinlik verəcəyinə razılaşdıqlarını, Murad sənədləri ona verdikdə, sənədlərə baxıb müraciət edən tələbələrin əksəriyyətinin atestat balı ilə qəbul olan tələbələr olduğunu və onların Azərbaycanda olan universitetlərə köçürülməsi etimalının çox aşağı olduğunu gördüyünü, bunu Murada bildirdikdə, Muradın ona, “siz müraciətləri sistemə yükləyin nəticəsindən asılı olmayaraq pulunuzu ödəyəcəyəm” dediyini, Muradla ilk görüşdükləri zaman ona verdiyi sənədlər yararsız olduğuna görə tam baxmadığından neçə nəfər tələbənin sənədi olduğunu bilmədiyini, sonradan isə Whatsapp vasitəsi ilə PDF formatında ona ümumilikdə 18 nəfər tələbənin sənədlərini göndərdiyini, həmin tələbələrin də 3 nəfərinin pulunu ona göndərmədiyini, 1 nəfəri isə yerli köçürmə olduğuna və ona rüsum tələb olunmadığına görə həmin tələbə üçün isə 750 manat göndərdiyini, Muradın ona göndərdiyi ilk 6 nəfər tələbənin müraciətini sistemə yükləsə də digər tələbələrin sənədləri sistemin bağlanmasına az qalmış ona verildiyinə görə həmin tələbələrin müraciətlərinin sistemə yüklənməsinin mümkün olmadığını, həmin sənədləri sistemə yüklənmədiyini Murada bildirdikdə isə Muradın ona, “necə olursa olsun həmin sənədləri sistemə yüklə” dediyini, Murad əlçəksin deyə tələbələrin müraciətlərini sistemə işləməsə də təsdiq olunmamış ödəniş qəbzlərini Murada atıb tələbələrin müraciətlərini sistemə yüklədiyini bildirdiyini, Təqsirləndirilən şəxs ilə 2025-ci ilin iyul ayının əvvəllərində tanış olduğunu, Muradla 2025-ci ilin iyun ayında görüşmədiyini, Muradla cəmi 2 dəfə üz-üzə görüşdüyünü, birinci dəfə telefonda danışıb tanış olduqları gün 2025-ci ilin iyul ayının əvvəlində, ikinci dəfə isə ya həmin günü, yada ki, ondan 1 gün sonra görüşdüyünü, Murada tələbələrin universitetlərə köçürülmələri ilə bağlı arayış vermədiyini, nədəki, başqa bir şəxslə ona arayış göndərmədiyini, Muradın yalnız tələbələrin qeydiyyatdan keçmələri üçün hər bir tələbəyə görə 452 manat pulu onun kart hesabına köçürdüyünü, bundan başqa ona nağd şəkildə pul vermədiyini, Murada əminliklə tələbələrin köçürmə işlərinin düzələcəyini demədiyini, Muradın özünün ondan israrla tələbələri sistemdə qeydiyyatdan keçirməyini istədiyini, Muradın tələbələrdən hansı məbləğdə pul aldığını bilmədiyini, aralarında işi düzələn tələbəyə görə ona 2000 manat pul veriləcəyinə dair razılaşma olmadığını, sadəcə məbləğ deyilməsədə şirinlik olaraq 50-100 manat nəzərdə tutduğunu, müraciət edən tələbələrin Türkiyə Respublikasında təhsil aldıqları universitetlərdən Azərbaycan Respublikasındakı universitetlərə köçürülməsi ehtimalının çox az olduğunu Murada bildirdikdə Muradın ona nəticəsindən asılı olmayaraq onun zəhmət haqqısını verəcəyini dediyinə görə bu işə razılıq verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs9 16 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın 20 dekabr 2025-ci ilə qədər tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, ifadəsini təsdiq etdiyini, iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən 5300 (beş min üç yüz) manat miqdarında ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs15 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən 9500 (doqquz min beş yüz) manat miqdarında ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs7 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən 7500 (yeddi min beş yüz) manat miqdarında ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən 5000 (beş min) manat miqdarında ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 11 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və vətəndaşlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq onlara hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, “Azar Edu” xaricdə təhsil mərkəzinin Şəmkir filialının nümayəndəsi işləyən, əvvəllər məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. (cild İ, iş vərəq 96-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-53/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4- cü maddələri ilə təqsirləndirilən xx.xx.1999-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Azar Edu” xaricdə təhsil mərkəzində işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəlinin 29 iyul 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 120-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Mübariz Məmmədovun təhsil aldığı Türkiyə Respublikasının Kocaeli Universitetindən Sumqayıt Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 8500 manat pulun 4500 manatı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs14 ödənilmişdir. (cild İİ, iş vərəq 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Nicat İbrahimlinin təhsil aldığı Türkiyə Respublikasının Kars şəhəri Qafqaz Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 7000 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs2 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək onun təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 7500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs7 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu X16 təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 5000 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs1 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Rəşad Hüseynovun təhsil aldığı Türkiyə Respublikasının Erzurum Atatürk Universitetindən Gəncə Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 6500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs6 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək onun təhsil aldığı Sumqayıt Dövlət Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 5500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs4 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 105) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 Naxçıvan MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə unversitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək onu təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən, Naxçıvan Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 7500 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan olan 7500 manat pulun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Hacıyeva X25 MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə unversitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu X24 təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən, Naxçıvan Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 5000 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 5000 manat pulunun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 107) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Naxçıvan MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə universitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu Nicat İbrahimlini təhsil aldığı Türkiyə Respublikasının Kars şəhəri Qafqaz Universitetindən, Naxçıvan Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 7000 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 7000 manat pulunun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Hüseynov X26 MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə universitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu Rəşad Hüseynovu təhsil aldığı Türkiyə Respublikasının Erzurum Atatürk Universitetindən, Gəncə Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 6500 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 6500 manat pulunun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 113) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Əliyev X18 MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə unversitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək onu təhsil aldığı Sumqayıt Dövlət Universitetindən, Naxçıvan Dövlət Universitetinə qiyabi təhsilə dəyişəcəyinə dair vəd verib aldadaraq 5500 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 5500 manat pulunun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “ASUS” markalı sistem blokunun daxilində yerləşən, “Seagate” markalı, W3TBBAD0 seriya nömrəli, 500GB həcmli sərt diskin (HDD) yaddaşında mövcud olan və silinmiş sənəd faylları müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş “ASUS” markalı sistem blokunun daxilində yerləşən, “Seagate” markalı, W3TBBAD0 seriya nömrəli, 500GB həcmli sərt diskin (HDD) yaddaşında “Açar sözlər” (Zərərçəkmiş şəxs3, Abdullayev Həbib, Abdullayev Hablb, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 Habib, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 HABİB, ABDULLAYEV HƏBİB, ABDULLAYEV HABİB, X46, X47, X46, X48, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, İbrahimli Nicat, İbrahimli Nicat, İBRAHİMLİ NİCAT, İBRAHİMLİ NİCAT, X54, X54, X54, X54) üzrə axtarışın nəticəsində hər hansı bir məlumat aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş “HP” markalı sistem blokunun daxilində yerləşən, “E100” markalı, **********2 seriya nömrəli, 512GB həcmli həcmli sərt diskin (SSD) yaddaşında mövcud olan və silinmiş sənəd faylları müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş “HP” markalı sistem blokunun daxilində yerləşən, “E100” markalı, **********2 seriya nömrəli, 512GB həcmli sərt diskin (SSD) yaddaşında “Açar sözlər” (Zərərçəkmiş şəxs3, Abdullayev Həbib, Abdullayev Habib, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 Habib, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 HABİB, ABDULLAYEV HƏBİB, ABDULLAYEV HABİB, X46, X48, X46, X48, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, İbrahimli Nicat, İbrahimli Nicat, İBRAHİMLİ NİCAT, İBRAHİMLİ NİCAT, X54, X54, X54, X54) üzrə axtarışın nəticəsində hər hansı bir məlumat aşkar olunmamışdır. (cild İİ, iş vərəq 135-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Nihad Məmmədovun təhsil aldığı Türkiyə Respublikasının Ardahan Universitetindən Azərbaycan Respublikasında Korperasiya Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 8500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs11 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Mübariz Məmmədovu təhsil aldığı Türkiyə Respublikasının Kocaeli Universitetindən Sumqayıt Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 8500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs14 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 179) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Murad Hüseyinlini təhsil aldığı Türkiyə Respublikasının Esgişəhər Osmanqazi Universitetindən Gəncə Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 7500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs5 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 192) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Məmmədov X27 MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə universitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu Nihad Məmmədovu təhsil aldığı Türkiyə Respublikasının Ardahan Universitetindən, Azərbaycan Respublikasında Korperasiya Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 8500 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 8500 manat pulun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 203) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək onun təhsil aldığı Türkiyə Respublikasının Girəsun Universitetindən Azərbaycan Respublikasında Korperasiya Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 3500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs8 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 204) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Musa Malıyevin təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 8000 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs8 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, X1 MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə unversitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu Musa Malıyevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən, Naxçıvan Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 8000 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 8000 manat pulun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 219) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək dostunun oğlu Mərahim Məhərrəmzadənin təhsil aldığı Türkiyə Respublikasının Girəsun Universitetindən Gəncə Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 9500 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs8 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş vərəq 223-225) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Həbib Abdullayevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən Naxçıvan Dövlət Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 5300 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs3 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 228) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Naxçıvan MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbələrin xarici dövlətlərdə universitetə qəbul olunmaları ilə məşğul olan Şahid1 vasitəsi ilə onun etibarından sui-istifadə edərək oğlu Həbib Abdullayevi təhsil aldığı Türkiyə Respublikasının Erzincan Binali Yıldırım Universitetindən, Naxçıvan Dövlət Universitetinə dəyişəcəyinə dair vəd verib aldadaraq 5300 manat pulunu ələ keçirdiyini, ona vurulmuş ziyan 5300 manat pulun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində ona tam şəkildə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs bağışladığını, heç bir şikayət və mülki tələbi olmadığını qeyd etmişdir. (cild İİ, iş vərəq 233) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, etibarından sui-istifadə edilərək oğlu Məhəmməd Vəlizadənin təhsil aldığı Türkiyə Respublikasının Akdeniz Universitetindən Azərbaycan Texniki Universitetinə köçürüləcəyinə dair yalan vəd verilib aldadılaraq ondan alınan 8000 manat pul Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs10 tam şəkildə ödənilmişdir. (cild İİ, iş vərəq 234) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penstensiar Xidmətin İstintaq Təcridxanası tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliyi penitensiar xidmətin istintaq təcridxanasında saxlanılmış, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan şəhər məhkəməsinin 4(078)- 53/2025 saylı, 31 iyul 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəlinin 29 iyul 2025-ci il tarixdən hesablanması barədə qərar qəbul edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan 29 iyul 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimin 29 iyul 2025-ci il tarixdə, saat 20:20-də saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinin tələbindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs azadlığı faktiki 29 iyul 2025-ci il tarixdən məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 161.1.18 və 162.5.2-ci maddələrinə əsasən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti başa çatdığından “protokol” tərtib olunaraq 29 oktyabr 2025-ci il tarixdə həbsdən azad edilmişdir. (cild İİ, iş vərəq 237) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi baxış keçirilərək götürülmüş 1 ədəd “İpone 8” markalı mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işində saxlanılması qərara alınmışdır. (cild İİİ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X4 Şöbəsinə verilmiş tələbmamədə göstərilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə xx.xx.2023-cü il tarixdə Şirvan RPŞ-sində təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində olan cinayət işinə CPM-nin 40.3 və CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-sində təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində olan cinayət işinə CPM-nin 40.3 və CM-nin 73-2-ci maddələrinə əsasən xitam verilmişdir. (cild İ, iş vərəq 68-69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi 3 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli, 68 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşayır. (cild İİİ, iş vərəq 39) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi 3 nömrəli Mənzil-İstismar sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ildən hərbi şəhərcikdə yaşayır. O, bu müddət ərzində həmişə özünü nizam-intizamlı aparmış, həmyaşıdları və dostları ilə mehriban davranmış, ağıllı və müsbət xarakterli olduğuna görə dostları arasında nümunəvi bir övlad kimi seçilmiş, qonşular arasında hörmət qazanmışdır. O, hərbi şəhərcikdə gedən ictimai-siyasi tədbirlərdə həmişə yaxından və fəal iştirak etmiş və onun barəsində 3 nömrəli Mənzil-istismar sahəsinə heç vaxt yazılı və şifahi şikayətlər daxil olmamışdır. (cild İİİ, iş vərəq 41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 dekabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (cild İİİ, iş vərəq 42-46) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 02 (iki) il 03 (üç) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarından şəxsin barəsində həbs qətimkan tədbiri seçildiyi və 29 iyul 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət yəni 93 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 186 (bir yüz səksən altı) gün, yəni 6 (altı) ay 6 (altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 10 ünvanında yerləşən mənzili axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “iPhone 8” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan kompüter-texniki ekspertizasının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət yəni 93 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 186 (bir yüz səksən altı) gün, yəni 6 (altı) ay 6 (altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 10 ünvanında yerləşən mənzili axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “iPhone 8” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəhsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-93/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-93/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver