Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-1/2022 17.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, subay, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, əvvəllər məhkum olunmamış, 22 sentyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “22” noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Babək rayonu, Zeynəddin kəndində öz şəxsi evində tək yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qətiyyətinə gəldikdən sonra, onun evinin harada yerləşdiyini öyrənmək üçün 10 sentyabr 2021-ci il tarixdə zərərçəkmiş şəxsin iş yeri olan Babək rayonu, Zeynəddin kənd musiqi məktəbinin yaxınlığına gedərək, Zərərçəkmiş şəxs işdən çıxmasını gözləmiş və arxasınca gedib onu izləyərək yaşadığı evin yerini öyrənmiş, 11 sentyabr 2021-ci il tarixdə isə səhər saatlarında yenidən Babək rayonu, Zeynəddin kəndinə gedərək Zərərçəkmiş şəxs evinin yaxınlığında onun evdən çıxmasını gözləməklə həmin evdə yaşadığını və hansı saatlarda evdə olmadığını dəqiqləşdirmiş, bundan sonra planlaşdırdığı oğurluq cinayət əməlini törətmək məqsədilə 14 sentyabr 2021-ci il tarixdə Babək rayonu, Zeynəddin kəndinə gedərək, Zərərçəkmiş şəxs bu saatlarda evdə olmadığına əmin olduğundan, saat təqribən 1100-da onun yaşayış sahəsi hesab olunan evinə qanunsuz daxil olaraq yataq otağındakı şkafın üst gözündəki qutunun içərisindən ümumi dəyəri 2067,46 (iki min altmış yeddi manat, qırx altı qəpik) manat təşkil edən 570 əyarlı, çəkisi 2.77 qram, dəyəri 193,90 (bir yüz doxsan üç manat, doxsan qəpik) manat olan bir ədəd qızıl üzüyü, 585 əyarlı, çəkisi 14.23 qram, dəyəri 1109,94 (bir min bir yüz doqquz manat, doxsan dörd qəpik) manat olan bir ədəd qızıl boyunbağını, 585 əyarlı, çəkisi 9.79 qram, dəyəri 763,62 (yeddi yüz altmış üç manat, altmış iki qəpik) manat olan bir ədəd qızıl qolbağı, şkafın aşağı cərgəsindəki gözündən 60 (altmış) manat dəyərində 1 (bir) ədəd “Samsung” Galaxy S3 mini markalı mobil telefonu, şkafın digər gözündəki oyuncaq qabın içərisindən 17 (on yeddi) manat 50 (əlli) qəpik, tirmonun üzərindəki əl çantasının içərisindən isə 2 (iki) manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2146,96 (iki min bir yüz qırx altı manat, doxsan altı qəpik) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, yəni oğurluq etmə cinayət tərkibinin yaranmasına səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmçinin sözü gedən qərarın 19 və 20-ci bəndlərində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 01 iyul 2021-ci il tarixdə arvadı X6 boşandığını, iki övladının olduğunu, ondan boşandıqdan sonra aliment borcunu ödəyə bimədiyi üçün 1260 manat məbləğində aliment borcunun yığılıb qaldığını, yaranmış borcla bağlı 05 mart 2021-ci ildə Şahbuz rayon icra şöbəsinin icra məmuru tərəfindən şəxsiyyət vəsiqəsinin ondan alındığını, bu səbəbdən özünə iş tapa bilmədiyini və aliment borcunun artdığını, Afaq adlı şəxslə münasibətinin olduğunu, onun Babək rayonu, Zeynəddin kəndində musiqi məktəbində müəllimə işlədiyini, Afaqla iki ildir ki, münasibətinin olduğunu, dəfələrlə Zeynəddin kəndinə gedib onun işdən çıxmasını gözləyib Naxçıvan şəhərinə birlikdə qayıtdıqlarını, bəzən onunla işə Afaqın maşını ilə getdiyini, Afaq işdən çıxan vaxt onu qarşılayarkən yanında bir neçə dəfə yaşlı qadın gördüyünü, həmçinin onunla mobil telefonla görüntülü danışanda da həmin qadını gördüyünü, Afaqdan həmin qadının adının Gülan olduğunu və onun iş yoldaşı olmasını öyrəndiyini, Zərərçəkmiş şəxs maddi vəziyyətinin normal olduğunu və Zeynəddin kəndində tək yaşamasını da, Afaqdan öyrəndiyini, alimentlə bağlı borcunun olduğu üçün Gülanın evinə girib pul və ya qiymətli əşyaları oğurladıqdan sonra satıb aliment borcunu ödəyə biləcəyini düşündüyünü, bir neçə dəfə Afaqla telefonda danışarkən Gülan ilə bağlı söz saldığını və lazım olan pul və qızıl barədə maraqlandığını, həmin müddət ərzində Zeynəddin kəndində Afaqı qarşılayarkən Gülanın qolunda qızıl olmasını gördüyünü, həmçinin onun evini təmir etməsini Afaqdan eşitdiyini, onun evində əlavə qızıllarının və pulunun ola biləcəyini güman etdiyini, planlaşdırdığı kimi 2021-ci ilin sentyabr ayının 10-u Zeynəddin kəndinə gedib Gülanın yaşadığı evi öyrənmək üçün işdən çıxmasını gözlədiyini, zərər çəkmiş şəxs işdən çıxandan sonra arxasınca onu izləyib onun yaşadığı evin yerini öyrəndiyini, 11 sentyabr 2021-ci il tarixdə Gülanın onun mənzildə yaşadığını dəqiqləşdirmək üçün eyni qaydada səhər tezdən saatlarında Zeynəddin kəndinə gedib Gülanın yaşadığı məhlənin yuxarı tərəfində dayanıb mənzildən çıxmasını izlədiyini, zərərçəkmiş şəxsin evdən çıxıb işə getməsini dəqiqləşdirdikdən sonra Naxçıvan şəhərinə qayıtdığını,14 sentyabr 2021-ci il tarixdə səhər tezdən saat 1000-da Zeynəddin avtobusu ilə həmin kəndinə getdiyini, kəndin girəcəyində qəbiristanlığın yanında avtobusdan düşdüyünü, Sirab kəndi istiqamətində asfalt yoldan Gülanın yaşadığı məhəlləyə tərəf getdiyini, məhəlləyə girəndə ətrafa baxdığını və heç kimin olmamasını gördüyünü, zərərçəkmiş şəxsin yaşadığı evin qapısının ağzına daş qoyulduğunu, məhlədə heç kimin olmamasından istifadə edib Gülanın evinin giriş qapısındakı daşı ayağı ilə itələyib həyətə girdiyini, qapı açıq qalmasın deyə onu arxadan qapının üstündə olan iplə bağladığını, sonra evin içinə açılan qapıya tərəf getdiyini, həmin qapı ilə üz-üzə olan şkafın üzərində olan bıçağı götürüb qapının üzərindəki şüşənin mismarlarını bıçaqla əyib qapının şüşəsini çıxarıb yerə qoyduğunu, qapını içəri tərəfdən əli ilə açıb evə daxil olduğunu, evə girişdə olan otaqda axtarılası heç nəyin olmadığını görüb digər otağa keçdiyini, həmin otağa girəndə sağ tərəfdə yerləşən tirmonun üzərindəki çantanın içərisinə baxdığını, onun içərisindən 2 manat pul götürdükdən sonra həmin otaqdakı şkafın gözlərinə baxmağa başladığını, şkafın sağ üst sürməsinə baxan zaman əlinin şkafın üzərində olan güldana dəydiyini və güldanın yerə düşərək alt hissəsinin qırıldığını, şkafın orta hissəsinin alt siyirməsini axtaran zaman orada gördüyü 1 ədəd ağ rəngli “Samsung” markalı telefonu götürdüyünü, şkafın sol üst hissəsində üzərində kilidi olan seyfə bənzər taxta qutu gördüyünü, şkafın sol üst tərəfindəki rəflərə baxan zaman gözünə sataşan bıçağı götürüb həmin taxta seyfi bıçaqla açdığını və seyfin içindəki ağ rəngli qutuda qızılların olduğunu gördüyünü, həmin qutuda olan 1 ədəd boyunbağını, 1 ədəd bilərziyi və bir ədəd üzüyü götürüb şalvarının cibinə qoyduğunu, telefonu götürdüyü siyirmənin üst rəfindəki şəkilin arxasında narıncı rəngli oyuncaq formasında olan qabı gördüyünü, həmin qabı açıb 17 manat 50 qəpik məbləğində olan pulu götürüb cibinə qoyaraq evə girdiyi qaydada qapıdan çıxdığını, qapının pəncərəsindən əlini içəri salıb qapını içəridən bağladığını və qapının şüşəsini yerinə taxıb mismarlarını düzəltdikdən sonra küçəni müşahidə edib heç kimin olmadığını gördüyünü və çöl qapısını açıb kəndin mərkəz hissəsinə getdiyini, kəndin mərkəzində marşruta minib Naxçıvan şəhərinə qayıtdığını, daha sonra Afaqla görüşüb ona boşandığı arvadının qızıllarının özündə olduğunu və onları satıb aliment borcunu ödəmək istədiyini, lakin şəxsiyyət vəsiqəsinin məhkəmədə olduğu üçün Afaqın şəxsiyyət vəsiqəsi ilə satmağı təklif etdiyini, Afaqın razılaşdığını və həmin gün sağollaşaraq evə getdiyini, hadisədən bir və ya iki gün sonra sözləşərək “Cahan” Ticarət Mərkəzinin yaxınlığında görüşdüklərini və qızılları satmaq üçün Afaqa verdiyini, ticarət mərkəzində birlikdə görünməmək üçün Afaqın “Cahan” Ticarət Mərkəzinə qızılları satmağa tək getdiyini, onun bir ədəd boyunbağı, bir ədəd qızıl üzük və bir ədəd bilərziyi “Cahan” Ticarət Mərkəzində sataraq görüşdükləri yerə qayıtdığını, qızılları sataraq əldə edilən 1400 manat pulu ondan aldığını, əvvəlcədən pula ehtiyacı olduğu üçün Afaqdan 400 manat məbləğində borc pul aldığından həmin pulun 400 manatını “Kapital Banka” gedib Afaqın “Bir kart” hesabına köçürdüklərini, Gülanın evindən oğurladığı telefonu Afaqa onun bacısının qızına vermək üçün hədiyyə etdiyini və ona telefonu mağazadan aldığını bildirdiyini, lakin həmin telefonun işləmədiyini, onun batareyasını dəyişsə də nəticəsi olmadığını, bundan sonra aliment borcunu ödəmək üçün Afaqla birlikdə poçta getdiklərini, şəxsiyyət vəsiqəsinin özündə olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini, poçtdan çıxıb Afaqı evlərinə yola saldıqdan sonra Şahbuz rayonuna getdiyini, hadisədən təqribən bir-iki gün sonra Babək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edildiyini, polis şöbəsinə gəldiyini və törətdiyi əməli etiraf etdiyini, oğurladığı qızılları sataraq əldə etdiyi pulu polisə təqdim etdiyini, məqsədinin pul və qızıl əşyaları oğurlayaraq aliment borcunu ödəmək olduğunu, oğurluq etməsi barədə heç kimə bir söz demədiyini, oğurluq yolu ilə əldə etdiyi qızılların satılmasından əldə etdiyi 1400 manat pulun 400 manatını borclu olduğu üçün Afaqa verdiyini, qalan 1000 manatını isə polisə təqdim etdiyini, həmin evdən oğurladığı 19 manat 50 qəpiyi isə xərclədiyini, lakin bunu zərərçəkmiş şəxsə geri qaytardığını, Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə Afaqın məlumatının olmadığını, Afaq bu barədə bilsə onunla əlaqəni kəsəcəyini, ona satmaq üçün verdiyi qızılları və hədiyyə olaraq verdiyi telefonun Zərərçəkmiş şəxs məxsus olduğunu Afaqın bilmədiyini, Afaqdan ara-sıra Zərərçəkmiş şəxs ilə bağlı söz soruşduğunu, hazırda onunla olan münasibətinin etdiyi əmələ görə kəsildiyini, törətdiyi əmələ görə özünü təqsirli hesab etdiyini, etdiyi əmələ görə peşman olduğunu, hazırda dəymiş ziyanı ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, onu əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Babək rayonu, Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olmaqla ona məxsus 2146,96 (iki min bir yüz qırx altı manat, doxsan altı qəpik) manat dəyərində əşyaların gizli olaraq talanmasının məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 qızı, Muradov Novruz Qasım oğlu, Muradova Natiqə Qasım qızı və X9 ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində həyat yoldaşı rəhmətə getdiyindən Babək rayonu, Zeynəddin kəndində tək yaşadığını, 14 sentyabr 2021-ci il tarixdə saat 1730 radələrində işdən çıxıb evə gəldiyini, həmin vaxt evə girmədiyini, həyətdə bir az iş gördüyünü, sonra həyəti sulamaq istədiyini, qardaşı Novruzun həyətindən öz həyətinə su gəldiyi üçün onlara suyu qoşmağa getdiyini, lakin qardaşı həyəti suvardığından ona heç nə demədiyini, özünün ad günü olduğundan Novruzun ona hədiyyə olaraq köynək aldığını, ona paltarları geyinib baxmasını istədiyini, bu məqsədlə də paltarları götürüb evə gəldiyini, evdə yataq otağına keçib köynəyi geyinib servantın önündə aynaya baxan zaman servantın üzərinə qoyduğu güldanın yerdə olmasını gördüyünü, evdə özündən başqa heç kəsin olmadığı üçün servanta qoyduğu güldanın yerdə olmasının ona qəribə gəldiyini, əlini uzadıb güldanı yerdən götürmək istəyəndə onun qırıldığını gördüyünü, öz-özünə güldanı evin qapısı açıq olduğu vaxt evə girən pişiyin qıra biləcəyini düşündüyünü, lakin sonradan qapının açıq olmadığının yadına düşdüyünü, həmin vaxt qızılları qoyduğu yerə baxanda oranın qapısının qırıldığını gördüyünü, elə həmin an evə oğru girdiyini başa düşdüyünü, bundan sonra qonşuluqda yaşayan Natiqə adlı bacısının evinə getdiyini, evə oğru girməsini ona dediyini və birlikdə evə gəlib yataq otağına girdiklərini, həmin vaxt yenidən qızıllarını qoyduğu servanta baxdığını, daha sonra ola bilər ki, yadından çıxar qızılları başqa yerə qoya bilər deyə evin hər yerinə baxdıqlarını, nəticədə 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı və 1 ədəd üzərində balaca qaşı olan qızıl üzüyü tapa bilmədiklərini, sonradan “Samsung” markalı telefonunun və həmin siyirmənin üst tərəfindəki rəfdə narıncı rəngli oyuncaq qabın içərisinə qoyduğu 17 manat 50 qəpik pulun yerində olmadığını bildiyini, güzgülü tirmonun üzərindəki qara rəngli əl çantasının içərisinə baxdığını və həmin çantanın içərisində olan 2 manat pulunun da, yerində olmadığını gördüyünü, bu haqda qardaşı Novruza məlumat verdiyini, oğurluğu kimsə yaxınlardan yaxud qonşudan və ya uşaqdan edə biləcəyini düşündüyü üçün bu haqda polisə heç bir məlumat vermədiyini, daha sonra məktəbdə iş yoldaşlarının yanında da hadisə barədə danışdığını, sonra heç bir xəbər çıxmadığını görüb Babək Rayon Polis Şöbəsinə evində oğurluq olması barədə ərizə ilə müraciət etdiyini, boyunbağısı qırıldığı üçün zərgərdə düzəltdirdiyini və qırıldığı yerin izlərinin boyunbağıda qaldığını, bilərziyinin iç hissəsində əziklərin olduğunu, üzüyünün üzərində olan 8 ədəd ağ qaşdan üçünün yeri boş olduğunu, mobil telefonunun arxasında cızılma izləri olduğunu, təqribən beş ay olar ki, qızıl-zinət əşyalarını istifadə etmədiyini, pul saxladığı qaba hadisədən bir gün qabaq pul atdığını, Asimi əvvəllər tanımadığını, Afaqın isə nə onun evinə gəldiyini, nə də ondan yaşadığı yeri soruşduğunu, evdən çıxarkən evin həm giriş qapısını, həm də həyətə açılan darvaza qapısını bağladığını, evindən pul və qızıl oğurlanmasına baxmayaraq evinin qapı və pəncərəsinin qırılmadığını, ondan götürülmüş 19 manat 50 qəpik pulu Təqsirləndirilən şəxs ona qaytardığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində Naxçıvan şəhərində yaşadığını, Asimlə sevgi münasibətlərində olduğunu, Zeynəddin kəndində musiqi məktəbində işlədiyinə görə Asimin bir neçə dəfə ora onu qarşılamağa gəldiyini, məktəbdə xadimə işləyən Zərərçəkmiş şəxs ilə yaxın münasibətinin olduğunu, Asimin də bu münasibəti bildiyini, Asimin ona Gülan ilə bağlı söz arası suallar verdiyini, Gülanın tək yaşadığını, kimsəsiz olduğunu və seyid ailəsindən olduğunu Asimə dediyini, Asimin Gülanı izləməsindən və onun evinə oğurluq niyyəti ilə girməsindən xəbərinin olmadığını, bir gün Asimin ona kimliyini icra məmuru aldığı üçün işə girə bilmədiyini və aliment borcunun yarandığını, keçmiş həyat yoldaşından qalan qızılları satıb aliment borcunu ödəmək istəməsini dediyini, arvadının qızıllarının nə üçün onda qaldığını soruşduqda, həmin qızılları öz pulu ilə aldığı üçün boşandıqdan sonra özündə saxladığını, lakin şəxsiyyət vəsiqəsinin özündə olmadığını və buna görə də həmin qızılları ondan satmağı xahiş etdiyini, həmin qızılların oğurluq olduğunu bilmədiyi üçün Asimlə razılaşdığını, onunla “Cahan” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “FAB” mağazasının yanında görüşdüklərini və Asimin ona 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük verdiyini, bundan əlavə Asimin ona bir ədəd ağ rəngli “Samsung” markalı telefon verərək onu telefonu onun bacısı qızına hədiyyə etməyi fikirləşdiyini dediyini, telefonun köhnə olduğunu, onu aça bilmədiyini, başqa batareya alsa da yenə onun işləmədiyini, Asimin verdiyi qızılları satmaq üçün “Cahan” Ticarət Mərkəzinə getdiyini və həmin vaxt Asimin görüşdükləri yerdə gözlədiyini, özünün tək getməsinə səbəb isə Asimlə aralarında rəsmi bir şey olmadığından birlikdə insanların çox olduğu bazarda görünməmək olduğunu, qızılları Cahan Ticarət Mərkəzində yerləşən qızıl mağazalarından birində 1400 manata satdığını, bundan sonra Asimlə görüşüb pulları ona verdiyini, Asimin ona 400 manat borcu olduğu və həmin puldan borcunun qaytardığını, özü “Bir kart”dan istifadə etdiyi üçün oradan götürdüyünü və pulu yerinə qoymaq üçün Asimlə birlikdə “Kapital Banka” gedib və orada ödəniş terminalı vasitəsilə 400 manat pulu onun “Bir kart”ına göndərdiyini, qızılların və telefonunun oğurluq yolu ilə əldə edildiyini polis işçilərindən öyrəndikdən sonra Asimin ona verdiyi 400 manat pulu və hədiyyə verdiyi “Samsung” markalı mobil telefonu polisə təqdim etdiyini, Asimin belə bir hadisə törədəcəyinin ağlına belə gəlmədiyini, Gülanın Zeynəddin kəndində hansı tərəfdə yaşadığını belə bilmədiyini, onun evində olmadığını, Asim Gülan haqqında sualları söz arası verdiyi üçün diqqətini çəkmədiyini, Asimin ona həmin qızılların boşandığı arvadının olduğunu, telefonu isə mağazadan almasını dediyini, hadisə günü Asimi görmədiyini və onunla görüşmədiyini, hazırda təqsirləndirilən şəxslə etdiyi cinayət əməlinə görə münasibətinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Şahid2 verdiyi ifadəsində Babək Rayon Polis İdarəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili işlədiyini Babək Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsindən istintaq olunan cinayət işi üzrə Babək rayonu, Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan yaşayış evindən onun evdə olmadığı, yəni 14 sentyabr 2021ci ildə saat 0900-dan 1730-dək müddətdə naməlum şəxs və ya şəxslərin evə qanunsuz daxil olaraq yataq otağında olan şkafın içindəki seyfə bənzər qutunun içərisində 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, şkafın aşağı cərgədəki gözündən bir ədəd “Samsung” markalı mobil telefonu, 19 manat 50 qəpik pulunun oğurlaması ilə bağlı şəxsin müəyyən edilməsi ilə əlaqədar əməliyyat tapşırığının daxil olduğunu, əməliyyat tapşırığı üzrə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Zərərçəkmiş şəxs evinə qanunsuz olaraq daxil olmuş şəxsin Şahbuz rayonu, Badamlı kənd sakini Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyini, belə ki, onun oğurladığı 1 ədəd qızıl bilərziyi, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü satmaq üçün tanışı Şahid1 verdiyi, sonuncunun isə həmin qızılları Cahan Ticarət Mərkəzində yerləşən mağazada satıcı işləyən X1 müəyyən edildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 verdiyi ifadəsində baş vermiş hadisə ilə bağlı özünün heç nə bilmədiyini 2013cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, onunla 8 il evli qaldıqlarını, bu evlilikdən 2 övladının olduğunu, uşaqlarından Abbasov Şamxalın 2014-cü il təvəllüdlü, Abbasov Elxanın isə 2016-cı il təvəllüdlü olduğunu, Asimlə yola gedə bilmədikləri üçün 2020ci ilin dekabr ayından onunla ayrı yaşadığını, daha sonra isə onunla boşandığını və boşandıqdan sonra Şahbuz rayonu, Badamlı qəsəbəsində övladları ilə birlikdə yaşadıqlarını, 2021-ci ilin mart ayından Şahbuz Rayon Məhkəməsinə boşanma ilə bağlı ərizə verdiyi üçün həmin vaxtdan Asimin uşaqlara aliment verməli olduğunu, lakin Asimin bu müddət ərzində cəmi bir dəfə 150 manat miqdarında aliment ödədiyini, hazırda onunla heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs qızılları Şahid1 satması üçün verdikdə həmin qızılların ona məxsus olması barədə dediklərinin yalan olduğunu, özünün Asimdə heç bir qızıl və digər əşyasının olmadığını, öz qızıllarının altı il bundan öncə satıldığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid qismində dindirilən Şahid4 ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşı olduğunu, Babək rayonu, Zeynəddin kəndində yaşadığını, bacısı Zərərçəkmiş şəxs Culfa rayonu, Milax kəndinə ərə getdiyini, lakin onu əri rəhmətə gedəndən sonra Zeynəddin kəndində onunla qonşuluqda yaşadığını, Gülanın orada evdə tək qaldığını, 14 sentyabr 2021ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində işlədiyi vaxt Gülanın onlara gəlib həyəti suvarmaq üçün su istədiyini, özü həyəti sulayandan sonra suyu verəcəyini ona dediyini, səhəri gün Gülanın ad günü olduğunu və hədiyyə olaraq aldığı köynəyi ona verdiyini, bacısına köynəyi götürüb getdiyini və həmin gün onu görmədiyini, 15 sentyabr 2021-ci il tarixdə Gülanın onun evinə gəldiyini, onun əhvalının pis olmasını hiss etdiyindən nə baş verdiyini soruşduğunu, Gülanın ona "kimsə evə girib oğurluq edib” dediyini, evdən nə oğurlandığını soruşduqda şkafda olan qızıllarının, telefonunun və pul qabında saxladığı 19 manat pulunun oğurlanmasını dediyini, bundan sonra Gülanla birlikdə onun yaşadığı evə getdiyini, evin yataq otağındakı şkafın üstünə olan güldanın alt hissəsinin qırılmasını gördüyünü, şkafdakı seyfə bənzəyən taxta qutunun və pul qabının açılmasını gördüyünü, ailəyə yaxın adamların Gülangilə yığışdıqlarını, oğurluğu qohum və ya qonşudan birinin edə biləcəyini fikirləşdikləri üçün bir müddət gözləməyə qərar verdiklərini, lakin sonradan kəndin icra nümayəndəliyinə məlumat verdiyini, daha sonra polislərin gəlib evə baxdıqlarını, bacısından oğurlanan qızılların şəkillərini götürdüklərini, daha sonra isə bacısının evinə oğurluğa girən şəxsin Asim adlı şəxs olduğunu öyrəndiklərini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Şahid5 ifadəsində çörək sexində işlədiyini, Zeynəddin kəndində yaşadığını, bacısı Zərərçəkmiş şəxs evinin öz evləri ilə qonşuluqda yerləşdiyini, onun həmin evdə tək yaşadığını, 14 sentyabr 2021-ci il tarixdə təqribən saat 1900 radələrində işdən gəldiyini və həmin vaxt bacısı Gülanın onlara gəlib və “evə oğru girib” dediyini, Gülanla birlikdə onun yaşadığı evə getdiyini, Gülanın yaşadığı evin yataq otağında servanta qoyduğu güldanın qırıldığını gördüyünü, güldanı əlinə götürəndə kiminsə güldanın alt hissəsini qırdığını gördüyünü, bu vaxt bacısı Gülanın qızıllarını qoyduğu servantın qapısının açıq olduğunu görüb qızıllarının yerində olmamasını dediyini, Gülana “ola bilər ki, başqa yerə qoyarsan evi axtaraq” deməsini, evdə hər yerə baxdıqlarını, lakin qızılları tapa bilmədiklərini, həmin zaman şkafın digər yerlərinə göz gəzdirərkən Gülanın ona şkafın alt siyirməsinə qoyduğu “Samsung” markalı telefonunun və həmin siyirmənin üst tərəfindəki rəfdə narıncı rəngli oyuncaq qabın içərisinə qoyduğu pulunun da yerində olmadığını dediyini, ona polisə xəbər vermək lazım olduğunu dediyini, Gülanın isə ona bir müddət gözləyək, bəlkə qonşudanqohumdan hansısa uşaq bu hərəkəti edər və peşman olduqdan sonra götürdüklərini gətirib qaytarar dediyini, bundan sonra qardaşı Novruzun gəldiyini və olanları ona danışdıqlarını, heç bir xəbər çıxmadığından polisə məlumat verdiklərini, polis əməkdaşlarının gəlib evə baxış keçirdiklərini, sonra evə oğurluğa girən şəxsin tapıldığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X11 10 yanvar 2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığını, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində işə cəlb edildiyini, hazırda təhsili ilə bağlı Bakı şəhərində olduğundan məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edilməsini, onun iştirakı olmadan məhkəmə baxışını keçirməyi, əvvəlki ifadəsinin nəzərə alınmasını xahiş etmişdi. Məhkəmə, prosesdə iştirak edən şəxslərin fikrini dinləməklə şahid X9 məhkəmə iclasında iştirak etməmə səbəbini üzrlü hesab edərək onun məhkəməyədək icraat zamanı verdiyi izahatları elan və tədqiq etmişdi. Şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində “Cahan” Ticarət Mərkəzindəki qızılzinət əşyalarının satıldığı bölmədə 27 nömrəli mağazada atası Mollayev Nihadla birlikdə qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, 17 sentyabr 2021-ci il tarixdə saat təxminən 1100 radələrində 30-32 yaşlarında bir qadının mağazaya yaxınlaşaraq 1 ədəd qızıl halqa bilərziyi, 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü satmaq istədiyini bildirdiyini, həmin qızıl əşyalara baxdıqdan sonra qızılların təxminən 25 qram olduğunu söylədiyini, həmin şəxsə qızılların satılması üçün şəxsiyyət vəsiqəsinin surətinin tələb olunduğunu dediyini, həmin qadının şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyini, həmin qadını tanımadığını, ilk dəfə gördüyünü, qızılları qadından alarkən yanlarında heç kimin olmadığını, qızılları satan qadının həmin qızılların kimə məxsus olması barədə heç nə demədiyini, bundan sonra qadından qızılları götürüb qarşılığında 14 ədəd yüzlük əskinası formasında 1400 manat pul verdiyini, qadının pulları aldıqdan sonra saydığını və sağollaşaraq getdiyini, 20 sentyabr 2021-ci il tarixdə polis əməkdaşlarının ona yaxınlaşıb aldığı qızılların oğurluq olduğunu bildirdiklərini, həmin qızılları və qızılları ona satan qadının verdiyi şəxsiyyət vəsiqəsinin surətini könüllü olaraq təqdim etdiyini, qızıllara qarşılıq verdiyi 1400 manat pulun ona geri qaytarıldığını qeyd etmişdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama Azərbaycan Respublikası Cinayət Məcəllənin 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibi yaranır. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından Zərərçəkmiş şəxs 17 sentyabr 2021-ci ildə Babək Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Babək rayonu, Zeynəddin kəndində yerləşən evində olmadığı müddətdə, yəni 14 sentyabr 2021-ci ildə saat 0900-dan 1730 radələrində naməlum şəxs və ya şəxslərin onun evinə daxil olaraq yataq otağındakı şkafda saxladığı qutunun içərisindən 1 ədəd qızıl bilərziyin, 1 ədəd qızıl boyunbağın, 1 ədəd qızıl üzüyün, şkafın aşağı cərgədəki gözündən bir ədəd “Samsung” markalı smartfon mobil telefonun, şkafın digər gözündəki oyuncaq qabın içərisindən 17 manat 50 qəpik, tirmonun üzərindəki əl çantasının içərisindən isə 2 manat olmaqla, ümumilikdə 19 manat 50 qəpik pulun gizli olaraq talaması ilə bağlı müraciət etmişdi (iş vərəqə 4). Cinayət işi materiallarında olan Babək Rayon Polis Şöbəsinin 17 sentyabr 2021-ci il tarixli, 5/1717 nömrəli, 20 sentyabr 2021-ci il tarixli, 4/1739 nömrəli məktublarından, o cümlədən əməliyyat tapşırığından və 20 sentyabr 2021-ci il tarixli arayışdan şöbənin icraatında olan ********* nömrəli cinayət işi üzə Babək rayonu, Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə daxil olan şəxsin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilməsi və aparılmış əməliyyat axtarış tədbirlərinin nəticəsi olaraq onun evinə daxil olmuş şəxsin Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsi və onun qızıl-zinət əşyalarını satması üçün Şahid1 verməsi və sonuncunun onları Cahan Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satıldığı 27-ci mağazaya satıcı işləyən X2 müəyyən edilir (iş vərəqə 20 ,21, 43 və 44). Şahidlər X9, Şahid1, həmçinin təqsirləndirilən şəxsin ifadələrində sonuncunun Cahan Ticarət Mərkəzində satması üçün Şahid1 qızıl-zinət əşyalarını verməsi, sonuncunun isə həmin əşyaları 1400 manat müqabilində realizə etməsi aydın olur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq olunan 20 sentyabr 2021-ci il tarixli, 114 qeydiyyat nömrəli götürmə protokolundan istintaq orqanı tərəfindən Şahid1 X3 bir ədəd sarı rəngli metaldan hazırlanmış üzəri naxışlı, çəkisi 9,79 qram olan bilərzik, bir ədəd sarı metaldan hazırlanmış üzərində yaşıl qaşı olan çəkisi 2,77 qram olan üzük, bir ədəd sarı metaldan hazırlanmış üzəri naxışlı, çəkisi isə 14,23 qram olan boyunbağı və qızılları satan qadının təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti X7 götürülməsi aydın olur (iş vərəqə 50). 20 sentyabr 2021-ci il tarixli, 116 qeydiyyat nömrəli götürmə protokolundan təqsirləndirilən şəxs tərəfindən oğurluq nəticəsində ələ keçirdiyi qızılların satılmasından əldə edilən pulun əvvəllər aldığı borc müqabilində Şahid1 geri qaytardığı 400 (dörd yüz) manat məbləğinin və Samsung markalı mobil telefonun istintaq orqanı tərəfindən Şahid1 götürülməsi müəyyən edilir (iş vərəqə 59). 27 sentyabr 2021-ci il tarixli, 130 qeydiyyat nömrəli əşyaların tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən istintaq orqanın şahid X7 götürdüyü əşyaların Zərərçəkmiş şəxs tanınma üçün təqdim etməsi, sonuncunun isə ona təqdim edilmiş əşyalar içərisində özünə məxsus olduğunu bildirdiyi və X7 götürülmüş əşyaları tanıması öz təsdiqini tapır (iş vərəqə 118-121). 17 sentyabr 2021-ci il tarixli, 109 qeydiyyat nömrəli baxış protokolundan, ona əlavə edilmiş foto şəkillərdən, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 oktyabr 2021-ci il tarixli, 134 qeydiyyat nömrəli protokoldan, ona əlavə edilmiş həmin prosessual hərəkətin həyata keçirilməsi zamanı çəkilmiş video görüntülərdən, təqsirləndirilən şəxsin ifadəsindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Babək rayonu, Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə daxil olması öz təsdiqini tapır (iş vərəqə 8-18, 143-144). Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olaraq ona məxsus əşyaları gizli olaraq talamasını təsdiq edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə hazırda şəxsə törədilməsi istinad edilən əməlin cinayət sayılması üçün talanmış əmlakın dəyəri 100 (bir yüz) manatdan artıq olmalıdır. Belə ki, həmin normaya əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən halın yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Yücəl Mollayevin təqdim etdiyi 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1 ədəd üzüyün hansı metaldan hazırlanması, əgər qızıl metalıdırsa hansı əyarlı olmasını müəyyən etmək üçün həmin bəzək əşyaları 20 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və X12 İdarəsinə təqdim edilmiş, həmin İdarənin 21 sentyabr 2021-ci il tarixli 12- 01/11 saylı rəyində 1 (bir) ədəd üzüyün 570 əyarlı qızıl olması, çəkisinin 2.77 qram təşkil etməsi, üzərindəki qaşların adi şüşədən ibarət olması, 1 (bir) ədəd boyunbağının 585 əyarlı qızıl olması, çəkisinin 14.23 qram təşkil etməsi, 1 (bir) ədəd qolbağın 585 əyarlı qızıl olması, çəkisi 9.79 qram təşkil edilməsi qeyd edilmişdi (iş vərəqə 98). Təqsirləndirilən şəxs talama yolu ilə əldə etdiyi 1(bir) ədəd qızıl üzük, 1 (bir) ədəd qızıl boyunbağı, 1 (bir) ədəd qızıl qolbaqdan ibarət qızıl-zinət əşyalarının və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun dəyərini müəyyənləşdirmək üçün ibtidai istintaq orqanı 30 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdi. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2021ci il tarixli 271 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1(bir) ədəd qızıl bilərzik, 1(bir) ədəd qızıl üzük, 1(bir) ədəd qızıl boyunbağıdan ibarət qızıl bəzək əşyalarının orta bazar qiyməti ümumilikdə 2067,46 (iki min altmış yeddi manat, qırx altı qəpik) manat (570 əyarlı, çəkisi 2.77 qram olan qızıl üzüyün dəyəri 193,90 (bir yüz doxsan üç manat, doxsan qəpik) manat, 585 əyarlı, çəkisi 14.23 qram olan qızıl boyunbağın dəyəri 1109,94 (bir min bir yüz doqquz manat, doxsan dörd qəpik) manat, 585 əyarlı, çəkisi 9.79 qram olan qızıl qolbağın dəyəri 763,62 (yeddi yüz altmış üç manat, altmış iki qəpik) manat ) və 01 ədəd “Samsung” markalı mobil telefonun orta bazar qiyməti isə 60 (altmış) manat təşkil edir. Yuxarıda qeyd edilənlərlə iləTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış və nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini mülkiyyət münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, himayəsində iki uşağın, onlardan birinin isə azyaşlı olmasını, uşaqların saxlanılması üçün aliment ödəməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır; -iş vərəqə 141-də olan 06 oktyabr 2021-ci il tarixli, 133 qeydiyyat nömrəli protokoldan, həmçinin zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun evindən götürdüyü 19 (on doqquz) manat 50 (əlli) qəpik miqdarında pulu geri qaytarması ; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X4 24 sentyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması; -Şahbuz Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(090)-58/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Təqsirləndirilən şəxs 06 iyun 2014-cü il və 03 iyun 2016-cı il təvəllüdlü Abbaslı Şamxal və Abbaslı Elxan adlı uşaqlarının olması, onların saxlanılması üçün 05 mart 2021-ci ildən hesablanmaqla hər ay Təqsirləndirilən şəxs bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə iki uşağa görə 180 (bir yüz səksən) manat məbləğində aliment tutulması; - Şahbuz rayonu, Badamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olması aydın olur. Bunlardan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 07 oktyabr 2021-ci il tarixli, 642 nömrəli məktubundan Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmaması müəyyən edilir. Qeyd edilən yüngülləşdirici halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdi. Məhkəmə qeyd edilən normanı, həmçinin Təqsirləndirilən şəxs təyin edilən cəzanın onun himayəsində olan şəxslərə təsirini və cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir və Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib onun həmin cəzaya şərti məhkum edilməklə, barəsində 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olduğundan sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş vərəqə 71-də olan 20 sentyabr 2021-ci il tarixli, 38 qeydiyyat nömrəli protokoldan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 sentyabr 2021-ci il tarixdə saat 1500-da tutulması, iş vərəqə 112-də olan 22 sentyabr 2021ci il tarixli qərardan isə onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi, yəni Təqsirləndirilən şəxs iki gün müddətində tutulması müəyyən edilsə də, “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli, 3 nömrəli qərarının 25-ci bəndinə əsasən, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinin tələbinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Həmçinin həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır Cinayət işi materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evindən götürdüyü və Şahid1 verdiyi “Samsung” Galaxy S3 mini markalı mobil telefon müvafiq protokol tərtib olunaraq istintaq orqanı tərəfindən götürülmüşdü. Həmçinin iş materiallarından Zərərçəkmiş şəxs məxsus olan 570 əyarlı, çəkisi 2.77 qram, dəyəri 193,90 (bir yüz doxsan üç manat, doxsan qəpik) manat olan bir ədəd qızıl üzüyün, 585 əyarlı, çəkisi 14.23 qram, dəyəri 1109,94 (bir min bir yüz doqquz manat, doxsan dörd qəpik) manat olan bir ədəd qızıl boyunbağının, 585 əyarlı, çəkisi 9.79 qram, dəyəri 763,62 (yeddi yüz altmış üç manat, altmış iki qəpik) manat olan bir ədəd qızıl qolbağın saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X13 Respublikası İdarəsinin saxlancına təhvil verilməsi müəyyən edilir. İşin araşdırılmış hallarından aydın olur ki, bir ədəd “Samsung” Galaxy S3 mini markalı mobil telefonun və 570 əyarlı, çəkisi 2.77 qram, dəyəri 193,90 (bir yüz doxsan üç manat, doxsan qəpik) manat olan bir ədəd qızıl üzüyün, 585 əyarlı, çəkisi 14.23 qram, dəyəri 1109,94 (bir min bir yüz doqquz manat, doxsan dörd qəpik) manat olan bir ədəd qızıl boyunbağının, 585 əyarlı, çəkisi 9.79 qram, dəyəri 763,62 (yeddi yüz altmış üç manat, altmış iki qəpik) manat olan bir ədəd qızıl qolbağın qanuni sahibi zərərçəkmiş şəxsdir və buna görə də onlar hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin isə məhkəməyə təqdim etdiyi hesabatda isə onun təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərilməsi müəyyən olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına 60 (altmış) saat göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və məhkəmədə saxlanılan 60 (altmış) manat dəyərində bir ədəd “Samsung” Galaxy S3 mini markalı mobil telefon, Azərbaycan Respublikası Mərkəzi X13 Respublikası İdarəsində saxlanılan 570 əyarlı, çəkisi 2.77 qram, dəyəri 193,90 (bir yüz doxsan üç manat, doxsan qəpik) manat olan bir ədəd qızıl üzük, 585 əyarlı, çəkisi 14.23 qram, dəyəri 1109,94 (bir min bir yüz doqquz manat, doxsan dörd qəpik) manat olan bir ədəd qızıl boyunbağı, 585 əyarlı, çəkisi 9.79 qram, dəyəri 763,62 (yeddi yüz altmış üç manat, altmış iki qəpik) manat olan bir ədəd qızıl qolbaq hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-1/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-1/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver