Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-1/2023 13.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yeniyol kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, orta təhsilli, müvəqqəti işsiz, 14 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Məmmədrza Dizə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında sааt 1130-da açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına 27 dekabr 2022-ci ildə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 2140 radələrində idarə etdiyi “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Babək rayonu, Kültəpə kənd yolundan Məmmədrza Dizə kəndi istiqamətində hərəkətdə olan zaman, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, diqqəti daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırması və avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında və dəqiq yerinə yetirməklə hərəkətin təhlükəsizliyini təmin etməməsi eləcə də, avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürət həddindən yüksək sürətlə (100km/saat) idarə etdiyindən “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq Babək rayonu, Məmmədrza Dizə kənd icra nümayəndəliyinin inzibati binasına təqribən 300 metr məsafədə olarkən idarə etməni itirmiş, avtomobil hərəkət istiqamətində yolun sol tərəfinə çıxaraq əkin sahəsi ilə yolun arasında yerləşən qaz borusuna çırpılaraq aşmış və nəticədə avtomobilin ön sərnişin oturacağında əyləşmiş 1997-ci il təvəllüdlü, Babək rayonu, Məmmədrza Dizə kənd sakini X8 başın sağ alın gicgah nahiyyəsində yara, burnunda yara, sol çiyin qurşağında sıyrıq, qarnında sıyrıq, başın dərialtı yumşaq toxumasına, alın gicgah təpə və ənsə nahiyyəsində geniş həcmdə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərin sınıqları, burun və üz skleti sümüklərinin sınıqları, beyin toxumasının əzilməsi və qansızmasından ibarət ağır dərəcəli xəsarətlər yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Qeyd edilən prosessual normanın tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində qeyd edilən cinayət tərkibini əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Babək rayonu, Məmmədrza Dizə kəndində yaşadığını, xırda alverlə məşğul olduğunu, 10 oktyabr 2022-ci il tarixdə rəsmi olaraq nikaha düşdüyünü, 30 oktyabr 2022-ci il tarixdə toy mərasiminin olacağını, mərhum X11 ilə sinif yoldaşı olduğunu və yaxın dost olduqlarını,10 oktyabr 2022-ci il tarixdə havanın təzə qaralan vaxtı Muradla birlikdə şəxsi işləri ilə bağlı özünə məxsus olan “Mersedes Benz 200” markalı maşın ilə Naxçıvan şəhərinə getdiklərini, işlərini həll etdikdən sonra Naxçıvan şəhərindən çıxıb kəndə tərəf gəldiklərini, özünün avtomobili idarə etdiyini, Muradın isə ön sərnişin oturacağında əyləşdiyini, Məmmədrza Dizə kənd icra nümayəndəliyinin binasına çatmağına təxminən 300-400 metr məsafədə olarkən anidən avtomobilinin qarşısına yolun sol tərəfindən sağ tərəfinə doğru qaçan çaqqalın çıxdığını, çaqqalı vurmamaq üçün avtomobili yolun soluna doğru çəkdiyini, avtomobilin torpaq yola çıxdığını və yolun sol tərəfindəki qaz borusunun üstünə aşdığını, həmin andan sonra avtomobilin necə dayandığını və hara düşdüyünü bilmədiyini, bir anlıq huşunun getdiyini, avtomobilin tərs vəziyyətdə yolun sol hissəsindəki zəmidə olduğunu özünə gəldikdən sonra hiss etdiyini, həmin vaxt səs gəldiyini eşitdiyini, səsindən onun Ramil olduğunu bildiyini, Ramilin onu avtomobildən çıxardığını, Raminə özünün yaxşı olduğunu və Murada baxmasını istədiyini, həmin vaxt maşının içərisinin qaranlıq olduğunu, buna görə də heç nə görə bilmədiyini, Muradı səslədiyini və onun cavab vermədiyini görüb avtomobilin ətrafına işıq saldıqlarını, işıq saldıqdan sonra Muradın baş nahiyyəsinin avtomobilin altında qaldığını gördüyünü, həmin vaxt yanına əlavə Orxan, Bayram və Elşənin də gəldiyini, özünün və onların köməkliyi ilə avtomobili qaldırdıqlarını, avtomobili qaldırdıqdan sonra Raminin Muradı avtomobilin altından çıxardığını, həmin vaxt kiminsə təcili yardıma zəng etdiyini, lakin onun gec gələcəyini düşündüklərindən özlərinin Muradı xəstəxanaya aparmağı qərarlaşdırdıqlarını, köməkləşərək Muradı yolun kənarında dayanmış qara rəngli bir avtomobilin arxa oturacağına mindirdiklərini, özünün də həmin avtomobilin arxa sərnişin oturacağında əyləşdib Muradın baş nahiyyəsini dizində saxladığını, Muradın baş nahiyyəsindən qan axdığını, həmin avtomobili idarə edən şəxsin kim olduğunu tanımadığını, Zeynəddin kəndin olanda təcili yardıma yenidən zəng edildiyini, lakin, Yarımca kəndində təcili yardım avtomobili ilə qarşılaşdıqlarını, həmin avtomobili saxlayıb Muradı təcili yardım avtomobilinə mindirdiklərini, özünün də təcili yardım maşınına minib Naxçıvan Şəhər Xəstəxanasına getdiklərini, xəstəxanaya çatdıqda özünün də ağrıları olduğu üçün təcili tardım şöbəsinə getdiyini və orada ona tibbi yardım göstərildiyini, Muradı xəstəxanada təcili yardım şöbəsində gördüyünü və həmin vaxt onun öldüyünü bilmədiyini, xəstəxanada ona Muradı əməliyyat etdiklərini və reanimasiyada olduğunu dediklərini, Muradın ölməsini hadisənin səhəri günü öyrəndiyini, qəza baş verən zaman avtomobili təxminən 100 km/saat sürətlə idarə etdiyini, yolun quru olduğunu, özünün isə yorğun və yuxusuz olmadığını, hərəkət etdiyi yolda qəza zamanı əlavə bir maneənin olmadığını, hadisə zamanı idarə etdiyi avtomobilin işıq cihazlarının yaxını görmə rejimində olduğunu, mərhumla həm sinif yoldaşı, həm də dost olduğunu,özünün bir dost itirdiyini, yeddi aydır ki, maşın sürdüyünü, bu müddət ərzində elə də sürətli maşın idarə etmədiyini, Muradın bütün yaxınlarından üzr istədiyini, özünün bağışlanmasını istədiyini, qohumlarının zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışdığını, lakin alınmadığını, özünü də onun yerində olsa eyni addım atacağını, bu səbəbdən də veriləcək cəzaya razı olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, özünü tam təqsirli bildiyini, cavanlığını, ailə vəziyyətini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq həbslə bağlı olmayan cəznın təyin edilməsini məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. X7 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahidlər Şahid2, Şahid4, Şahid6, Şahid5, Şahid3, Şahid1, Şahid7, və nun ifadələri ilə öz təsdiqini tapır. Belə ki, hadisə baş verən zaman oraya ilk gələnlərdən və hadisənin baş vermə anını uzaqdan görənlərdən biri şahid olan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində Babək rayonu, Məmmədrza Dizə kəndində yaşadığını, hadisə baş verən gün təqribən axşam saat 9-10 radələrində Orxana məxsus avtomobil ilə Orxanla birlikdə yaşadığı Məmmədrza Dizə kəndinə getdiklərini, Məmmədrza Dizə kənd icra nümayəndəliyinə təxminən 150 metr məsafədə olarkən anidən arxa tərəfdən səsinin gəldiyini eşitdiyini və avtomobilin içərisində arxaya tərəf dönüb yola baxdıqda avtomobil işığının yolun soluna tərəf getdiyini gördüyünü, işıq gələn yerlə aralarında təxminən 200 metr məsafə olduğunu, həmin vaxt tormoz səsi eşitdiyini, dönüb arxaya baxdıqda bir avtomobil işığının zəmi istiqamətinə getməsini gördüyünü, avtomobilin yoldan çıxaraq aşmağını görə bilmədiyini, arxaya dönüb baxanda həmin avtomobildən başqa heç bir avtomobil və ya hər hansı bir maneə görmədiyini, tez Orxana “avtomobili saxla” dediyini, avtomobildən yerə düşüb qaça-qaça arxaya tərəf yəni, işıq gələn tərəfə getdiyini, həmin yerə Elşən adlı şəxslə demək olar ki, eyni vaxtda çatdığını, ora çatanda yolun sol tərəfində qaz trubasının yanında torpaq sahədə avtomobilin aşaraq damı üstündə durduğunu, İsmayılın maşının eşiyində və həmin avtomobilin altında qalan bir nəfərin olduğunu gördüyünü, orada həmkəndlisi Təqsirləndirilən şəxs avtomobilinin altında qalan şəxsin yanında dayanıb “Murad” deyə çığırdığını eşitdiyini, avtomobilin altında qalan şəxsin qarın nahiyyəsindən yuxarı hissəsinin avtomobilin altında qaldığı üçün onun kim olduğunu tanıya bilmədiyini və İsmayıldan onun kim olduğunu soruşduğunu, İsmayılın “Sahib əminin oğlu Muraddır” dediyini, daha sonra Orxanın da hadisənin baş verdiyi yerə çatdığını, lakin Orxanın hadisənin şokunda olduğu üçün kənarda dayandığını, İsmayıl, Elşən, özü və Orxnın köməkləşib avtomobili qaldırıb Muradı avtomobilin altından çıxarmağa çalışdıqlarını, köməkləşərək avtomobili qaldırdıqlarını və hadisə yerindəkilərdən birinin, sonradan adını öyrəndiyi Ramilin Muradı avtomobilin altından kənara çəkdiyini, həmin vaxt Muradın huşsuz vəziyyətdə olduğunu və üz və qulaq nahiyyəsindən qan gəldiyini, Muradı avtomobilin altından çıxardıqdan sonra təcili yardıma zəng etdiklərini, hadisə baş verən yerə xeyli adam toplaşdığını, təcili yardım avtomobilinin gecikəcəyini fikirləşib Muradı hadisə yerində olan qara rəngli avtomobilin arxa oturacağına uzatdıqlarını və İsmayılın da həmin avtomobilin arxa oturacağında oturub Muradı dizlərinin üstünə aldıqdan sonra onları Naxçıvan şəhərinə xəstəxanaya yola saldıqlarını, xəsarət alan şəxsləri xəstəxanaya yola saldıqdan və evə gedib yuyunduqdan sonra Naxçıvan şəhərindəki xəstəxanaya getdiyini və orada bir qədər gözlədikdən sonra Muradın ölməsini eşitdiyini bildirmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində Babək rayonu, Məzrə kəndində yaşadığını, hadisə baş verən günü təxminən axşam saat 10 radələrində özünə məxsus “VAZ 21064” markalı avtomobildə Məmmədrza Dizə kənd sakini Bayram adlı dostu ilə Məmmədrza Dizə kəndi istiqamətində getdiklərini, Məmmədrza Dizə kənd icra nümayəndəliyinin inzibati binasına çatmaqlarına çox az bir məsafə qalmış arxadan əvvəlcə uğultu, sonra isə tappıltı səsi eşitdiklərini, həmin vaxt Bayramın “avtomobili saxla yəqin ki, qəza oldu” dediyini, avtomobili saxladığını və Bayramın ondan tez avtomobildən düşərək səs gələn tərəfə qaçdığını, özünün də avtomobildən düşərək iti addımlarla Bayramın arxasınca səs gələn tərəfə getdiyini, ora çatanda Elşəni orada gördüyünü, “Mersedes” markalı avtomobilin aşaraq tərs vəziyyətdə zəmiyə düşməsini və həmin avtomobilin yanında Bayramdan əlavə iki nəfər başqa adamın kömək üçün uca səslə qışqırdıqlarını gördüyünü, özünü bir az narahat hiss etdiyi üçün əvvəlcə yaxına gedə bilmədiyini, sonra Bayramın onu çağırıb avtobilin altında bir nəfər qaldığını dediyini, avtomobilin altında qalan şəxsi görməsə də, Bayramgilə avtomobili qaldırmaqda kömək etdiyini, maşını özü, Elşənin və Bayramın qaldırdığını, İsmayılı isə durduğu yerlə bağlı olaraq görə bilmədiyini, Fəxoşun oğlu kimi tanıdığı şəxsin bir nəfər tanımadığı avtomobilin altından şəxsi çıxardığını, maşını yerə endirəndə Elşənin onlara maşını ayağının üstünə qoyduqlarını dediyini, maşını yenidən qaldırdıqllarını, hadisə baş verən yerə xeyli adamın toplaşdığını, hadisə yerinə toplaşan şəxslərin avtomobilin altında qalan şəxsi köməklik edib bir avtomobilə uzadıb xəstəxanaya yola saldıqlarını, avtomobilin altında qalan şəxsin Məmmədrza Dizə kənd sakini Sahibin oğlu Murad olduğunu xəstəxanada eşitdiyini, Sahiblə münasibəti olduğu üçün hadisə yerində bir qədər gözlədikdən sonra Bayramla birlikdə avtomobilinə minib Naxçıvan şəhərinə xəstəxanasına getdiklərini, xəstəxanada bir qədər gözlədikdən sonra Muradın ölməsini eşitdiyini, hadisə zamanı özünün maşının 60 km/saatla idarə etdiyini, yolun boş və aydın olduğunu, hadisə zamanı tormoz səsi eşitmədiyini, tappıltı eşitdiyini bildirmişdir. Şahid6 ifadəsində ibtidai istinaq zamanı qeyd etdiklərini bildirməklə yanaşı, hadisə yerinə çatanda Ramilin onun maşınında olduğunu, özü maşınına yer tapıb saxlayanadək Ramilin maşından düşüb qəza olan yerə getdiyini, özü ora çatanda İsmayılı maşının içində, yox eşiyində gördüyünü, Bayram, İsmayıl, özü və Orxanla birlikdə maşını qaldırdıqlarını Ramilin isə maşnın altında qalan adamı çıxardığını, daha sonra Mahirin maşını ilə İsmayıl və mərhumu xəstəxanaya yola saldıqlarını, özü isə hadisə ilə bağlı qorxduğu üçün evə getmək qərarına gəldiyini, lakin yolun yarısında fikrini dəyişib xəstəxanaya getdiyini, təqribən saat 23dək orada olduğunu, sonra isə evə qayıtdığını bildirmişdi. Şahid5 ifadəsində hadisə günü postları yoxlamaq üçün xidmətdə olduğunu, bu zaman ona yol-nəqliyyat hadisəsi barədə məlumat verildiyini, özünün həmin vaxt hadisə yerinə yaxın olduğunu, hadisə yerinə gələndə orada çoxlu adam gördüyünü, hadisənin Babək rayonu, Məmmədrza Dizə kənd məktəbindən təqribən 300-400 metr aralı məsafədə baş verdiyini, həm hadisə törədənlə, həm də mərhumla özünün qohumluq əlaqələri olduğunu, bu səbəbdən də qohumlarının da ona zəng edib hadisəni dediyini, hadisə yerinə çatanda İsmayıl və Muradın orada olmadığını, yəni onların xəstəxanaya yola salındığını, bundan sonra özünün xəstəxanaya getdiyini, xəstəxanaya təcili tibbi yardım maşınından tez çatdığını, təcili tibbi yardım maşını gələndən sonra İsmayıl və onun əmisi oğlu Vüqarın onun maşından endirdiklərini gördüyünü, bundan sonra məhrumu əvvəlcə reanimasiya şöbəsinə, daha sonra isə arxa qapıdan morqa apardıqlarını, mərhumun atasına ölüm xəbərini özünün verdiyini qeyd etmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Məmmədrza Dizə kəndində yaşadığını, 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 2130 radələrində həmkəndlisi və qonşusu İsmayılgildə olduğunu, həmin zaman Məmmədrza Dizə kənd orta məktəbi tərəfdən tormoz səsinə bənzər səs eşitdiklərini, bundan sonra iki dəfə tappıltı səsinin gəldiyini, həmin zaman İsmayılgildə olan adını bilmədiyi qonağın avtomobilinə əyləşib Məmmədrza Dizə kənd tam orta məktəbinə tərəf getdiklərini, məktəbin yanına çatdıqları zaman məktəbdən təxminən 300 metr irəlidə yolun sağ tərəfində əkin sahəsində avtomobil işığını görüb həmin istiqamətdə getdiklərini, həmin yerə çatanda yolun sol tərəfində əkin sahəsində qaz trubasının yanında avtomobilin çevrilərək damı üstündə durmasını gördüyünü, faralarının isə asfalt yola tərəf olduğunu,həmin vaxt avtomobilin yanında yerdə bir nəfərin huşsuz vəziyyətdə uzandığını gördüyünü, onun gözlərinin bağlı olduğunu, dərindən səs və ya xırıltı gəldiyini, həmin şəxsin tanıya bilmədiyini, hadisə yerində olanlardan kimsə avtomobilin İsmayıla məxsus olduğunu dediyini və həmin zaman yerdə huşsuz vəziyyətdə uzanan şəxsin İsmayıl olduğunu zənn etdiyini, sonra yerdə huşsuz vəziyyətdə uzanan həmin şəxsi hadisə yerində olan adamların, həmçinin özü və İsmayılın köməyi ilə Mahirin maşının arxa sərnişin oturacağına uzatdıqlarını, İsmayılın həmin avtomobilin arxa sərnişin oturacağına oturub Naxçıvan şəhərinə xəstəxanaya getdiyini, İsmayılgil xəstəxanaya getdikdən sonra yerdə huşsuz vəziyyətdə uzanmış şəxsin Murad olduğunu hadisə yerində olan şəxslərdən eşitdiyini, sonra Muradın atası Sahibin mobil telefonuna zəng edib Muradın kəndin girişində İsmayılın avtomobilində qəzaya düşməsini dediyini, Sahib ondan ciddi bir şeyin olub-olmadığını soruşduqda narahat olmaması üçün Sahibə ciddi bir şeyin olmadığını, Muradın baş nahiyyəsinin yüngülvari yaralandığını və xəstəxanaya getdiklərini bildirdiyini, sonra İsmayılın atası Yavərin mobil telefonuna zəng edib İsmayılın kəndin girişində avtomobillə qəza törətməsini dediyini, ancaq narahat olmaması üçün İsmayılın heç bir xəsarətinin olmadığını, ona zəng etməsini istədiyini qeyd etmişdi. Şahid7 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Qaraqala kəndində yaşadığını, hadisə baş verən günü havanın təzə qaraldığı bir vaxtda özünə məxsus qara rəngli, “Azsamand” markalı, **-BH-*** markalı avtomobili ilə Məmmədrza Dizə kənd icra nümayəndəliyinin inzibati binasını keçib bir qədər irəli getdiyi vaxt yolun kənarında bir neçə şəxsin olduğunu və yolda bir neçə avtomobilin dayandığını görüb avtomobili saxlayıb yerə düşmək istədiyini, elə həmin vaxt bir neçə şəxsin köməkləşərək yaralı vəziyyətdə olan bir nəfəri yola tərəf çıxarırdıqlarını, həmin vaxt avtomobilini Naxçıvan şəhəri istiqamətində saxladığını, xəsarət almış şəxsi gətirənlərin təcili yardım avtomobili gecikdiyi üçün həmin şəxsi avtomobili ilə Naxçıxan Şəhər Xəstəxanasına aparmağını xahiş etdiklərini, onlarla dərhal razılaşıb avtomobilinin arxa qapısını açdığını, xəsarət almış şəxsi özünün avtomobilinə uzatdıqlarını, xəsarət almış şəxsi avtomobilinə uzatdıqlarını və onun yanında İsmayılın oturduğunu, dərhal avtomobili işə salıb Naxçıvan şəhəri istiqamətində sürdüyünü, yolda olarkən təcili yardıma zəng etdiyini və oradan “təcili yardım avtomobilinin çıxıb hadisə yerinə gəldiyini” bildirdiklərini, xəsarət almış şəxsi bacardığı qədər tez xəstəxanaya çatdırmaq istədiyini, yolda olan zaman İsmayılın da onu mərhumu xəstəxanaya tez çatdırması üçün tələdirdiyini, Yarımca kəndinə çatanda təcili yardım avtomobilinin sayrışan işıqlarını gördüyünü və işıq siqnalları vasitəsilə onu saxladıb xəsarət almış şəxsi təcili yardım avtomobilinə mindirdiklərini, həmin vaxt İsmayılın da qəzaya düşən avtomobilin sürücüsü olduğunu, qəza nəticəsində özünün də xəsarət aldığını və təcili yardım avtomobili ilə xəstəxanaya getmək istədiyini bildirdiyini, xəsarət almış şəxsi təcili yardım avtomobilinə mindirdikdən sonra yaşadığı Qaraqala kəndinə qayıtdığını, qəza zamanı xəsarət almış şəxsin öldüyünü səhəri gün öyrəndiyini, xəsarət almış şəxsin kim olduğunu bilmədiyini, həmin şəxsi avtomobilə mindirdikləri vaxt Sahibin oğlu Murad olduğunu dediklərini, yaralını avtomobilə mindirilən zaman huşsuz vəziyyətdə olduğunu, onun danışmadığını, ondan xırıltı səsi gəldiyini bildirmişdir. Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdi. Məhkəmə, prosesdə iştirak edən şəxslərin fikrini dinləməklə yuxarıda qeyd edilən şahidin məhkəmə iclasında iştirak etməmə səbəbini üzürlü hesab edərək onun məhkəməyədək icraat zamanı verdiyi izahatını elan və tədqiq etmişdi. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində 2 ildən bir az artıq olar ki, N nömrəli hərbi hissənin qərargah təchizat bölüyündə sürücü vəzifəsində işlədiyini, MAHHXHQ kimi əsgər hərbi rütbəsində xidmət etdiyini, Babək rayonu, Məmmədrza Dizə kəndində yaşadığını, 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 21:45 radələrində Naxçıvan şəhərindən markasını bilmədiyi yol avtomobili ilə yaşadığı Məmmədrza Dizə kəndinə qayıtdığını, Məmmədrza Dizə kənd tam orta məktəbin yanına çatmaqlarına təxminən 250 metr məsafədə, yolun sol tərəfində yerləşən əkin sahəsində avtomobil işığını görüb avtomobili idərə edən şəxsə avtomobilin saxlamasını bildirdiyini, həmin zaman onlardan əlavə yolun kənarında iki avtomobil olduğunu, avtomobildən yerə düşüb tez həmin tərəfə qaçdığını, hadisə yerinə çatanda avtomobilin çevrilərək damı üstündə durduğunu gördüyünü, həmin avtomobilin nömrə və markasından həmkəndlisi İsmayıla məxsus olmasını tanıdığını, avtomobilin içərisindən “kömək edin” səsi eşidib tez avtomobilin qapısını açmaq istədiyini, avtomobilin qapısının əzildiyi üçün çətinliklə qapını açıb İsmayılın avtomobildən düşməsinə köməklik etdiyini, həmin vaxt hadisə yerinə əlavə adamların da gəldiyini, qaranlıq olduğu üçün həmin şəxslərin kim olduğuna fikir verə bilmədiyini, İsmayılın avtomobildən yerə düşdükdən sonra “mən yaxşıyam, kömək edin Muradı çıxaraq” dediyini, Muradın sinədən yuxarı hissəsinin avtomobilin altında qaldığını, hadisə yerində olan adamların köməkləşib avtomobili qaldırdığını və o, Muradın ayaqlarından yapışıb onu avtomobilin altından kənara çəkdiyini, Muradın avtomobilin altından çıxarılarkən huşsuz vəziyyətdə xırıldadığını və ağız nahiyyəsindən qan gəldiyini, həmin zaman hadisə yerində olanlardan birinin Muradın nəbzini yoxladığını və nəbzinin döyündüyünü dediyini, təcili yardım avtomobilinin gecikəcəyini düşündükləri üçün yerdə huşsuz vəziyyətdə uzanan Muradı hadisə yerində olan adamların köməyi ilə yolun kənarında dayanmış qara rəngli avtomobilin arxa sərnişin oturacağına uzatdıqlarını, İsmayılın da Muradın olduğu avtomobilə əyləşdiyini və Naxçıvan şəhərinə xəstəxanaya getdiklərini, hadisənin təsirindən narahat olduğu üçün özünü pis hiss etdiyini, daha sonra orada olan tanımadığı bir avtomobil ilə Naxçıvan şəhərindəki xəstəxanaya getdiyini və orada bir qədər gözlədikdən sonra Muradın öldüyünü eşitdiyini bildirmişdir. Elan edilmiş şahid ifadəsinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda ifadələri qeyd edilən şahidin baş vermiş hadisə ilə bağlı ifadələrində qeyd etdiyi xüsusatlar hadisə yerində olan və məhkəmə iclasında dindirilmiş digər şahid ifadələri ilə də üst-üstə düşür. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi X9 ifadəsində 10 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən Bağırov Muradın atası olduğunu, təqsirləndirilən şəxsin isə özünün bacısının qaynı oğlu olduğunu, 10 oktyabr 2022-ci il tarixdə yaşadığı Məmmədrza Dizə kəndində bacısıgilin evində olduğunu, bu zaman bacısının nəsə səs gəldiyini ona dediyini, özünün isə əslində hər hansı bir səs eşitmədiyini, bir az sonra həmkəndlisi Şahid3 onun mobil telefonuna zəng vurub İsmayılın idarə etdiyi avtomobilin aşırdığını və qəza nəticəsində Muradın burnubaşı qırıldığını dediyini, dərhal bacısıgildən yaşadığı evə qayıdıb paltarını dəyişərək pul götürüb evdən çıxdığını, öz avtomobili ilə Naxçıvan şəhərinə gedərkən Kültəpə kəndi ərazisində asfalt yolda xeyli adamın yığışdığını gördüyünü, həmin yerdə avtomobildən düşüb yolun kənarındakı zəmidə İsmayılın avtomobilinin aşaraq tərs vəziyyətdə durduğunu gördüyünü, çox ağır qəza olduğunu həmin vaxt bildiyini, ona görə də vaxt itirmədən Naxçıvan şəhərindəki mərkəzi xəstəxanaya getdiyini, xəstəxanada Muradın təcili yardım şöbəsində olduğunu öyrəndiyini və onu içəri buraxmadıqlarını, qapıdan Muradın hərəkətsiz vəziyyətdə uzandığını, alın və bədən nahiyyəsində tikiş vurulduğunu gördüyünü, onun əməliyyat stolunda otrada qaldığını gördüyünü, bu zaman həkimdən onun niyə ortada qaldığını, gedəsi olduğunu sonuşduğunu, həkimin isə ona “hə” cavabdını verdiyini, bundan sonra Muradı xərəkdə harasa apadıqlarını gördüyünü, kiminsə onu Muradı reanimasiya şöbəsinə aparıldığını dediyini, daha sonra polislərin moqun qapısına yığışdığını gördüyünü, polis əməkdaşlarından nə baş verdiyini soruşduqda Cavad adlı polis əməkdaşının ona “başın sağ olsun, Murad rəhmətə gedib” dediyini, həmin vaxtdan sonra morqun qarşısında gözlədiyini, meyit onlara təhvil verildikdən sonra dəfn işləri ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs barəsində şikayəti olduğunu, bu günədək nə İsmayılın, nə də onun yaxınlarının üzürxahlıq üçün onun qapısına gəlmədiyini, əksinə təqsirləndirilən şəxsi ondan gizlətdiklərini, əgər özünün İsmayıla nəsə etmək niyyəti olsa idi, elə xəstəxanada bunu edəcəyini, özünün yola çaqqal çıxması nəticəsində hadisənin baş verməsini düşünmədiyini, hadisənin baş vermə səbəbinin yüksək sürət olduğunu, İsmayıldan gəlib ona bunu etiraf etməsini gözlədiyini, lakin onun nə bunu etdiyini, nə də bir dost kimi Muradın qəbri üstünə getdiyini, oğlu ilə İsmayılın dost olduğunu, həmişə birlikdə vaxt keçirdiyini, lakin bu gün olanlardan sonra İsmayılın Muradın əsl dostu olmadığını gördüyünü, oğlu Muradın toyundan dörd ay sonra öldüyünü, həyətindən toyun əşyaları yığışdırılmamış yas əşyalarının həyətə yığıldığını, əgər İsmayılın bu günədək gəlib ona qarşı vicdanı hərəkət etsə idi onu, bağışlayacağını, heç işin də gəlib bu yerə çatmayacağını bildirmişdir. İş vərəqə 08-15-də olan hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş sxem və fotoşəkilərdən istintaq orqanının hadisə baş verən gün, yəni 10 oktyabr 2022-ci ildə hadisə yerinə baxış keçirməsi, baxış zamanı “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Babək rayonu, Kültəpə kəndindən Məmmədrza Dizə kəndi istiqamətində olan yolun sol tərəfində Babək rayonu, Məmmədrza Dizə kənd icra nümayəndəliyinin inzibati binasına 300 metr məsafədə damı ütünə aşması müəyyən edilir. Məhkəməyə təqdim edilmiş BD seriyalı, 209013 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən “Mersedes Benz 200 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs mülkiyyətində olması aydın olur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs X7 ölümü arasında səbəbli əlaqənin mövcudluğu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 10 oktyabr 2022-ci il tarixli, 50 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan mərhum X7 ölüm səbəbini, bədənində və ya bədən səthində xəsarət və ya xəsarət izlərinin olub-olmamasını, əgər varsa onların ağırlıq dərəcəsini, müddətini, xarakterini, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlib-gəlmədiklərini müəyyən etmək məqsədilə istintaq orqanı 10 oktyabr 2022-ci il tarixli qərarla “Məhkəmə-tibbi ekspertizası” təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 10 oktyabr 2022-ci il tarixli, 50 nömrəli ekspert rəyində X7 meyitində başın sağ alın gicgah nahiyyəsində yara, burnunda yara, sol çiyin qurşağında sıyrıq, qarnında sıyrıq, başın dərialtı yumşaq toxumasına, alın, gicgah, təpə və ənsə nahiyyəsində geniş həcmdə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, burun və üz skleti sümüklərinin sınıqları, beyin toxumasının əzilməsi və qansızması xəsarətlərinin olması və həmin xəsarətlərin həyati olub hər hansı bir güclü küt alətin, eləcə də, avtomobil qəzası nəticəsində əmələ gələ biləcəyi, xəsarətlərin yetirilmə müddətinin qərardə göstərilən tarixə uyğun gəlməsi və xəsarətlərin dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan canlı şəxslərdə ağır dərəcəli bədən xəsarətlərinə aid olub onun ölümü ilə nəticələnməsinə səbəb olduğu, həmçinin X7 avtoqəza nəticəsində almış olduğu baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərin sınığı xəsarətlərinin onun ölümünə səbəb olması qeyd edilmişdi (iş vərəqə 21-22, 50-56) Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 306 saylı rəyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 17 oktyar 2022-ci il tarixli, 9/2404 nömrəli məktubu ilə öz həlli tapır (iş vərəqə 63-64). Bununla bağlı məhkəmə ilkin olaraq bildirir ki, “X12” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 43-cü bəndində əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. İş materiallarında olan istintaqla əlaqədar həqiqətin müəyyən edilməsi, «Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində “X12” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluğun olub-olmamasını və baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq 24 oktyabr 2022-ci il tarixli qərarla “Yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizası” təyin edilmiş (iş vərəqə 43-46) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 306 saylı rəyində “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. “X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə isə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bundan başqa ekspert rəyində qeyd etmişdi ki, sürücü Təqsirləndirilən şəxs “Mersedes Benz 200” markalı avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürət həddindən yüksək sürətlə (100km/saat) idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 17 oktyar 2022-ci il tarixli, 9/2404 nömrəli məktubunda qeyd edilir ki, hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin sürətini tənzimləyən yol nişanı mövcud deyil, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi yaşayış məntəqəsindən kənarda olduğu üçün “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən sürət həddi 90 km/saatdan çox olmamalıdır. Beləliklə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bunun X7 ölümü ilə nəticələnməsi, onun törətdiyi əmələ görə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqin tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs törətdiyi əmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxs əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, eləcə də iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, istintaqla əlaqədar hadisə zamanı “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş olubolmamasını təyin etmək məqsədilə müayinə edilmiş, X13 Mərkəzi Publik hüquqi şəxsin 10 oktyabr 2022-ci il tarixli, 370 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” tibbi müayinə aktında təqsirləndirilən şəxsin alkoqol qəbul etməsi əlamətlərinin mövcud olmaması göstərilmişdir (iş vərəqə 20). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 1/1084 nömrəli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin tekniki baxışdan keçmiş və ona 11 aprel 2022-ci ildən 11 aprel 2023-cü il tarixədək MF 13073611 nömrəli elektron talon verilmişdi (iş vərəqə 49) . Bundan başqa iş mayeriallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 12 oktyabr 2022-ci il tarixli, 68 qeydiyyat nömrəli protokoldan Təqsirləndirilən şəxs məxsus olan “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə həmin tarixdə baxış keçirilməsi müəyyən edilir. Baxış zamanı nəqliyyat vasitəsinin ön alın şüşəsi çatlayaraq yararsız vəziyyətə düşməsi, ön işıqları və arxa sağ işığın qırılması, ön buferin avtomobilin üzərindən düşməsi, sol tərəf aynasının qırılması, sağ tərəf aynasının avtomobilin üzərindən qoparaq düşməsi, ön kapotu və dam hissəsinin əzilərək yararsız vəziyyətə düşməsi, arxa buferin sağ və sol hissəsinin nəqliyyat vasitəsindən qopması, sağ, sol ön qapıların əzilməsi və şüşələrinin qırılması, arxa şüşəsinin qırılması, ön sağ, sol və arxa kırlosu əzilərək yararsız hala düşməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, o, əməli təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət işində olan Babək Rayon İcra Hakimiyyətinin Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə onun şəxsiyyətini xarakterizə hal kimi bunu nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi müəyyən edilmişdir ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün başqa avtomobillə xəstəxanaya göndərilməsində fəallıq göstərməsini, bununla bağlı zərərçəkmiş şəxsin avtomobilə daşınmasında bilavasitə kömək etməsini, onun yeni ailə qurmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, həmçinin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndir. Bu faktlar məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələri və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 tələbnaməsi ilə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 05 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X4 müvafiq tələbnamə göndərilmiş və 11 noyabr 2022-ci ildə alınmış cavabda təqsirləndirilən şəxsin məhkumluğunun olmaması qeyd edilmişdi (iş vərəqə 93-94). Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd edilən hüquq normasının tələbini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 14 noyabr 2022-ci ildə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı və cəzanın icrası müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələbinə görə müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında imperativ norma kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü təsbit edilmişdi. Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İşin məhkəmədə araşdırılmış hallarından görünür ki, cinayət hadisəsinin baş verməsinə səbəblərindən biri təqsirəndirilən şəxsin nəqliyyat vasitəsini yüksək surətlə idarə etməsi olub. Həmçinin o, məhkəmədə verdiyi ifadəsində 7 aydır nəqliyyat vasitəsini idarə etdiyi bildirir. Kifayət qədər sürücülük təcrübəsi olmadığı halda onun gecə vaxtı, yəni görünüş məsafəsinin azaldığı dövrdə nəqliyyat vasitəsini yüksək surətlə idarə etməsini məhkəmə ətrafda olanlar üçün təhlükəli hesab edir. Bunlardan biri də hazırda onun törətdiyi əməldir ki, ağır nəticə ilə yekunlaşıb. Bu səbəbdən də məhkəmə cinayət qanunvericiliyində göstərilən cəzanın təyin olunma məqsədini, həmçinin işin hallarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərini nəzərə almaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından aydın olur ki, cinayət hadisəsinin izlərini üzərində saxladığından və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili sübut hesab edilərək, Babək Rayon Polis İdarəsinin dayanacağında saxlanılır. Həmçinin iş materiallarından o da aydın olur ki, təqsirləndirilən şəxsin idarə etdiyi “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hazırda Təqsirləndirilən şəxs mülikiyyətindədir və buna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə “Mersedes Benz 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin tələbinə görə ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuşdu. Müdafiəçinin isə məhkəməyə təqdim etdiyi hesabatda isə onun təqsirləndirilən şəxsə 40 saat hüquqi yardım göstərilməsi müəyyən olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməli olduğundan, dövlət büdcəsi hesabına 240 (iki yüz qırx) manat məbləğində haqq Naxçıvan Şəhər Hüquq Məsləhtxanasının vəkili Müdafiəçi ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına 40 (qırx) saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhtxanasının vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Babək Rayon Polis İdarəsinin dayanacağında saxlanılan “Mercedes Benz 200” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs sahibliyinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-1/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-1/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver