Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-1/2024 12.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Müdafiəçi1, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Naxçıvan rayonu, Nəzərabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxx 1975-ci ildə Naxçıvan rayonu, Didivar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, 2 uşaq atası, əvvələr məhkum olunmamış, Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında sааt 1535-də baxaraq mü ə y y ə n e t d i : Babək Rayon Məhkəməsinin icraatına “11” avqust 2023-cü ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Babək Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2017-ci il tarixli, 45 nömrəli sərəncamı ilə Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6, 5.1.8 və 5.1.9-cu bəndlərinə əsasən ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməli, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmalı, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməli, onların ərizə, şikayət və təkliflərinə baxmalı, lazımi tədbirlər görməli və nəticəsi barədə vətəndaşlara məlumat verməli, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icra nümayəndəsi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 31 iyul 2018-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində yaşamış mərhum Zeynalova (Hüseynova) Xanım Hüseyn qızı ona müraciət edərək keçmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə ona, mərhum əri Zeynalov Vəkil Şəveş oğluna, övladları Zeynalova Hürü Vəkil qızına və Zeynalova Tovuz Vəkil qızına verilmiş Nəzərabad kəndində 3 yerdən ibarət 0,36 ha (hektar), 0,26 ha və 0,13 ha olmaqla cəmi 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı pay torpağını sataraq gəlir əldə etmək məqsədilə öz mülkiyyətinə keçirmək üçün yalnız özünün və övladlarının adlarının qeyd olunduğu vərəsəlik haqqında arayış istədikdə mərhum Zeynalov Vəkil Şəveş oğlunun birinci arvadı olmuş mərhum X1 olan övladları Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri olmalarını bilməsinə, həmin şəxslər barədə məlumatların Nəzərabad kənd inzibati ərazi dairəsinin 1969-1971 və 1991-1995-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında qeyd olunmasına, eləcə də vətəndaşların müraciətləri əsasında vərəsəlik haqqında arayış verərkən arayışın düzgünlüyü və tamlığını təmin etmək məqsədilə həmin inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına uçot kitablarına uyğun olaraq şəxsin ailə üzvlərinin kim olmalarını və həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra vərəsəlik haqqında düzgün və tam arayış tərtib etməli olmasına baxmayaraq Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs2 ilə razılaşdırmaqla özlərinə nisbətdə üçüncü şəxs olan X9 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun adlarını göstərməməklə 31 iyul 2018-ci il tarixli, 247 nömrəli vərəsəlik haqqında arayış tərtib edərək X5 təqdim etmişdir. Sonuncu həmin arayış əsasında Babək rayonu notariat kontorundan 13 avqust 2018-ci il tarixli, 2V-17 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi mərhum Zeynalov Vəkil Şəveş oğlundan X5 verilmiş, sonuncunun 13 avqust 2018-ci il tarixli ərizəsi əsasında 0,75 ha pay torpağının 0,36 ha hissəsi daşınmaz əmlakın Dövlət reyestrində 2/4 hissəsi X2, 1/4 hissəsi Zeynalova Hürü Vəkil qızının, 1/4 hissəsi Zeynalova Tovuz Vəkil qızının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan tarixdə Babək rayonu notariat kontorunda qeydiyyata alınmış razılıq ərizələri ilə Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı vərəsəlik paylarından X2 xeyrinə imtina etdiklərindən torpaq sahəsi bütünlüklə sonuncunun mülkiyyətinə keçmiş, o, isə öz növbəsində 0,36 ha torpaq sahəsini Babək rayonu notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 16 oktyabr 2018-ci il tarixdə Babək rayonu, Didivar kənd sakini Şahid1 satmış və torpaq sahəsi sonuncunun mülkiyyətinə keçirilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan cinayət əməlini törətməsi nəticəsində Zeynalov Vəkil Şəveş oğlunun adları arayışda göstərilməyən vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, mərhum Zeynalov Fərhad Vəkil oğlu, mərhum Zeynalov Səyyad Vəkil oğlu vərəsəlikdən məhrum olunaraq onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Təqsirləndirilən şəxs2 isə Babək Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyərkən “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6, 5.1.8 və 5.1.9-cu bəndlərinə əsasən ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməli, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmalı, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməli, onların ərizə, şikayət və təkliflərinə baxmalı, lazımi tədbirlər görməli və nəticəsi barədə vətəndaşlara məlumat verməli, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icra nümayəndəsinin müavini kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 31 iyul 2018-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində yaşamış mərhum Zeynalova (Hüseynova) Xanım Hüseyn qızı ona müraciət edərək keçmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə ona, mərhum əri Zeynalov Vəkil Şəveş oğluna, övladları Zeynalova Hürü Vəkil qızına və Zeynalova Tovuz Vəkil qızına verilmiş Nəzərabad kəndində 3 yerdən ibarət 0,36 ha (hektar), 0,26 ha və 0,13 ha olmaqla cəmi 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı pay torpağını sataraq gəlir əldə etmək məqsədilə öz mülkiyyətinə keçirmək üçün yalnız özünün və övladlarının adlarının qeyd olunduğu vərəsəlik haqqında arayış istədikdə mərhum Zeynalov Vəkil Şəveş oğlunun birinci arvadı olmuş mərhum X1 olan övladları Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri olmalarını bilməsinə, həmin şəxslər barədə məlumatların Nəzərabad kənd inzibati ərazi dairəsinin 1969-1971 və 1991-1995-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında qeyd olunmasına, eləcə də vətəndaşların müraciətləri əsasında vərəsəlik haqqında arayış verərkən arayışın düzgünlüyü və tamlığını təmin etmək məqsədilə həmin inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına uçot kitablarına uyğun olaraq şəxsin ailə üzvlərinin kim olmalarını və həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra vərəsəlik haqqında düzgün və tam arayış tərtib etməli olmasına baxmayaraq Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 ilə razılaşdırmaqla özlərinə nisbətdə üçüncü şəxs olan X9 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun adlarını göstərməməklə 31 iyul 2018-ci il tarixli, 247 nömrəli vərəsəlik haqqında arayış tərtib edərək X5 təqdim etmişdir. Sonuncu həmin arayış əsasında Babək rayonu notariat kontorundan 13 avqust 2018-ci il tarixli, 2V-17 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi mərhum Zeynalov Vəkil Şəveş oğlundan X5 verilmiş, sonuncunun 13 avqust 2018-ci il tarixli ərizəsi əsasında 0,75 ha pay torpağının 0,36 ha hissəsi daşınmaz əmlakın Dövlət reyestrində 2/4 hissəsi X2, 1/4 hissəsi Zeynalova Hürü Vəkil qızının, 1/4 hissəsi Zeynalova Tovuz Vəkil qızının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan tarixdə Babək rayonu notariat kontorunda qeydiyyata alınmış razılıq ərizələri ilə Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı vərəsəlik paylarından X2 xeyrinə imtina etdiklərindən torpaq sahəsi bütünlüklə sonuncunun mülkiyyətinə keçmiş, o, isə öz növbəsində 0,36 ha torpaq sahəsini Babək rayonu notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 16 oktyabr 2018-ci il tarixdə Babək rayonu, Didivar kənd sakini Şahid1 satmış və torpaq sahəsi sonuncunun mülkiyyətinə keçirilmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan cinayət əməlini törətməsi nəticəsində Zeynalov Vəkil Şəveş oğlunun adları arayışda göstərilməyən vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, mərhum Zeynalov Fərhad Vəkil oğlu, mərhum Zeynalov Səyyad Vəkil oğlu vərəsəlikdən məhrum olunaraq onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında həmin ittihamın əsassız olduğu və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi olmaması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bildirdiyini, Babək rayonu, Didivar kəndində yaşadığını, zərərçəkmiş şəxslərlə dədə-baba kirvə olduqlarını, 2017-ci ilin sentyabr ayının 11-də Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edildiyini, 2019-cu ilin iyul ayının 22-də isə iş yerini dəyişərək Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə girdiyini, sonradan 2021-ci ilin fevral ayının 8-də yenidən Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edildiyini, hazırda da həmin vəzifədə işlədiyini, nümayəndə kimi əsas vəzifəsi vətəndaşları qəbul etmək, onların müraciətlərinə baxmaq, cavablandırmaq, nümayəndəliyin işçilərinin fəaliyyətinə nəzarət etmək olduğunu, Vəkilin 3cü evliliyindən olan arvadı Xanımın onlara müraciət edərək çöl torpağını satmaq istədiyini və buna görə onlardan arayış tələb etdiyini, onun bildirdiyinə görə torpaq sahəsini deyəsən qızına cehiz vermək üçün satdığını, həmçinin həmin vaxt Xanımın torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni onlara təqdim etdiyini, şəhadətnamədə ancaq Zeynalov Vəkil Şəveş oğlu, X10 və onun qızları Hürü, Tovuzun adı qeyd olunduğundan, vərəsəlik arayışını da onların adına verdiyini, özünün çöl torFpağına verilən arayışa görə vərəsəlik açıla bilməsindən məlumatsız olduğunu, Xanım Hüseynovanın ona 31 iyul 2018-ci ildə müraciət etdiyini, həmin vaxt özünün 10 ay idi ki, nümayəndə işlədiyini və bu işləri o qədər də yaxşı bilmədiyini, bu səbəbdən də arayışda ancaq Vəkil, Xanım, Tovuz və Hürünün adını qeyd etdiyini, həmçinin təsərrüfat başına qeydiyyat kitabında Vəkilin sonuncu evliliyindən olan ailəsinin adı yazıldığından arayışı da onların adına verdiyini, Vəkilin bütün uşaqlarının təsərrüfatının ayrıldığını, zərərçəkmiş şəxs Əlinin təsərrüfatı ayrı olsa da, onun Vəkilin evində qeydiyyatda olduğunu, Zərərçəkmiş şəxs1 əvvəllər həbsdə olan vaxt atası Vəkilin onu təsərrüfatından ayırdığını, arayışı Xanıma özünün verdiyini, 2023-cü ilin yanvar ayında Vəkilin adına vərəsəlik işinin açıldığını bildiyini, bunu ona Əlinin dediyini, özünün Əli ilə kirvə olduğunu, Əli bunu ona bildirəndə özünün zərərçəkmiş şəxsə ancaq pay torpağı ilə bağlı arayış verdiyini bildirdiyini, Vəkilin torpağında olan və sağlığında qaldığı evin sənədləşdirilmədiyini, ev sənədləşdirəndə onlardan forma 2 tələb olunduğunu, əgər ev sənədli olsa onda vərəsəlik arayışında bütün vərəsələrin adını qeyd etdiklərini, vətəndaş nümayəndəliyə vərəsəlik arayışı ilə bağlı müraciət etdikdə əgər şifahi qaydada bilirsə ona arayış yazıb verdiyini, bilmədiksə isə müraciət edən şəxsi Babək rayon arxivinə göndərərək oradan arayış alıb onun əsasında vərəsəlik arayışı verdiklərini, Zeynalov Vəkilin bildiyinə görə 4 dəfə ailə qurduğunu, birinci evliliyinin Pərişanla, ikinci evliliyinin Şıxmahmud kəndindən bir qadınla, üçüncü evliliyini Göyərçinlə, sonuncu evliliyin isə Xanımla olduğunu, Zeynalov Vəkil Şəveş oğlunun birinci evliliyindən 5 uşaq olduğunu, onların Fərhad, Səyyad, Çiçək, Həvva və Əli olduğunu, doğulan gündən onları tanıdığını, əgər bu gün Zeynalov Vəkil Şəveş oğluna vərəsəlik arayışı verərsə orada onun birinci arvadının, ondan olan uşaqların, üçüncü evliliyindən olan arvadının və ondan olan uşaqların adını qeyd edəcəyini, ikinci evliyindən olan arvadı qeyd etməyəcəyini, Xanımın çöl torpağını Aydına satmaq üçün arayış istədiyini, Vəkilin kənddə olan evində Əli, Həvva, Xanım, onun qızları Tovuz və Hürünün yaşadığını, Həvva, Tovuz və Hürünün ərə gedənə kimi orada qaldığını, Vəkil öləndən sonra Xanım və qızlarının həmin evdə yaşamağa davam etdiyini, Vəkilin evi böldüyünü, evin yarısında Əlinin ailəsi ilə birlikdə, digər yarısında isə Xanım və qızlarının qaldığını, Xanımın ölən günədək həmin evdə yaşadığını, bu günədək Xanıma bir dəfə vərəsəlik arayışı verdiyni, nümayəndə kimi işdən çıxdıqdan sonra 2020-ci ildə Naxçıvan şəhərində Zərərçəkmiş şəxs1 Xanıma arayış verməsini dediyini, ümumi olaraq arayışları müavinin yazığını, kitaba salıb, ştamp vuraraq onu hər ikisi imzaladıqdan sonra özünün möhür vurduğunu, arayış verilən günü Xanım onlara müraciət edəndə özünün və İntizamın nümayəndəlikdə olduğunu, həmin vaxt o, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni onlara verməsindən sonra həmin dəqiqə arayışı hazırlayıb ona verdiklərini, bunu hər hansı maddi qazanc qarşılığında etmədiklərini, Xanım ilə Əlinin arasında mübahisə olmasından məlumatlı olduğunu, Xanımın ondan bir dəfə də arayış istədiyini, lakin bunu ona vermədiyini və bu barədə Əliyə danışdığını, özünün Xanıma verdiyi vərəsəlik arayışının bir növü ailə tərkibi haqqında arayış olduğunu bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bildirdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 03 iyun 2005-ci ildən Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini işlədiyini, icra nümayəndəsinin müavini kimi vəzifəsinin arayışlar tərtib etmək, onları icra nümayəndəsi ilə birlikdə imzalamaq, icra nümayəndəsinin verdiyi tapşırıqları icra etmək, yazılı və şifahi müraciət edən şəxsləri dinləməkdən ibarət olduğunu, Xanımın nümayəndəliyə gəlib onlardan vərəsəlik arayışı istədiyini, həmin vaxt Təqsirləndirilən şəxs1la birlikdə olduğunu, həmin vaxt Xanımın onlara torpağın şəhadətnaməsini verdiyini, şəhadətnamədə Vəkil, Xanım, Hürü və Tovuzun adı qeyd edildiyindən, həmçinin təsərrüfat başına qeydiyyat kitablarında onların adı eynilik təşkil etdiyindən arayışı da onların adlarına verdiklərini, Zeynalov Vəkil Şəveş oğlunun adına vərəsəlik arayışında Xanıma 2018-ci ilin iyul ayının 31-də verdiklərini, özü nümayəndəlikdə olmayanda kimsə arayış üçün gəldikdə icra nümayəndəsinin ona filankəsin arayış üçün gəldiyini, ona arayış verməli olduğunu dediyini və ya özü və icra nümayəndəsi nümayəndəlikdə olan vaxtda yaxınlaşıb onlardan arayış istədiklərini, nümayəndəlikdə vərəsələr ilə bağlı ayrıca kitab olmadığını, özünün bu günədək qeydiyyat kitablarına baxmadan kiməsə arayış vermədiyini, Xanıma vərəsəlik arayışı verən zaman Vəkilin birinci evliliyindən olan uşaqlarının onun vərəsələri olduğunu bildiyini, lakin bunun çöl torpağı ilə bağlı həmin vərəsələrin adını qeyd etməli olduğunu bilmədiyini, müraciət çöl torpağı ilə bağlı olduğundan bunu araşdırmadıqlarını, ancaq şəhadətnamədə adları olan şəxslərin adlarını arayışda qeyd etdiklərini, əgər verdiyi arayışın səhv olduğunu bilsəydi onu verməyəcəyini, arayışı verəndən bir neçə il sonra da onun səhv olduğunu bilmədiyini, arayışı verdiyi zaman onun düzgün olduğunu düşündüyü üçün bu barədə kimdənsə nəsə soruşmadıqlarını, özlərinin vərəsələrin dairəsini müəyyən etmək vəzifəsi daşımadıqlarını, vətəndaşlar vərəsəlik arayışı tələb edəndə onları arxivə göndərdiklərini, həmin idarənin verdiyi arayış əsasında vərəsəlik arayışını təqdim etdiklərini, Zeynalov Vəkil Şəveş oğlunu tanıdığını, bildiyinə görə onun 4 dəfə ailə qurduğunu, Vəkilin birinci evliliyinin Pərişanla olduğunu, həmin evlilikdən Fərhad, Səyyad, Əli, Həvva və Çiçək adlı uşaqlarının olduğunu, onun ikinci evliliyini əvvəlcədən bilmədiyini, bunu sonradan öyrəndiyini, 3-cü və 4-cü evliliklərindən əvvəlcədən məlumatı olduğunu, Vəkil Zeynalovun 4cü evliliyinin Xanım Zeynalova ilə olduğunu, həmin evlilikdən Hürü və Tovuz adlı uşaqları olduğunu, Xanıma vərəsəlik arayışı verilən zaman Zeynalov Vəkil Şəveş oğlunun bütün evliliklərindən və uşaqlarından məlumatlı olduğunu, Vəkil öləndən sonra onun evində arvadı Xanım, qızları Hürü, Tovuz və oğlu Əlinin ailəsi ilə birlikdə yaşadığını, arayış verilən günü xatırladığını, həmin günü gərgin iş günü olduğunu, Xanımın günortadan sonra nümayəndəliyə gəldiyini, Təqsirləndirilən şəxs1 onu işlə bağlı otağına çağırdığını, Xanım Hüseynova sənədi onlara təqdim edərək vərəsəlik arayışı istədiyini, bundan sonra sənədə və kitaba baxaraq ona vərəsəlik arayışı verdiklərini, özünün Xanımla Vəkilin birinci evliliyindən olan uşaqların arasında mübahisənin olduğunu bildiyini, lakin bunun nə ilə bağlı olmasından məlumatsız olduğunu, 2 nömrəli formanın ailə tərkibi haqqında arayış olduğunu, əvvəllər vərəsəlik arayışına ailə tərkibi kimi qeyd etdiklərini, lakin notariusun həmin arayışı qəbul etməyərək onu vərəsəlik arayışı kimi yazılmasını istədiyini, bundan sonra özlərinin də arayışı notariusun qeyd etdiyi kimi yazdıqlarını, əgər bu gün Zeynalov Vəkil Şəveş oğluna vərəsəlik arayışı verərsə orada onun birinci arvadının, ondan olan uşaqların və üçüncü evliliyindən olan arvadının və ondan olan uşaqların adını yazacağını, ikinci evliliyindən olan arvadının adını qeyd etməyəcəyini bildirərək, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə məhkəmənin ədalətinə sığınaraq, ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs2 da son sözündə məhkəmənin ədalətinə sığınaraq, ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsələr də, məhkəmə onların etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onların əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. İşin məhkəmədə araşdırılması zamanı isə təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmaması məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının isə X11 olduğunu, atasının 3 dəfə ailə qurduğunu, birinci evliliyini anası Pərişan ilə olduğunu, həmin evlilikdən üçü oğlan, ikisi qız olmaqla beş uşaq dünyaya gəldiyini, oğlanlardan Fərhad və Səyyadın öldüyünü, atasının ikinci evliliyi Göyərçin adlı qadınla olduğunu, həmin evlilikdən uşağın olmadığını, atasının üçüncü evliliyinin Xanımla olduğunu, həmin nikahdan Hürrü və Tovuzun dünyaya gəldiyini, anasının 1976-cı ildə, atasının 2001-ci ildə, analığı Xanımın isə 2019-cu ildə öldüyünü, özünün isə 1986-cı ildə gəlin köçdüyünü, Xanım ilə atası evlənəndə qardaşı Əli ilə bacısı Həvvanın onlarla yaşadığını, sonradan Xanım ilə qardaşı Əlinin ata evində ayrı-ayrı otaqlarıda qaldıqlarını, atası ölən vaxt isə bacısı Həvvanın ailə qurduğunu və ər evində yaşadığını, atasının ölümündən sonra analığı Xanımın ölənədək qızları ilə birlikdə onun evində qaldığını, Eldəniz ilə ata baba kirvə olduqlarını, Eldənizin onların bütün qohumlarını tanıdığını və atasının bütün uşaqlarından məlumatı olduğunu, özünün 6-7 ay olar ki, analığının vərəsəlik şəhadətnaməsi almasını bildiyini, Əlinin isə məhkəməyə müraciət etməsindən 5-6 aydır ki, məlumatı olduğunu, özünün vərəsəliyinin geri qaytarılmasını istədiyini, təqsirləndirilən şəxslərlə düşmənçiliyinin olmadığını, onların saxtakarlıq etdiyini, bu səbəbdən də vərəsəliyin bərpa olmasını istədiyini, hazırda özünün ailə qurub Bakı şəhərində qaldığını, buna görə də vərəsəliklə bağlı müraciət etmədiyini, ata evinin qardaşı Əliyə qalmalı olduğunu, çünki onun əvvəldən atasına aid evdə yaşadığını və indi də orada qalmaqda davam etdiyini, özünün də ata mülkündən ev istədiyini, vərəsəlik hüququ bərpa olduğu halda Eldəniz və İntizamdan şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Xəlilova Həvva Vəkil qızı məhkəmədə verdiyi ifadəsində atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının isə X11 olduğunu, onların evliliyindən 5 uşaq, yəni Fərhad, Səyyad, Çiçək, özü və Əlinin dünyaya gəldiyini, anasının 1976-cı ildə öldüyünü, o, öləndən sonra bütün uşaqların ata evində qaldığını, atasının 1978-ci ildə Göyərçin ilə ailə qurduğunu, onun Xanımla nə vaxt ailə qurmasını xatırlamadığını, həmin vaxt özünün məktəbdə oxuduğunu, ata evində həmişə Əlinin yaşadığını, 1993-cü ildə özünün ailə qurduğunu, bundan sonra ər evinə getdiyini, yəni 22 yaşınadək ata evində qaldığını, sonra ailə qurduğunu, bu ilin yazında Xanımın vərəsəlik şəhadətnaməsi aldığını və mirası qəbul etməsini bildiyini, Hürünün 10-11 il olar ki, ata evini tərk etdiyini, lakin Xanımın ölməsindən öncə ata evindən çıxdığını, analığı Xanımın 11 il qardaşı Əli ilə yaşadığını, Tovuz ailə qurduqdan sonra Xanımın 3 il atasına aid evdə qaldığını, atasının 2001-ci ildə öldüyünü, onun ölümündən sonra mirasın qəbulu üçün hər hansı orqana müraciət etmədiyini, təqsirləndirilən şəxslərin onları vərəsəlikdən gizlətdiklərini, İntizamın bunu qəsdən etdiyini, indiyədək ev tələbində olmadığını, lakin sonradan analığı və qızlarının onların başının üstündən iş görməsini, yəni evi adlarına keçirməsini eşitdiklərini, bu arayışı İntizamın yazdığını, özü Naxçıvan şəhərində yaşaya-yaşaya kənddə qalan hərkəsi tanıdığını, əgər Tovuzla Hürü pay tələb edirsə, özünün də pay tələb etdiyini, atasının ölümündən sonra onun evində Əli, Xanım, Hürü və Tovuzun yaşadığını, həmin vaxt Hürünün təqribən 8 yaşı olduğunu, atasının ölümündən sonra analığı Xanımın 18 il onun evində qaldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində 1973-cü ildə anadan olduğunu, atası Zeynalov Vəkil Şəveş oğlunun 1932-ci ildə, anası X3 isə 1934-cü ildə anadan olduğunu, valideynlərinin nə vaxt ailə qurmasını bilmədiyini, böyük qardaşının 1960-cı ildə doğulduğunu, valideynlərinin birgə nikahından beş uşaq dünyaya gəldiyini, atası Vəkil Zeynalovun 2001-ci ildə vəfat etdiyini, o, öldükdən sonra atasına məxsus olan və Babək rayonu, Nəzərabad kəndində yerləşən evdə özünün ailəsi birlikdə, həmçinin Xanım və iki qızının yaşadığını, atası vəfat etməmişdən 6 ay əvvələ qədər birlikdə yaşadıqlarını, sonra atasının evi böldüyünü, yəni bir evin içində ayrı yaşamağa başladıqlarını, Tovuz 2017-ci ildə ailə qurduğunu və həmin ildə evdən getdiyini, o, ərə gedəndən sonra da Xanım həmin evdə yaşamağa davam etdiyini, Xanımın 2019-cu ildə öldüyünü, onun dəfn və yas xərcinin özünün çəkdiyini, Tovuzun əri ilə birlikdə Xanım vəfat etdikdən sonra onlara gəldiyini, həmin vaxt Tovuzun ərinin evin Tovuzun adına olduğunu, ona heç kimin heç nə edə bilməyəcəyini dediyini, özünün bu barədə Tovuzla danışdığını, sonuncunun isə ona ərinin boş-boş danışdığını dediyini, bundan bir müddət sonra Tovuzun dayısının ona “sən heç həmin evdə qeydiyyatda belə deyilsən” dediyini, bundan sonra özünün işi araşdırmağa başladığını, bununla bağlı arxivə müraciət etdiyini, orada da ona “sən həmin evdə qeydiyyatda deyilsən” dediklərini, evi öz adına sənədləşdirmək istədikdə notariusa getdiyini, orada ona vərəsəlik arayışında kimlərin adı qeyd edilibsə vərəsə kimi onları tanıdıqlarını dediklərini, notarius Rafət müəllimin ondan onun Vəkilin oğlu olub-olmamasını soruşduğunu, özünün təsdiq cavabi verdikdən sonra notariusun ona adının vərəsəlik arayışda qeyd edilmədiyini dediyini, özü həmin evdə yaşaya-yaşaya Eldəniz və İntizam onu təsərrüfat başına kitabında evin qeydiyyatından çıxardıqlarını, ona qarşı olan bu saxtakarlığın aradan qaldırılmasını, həmçinin adının təsərrüfatbaşına kitabında qeyd olunmasını istədiyini, islahat zamanı onun özünü ayrıca həyətyanı torpaq sahəsi verildiyini, doğulduğu gündən atasına məxsus evdə yaşadığını, atasının üç dəfə rəsmi, iki dəfə isə qeyri-rəsmi ailə qurduğunu, onun birinci evliliyindən 5 uşağı, sonuncu evliliyindən isə iki uşağı olduğunu, atası vəfat edəndən sonra analığı Xanımın vəfat edənədək həmin evdə yaşadığını, atası vəfat edəndən sonra vərəsliyin qəbulu ilə bağlı notariusa müraciət etmədiyini, xatırladığına görə 2023-cü ildə notariusa müraciət etdiyini, atası vəfat etdikdən sonra 2023-cü ilədək bununla bağlı məhkəmədə iddia qaldırmadığını, Eldənizi uşaqlıqdan tanıdığını, onunla dədə-baba kirvə olduğunu, yəni Eldənizin Vəkilin bütün uşaqlarını tanıdığını, Eldənizin verdiyi arayışdan özünün 2023-cü ilin yanvar ayı xəbəri olduğunu, bundan sonra prokurorluğa müraciət etdiyini, özünün təqsirləndirilən şəxslərlə barışıq əldə etməyəcəyini, atasından qalan çöl torpaq sahəsinin Tovuza və Hürüyə, həyətyanı torpağının özünə verilməsini istədiyini, belə olan halda mübahisənin həll olacağını, özünün vərəsəliyinin bərpa olunmasını və evində rahat yaşamasını istədiyini, digər bacıları kimi Tovuz və Hürünün onun evinə gəlməsinə etiraz etmədiyini qeyd edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 verdiyi ifadəsində zərərçəkmiş şəxslərin onun qardaş-bacıları olduğunu, təqsirləndirilən şəxslərlə yaxın qohumluğunun olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, atası Zeynalov Vəkil Şəveş oğlunun 4 dəfə ailə quruduğunu, onun birinci evliliyindən Fərhad, Səyyad, Həvva, Çiçək və Əli adlı 5 uşağın olduğunu, sonuncu evliliyindən isə özü və bacısı Tovuzun dünyaya gəldiyini, özünün ailə quranadək, yəni 2013-cü ilədək ata evində yaşadığını, daha sonra ailə qurduqdan sonra ər evində qaldığını, atasının 2001-ci ildə öldüyünü, həmin vaxt özünün 10 yaşı olduğunu, anası onkoloji xəstə olduğundan torpağı Aydına satdıqlarını, həmçinin xatırladığına görə torpaq satılanda özün məzun olduğunu və ona 100 manat pul lazım olduğunu, anasının bu səbəblərə görə torpağı satdığını,həmin vaxt özü ərə getdiyindən notariusa gedib ancaq sənədlərə imza etdiyini, digər məsələlərdən xəbəri olmadığını, sənəddə atasının, anasının, bacısı və özünün adının yazıldığını, vərəsəlik arayışında digər bacı qardaşlarının adının yazılmamasından xəbəri olmadığını, anasının torpağı Aydına neçəyə satdığını bilmədiyini, torpağın pulunu anasının Aydından onun yanında almadığını, bildiyinə görə torpağı anasının əvvəldən Aydına satdığını, lakin bunu sonradan sənədləşdirdiklərini bildirmişdir. Digər Şahid3 məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxslərin onun qardaşbacıları olduğunu, təqsirləndirilən şəxslərlə yaxın qohumluğunun olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının X10 olduğunu, onların 1990-ci ildə ailə qurduğunu, 1991-ci ildə isə nikaha daxil olduqlarını, həmin evlilikdən özünün və bacısı Hürünün dünyaya gəldiyini, bildiyinə görə atasının 5 dəfə ailə qurduğunu, bunlardan üçünün rəsmi, ikisinin isə qeyri-rəsmi evlilik olduğunu, atasının birinci evliliyinin Pərişan ilə olduğunu, atasının həmin evliliyindən Fərhad, Səyyad, Həvva, Çiçək və Əli adlı 5 uşağı olduğunu, onun üçüncü dəfə anası Xanım ilə evləndiyini, atasının 2001-ci ildə öldüyünü, o öləndən sonra özünün Babək rayonu, Nəzərabad kəndində olan evdə qaldığını, evin yerləşdiyi torpaq sahəsinin atasının, anasının, özünün və bacısının mülkiyyətində olduğunu, qardaşı Əlinin də həmin evdə qaldığını, evin yarısında özlərinin, digər yarısında isə qardaşı Əlinin ailəsi ilə birlikdə orada yaşadığını, 2018-ci ilədək özünün həmin evdə qaldığını, sonradan anası xəstələnəndə bir müddət onunla yaşadığını, çöl torpağını 2018-ci ildə pul lazım olduğundan satdıqlarını, torpağın sənədində özlərinin, yəni atasının, anasının, bacısının və özünün adı yazıldığından sənədi də özləri imzalayıb, satdıqlarını, digər vərəsələrin bununla bağlı hər hansı bir sənəd verməli olduqlarını bilmədiklərini, torpağın 3,6 sotunu Aydına satdıqlarını, onu neçəyə satdıqlarını xatırlamadığını, atasının 2001-ci ildə, anasının isə 2018-ci ildə öldüyünü, arayışı anasının kənd sovetindən aldığını, bildiyinə görə həmin arayışı anasına İntizamın verdiyini, torpağı satmaqlarına səbəb anasının xəstə olması, bununla bağlı pul lazım olması olduğunu, torpağın satılması üçün hazırlanan sənədləri xatırlamadıqlarını, çöl torpağının sənədində özünün, anası Xanımın, bacısı Hürünün və atasının adı qeyd olunduğundan arayışda digər vərəsələrin adının qeyd olunmadığını bildirmişdi. Şahid1 məhkəmədə verdiyi ifadəsində mərhum Xanımın öz arvadı ilə münasibəti olduğunu, Xanımın arvadına torpaq sahəsini satmaq istədiyini dediyini, həmin torpaq sahəsi özünün torpaq sahəsinə birişik olduğundan özünün də torpağı almaq barədə Xanımla razılaşdığını, Xanımın ona bildirməsinə görə pula ehtiyacı olduğu üçün torpağı satdığını, özünün əvvəlcə torpaq sahəsi ilə bağlı etibarnamə aldığını, torpaqla bağlı etibarnamə aldığı zaman özünün işlədiyini, işdən isə 2014-cü ildə çıxdığını, aldığı torpağın sahəsinin 3600 kvadrat metr olduğunu, torpağın pulunu Xanımın özünə verdiyini, onu 350 dollara aldığını, torpaqla bağlı etibarnamə alanda onun pulunu verdiyini, 2018-ci ildə onu rəsmiləşdirdiyini, torpağın rəsmiləşdirilməsində özünün Xanımın və onun iki qızının iştirak etdiyini, sənədləşmə işlərini Babək Rayon Notariat Kontorunda həyata keçirdiklərini, həmin vaxt Xanıma pul vermədiyini, etibarnamənin müddəti uzun olduğundan özünün onu rəsmiləşdirməyə tələsmədiyini, sonradan Xanım xəstə olduğundan onun təklifi əsasında torpağın alqı-satqısını rəsmiləşdirdiklərini, hazırda həmin torpaqda bostan və parnik saldığını, onun üzərində hər hansı əlavə qurğu və tikilinin olmadığını, parnikin isə sökülə bilən olduğunu qeyd etmişdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxslərə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması cinayət tərkibinin yaranmasına səbəb olur. Şəxslərin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılmasına gəldikdə məhkəmə bildirir ki, qeyd edilən normadan sözü gedən cinayətin subyektinin vəzifəli şəxs olması müəyyən edilir. Vəzifəli şəxsin anlayışı isə onların təqsirləndirildiyi maddənin “Qeyd” hissəsində verilmişdi. Belə ki, həmin normaya əsasən vəzifəli şəxs dedikdə, hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. İş materialarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2017-ci il tarixli, 45 nömrəli sərəncamının surətindən, 14 mart 2018-ci il tarixli, 23 nömrəli əmrinin surətindən Təqsirləndirilən şəxs1 11 sentyabr 2017-ci ildə Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilməsi, 14 mart 2018-ci ildə isə həmin vəzifəyə dövlət qulluğuna qəbul edilməsi müəyyən olur (cinayət işi İ cild, iş vərəqə 239 və 241). Həmin orqanın 03 iyun 2005-ci il tarixli, 20 nömrəli sərəncamından çıxarışdan isə Təqsirləndirilən şəxs2 Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilməsi aydın olur (cinayət işi İ cild, iş vərəqə 240). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.8.2-ci maddəsi ilə müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və sahə inzibati ərazi dairələri nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri dövlət qulluqçusu sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilməsi istinad edilən əməlin barəsində hüquqi həllindən danışılan dispozitiv şərtinin - subyekt tərkibinin mövcud olması öz təsdiqni tapır. Digər dispozitiv şərtin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin motivi kimi vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək müəyyən edilmişdir. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarinın maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri- əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı imtiyazın və ya güzəştin əldə olunması istəyində və s. ifadə oluna bilər.Yəni bu cinayət subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Təqsirləndirilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). İş materilarını tədqiq edən məhkəmə qeyd edir ki, cinayət işinə əlavə edilmiş: - Babək rayon qeydiyyat şöbəsinin 07 iyun 2023-cü il tarixli məktubundan (cinayət işi İ cild, iş vərəqə 182), Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 09 və 16 fevral 2022-ci il tarixli, 29 və 13/210 nömrəli arayışlardan (cinayət işi İ cild, iş vərəqə 117-118), 09 yanvar 1991-ci il tarixli, XV-JQ seriyalı, 378111 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (cinayət işi İ cild, iş vərəqə 38), təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə veriyi ifadələrindən Zeynalov Vəkil Şəveş oğlunun X11, X6 və X10 ailə qurması, onun Pərişan Zeynalova ilə olan evliliyindən Zeynalova Həvva Vəkil qızı, Zeynalova Çiçək Vəkil qızı, Zərərçəkmiş şəxs1, Zeynalov Fərhad Vəkil oğlu, Zeynalov Səyyad Vəkil oğlu adlı uşaqların, X10 ilə olan evliyindən isə Şahid2 və Şahid3 dünyaya gəlməsi; - Babək rayon vətəndaşlıq vəziyyət aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 08 iyun 2001-ci il tarixli, AZ seriyalı, 100677 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən Zeynalov Vəkil Şəveş oğlunun 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölməsi (cinayət işi İ cild, iş vərəqə 8); - JN seriyalı, 076 A nömrəli, 10311068 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən (cinayət işi İ cild, iş vərəqə 195-199) Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.16 hektar torpaq sahəsinin və 337 nömrəli Torpağa mülkiyət hüququna dair dövlət aktının surətindən (cinayət işi İ cild, iş vərəqə 16-20) Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsinin Zeynalov Vəkil Şəveş oğlu, X10, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızının ümumi mülkiyyətinə verilməsi, sonuncu qeyd edilən torpaq sahəsinin ayrı-ayrılıqda sahələri 3619,62 kvadrat metr, 2440,26 kvadrat metr və 1255.07 kvadrat metr olan torpaq sahələrindən ibarət olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 12 iyun 2023-cü il tarixli, 03/119 nömrəli məktubundan Nəzərabad kəndində yaşamış mərhum Zeynalov Vəkil Səveş oğluna üç nəfər ailə üzvləri, Zeynalova (Hüseynova) Xanım Hüseyn qızı, Zeynalov Hürü Vəkil qızı, Zeynalova Tovuz Vəkil qızı daxil olmaqla, Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə Nəzərabad kəndində 0.16 hektar həyətyanı torpaq sahəsi və 3 yerdən ibarət ayrıayrlıqda sahələri 0.36 hektar, 0.26 hektar, 0.13 hektar olan, cəmi isə 0.75 hektar olan kənd təsərrüfatı təyinatlı pay torpağın verilməsi, Babək Rayon Notariat Kontorunun 13 avqust 2018-ci il tarixli, 2V-17 qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 0.75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi Zeynalov Vəkil Səveş oğlundan, X7 verilməsi, X4 13 avqust 2018-ci il tarixli ərizəsi əsasında 0.75 hektar pay torpağının 0.36 hektar hissəsi daşınmaz əmlakın Dövlət Reyestrində 2/4 hissəsi X4, 1/4 hissəsi Zeynalova Hürü Vəkil qızının, 1/4 hissəsi Zeynalova Tovuz Vəkil qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması, digər 0.13 hektar və 0.26 hektar hissələrinin dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına müraciət daxil olmaması, Babək Rayon Notariat Kontorunun 16 oktyabr 2018-ci il tarixli, 4Ə-137 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0.36 hektar pay torpağı Şahid1 satılması, 06 may 2020-ci il tarixdə Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq rəsmiləşdirilməsi, 0.16 hektar həyətyanı torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması (cinayət işi İ cild, iş vərəqə 185-186); - X4 13 avqust 2018-ci il tarixli, 8İ-198 qeydiyyat nömrəli ərizəsinin surətindən (cinayət işi İ cild, iş vərəqə 10) onun Zeynalov Vəkil Şəveş oğlundan miras qalan əmlakın qəbul edilməsi ilə bağlı Babək Rayon Notariat Kontoruna müraciət etməsi, 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən (cinayət işi İ cild, iş vərəqə 9) X4 Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsi üzrə mərhum Zeynalov Vəkil Şəveş oğlundan qalmış ¼ hissə pay miras əmlak olaraq alması; - Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışda (cinayət işi İ cild, iş vərəqə 11) Zeynalov Vəkil Şəveş oğlunun vərəsələrinin X10, Şahid2 və Şahid3 qeyd edilməsi; - Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş digər, yəni 30 yanvar 2023-cü il tarixli, 89 saylı arayışda (cinayət işi İ cild, iş vərəqə 15) Zeynalov Vəkil Şəveş oğlunun vərəsələrinin Zeynalov Fərhad Vəkil oğlu, Zeynalov Səyyad Vəkil oğlu, Zeynalova (Novruzova) Çiçək Vəkil qızı, Zeynalova Həvva Vəkil qızı, Zərərçəkmiş şəxs1, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızının qeyd edilməsi aydın olur. Cinayət işi materiallarına əlavə edilmiş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6, 5.1.8 və 5.1.9-cu bəndlərinindən isə görünür ki, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək; ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməli, onların ərizə, şikayət və təkliflərinə baxmalı, lazımi tədbirlər görməli və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətləridir (cinayət işi İİ cild, iş vərəqə 73-75). Bundan başqa təqsirləndirilən şəxslərin “Vəzifə təlimatı”ndan müəyyən edilir ki, onların qulluq funksiyalarından biri vətəndaşlara arayışların verilməsidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə verilmiş sübut sualına hər iki şəxsin verdiyi cavabdan onların mərhum Zeynalov Vəkil Şəveş oğlunun evliliklərindən və həmin nikahlarından olan uşaqlarından, yəni qanun üzrə birinci növbəli vərəsələrin dairəsindən məlumatlı olması müəyyən edilmişdi. Həmçinin onlara verilmiş digər sübut sualından o da aydın olur ki, təqsirləndirilən şəxslər hazırki vəziyyətdə Zeynalov Vəkil Şəveş oğlu barəsində vərəsəlik arayışı vermiş olsalar, orada qeyd edilən şəxslərin dairəsini qanunvericiliklə müəyyən edilmiş şəxslərin dairəsindən daha geniş tərkibdə göstərilmiş olarlar. Belə ki, mərhumun əvvəlki arvadı X10 onun öldüyünü vaxt Vəkil Zeynalovun vərəsəsi olmasa da, təqsirləndirilən şəxslər həmin şəxsi və miras qoyanın X11 və X10 ilə olan nikahından dünyaya gələn uşaqlarını normal qaydada verdiklərini vərəsəlik arayışında qeyd edəcəklərini bilirmişlər. Lakin buna baxmayaraq onlar X7 verdikləri arayışda vərəsələrin dairəsini məhkəməyə bildirdiklərindən fərqli, yəni məhdud qaydada göstərərək, bunu Xanım Hüseynovanın onlara təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yalnız Zeynalov Vəkil Şəveş oğlu, X10, Şahid2 və Şahid3 adının göstərməsi və təsərrüfatbaşına uçot kitabında da həmin şəxslərin adının qeyd edilməsi ilə əsaslandırmışlar. Təsdirləndirilən şəxslərin qeyd etdiyi əsaslara hüquqi qiymət verən məhkəmə onların bildirdikləri əsasları inandırıcı saymayaraq, bunu özünü müdafiə xarakterli olması ilə əlaqələndirir. Belə ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərdə daşınmaz əmlakların həqiqətən də Zeynalov Vəkil Şəveş oğlu, X10, Zeynalova (Əliyeva) Hürü Vəkil qızı və Zeynalova (Hüseynova) Tovuz Vəkil qızının ümumi milkiyyətində olması müəyyən edilsə də, iş materiallarında olan və Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində saxlanılan 2016-2020-ci illərə aid təsərrüfatbaşına uçot kitabında mərhum Zeynalov Vəkil Şəveş oğlunun təsərrüfatında digər şəxslərlə bərabər onun övladlarından Zərərçəkmiş şəxs1, Şahid3 və arvadı X4 qeydiyyatda olması, Şahid2 isə qeydiyyatda olmaması müəyyən edilir (cinayət işi İ cild, iş vərəqə 213-214). Yəni vərəsəlik arayışın verildiyi vaxtda təqsirləndirilən şəxslərdə olan rəsmi sənəddə - təsərrüfatbaşına uçot kitabında Zeynalov Vəkil Şəveş oğlunun birinci növbə vərəsələrindən yalnız arvadı X10, övladları Zərərçəkmiş şəxs1 və Şahid3 adı var idi. Onların verdiyi arayışda olan şəxslərin dairəsi ilə nümayəndəlikdə qeydiyyatı aparılan təsərrüfatbaşına uçot kitablarında olan şəxslərlə tam üst-üstə düşmür. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni 31 iyul 2018-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində yaşamış mərhum X7 verdikləri arayışda mərhum Zeynalov Vəkil Şəveş oğlunun birinci arvadı olmuş mərhum X1 olan övladları Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, Zeynalov Fərhad Vəkil oğlu və Zeynalov Səyyad Vəkil oğlunun mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri olmalarını bilməsinə baxmayaraq, onlar barədə məlumatları sözü gedən arayışda qeyd etməməsi ilə mərhum X10 tərəfindən sözü gedən şəxslərdən sağ olanların iştirakı olmadan vərəsəlik işinin aparılmasına və miras əmlakın bir hissəsi ilə bağlı öz adına vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına səbəb olmuşlar. Yəni əgər həmin arayışda adları qeyd edilməyən, hazırda isə iş üzrə zərər çəkmiş şəxs olan vərəsələrin hər hansı birinin adı qeyd edilməsi X7 mərhumdan qalmış miras əmlaka asanlıqla vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməməsi ilə nəticələnmiş olardı. Sözü gedən arayışın təqsirləndirilən şəxslər tərəfindən hazırlanıb, tərtib edilərək imzalanması, həm onların məhkəmədə verdiyi ifadələri ilə, həm də Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 410 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə sübuta yetirilir (cinayət işi İ cild, iş vərəqə 94- 95). Bundan başqa təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrindən aydın olur ki, X10 onlara vərəsəlik arayışı verilməsi barədə müraciət etdikdən sonra onların qısa müddətdə həmin arayışı hazırlayıb, Xanım Hüseynova təqdim etmişlər. Bu fakt onların qabaqcadan əlbir olması, əməli tamah və digər şəxsi niyyət üçün törətməsini istisna etməklə yanaşı, təqsirləndirilən şəxslərin mərhumun vərəsələrinin dairəsini araşdırmadan X7 31 iyul 2018-ci il tarixli arayışı təqdim etmələrini də təsdiq edir. Bu da o deməkdir ki, onlar X7 verdikləri arayışın hüquqi nəticələrini düşünmədən, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə, yəni dolayı qəsdlə bu əməli etmişlər. Bu qeyd edilənlər isə təqsirləndirilən şəxslərin əməlində sözü gedən cinayətin subyektiv tərkibinin olmasını, bununla yanışı barəsində hüquqi həllindən danışılan dispozitiv şərtin olmasını sübuta yetirir. Təqsirləndirilən şəxslərin ittiham olunduğunu əməlin - vəzifə səlahiyyətlərindən suiistifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Bunun əlavə obyekt qismində isə vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. İşin məhkəmədə araşdırılmış hallarından vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq araşdırma aparmadan X7 arayış verməsi ilə normal fəaliyyət göstərməməsi, bununla da mərhum Zeynalov Vəkil Şəveş oğlunun digər vərəsələrinin vərəsəlik hüquqlarının rəsmiləşdirməsində müəyyən çətinliklər yaratması müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilənlərdən təqsirləndirilən şəxslərin iş üzrə əhəmiyyətli sayılan səlahiyyətləri sırasında təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq və vətəndaşlara arayış vermək olması müəyyən edilir. Nəzərə alınmalıdır ki, təsərrüfatbaşına uçot kitablarında qeydə alınan təsərrüfat üzvləri vərəsə olmamaya da bilər. Bu hüquqi məsələ olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Yəni vərəsələrin dairəsinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin səlahiyyət dairəsinə aid deyil. Məhkəmə bilidirir ki, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında isə formalaşdırmış mövqeyə əsasən vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu əsas fəaliyyətlərdən istiqamətlərindən biri vərəsəlik işi aparmaq olan notariuslara vərəsələrin dairəsini müəyyən edilməsində mübahisə olduğu halda, notariusların bunu müəyyən edilə bilməyəcəyini qeyd etmişdi. Yuxarıda qeyd edilənlərdən görünür ki, vərəsələr arasında mübahisə olmadıqda onların dairəsini müəyyən etmək müvafiq notariusun, bununla bağlı mübahisə olduqda isə məhkəmənin səlahiyyətinə aiddir. Düzgün yaranmamış iş təcrübəsinə əsasən vərəsələrin dairəsinin müəyyən edilməsi üçün notariat orqanın müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən vərəsəlik arayışı tələb etməsi və bunun da sonuncunun məsuliyyəti ilə nətilənməsini məhkəmə əsaslı saymır. Çünki yuxarıda da qeyd edilənlərdən də görünür ki, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin əsas səlahiyyətləri təsərrüfatbaşına uçot kitablarında qeydə alınan təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaqdır. Bu da onu deməyə əsas verir ki, vərəsəlik icraatını aparan notariat orqanları müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrindən miras qoyanın təsərrüfatında qeydə alınan təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslər barəsində arayış tələb edə bilər, həmin arayış və qeydiyyat şöbələrindən əldə edilən digər arayışla, həmçinin digər sübutlar əsasında miras qoyanın vərəsələrinin dairəsini müəyyən etməlidir. Məhz mülki qanunvericilik bu səbəbdən vərəsələrin və miras kütləsinin dairəsinin araşdırılması üçün miras qəbulu ilə bağlı vərəsəlik icraatının aparılması üçün müəyyən müddət müəyyən edib. Həmçinin məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik qohumluq əsasında yarandığından şəxsin vərəsə olmasını təsdiq edən sənəd hansısa inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı deyil, miras qoyana vərsənin qohum olmasının təsdiq edən sənəd əsasında (məs: nikah və doğum haqında şəhadətnalər) müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, vərəsələrinin dairəsini hüquqi biliyə malik olmayan müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinə həvalə edilməsi əsassızdır. Nəzərə alınsa ki, mərhum Zeynalov Vəkil Şəveş oğlu üç dəfə rəsmi qaydada nikaha daxil olub, bu məsələni daha çətinləşdirir. Təqsirləndirilən şəxslərin verdiyi arayışa əsaslanan Babək Rayon Notariat Kontoru isə bunun əsasında 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə JN seriyalı, 337 nömrəli, 10311068 kod nömrəli Torpağa mülkiyət hüququna dair dövlət aktına əsasən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsi üzrə mərhum Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış ¼ hissə payın bütünlüklə X4 adına rəsmiləşdirmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsində vərəsəlik şəhadətnaməsinin həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilməsi, şəhadətnamənin həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilməsi, vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etməməsi qeyd edilsə də, hazırki vəziyyətdə yuxarıda qeyd edilən miras əmlak üzrə payın bir vərəsəyə verilməsi, həmin şəhadətnamənin qüvvəddə olduğu müddət ərzində mirası qəbul etmiş digər vərəsələr bu hüququnu rəsmiləşdiməsində müəyyən mane yaradır və bunun da nəticəsidir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 09 avqust 2023-cü ildə Babək Rayon Məhkəməsinə Şahid2, Şahid3 və Babək Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə iddia ilə müraciət etmişdi. Lakin məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozitiv şərtlərindən vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsinin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət sayılması görünür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin mühüm ziyan vurma hissəsini onların mərhum X7 verdiyi 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışda adları göstərilməyən Zeynalov Vəkil Şəveş oğlunun digər vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, mərhum Zeynalov Fərhad Vəkil oğlu, mərhum Zeynalov Səyyad Vəkil oğlunun vərəsəlik hüququndan məhrum olması ilə əsaslandırmışdı. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İş materiallarından məhrum Zeynalov Vəkil Şəveş oğlunun 04 iyun 2001-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İşin məhkəmədə araşdırılması zamanı Zeynalov Vəkil Şəveş oğlu tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, ondan miras qalan əmlak üzrə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, Zeynalov Vəkil Şəveş oğlu 04 iyun 2001-ci ildə öldüyü zaman onun sağ olan arvadı X10, birinci evliliyindən olan övladları Fərhad Zeynalov, Səyyad Zeynalov, Həvva Xəlilova, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və üçüncü evliyindən olan uşaqları Şahid2 və Şahid3 onun qanun üzrə vərəsəsi sayılır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, AZ-İ seriyalı, 555241 nömrəli akt qeydindən çıxarışdan Zeynalov Səyyad Vəkil oğlunun 07 mart 2016-cı ildə, Kəngərli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 700167 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən Zeynalov Fərhad Vəkil oğlunun 14 sentyabr 2016-cı ildə ölməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Mülki qanunvericiliyin tələbinə görə şəxsin həqiqi vərəsə olmasına mane isə miras qoyanın iradəsi (məsələn: mirasdan məhrum etmə, ləyaqətsiz vərəsə hesab etmə və s.) ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən isə görünür ki, vərəsə miras əmlakın qəbul etməsindən imrina verməyibsə o vərəsə hesab olunur. Deməli şəxsin vərəsəlik hüququ əldə etməsi özünün və miras qoyanın iradə ifadəsindən asılıdır. Bu müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən verilən arayışdan asılı ola bilməz. Yəni bu sənəd şəxsin vərəsəlik hüququnun yaranmasına və ya həmin hüququn aradan qaldırılmasına səbəb ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, Zeynalov Fərhad Vəkil oğlu, Zeynalov Səyyad Vəkil oğlunun ataları-mərhum Zeynalov Vəkil Şəveş oğlundan qalan mirası istər qəbul etməməsi, istərsə də qəbul etməsi onlara mühüm ziyan vurulması kimi qiymətləndirilə bilməz. Çünki onlar atalarından qalan mirası qəbul etmədikləri halda həqiqi vərəsə hüququ əldə etmir, belə olan halda isə hər hansı ziyandan söhbət belə getməz. Digər halda, yəni mirası qəbul etdikləri halda isə, yəni bununla bağlı iradə ifadəsini nümayiş etdirdikdə o, vərəsə hüququ əldə edir ki, belə olanda da onlara mühüm ziyan vurulmur. Mirasın qəbul edilməsi məsələsinə aydınlıq gətirən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Təqsirləndirilən şəxslərin verdiyi 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışa əsaslanan notariat kontorunun mərhum X4 adına verdiyi 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə gəldikdə isə məhkəmə qeyd edir ki, miras əmlaka mülkiyyət hüququ əldə etmək üçün vərəsəliyə çağırılmış şəxslərin təkcə mirası qəbul etmək aktı kifayət etmir. Bunun üçün həm də mirasın əldə olunmasını hüquqi cəhətdən rəsmiləşdirmək lazımdır. Miras əmlaka və ya onun bir hissəsinə olan hüququ təsdiqedici sənədin alınması tələb olunur. Bu sənədin alınması vərəsəlik hüququnun rəsmiləşdirilməsi adlanır. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə həmin hüquq həyata keçirilmiş sayılır. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi dedikdə, vərəsənin miras əmlaka və ya onun bir hissəsinə olan hüququnu təsdiqləyən elə bir sənədin alınması başa düşülür ki, bu sənəd həmin əmlakın əldə olunmasını hüquqi cəhətdən ifadə edir. Vərəsəlik hüququ müvafiq sənədlə rəsmiləşdirilir. Həmin sənədə mülki qanunvericilikdə vərəsəlik şəhadətnaməsi deyilir. Vərəsəlik şəhadətnaməsi müəyyən şəxsin vərəsə statusu almasına əsas vermir. Əksinə, yalnız vərəsə statusu alan şəxsə vərəsəlik şəhadətnaməsi verilə bilər. Vərəsəlik şəhadətnaməsi almaq vərəsəliyə çağırılmış şəxsin miras əmlaka hüquq əldə etməsi üçün də vacib və məcburi deyildir. Ona görə ki, həmin şəxsin miras əmlaka hüququ mirası qəbul etmək aktı ilə əldə olunur. Vərəsəlik şəhadətnaməsi müəyyən şəxs üçün vərəsəlik hüququ yaratmır. O hüquqyaradıcı (hüquqmüəyyənedici) sənəd deyildir, miras əmlakın əldə olunması faktını təsdiq edən sənəddir. Deməli, o, öz hüquqi təbiətinə görə hüquq təsdiqedici sənəddir. Vərəsəlik şəhadətnaməsi mirasın açıldığı yerdəki notariat orqanı tərəfindən verilən elə bir rəsmi sənəddir ki, bu sənəd mirasın əldə olunması faktını təsdiq edir. Qeydiyyata alınması tələb edilən əmlak vərəsəliyin obyekti olduğu hallarda isə vərəsəlik hüququnu notariat qaydasında rəsmiləşdirən sənədin - vərəsəlik şəhadətnaməsinin alınması tələb edilir. Vərəsəlik şəhadətnaməsi yalnız müəyyən faktı yazıb təsbit edir, qeydə alır. O, öz-özlüyündə nə vərəsəlik hüququ yaradır, nə də bu hüququ xitam edir. Buna görə də vərəsəlik şəhadətnaməsi hüquqi fakt sayılmır və hüquqyaradıcı əhəmiyyət kəsb etmir. O, hüquqyaradıcı və ya hüquqləğvedici sənəd yox, hüquqtəsdiqedici sənəd sayılır. Bu sənədin olmaması, əgər vərəsə miras əmlakı qanunda nəzərdə tutulan qaydada qəbul etmişsə, vərəsəlik hüququnun ləğv edilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarlarında da qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir . Vərəsəlik şəhadətnaməsi vərəsənin ərizəsi əsasında verilir. Ərizə miras açıldığı yerin notariat orqanına verilir yazılı formada olmalıdır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, nə müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən verilən arayış, nə də notariat orqanı tərəfindən verilən vərəsəlik hüququ haqqında şəhadətnamə şəxsin vərəsəlik hüququ əldə etməsinə imkan yaratmır. Həmin hüququ şəxs özünün miras qalmış əmlaka dair iradə ifadəsi əsasında əldə edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayış zərərçəkmiş şəxslərin vərəsəlik hüququndan məhrum edilməsi və onlara mühüm ziyan vurulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 10.2-ci bəndində qeyd edilir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. İşin məhkəmədə araşdırılmış hallarından görünür ki, iş üzrə zərər çəkmiş şəxslər ataları Zeynalov Vəkil Şəveş oğlundan miras qalan əmlakın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkətləri etməmiş, yəni 2001-ci ildən 2023-cü ildək hərəkətsiz qalmış, yəni miras qoyanın ölümündən sonra nə bununla bağlı müvafiq notariat orqanına müraciət etmiş, nə də həmin faktın təsdiqi üçün məhkəmə müraciət etmişlər. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan və oradan çıxarılmış 05 dekabr 2023-cü il tarixli, 2(079)-465/2023 nömrəli qətnamədən Zərərçəkmiş şəxs1 09 avqust 2023-cü ildə zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 Şahid2, Şahid3 və Babək Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia qaldırması və onun tələbinin qismən təmin olunaraq, 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın Zərərçəkmiş şəxs1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, Babək Rayon Notariat Kontoru (indiki adı ilə Babək Rayon Notariat Ofisi) tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin X4 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlaka vərəsəlik hüququ əldə etməsinə dair hissədə istisna olmaqla, qalan hissədə etibarsız hesab edilməsinin qət edilməsi, hazırda həmin qətnamənin qanuni qüvvəyə minməməsi aydın olur. Sözü gedən qətnamə 07 yanvar 2024-cü ildə qanuni qüvvəyə minmişdi. Bu da onu deməyə əsas verir ki, artıq digər zərər çəkmiş şəxslərin- Zərərçəkmiş şəxs2 və Xəlilova Həvva Vəkil qızının onlara münasibətdə Babək Rayon Notariat Kontoru (indiki adı ilə Babək Rayon Notariat Ofisi) tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və ya etibarsızlığı ilə bağlı ayrıca iddia qaldırmasına da ehtiyac yoxdur. Məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 öz hüquqlarını bərpa etməsi üçün yuxarıda qeyd edilən tələblə də məhkəməyə müraciət etməsini mühüm ziyan saymaq olmaz. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il qərarında formalaşdırdığı mövqeyə Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Bu da o deməkdir ki, Zərərçəkmiş şəxs1 hər bir halda mirasın qəbulu üçün məhkəməyə mütaciət etməli idi. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş JN seriyalı, 076 A nömrəli, 10311068 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən və şahidlərin məhkəmədə verdiyi ifadələrindən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.16 hektar torpaq sahəsinin və 337 nömrəli Torpağa mülkiyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsinin Zeynalov Vəkil Şəveş oğlu, X10, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızının ümumi mülkiyyətinə olmasına baxmayaq, həmin daşınmaz əmlakdan sahəsi 0.16 hektar olan həyətyanı torpaq sahəsində yaşayış evinin olması, onun Zərərçəkmiş şəxs1 istifadəsində olması və sonuncunun hazırda sağ qalan digər mülkiyyətçiləri həmin daşınmaz əmlakdan istifadə etməsinə imkan verməməsi aydın olur. Bu isə zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 münasibətdə miras qoyanın əmlakından istifadə və sahiblik etməkdə davam etməsini, onun hüquqlarına və qanuni mənafelərinə hər hansı mühüm zərər vurmaması sübut edir. Əksinə digər mülkiyyətçilərin hüquqlarını pozması müəyyən edilir. Sözü gedən daşınmaz əmlakların ümumi mülkiyyətdə olmasını, zərər çəkmiş şəxslərin həmin mülkiyyətçılər sırasında olmamasını, ümumi mülkiyyətin iştirakçıların paylarının bərəbərliyi prezumpsiyanı, miras əmlak kütləsinin həmin əmlaklar üzrə ¼ hissə təşkil etməsini nəzərə alan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışı zərər çəkmiş şəxslərə mühüm ziyan vurulmuş kimi saymaq düzgün deyil. Bu isə onu deməyə əsas verir ki, onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində qeyd edilən əməlin cinayət tərkibi mövcud deyil. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq, həmçinin təqsirləndirilən şəxslərin vəzifəli şəxs olmasını nəzərə alaraq, məhkəmə onların əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 313 və 314-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə qarşılıqlı və müqayisəli şəkildə tədqiq etdikdə təqsirləndirilən şəxslərin əməlində həmin cinayət əməlləri üzrə də cinayət tərkibinin olmamasını müəyyən etmişdi. Belə ki, hər iki, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309 və 314-cü maddələrində əks olunan əməllər üzrə cinayət tərkibinin yaratmasını cinayət qanunvericiliyi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasi ilə şərtləndirmişdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində qeyd edilən cinayət əməlinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin maddəyə əsasən vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə saxtakarlığı cinayətinin tərkibini yaradır. İşin məhkəmədə araşdırılmasından təqsirləndirilən şəxslərin vəzifəli şəxs olması müəyyən edildiyindən, həmin normanın digər dispozitiv şərtinə münasibət bildirən məhkəmə qeyd edir ki, bu cinayətin predmetini rəsmi sənədlər və informasiya resursları təşkil edir. Rəsmi sənədlər dedikdə, hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazılı aktlar başa düşülür. Məhkəmə yuxarıda qeyd etdi ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış şəxsə vərəsə olmaq hüququ verən və ya onu bu hüquqdan azad edən sənəd kimi qəbul edilə biməz. 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışı «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci maddəsi ilə əlqəli şəkildə tədqiq etdikdə isə həmin sənədin informasiya resursları olmaması da aydın olur. Belə ki, həmin maddəyə görə informasiya resursları (ehtiyatları) informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləridir. İnformasiya sistemi isə informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasındən istifadə edilməklə, nizamlanmış məcmusudur. Məhkəmə qeyd edir ki, 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışa rəsmi sənəd və ya informasiya resursu kimi yanaşılsa belə, Cinayət Məcəllənin 313-cü maddəsindən aydın olur ki, bu cinayətin obyektiv tərəfini rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi təşkil edir. Təqsirləndirilən şəxslər tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışda qeyd edilir ki, X10, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələridir. İşin araşdırılmış hallarından həmin şəxslərin mərhumun birinci növbə vərəsəsi olması müəyyən edilir. Bu da o deməkdir ki, arayışda olan məlumatların yalan və ya təhrif edilmiş düzəliş olması öz təsdiqini tapmır. Bunlardan başqa həmin cinayətin motivini tamah və ya sair şəxsi niyyətlər təşkil edir ki, işin məhkəmədə araşdırılmasında belə bir motivin olması öz təsdiqini tapmır. Məhkəmə belə hesab edir ki, dövlət qulluqçusu olan təqsirləndirilən şəxslərin vəzifələrin yerinə yetirilməməsi, lazımi şəkildə yerinə yetirilməməsi, yəni onların səlahiyyətinə aid olmayan arayışı verməsi cinayət məsuliyyətinə deyil, intizam məsuliyyətinə cəlb edilməli haldır ki, bununla da bağlı Babək Rayon İcra Hakimiyyəti tərəfindən təqsirləndirilən şəxslər barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdi. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi Babək Rayon İcra Hakimiyyəti başçısının 18 avqust 2023-cü il tarixli, 99 nömrəli əmrindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Babək rayon prokurorluğunun verdiyi təqdimat əsasında intizam məsuliyyətinə cəlb edilməsi və onların barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 1.2 və 1.2.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına yönəlmişdir; - 42.1, 42.1.2-ci maddələrinə görə əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır: -42.2 və 42.2.2-ci maddələrindən görünür ki, Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; - 55.1 və 55.2-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır; - 59.3-cü maddəsində isə qeyd edilir ki, cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir; - 91.5.41-ci maddəsinin tələbinə görə ittiham sübut olunmadığı halda bəraət almaq təqsirləndirilən şəxsin hüququdur; - 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz elan edilməli və onlara bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.5 və 353.5.2-ci maddələrinin tələbinə görə bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməli olması göstərildiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Həmçinin Cinayət Prosessual Məcəllənin 507.2-ci maddəsində də qeyd edilir ki, təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun cəzadan azad edilməsi haqqında məhkəmənin hökmünün icrası barədə hakimin göstərişi hökm elan edildikdən dərhal sonra verilir. Həmin Məcəllənin 36.1-ci maddəsində cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməli olması, 61.1-ci maddəsində cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanıması, 356.5-ci maddəsində bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməli olması qeyd edildiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onların cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdikləri hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə götürülmüş maddi sübutların hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işi materiallarından 01 ədəd zərfin içərisində olan Babək Rayon İcra Hakimiyyəti Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışın Babək Rayon Notariat Ofisindən alınaraq cinayət işinə əlavə edilməsi müəyyən edilir (cinayət işi İ cild ,iş vərəqə 86 və 87). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Babək Rayon Notariat Ofisindən alınaraq cinayət işinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayış cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq onlara məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; -138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; - 145-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; - 349-cu maddəsinin mahiyyətinindən görünür ki, məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından o, təqsirsiz elan edilsin və ona həmin cinayət işi üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından o, təqsirsiz elan edilsin və ona həmin cinayət işi üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin ki, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Babək Rayon Notariat Ofisindən alınaraq cinayət işinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayış cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-1/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-1/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver